1917-1918-ci illərdə Bakıda siyasi vəziyyətin öyrənilməsi 1920-ci illərin tarixi tədqiqatlarında

15:10 / 25.09.2014

Vaqif Abışov

Tarix üzrə fəlsəfə doktoru

1917-ci ilin fevral-oktyabr inqilabları Rusiya imperiyası ərazisində çox böyük çaxnaşmalara səbəb olmuşdur. Azərbaycanda da hər iki inqilabi hadisədən sonra siyasi hakimiyyət uğrunda ciddi mübarizə başlamış və bu mübarizənin gedişində çöx mühüm hadisələr baş vermişdi.

20-ci illərin sovet tarixçiləri 1917-1918-ci illərdə Bakıda müxtəlif siyasi qüvvələr tərəfindən hakimiyyət uğrunda aparılan mübarizədə bolşeviklərin inqilabi fəaliyyətlərinin qanunauyğunluğunu sübut etməyə çalışmışdılar. Onların bu yöndə apardıqları tədqiqat işləri, onların birtərəfli xarakterinə baxmayaraq, gələcəkdə bəhs olunan dövrün tarixini yazmaq üçün mənbə rolunu oynamışdır.

Araşdırılan problemlə əlaqədar 20-ci illərdə sənədlərin hələ ümumsovet ideoloji xəttinin tam formalaşmadığı, oktyabr inqilabı tarixinin dərindən öyrənilməsinə yenicə başlandığı bir vaxta tarixçilərin bu mövzuda əsər yazması müəyyən çətinliklər yaratmışdır. Lakin bu çətinliklərə baxmayaraq, 1920-ci illərdə problemə ilk müraciət edən sovet tarixçilərindən S.E.Sef (1; 2), Sur.Şaumyan (3), Q.Şteyn (4) Y.Ratqauzer (5), S.İtkin (6) bəhs olunan dövrün tarixini daha geniş tədqiq etməyə cəhd göstərmişdilər.

Məqalənin həcmini nəzərə alaraq problemin apaşdırılması üçün yuxarıda adları qeyd olunmuş tarixçilərin bir neçəsinin əsərinə müraciət etməli olacağıq.

1917-1918-ci illərdə Bakıda Sovet hakimiyyətin qurulması məsələsinə aydınlıq gətirmək üçün ilk növbədə, Sovet tarixçisi Sefin əsərlərinə müraciət etmək lazımdır. Çünki problemlə bağlı, XX əsrin 20-ci illərində yazılmış tədqiqat əsərlərinin içərisində Sefin tədqiqatları daha çox diqqəti cəlb edir.

S.E.Sef ilk dəfə olaraq Cənubi Qafqazda siyasi vəziyyət və bolşevizmin Bakı rayonunda siyasi hakimiyyət uğrunda apardığı mübarizə ilə bağlı geniş məlumat verən sovet tarixçilərindən birincisidir desək, məncə yanılmarıq. Məhz onun əsərlərində problemin tarixşünaslığı geniş şərh olunmuş və ondan sonra gələn sovet tarixçiləri üçün həmin əsərlər həm mənbəşünaslıq, həm də tarixşünaslıq bazası olmuşdur. Sef problemlə əlaqədar 20-ci illərdə iki əsər yazmışdır.

Sefin 1927-ci il fevralın 16-da Azərbaycan Kommunist (b) Partiyası Bakı Komitəsinin yığıncağında etdiyi məruzəsi, sonradan “1917-1918-ci illərdə Bakı rayonunda bolşeviklər hakimiyyətə necə gəlmişdilər” adı ilə kitab halında çap olunmuşdur (1). Bu kitabı, onun problemlə bağlı çap olunmuş ilk əsəri hesab etmək olar. O, burada 1917-ci ilin fevral inqilabından sonra Zaqafqaziyada tarixi proseslərin öyrənilməsində tarixçi-marksistlərin çətin vəziyyətlə üzləşdiyini qeyd etmiş və bu çətinliyi doğuran səbəbləri milli və sinfi münasibətlərin gərgin olması ilə əlaqələndirmişdi.

Sef bolşevizmin Bakı rayonunda hakimiyyətə gəlməsi yollarının metodoloji məsələlərinin həllini 1927-ci ildə bir dəfəlik tapılması mümkün olmadığını və hadisələrə qiymət verilməsində çətinliklərlə üzləşdiyini qeyd etmişdir. Bunula bağlı Sef yazırdı: Əgər Piter, yaxud Moskva rayonunda sinfi münasibətlər Oktyabr inqilabı dövründə tam açıqlığı ilə qarşıda dururdusa və sinfi mübarizə hər-hansı başqa kənar təsirlərlə çətinləşmirdisə, Bakı rayonunda vəziyyət tamam başqa cür idi. Onun sözlərinə görə, bolşevizm Bakı Oktyabrının  önündə getdiyi dövrdə, üç milli qrupun mövcudluğu şəraitində öz fəaliyyətini genişləndirmək məcburiyyətində idi (1, s. 4). Sef üç qrup deyəndə türk, erməni və rus milli qruplarını nəzərdə tuturdu. Bununla əlaqədar olaraq o, yazırdı: “erməni milli fikrini “daşnaksütyun”, türkləri “müsavat” təmsil edirdisə, sağ eser təşkilatı isə rusların milli arzularını təmsil etməyə cəhd göstərirdi” (1, s. 5).

Sef bir çox hallarda tarixi həqiqətləri olduğu kimi vermişdi. Məsələn, O, müsavatın bolşevizmi tənqid etməsini, mart hadisələrini milli qırğın saymasını, bolşeviklərin “daşnaksütyun” qarşısında təslim olmasını qeyd etməsini, türk xalqına öz müqəddəratını azad surətdə təyin etmək imkanı verilməməsinin tənqid etməsini başa düşülən saymışdır (1, s. 28).

Bununla yanaşı o, bir sovet tarixçisi kimi bolşeviklərin apardığı “inqilabi” mübarizəni müdafiə etmişdir. Daha sonra Sef, Bakıda fəaliyyət göstərən sol eserlərlə Moskvadakı sol eserlərin fəaliyyətini təhlil edərkən “Moskvada sol eserlərin qiyamı baş versədə, Bakı sol eserləri axıra kimi bolşeviklərlə birgə hərəkət etmişdilər” yazmışdır (1, s. 31). Sef, bu hadisəni olduqca vacib fakt kimi qiymətləndirmişdi. Çünki, Bakı Sovetində az səsə malik olan bolşeviklər sol eserlərin səsinə hər zaman möhtac olmuşdur.

Beləliklə, qoyulan problemlə bağlı Sefin “1917-1918-ci illərdə Bakı rayonunda bolşeviklər hakimiyyətə necə gəlmişdilər” adlı əsərini təhlil edərkən gəlinən nəticələr: 1. Bolşeviklər 1917-ci il oktyabrın 31 və noyabrın 2-də eser, menşevik və daşnakların çoxluq təşkil etdikləri Bakı Sovetinin yalnız rəhbərliyini ələ keçirsə də bu, hələ hakimiyyətə tam sahib olmaq demək deyildir; 2. bolşeviklər yalnız “mart çevrilişindən” (burada “mart çevrilişi” deyəndə, 1918-ci ilin martında erməni silahlı dəstələtinin Bakıda türk-müsəlman əhalisinə qarşı kütləvi qətliamları nəzərdə tutulut – A.V.) sonra hakimiyyətdə müvəqqəti olaraq möhkəmlənə bilmişdilər.

S.E.Sef 1927-ci ildə yazmış olduğu “Zaqafqaziyada 1917-ci il inqilabı”(2) adlı ikinci əsərində, əvvəlki kitabından fərqli olaraq, hadisələrə daha çox sənədlərin dili ilə yanaşmışdır. Daha doğrusu, bu kitabda həmin dövrün sənədləri bir çox hallarda olduğu kimi verilmişdir.

Sef Rusiyada baş verən 1917-ci il fevral inqilabından sonra Cənubi Qafqazda yaranmış siyasi vəziyyəti xarakterizə edərkən “fevral inqilabının ilk günlərində Bakıda yeni-yeni hakimiyyət orqanlarının yaranmağa başladığını”, bu dövrdə Zaqafqaziyada “hüquqi hakimiyyətlə (XCQK) faktiki hakimiyyət (ölkə Sovet təşkilatı) arasında münaqişə” olmadığını, Xüsusi Cənubi Qafqaz Komitəsi ilə ölkə Sovet təşkilatı blokunun siyasətinə qarşı çıxış edən yeganə real qüvvə Zaqafqaziyanın inqilabi sosial-demokratları – bolşevizm” olduğunu qeyd etmişdir (2, s. 14). Daha sonra müəllif yazırdı: “İnqilabın gedişində Ölkə Komitəsi başda olmaqla Zaqafqaziyada bolşeviklər təşkilatı formalaşmış və inkişaf etmişdir. Onların əsas bazası Zaqafqaziyanın sənaye proletariatı (başlıca olaraq Bakı sənaye rayonunda) idi. Lakin bolşevizmin fasiləsiz artmasına baxmayaraq onun bazası hakimiyyət uğrunda qəti mübarizə üçün hələ ki, kifayət qədər deyildir” (2, s. 15).

Sef yuxarıda göstərilən əsərində, o dövrdə rus dilində nəşr olunan “Bakı” qəzetində çap olunan materiallardan geniş istifadə etməklə “1917-ci il martın 6-da Bakıda yaradılan Əsgər və Fəhlə Deputatları Soveti haqqında” məlumat vermişdi (2, s. 70-71).

Əsgər Deputatları Soveti Vahid Rusiya imperiyasının sərhədlərini qoruyub saxlamaq əzmini nümayiş etdirirdi. Sovet, əsgərlərin vahid təşkilatı kimi çıxış edirdi. Fəhlə deputatları Soveti isə öz müraciərində bütün fəhlələri adından çıxış edəcəyini bildirmiş və Rusiya Müəssislər Məclisini, hələ elan olunmamış demokratik respublikanı, beynəlmiləl qardaşlığı və bütün xalqların hər-hansı istismardan azad olmasını alqışlayırdı (2, s. 73).

Daha sonra Sef, Zaqafqaziyada siyasi qüvvələrin vəziyyətinə toxunarkən yazırdı ki, əgər oktyabr çevrilişindən sonra Qərbi Zaqafqaziyada gedən mübarizədə menşevik-eser bloku qalib gəlib bolşevizmi təcrid etmişdirsə, Şərqi Zaqafqaziyada vəziyyət isə tamamilə başqa cür idi. Milli meyllərin mövcudluğu onun mövqeyini zəiflətsədə neft sənayesi mərkəzində bolşevizm özünə möhkəm yuva qura bilmişdi. Sef “Bakı şəhərində bolşevizmin güclənməsi üçün münbit şərait olmasını və bütün Zaqafqaziyada yayılması üçün əsas baza olmasını” xüsusi olaraq göstərmişdi (2, s. 73).

Sefə görə “hərəkatın mərkəzi olan Bakıda hadisələr sürətlə inkişaf edirdi. Bir tərəfdən sosial ziddiyyətlər kəskinləşir, bolşeviklərin hakimiyyətə dinc yolla gəlməsi illüziyası yavaş-yavaş aradan götürülür, digər tərəfdən isə həm inqilabçı, həm də əksinqilabçı qüvvələr hakimiyyəti ələ almaq üçün silahlı mübarizəyə hazırlaşırdılar. İkincisi, milli zəmində ziddiyyətlər artırdı. Bolşeviklər hakimiyyəti zəbt etmək üçün millətçi qruplardan biri ilə əlaqəyə girmək istəyirdilər. Üçüncüsü, fəhlələrin müəyyən hissəsinin bolşeviklərə münasibəti müsbət olsa da, hələlik fəhlə təşkilatları o qədər də güclü deyildi ki, onları müdafiə edə bilsin” (2, s.106).

Bolşeviklər 1917-ci ilin fevral inqilabından sonra fəhlə və əsgərlər arasında böyük nüfuzu olan Soveti ələ keçirmək uğrunda ciddi mübarizəyə başlamışdır. Bu dövrdə fəhlə, kəndli və əsgərlər arasında, eləcədə Sovetdə elə bir güclü nüfuza malik olmayan bolşeviklər, sonradan apardıqları çevik təbliğat vasitəsilə tədricən öz mövqeyini möhkəmləndirməyə başlamışdılar. Xüsusilə müharibədən yorulmuş (4 ilə yaxın davam edən 1-ci dünya müharibəsi nəzərdə tutulur – A.V.) əsgər və matrosların bolşeviklərin müharibəni dayandırmaq təbliğatına inanmağa başlamışdılar. Ağır, üzücü işin müqabilində fəhlələrin əmək haqqının aşağı olması, yaşayış mənzillərinin olmaması və s. səbəblərdən maksimum yaralanan bolşeviklər çevik təbliğat apararaq inqilabın əsas aparıcı qüvvəsi olan fəhlələri də öz təbliğatlarına inandıra bilmişdilər. Bolşeviklərin “bütün torpaqlar kəndlilərə verilməlidir” şüarı ilk baxışdan cəlbedici görünsədə, kəndliləri öz tərəflərinə çəkməyə yönələn şüardan başqa bir şey deyildir.

1917-ci il 31 oktyabr və noyabrın 2-də Bakı Sovetinin rəhbərliyi bolşeviklərin əlinə keçdikdən sonra sinfi mübarizəni qızışdırmaq yolu ilə, yəni şəhərdə fabrik-zavod fəhlələri ilə burjuaziya arasında, kənddə isə kəndlilərlə torpaq sahibkarları arasında düşmənçilik yaratmaq yolu ilə, özlərinin hakimiyyətlərini möhkəmləndirməyə başlamışdılar. Lakin bolşeviklər yalnız Bakı Sovetində rəhbərliyi ələ almışdılar. Xalqın içərisində isə onların nüfuzu, demək olar ki, yox idi.

Sef ilk olaraq bolşeviklərin xalq arasında nüfuzunun aşağı olmasını etiraf edən sovet tarixçilərindən biridir. Düzdür o, bunun səbəbini müxtəlif tərəflərdən izah edərək bolşevikləri günahlandırmamışdı. Lakin əsl həqiqət ondan ibarət idi ki, bolşeviklərin apardıqları sinfi mübarizə təbliğatı Azərbaycan fəhlə və kəndlisinin təbiətinə yad idi.

Sef “Zaqafqaziyada 1917-ci il inqilabı” kitabının “Oktyab çevrilişi və Şərqi Zaqafqaziya” fəslində əsl reallıqdan çıxış edərək yazırdı: “… Bakı Sovetinin yerlərdə və eləcədə mərkəzdə bütün hakimiyyətin Sovtein əlinə tam keçməsinin vacibliyini qeyd etməsi, hələ, Bakı şəhərində və onun rayonlarında hakimiyyətin Sovetin əlinə keçməsi məsələsinin həll olunub başa çatması demək deyildir” (2, s. 303).

Eser-menşeviklər bolşeviklərin xalqa yalan vəd verməklə hakimiyyətdə möhkəmlənmək istədiklərini kəskin tənqid edirdilər. Belə ki, eser-menşevikləri təmsil edən “İctimai təhlükəsizliyin inqilab Komitəsinin Xəbərləri”ndə (7 noyabr 1917, № 2) çap olunan müraciətdə “... marksizm maskası altında gizlənən anarxistlərin (burada anarxistlər deyində bolşeviklər nəzərdə tutulur – A.V.) özlərinin əsl simalarını göstərdikləri” qeyd olunurdu. Daha sonra müraciətdə deyilirdi: “... biz Şaumyanı tanıyırıq... praporşik Avakyanla tanış olarıq... əgər siz təcili sülh, çörək və torpaq verməsəniz, onda “sizin” süngünüz sabah geri çevriləcək (2, s. 314).

Həqiqətən də onların dedikləri bu fikirlər 1918-ci ilin iyul ayında özünü doğrultmuş oldu. Belə ki, ən çətin anda fəhlə, əsgər və kəndlilər Şaumyan və onun başçılıq etdiyi BXKS-nı müdafiə etmədilər.

Bolşeviklər nəin bahasına olursa-olsun Sovetdə özlərinin təkhakimiyyətliyini yaratmaq istəyirdilər. Müxtəlif təzyiqlər, hədə-qorxulara, təbliğatlara baxmayaraq, onlar 1918-ci ilin mart hadisələrinə qədər buna nail ola bilməmişdilər. Bu faktı bolşeviklərin 1917-1918-ci illərdəki siyasi fəaliyyətini araşdıran sovet tarixçilərinin bir şoxu etiraf etməli olmuşdular (2, s. 317).

Daha sonra Sef bolşeviklərin Sovetdə hakimiyyəti ələ almalarını belə şərh etmişdir: “Sovetin rəhbərliyini ələ keçirəndən sonra bolşevizm hakimiyyət uğrunda bütün cəbhə boyu mübarizəyə başladı. Daha doğrusu, hakimiyyətin dinc yolla ələ keçirilməsi uğrunda mübarizə başlamışdı. Lakin bolşeviklər Sovetdə yenə də böyük səs çoxluğunu qazana bilməmişdilər” (2, s. 342-343).

Belə olan təqdirdə bolşeviklər özlərinin tək hakimiyyətliliyini yaratmaq üçün zorakı üsullara əl atmağa başladılar. Sef “artıq dinc mübarizə üsulunun başa çatdığını” qeyd edirdi (2, s. 54).

Bolşeviklərin Rusiyada çevriliş yolu (oktyabr çevrlişi nəzərdə tutulur – A.V.) hakimiyyətə gəlmələri Cənubi Qafqazda da siyasi vəziyyətə təsir etmişdir. Belə ki, burada mövcud olan Xüsusi Cənubi Qafqaz Komitəsi oktyabr hadisəsindən sonra mərkəzdən asılı olmayan müstəqil Cənubi Qafqaz Komissarlığı yaratmışdı. Yeni yaranmış hakimiyyət bolşeviklərə münasibəti mənfi idi. Bolşeviklər də Cənubi Qafqazın idarəedilməsini öz üzərinə götürmüş Komissarlığı qəbul etmirdilər.

1917-ci il oktyabr inqilabından sonra bolşeviklər bütün diqqətini orduya yönəltmişdi. “1917-ci ilin sonunda Zaqafqaziya hökumətinə qarşı çıxa bilən yeganə real qüvvə bolşevikləşmiş ordu” olduğuna görə, “bolşevik təşkilatı məhz ona istinad etməyə cəhd göstərirdi” (2, s. 31).

 Beləliklə, Sef yuxarıda qeyd olunan kitabında bolşevizmin siyasi mübarizəsini daha qabarıq verməyə çalışdığını görürük. O, bolşevikərin Bakıda siyasi hakimiyyəti ələ keçirmək uğrunda ciddi mübarizə apardığını göstərmişdi.

Bolşevizmin Bakı şəhərinə xüsusi önəm verməsinin birinci səbəbi burada fəhlələrin çoxluq təşkil etməsi idisə, digər bir səbəbi isə neft amil idi. Bu dövrdə Sovet Rusiyası öz mövcudluğunu qoruyub saxlamaq üçün daha çox neft və neft məhsulları əldə etmək istəyirdi. Bu məhsullar Rusiyaya hava və su kimi lazım idi.

Əvvəlki kitabında olduğu kimi Sef, bu kitabında da 1917-ci ilin oktyabr və noyabr aylarında Bakı Sovetində hakimiyyəti ələ alan bolşeviklərin, real hakimiyyətə yalnız “mart çevrilişi”ndən sonra yiyələndiklərinigğstrəmişdi.

20-ci illərdə yazılmış əsərlər içərisində Sur.Şaumyanın “Bakı Kommunası” adlı əsəri (3) problemlə bağlı mühüm əhəmiyyət kəsb edir. Sur. Şaumyan 1917-1918-ci illərin hadisələrinin bilavasitə iştirakçısı olmuş və atası Şaumyanın şəxsi arxivindəki sənədlərdən istifadə etmişdir.

Sur.Şaumyan əsərin ön sözü yerinə yazdığı “müəllifdən” səhifəsində qeyd edirdi ki, mənim əsərim sonradan oktyabr inqilabı tarixçilərinin istifadə edə biləcəyi yalnız xam materialdır.

O da özündən əvvəlki sovet tarixçiləri kimi fevral inqilabından sonra Bakıda yaranan hakimiyyət formalarını qeyd etmiş və onlara münasibət bildirmişdi.

Şaumyan 1917-ci il fevral inqilabından sonra yaranmış ilk hakimiyyət formasından biri kimi “... İctimai Təşkilatların İcraiyyə Komitəsi”ni qeyd etmişdir (3, s. 1).

Sur.Şaumyan Sovetdə bolşevik fraksiyası ən azsayda olmasına baxmayaraq, onun birinci iclasında Stepan Şaumyanın sədr seçilməsini “Şaumyanın şəxsən hamı tərəfindən tanınması ilə, eləcədə fevral inqilabının birinci günü sosialist partiyalar arasında (sosialist partiyaların içərisinə bolşeviklərdə daxil idi – A.V.) hələ elə ciddi fikir ayrılığının olmaması ilə” izah etmişdir (3, s. 2).

O, Bakıda iki hakimiyyətliliyin olduğunu və bunlar “... İctimai Təşkilatların İcraiyyə Komitəsi, digəri isə Fəhlə Deputatları Soveti ...” olduğunu qeyd etmişdir (3, s. 2).

S.E.Sef kimi Sur.Şaumyan da, Bakının özünəməxsusluğunu qeyd edərək yazırdı ki, sanki hadisələr bolşeviklər üçün əlverişli vəziyyətə yönəlib, yəni həqiqətdə onlar Sovetin rəhbərliyindədir, xırda burjua partiyaları könüllü olaraq rəhbəredici roldan imtina etmişdilər (3, s.8).

Müəllif 1917-ci il noyabrın 2-dən sonra bolşeviklər tərəfindən Sovetin rəhbərliyinin bütün funksiyaları onların əlinə keçməsini qeyd etmiş və bu hadisəni “burada güclü proletariatın olması ilə” əlaqələndirmişdi (3, s.9-11).

Lakin müəllifin qeyd etdiyi “güclü proletariat” nədənsə, 1918-ci ilin iyulunda bolşeviklərin təşkil etmiş olduğu mitinqdə Şaumyanı, Çaparidzeni və başqa bolşevik rəhbərlərini fitə basaraq danışmağa qoymamışdılar. Müəllif yazırdı: “Fəhlə və əsgərlərin böyük bir hissəsi bolşevikləri müdafiə etmədilər ... Əgər bolşeviklər həmin qüvvələr tərəfindən müdafiə olunsaydılar, onda onlar zorakı üsullarla öz hakimiyyətlərinin müdafiə edəcəkdilər. Lakin nə quru ordu, nə də donanma, nə də ki, fələlər bolşevikləri müdafiə etmədilər. 1918-ci il 25 iyul hadisəsindən sonra bolşeviklər mədən-zavod fəhlələrinin mitinqinə ümid edirdilər. Lakin on minlərlə fəhlənin iştirak etdiyi mitinqdə bolşeviklər partiyası məğlubiyyətə uğradı” (3, s. 11).

Sur.Şaumyan 1917-ci ilin dekabrın sonlarında Hərbi-İnqilabi Komitənin Tiflisdən Bakıya köçdüyü vaxt şəhərin siyasi həyatını belə təsvir etmişdi: Hakimiyyət formal olaraq Fəhlə və Əsgər deputatları Sovetinin İcraiyyə Komitəsinin əlində idi, lakin mövcud olan iki Milli Şura  (burada Müsəlman və erməni Milli Şuraları nəzərdə tutulut – A.V.) böyük nüfuza malik idilər (3, s. 11).

Müəllif bir tərəfdən bolşeviklərin hakimiyyəti ələ almasını Bakıda güclü proletariatın olması ilə əlaqələndirmiş, digər tərəfdən isə hakimiyyətin formal olaraq Fəhlə və Əsgər deputatları Soveti İcraiyyə Komitəsinin əlində olduğunu yazmışdı.

Sur.Şaumyan hakimiyyətin bolşeviklər tərəfindən tam formada ələ keçirilməsinin çətinliyini türk və erməni əhalisi arasındakı milli xarakterin mürəkkəb olması ilə əlaqələndirmişdi. Müəllif “Erməni-türk ziddiyyətlərinin kökləri olduqca dərin” olduğunu qeyd etmişdir (3, s. 14).

Bir çox sovet tarixçiləri, o cümlədən də Sur.Şaumyan da, mart hadisələri Bakıda sovet hakimiyyətin təkhakimiyyətliliyinin yaranmasında mühüm rol oynadığını, hətta onu S.E. Sef kimi “Bakı Oktyabrı” kimi qeyd etmişdir.

Müəllifə görə kəndlilərə Sovet hakimiyyəti haqqında həqiqətlər məlum deyildi (3, s. 28). Şaumyan yazırdı ki, əksinqilabi təbliğat kəndliləri qəsdən inandırmağa çalışırdı ki, Bakıda Sovet hakimiyyəti yoxdur, erməni diktaturası var, vətəndaş müharibəsi yoxdur, erməni-tatar qırğını var (3, s. 28) və s. Əslində elə belə də olmuşdur.

Sur.Şaumyan kitabında Bakı Kommunasının süqutundan, xüsusilə  komissarların Həştərxana getməsi ilə bağlı Xəzər dənizində baş vermiş hadisələri də şərh etmişdir.

O, siyasi hadisələrlə əlaqədar o dövrdə Bakıda müxtəlif qəzet səhifələrində nəşr olunmuş sənədləri (kitabda 21 sənəd verilib) əsərə əlavə etmişdir.

20-ci illərin digər bir Sovet tarixcisi Q.Şteyn 1928-ci ildə yazmış olduğu “Bakı Kommunası” (4) adlı kitabında Cənubi Qafqazda, xüsusilə Azərbaycanda siyasi mübarizənin gedişinin real mənzərəsini verməyə cəhd göstərmişdi.

Müəllif həmin dövrün hadisələrindən bəhs edən 811 səhifəlik iri həcmli əsər yazmışdır. O, 1917-ci ildə siyasi vəziyyəti və fevral inqilabından sonra Bakıda qurulan hakimiyyətləri və onların sosial tərkibini təhlil etmişdir.

Şteyn, Şaumyanda fərqli olaraq, birinci hakimiyyət forması kimi “Bakıda fəhlə deputatları Sovetinin təşkil olunmasını” və Sovetin “... tərkibinin müəyyən bir hissəsini eser və menşeviklər təşkil etdiyini, bolşeviklərin isə onun tərkibində bir neçə nəfərlə təmsil olunduğunu” qeyd etmişdir (4. s. 13).

Müəllif Bakıda mövcud olan təşkilatlardan ikincisi “... İctimai Təşkilatların İcraiyyə Komitəsinin fəaliyyət göstərdiyini və onun da tərkibinə fəhlə deputatları Sovetinin, burjuaziya şəhər dumasının, Kooperativlərin, həmkarlar ittifaqlarının nümayədələri daxil olduğu”nu; “neftsənayeçilərindən, tacirlərdən və iri sahibkarlardan təşkil olunan Dumanı” isə üçüncü hakimiyyət forması kimi göstərmişdi (4. s. 14).

Şteyn özündən əvvəlki tarixçilərin – Sefin və Sur.Şaumyanın yazdığını təkrarlayaraq, noyabrın 2-də Bakı şəhərində sovet hakimiyyəti qurulduğunu qeyd etmiş, lakin sovetin tərkibində bolşeviklərin hələ möhkəm olmadığını və Bakıda Sovet hakimiyyətinin möhkəmləndirilməsi yolunda duran daxili və xarici maneələri dəf etmək üçün çox mübarizə aparmaq lazım gələcəyini vurğulamışdı (4. s. 32).

Şteyn noyabrın 2-ni tarixi bir gün hesab etmiş və … bu gündən Bakı şəhərində inqilabi hərəkatın inkişafında yeni mərhələ başlandığını” göstərmişdi (4. s. 32).

Şteyn bir tərəfdən noyabrın 2-ni tarixi gün kimi qeyd etdiyi halda, “1917-1918-ci illərdə Bakı bolşevik təşkilatının kifayət qədər güclü olmadığını” vurğulamışdır (4, s. 34).

Bununla belə o, noyabrın 2-də “bolşeviklərin Sovetdə hakimiyyəti ələ keçirməsini birinci qələbə” kimi dəyərləndirmişdi (4, s. 16).

Mart qırğınına münasibət bildirən Q.Şteyn iddia edirdi ki, Rusiyada oktyabr çevrilişinin bolşeviklərin xeyrinə həll olunmasından sonra əsas vəzifə əyalətlərdə bu işi müvəffəqiyyətlə başa çatdırmaq idi. Lakin Bakı kimi sənaye mərkəzində müsavatçıların güclənməsi və Gəncədəki millətçi qüvvələrin onlara dayaq durması bolşeviklərin işini xeyli çətinləşdirirdi. İlk əvvəl dinc yolla hakimiyyətə gəlmək istəyən bolşeviklər indi silahlı yol haqqında düşünməyə məcbur oldular. Xüsusilə 1917-ci ilin oktyabr seçkilərində “Müsavat”ın və daşnakların bütün səslərin 60 faizdən çoxunu qazanması bolşevikləri çıxılmaz vəziyyətə saldı (4, s. 122).

Şteyn də 20-30-cu illərin bir çox sovet tarixçiləri kimi 1918-ci il Mart hadisəsini “vətəndaş müharibəsi” deyil, “milli qırğın” kimi qiymətləndirmişdi.

Müəllif mart hadisələrilə əlaqədar yazırdı: Belə bir şeyi nəzərdən qaçırmaq olmaz ki, mart hadisələri dövründə bolşeviklərin qüvvələri az idi, Sovet Rusiyasından isə kömək almaq mümkün deyildi. Bolşeviklər dilemma qarşısında qalmışdılar: ya hakimiyyəti müsavatçı əksinqilabçılara təslim etməli, ya da axıradək müdafiə olunmalı idi. Buna görə də Sovet daşnak qüvvələrindən müvəqqəti istifadə etdi. Əgər bolşeviklər birinci yolla getsəydilər, proletar inqilabına ağır zərbə dəyər, Bakıda sovet hakimiyyəti məğlub olar, Zaqafqaziyada sovet hakimiyyətinin qələbəsini qeyri-mümkün edər və vətəndaş müharibəsi aparan Sovet Rusiyası ağır vəziyyətə düşərdi. Əgər 1918-ci ilin martında bolşeviklər istədiklərinə nail olmasaydılar, şanlı Bakı kommunasını qurmaq mümkün olmayacaqdır (4, s. 124-125).

Şteyn də, Sef və Şaumyan kimi, “1918-ci ilin martında bakı proletariatının özünün oktyabrını yaşadığını, mart döyüşlərinin odunda şanlı Bakı Kommunası doğulduğunu” göstərmişdi (4, s. 57).

Şteyn, Bakı Kommunasının qarşısında iki başlıca məsələ durduğunu və bu məsələlərdən “... biri ərzaq, digəri isə Bakı şəhərinin müdafiəsi məsələsi” olduğunu qeyd etmişdir (4, s. 65-66).

Əslində Bakıda Sovet hakimiyyətinin mövcudluğu həmin məsələlərin həllindən çox asılı idi. Şteyn əsərində ərzaq çatışmamazlığına geniş yer vermişdi.

O, Bakının təslim olmasının səbəbini hərbi məğlubiyyətlə deyil, arxadakı xəyanətlə əlaqələndirmiş və Bakı Komunasının məğlub olmasını sazişçi və millətçi partiyaların rüsvayçı satqın siyasətində görmüşdür (4, s. 70). Lakin müəllif bolşeviklərin hakimiyyətdə olduğu müddətdə apardıqları yalnış siyasətdən bəhs etməmişdir. Halbuki, ayrı-ayrı bolşevik xadimlərinin xatirələrində BXKS-nın apardığı siyasət kəskin təndiq olunmuş və bu, hakimiyyətin süqut etməsinin əsas səbəblərdən biri kimi qeyd etmişdilər (7; 8).

Beləliklə, bir məqalə çərçivəsində 20-ci illərin sovet tarixçilərinin bir neçə əsərini təhlil etməklə araşdırılan problemə müəyyən qədər aydınlıq gətirməyə cəhd göstərilmişdi.

Hər üç əsərin ana xətti bolşeviklərin hakimiyyət uğrunda apardıqları mübarizəyə haqq qazandırmaq, digər siyasi qüvvələrin mübarizəsini isə kölgədə qoymaq olmuşdur. Lakin qeyd olunan əsərlər problemin obyektiv araşdırılmasında müəyyən əhəmiyyət kəsb edir.

XX əsrin 20-ci illərinin sovet tarixçiləri tərəfindən bolşeviklərin Bakı Sovetində siyasi hakimiyyəti ələ keçirməsinin 1-ci mərhələsi kimi 31 oktyabr və 2 noyabrı qeyd etmişdilər. Bəhs olunan dövrdə bolşeviklərin Sovetin tərkibində azlıqda olmalarına baxmayaraq, onun rəhbərliyini ələ keçirmələri onların kütlələr arasında aktiv siyasi təbliğatları ilə əlaqədar idi.

Təhlil olunan əsərlərdə bolşeviklərin azlıqda olmalarına baxmayaraq, yüksək təbliğat və təşviqatı işi qurmaqla, 1917-ci il noyabrın 2-də Bakı Sovetin rəhbərliyini ələ aldıqları, “mart qələbəsi” nəticəsində isə özlərinin təkhakimiyyətlərini yaradaraq müəyyən sosial tədbirlərin həyata keçirmələri qeyd olunmuşdur.

 

 

 

Istifadə olunmuş ədəbiyyat:

 

1. Сеф С.Е. Как большевики пришли к власти в 1917-18 гг. в Бакинском Районе. Баку, АЗГИЗ, 1927, 62 с.

2.Сеф С. Е. Революция в 1917 года в Закавказье (документы и материалы). Тбилиси: Акционерное общество, ЗакКнига, 1927, 391 с.

3. Шаумян С.С. Бакинская коммуна. Баку: Красный Восток, 1927, 118 с.

4. Штейн Г. Бакинская Коммуна. Баку: Красный Восток, 1928, 82 с.

5. Ратгаузер Я. Революция и гражданская война в Баку. Часть первая. 1917-1918 гг. Баку: Красный Восток, 1927, 221 с.

6. Иткин С. Очерки по истории профдвижения в г. Баку и его районах. 1917-1920 г. Баку, Издание РИО А.С.П.С., 1927.   

7. Из прошлого. Баку, Кооперативное издательство «Бакинский рабочий», 1923, 157 с.

8. Из прошлого, Баку, Кооперат. Изд., 1924, 107 с.

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM