Bakı və Yelizavetpol (Gəncə) quberniyalarında türk-müsəlmanların soyqırımı (1918)

10:58 / 14.08.2015

Vaqif Abışov

Tarix üzrə fəlsəfə doktoru

Məqalədə Azərbaycanın iki quberniyası üzrə ərazilərdə ermənilərin türk-müsəlman əhalisinə qarşı törətdikləri kütləvi qətliamlara, qarətlərə, dağıntılara və yanğınlara, arxiv sənədləri, dövrü mətbuat və tədqiqat əsərlərini təhlil etməklə, müəyyən aydınlıq gətirilməsinə qarşıya məqsəd qoyulmuşdur.
Rusiya imperiyasında baş vermiş 1917-ci il oktyabr inqilabından sonra dünyanın bir hissəsində sosializm cəmiyyəti adlanan bir quruluşun əsası qoyulmuşdur. Rusiya imperiyasının əsarəti altında olan müxtəlif xalqlar, o cümlədən Azərbaycan xalqı, bu dövrdə çox böyük və çətin tarixi hadisələrlə üzləşməli olmuşdur.
1917-1918-ci illərdə Cənubi Qafqazın əsil iqtisadi və siyasi mərkəzinə çevrilən Bakı, eyni zamanda sinfi mübarizənin və hakimiyyət uğrunda çarpışmaların mərkəzinə çevrilmişdi. V.İ.Leninin sinfi mübarizə və proletar diktaturası ideyasının ifrat təbliğatçıları olan Bakı bolşeviklərinin tərkibində ermənilərin çoxluq təşkil etmələri, sonralar Azərbaycanın türk-müsəlman əhalisi üçün ağır nəticələr vermişdi.
Birinci dünya müharibəsi başlayanda Türkiyə ərazisinə daxil olan rus ordusunun tərkibində 8 erməni polku da var idi. Onlara türklərin qatı düşməni Andronik (1-ci polka), Dro (2-ci polka), Hamazasp (3-cü polka), Kerri (4-cü polka), Canpoladyan (5-ci polka), Banduxt (6-cı polka), knyaz Arqutinski (7-ci polka), Xeço (8-ci polka) rəhbərlik etmişdilər(1, s. 4-12). Yuxarıda adları qeyd olunan erməni polkları Türkiyə torpaqlarında ağır məğlubiyyətdən sonra onların tör-töküntüləri Azərbaycan ərazisinə soxularaq, burada türk-müsəlmanlara qarşı kütləvi qətliamlar törətməyə başlamışdılar. Həmin erməni silahlı dəstələrinin bir hissəsi sonradan Bakıda real hakimiyyətə malik olan və S.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin əsas hərbi qüvvəsinə çevrilmişdi.
Əgər əvvəllər, bolşeviklər onları süpürüb bir kənara ata biləcək “tatar-erməni” qırğını və vətəndaş müharibəsindən uzaqlaşmağa çağırırdılarsa, indi iki millət arasındakı toqquşmaların öz xeyirlərinə olduğunu aydın başa düşürdülər. Çünki potensial cəhətdən bolşeviklər üçün daha təhlükəli olan azərbaycanlılar Bakıda hərbi cəhətdən hələ zəif idilər; digər tərəfdən, hətta daşnakların qələbəsi də şəhərdə erməni azlığının daimi hakimiyyəti ilə nəticələnə bilməzdi. Lakin St.Şaumyanın rəhbərlik etdiyi və üzvlərinin çoxu ermənilərdən ibarət olan Bakı Sovetinin hakimiyyətdə qalmasını “Daşnaksütyun” partiyası və Erməni Milli Şurası da arzulayırdı.
N.Nərimanov daşnakların məkrli siyasəti ilə əlaqədar olaraq yazırdı: … daşnaklar özlərinin otuzillik siyasi həyatları ərzində göstərdilər ki, onlar Böyük Ermənistan haqqındakı arzularını həyata keçirmək üçün istənilən halda sifətlərini dəyişə bilərlər. Daşnaklar Qolitsinin dövründə (Rusiya imperiyasında Nazirlər Sovetinin sədri olmuşdur) inqilabi partiya hesab olunurdular, Voronsov-Daşkovun dövründə onun ayaqlarını öpürdülər və ən qatı əksinqilabçı idilər. Bunun səbəbi onda ki, Voronsov müharibədən sonra Böyük Ermənistan yaratmağa söz vermişdi. Əgər indi Qafqazda Sovet hakimiyyəti qurularsa, onda daşnaklar o saat sifətlərini dəyişib, bu dəfə kommunist olacaqlar. Yenidən Azərbaycanda və Gürcüstanda iş başında duracaqlar … daşnaklar əllərində Böyük Ermənistan xəritəsi və dəqiq proqramla Peterburqda oturmuşdular. Onlar Böyük Ermənistan yaratmaqla məşğul idilər. Hətta, gürcü millətçiləri daşnakların bu həyasız və utanmaz hərəkətlərindən həyacanlanmışdılar. Tam əminliklə elan edirəm ki, o vaxtlar Rusiyada mövcud olan heç bir milli partiya daşnaklar kimi bu qədər xəyanət və satqınlıq etməmişdir(2, s. 194-195).
St.Şaumyan yaxşı başa düşürdü, nə qədər ki, Müsavat partiyası və Müsəlman Milli Şurası mövcuddur, onların təkhakimiyyətliliyi mümkün olmayacaqdır. Çünki Bakının müsəlman (azərbaycanlılar) əhalisinin demək olar ki, hamısı Müsavatı və Müsəlman Milli Şurasını müdafiə edirdi. Həmin təşkilatların əhali arasında nüfuzu günü-gündən də artırdı.
2010-cu ildə Moskvada çap olunmuş kitabında, bir çox Sovet tarixçiləri kimi, bolşeviklərin əsas rəqibini müsavatçıları hesab edən Yorq Baberovski yazırdı: “Bolşeviklər yalnız müsavatçılar tərəfindən təhlükəni aradan qaldırandan sonra hakimiyyəti əldə edə bilərdilər”(3, s. 107).
Erməni daşnakları bolşevik bayrağı altında, əlverişli mövqedən istifadə edərək, əvvəlcədən hazırladıqları plana uyğun olaraq, Bakı şəhərində 1918-ci il martın 30-dan aprelin 1-nə kimi, üç gün ərzində türk xalqına qarşı qırğın törətdilər ki, bu da minlərlə insanın ölümü ilə nəticələndi(4, s. 228). Azərbaycanın istiqlalı yolunda ilk qurbanlar burada verildi (5, s. 110).
Daşnaksütyun partiyası ilə birlikdə gərəkli hazırlıqları həyata keçirən Şaumyan Bakı neftini müdafiə üçün şəhərdə olan 25.000 nəfərlik rus-erməni əsgərlərinə təlimat verərək 17-21 Mart tarixləri arasında Azərbaycan türklərinə qarşı qətliam hərəkətini başlatdı. Qadın, uşaq və qoca demədən üç gün davam edən bu qətliam nəticəsində 14.000 nəfər insan həyatını itirdi (6, s. 270).
1918-ci ilin mart günlərində bolşevik drujinaçısı olmuş nümayəndələrinin xatirələrində ermənilərin türk-müsəlmanlara qarşı törətdikləri kütləvi qətliamları olduğu kimi yazmışdılar. 1918-ci ilin mart ayında bolşevik drujinaçılarından biri olan N.Əsriyans xatirəsində(7, v. 11-16) Müsavatın qərargahına hücum etmək üçün Şaumyan tərəfindən veriləcək siqnalı gözlədiklərini və onun siqnalından sonra silahlı dəstələrin qərargaha hücum edib oranı ələ keçirdiklərini yazmışdır.
O.Şamkoryanın xatirəsində (8, v. 2-8) də bir çox xatirə yazarlar kimi “daşnakların təsiri altında olan antisovet, əksinqilabi əhvali-ruhiyyəli” əsgərlərdən istifadə olunduğu qeyd edilmişdir. O, “keçmiş ordu zabitlərindən Hamazaspın, Avetisovun, Ter-Avahimovun” adlarını çəkmişdir.
Hümmətçilər də uzun müddət öz məqalə və çıxışlarında, müraciətlərində mart hadisələrinin milli qırğın kimi səciyyələndirmişdilər. Hətta, bolşevik mövqeyindən çıxış edən Hümmət partiyası mart qırğınlarına laqeyd qala bilməmişdi. Partiyanın mətbuat orqanı olan “Hümmət” qəzeti mart hadisələri ilə bağlı öz səhifəsində məktub dərc etdirmişdi. Məktubda deyilirdi ki, əvvəl siyasi xarakter daşıyan mübarizə sonradan milli xarakter aldı. Biz bolşevik kimi qalaraq, eyni zamanda, imkan vermərik ki, müsəlman yoxsullarının günahsız axan qanları nəticəsiz qalsın. Biz var qüvvəmizlə çalışacağıq ki, müsəlmanlara qarşı törədilən bütün bu nanəcibliyi aşkar edək (9, “Hümmət”, qəz., 1918, 31 mart.).
N.Nərimanov 1918-ci ildə baş vermiş hər bir hadisəyə olduqca həssas və obyektiv yanaşmış, bolşevik ideyalarına səmimi qəlbdən bağlı olmasına baxmayaraq, bu ideyanı özünə bayraq edərək bilərəkdən və bilməyərəkdən səhv addım atanları açıq tənqid etməkdən çəkinməmişdir.
N.Nərimanov “Ucqarlarda inqilabımızın tarixinə dair” adlı əsərində yazırdı: “Mən sübut etməyə çalışırdım ki, vətəndaş müharibəsini indiki vaxtda başlamaq təhlükəlidir, belə ki, o milli qırğına çevrilə bilər. Mən bunu ona görə deyirdim ki, o zaman Bakıda ancaq daşnaklardan ibarət olan çoxsaylı erməni milli hərbi hissəsi yerləşirdi. Bakı şəhəri üzrə üç gün vəhşiləşmiş daşnakların dəhşətli azğınlığı baş vermişdi. Nəticədə, daşnaklar, yəni “Sovet hakimiyyətinin müdafiəçiləri” əliuşaqlı müsəlman qadınlarını əsir edirlər. Burada bizim müdafiəçilərimiz daşnaklar tərəfindən qadınlar üzərində törədilən alçaq təhqirlər haqqında susmaq lazım gəlir(10, s. 32-33).
1918-ci ilin sentyabrında Azərbaycan-Türk ordusunun Bakı şəhərinə daxil olması ilə Fövqəladə Təhqiqat Komissiyasının (FTK) sədri Ələkbər bəy Xasməmmədovun tapşırığı əsasında, komissiyanın üzvü Mirzə Cavad Axundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda ermənilər tərəfindən dağıdılmış və yandırılmış ictimai binaların və müsəlmanlara məxsus şəxsi binaların şəklini çəkdirmişdi. Çəkilən şəkillər aşağıdakılardır:
1. Nikolayevsk küçəsindəki “Kaspi” qəzetinin redaksiya binası dağıdılmışdı.
2.Müsəlman Xeriyyə Cəmiyyətinin “İsmailiyyə” binasının şərq tərəfi dağıdılmışdı.
3. “Dağıstan” mehmanxanasının yerləşdiyi, Bazar küçəsindəki Xanlarovun evi dağıdılmışdır. Burada əsasən müsəlmanlar yaşayırdılar.
4. Bazar küçəsindəki keçmiş “İsgəndəriyyə” mehmanxanasının binası dağıdılmışdı. Burada da əsasən müsəlmanlar yaşayırdılar.
5. Bazar və Qubernski küçələrinin tinindəki “İslamiyyə” mehmanxanası dağıdılmışdı. Burada da əsasən müsəlmanlar yaşayırdılar.
6. Top atəşi nəticəsində Təzəpir məscid binasının cənub tərəfi zədələnmişdir. Həmin binanın şərq hissəsi də o cür dağıdılmışdı.
7. Top atəşi nəticəsində Şah məscidi minarəsinin şərq tərəfi zədələnmişdi(11, v. 174).
Ermənilərin dinc müsəlmanları qətlə yetirmələri, yalnız 36-cı Türkistan polkunun tələbindən və dənizçilərin hədələrindən sonra dayandırılmışdı. Dənizçilər tələb etmişdilər ki, əgər ermənilər müsəlmanları öldürməkdən əl çəkməsələr, onda ermənililərin yaşadığı hissələrə toplardan atəş açacaqlar. “Ərdəhan” və “Krasnovodsk” hərbi gəmiləri şəhərin şərq hissəsində yerləşən limanına yaxınlaşdı(12, v. 49). Yalnız bundan sonra ermənilər məcbur olub atəşi və qırğınları dayandırmışdılar.
Ermənilərin 1918-ci ilin mart və aprel aylarında Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlı kəndlərində törətdikləri cinayətləri ifşa edən arxiv sənədləri qorunub saxlanılır. Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında Fövqəladə Təhqiqat Komissiyası tərəfindən qəbul edilmiş 23 qərar layihəsi və 7 cild, 925 vərəqdən ibarət təhqiqat işlərində toplanılmış materiallar ermənilərin burada törətdikləri vəhşilikləri haqqında ətraflı məlumat verir.
Şamaxıya hücum edən erməni quldur dəstələrinin başında Stepan Lalayev (Lalayan) dururdu. Onun quldur dəstəsi Şamaxıda qadın, uşaq və qocaların gizləndiyi məscidə od vurub yandırmış, çıxıb qaçmaq istəyənləri isə güllələmişlər (13, v. 3-7). On üç məhlə məscidi və məşhur müqəddəs Ocaq – Cümə məscidi yandırılmışdı.
Ermənilər tərəfindən öldürülənlər içərisində görkəmli adamlar və ictimai xadimlər də olmuşdu. Məsələn, şəhər başçısı Teymur Xudaverdov, birinci Dövlət Dumasının keçmiş üzvü Məmməd Tağı Əliyev və bir çox başqalarını göstərmək olar. Şamaxı şəhərinin müsəlman əhalisinə dəymiş maddi ziyanın ölçüsü, orta hesabla, bir miliyard rubldan artıq təşkil edirdi (14, v. 5-8).
Ermənilər 1918-ci ilin mart-aprel aylarında Şamaxıya hücum zamanı 58 kənddə təxminən 7 min nəfər öldürmüş, onlardan 1653 qadın və 965-i uşaq idi(15, v.4). Hətta, St.Şaumyanın başçılıq etdiyi Bakı Soveti ermənilərin Şamaxıda törətdiyi qırğınları dolayısı ilə etiraf etməyə məcbur olmuşdular. Bolşevik Kojemyakonun rəhbərlik etdiyi fövqəladə təhqiqat komissiyasının arşdırmasından sonra Lalayev həbs olunur. Lakin Şaumyanın göstərişindən sonra o, həbsdən azad olur. 3-4 gündən sonra isə fövqəladə təhqiqat komissiyası ləğv edilir. Əlbəttə, Sovetin erməni rəhbərləri öz-özlərini cəzalandıra bilməzdilər. Bakı, Şamaxı və başqa yerlərdə ermənilərin bolşevik-sovet bayrağı altında azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərə görə nəinki cəzalandırılmadılar, əksinə onların bu əməllərinə haqq qazandırdılar.
1919-cu il may ayının 9-da Yelizavetpol quberniyasının (Gəncə) Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəza kəndlərinin əhalisi üzərində ermənilər tərəfindən törədilmiş soyqırımlar, talanlar və digər zorakılıq hərəkətləri haqqında təhqiqat materialları əsasında ətraflı məruzələr hazırlanaraq komissiyaya təqdim edilmişdir.
FTK üzvləri Gəncə qəzası üzrə – 1, Zəngəzur qəzası üzrə – 55, Cavanşir qəzası üzrə – 1, Cəbrayıl qəzası üzrə – 10, Şuşa qəzası üzrə – 11 qərar layihəsi hazırlamışdır (16, v. 106-107).
FTK-nın sənədlərində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzündən silindiyi qeyd olunmuşdur. Eyni zamanda, burada 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülməsi, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanması göstərilmişdi (ermənilər tərəfindən öldürülən və yaralanan türk-müsəlmanlar, cəmi 10068-V.A.) (17, v. 1).
FTK Cavanşir qəzası üzrə bir (1) qərar layihəsi hazırlamışdı(16 v. 106-107). Cavanşir qəzası ərazisində ermənilər yaşına, cinsinə fərq qoymadan uşaqlara, qadınlara, qocalara, hətta şikəstlərə belə aman vermədən türk-müsəlmanlara qarşı çoxsaylı cinayətlər törətmişdilər. Məsələn, Umudlu kəndində Süleyman Qazax Aslan oğlu, Məhəmməd Məşədi Paşa oğlu və Kazım Atam oğlu ermənilər tərəfindən qəddarlıqla qətlə yetirilmiş, sonra isə onların cəsədlərini doğrayaraq hər hissəini bir yerdən asmışdılar.
Şahidlərin ifadələri əsasında FTK Cavanşir qəzasında azəbaycanlılara qarşı vəhşiliklər törədilməsinə rəhbərlik etmiş ermənilərin bir qrupunun adları da müəyyənləşdirilmişdi. Bunlar Yuxarı Qarxun kəndində torpaq sahibi mühəndis Konstantin Abramov, Avan Yüzbaşyevin malikanəsini idarə edən Baqrat bəy Məlik-Şahnazarov, Marağalı kənd icmasının kəndxudası Nerses Manukov, Gülyataq kəndinin sakini İvan bəy Mirzəbəyov, Dovşanlı kəndindən Artyom və Muku Sukiasovlar, Yevrem və Nikolay Şahbaqovlar, Bazarkənddən Nikolay Saruxanov, Vank kəndindən Tiqran Asan Cəlalov, Yuxarı və Aşağı Çaylı kəndlərindən Şamir Ağabekov, Setrak Usubbekov, Talış kəndindən Tyuni Atambekov, Ağdərə kəndindən Karapet Anastasov, Talış kəndindən İsaak və Minas Ter-Danielov qardaşları, həmin kənddən Rüstəm Babayev, Çardaxlı kəndindən Baxış Avanesov, Aşağı Çaylı kəndindən Akopcan Masesov, Nikolay Sokratov, Ağdərəli Markos bəy Ter-Astsaturov, Marqoşavan kəndindən Atakişi Xaçaturov və başqaları idi. Bu ermənilər Cavanşir qəzasında azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərin yalnız rəhbərləri deyil, həm də şəxsən onların öldürülməsində, onlara işgəncə və əzablar verilməsində iştirakçıları idilər(18, v. 5).
1918-1919-cu illərdə erməni silahlı quldurları Cəbrayıl qəzasında törətdikləri vəhşilikləri haqqında FTK-nın üzvü Mixaylovun məruzəsində geniş məlumatlar verilir. Komissiya Cəbrayıl qəzası üzrə 10 qərar layihəsi hazırlamışdır (16, v. 106-107).
Məruzədə 1918-1919-cu illərdə ermənilərin hərbi təcavüzü nəticəsində ziyan çəkmiş Cəbrayıl qəzasının kəndlərinin (26 kənd) siyahısı verilir: Düdükçü, Edilli, Ağbulağ, Qoqa, Çirakuz, Axullu, Arış, Qaragöllü, Doşulin, Toqo, Əfəndilər, Aşıq Məlikli, Xolaflı, Tatar, Şıxlar, Sirik, Ağcakənd, Dələnlər, Mülkədarlı, Qərvənd, Qaradağlı, Zərgər, Boliant, Eyvazlı, Əvətli, Məzrə. 1919-cu il fevralın 27-də Ağcakənd, Dələnlər və Mülkədarlı kəndlərinin erməniləri yenidən Sirik kəndinə hücum edərək yenə də bu kəndin bir hissəsini yandırmış, 11 kişi, 10 qadın, 14 uşaq qətlə yetirilmiş (cəmi 35 nəfər- A.V) və 2 kişi yaralanmışdı (19, v. 5).
Yelizavetpol quberniyasının (Gəncə) ən çox ziyan çəkən qəzasının biri də Şuşadır. Komissiya Şuşa qəzası üzrə – 11 qərar layihəsi hazırlamışdır(16, v. 106-107). Komissiyanın məruzəsində şahidlərin ifadələri əsasında ermənilərin Şuşa qəzasında törətdikləri cinayətlər 27 maddədə sadalanmışdır. Şahidlərin ifadələrinə görə 1918-ci ilin dekabrında ermənilər 2-ci polis sahəsinə daxil olan Qoqa kəndinin azərbaycanlılar yaşayn 55 evdən ibarət malikanələri dağıdaraq yandırmışdılar. Mülkədar Cavanşirin malikanəsi də dağıdılıb yandırılmış, ailə başçısı Əsəd Ağa Cavanşiri, onun oğlu Soltan ağanı, qızı İranə Bəyimi, qardaşı qızı Fatma Bəyim Cavanşiri, ev qulluqçusu İncə İbad qızını, nökərləri Allahverdi Əziz oğlunu, İsa Abış oğlunu və Vəli Kərbalayı Ələsgər oğlunu öldürmüş (8 nəfər – A.V.), ölüləri təhqir edərək onları soyundurub sonra da xəncərlə doğramışlar. 1919-cu ilin may ayına qədər Tuğ mülkədarı Ağa bəy Məlik-Aslanovun üzərinə hücum edən ermənilər onu öldürüb, əmlakını müsadirə etmişdilər. Tuğ sakini Güldəstə xanım Nəcəf bəy qızını da döyə-döyə öldürmüşdülər. Tuğ yolunda ermənilər Novruz Qasım oğlunu və mülkədar Səlim bəy Məlik-Aslanovu qarət edir və sonra isə döyərək öldürmüşdülər (Tuğ kəndinin 4 nəfər sakini öldürülür – A.V.). 1919-cu il martın 9-da ermənilər Şuşa şəhərinə yaxın şose yolunda 4 nəfər azərbaycanlı əsgəri soyunduraraq güllələmiş və 3 nəfərin ölüsünü isə gizlətmişdilər (7 nəfər öldürülmüş – A.V.).
Cümhuriyyət dövründə Yelizavetpol quberniyasına daxil olan Zəngəzur, Cavanşir Cəbrayıl və Şuşa qəzaları Azərbaycanın ayrılmaz hissəsi olaraq qalırdı. Lakin 1920-ci il aprelin 28-də rus ordusu Azərbaycanı işğal etdikdən sonra RSFSR hökuməti Zəngəzuru ermənilərə verdi, Qarabağı iki hissəyə parçalayaraq (dağlıq və aran Qarabağ), gələcəkdə ermənilərə vermək üçün, onun dağlıq hissəsində erməni əhalisinin sayı süni olaraq artırıldı. Bu da sonralar, yəni 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına və 1988-1994-cü illərdə isə rus ordusunun köməyi ilə həmin ərazilərin ermənilər tərəfindən tamamilə işğal olunmasına gətirib çıxartmışdır.
Beləliklə, emənilər dünya dövlətlərini, xüsusən xristian dünyasını özlərinin yalan üzərində qurulmuş planlarına inandıraraq onlardan maliyyə, siyasi və hərbi kömək alaraq Türkiyə və Azərbaycan torpaqları hesabına özlərinə dövlət qura bilmişdir. Öz doğma torpaqlarında yaşayan türk-müsəlman əhali ermənilər tərəfindən zaman-zaman qətlə yetirilmiş, sağ qalanları deportasıya edilmiş, onların əmlakları mənimsənilmiş, həmin yerlərin tarixi abidələri isə məhv edilmişdir.
Bu gün də Ermənistan Respublikası öz məkrli siyasətini gizlətmir, Türkiyə və Azərbaycana qarşı yeni-yeni ərazi iddiaları ilə çıxış edirlər. Ona görə də məkrli düşmənin təcavüzkar planlarının qarşısını almaq üçün tarixin əvvəlki səhifələrindəki hadisələri dərindən öyrənməli və yadda saxlamalıyıq.

İstİfadə edİlmİş ədəbİyyat

1. Erməni könüllüləri, Tiflis, 1916. s. 4-12.
2. Н.Нариманов. Избранные произведения. Том 2. 1918-1921. Баку, Азербайджанское Государственное Издательство, 1989, 768 с.
3. Йорг Баберовски. Враг есть везде. Стализм на Кавказе. Москва, РОССПЭН, 2010, 855 с.
4. Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi.Bakı:Azərnəşr,1992, 276 s.
5. Zeynaloğlu C. Müxtəsər Azərbaycan tarixi. Bakı, Azərbaycan Dövlət Kitab Palatası, 1992, 144 s.
6. Mehmet Saray. Quzey və Güney Azərbaycan Türklərinin Tarixi. Bakı, Şərq və Qərb, 2010, 724 s.
7. ARPİİSSA, F.276, siy.2, iş 20
8. APİİSSA, F.268, siy.23, iş 676.
9. Hümmət, qəz., Bakı, 1918, 31 mart.
10. Nərimanov N. Ucqarlarda inqilabımızın tarixinə dair.Bakı:Azərnəşr,1992,77 s.
11. ARPİİSSA – f. 277, siy.8, iş 536.
12. ARPİİSSA – f. 277, siy. 2, iş 14.
13. ARDA – f. 1061, siy. 1, iş 6.
14. ARDA – f. 1061, siy. 1, iş 99.
15. ARDA – f. 1061, siy. 1, iş 105.
16. ARDA, f. 100, siy. 2, iş 791.
17. ARDA, f.894, siy.4, iş 104; siy.10..
18. ARDA, f. 970, siy. 1, iş. 161.
19. ARPİİSSA, f. 277, siy. 2, iş 16, v. 5.

Geostrategiya" jurnalı № 03 (27) MAY-İYUN 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM