Səid Ünsizadənin "Hümayünnamə"dən tərcümə  etdiyi lətaif və zərifə haqqında bir neçə söz

09:21 / 17.10.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Qədim Şərq ədəbiyyatının ən gözəl, ölməz söz abidələrindən biri olan "Kəlilə və Dimnə" ("Hümayünnamə") III-IV əsrlərdə Hindistanda formalaşmağa başlasa da, tezliklə müxtəlif yollarla bir sıra ölkələrə yayılmış, oxuduqca, zaman keçdikcə müəyyən təsirlərə məruz qalmışdır. "Kəlilə və Dimnə" türk dünyasına 14-cü əsrdə yol tapmışdır. Bu əsəri Azərbaycan dilinə ilk dəfə 1809-1810-cu illərdə Əvəz Əli ibn Səfiqulu tərcümə etmişdir.Mətbəə kasadlığı və giriftar olduğu yoxsulluq ucbatından tərcümə əlyazma şəklində yaylmış, A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani, A.Səhhət, M.Ə.Sabir kimi şairlərin ilham mənbəyi kimi tanınan ədəbi istinadgahlarından biri olmuşdur. XIX əsrə aid daha bir tərcümə Azər Şirvaniyə məxsusdur. Müasir Azərbaycan oxucusu "Kəlilə və Dimnə"nin tərcüməsinə və nəşrinə görə dörkəmli şərqşünas alim Rəhim Sultanova çox borcludur."Kəlilə və Dimnə" onun tərcüməsində 1960,1962,1982 və 1988-ci illərdə oxuculara çatdırılmşdır. Bu sıradakı sonuncu nəşr 1988-ci il dekabrın 16-da çapa imzalanmış, üz qabığında nəşr tarixi isə 1889-cu il kimi gstərilmişdir. Professor Rəhim Sultanovun "Kəlilə və Dimnə"nin 1889-cu ildəki IVnəşrə yazdığı "Mütərcimin qeydləri" adlı məqaləsində əsərin tərcümə tarixindən ətraflı bəhs olunur.

Tərcüməçi ağır zəhmətə qatlaşaraq, məlum əlyazma və nəşrlərin çoxunu diqqətlə oxumuş,"bir çox axtarışdan sonra məşhur İran mətnşünası professor Əbdül Əzim Qəribin hiсri-qəməri tarixi ilə

1316 cı ildə, miladi tarixlə1937-1938-ci il-N.N.) çap etdirdiyi "Kəlilə və Dimnə" üzərində dayanmışdır". Mütərcimin yazdğına görə, Əli ibn Əş Şah Farisinin müqəddiməsi və kitabn sonundakı "Əlavələr" farscadan deyil, ruscadan tərcümə edilmiş və ya XIX əsr Azərbaycan dilinə tərcümədən iqtibas olunmuşdur.Maraqldır ki, "Əlavələr"dəki "Kor və Gözlü", "Üç paxıl və şah"zərifələri (səh.290-293) 1884-cü ildə, görkəmli maarifçi və din xadimi Səid Əfəndi Ünsizadənin (1842,Şamaxı-1903,İstanbul) naşiri, redaktoru və imtiyaz sahibi olduğu "Ziyayi-Qafqasiyyə" qəzetində "Lətaif" və "Zərifə" rubrikasında çap olunmuşdur. "Kəlilə və Dimnə"dəki "Üç paxıl və şah" "Ziyayi-Qafqasiyyə"nin 31.03.1884-cü il tarixli 5-ci nömrəsində, "Kor və Gözlü" isə "Gözlü ilə Gözsüz" başlığı ilə qəzetin 07.04.1884-cü il tarixli 6-cı nömrəsində oxuculara ünvanlanmışdır. 

Qeyd etmək yerinə düşər ki, dünya türkdilli mətbuatının aparıcı nəşrlərinin birində-"Ziyayi-Qafqasiyyə" qəzetində çap olunmuş bu hekayələr "Kəlilə və Dimnə" mövzusunda dünyada mətbuat vasitəsi ilə yayılan ilk şifahi xalq ədəbiyyatı nümunələrdir.


Mənfəətdən xali olmadığı üçün məzkur hekayələri - lətaif və zərifəni oxucuların diqqətinə çatdırırıq.

***

Lətaif


Üç paxıl və şah

Üç nəfər adam rəfiq olub yolda gedəndə bir-birindən xəbər aldılar ki,aya səbəb nə olub ki,səfəri-ixtiyar ediblər və cəlayi-vətən olub,vilayətdən avarə düşüblər.Birisi dedi ki, mənim səfərimin baisi budur ki,sakin olduğum şəhərdə hər kəsə ki  bir yaxşı iş göstərilsəydi, həsədimdən az qalırdı ki, çatdayam.Ona görə səfərə çıxdım ki, nə görməyim və nə  qəmgin olmayım.

Yerdə qalan iki yoldaş dəxi cavab verdilər ki,onlarn da səfərlərinə bais bu olubdur.Bunların üçü də həmhal olduqlarından xoşhal olub yola getdilər.Ta ki insayi-rahda (iki yol ayrıcında-N.N.) bir kisə qızıl tapdılar.Məşvərət elədilər ki, bu qədər qızılımız bəsdir,indi ki Allah-təala bunu bizə əta elədi.

Əvvəla budur ki, üç yerə təqsim edək (bölək-N.N.) və hər birimiz hissəmizi götürüb məmləkətimizə müraciət edək.Amma həsədlərindən bir-birinin xəyalında bu oldu ki,özündən başqa, bir kimsəyə pay verilməyə.Ona görə hər biri bir fikrə düşüb, ac və susuz həmin biyabanda təqsim üstə niza (qalmaqal-N.N.) edirdilər.Ta ki padşah şikara çıxdığından onlara rast gəldi.Onların yuxarıda məzkur qissələrindən (əhvalatlarından -N.N. ) xəbərdar olandan sonra padşah buyurdu ki, hər biriniz gərəkdir ki, həsədinin miqdarını bəyan edə. Ta ki ona görə bu kisədən ona nisbət verilə.

Onlardan biri dedi ki,ey padşah, məndə bir xasiyyət vardır ki, əsla və qət'a istəmərəm ki,məndən bir nəfərə zərrə miqdari ehsan sadir ola. 

İkinci dedi ki,sən bir qədər mürvətlisənmiş.Mənim xasiyyətim budur ki, ....özüm özgəyə bir nəsnə verməməkdən başqa, istəmərəm ki,bir kişi bir kişiyə ənam eyləyə.

Üçüncü dedi ki, siz həsəddən uzaqsızmış. Mənim sifətim budur ki, özgəsinə zərrə qədər ...heç nə vermərəm.Özgəsindən mənim həqqimdə bir ehsan və ənam edəndə və hətta anası dəxi balasına süd əmizdirəndə həsədimdən az qalıram bağrım çatdasın!


Padşah bunların söhbətin eşidəndən sonra ğayətdə təəccüb edib buyurdu ki,bu həlal mal sizə həramdır və lazımdır ki, sizə cəza dəxi verim.
Buna görə əvvəlimcini bürəhnə (çılpaq-N.N.) edüb, səhraya buraxdılar, ikinci və üçüncü qətlə yetirildi.

("Ziyayi-Qafqasiyyə" qəzeti, 31.03.1884, N.5).


Gözlü ilə gözsüz

Bir kor adam bir gözlü adam ilə yoldaş olub, səfərə çıxdıqlarndan axşam vəqti bir mənzilə düşüb, haman gecə orada istirahət ilə yatdılar.Yola düşən vəqti korun qırmancı əlindən yerə düşdü.Onu axtaran vəqtdə bürudəm (soyuq-N.N.) uyuşmuş bir ilan əlinə rast gəldi.Onu qırmanc hesab edib əlinə götürdü.Bu halda gedəndə gözlü yoldaş ilanı görən kimi dedi:

-Ey, rəfiq, əlində qırmanc deyil, bəlkə əfi bir ilandır və bu
barədə nə qədər and içdisə də kor inamadı. Belə həml (boynuna qoyma,isnad vermə-N.N.) elədi ki, gözlü bu hiylə ilə onun qırmancına malik olmaq fikrindədir. Ta ki gün ilana dəyib, şaxtası açılandan sonra əfi ilan onun əlindən bir zəxm vurub o saətdə həlak elədi.

("Ziyayi-Qafqasiyyə" qəzeti,07.04.1884, N 6).

***

Sonda onu da deyək ki, "Kəlilə və Dimnə"dən edilən imzasız bu tərcümələrin müəllifi qəzetin redaktoruSəid Ünsizadənin (Şirvanlının) "Kəlilə və Dimnə"ni ("Hümayunnamə"ni ) tərcümə etməsi xəbərini türk dünyasına "Tərcüman" qəzetinin redaktoru İsmayıl bəy Qaspıralı xəbər verirdi.

Bu məlumat "Tərcüman"da çap ediləndə

(islam təqvimi ilə 30 şəvval 1301, miladi tarixlə 09 avqust 1884-cü il )

Səid Ünsizadənin 25.01.1879-cu ildə Tiflisdə çapına başladığı "Ziya" qəzeti artıq iki ay idi ki, bağlanmışdı.(26.06.1884, N 11).

"Ziya" qəzetin bağlanmasının səbəbləri çoxdur.

İsmayıl bəy Qaspıralı "Ziya" qəzeti haqqında 1881-ci ildə Tiflisdə "Ziya" mətbəəsində tatar dilində çap etdirdiyi "Tonğuc" jurnalındakı məqaləsində bunlara müəyyən işarələr vardır.

"Ziyayi-Qafqasiyyə" qəzetinin sonuncü nömrəsində (26.06.1884-cü il, N 11 ) redaksiyaya rus dlində soyadı АЛИБЕКОВ yazılan bir müəllif


Səid Ünsizadəninn türkdilli mətbuata göstərdiyi xidmətləri heç kəsdən çəkinmədən aləmə car çəkirdi:

"Səid Ünsizadənin məqsədi mətbuat vasitəsilə rus müsəlmanlarını yuxudan oyatmaqır". 

Təbii ki,bu elannamədən sonra "Ziya"nın bağlanması lazım bilindi.

 


Ədəbiyyat siyahısı

1."Ziya" ("Ziyayi-Qafqasiyyə") qəzeti. Tiflis,25.01.1879-26.06.1884-cü illər.

2."Tərcüman" qəzeti.Bağçasaray, 09.08.1884.

3. "Tonğuc" jurnalı. Tiflis,1881,səh 1.

4. Kəlilə və Dimnə. Bakı ,1989.(tərcüməçi Rəhim Sultanov).


Etiket:

Strategiya.az

Xəbərlər
22.11.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib

22.11.2019

Rusiya telekanalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə rəsmi səfərindən reportajlar yayımlayıb

22.11.2019

"Mən heç vaxt PSJ-də oynamayacağam" - Hazard

22.11.2019

Dəniz limanlarında 6,7 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib

22.11.2019

Hansı səbəblərdən itkin düşürlər? – Ekspertdən açıqlama

22.11.2019

“İranlı etirazçılardan xahiş etdim ki…” – Pompeodan şok etiraf

22.11.2019

Xəstəxanalarda vətəndaşların qeydiyyatının aparılması üçün şəxsiyyət vəsiqəsi tələb olunur

22.11.2019

Qarabağda tək arvadlı kişini necə ələ saldılar? - Yeni hekayə

22.11.2019

Cənubi Koreya Yaponiya ilə kəşfiyyat məlumatlarının mübadiləsi haqqında müqavilənin şərtlə uzadılmasına razılıq verib

22.11.2019

   Səfirlik kitabxanaya kitablar hədiyyə etdi

22.11.2019

Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb

22.11.2019

Bu gün X Azərbaycan-Rusiya Regionlararası forumu öz işinə başlayır

22.11.2019

Putinin böyük mətbuat konfransının tarixi açıqlandı

22.11.2019

SOCAR yeraltı anbarlardan qazın götürülməsinə başlayıb

22.11.2019

Tramp Əfqanıstan prezidentini Amerikaya dəvət etdi

22.11.2019

Yağıntılı hava şəraiti sabah gündüzədək davam edəcək

22.11.2019

Sumqayıt-Bakı elektrik qatarlarının gecikmə səbəbi AÇIQLANDI

22.11.2019

DİN: Borclu şəxs qismində axtarılan 13 nəfər saxlanılıb

22.11.2019

Ev alarkən bunlara diqqət yetirmək lazımdır - ALDANMAMAQ ÜÇÜN - VİDEO

22.11.2019

Qaxın İlisu və Sarıbaş kəndlərində qarın qalınlığı 10-15 santimetrə çatır

22.11.2019

ABŞ Senatı müvəqqəti büdcəni qəbul etdi

22.11.2019

Komitə sədri rayon sakinləri ilə görüşə hərbi helikopterlə gedib - SƏBƏBİ açıqladı

22.11.2019

ABŞ Türkiyəni “S-400”lərə görə şantaj edir

22.11.2019

Bu şadlıq saraylarında manqalların istifadəsinə qadağa qoyuldu - SİYAHI

22.11.2019

Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə aşağıdır - FAKTİKi HAVA

22.11.2019

Sentyabr ayında Azərbaycanda ÜDM təxminən 3 faiz artıb

22.11.2019

Pley-off mərhələsinin püşkü atılır - Avro-2020

22.11.2019

"Azeri Light" markalı neftin bahalaşması davam edir

22.11.2019

Yağış səbəbindən elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb - "Azərişıq" ASC

22.11.2019

Kobud pozuntularla bağlı 41 hakim barəsində intizam icraatlarına baxılıb

22.11.2019

Fransalı sədəqə verdiyinə görə 100 avro cərimələndi

22.11.2019

Səudiyyə şahzadəsi itkin düşüb: Baş verənlərin gizli təfərrüatı açıqlandı

22.11.2019

Məktəb bufetlərində övladlarımızın qidaları təhlükəsizdirmi? – VİDEO

22.11.2019

Zəhərlənən tələbə qızların vəziyyəti ağır-stabildir - Səhiyyə Nazirliyi

22.11.2019

Noyabrın 22-də xarici valyutaların manata qarşı məzənnələri

22.11.2019

Neft ucuzlaşmaqda davam edir

22.11.2019

Erməni vandalizmini tarixi faktlarla faş edən nəşr - Fotolar

22.11.2019

"Kaspi" Təhsil Şirkəti gənclərə iş imkanı yaradır - VİDEO

22.11.2019

Almaniya klubu "Barış pınarı"na dəstək olan futbolçu ilə yolları ayırdı

22.11.2019

Cəbhədən son xəbər

22.11.2019

Bakıda 19 yaşlı qız itkin düşdü

22.11.2019

Bakıda “Türk filmləri həftəsi” keçiriləcək

22.11.2019

Bələdiyyə seçkilərində namizəd olmaq istəyənlər üçün SON GÜN

22.11.2019

İran XİN: Yaxşı olar ki, Avropa İttifaqı ölkələri öz problemlərinin həli ilə məşğul olsun

22.11.2019

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verir

21.11.2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

21.11.2019

Azərbaycan Prezidenti: Sumqayıt bu gün müasir sənaye şəhəridir, Cənubi Qafqazın ikinci sənaye şəhəridir

21.11.2019

Azərbaycan Prezidenti: Bizi bəzən insan hüquqlarını kobud şəkildə pozanlar və dinc nümayişçiləri qəddarcasına dağıdanlar ittiham etməyə cəhd göstərirlər

21.11.2019

Ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

21.11.2019

Zakir  Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - Sərəncam