İki sərxoş yekəqarın

13:57 / 17.10.2014

Şərif Ağayar

Qurban bayramının səhəri məni bir qohum toyuna çağırdılar. Adam içməyəndə toy ikiqat məşəqqət olur. Hər şey bir yana, çoxdan görmədiyin pəzəvəng qohumlar səni qucaqlayıb ağzının seliyini və yağını marça-murçla sifətinə sildisə, toylara yox eee.. həyata, yaşamağa nifrət edirsən!

 

Bu toyda da beləcə... Təfərrüata varmadan toyun saat 10-11 radələrində, yəni içkinin hamını havalandırdığı vaxt iki yekəqarın qohumumun söhbətini təqdim edirəm. Remarka olaraq deyim ki, hər iki yekəqarın ana tərəfdən uzaq qohumdur və hər ikisi fermerdir. Mənə həmişə “bajoğlu” deyirlər. Yeyib-içən, pul xərcləyən və qoşma-gəraylı sevən adamlardır. Hadi qulaq asın görək elimin-obamın güvəndiyi pəzəvənglər nədən söhbət açır, nədən qayğılanır və nəyə şaqqanaq çəkib gülürlər:

 

- Nə var, nə yox! Bu nədi əəə belə... Xaxxaxaxax!!! (Barmağının ucu ilə həmsöhbətinin qarnına vurur!)

 

- Özündən bəri bax! Loto daşına oxşayırsan! (gəyirir)

 

- Ə neyniyim?! Nə qədər yeyib-içmək olar?! Kabab-araq, kabab-araq! Hələ səhərlər xaş yeməyi tərgitmişəm!

 

- Tərgitmisən ki belədi? Hahaha!

 

- Qurban bayramından bir şey çıxarda bildin?

 

- Şükür!

 

- Yerhaqqı nə aldılar səndən?

 

- Mənnən söz alırsan, a bic?!

 

- Nə söz? Hər yerin qiymətini bilirəm onsuz da. Həkimindən tutmuş, “uçaskov”una qədər...

 

- Çox bilsən tez qocalarsan!

 

- Hahahah!

 

- Hahahah!

 

- Bu qadın kimdi ə?

 

- Nəsirin arvadıdı daa...

 

- Maydan Nəsir? Ə bu lap lütdənib ki?! (Dönüb yanından keçən qadının çılpaq kürəklərini vərəvürd eləyir)

 

- Yiyəsinə qismət!

 

- Ateyin kəlləsi... məni qınayan! Sən öl millət pozulub tamam! Bu şəhər pozub adamları, eybimizi o dağ-dərələr örtürmüş!

 

Hərəyə bir siqaret yandırırlar

 

- Sənnən bir xahiş eləyim, əmoğlu! Bax bajoğlu da şahiddi bu söhbətə.

 

- De görüm nə deyirsən...

 

- Yox eee... söz ver ki, eləyəcəksən!

 

- Ə bir de dəəə... Bəlkə heç mümkün deyil.

 

- Sənin əlində mümkün olmayan şey yoxdu!

 

- De, de! Çəkinmə!

 

- Əzizi mənə qaytar!

 

- Nə?! Başına at təpib?!

 

- Bajoğlu (üzünü mənə tutur), canın üçün Əzizi mən vermişəm buna, beş ildi nökər kimi işlədir. Qardaş, indi geri istəyirəm Əzizimi! Əzizim, Əzizim! Hahahahah!

 

- Ə, Əziz sənin yanında yeməyə bir loxma çörək tapmırdı eee... Üzülüb gedirdi yazıq. Bilirsən ona nə qədər maya qoydum. Təzədən yığdırdım eee... Əzizi!!!

 

- Məzələnmə!

 

- Əmimin goru ciddi sözümdü! Qarnının hər iki yanında yırtıq vardı (Toppuş əllərini içində yumurta tutubmuş kimi üzü yuxarı çevirir). Qarnı hər iki yandan sallanırdı xayalarının yanına. Görmürdün “perekos” yeriyir. Apardım “operasiya” elətdirdim. Sonra dedilər qanında brusellioz var. Neçə il də onu müalicə elətdirdim. Hardasa iki minə yaxın pulum çıxdı!

 

- Ə, sən qışda qar verməzsən adama! Mənə nömrə gəlmə!

 

- Əmimin goruna and içdim, a yekəbaş!

 

- Yaxşı, inandım. Maya qoydun, əvəzində 5 il işlətdin.

 

- İşi təpəsinə dəysin! İndi fermanın toyuqlarına baxır. Qoyuna-zada da gedə bilmir.

 

- Qaytar Əzizimi!

 

- Gəl gör razıdırsa götür apar (Əl-ələ çırpıb qucaqlaşırlar).

 

- Yadındadı, "20 Yanvar"ın kruqunda hamısını doldurmuşduq Moskviçin budkasına. Polis yaxınlaşdı ki, nə aparırsan? Dedim, qoyun! Polis qulağını maşına yaxınlaşdıranda Əziz içəridən mələdi! Xaxxxaxxxaxxx!!!

 

- Xaxxxxxaxxxaxxax!!! Xxxktfu! (Divarın dibinə tüpürür). Oğuldu, dədə canı! Gedəndə özünə bir yarım araq məndən! Bu kimin qızıdı bəs?

 

- Bunu tanımadım. Məncə Cəfərgillərdəndi!

 

- Saz şeydi ama!

 

- Yiyəsinə qismət!

 

- Əmimin goru, sən çox oğraş adamsan! İndi bajoğlu elə biləcək, imam evladısan!

 

- Sən də azacıq aşın duzu döyülsən, narahat olma!

 

- Hahahah!

 

- Hahahah!

 

Qolboyun olub aşa-aşa toyxanaya tərəf addımlayırlar... /kulis.az/

 

 

 

Yazı müəllifin "Xanım T" kitabından götürülüb...


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM