Azərbaycan Qarabağ qələbələri ilə öz həqiqətini çağdaş tarixə yazır

12:53 / 07.11.2020

Biz haqlıyıq, biz zəfər çalacağıq!

 

Bu gün qüdrətli, müstəqil dövlətimizin tarixinə parlaq, qürurverici, şanlı səhifələr yazılır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu 30 il ərzində Ermənistan silahlı birləşmələrinin tapdağı altında qalan torpaqlarımızı hər gün addım-addım işğaldan azad edir. Ölkə rəhbərinin ətrafında yumruq kimi birləşərək apardığımız müqəddəs Vətən müharibəsi xalqımızı arzu və istəklərinə qovuşdurur.

 

Sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq müzəffər Azərbaycan Ordusunun bütün cəbhəboyu başlatdığı əks-hücum əməliyyatları nəticəsində qısa müddət ərzində 4 rayonumuzun şəhər və qəsəbələri, yüzlərlə kəndi, strateji əhəmiyyət daşıyan yüksəkliklər düşməndən təmizlənmiş, həmin ərazilərimizdə üçrəngli bayrağımız əbədi olaraq dalğalandırılmışdır.

 

Rəşadətli ordumuz işğaldan azadetmə, sülhə məcburetmə əməliyyatlarını gündən-günə daha əzmlə, ruh yüksəkliyi ilə və peşəkarlıqla davam etdirir. Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı, qüdrətli və yenilməz sərkərdəmiz cənab İlham Əliyevin rəhbərliyi ilə cəsur zabit və əsgərlərimiz dünya güclərinin uzun illər göz yumduğu, qulaqardına vurduğu tarixi ədaləti bərpa edir. Hər gün ölkə rəhbərinin böyük qürur, fəxr və sevinc hissi ilə xalqımıza verdiyi müjdələr, qələbə xəbərləri insanlarımızı hədsiz dərəcədə sevindirir, daha da ruhlandırır və hər kəsi böyük qələbənin çox yaxında olduğuna bir daha əmin edir.

 

Döyüş meydanında şanlı ordumuzun əldə etdiyi misilsiz qələbələrlə yanaşı, ölkə rəhbərinin bu həssas və taleyüklü günlərdə apardığı diplomatik mübarizə, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq işinə zəruri dəstək qazandırır. Dövlətimizin yenilməz iqtisadi və hərbi potensialı, bu çətin günlərdə dünyaya nümunə olacaq xalq-iqtidar birliyi, başda qardaş Türkiyə olmaqla tərəfdaşlarımızın siyasi və mənəvi dəstəyi işğalçı Ermənistanın terrorçu dövlət olaraq mövqelərini daha da zəiflədir. Bu təcavüzkar dövlətin qüdrətli Azərbaycanla qətiyyən rəqabət aparmaq iqtidarında olmadığına və ən yaxın zamanda iflasa uğrayacağına bütün dünya da əmin olur.

 

Ermənistanın reallıq hissini itirən, bütün fəaliyyətini siyasi riyakarlıq, terror üzərində quran, məğlubiyyətdən xilas edilmək üçün dünya liderlərinə yalvaran rəhbərliyi birmənalı və qəti şəkildə anlamalıdır ki, Azərbaycan Prezidenti, xalqımız, şanlı ordumuz əzəli torpaqlarımızın işğalı ilə heç zaman barışmadığı kimi, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyümüzü də istənilən yolla bərpa ediləcəkdir.

 

Aparılan döyüş əməliyyatları bir daha sübut etdi ki, işğalçı Ermənistanın silahlı birləşmələri yenə də öz çirkin ənənələrinə, xislətlərinə sadiq qalaraq müharibə dövrünün qanunlarına, şərtlərinə əməl etmirlər. Düşmən qüvvələr beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq məqsədyönlü şəkildə mülki əhalini və infrastrukturu hədəfə alırlar. Qüdrətli və ədalətli Azərbaycan Ordusu isə səbr, təmkin və peşəkarlıq nümayiş etdirirərək bütün döyüş əməliyyatlarını yalnız legitim hədəflər üzərində aparır.

 

Hərbi əsir və girovlarla beynəlxalq hüquq normaları çərçivəsində rəftar edilir, mülki əhali və infrastruktur heç bir halda hədəfə alınmır. Bu, sülhməramlı Azərbaycan Ordusunun ən böyük üstünlüyü və fərqidir. Göründüyü kimi, ölkə başçımızın və xalqımızın beynəlxalq hüququn norma və prinsiplərinə yanaşma tərzi kimi, ordumuzun da döyüş əməliyyatları zamanı sərgilədiyi mövqe tam fərqlidir, ədalətlidir.

 

Onu da təəssüf hissi ilə qeyd etməliyk ki, 30 ilə yaxındır davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm təsirə malik olan beynəlxalq təşkilatlar və siyasi güc mərkəzləri bu zaman kəsiyində mövcud problemə ikili standartlarla yanaşaraq, hər zaman öz qərəzli mövqelərini açıq şəkildə nümayiş etdirmişlər. Özünü bütün dünyada beynəlxalq hüququn, haqqın və ədalətin təminatçısı kimi tanıdan bəzi beynəlxalq təşkilatlar, təəssüf ki, bu illər ərzində Azərbaycanın üzləşdiyi hərbi təcavüzün və etnik separatizmin qarşısının alınması istiqamətində heç bir əməli addım atmamış, işğalçıya heç bir təzyiq göstərməmişlər. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, ATƏT, Avropa Şurası, Avropa İttifaqı kimi beynəlxalq təşkilatların qərarları və bəyannamələri indiyə qədər yerinə yetirilməmiş qalmışdır.

 

Bu gün Azərbaycan Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu hərbi əməliyyatlar keçirməklə strateji yüksəklikləri, kənd, qəsəbə və şəhərləri işğaldan azad edir, bununla da haqq və ədalətin qələbəsinə imza atır. Döyüşkən Azərbaycan Ordusu ölkə başçısının qeyd etdiyi kimi, faktiki olaraq BMT Təhlükəsizlik Şurasının 27 il öncə qəbul etdiyi məlum qətnamələrin beynəlxalq hüquqa söykənən tələblərini inamla icra etməkdədir. Beləliklə, Azərbaycanın beynəlxalq təşkilatlara onların qəbul etdikləri rəsmi sənədlərin tələblərinin qeydşərtsiz icrasının tamamilə yeni və ən effektiv modelini təqdim edir.

 

Dünyanın 50 ən güclü silahlı qüvvəsi sırasında yer alan Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən, sarsıdıcı zərbələr altında geri çəkilən işğalçı Ermənistanın müharibə cinayətləri törətməkdən çəkinmir.

 

Düşmən bir ay ərzində 3 dəfə elan edilmiş humanitar atəşkəs rejimini kobudcasına pozaraq, Azərbaycan əhalisinin sıx yaşadığı şəhər və kəndləri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından, raket sistemlərindən, qadağan olunmuş silahlardan istifadə edərək atəşə tutdu. Erməni vandalları dağıntı və yanğınlar törədərək öz məkrli niyyətlərini, vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirdilər.

 

İşğalçı dövlətin beynəlxalq hüquq normaları ilə qadağan edilmiş kütləvi qırğın silahlarından istifadə edərək cəbhədən kənarda yerləşən Gəncə, Mingəçevir, Yevlax, Daşkəsən, Xızı və Siyəzəni, cəbhəyanı Tərtər, Bərdə, Goranboy, Beyləqan və Ağcabədini müxtəlif istiqamətlərdən atəşə tutması 100-ə qədər dinc sakinin həlak olması, 400-dən çox dinc sakinin isə ağır yaralanması ilə nəticələnmişdir. 2 azyaşlı uşaq, 9 məktəbli erməni terrorunun qurbanı olub. Düşmən hücumları 50-yə qədər təhsil müəssisəsinə ziyan vurub.

 

Hərbi əməliyyatlar keçirilən ərazidən uzaqda yerləşən yaşayış məntəqələrinə raket zərbələrinin endirilməsi və mülki şəxslərin vəhşicəsinə qətlə yetirilməsi erməni vandalizminin növbəti təzahürü, erməni xislətinin aşkar nümunəsidir. Bu terror aktları Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq humanitar hüquq normalarını, xüsusilə “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasını, BMT-nin Uşaq Hüquqları Konvensiyasını, habelə insan hüquqları sahəsində digər beynəlxalq sənədləri kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətindən əl çəkmədiyini, bəşəri dəyərlərə məhəl qoymadığını və insanlıq əleyhinə yönəlmiş iyrənc cinayətlərini məqsədli şəkildə davam etdirdiyini bir daha təsdiqləyir.

 

Amma bəlli bir həqiqət də var: bu hərbi cinayətlər və terror aktları Azərbaycan xalqının məğrurluğunu və iradəsini qıra bilməz. Öz ölkəsində əhalisinin diqqətini hökumətin yarıtmaz daxili və xarici siyasətinin ağır nəticələrindən, dərinləşməkdə olan sosial-iqtisadi və siyasi böhrandan yayındırmaq məqsədilə təxribatlara əl atan Ermənistanın xunta rəhbərliyi nəinki ölkəsinin və xalqının acınacaqlı vəziyyətini daha da çətinləşdirir, həm də bütün regionda sülhə və sabitliyə ciddi təhlükə yaradır. Paşinyan, onun sələfləri və havadarları törətdikləri cinayətlərə görə mütləq cavab verəcəklər.

 

Uzun illər işğal altında olan torpaqlarımızın azad edilməsi həm də şəhidlərimizin müqəddəs ruhları qarşısında borcumuzun yerinə yetirilməsi deməkdir. Ölkəmizin ərazi bütövlüyünün bərpası, əzəli torpaqlarımızın erməni işğalından azad olunması uğrunda canından-qanından keçən şəhidlərimizin qisasının yerdə qalmadığını dəfələrlə bəyan edən Ali Baş Komandanımız xalqımıza ünvanladığı hər bir müraciətində Azərbaycanın haqq yolunda olduğunu, böyük qələbənin hər gün, hər an yaxınlaşdığını qətiyyətlə və inamla bəyan edir.

 

Əminik ki, ana dilimizdə fikir və düşüncələrimizi xüsusi vurğu ilə təsdiqləyən nida işarəsi, nəhayət ki, gerçəklikdə böyük qələbənin rəmzi işarəsinə çevriləcəkdir. Ölkə rəhbərinin dilində israrla və inamla təkrarlanan, haqqı və ədaləti təsdiqləyən, dəyişməz reallığı əks etdirən nida işarəli “Qarabağ Azərbaycandır!” hökmü təkcə mübariz Ordumuzun deyil, bütün xalqımızın Vətən eşqini ifadə edən şüara çevrilmişdir. Bu taleyüklü günlərdə hər birimiz həmin şüarın yaratdığı əhval-ruhiyyənin cazibəsindəyik. Qürurla deyə bilərik ki, bu gün biz yeni reallıqların şahidiyik, daha böyük qələbələrin isə bir addımlığındayıq. Bu reallıqların müəllifi ümummilli lider, xalqımızın xilaskarı Heydər Əliyevin ləyaqətli davamçısı, Prezident İlham Əliyevdir, Ali Baş Komandan kimi onun rəhbərlik etdiyi müzəffər Azərbaycan Ordusudur. qədirbilən, qürurlu xalqımızdır. Qəlbində Vətən sevgisi yaşadan igidləri ilə daim zəfərə doğru irəliləyən ordumuz son bir ay ərzində Ermənistanın silahlı birləşmələri barədə süni şəkildə yaradılmış mifi darmadağın etdi, mənfur düşməni təkbaşına məhv etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Silahlı Qüvvələrimizin irimiqyaslı hərbi əməliyyatlarda yüksək taktiki və strateji hazırlıq səviyyəsi və torpaqlarımızın erməni işğalından azad etmək əzmi dövlətimizin və xalqımızın haqq və ədalət, sülh və əmin-amanlıq uğrunda müqəddəs savaşının böyük zəfərlə bitəcəyini müjdələyir.

 

Azərbaycanın Vətən müharibəsi dövlətimizin və xalqımızın mövcud reallıqları dəyişmək iqtidarında, ordumuzun bütün bölgədə sülhü və sabitliyi təmin etmək niyyətində və gücündə olduğunu bir daha göstərir. Bu savaşın özü xüsusi məna kəsb edir. Ölkə Prezidenti xarici dövlətlərin media təmsilçiləri ilə hər görüşündə bu reallığın mahiyyətini yüksək məharətlə, peşəkarlıqla açıqlayır, savaşın məhz sülhə nail olmaq, tarixi ədaləti bərpa etmək naminə aparıldığını vurğulayır. Bu savaş xalqımızın həm hüquqi, həm də mənəvi haqqından doğan, beynəlxalq ədalətə söykənən və Vətən sevgisindən qaynaqlanan reallıqdır.

 

Xüsusilə qeyd edilməlidir ki, ön cəbhə ilə bərabər, arxada və dünyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında hər birimiz üzərimizə düşən vəzifələrimizi məsuliyyətlə yerinə yetirməliyik. Bu gün Azərbaycana qarşı informasiya müharibəsi Ermənistan və onun havadarları tərəfindən müxtəlif informasiya resurslarından istifadə etməklə, bir sıra xarici televiziya kanalları və sosial media vasitəsilə aparılır. Sağlam, bilikli və vətənpərvər gənclərin yetişdirilməsinə daim öz töhfəsini verən Bakı Dövlət Universitetinin çoxminli professor-müəllim heyəti və tələbələri də informasiya müharibəsində, haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında önəmli mübarizə aparır, düşmən təcavüzünə dünyada qiymət verilməsinə köməyini göstərir.

 

Bakı Dövlət Universitetində bugünlərdə start verilmiş layihə də bu amala, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, öz doğma torpaqlarından məcburən didərgin salınmış insanlarımızın haqq səsinin eşidilməsinə xidmət edir. “İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” Kompleks Beynəlxalq Hesabat hazırlamaq üçün BDUnun müəllim və tələbələrindən, magistr və doktorantlarından təşkil olunmuş, həmçinin müxtəlif ölkələrin nüfuzlu hüquqşünasalimlərinin cəlb olunduğu işçi qrup yaradılmışdır. Bu əhatəli hesabatın yazılmasında beynəlxalq təşkilatların təcrübəsinə, müqavilə və məhkəmə təcrübəsinə, nəhayət müxtəlif dövlətlərin milli qanunvericilik təcrübəsinə geniş istinad ediləcəkdir.

 

Bu hesabatın əsas məqsədi Azərbaycan Respublikası ərazilərindən didərgin salınmış məcburi köçkünlərin işğala qədər, işğal dövründə və işğaldan sonra öz doğma yurdlarına təhlükəsiz və şərəflə qayıtmaq hüquqları ilə əhatələnən və mühüm beynəlxalq sənədlərlə tanınaraq pozulmuş əsas hüquqları, işğalla əlaqədar vurulmuş ziyanların əhatə dairəsi, işğal dövründə törədilən beynəlxalq cinayətlər, Ermənistanın beynəlxalq-hüquqi məsuliyyətinin əsasları və s. kimi aktual problemlərin beynəlxalq-hüquqi həlli məsələləridir.

 

Bundan başqa, BDU-nun alimləri işğal altında olmuş Azərbaycan Respublikası ərazilərində ekoloji problemlərin öyrənilməsi, faydalı qazıntı yataqlarının, qiymətli metal mədənlərinin talanması və s. aktual mövzularda akademik layihələrin işlənilib hazırlanması üzərində də iş aparırlar.

 

Savaşın ilk günü, sentyabrın 27-də Ali Baş Komandan xalqa müraciətində bir daha qətiyyətlə bildirmişdir: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

 

Müstəqil, qüdrətli dövlətimizin, yurdsevər xalqımızın və yenilməz ordumuzun mövqeyini və haqq səsini ifadə edən bu hökm Azərbaycan xalqını yeni reallığın təntənəsinə səfərbər etmişdir. Böyük Qələbənin mübarək addımlarının səsi eşidilməkdədir.

 

Elçin BABAYEV,

Bakı Dövlət Universitetinin rektoru
 


Etiket:

Strategiya.az

Xəbərlər
02.12.2020

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin telefon danışığı olub

02.12.2020

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar

02.12.2020

Noyabrın 10-da Azərbaycanda Zəfər Günü qeyd ediləcək

02.12.2020

Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək - SƏRƏNCAM

02.12.2020

Qarabağda Türkiyə ilə müştərək ilk Yüksək Texnologiyalar Parkı yaradılacaq

02.12.2020

MMC rəisinə cinayət işi başlandı

02.12.2020

Müdafiə Nazirliyi hərbi xidmətdən tərxislə bağlı vətəndaşlara müraciət edib

02.12.2020

Azad olunmuş ərazilərdə nəqliyyat strukturu necə qurulacaq? - DANX-dan AÇIQLAMA

02.12.2020

Polis ötən gün yaşayış yerini tərk edən daha 28 koronavirus xəstəsi aşkarladı

01.12.2020

Dəniz piyadaları daimi dislokasiya məntəqəsinə geri qayıdıb - MN (FOTO)

01.12.2020

“Qarabağ” ordeninin statutu müəyyənləşib

01.12.2020

Vətən Müharibəsində qələbə münasibətilə orden və medallar təsis edilib - FƏRMAN

01.12.2020

Azərbaycanda 4 426 nəfər COVID-19-a yoluxub, 1 995 nəfər sağalıb, 41nəfər vəfat edib

01.12.2020

Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - SƏRƏNCAM

01.12.2020

Ordudan ilk bu şəxslər tərxis ediləcək - SİYAHI

01.12.2020

Prezident İlham Əliyev: Meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib

01.12.2020

Azərbaycan Prezidenti: Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib

01.12.2020

Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib

01.12.2020

AZƏRBAYCAN ORDUSU LAÇINDA!

01.12.2020

Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanıldı

01.12.2020

Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO

01.12.2020

Bir gündə 28 koronavirus xəstəsi saxlanıldı, 19 nəfərə cinayət işi başlandı

01.12.2020

Misir portalı Azərbaycan Ordusunun Laçına daxil olmasından yazıb

01.12.2020

Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO)

30.11.2020

Rusiya ilə Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzinin detalları müzakirə olunur - Hulusi Akar

30.11.2020

Azərbaycanda 2 981 nəfər COVID-19-a yoluxub, 1 226 nəfər sağalıb, 31 nəfər vəfat edib

30.11.2020

Karxanaların Kürə təsiri açıqlandı

30.11.2020

İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək?

30.11.2020

Fransanın təxribatları cavabsız qalmayacaq

30.11.2020

Xınalıq kəndində 16 santimetr qar yağıb

30.11.2020

Oğuzda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb

30.11.2020

"Ağyoxuş" qızıl yatağı istismara verildi (FOTO)

29.11.2020

Vətəni Xudayarın səsindən tanıyın (VİDEO)

29.11.2020

Rusiya Federasiyasının sülhməramlı kontingentinin təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir (VİDEO)

29.11.2020

Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı olub

29.11.2020

Azərbaycanda COVID-19-a 4 170 yeni yoluxma qeydə alınıb, 1 985 nəfər sağalıb, 38 nəfər vəfat edib

29.11.2020

Ağdamın Şahbulaq kəndi - VİDEO

29.11.2020

Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq

29.11.2020

İsmayıllı ağ örpəyə büründü - FOTO

29.11.2020

Kəlbəcər rayonunun kəndlərinin videogötüntüləri - VİDEO

28.11.2020

Azərbaycanda COVID-19-a 4 212 yeni yoluxma qeydə alınıb, 1 760 nəfər sağalıb, 32 nəfər vəfat edib

28.11.2020

Füzulidə 5 mülki şəxs minaya düşərək həlak olub - Baş Prokurorluq

28.11.2020

İqtisadi Şuranın növbəti iclası keçirilib

28.11.2020

Türk əsgərləri tezliklə Azərbaycanda vəzifələrinin icrasına başlayacaq - Fuat Oktay

28.11.2020

Diplomatik korpusun nümayəndələri Tərtərdədir

28.11.2020

Oğuz meşələrində qiymətli ağac növlərini qanunsuz kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib

28.11.2020

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb

28.11.2020

Bakı küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılıb

28.11.2020

Pakistan Respublikasının səfiri Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilib

28.11.2020

Bu həkimlər yanvaradək əlavə maaş alacaqlar