SOSİAL NƏZARƏTİN MAHİYYƏTİ

11:32 / 17.10.2014

Samir İsmayıl
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Sosiologiya kafedrasının qiyabi doktorantı

Mövzunun aktuallığı aşağıda qeyd edilənlə şərtlənir: hazırki cəmiyyət insan həyat və fəaliyyətinin bir çox sahələrində genişlənmənin və dərinləşmənin vacibliyi ilə xarakterizə olunan sosial idarəetmənin cizgilərini özündə daha çox əks etdirir.
Beləliklə, sosial normalar cəmiyyətin fəaliyyət göstərməsinin obyektiv qanunauyğunluqlarının insan idrakında və əməllərində adekvat və ya təhrif olunmuş əksi nəticəsində formalaşır. Bundan çıxış edərək, onlar ya sosial inkişafın qanunlarına uyğun olurlar və təbiidirlər və ya onlara az uyğundurlar, bəzən isə obyektiv təsadüflərin təhrif olunmuş sinfi-məhdud, subyektiv, dini, mifoloji əksi səbəbindən ziddiyyətə daxil olurlar.
Sistem olaraq sahənin əsasında insanlar arasında tarixən formalaşmış münasibətlər bazası dayanır və öz növbəsində, bu münasibətlər əsasında individlərin sosial davranışları dayanır (sosial mühitin əks tədbirlərini nəzərdə tutan insanın cəmiyyətə, digər insanlara münasibətdə davranışları). Cəmiyyətdə tarixi formalaşma prosesində obyektiv olaraq davranış, sosial əlaqələr və insanlar arasındakı münasibətlərin tənzimləyiciləri yaranır ki, bunların da nəticəsində cəmiyyət müəyyən tamlıq kimi mövcud olur və inkişaf edir. Belə tənzimləyicilər sıralarına sosial dəyərləri və sosial normaları aid etmək olar.
Sosial dəyərlər ictimai inkişafın prinsipial orientirləridirlər və insanların və sosial qrupların ən ümumi, strateji tənzimlənməsini yerinə yetirirlər. Sosial normalar ictimaiyyət və sosial qrup tərəfindən təsdiq edilmiş ümumi əhəmiyyətli olan davranış qaydalarını təmsil edir. Eyni zamanda, sosial norma konkret cəmiyyətdə tarixən formalaşmış insanların, sosial birliklərin, sosial təsisatların mümkün davranışlarının, fəaliyyətlərinin həddini, ölçüsünü, intervalını şərtləndirir.
Normalardan fərdi mənfi kənarlaşmaların sosial xüsusiyyət alması üçün aşağıda qeyd edilən şərtlərin olması vacibdir:
1) onların yarandıqları amillərin oxşarlığı və ya hətta vahidliyi;
2) bərabər şəraitdə oxşar insan qruplarında belə kənarlaşmaların eyni mexanizmi;
3) sadalanan hadisələrin müəyyən qaydada təkrarlanmasının, dözümlülüyünün mövcud olması.
Beləliklə, sosial kənarlaşmaları təsadüfi faktlar deyil, cəmiyyətdə müəyyən formada yayılmağa layiq olan və bu istiqamətdə tendensiya nümayiş etdirən hərəkətlərdir.
Fərdi kənarlaşmanın sosial normadan kənarlaşmanın strukturunu təhlil edərkən qeyd etmək lazımdır: sosial normanı hərəkətin etalonu olaraq qəbul etmək lazımdır, bu etalondan kənarlaşma (deviasiya) isə müxtəlif istiqamətlərdə yerinə yetirilməlidir.
Hərəkəti deviasiya kimi əvvəlcədən təyin etmək çətindir, belə ki, sosial normaların standartları, növləri əsassızdır və sıx ziddiyətləri müəyyən edir. Deviasiyanın daha parlaq nümunəsi demək olar ki, hər zaman məzəmməti yaradan qeyri-insani hərəkətlərdir (məsələn, qətl, zorlama). Lakin təkcə buna əsaslanaraq deviasiyanın dəqiq tərifini vermək çətindir.
