Ata qızını necə qətlə yetirdi?

11:04 / 19.09.2014

Strategiya.az Kulis.Az-a istinadən yazıçı Alpay Azərin “Div ata” hekayəsini təqdim edir

 

Səhrada tüğyan edən küləyin qaldırdığı qum atayla qızına rahat yeriməyə imkan vermirdi. Külək lap şiddətlənəndə, hər ikisi üzünü əks tərəfə çevirib hərəkətsiz dayanırdılar. Beş yaşlı Sevda elə hey deyinirdi: “Eee... ay ata, bu qum məni bezdirdi. Nə vaxt mağaraya çatacayıq, mən yoruldum axı”.

 

- Darıxma, az qalıb, çatırıq.

 

Qum Sevdanın dodaqlarının arasına, burnuna dolurdu deyə, tez-tez yaylığı ağzından aralayıb yerə tüpürürdü.

 

- Axı sən üzünü bağlamısan, bu qum necə ağzına, burnuna dolur, başa düşə bilmirəm, – atası donquldandı, sonra diqqətlə baxıb gördü ki, Sevdanın ağzını örtdüyü yaylıq boşalıb. Bərkitdi.

 

- Boğuldum, ay ata.

 

Atası yaylığı bir az boşaltdı və onlar xeyli yol gedəndən sonra qarşılarına çıxan ağacın altında oturdular. Qızı boğçanı açdı, pendir, çörək çıxarıb quma sərdiyi yaylığın üstünə qoydu. Hər ikisi yeməyə başladı.

 

- Ata, mağaraya hələ çox var?

 

- Hələ var.

 

Hələ evdə Sevdaya demişdi ki, mağarada yatan divə baxmağa gedirlər.

 

- Yaxşı, ay ata, bax, sən evdə demişdin ki, divin üzünə su töksəm də, oyanmaz, şillə vursam da, təpik vursam da. Bəs... bəs... yerdən yekə daş götürüb başına vursam, onda necə?

 

- Onda da oyanmaz, – atası soyuqqanlılıqla cavab verdi.

 

Sevda heyrətlə içini çəkdi:

 

- Yaxşı, sən yerdən yekə daş götürüb bərkdən divin başına....

 

- Yenə oyanmaz.

 

- Bəs kim öldürə bilər o divi? – qız gözlərində qorxu soruşdu.

 

- Başqa div, – atası sakitcə dedi.

 

- O başqa div harda yaşayır? Başqa mağarada?

 

- Hə, başqa mağarada.

 

- O da çoxlu yatır?

 

- O da çoxlu yatır.

 

- Onda... Onda, o yaxşı div yuxudan oyananda gedərik yanına, deyərik, gedib pis divi öldürsün, göstərərik yolu ona?

 

- Hə gedərik, Sevda, gedərik.

 

- Bəs... ay ata, bəs, sən istəsən, div ola bilərsən?

 

- Mən? – sualdan çaşdı, - Mən niyə div olum ki?

 

- Nə bilim, istiyirəm bir günlüyə div olasan, o pis divi yatan yerdə öldürəsən.

 

- Axı bayaq dedim, o pis divi ancaq yaxşı div öldürə bilər.  Başqa mağarada yaşayan div!

 

- Axı, sən dedin, o biri div yatır. Birdən yaxşı divi oyada bilməsək, onda necə? Ona görə mən istiyirəm, sən birgünlük div olasan, yaxşı div olan kimi gedib o pisi öldürəsən.

 

- Yaxşı, birgünlük div olaram, – atası bunu deyib, susdu.

 

- Onda məni də özünlə apararsan ha?

 

- Yaxşı, apararam.... Sən mənə de görüm... – bir qədər tərəddüddən sonra atası dilləndi, – məni çox istəyirsən, yoxsa ananı? Amma düzünü de, qorxma heç kimə demərəm.

 

Qızcığaz çaşan kimi oldu, bir az susandan sonra: –  Qulağını bura gətir – dedi.

 

- Kim eşidir ki, bizi?

 

- Yox, birdən səsimiz gedib evə çatar. Bacılar eşidər, gedib anaya xəbər edər.

 

- Yaxşı, sən deyən olsun, –atası qulağını qızın ağzına tərəf apardı.

 

- Səni də, ananı da!

 

Atasının üzünə qəribə təbəssüm qondu:

 

- Bunu niyə qulağıma deyirdin?

 

- Nə bilim, – qız çiyinlərini çəkib bic-bic gülümsədi, bir növ atasına çatdırdı ki, zarafatlaşır.

 

Pendir-çörəkdən sonra xurmayla su içib yola düşdülər. Sonra atası boğçasından bel çıxardıb yeri qazmağa başladı. Dizə qədər qazanda xeyli tərləmişdi. Sevda başından açdığı yaylıqla tez-tez atasının üzünün, boynunun tərini silir, balaca, arıq əlləriylə saqqalını qumdan təmizləyirdi.

 

- Hələ çox qalıb su tapmağımıza? – Sevda soruşdu.

 

- Hələ var, hələ qazmalıyam.

 

- Çoox?

 

- Yox, çox qalmayıb. Sən mənə baxma, get o yanda gəlinciyinlə oyna, bir azdan gələrsən.

 

Sevda atasından aralanıb taxtadan düzəltdiyi gəlinciklə oynamağa başladı. Atası arada su içə-içə, tərini silə-silə işinə davam elədi. Qucaq boyda daşa rast gəldi, üç-dörd yerdən sındırıb, parçalarını kənara atdı. Sonra içindəki suyu içib qurtardığı bardağı yerə qoydu. Qurşağa qədər qazıb quyudan çıxdı.

 

- Su tapdın? - üstünə balaca parça qırığı sərib gəlinciyini “yatızdıran” qız çönüb atasından soruşdu.

 

- Tapdım, - atası cavab verdi.

 

- Nə yaxşı, – tez yerindən durdu, qumun üstündəki boş bardağı götürüb atasına tərəf gəldi. – Məni quyuya sal, sənə su götürüm.

 

Atası qızının qolundan tutub ehmalca quyuya saldı. Sevda əlində bardaq əyildi ki, suyun çıxdığı yeri görsün. Su tapmayıb dikələndə atası az əvvəl quyunu qazarkən, bellə qırıb qırağa atdığı qaya parçalarından biriylə Sevdanın başına vurdu. Var-gücüylə, qəfildən vurdu zərbəni, səsini çıxarmadan üzü üstə yıxıldı qızı. Sonra “pis divi” öldürməyə söz verən ata quyuya enib dalbadal bir neçə zərbə də vurdu, – işini tam axıra çatdırmaq üçün. Gördü ki, qızı tərpənmir, arxası üstə çevirdi, – üzü al-qan içindəydi, əlləri açılsa da, su bardağının qulpu hələ də ovcundaydı, göyə baxan balaca gözlərində isə heyrət dolu “Niyə?” sualı donmuşdu. Bardağı götürüb var-gücüylə tolazladı. Sonra çalanın qırağında oturub bir müddət qızına baxdı...

    

Sevda evin ən çirkin qızıydı, anası da atası kimi əminiydi ki, beş yaşlı qız böyüyüb ərlik vaxtına çatanda indiki kimi çirkin qalacaq, onu heç kim almayacaq və buna görə onlar el içində rüsvay olacaqlar. Tərslikdən varlı da deyildilər ki, kimsə tamah salsın. Üstəlik, doqquz, on dörd yaşlı o biri iki qızı ərə vermək dərdi onları qarabaqara izləyirdi. “Yaxşı ki, bunlar Sevda kimi çirkin deyillər!”

 

...Cahiliyyə dövründə azyaşlı qızların diri-diri basdırıldığı müqəddəs Kəbənin yaxınlığındakı Şübeykə qəbiristanlığına indi tez-tez ağ göyərçinlər qonur...


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM