Türk dünyası məktəblilərinin  tarixi mətbu orqanlardan biri- "Maarif" dərgisi

09:14 / 21.10.2019

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

                                    Bakı,1921-1922
                                       (Birinci yazı)

  Hər hansı bir xalqın ictimai-siyasi, bədii fikir tarixində, mədəni və milli təfəkkür tərzini formalaşmasında milli mətbuatın müstəsna rolu vardır. Bu cəhətdən pedaqoji mətbuatın, dövrün əsas ziyalı qüvvəsi kimi, müəllim sözünün, müəllim düşüncə tərzinin  kəsəri həmişə hiss olunur, ona xüsusi ehtiyac duyulur. Cəmi iki sayı işıq üzü görən ."Maarif" məcmuəsi məhz belə bir pedaqoji və ideoloji ehtiyacın  nəticəsində meydana  gəlmişdir. Ölkəmizin arxiv və kitabxanalarında "Maarif" məcmüəsi  haqqında inadlı axtarışlar aparsaq da, onun sonrakı taleyini araşdıra bilmədk. Bəlkə də sonrakı axtarışlar və incələmələr müəyyən suallara cavab kimi diddəti cəlb edəcəkdir.  "Maarif"in birinci nömrəsi 31 dekabr 1921-ci ildə,ikinci sayı isə birinci nömrədə düz bir ay sonra-31 yanvar 1922-ci ildə nəşr olunmuşdur. İkinci nömrədəki iki yazının sonunda "mabədi var" qeydi olsa da,üçüncü nömrənin çıxıb-çıxmadığı məlum deyil. "Maarif" məcmuəsi "Bütün dünyanın işçiləri,birləşin" şüarı-devizi ilə çıxmışdır. Jurnalın adı üz qabığının yuxarı hissəsində-ortada , ləcə də hər səhifənin yuxarısında yerləşdirilmişdir. Başlığın üstində məcmuənin devizi, şıxdığı il, ay və həftənin günü göstərilir. Məcuənin birinci n ömrəsinin üz qabığının ortasında çap edilmiş "səneyi- təsisi"söz birləşməsindən aydın olur ki, "Maarif" uzun bir dövrün nəşri kimi düşünülmüşdür. Məcmuənin üz qabığındakı bu sözlər onun məram və məqsədi  haqqında oxucuya istiqamət verir:

"Azərbaycan Maarif Komissarlığı tərəfindən ayda bir dəfə nəşr olunan mütəəllimlərə (dərs oxuyanlara,şagirdləə-N.N.) məxsus türkcə məcmuədir". Hər iki nömrənin birinci səhifəsidə məcmuənin fehristi- məqalələrin siyahısı, cədvəli verilmışdir.


***
Mənfəətdən xali olmadığı üçün hər iki nömrənin fehristini oxucuların diqqətinə çatdırırıq.

31 dekabr 1921-ci il, N 1.

Fehrist  (mündəricat-N.N.)

Sərlövhə _------------- Müəllif

_______________________________________

1) Məqsədimiz  Heyəti-idarə

2) "Maarif lövhəsi"   M.Hadi

3) Hindistan gözəli   Ə.İsgəndər

4) Məktəb nəğməsi *****

5) Janna d Ark  S.M.Qənizadə

6) Yurduu sev  B.Mürşüd

7) Kənd xalq məişətindən lövhələr  - Müəllim Mahnmud

8) Xoruz deyir   Ə.Dai

9) Ölən şəhər  K.İsmayılzadə

10) Coğrafiya məlumatları  Q.Rəşad

11) Məsələlər t******

12) Lüğət ----------

-------------------------------------------------------------------------------

31 yanvar 1922-ci il,  N2

Fehrist

1) Hindustan gözəli

2) Şəhid oğlum- (şeir)

3) Çin və Fonvizin

4) Öksüz çocuq-(şeir)

5) Kənd xalq məişətindən

6) Əkinlər-şeir

7) Cöğrafiya məlumatları

8) Madərin xoruzu

9) İran- (şeir)

10) Məsələlər

11) Lüğət

Yeri gəlmişkən qeyd edək ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində dünyanın  bir sıra ölkələrində "Maarif" adı ilə onlarla mətbu orqan fəaliyyət göstərmişdir.

Bu, hər nəsnədən əvvəl inkişafın əsas meyarının maarif olmasının dərki ilə ilgilidir. Bu cəhətdən XIX əsrin sonlarında Türkiyədə nəşr olunan dərgi çox maraqlı görünür.

Türkiyədə nəşr olunan "Maârif dergisi" hakkında bilgi "adlı məqaləsi türk dünyasının  ilk maarif nəşrlərinin biri haqqında maraqlı mülahizə və faktlarla zəngindir:

"Maârif dergisi hakkında bilgi: 1891-1896 yılları arasında yayımlanmış haftalık  fen ve edebiyat dergisi.

Türk matbaacılığında ve yayın hayatında önemli bir isim olan Kaspar’ın, ilk sayısını 26 Muharrem 1309’da (1 Eylül 1891) neşrettiği Maârif, II. Abdülhamid döneminin diğer dergileri gibi “siyâsiyattan mâada her şeyden bahs eden” bir dergidir. Perşembe günleri çıkan ve Ahmed Nâci’nin imtiyaz sahibi göründüğü dergi genellikle on altı, Kaspar’ın ölümünden sonra (sy. 135) sekiz sayfa olarak ve çift sütun üzerine çıkmış, otuz beş sayılık son dönemde yine on altı sayfa yayımlanmıştır.

Son sayısı 10 Eylül 1896’da çıkan derginin yirmi altı sayı kabul edilen her cildinde  sayfa numaraları teselsül ederek 204 + 35 = 239 sayıda 3400 sayfaya yaklaşan bir koleksiyon oluşturmuştur.

2. Abdülhamid döneminin maarif politikası paralelinde Batı dünyasındaki keşifler, icatlar, sergiler; astronomi, tıp vb. teknik alanlardaki gelişmelerle ekonomi, eğitim, psikoloji, spor konularına da yer veren Maârif’te, özellikle Kaspar’ın ölümünden sonra İbnürrıfat Sâmih (Sâmih Rıfat) ve İsmâil Safâ’nın yönetiminde  edebiyat meseleleri ağırlık kazanmıştır. Dergide şiir, mensur şiir, hikâye ve edebî mülâhazaları çıkan başlıca yazarlar şunlardır:
 Mehmed Celâl, İbnürrıfat Sâmih, İsmâil Safâ, Abdülhak Hâmid, Recâizâde Mahmud Ekrem, Cenab Şahabeddin,Tevfik Fikret, Ahmed Vefâ, Fâik Esad, Mehmed Ali Ayni, Müstecâbîzâde İsmet,Midhat Bahârî, Muallim Nâci, Muallim Feyzi, Muhyiddin Râif (Yengin), Ahmed Remzi (Akyürek), Receb Vahyi, Rıza Tevfik, Ahmed Râsim, Ali Kâmî (Akyüz), Nazîmâ, Ali Nusret, Âvanzâde Süleyman. Fransız yazarlarından Guy de Maupassant, G. Ohnet, Emil Zola, Abbé Prévost’dan tercüme hikâye ve romanların da yer aldığı dergide Mehmed Atâ Bey’in Paul et Virginie tercümesi Fransızca orijinal metniyle beraber verilmiştir. Yerli ve yabancı yazarların biyografileri, edebiyat üzerine teori ve tenkit yazıları yanında Maârif imzasıyla  sekiz sayı süren “Ural ve Altay Lisanları” ve İsmâil Safâ’nın “Mülâhazât-ı Edebiyye”ler de yayımlanmıştır.

 

Dinî konular arasında ramazan ve bayram özel sayıları dışında mezhep

imamlarının hayatı, fıkhî bahisler, Rıza Tevfik’in Ali Rıza Tevfik imzasıyla

İbn Haldûn üzerine yedi sayı, A. Şâkir ve Nüzhet imzalarıyla yirmi sekiz sayı

süren Seyyid Şerîf el-Cürcânî’den “Ta‘rîfât-ı Seyyid” tercümesi bulunmaktadır.

Bütün koleksiyonda yerli ve yabancı şahsiyetlere, ilginç olaylara, hikâye ve roman  illüstrasyonlarına, şehirlere ve meşhur yapılara, fennî konulara ait olmak üzere 500’den fazla gravür ve çizim vardır.

 

Maârif’in, çoğu dergide yayımlanmış yazı ve tefrikalardan oluşan “Küçük Kitaplar”adlı bir yayın serisi de olmuştur. Derginin tam koleksiyonu Hakkı Tarık Us Kütüphanesi’nde bulunmaktadır".

Azərbaycan Respublikası Dövlət Rarix Arxivində Azərbaycan Xalq Maarif Komissarlığının müxtəlif sənədləri toplanmış 57 nömrəli Fondda "Maarif dərgisi" haqqında maraqlı və pedaqoji mətbuat tariximiz üçün önəmli olan çoxlu sənədlər saxlanılır . Bakıda "Maarif dərgisi"nin yaradılması məsələsinə komissarlığın 14.11.1921-ci il tarixli kollegiya iclasında baxılmışdır.

Bu məsələ kollegiyada müzakirəyə çıxarılmış 46 məsələdən biridir.

"Maarif dərgisi " haqqında məsələni müzakirəyə hazırlayan mətbuat məsələlərindən xəbərdar olan, bu işin vacibliyini yaxşı dərk edən Mahmudbəyov, S.M.Qəniyev və  Ə.Cəfərovdur. Əslində bu dərgi,  vaxtilə Azərbaycan məktəblilərinə dərslik səviyyəsində təqdim olunan "Məktəb" jurnalının davamı kimi başa düşülmədir.

Təşəbbüsçü müəllimlər və müəlliflər jurnalın ayda iiki dəfə 2000 nüsxə tirajla çıxmasını və bunun üçün layihəyə 6.000.000 rubl ayrılmasını lazım bilirdilər. Kollegiya iclasının protokolunun 11-ci maddəsindəki dörd abzaslıq qərar komissarlığın mətbu sözə diqqəti kimi başa düşülməlidir. Komissiya M.Mahmudbəyov, S.Qəniyev (S.M.Qənizadə-N.N.) və Ə.Cəfərovun şəxsində redaksiya şurası  yaratmaq, layıhənin smetasını təsdiq etmək kimi vacib qərar çıxarmışdır.  

Qərardakı maddələrdən biri jurnalın hər ay 16 səhifə həcmində, 4 min nüsxə tirajla çap olunmasına aiddir.Qərarın davamı kimi, Baş İctimai Tərbiyə İdarəsinə uşaq  müəssisələrində jurnalın yayılma üsulları haqqında redaksiya heyətinə tövsiyələr tapşırılır.

Jurnalın hər nömrəsinə 6.000 000 rubl verilməsi rəsmiləşdirilir.

Köllegiya iclası jurnalın nəşrinə təxirəsalınmadan başlamağa da qərar verir./

Qeyd edək ki, rusca yazılan protokolda jurnalın adı kirill əlfbası ilə "MUARİF"kimi yazılmış, ad tərcümə olunmamışdır.

Maraqlıdır ki,Xalq Maarif Komissarlığının 5 dekabr 1921-ci il tarixli kollegiya iclasında da yeni mətbuat orqanlarının nəşri məsələsi müzakirə edilmişdir. Kollegiya iclası Xalq Maarif Komissarının müavini Tomaşevskinin sədrliyi ilə keçirilmişdir.  Kollegiya  iclasıTutenxold, İşkov,Gindes, Eminet, Terequlov, Vəlibəyov,Maqomayev, Rizzel və Şahsuvarovun iştirakı ilə keçirilmişdir.

Kollegiya iclasında jurnalın tatar (Azərbaycan-N.N.) və rus dillərində ayda ayda bir dəfə çıxması fikri  müzakirəyə çıxarılır.

«Maarif " jurnalında  bədii ədəbiyyat və elm məsələləri»  adlı  növbəti yazımızda dərslik və dərs  vəsaiti səviyyəli  pedaqoji mətbuatımızın özünəməxsus xüsusiyyətlərindən bəhs olunacaqdır.


Etiket:

Strategiya.az

Xəbərlər
11.11.2019

QNET-dən növbəti xeyriyyə aksiyası: Ərazi yaşıllığa büründü... - Fotolar

11.11.2019

Oleq Kuznetsov: Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir

11.11.2019

Bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən partiyaların sayı 13-ə çatıb

11.11.2019

Azərbaycan XİN Lavrovun fikirlərinə münasibət bildirib

11.11.2019

DİN və Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı

11.11.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər

11.11.2019

Qalaaltıda yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb

11.11.2019

"Həbib Nurməhəmmədovla zarafat etmirəm" - Ramil Şeydayev

11.11.2019

Türkiyə irimiqyaslı hərbi-dəniz təlimlərinə başladı

11.11.2019

“Sülh çeşməsi” antiterror əməliyyatı zamanı 331 ədəd mina və 891 partlayıcı maddə zərərsizləşdirilib

11.11.2019

Hərəkətdə olan “Opel” aşdı, sürücü öldü

11.11.2019

NI Rusiyanın “ən pis kabusu” haqqında yazdı

11.11.2019

Maşınları toqquşduğu üçün sürücünü öldürdü - Gəncədə dəhşətli qətlin təfərrüatı

11.11.2019

İraqda partlayış zamanı 5 italiyalı hərbçi yaralanıb

11.11.2019

Ukraynada həqiqi hərbi xidmətə çağırış formatı ləğv ediləcək

11.11.2019

Xose Bernandonu bıçaqlayan şəxs saxlanıldı

11.11.2019

"Yuventus" "Milan"ı məğlub etdi

11.11.2019

Tramp İranın “müsbət” və “pis” addımını açıqladı

11.11.2019

Rusiyada bütün ABŞ gəmi aviasiyasını bir anda məhv etməyin yolu tapıldı

11.11.2019

Neft yenidən ucuzlaşıb

11.11.2019

Gəncədə valyuta mübadiləsi ilə məşğul olan kişi küçədə öldürüldü

11.11.2019

İraq xaosu: geosiyasi mübarizənin daha riskli mərhələsi

11.11.2019

Rusiya İranda “Buşəhr” AES-in ikinci blokunun tikintisinə başlayıb

11.11.2019

Evlənmək istəyən 39 nəfərdə sifilis, 19 şəxsdə isə QİÇS aşkarlanıb

11.11.2019

Evo Morales istefa etdiyini açıqlayıb

11.11.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 24 dəfə pozub

11.11.2019

Şahmatçılarımız Avropa kubokuna qələbə ilə start veriblər

11.11.2019

Bu gün havanın temperaturu 23 dərəcəyə yüksələcək

10.11.2019

Kənan Əliquliyev 81 kiloqram cəki dərəcəsində Azərbaycan kubokunun qalibi olub

10.11.2019

İranda yeni neft yatağı aşkarlanıb

10.11.2019

QLOBALLAŞMA VƏ KOMMUNİKASİYA   

10.11.2019

Azərbaycan cüdoçuları Kamerunda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar

10.11.2019

Səhiyyə Nazirliyindən xəbərdarlıq: Buna görə məsuliyyət daşımırıq

10.11.2019

Mixael Şumaxerin həyat yoldaşı yaşadıqları faciədən sonra ilk dəfə müsahibə verdi

10.11.2019

Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək

10.11.2019

Pirallahıda yataqxana binasında yanğın olub

10.11.2019

"Çelsi" uddu, "Arsenal" uduzdu

10.11.2019

Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub

10.11.2019

Azərbaycanda sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK - QƏRAR DƏYİŞDİ

10.11.2019

Elektron siqaretlərin ölümcül təsiri açıqlandı

10.11.2019

Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq

10.11.2019

Nurməhəmmədov alman döyüşçüyə uduzdu

10.11.2019

Tramp prezidentlikdən sonra televiziyaya qayıtmaq istəmədi

10.11.2019

Tehran ABŞ-a güzəştə getməyəcək - RƏSMİ

10.11.2019

Çaylarda sululuq səviyyəsi açıqlanıb

10.11.2019

Sülh və İnkişaf Naminə Dünya Elm Günü

10.11.2019

Polis Bakıda ƏMƏLİYYAT KEÇİRDİ: saxlanılanlar var

10.11.2019

Regional təhlükəsizlik: Ermənistanın pozucu fəaliyyəti və Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının imkanları

10.11.2019

“Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov altıncı pillədədir

10.11.2019

ANAMA mütəxəssisləri Zaqatala rayonunun Uzunqazmalar kəndi ərazisinə baxış keçirib