Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur

14:16 / 17.10.2019

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 15-də keçirdiyi müşavirədə ölkənin inkişafı ilə bağlı bir sıra vacib məqamları vurğuladı. O, həmçinin bu inkişaf üçün aparılan islahatlara maneçilik törədən hallar barədə də ətraflı söz açdı. İslahatların iqtidarda olan bəzi şəxslərin mənafeyinə toxunduğunu diqqətə çatdıran dövlət başçımız həmin şəxslərin öz istək və maraqlarını təmin etmək üçün mətbuatda qarayaxma kampaniyası apardıqlarını önə çəkdi. Cənab İlham Əliyevə belə həssas məsələyə diqqət ayırdığı üçün təşəkkürümü bildirirəm.

Azərbaycan Mətbuat Şurası ayrı-ayrı şəxslərin mediadan korporativ maraqlar naminə yararlandıqları reallığını dəfələrlə vurğulayıb. Bunu bəzən özlərinə rəqib şəxslər barədə kompramat materiallar dövriyyəyə buraxmaqla gerçəkləşdiriblər. Həmin materiallar isə bir qayda olaraq jurnalistikadan sui-istifadə edənlərin əlinə düşüb. Mətbuat Şurası belələrini «reket jurnalistlər» adlandırır. Hətta bəzi məmurlarla «reket jurnalistlər» arasında təmasın olduğuna dair şübhələrimiz də olub. Bu qənaətimiz Şuraya daxil olan şikayətlərin motivinə əsaslanıb.

Azərbaycan Mətbuat Şurası belə hallara qarşı daim mübarizə aparıb. İllərdir ki, Şuranın tərkibində «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası fəaliyyət göstərməkdədir. Komissiyada dövlət qurumlarının nümayəndələri də təmsil olunurlar.

Mətbuat Şurası peşə vəzifəsindən sui-istifadə edən, insanların şərəf və ləyaqətini aşağılayan, işgüzar nüfuzuna zərər vuran kütləvi informasiya vasitələrinin adlarının yer aldığı «qara siyahı» tərtib edib. «Qara siyahı» media sahəsindəki yarıtmazlıqlara qarşı mübarizədə ən tutarlı ictimai qınaq tədbiridir. Ancaq bu yetərlidirmi? Təbii yox.

Bəli, ictimai qınaq yetərli deyil. Çünki məsələnin kökündə hansısa KİV-in peşə müstəvisində yol verdiyi nöqsan və ya nöqsanlar dayanmır. Bir çox məsələlər bilərəkdən, planlaşdırılmış şəkildə həyata keçirilir. Cənab Prezidentin çıxışında səsləndirdiyi məqamlar məhz bundan irəli gəlir.

Ölkədə aparılan islahatları gözləri götürməyən qüvvələr mövcuddur. Ancaq məsələnin digər tərəfi də var. Heç kəs təminat verə bilməz ki, bu qüvvələr nə vaxtsa xaricdəki anti-milli dairələrlə əlaqə qurmayacaqlar. Bu gün islahatı özlərinin şəxsi maraqlarına təhdid kimi görənlər sabah bu təhlükəni aradan qaldırmaq üçün kimlə desən əməkdaşlığa gedərlər. Şübhəsiz ki, hazırkı boşluqda onların medianın gücündən faydalanma ehtimalları mümkündür. Deməli, qarşıda duran vəzifə həmin boşluğu aradan qaldırmaqdır. Yəni bir daha vurğulayım, yalnız ictimai qınaqla kifayətlənmək olmaz.
Medianın sırf dövlət tərəfindən nizamlandığı, tənzimləndiyi dövrə qayıda bilmərik. Buna görə Azərbaycan Mətbuat Şurasının hüquqi statusunun dəyişdirilməsini təklif etmişik. Nəzərə almaq lazımdır ki, medianın özünütənzimləmə modeli kimi Şuranın ictimai qınaqdan başqa müəyyən təsir rıçaqları olmalıdır. Bu, yalnız bizim fikrimiz deyil, bütövlükdə media ictimaiyyətinin mövqeyidir.

İkincisi, bu gün internet media orqanlarının həyatımıza təsiri çox güclüdür. Amma bu təsir cəmiyyətin tələblərinə nə dərəcədə adekvatdır? Biz bəzən yayımladığı material şikayətə səbəb olmuş internet KİV-in ünvanını tapa bilmirik. Sayta baxırsan, heç bir əlaqə vasitəsinə rast gəlinmir. Çünki KİV kimi bunu onlardan heç tələb edən də yoxdur. Yəni məsələnin hüquqi məsuliyyətini daşımırlar. Buna görə təklif etmişik ki, internet media hüquqi münasibətlər sistemində özünə məhz KİV kimi yer tutsun.

Ümumən islahatlar KİV sahəsini də əhatə etməlidir. Reklam bazarı genişləndirilməlidir. Bunun üçün hüquqi mexanizmlər işə salınmalıdır. KİV-lərin yayımı və satışı işi təkmilləşdirilməlidir. Əgər birbaşa qanunvericilik islahatından danışırıqsa, diffamasiya məsələsinə ciddi önəm verilməlidir. Nəzərə alınmalıdır ki, diffamasiyanın dekriminallaşdırılması yalnız təhqir və böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılması demək deyil. Diffamasiya mühiti media sisteminə yeni düzən gətirən sistemdir. Dünya praktikasına baxsaq, bu sistemdə sözə, ifadə edilən fikrə görə məsuliyyət həddən artıq böyükdür, cəza tədbirləri isə kifayət qədər adekvatdır. Biz buna nail olmalıyıq.

Bir daha bildirməliyəm ki, cənab İlham Əliyevin iqtisadi müşavirədə səsləndirdiyi fikirlər son dərəcə vacibdir, aktualdır. İstənilən cəmiyyətdə yeniliyi bir növ, süngü ilə qarşılayanlar olur. Azərbaycanda da var. Dövlət başçımız çıxışında bunun media üzərindən gerçəklişdirildiyinin anonsunu verdi. Bu bizim üçün kifayət qədər ciddi siqnaldır.

Əlbəttə, media islahat gedişində nəzərə çarpan nöqsanları, çatışmazlıqları diqqətə çatdırmalı, hətta ən sərt tənqidə də yer verməlidir. Ancaq heç bir halda tənqid qərəzə köklənməməlidir, onun hərəkətverici qüvvəsi yalnız ictimai maraq və mənafe olmalıdır. Hansısa media orqanı nəyinsə müqabilində islahatın qarşısında dayanan qüvvənin ruporu rolunda çıxış edirsə, özünün ictimai missiyasını unutmuş olur. Dövlət başçısının da bildirdiyi kimi, ortaya çox ciddi siyasi iradə qoyulub - “Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq”. Peşəsinə sadiq jurnalistlərin toplaşdıqları media orqanlarımız məhz bunun üçün çalışırlar və heç bir qüvvə bu yolun gedilməsinə qarşı çıxa bilməz.

 

Əflatun Amaşov

Azərbaycan Mətbuat Şurasının sədri


Etiket:

Strategiya.az

Xəbərlər
12.11.2019

Şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb

12.11.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib

12.11.2019

Elman Nəsirov: Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü böyük önəm kəsb edir

12.11.2019

Sürücülərin DİQQƏTİNƏ! "Dönmə işığı"ndan istifadə etməsəniz... - VİDEO

12.11.2019

Türkiyə İŞİD silahlılarının deportasiyasını davam etdirəcək

12.11.2019

“Ərdoğanı Trampdan başqa gözləyən yoxdur” – “Vaşinqton Post”

12.11.2019

“Tottenhem”in yeni planı: Eriksenin əvəzinə Ziyeş

12.11.2019

“Təəssüf ki, “Milan”ın fanatı idim" - Kyellinidən etiraf

12.11.2019

Azərbaycanlı alim Özbəkistanın Urgənc Dövlət Universsitetin fəxri professoru seçilib

12.11.2019

Azərbaycana narkotik keçirmək istəyən İran vətəndaşı saxlanılıb

12.11.2019

Toya gedənlərin DİQQƏTİNƏ! Zəhərlənə bilərsiniz - VİDEO

12.11.2019

Komitə Bakıda dam örtüyü çökən yataqxana ilə bağlı məlumat yayıb

12.11.2019

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

12.11.2019

Hava kəskin dəyişir - XƏBƏRDARLIQ

12.11.2019

Noyabrın 14-15-də dünya dini liderlərinin II Bakı Sammiti keçiriləcək

12.11.2019

Çin nəşri: Rusiya ABŞ-ı on dəfə məhv edə bilər

12.11.2019

Perunun Azərbaycandakı səfirliyi bağlanır

12.11.2019

Seçilmək üçün sevilmək lazımdır…

12.11.2019

DTX rəisi: 30-dan çox xarici vətəndaşın Azərbaycan ərazisindən istifadə etməklə silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşısı alınıb

12.11.2019

Bakıda külək əsəcək, yağış yağacaq

12.11.2019

Azərbaycanda Konstitusiya İslahatlarının Müasir Mərhələsi: Konseptual Əsaslar və  İnnovasiyalar

12.11.2019

Prezident İlham Əliyev Xətai rayonuna yeni icra başçısı təyin edib

12.11.2019

Elşad Həsənov Yasamal rayonuna icra başçısı təyin edilib - SƏRƏNCAM

12.11.2019

Suraxanı rayonuna yeni icra başçısı təyin edilib - SƏRƏNCAM

12.11.2019

Prezident İlham Əliyev Zərdaba yeni icra başçısı təyin edib

12.11.2019

Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

12.11.2019

Şirvan şəhərinə yeni icra başçısı təyin edilib - SƏRƏNCAM

12.11.2019

Daha 5 istiqamətdə avtobusların gecə reyslərinin açılması planlaşdırılır

12.11.2019

Eddi Uelslə oyunu buraxacaq

12.11.2019

Bakı şəhər prokurorluğu iki nəfərin kanalizasiyada ölümü ilə bağlı məlumat yaydı

12.11.2019

İsrail Qəzzada cihadçıların liderini məhv etdi

12.11.2019

Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildi

12.11.2019

Rusiyadan gələn Azərbaycan vətəndaşında beşbarmaq və bıçaqlar aşkarlandı

12.11.2019

Nazarbayev Putinlə Zelenskini görüşdürür

12.11.2019

Həbsdə olan xalası oğluna telefon aparan şəxs saxlanılıb

12.11.2019

Bu rayonda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

12.11.2019

Ukraynanın Xarici İşlər naziri Azərbaycana gələcək

12.11.2019

İcra hakimiyyəti: Nərimanovda uçqun baş verən yataqxananın sakinləri köçürülə bilər

12.11.2019

Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır

12.11.2019

Paralimpiya çempionu Tokio-2020-yə lisenziya qazanıb

12.11.2019

Azərbaycan nefti bahalaşıb

12.11.2019

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Konstitusiya Günü münasibətilə paylaşım edilib

12.11.2019

Tramp gülləkeçirməz şüşənin arxasından danışdı

12.11.2019

"Arsenal"dan Emeri açıqlaması

12.11.2019

İtmiş amerikan sualtı qayığı Yaponiya dənizinin dibində tapıldı - VİDEO

12.11.2019

Şətrəncçinin  gediş anı, gediş  günü...

12.11.2019

Noyabrın 12-də xarici valyutaların manata qarşı məzənnələri

12.11.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

12.11.2019

Cəbhədə atəşkəsi snayperlər pozdu

12.11.2019

Neft yenidən bahalaşıb