Cəmiyyətin fərd üzərində nəzarəti, dövlətin vətəndaş üzərindəki kontrolu və nəzarəti elə sosial nəzarətdir. Məhz buna görə də insan bir tərəfdən və cəmiyyət və dövlət digər tərəfdən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi sisteminin qarşılıqlı fəaliyyət göstərən başlanğıc hissələri kimi nəzərdən keçirilməlidir. A.V.Bokovun qeyd etdiyi kimi, bu mənada sosial nəzarəti vətəndaşların cinayət təhlükələrindən qorunmasının təmin edilməsi və insanın kriminal qəsdlərdən mühafizəsi fəaliyyətinin idarəedilməsi forması kimi də müəyyən etmək olar.
Dövlət mexanizmi, hakimiyyət xarakteri, təbii və pozitiv hüququn münasibətinin dərəcəsi, cəmiyyətin xarakterinin vəziyyəti və s. ilə orqanik şəkildə əlaqədar olaraq, müəyyən mənada ümumilikdə ictimai orqanizmin vəziyyətinin əksidir, onun inkişafının, onun əsas tendensiyalarının və qanunauyğunluqlarının istiqamətini təsdiq edir.
Hələ Q.V.F.Qeqel təsadüfi olaraq güman etmirdi ki, cinayətkarlıq üzərindən nəzarət formaları "hətta cinayətkarlıqdan daha çox, həmin cəmiyyəti xarakterizə edir".
Bu nəzəriyyənin mənbələri haqqında məlumat verərkən göstərmək lazımdır ki, sosial nizam-intizamın, hüquq qaydasının təmin edilməsi funksiyası kimi, cəmiyyətin müntəzəm inkişafına səbəb olan mexanizm kimi sosial nəzarət konsepsiyasının əsasları sosial nəzarət nəzəriyyəsinin yaranmasından və "sosial nəzarət" terminin meydana gəlməsindən çox-çox əvvəl nəzərdən keçirilirdi.
Hələ Platon və Aristotel ona daxil olan elementlərin (ailə, dövlət, ictimai fəaliyyət və s.) koordinasiyasının və ierarxiyasının dayanıqlı münasibətləri kimi cəmiyyətin ümumi formasını ayırırdılar. T. Hobbsun, C. Lokkun, J.-J. Russonun ictimai müqavilə nəzəriyyələrində ictimai intizamnın təmin edilməsinin alternativ variantları təklif olunur. Hobbsa görə, "hamının hamıya qarşı müharibəsinin" dayandırılması və beləliklə də, öz həyatının və mülkiyyətinin qorunması xatirinə, cəmiyyətdə təhlükəsizliyi və intizamı yalnız hər bir vətəndaş tərəfindən öz fərdi hakimiyyətinin suverenin xeyrinə güzəştə getməsi təmin edə bilər. Bu məqsədlər üçün suverenlər və onların vətəndaşları arasında əvvəlcə implisit, daha sonra isə yazılı qaydada möhkəmləndirilmiş müqavilələr formalaşdırılır (ictimai müqavilələr). "Təbiət qanunları" - şəxsi maraq və tamahkarlıq - Lokk tərəfindən təklif edilən sosial müqavilənin əsasında dayanır. Russo sosial müqavilənin özəyi kimi "ümumi azadlıq" ideyasını tətbiq edib; o, "sosial müqavilənin" aktivliyinin mütləq şərti kimi fərdlərin tam bərabərliyini və onların cəmiyyətin işlərində iştirakını nəzərdə tutur.
Sosial nizam-intizamın və nəzarətin növbəti modellərində müxtəlif nisbətdə və modifikasiyada klassiklərin sosial və siyasi fikirlə bağlı düşüncə irsi ilə əlaqədar olan "ictimai müqavilə" ideyaları əks olunub ki, bu da sosioloji nəzəriyyələrdə özünü göstərir.
Sosial nəzarətin mahiyyətinin, onun mexanizmlərinin, strukturunun və s. tədqiqinə əsas töhfələri O. Kont, Q. Spenser, K. Marks, E. Dyurkheym, U. Samner, Q. Tard, E. Ross, R. Park, La-Pyer, M. Veber, P. Sorokin, T. Parsons, R. Merton, N.Luman, M.Fuko, Q. Markuze, Y. Habermas və s. kimi mütəfəkkirlərin əməkləri verib. Sosial psixologiya mövqeyindən sosial nəzarətin mahiyyətini dərk etməkdə Z. Freydin, E. Frommanın, T. Şibuatinin işləri böyük əhəmiyyətə malikdir. Sosial nəzarət konsepsiyasının formalaşması haqqında birabaş olaraq danışdıqda, qeyd etmək lazımdır ki, sosial nəzarət nəzəriyyəsi müstəqil istiqamət kimi XIX əsrin əvvəllərində meydana gəlib. Onun işlənməsi üçün vacib stimul kimi öz inqilabi fırtınası və sosial-psixoloji dəyişiklikləri ilə əsrin özünün mühiti çıxış etmişdir. Məhz həmin dövrdə ilk olaraq ictimai münasibətlərin sabitləşdirilməsi vasitəsi kimi, nizam-intizamın pozulmasının aradan qaldırılmasına kömək edən və sistemin keyfiyyətli müəyyənliyinin saxlanılmasının xüsusi mexanizmi kimi sosial nəzarətin təfsirinin əsası qoyulub.
Beləliklə, elmdə "sosial nəzarət" termininin yaranması Q. Tardanın adı ilə bağlıdır. Hələ "Ünsiyyət və sosial təsir" adlanan əsərində Tarda qeyd edilən anlayışı daxil etmiş, onu "ictimaiyyətə qarşı olan davranışlara malik şəxslərin ictimai əhəmiyyətli fəaliyyətə, ümumictimai sosial normalara cavab verən davranışa qaytarılması vasitəsi, aləti" kimi şərtləndirmişdir. Və Tardanın fikrinə görə sosial nəzarətin mexanizminin fəaliyyəti fərdin qrupa itaət edilməsinə yönəlmişdir. Buna, onun "ruhi-psixoloji sistem" kimi fəaliyyət göstərməsi hesabına nail olunur. Belə sistemin məqsədi isə mövcud sosial institutların kifayət qədər inkişaf etdirilməməsi səbəbindən ödənilməsi mümkün olmayan tələbatların artımının məhdudlaşdırılmasıdır. Tardanın sözlərinə görə, məhz fərdin artan tələbatlarının ödənilə bilinməməsi cəmiyyətə qarşı davranışın yaranmasına gətirib çıxarır. Buna görə də, cəmiyyətin sosial institutlarının nümayəndələrinin dayanıqlığa olan cəhdləri sosial nəzarət mexanizminin fəaliyyətinin vacibliyini doğurur. Belə ki, o, bu alətlər çərçivəsində "fərdlərin rahat davranışını" təmin etməyə qadirdir.
[6]
Hakimiyyət və idarəetmə formalarından biri sosial nəzarətdir və bu, təşkilatçılıq işinin ən mühüm hissəsidir. Əhalinin fəaliyyətinə nəzarətə gəldikdə isə, bunu müəyyən qurum və təşkilatlar öz tabeliklərində olan müəssisələr vasitəsilə həyata keçirir. Ümumiyyətlə, sosial nəzarətdə çox müxtəliflik var. Burada dövlət nəzarətini xüsusi qeyd etmək lazımdır. Dövlət nəzarəti öz növbəsində idarə, idarədən kənar və idarələrarası nəzarət növlərinə bölünür. Dövlət nəzarəti xüsusi idarəetmə funksiyası olub, cinayətkarlıqla mübarizə prosesinin müvəffəqiyyətlə idarə olunmasına imkan yaradır.
Sosial nəzarət, müxtəlif vasitələr bazası olub, cəmiyyətin üstünlük təşkil edən ictimai münasibətlərin – sosial strukturların təkrar yaranmasını təmin etməsinə yardım edir. Sosial nəzarət qaydaları cəmiyyət üzvlərinin onlardan tələb olunan və gözlənilən davranışını təmin edir.
Sosial nəzarət üsulları və mexanizmləri olduqca müxtəlifdir. Sosial nəzarət cəmiyyətdə ilk növbədə sosializasiya vasitəsi ilə həyata keçirilir. Sosializasiya prosesində fərdlərin öz sosial mövqelərini mənimsəmələri və həmin cəmiyyətin dəyər və normalarının internalizasiyası baş verir.
Fromm E. qeyd etmişdir ki, sosializasiya nəticəsində cəmiyyət üzvləri “elə bir davranış növü əldə edirlər ki, onlar həmin cəmiyyətin üzvü kimi tələb olunan şəkildə fəaliyyət göstərmək istəyirlər. Onlar cəmiyyət üçün obyektiv şəkildə lazım olan hərəkətləri yerinə yetirmək istəməlidir”. Belə ki, sosializasiya vasitəsi ilə sosial nəzarət şəxsiyyətin öz davranışlarına daxili nəzarət şəklində həyata keçirilir.
Hazırki şəraitdə sosial nəzarətin həyata keçirilməsində üç vasitədən istifadə olunduğu qeyd olunur: [7]
1. Məcburiyyət, müəyyən sanksiyaların tətbiq olunması. Hər hansı fərd, qrup yaxud idarəetmə subyekti qanun, norma və qaydalara riayət etmədikdə, cəmiyyət normalardan, qəbul olunmuş dəyərlərdən kənarlaşmanı bərpa etmək üçün nəzərdə tutulmuş məcburiyyətə əl atır. Bu baxımdan sosial nəzarət azadlıq və məsuliyyət kateqoriyaları ilə sıx əlaqəlidir. Səmərəli idarəetmə bütün idarəetmə subyektləri tərəfindən təşəbbüs və yaradıcılığın, həmçinin müstəqilliyin nümayiş olunmasını nəzərdə tutur. Lakin azadlıq adətən sosial nəzarətin həyata keçirilməsindən sonra başlanan fəaliyyətin sosial nəticələrinə görə məsuliyyət olmadan mümkün deyil. [1]
2. Səmərəli tərbiyə və sosializasiya. Bu prosesdə insanlar məqsədyönlü şəkildə cəmiyyətin norma və dəyərlərini, həmçinin ayrı-ayrı qruplarını, yəni sosial institutlarını qəbul edirlər.
3. Siyasi, maliyyə, hüquqi, mənəvi və digər məsuliyyət formaları. Əsas rolu oynayan məsuliyyət formalarına qrup yaxud kollektiv şəkildə olmaqla mədəni dəyərlər, ənənələr, yəni qrup normaları daxildir. Sosial nəzarətin səmərəliliyi tam olaraq cəmiyyətin vətəndaş cəmiyyətinə doğru irəliləməsi səviyyəsindən asılıdır. Vətəndaş cəmiyyəti dedikdə, öz üzvlərinin maraqlarını və tələblərini dəstəkləyən və həyata keçirən, eyni zamanda onları dövlətdən kənarda da qoruyan institut və təsisatlar nəzərdə tutulur. [5]
Beləliklə, aydın olur ki, sosial nəzarət heç bir qeydiyyata və hesabatlılığa cəlb oluna bilməz və aşağıdan yuxarıya kimi bütün sistemi əhatə edən mürəkkəb idarəetmə münasibətidir.
Sosial bərabərliyi dəstəkləyən sosial determinasiya mexanizmi olaraq, sosial nəzarət müasir cəmiyyətin həyat və fəaliyyətində önəmli komponent olan sosial nəzarət sistemidir. Cəmiyyət üçün belə bir əhəmiyyət kəsb edən məqsədli nəzarətedici funksiyanı daşımaqla, sosial nəzarət ilk növdədə özü üçün arzuolunmaz insan fəaliyyəti və onun daşıyıcılarına qarşı müxtəlif təsir formalarından ibarətdir. Bununla bərabər, sosial nəzarət sisteminin təyinatı yalnız cəmiyyətin barəbər səviyyədə saxlanması və onun sosial davamlılığını təmin etmək üçün şəraitin yaradılması ilə məhdudlaşdırılmamalıdır. O, eyni zamanda ikinci əhəmiyyətli funskiya, konstruktiv funksiya daşıyır. Belə ki, sosial nəzarət cəmiyyətdə müsbət sosial dəyişikliklərə “imkan yaradır” və onun inkişafına “köməklik göstərir”. Keçid dövrünü yaşayan cəmiyyət üçün sonuncu şərt xüsusilə mühümdür, çünki o, tədqiq olunan məsələyə (sosial nəzarətə) sistemin ictimai yenidənqurmasının aktiv mexanizmi və ictimai münasibətlərin transformasiyası prosesinə təsirlə vasitəçilik edən sistem kimi baxır.
Beləliklə, sosial nəzarət məlum insan fəaliyyətinin məhsulu olaraq konkret tarixi formalardan keçmiş, müəyyən sosial orqanizm modelinə xas xarakter və xüsusiyyətlərə malik, istənilən cəmiyyətin sosial varlığının və siyasi, iqtisadi və sosial-mədəni quruluşunun ayrılmaz tərkib hissəsidir.
Sosial nəzarət sisteminin müşahidə olunan sosial determinasiyası bu və ya digər cəmiyyətdə nəzəriyyənin və onun işləməsinin xüsusiyyətlərini təyin edir, lakin bununla sosial bərabərliyin təmin olunmasında önəmli müxanizm və istənilən cəmiyyətin özünü tənzimləmə vasitəsi olan sosial nəzarətin özünün əsas təyinatını dəyişməz saxlayır. Öz funksiyasını həyata keçirməklə sosial nəzarət eyni zamanda özünü ictimai ziddiyyətlərin həlli mexanizmi kimi göstərir. Əsas ictimai ziddiyyətlər sosial sistemlərin və onların alt sistemlərinin (sosial münasibətlərin) mövcud şəkildə işləməsi və inkişaf etməsi arasında olan ziddiyyətlərdir. Buna görə də, sosial nəzarət məsələlərini yalnız ictimai sistemin sabitliyini və davamlılığını təmin etməyə yönəltmək düzgün deyil. İctimaiyyətin özünü tənzimləməsi proseslərini tədricən həyata keçirməklə, sosial nəzarət eyni zamanda sosial münasibətlərin müsbət yönümdə inkişafına, tarixi səhnəni tərk edən münasibətlərlə onları əvəz edən münasibətlər arasındakı ziddiyyətlərin həll olunmasına zəmin yaradır. Başqa sözlə, sosial nəzarətin həyata keçirilməsi iki məqsədyönlü funksiyanın – tənzimlənən və konstruktiv funksiyaların müəyyən şərtlər alında həyata keçməsi ilə bağlıdır. Sosial nəzarətin təyinatını səciyyələndirən şərait cəmiyyətin keçid vəziyyəti üçün özünəməxsus əhəmiyyətə malikdir. Bu zaman, konstruktiv funksiyanın yerinə yetirilməsi ön plana keçir. Bununla belə, əgər belə şəraitdə birinci, yəni tənzimləyini funksiyanın zəifləməsi baş verərsə, bu, sosial disfunksiya və pozuntuların artmasına, cəmiyyətdə idarəetmənin itirilməsinə və vahid normativ ictimai asayışın pozulmasına gətirib çıxara bilər.
Beləliklə, sosial nəzarət özünün normativ-qiymətləndirici və saksiya tətbiq edən tərəfləri ilə birlikdə şəxsiyyətin fərdi və sosial azadlığının sərhədlərinə, onun normalara uyğunluğuna, normadan kənarlaşma dərəcəsinə və dözümlülük və sərtlik səviyyəsinə toxunur.
Sosial nəzarət sisteminin təhlilində özünəməxsus yeri onun funskional xarakteristikası tutur. Sosial nəzarətin bütün digər xüsusi funsiyaları bundan asılıdır və bunun əldə olunmasını təmin etmək üçündür.

