BMT-nin adındakı yanlışlığın mahiyyətinə mənfi təsiri - Vətən müharibəsi dərsi

12:39 / 24.10.2020

Oktay Səmədov 
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
 
24 oktyabr dünyada Beynəlxalq Millətlər Təşkilatı (BMT) Günü kimi qeyd olunur. Bu təşkilatın yaranma tarixinə, məqsəd və vəzifələrinə, nüfuz dairəsi və təsir gücünə nəzər yetirsək, onun adı ilə fəaliyyətinin məzmunu və istiqaməti arasında nə dərəcədə böyük fərq olduğunun şahidi oluruq.
1914-1918-ci illərdə 15 milyon insanın həyatına son qoymuş Birinci Dünya müharibəsindən sonra Avropa xalqları birgə bəyanat qəbul etdilər: "Müharibə olmasın!" Versal sülh konfransında (1914) sülhü müdafiə etmək naminə ABŞ prezidenti Vudro Vilsonun beynəlxalq birliyin yaradılması təklifi rəğbətlə qarşılandı. Lakin Millətlər Cəmiyyəti adlanan yeni beynəlxalq təşkilat elə yarandığı ilk gündən çətinliklərlə üzləşdi: ABŞ Senatı prezidentin bu təşkilata daxil olmaq barədə təklifini rədd etdi.
Millətlər Cəmiyyəti 1927-ci ildə arbitraj və təhlükəsizlik üzrə xüsusi komissiya yaratdıqdan sonra üzv olan ölkələr yeni müharibənin alovlanmasına yol verməmək üçün təntənəli şəkildə and içdilər: dünyada heç bir ölkə başqa ölkəyə hücum edib müharibəyə başlaya bilməzdi və bütün müharibələr yalnız müdafiə xarakteri daşımalı idi.
1939-cu ildə Almaniyanın Çexoslovakiya və Polşaya hücumu ilə başlamış İkinci Dünya müharibəsi Millətlər Cəmiyyətinin dağılmasına səbəb oldu. 60 milyon insanın həyatına son qoymuş müharibə başa çatdıqdan sonra faşizm caynağından qurtulmuş dünya xalqları təkrarən qətiyyətlə dedilər: "Müharibə olmasın!" 
Növbəti dəfə yeni birliyin yaradılması zərurəti meydana çıxdı. Beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək, dövlətlər arasında dinc əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə müstəqil dövlətlərin könüllü birləşməsi nəticəsində beynəlxalq təşkilat - Birləşmiş Millətlər Təşkilatı yaradıldı. 
1945-ci ilin aprelində ABŞ-ın San-Fransisko şəhərində keçirilən konfransda 50 dövlətin nümayəndəsi BMT-nin Nizamnaməsini imzaladılar və həmin ilin 24 oktyabrında bu rəsmi sənəd qüvvəyə mindu. Bu tarix beynəlxalq aləmdə BMT Günü kimi qeyd olunur.
Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul olunub və onun bir çox qurumları ilə fəal və səmərəli əməkdaşlıq edir. Azərbaycanın xarici siyasətində BMT müstəsna əhəmiyyətli universal beynəlxalq təşkilat kimi tanındığı halda, beynəlxalq birlik 30 ildən çox davam edən və bu gün ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda qanlı müharibəyə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə laqeyd yanaşır, Təhlükəsizlik Şurasının bu münaqişəyə dair hələ 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrinin ölkəmizin ərazi toxunulmazlığını təsdiq edən müddəalarının, Ermənistannın işğalçı silahlı qüvvələrinin Azərbaycanın ərazisindən çıxarılması tələblərinin 27 il ərzində yerinə yetirilməməsinə göz yumur. 
Nüfuzlu beynəlxalq təşkilatın qətnamələrini yerinə yetirməkdən imtina edən, bu rəsmi sənədlərin beynəlxalq hüquqa söykənən tələblərinə məhəl qoymayan işğalçı dövlətin indiyədək beynəlxalq birliyin sanksiyalarına məruz qalmaması təəccüb və təəssüf hissi doğurmaqla yanaşı, bu təşkilatın sülhü təhlükə altına qoyan, xarici siyasətini təcavüz və terror üzərində quran cılız bir dövlətin böyük iddiaları qarşısında aciz qaldığını göstərmirmi? 
Bu halda hansı nüfuzdan söhbət gedə bilər? Bu gün, bəşər övladında yeni düşüncə tərzinin, milli və ümumbəşəri dəyərlərə fərqli münasibətin formalaşdığı, cəmiyyətin sosial həyatının zənginləşdiyi, dövlətlər arasında siyasi münasibətlərin gərginləşdiyi, qloballaşma fəsadlarının yaşandığı bir dövrdə yeni və fərqli beynəlxalq birliyin təşəkkül tapmasına ehtiyac duyulmurmu?   
BMT Nizamnaməsinin 100-cü maddəsində deyilir: “Təşkilatın hər bir üzvü Baş Katib və Katiblik personalının öhdəliklərinin beynəlxalq xarakterinə hörmət etmək öhdəliyi götürür və vəzifələrinin icrası zamanı onlara təsir göstərməyə çalışmır” (9, XV Başlıq, 100-cü maddə). Lakin BMT və onun ixtisaslaşmış təşkilatlarının fəaliyyət istiqamətlərinə güc dövlətlərinin, ilk növbədə ABŞ və onun müttəfiqlərinin təsiri böyükdür. Başlıca səbəb bu təsisatlarda qərarların qəbulu zamanı tarazlaşdırıcı səsvermə prinsipinin mövcudluğudur: təşkilata daha artıq maliyyə yardımı göstərən dövlət nisbətən üstün imkanlara malikdir. Nəticədə bir çox beynəlxalq təşkilatların və xüsusən də BMT-nin effektivliyi problemi ortaya çıxır. 
Digər tərəfdən, terroru dövlət siyasətinə çevirmiş Ermənistan kimi ölkələr Nizamnamənin 100-cü maddəsində qeyd olunan öhdəliklərin beynəlxalq xarakterinə nəinki hörmətlə yanaşmır, onları kobud şəkildə pozur, Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə qətiyyən məhəl qoymur. Beynəlxalq birlik isə bu cür münasibəti müvafiq sanksiyaların mümkün tətbiqi ilə cavablandırmaq barədə düşünmür. Bəlkə də düşünmək istəmir.
Nəticədə BMT-nin nüfuzlu bir qurum kimi tanınmasına ciddi şübhə yaranmırmı?
Dövlətlər arasında yaranan münаqişələrin sülh yоlu ilə tənzimlənməsi, bеynəlхаlq sülhün və təhlükəsizliyin qоrunub sахlаnmаsı və möhkəmləndirilməsi, ölkələr аrаsındа dоstluq münаsibətlərinin, humаnitаr, mədəni, sоsiаl, iqtisаdi хаrаktеrli prоblеmlərin həllində bеynəlхаlq əməkdаşlığın inkişаf еtdirilməsi başlıca məqsədi olan BMT-nin adında “millətlər” sözü var. Millət - insanların tarixən diləraziiqtisadi və mədəni həyat  ümumiliyi əsasında təşəkkül tapan və milli xarakterin, mədəniyyətin milli özünəməxsusluğunda təzahür edən sabit birliyidir. Dövlət isə - bir ölkədə, bir ərazidə siyasi baxımdan təşkilatlanmış bir millət və ya millətlər ittifaqının yaratdığı siyasi varlıqdır. Məhz insan birliyi yox, bu siyasi varlıq beynəlxalq təşkilatın üzvü statusuna malikdir. Yəqin ki, bu beynəlxalq təşkilatın adında “Millətlər” sözünü “Dövlətlər” sözü ilə əvəz etmək daha düzgün olardı – Beynəlxalq Dövlətlər Təşkilatı.
Dünya dəyişir... Bəşəriyyət yeni çağırışlar ərəfəsindədir. 
Süni intellekt yaratmaq bacarığına malik şüurlu varlıq ümumbəşəri bəlaya çevrilmiş koronavirus qarşısında aciz qalıb. Ekoloji problemlərin sayı artmaqda, təbii fəlakətlər çoxalmaqdadır. İkili və daha çox standartlarla yaşayan dünyada təbii sərvətlər uğrunda savaş bitmir. Sağlam həyat tərzi, sülh və əmin-amanlıq, dinclik və sabitlik arzuya çevrilməkdədir.
Bu gün dünyada yeni məzmunlu beynəlxalq təsisatlara böyük ehtiyac var. Beynəlxalq qurumun qəbul etdiyi, ancaq yerinə yetirə bilmədiyi qətnamələri işğala məruz qalmış dövlətin öz gücü ilə icra etməsi bu ehtiyacın mövcudluğunu təsdiqləməkdədir.
27 il öncə BMT-nin “mavi dəbilqəlilər”in görməli olduğu işi bu gün müzəffər Azərbaycan Ordusu öz üzərinə götürüb. Ölkənin ərazi bütövlüyünün təmin edilməsi, haqq və ədalətin bərpa olunması, sülhün və əmin-amanlığın bərqərar olması naminə.
Məramı Yer üzündə sülhün qorunması olan 75 yaşlı BMT, adını və mahiyyətini dəyişəməyə böyük ehtiyac olduğunu Azərbaycanın haqq uğrunda Vətən müharibəsi bir daha təsdiqləyir. 


Etiket:

Strategiya.az

Xəbərlər
01.12.2020

Azərbaycanda 4 426 nəfər COVID-19-a yoluxub, 1 995 nəfər sağalıb, 41nəfər vəfat edib

01.12.2020

Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - SƏRƏNCAM

01.12.2020

Ordudan ilk bu şəxslər tərxis ediləcək - SİYAHI

01.12.2020

Prezident İlham Əliyev: Meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib

01.12.2020

Azərbaycan Prezidenti: Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib

01.12.2020

Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib

01.12.2020

AZƏRBAYCAN ORDUSU LAÇINDA!

01.12.2020

Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanıldı

01.12.2020

Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO

01.12.2020

Bir gündə 28 koronavirus xəstəsi saxlanıldı, 19 nəfərə cinayət işi başlandı

01.12.2020

Misir portalı Azərbaycan Ordusunun Laçına daxil olmasından yazıb

01.12.2020

Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO)

30.11.2020

Rusiya ilə Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzinin detalları müzakirə olunur - Hulusi Akar

30.11.2020

Azərbaycanda 2 981 nəfər COVID-19-a yoluxub, 1 226 nəfər sağalıb, 31 nəfər vəfat edib

30.11.2020

Karxanaların Kürə təsiri açıqlandı

30.11.2020

İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək?

30.11.2020

Fransanın təxribatları cavabsız qalmayacaq

30.11.2020

Xınalıq kəndində 16 santimetr qar yağıb

30.11.2020

Oğuzda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb

30.11.2020

"Ağyoxuş" qızıl yatağı istismara verildi (FOTO)

29.11.2020

Vətəni Xudayarın səsindən tanıyın (VİDEO)

29.11.2020

Rusiya Federasiyasının sülhməramlı kontingentinin təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir (VİDEO)

29.11.2020

Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı olub

29.11.2020

Azərbaycanda COVID-19-a 4 170 yeni yoluxma qeydə alınıb, 1 985 nəfər sağalıb, 38 nəfər vəfat edib

29.11.2020

Ağdamın Şahbulaq kəndi - VİDEO

29.11.2020

Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq

29.11.2020

İsmayıllı ağ örpəyə büründü - FOTO

29.11.2020

Kəlbəcər rayonunun kəndlərinin videogötüntüləri - VİDEO

28.11.2020

Azərbaycanda COVID-19-a 4 212 yeni yoluxma qeydə alınıb, 1 760 nəfər sağalıb, 32 nəfər vəfat edib

28.11.2020

Füzulidə 5 mülki şəxs minaya düşərək həlak olub - Baş Prokurorluq

28.11.2020

İqtisadi Şuranın növbəti iclası keçirilib

28.11.2020

Türk əsgərləri tezliklə Azərbaycanda vəzifələrinin icrasına başlayacaq - Fuat Oktay

28.11.2020

Diplomatik korpusun nümayəndələri Tərtərdədir

28.11.2020

Oğuz meşələrində qiymətli ağac növlərini qanunsuz kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib

28.11.2020

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb

28.11.2020

Bakı küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılıb

28.11.2020

Pakistan Respublikasının səfiri Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilib

28.11.2020

Bu həkimlər yanvaradək əlavə maaş alacaqlar

27.11.2020

Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nı təsdiqləndi - SƏRƏNCAM

27.11.2020

Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb

27.11.2020

Azərbaycanda 3712 nəfər COVID-19-a yoluxub, 1359 nəfər sağalıb, 35 nəfər vəfat edib

27.11.2020

“Ermənilərin ekoloji terrorizmi” mövzusunda seminar keçirilib

27.11.2020

Noyabrın 29-dan etibarən yağış, qar gözlənilir - Xəbərdarlıq

27.11.2020

Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

27.11.2020

Bakıda marşrut avtobuslarının dezinfeksiyasına nəzarət gücləndirildi

27.11.2020

Baş infeksionist: Özünümüalicə koronaviruslu xəstələrin vəziyyətini daha da ağırlaşdıra bilər

27.11.2020

Dünyada koronavirusa yoluxanların sayı açıqlanıb

27.11.2020

Azərbaycan və İtaliya XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə ediblər

27.11.2020

Fransa qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır

26.11.2020

Azərbaycan Fransaya nota verib