2020-ci ilin sentyabr ayının 27-ni Azərbaycanın şanlı tarixinin möhtəşəm zəfər gününün başlanğıcı hesab etsək yanılmarıq. Ermənistanın cəbhə zonasında növbəti xain təxribatına cavab olaraq Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımız bütün cəbhə boyu əks-hücum əməliyyatı başlatmışdır. Qürurverici haldır ki, iki gün ərzində düşmənin bir çox hərbi texnikası, tank və artilleriya qurğusu sıradan çıxarılmış, yüzlərlə canlı qüvvəsi məhv edilmiş, hərbi qərargahları darmadağın edilmişdir. Rəşadətli və müzəffər ordumuz bir sıra əlverişli yüksəklikləri, 7 kəndi düşmən tapdağından azad etmiş, əməliyyat şəraitinə nəzarəti tamamilə ələ keçirmişdir. Düşmənin sülh prosesinə ciddi zərbə vurması, qeyri-konstruktiv mövqeyi ilə danışıqlardan imtina edərək təxribata əl atması artıq Azərbaycanın onlarla sülh dilində danışmasını mümkünsüz vəziyyətə gətirib çıxardı. Bu dəfəki təxribatdan sonra artıq düşmənə ordumuzun növbəti dəfə gücünü yenidən göstərməyin zamanı gəlmişdir. Ordumuzun Şanlı Aprel qələbəsindən, Günnütün işğaldan azad edilməsindən sonra bu ilin iyul ayında Tovuz istiqamətində döyüşləri zamanı əldə edilmiş qələbələrindən sonra Azərbaycan Ordusunun zəfər çalacağına inamımız sonsuzdur.
Bu gün Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm zəfər tarixi yazmaqdadır. Cənubi Qafqazın ən güclü ordusu ən müxtəlif növlərdə müasir döyüş texnikası ilə təmin edilmiş, müdafiə sənayesini kifayət qədər zənginləşdirmişdir. Hazırda hərbi qulluqçularımız arasında çox yüksək döyüş əhval-ruhiyyəsi, qələbə ruhu vardır. Hər birimiz Azərbaycan ordusuna güvənirik və ordumuzun şanlı tarix yazacağına əminik.
Gəlib çatdığımız məqam bizə onu göstərdi ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd siyasət aparan Ermənistanla diplomatik danışıqların heç bir faydası və mənası yoxdur. İmitasiya və riyakar mövqedən əl çəkməyən Ermənistanın siyasi rəhbərliyi dəfələrlə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyev tərəfindən ən yüksək beynəlxalq tribunalardan faktlarla ittiham edilmiş, onların faşist xisləti ifşa edilmişdir. Bölgədə sülhə və təhlükəsizliyə rəvac verən, terrora dəstək verən təcavüzkar siyasi rejimə ancaq hərbi müstəvidə cavab verilməlidir. “Aprel döyüşləri”, “Naxçıvan əməliyyatlar”ı və Tovuz döyüşləri buna ən bariz nümunədir.
Vurğulamaq lazımdır ki, Aprel döyüşləri xalqla ordunun birliyini daha da möhkəmləndirdi, yeniyetmələrin, gənclərin vətənpərvərlik duyğularını alovlandırdı, hər bir gənci əsgərləşdirdi. Ermənilər isə öz faşist xislətlərinə sadiq qalaraq hərb qaydaları ilə deyil, dinc əhalini hədəf seçib yaşayış evlərini ağır döyüş silahları, top və pulemyotlardan atəş açaraq bir daha beynəlxalq hüquqi normaları pozub, Azərbaycana qarşı növbəti təxribatlarını gerçəkləşdirdilər. Ancaq onların bütün təxribatlarının qarşısı alınıb və bundan sonra da əzəmətli ordumuz tərəfindən alınacaqdır. Dünya biməlidir ki, Azərbaycan haqq mübarizəsi aparır və bu mübarizədə heç bir qüvvə bizə mane ola bilməz. Azərbaycan öz doğma torpaqlarında əks-hücum əməlliyyatları həyata keçirməklə bölgəyə sülh və sabitlik gətirəcəyində tam qərarlıdır.
Hazırki döyüşlər bir daha təsdiqlədi ki, bizim hər bir vətəndaşımız, əsgərimiz rütbəsindən və statusundan asılı olmayaraq düşmənlə ön cəbhədə vuruşmağa hazırdır. Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin vahidliyi uğrunda gözlərini belə qırpmadan şəhidlik zirvəsinə yüksəlməyə istəklidirlər. Artıq bütün dünya Azərbaycanın qəhrəman oğullarının, canından keçən şəhidlərimizin, hərbiçilərimizin möhtəşəm vətənpərvərliyinin şahidi oldu. Onlar bütün dünyaya sözün əsil mənasında igidlik nümunəsi göstərdilər. Bu günlər hər birimizin ürəyi səngərdədir, hərbiçilərimizlə birgə döyünür. Fərəhləndirci məqamlardan biridə odur ki, yaşından asılı olmayaraq bü gün minlərlə vətəndaşlarımız könüllü olaraq səfərbərliyə cəlb olunmuş, vətən torpağı uğrunda canlarından belə keçməyə hazırdırlar.
Əminik ki, ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə elə bir tarix yazacaq ki, o, Azərbaycan xalqının illərdir səbirsizliklə gözlədiyi zəfər salnaməsinə çevriləcəkdir. Azərbaycan xalqı, ordusu əzəli və əbədi torpaqlarımızı azad edəcək, ölkəmizin ərazi bütövlüyünü təmin edəcək, şəhidlərimizin qanını yerdə qoymayacaq, şəhidlərimizin ruhunu şad edəcək. Azərbaycan xalqı ordusuna güvənir, onun arxasındadır. İnanırıq ki, ordumuz tezliklə bizə qələbə xəbərini verəcək, zəfər sevincini yaşadacaqdır.
Uca Allah vətənimizi və əsgərlərimizi qorusun!
Şəhidlərimizin ruhu şad olsun!
Ramin Səmədov,
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri
Strategiya.az
BU GÜN AZƏRBAYCAN BAYRAĞI İŞĞAL EDİLMİŞ TORPAQLARIMIZDA DALĞALANIR!
Azərbaycan Qarabağ qələbələri ilə öz həqiqətini çağdaş tarixə yazır
Dənizdə dalğanın hündürlüyü 2,8 mətrə çatıb
Yeni türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başladı
Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar - Əli Həsənov
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
20 YANVAR – TARİXİMİZİN QANLI VƏ ŞANLI SƏHİFƏSİ
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Oqtay Şirəliyev və Ramin Bayramlı peyvənd olundu
Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə ilə bağlı sənəd qəbulu fevralın 1-də başa çatdırılacaq
Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Dünyada koronavirusa yoluxanların sayı 95 milyon nəfəri ötüb
Azərbaycanda 845 nəfər COVID-19-dan sağalıb, 322 nəfər yoluxub, 11 nəfər vəfat edib
TDƏŞ, TÜRKSOY və Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Füzulidə
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
MN: Komissiyanın “veteran adı”nın verilməsi səlahiyyəti yoxdur
Səfərbərlikdən tərxis edilmiş 1953 nəfərin müraciətinə baxılıb
Diqqət! Onlayn ödənişlər zamanı kart məlumatları ələ keçirilə bilər - XƏBƏRDARLIQ
Ermənistanda daha 351 nəfərdə COVID-19 aşkarlanıb, 5 nəfər ölüb
Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
Azərbaycanda koronavirus infeksiyasından 650 nəfər sağalıb, 402 yeni yoluxma faktı qeydə alınıb
Bakıda qar yağacaq
Prezidentin Şuşa səfərinin tarixi və siyasi əhəmiyyəti
İlkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq
Həftəsonları ictimai nəqliyyat işləməyəcək
Operativ Qərargah beynəlxalq və ölkədaxili uçuşlar bağlı məlumat yayıb
Yaxın qohumların dəfnində iştirakla bağlı qərar açıqlanıb
Bu tarixdən bərbərxanalar və gözəllik salonları açılır
Azərbaycanda yanvarın 18-dən koronavirsa qarşı vaksinasiya başlayacaq
Operativ Qərargah: Xüsusi karantin rejiminin müddətinin aprelin 1-dək uzadılmasına qərar verilib
SMS icazə ləğv olunur - RƏSMİ
Azərbaycanda 494 nəfər COVID-19-dan sağalıb, 349 nəfər yoluxub, 12 nəfər vəfat edib
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə olublar (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa məscidini ziyarət ediblər (FOTO)
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşa şəhərində səfərdə olub
Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb olunub
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşa şəhərinə səfər ediblər - VİDEO
Ceyhun Bayramov Pakistanın Baş naziri ilə görüşüb
XİN: Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir
Azərbaycanda 1159 nəfər COVID-19-dan sağalıb, 380 nəfər yoluxub, 14 nəfər vəfat edib
Dəymiş ziyanın məbləği məlum oldu - - RƏSMİ AÇIQLAMA
Qobustanda vulkan püskürüb
Mövlud Çavuşoğlu: Ermənistan macəralardan uzaq olmalıdır
Azərbaycanın xarici işlər naziri Pakistan Prezidenti ilə görüşüb
Vüqar Səfərli həbs edilib
Suqovuşanda düşmənin atıb qaçdığı silah-sursat aşkar edilərək götürülüb