Ədəbiyyat

1. Атаманчук Г.В. Теория государственного управления: Курс лекций. М., 2007. С. 95-111
2. Боков А.В. Организация борьбы с преступностью: Монография. М., 2003. С. 160.
3. Гилинский Я.И. Девиантность, преступность, социальный контроль. Избранные статьи. СПб., 2004. С. 261.
4. Зиядова Д.З. Социальный контроль и профилактика преступлений "Российский следователь", 2008, N 5
5. Кравченко С.А., Покровский Н.Е. Социо¬логия: парадигмы и темы. М., 2007. с.95-98
6. Муканов Р.Ж. Формирование доктрины социального контроля над преступностью и ее развитие в Республике Казахстан "Российский юридический журнал", 2010, N 5
7. Смелзер Н. Социология. М., 2004. с.67.
8. Шильдяева В.В. Механизмы контроля социальных отклонений "Юридический мир", 2007, N 3




Etiket:

Strategiya.az

Xəbərlər
27.02.2020

Azərbaycan-Türkiyə həmrəyliyi regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir

27.02.2020

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dilarə Bəhmənovaya dəstək oldu

27.02.2020

ABŞ Konqresi Xocalı faciəsinin 28-ci ildönümünü yad edib

27.02.2020

Səsvermənin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu

27.02.2020

Strasburq: Xocalı faciəsi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı siyasətinin tərkib hissəsidir

26.02.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak ediblər

26.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir (FOTO)

26.02.2020

Rəcəb Tayyib Ərdoğan: "Türkiyə və Azərbaycan bir sabitlik abidəsi olaraq yüksəlirlər"

26.02.2020

Prezident İlham Əliyev: "Bir-birimizə arxayıq, bir-birimizə dayağıq"

26.02.2020

XX əsrin faciəsi: Xocalı soyqırımından 28 il ötür

25.02.2020

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

25.02.2020

Xocalı soyqırımı – ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən ağır cinayətdir

25.02.2020

Bu ildən Dünya Mühəndislik Günü qeyd ediləcək

25.02.2020

Bu gün Novruzun ilk çərşənbəsi qeyd olunur

25.02.2020

Çində koronavirusdan ölənlərin sayı 2663 nəfərə çatıb

25.02.2020

Elçin Əhmədov: Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistan beynəlxalq hüququn bütün fundamental prinsiplərini pozub

24.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

24.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

24.02.2020

Azərbaycanın dini icmalarının rəhbərləri dünya ictimaiyyətinə müraciət etdi

24.02.2020

Çində koronavirusdan ölənlərin sayı 2592 nəfərə çatıb

24.02.2020

Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

23.02.2020

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb

23.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb

21.02.2020

DTX Neftçalada keçirilən əməliyyatla bağlı məlumat yaydı

21.02.2020

Prezident İlham Əliyev: Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir

21.02.2020

AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib

21.02.2020

Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

21.02.2020

21 fevral - Beynəlxalq Ana Dili Günüdür

21.02.2020

Xəzər dənizinə axıdılan tullantı sularının tərkibində çirkləndiricilərin miqdarı normadan çoxdur

20.02.2020

Novruz çərşənbələrinin tarixləri açıqlandı

20.02.2020

Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub

20.02.2020

Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub

20.02.2020

Xocalı soyqırımının ildönümü ilə bağlı "Tədbirlər Planı” təsdiqlənib

20.02.2020

İtkin düşən Azərbaycan əsgərinin meyiti neytral ərazidən tapıldı

20.02.2020

Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə yüksəldi

19.02.2020

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib

19.02.2020

"Tarixi bilmək gərəklidirsə, öz millətinin və dövlətinin tarixini bilmək zəruridir" - Firad Əliyev

19.02.2020

Professor Əli Həsənov: "Türkün torpağına göz dikən hər kəs məğlubiyyətə məhkumdur"

19.02.2020

Baş infeksionist koronavirusla bağlı XƏBƏRDARLIQ etdi

18.02.2020

Bakıda koronavirusa görə karantinə götürülən 2 tələbə evə buraxıldı

18.02.2020

Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi

18.02.2020

Elmar Məmmədyarov Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib

17.02.2020

Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü – Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi

17.02.2020

Professor Əli Həsənov: “Prezident İlham Əliyev millətimizin qürur yeridir”

17.02.2020

Mülazim Pahsa: Ermənistanın baş nazirinin inkarçılıq cəhdləri onun düşdüyü vəziyyəti daha da ağırlaşdırdı

17.02.2020

Çində yeni növ koronavirusdan ölənlərin sayı 1770 nəfərə yüksəldi

16.02.2020

Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi

16.02.2020

Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir erməni tarixi irsi yoxdur

16.02.2020

Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil

16.02.2020

İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər