Üzümçülük və şərabçılıq sahələrinə beynəlxalq standartlar və inteqrir tədbirlərin tətbiqi

11:10 / 11.10.2019

Bayram ƏLİYEV, aqrar sahə üzrə

fəlsəfə doktoru

Ölkə iqtisadiyyatının yüksəlişi, əhalinin maddi rifahının yaxşılaşması təkcə üzümçülük və şərabçılıq sahəsinə qoyulan investisiyaların həcmi ilə deyil, həm də məhsulun istehlak keyfiyyətinin yaxşılaşması, təhlükəlilik riskinin minimum səviyyəyə endirilməsi və rəqabət qabiliyyətinin yüksəlməsi ilə ölçülür.

İqtisadi yüksəliş və tərəqqiyə kompleks şəkildə nail olmaq üçün bu sahə üzrə beynəlxalq və Avropa standartlarının, eləcə də inkişaf etmiş ölkələrin qabaqcıl texnologiya, təcrübə, norma və qaydalarının öyrənilərək ölkə ərazisinə tətbiq edilməsi zəruridir.

Standart məhsulun keyfiyyətini, təhlükəsizliyini,ekoloji təmizliyini, rəqabət qabiliyyətliliyini müəyyənləşdirir, elm-texnika və təcrübənin vəhdətinə əsaslanaraq digər sahələrdə olduğu kimi, üzümçülük və şərabçılıq sənayesində də yalnız bugünü deyil, eyni zamanda gələcək inkişaf perspektivlərini, mütərəqqi qayda və normaları, tələbləri müəyyən edir və iqtisadi tərəqqini sürətləndirir. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.1.2-ci yarımbəndində üzümçülük və şərabçılıq sahəsində standartların beynəlxalq tələblərə o, cümlədən Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmasının sürətləndirilməsi, eləcə də “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının1.3-cü yarımbəndində şərabçılığa dair milli normativ texniki sənədlərin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması nəzərdə tutulmuşdur. Ölkəmizdə mövcud olan hüquqi baza həmın Dövlət Proqramlarında göstərilən müvafiq bəndlərin icrası üçün zəmin yaradır. “Beynəlxalq (regional) və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi Qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 26 nömrəli Fərmanına əsasən, ölkə iqtisadiyyatının və istehlakçıların mənafeyinə, məhsulun keyfiyyətinə olan tələblərə uyğun gələn beynəlxalq standartların tətbiqi, o cümlədən “Kodeks Alimentarius” standartlarının milliləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Üzümçülükdə iqtisadi, ekoloji, təhlükəsizlik, kəmiyyət və keyfiyyət göstəricilərinə təsir edən əsas faktorlardan biri ziyanvericilərə qarşı inteqrir mübarzə tədbirləridir. Qeyd edək ki, kənd təsərrüfatı bitkiləri içərisində iqtisadi baxımdan ən çox gəlir gətirən sahə üzüm və üzüm məhsulları olsa da, eyni zamanda ən çox ziyanvericilərə sirayətlənən və böyük zəhmət tələb edən sahə də üzümçülükdür. Bu baxımdan üzüm-tənək kolları daim diqqət və qulluq sevən bitki hesab olunur.

Əgər üzüm-tənək kollarının ziyanvericilərinə qarşı vaxtlı-vaxtında, düzgün və ardıcıllıqla mübarizə tədbirləri aparılmazsa, bu zaman məhsulun 20-30, bəzi illərdə isə 60-70 faizi itirilə bilir. Üzümçülükdə müsbət göstəricilərə nail olmaq üçün aqrotexniki, aqrokimyəvi, fiziki-mexaniki, bioloji, biotexniki, karantin, seleksiya və zəruri hallarda kimyəvi mübarizə tədbirlərinin tətbiqi ən başlıca şərtlərdən olmalıdır.

Qeyd edək ki, ziyanvericilər, əsasən, xarici mühit amillərindən asılı olaraq, üzümlüklərə çox və az miqdarda ziyan vura bilir. Belə ki, dünyada mövcud olan 11 iqlim növünün 9-nun ölkəmizdə olmasıi lə əlaqədar meydana gələn iqlim müxtəlifliyi ziyanvericilərin bioloji xüsusiyyətindən asılı olaraq onların inkişafına da müxtəlif cür təsir edir. Məsələn, mildiu xəstəliyinin (Plazmopora Vitikola paraziti) inkişafı üçün Dağlıq Şırvan zonasının iqlimi optimal sayıldığı kimi, oidium xəstəliyinin (Unsinula nekator) inkişafı üçün də Abşeron rayonunun şəraiti optimal sayılır. Ona görə də Dağlıq Şirvan zonasında mildiu xəstəliyinə qarşı 5-6 (epifitotiya şəklində olduqda daha çox), oidium xəstəliyi ilə isə 1 və ya 2 dəfə mübarizə aparılır. Abşeron rayonu şəraitində isə əksinə, mildiu xəstəliyinə qarşı 1, ən çoxu 2 dəfə mübarizə aparılırsa, oidium xəstəliyinə qarşı 4-5 dəfə mübarizə aparmaq lazım gəlir. Eləcə də buna üzümün qorxulu zərərvericisi olan salxım yarpaqbükəni və tor gənəciyini misal göstərmək olar.

Ölkəmizdəki üzümçülük təsərrüfatlarının dörd ölkənin əhatəsində olmsı istər iqtisadi cəhətdən təhlükəli ziyanvericilər, istərsə də məhdud dairədə yayılmış karantini obyektlərinin ölkəmizə keçib yayılma ehtimalını çoxaldır. Xüsuslə erməni işğalçıları tərəfindən zəbt edilmiş ərazilərdə ziyanvericilərin artıb çoxalmasına və işğal olunmamış ərazilərə keçib yayılmasına səbəb olur.

Tənəyin ziyanvericilərini minimum səviyyəyə endirmək üçün xəstəliklərin profilaktikası, zərərvericilərin isə ziyan vurma anının tutulması zəruri sayılmalıdır. Qeyd edildiyi kimi, ziyanvericilərin inkişafı xarici mühit amilləri ilə sıx bağlı olduğu üçün hər bir aqronom, aqronomentimoloq, aqronom-fitopotoloq Dövlət Statistika Komitəsinin dərc etdiyi bülletenə abunə olmalı, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin zonalar üzrə hava məlumatını izləməli və gündəlik qeydiyyat aparmalıdır. Yalnız belə olduqda onlar xəstəliklərin gizli inkişafını, zərərvericilərin isə yumurtadan çıxıb ziyanvurma anını tuta bilərlər.

Əks halda, salxım yarpaqbükənin tırtılının 1-ci nəsli çiçək qrupunu məhv edəcək, 2-ci və 3-cü nəslin tırtılları isə qora və yetişməkdə olan gilələrin içərisinə girəcək ki, bundan sonra neçə dəfə zəhərləyici maddə vurulsa da, gizli şəraitdə olduğu üçün heç bir səmərə verməyəcək. Bu isə nəticədə izafi xərclərin çoxalmasına, bitkilərdə pestisid qalığının artmasına, atmosferdə qarşısı alınmaz pestisid dövranının baş verməsinə və digər nöqsanların yaranmasına səbəb olacaq.

Artıq üzüm yığımı yekunlaşmaq üzrədir. Payızda yarpaq töküləndən yazda tumurcuqlar şişənə qədər olan dövr tənəyin nisbi sükunət dövrü hüsab olunur. Həmin dövrdə ziyanvericilərin qışlayan törədicilərinə qarşı bir mübarizə tədbirinin aparılması vegetasiya dövründə aparılan mübarizə tədbirlərinin sayını 2-3 dəfə azaltmış olur. Onu da nəzərə almaq lazımdır ki, payızda yarpaq tökülən dövrdə aparılan mübarizə tədbirləri ilk yazda tumurcuqlar şişənə qədər aparılan mübarizə tədbirlərindən daha səmərəli sayılır. Payızda yarpaq töküldükdən sonra zərərvericilərə qarşı qeyd olunan preparatların birindən – Etaxazole 35ml/100l suya, Amitraz 150ml/100l suya, Hexythiazoxt 50ml/100l suya, Chlorprifos-Ethyl 100ml/100l suya, Methidathion 100ml/100l suya qarışdırmaqla xəstəlik törədicilərinə qarşı isə mis kuporosundan (Cu2SO4) çiləmə apararaq tənək kollarını, tökülmüş yarpaqlar və torpaq səthini çimizdirmək, bundan sonra cərgə aralarını şumlamaq, bitki aralarını belləmək lazımdır. Belə olan halda torpaq altına düşən ziyanvericinin törədiciləri həm preparatın, həm də torpaq mikroorqanizmlərinin təsirindən çürüyüb minerallaşırlar.

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
19.11.2019

NATO kosmosu özünün yeni operativ sferası kimi tanımağı planlaşdırır

19.11.2019

İtaliyada qədim əşyaları satan kontrabanda saxlanılıb

19.11.2019

Messidən möhtəşəm driblinq - Video

19.11.2019

İranda inqilabı dəstəkləmək üçün yürüşlər keçirilir

19.11.2019

Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub

19.11.2019

Qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyulub

19.11.2019

Ərdoğan: "ABŞ-da “erməni soyqırımı” ilə bağlı qərarın haqsız olduğunu sənədlərlə sübut etdik"

19.11.2019

Türkiyə Azərbaycanı hərbi təlimlərə dəvət etdi

19.11.2019

“De Liqt “Yuventus”a keçdiyinə peşman olub” – Klyüvert

19.11.2019

NASA Yupiterin peykində su buxarı olduğunu təsdiqlədi - VİDEO

19.11.2019

Azərbaycanda özəl məhkəmə ekspertizası institutu yaradıla bilər

19.11.2019

Temperatur aşağı düşəcək, külək və yağış XƏBƏRDARLIĞI

19.11.2019

Ayaz Mirzəyev Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib

19.11.2019

Metroda qapıları tutan 20 sərnişin cərimələndi – VİDEO 

19.11.2019

DİN: Axtarışda olan 36 nəfər tutulub

19.11.2019

Bakıda qadın qapısı açıq qalmış evləri taladı

19.11.2019

Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib

19.11.2019

Bu qəsəbədə su olmayacaq

19.11.2019

Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb – Türkiyə mətbuatı

19.11.2019

Vergi orqanlarında könüllü fəaliyyətlə əlaqədar təlimlərə başlanılıb

19.11.2019

AFFA-nın baş katibinin müavini UEFA tərəfindən təyinat alıb

19.11.2019

Netanyahu Trampa təşəkkür etdi

19.11.2019

Abşeronda bir evi 3 dəfə qarət edən dəstə tutulub

19.11.2019

“Bremen musiqiçiləri” növbəti dəfə təqdim edilib

19.11.2019

Şərqi Azərbaycanda yenə zəlzələ oldu

19.11.2019

DANX sərnişinlərə müraciət etdi

19.11.2019

Türkiyə Suriyada yenidən əməliyyatlara başlaya bilər

19.11.2019

Hacıqabulda evakuator yük maşını ilə toqquşdu - Xəsarət alan var

19.11.2019

Rusiya ABŞ-ın 10 milyard dollarlıq dövlət istiqrazını əldə etdi

19.11.2019

"Azeri Light" nefti ucuzlaşıb

19.11.2019

Deputatlar bu gün nəyi müzakirə edəcək?

19.11.2019

Neftin ucuzlaşması davam edir

19.11.2019

Noyabrın 19-da xarici valyutaların manata qarşı məzənnələri

19.11.2019

Çavuşoğlu İŞİD liderinin məhv edilməsində Türkiyənin töhfəsindən danışdı

19.11.2019

Cəbhədə atəşkəsi snayperlər pozdu - 24 dəfə

19.11.2019

Tbilisidə nümayiş su şırnağı maşınları ilə dağıdıldı – VİDEO

19.11.2019

İtaliya Ermənistanı biabırçı hesabla uddu - Avro-2020

19.11.2019

Vyanada Azərbaycanın görkəmli caz ifaçısı Vaqif Mustafazadənin xatirəsinə caz konserti təşkil edilib

19.11.2019

“The Press Herald” erməni separatçılarını Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb

19.11.2019

Abşeronda çoxmərtəbəli yaşayış binasında yanğın olub

19.11.2019

Donald Tramp impiçment işi üzrə dinləmələrdə çıxış edə bilər

18.11.2019

İmişlidə qadının evinə silahlı basqın edildi

18.11.2019

Sumqayıtda bəzi küçə və prospektlər bağlanacaq

18.11.2019

Psixoloqlar diaqnostik qiymətləndirilmədən keçəcək - Dekabrda

18.11.2019

Azərbaycan Prezidenti: Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik

18.11.2019

8 saat və ya daha çox işləyirsiz?

18.11.2019

Kreml “Normand formatı”ında keçiriləcək sammitə hazırlaşır

18.11.2019

Rusiya Kerç boğazında saxladığı gəmiləri Ukraynaya təhvil verib

18.11.2019

Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq

18.11.2019

Xəzərdə estakada yaxınlığında batan şəxsin axtarışları aparılır