Molla əmi mənim bəxtim açılmır. Mənə bir əlac edə bilərsənmi?

09:05 / 22.10.2014

Əkrəm Həsənov

İlahiyyat üzrə fəlsəfə doktoru

İndi həyət uşaqları mənə dedilər ki, bəs bizim binada bir  filankəs var, camaatı ələ alıb onların falına baxır. Kərbəlaya və məşədə gedib. Hamı ona hər şey verir. O da hamıya həyatını deyir. Hamıya kömək edir.

Dedim:

- Kömək etmək savabdır, kömək etsin.

Məhlə uşaqlarından biri dedi:

- Axı o bu insanlara necə kömək edə bilər. Məgər əlini kiməsə çəkməklə kimsə şəfa tapa bilər? Məgər dua etsə kiminsə uşağı olar?

Dedim:

- Olar, çünki Allahın bəzi qulları vardır ki, dua edəndə duası qəbul olunur. Həyatda olanda gedirsən yanına, sənə dua edir, şəfa tapırsan.

Biri dedi:

- O mənada yox. Biri sənin falına baxa bilərmi? Bu insanlar gedirlər yanına, bu molla da bu insanların falına baxır. Onların taleyini deyir.

Dedim:

- Belə olmaz axı, bu haramdır. Hətta cinayətdir. Çünki kiminsə falına baxmaq böyük günahdır. Həm də yalandır. Çünki Allah təala kiminsə həyatı barəsində kiməsə xəbər vermir. Bu ancaq peyğəmbərlər haqqında ola bilər ki, əvvəlki peyğəmbər haqqında Allah təala vəhylə sonrakı peyğəmbərə xəbər verir. Yaxud da əvvəl gələn peyğəmbərlərə sonra gələcək peyğəmbərlər haqqında xəbər verir. Yənu bu vəhy məsələsidir. Vəhy isə sonuncu peyğəmbərlə kəsilmişdir. Artıq Qiyamət gününə qədər vəhy gəlməyəcək.

Biri dedi:

- Bəs bu insan Quranı açıb axı deyir, çoxusu da düz çıxır.

Digəri belə cavab verdi:

- Yox düz çıxmır. Mən özüm qəsdən dünən onu danışdırdım. Ona dedim ki, bəs molla əmi mənim bəxtim açılmır. Mənə bir əlac edə bilərsənmi? Məni istəyən yoxdur. Molla mənə dedi ki, səni bağlayıblar. Bəs sən gəl bizə bir neçə kurs səni müalicə edim sağalarsan, bəxtin açılar. Məndə dedim ki, molla əmi niyə yalan danışırsan? Allahdan niyə qorxmursan? Mən səni yoxlamaq üçün belə deyirdim. Mən ailəliyəm 3 övladım var. Bəs sən utanmırsan bu avam, dini bilməyən insanları aldadırsan. Mənə dedi ki, aldatmıram, söhbəti fırladıb dedi ki, səni əvvəl bağlayıblar. Məndə dedim ki, bəs sən deyirsən ki, səni bağlayıblar ona görə ailə qura bilmirsən? Halbuki mənim ailəm və övladlarım var.

Mən dedim:

 – Bilirsizmi nə var. Belələrinə kömək edin dolanışıqlarını başqa yoldan təmin etsinlər. İnsanları aldadıb onların malını, pulunu yeməklə heç də gələcək dünya və axirətləri üçün yaxşı zəmin hazırlamırlar. Həm də Allahdan başqa heç kimsə digər kimsənin həyatını bilmir. Çünki bu qeybdən nəsə mollalara deyən də öz nəfsləri və kənardan onlarla ünsiyyət quran cinlərdir. Sadəcə avam camaat kənardan cinləri görmədikləri üçün rahat şəkildə belə fırıldaqçılara aldanırlar. Çünki hər bir insanın yanında onun şeytanı var. O kahinin, faıçının və cadugərin yanında olan cin şeytanları ilə əlaqəyə girərək sənin bəzi sirrlərini onlara deyirlər və onlar da kahinə bunu fikirlə çatdırırlar. Kahin, molla, cindar da bunu sənə xəbər verir, elə bilirsən ki, molla bunu düzgün bilib sənə deyir. Eyni zamanda Allah Rəsulu səlləllahu aleyhi və səlləm buyurub ki, onlar yüz söz deyərlər, biri doğru olar, digər 99-u yalan olar. Səndə bir doğruya aldanıb dediklərinin hamısının doğru olduğuna inanarsan. Bununla da Allahı inkar etmiş olarsan. Çünki Allaha imanı güclü olan şəxs bilir ki, Allah təala heç bir insanın sirrini digərinə açmır. Ancaq özün sirrini kiməsə desən, onda sirrin açılar. Buna görə gözəl bir ərəb-atalar sözü var. Sirrin sənin əsirindir, sən onu deməsən əsir kimi səndə qalar, açıb desən sən onun əsiri olarsan. İnsanlar sirrlərini heç kimə deməməlidirlər. Elə bu yaxınlarda başıma gələn bir hadisəni sizə danışım. Bir həftə bundan əvvəl mənə tanımadığım bir nömrədən zəng gəldi: 
– Alo (qadın səsidir)
– Bəli
– Əkrəm müəllim Həsənovdur? İlahiyyatçı?
– Bəli, buyurun!
– Sizi televiziyada görmüşəm. Bəzi şəxsi problemlərim var. Sizin nömrənizi ATV kanalından götürmüşəm. Problemim var. Sizinlə görüşmək istəyirəm. Mənə köməyiniz lazımdır.
– (Öz-özümə dərhal qadının fitnə olmasını xatırladım, həm də inanmadım ki, ATV kanalı mənə deməmiş nömrəmi kiməsə versin) Nə zaman istəsəniz görüşə bilərik (Belə desəm də vəsvəsələr əl çəkmirdi, hər cür hallar baş verə bilərdi. Kimsə mənə oyun da oynaya bilərdi).
– Yaxşı onda inşallah münasib vaxt tapsam, zəng edərəm gələrsiz görüşərik.
– Oldu. İnşallah problem yoxdur. 
Bir həftə keçdi. Bayaq zəng gəldi. 
– Alo
– Bəli
– Yadınızdadırsa mən sizə problemimlə bağlı zəng etmişdim. Demişdim görüşək, heç vaxt edə bilmirdim. İndi vaxt etdik. Ceyran şadlıq evinin qarşısına kafeyə gələ bilərsinizmi? Birdə görüş haqqı nə qədərdir?
– Mən görüş haqqı almıram, bu nə haqqdır belə (məgər insanlar bir-biri ilə görüşməyin haqqını pul ilə ödəyirlər? Dəhşət).
– Onda haqq ödəməsək gələrsiz?
– Bəli gələrəm (qorxsam da, çünki məsələnin nə olduğunu bilmirdim, müxtəlif fikirlər gəlirdi mənə, amma dərhal evdən çıxacağımı dedim balaca qızlarıma. Aişə dedi ki, ata noolar getmə. Qorxu gəldi mənə. Dedim belə demə də onsuzda indi bilmirəm nə məsələdir. Başladılar məni sorğu-sual etməyə. Nə məsələdir, gecə vaxtı hara gedirsən və s. Hələki heç özümdə bilmirəm nə cavab verəcəyimi, Allaha təvəkkül edib evdən çıxdım).
Deməli evdən çıxanda hələ nə ilə qarşılaşacağımı bilmirdim. Ünvanı telefonda dedilər və mən səhv getdim, sonra zəng edib yerlərini dəqiqləşdirdim. Nəhayət kafeyə daxil oldum.
İki qadındır. Təxminən 28-32 yaşları arasında iki gənc qızlardır. Çay sifariş verib oturublar.
Salamlaşıb oturdum. Tamamilə qorxudan heç bir əsər-əlamət qalmadı. Heç bir həyəcan yoxdur. Çay süzdülər. İçirəm:
– Buyurun, eşidirəm.
Sağda oturan və mənə zəng edən:
– Sənə zəng edən mənəm, bu da rəfiqəmdir. 
– Çox gözəl, buyurun, nə məsələdir?
– Mənim çox problemlərim var. Sanki həyatım bağlanıb, elə bir yollarım bağlanıb. 
– Sənə belə gəlir, sənin bütün həyatın imtahanlardan ibarətdir. 
– Səndə hansı narahatlıqlar var, özündə nə hiss edirsən, problemin nədir?
– Nəsə əsəbiyəm, elə bil ki, bəxtim bağlanıb. Heç bir işim düz gətirmir.
– Sizə belə gəlir. Əslində hər şey yaxşıdır. Sadəcə səbr etmək və gözləmək lazımdır (xeyli danışdım, Qurandan ayələr və hədislərlə islamı yaşamağın gözəl nemət olduğunu, Allaha ibadət üçün yaradılmağımızı, istəklərimiz üçün Allaha müraciət etməli olduğumuzu ətraflı izah etdim. Bir xeyli danışdıqdan sonra baxdım ki, bu qız qulaq asmaq istəmir. Ona görə çox danışmağın effektli olmadığını gördüm. Çünki dediklərim onu qane etmirdi. özü dilləndi:
– Yox e, siz məni düzgün başa düşmədiniz. Mənə baxın, həyatımla bağlı danışın, siz eşitdiyimə görə yaxşı ekstrasenssiniz. 
– Hə, bax mən ona görə siz mənə zəng edəndə təəcüblənmişdim axı. Siz məni hər gün foks göstərən və cinlərlə kontakt bağlayan Həsən Həsrəti ilə səhv salmısınız. 
– Yox, əksinə sizin nömrənizi anam mənə televizordan götürüb verib ki, sizə zəng edim.
– (Məsələ mənə aydın idi) Baxın bu falçı, molla yanına getmək doğru deyil, ekstrasenslər hamısı cin-şeytanlarla əlbir olub sizin pullarınızı alırlar əlinizdən, sizi aldadırlar, amma sizə nəsə verə bilmirlər, belə yerlərə getməyin ( o məndən nəsə gözləyirdi ki, mən qeyri-adi dualar yazıb verim ona ki, oxusun, ya ondan yalanın üzərinə min yalan qoyub danışım). 
– Bilirəm e, məndə istəmirəm, amma inan ki, anam buna məni məcbur edib. Məni zorla sizə zəng etməyimi və sizin mənim həyatımı deməyimlə bağlı, mənə kömək etməyinizlə bağlı bərk-bərk tapşırıq verdi.
– Eybi yox, siz ananıza deyin ki, hər şey yaxşı olacaq, sadəcə dua edib gözləmək lazımdır (Xeyli söhbət etdik, onları islama dəvət edib, Allahdan bağışlannmalarını istəmələrini dedim). Çox uzatmayım. 
– Yaxşı mən gedim.
– Nə qədər verəcəyik?
– Nə?
– Pul.
– Nə pulu?
– Haqqınızı da. Axı bayaqdan bizə məsləhətlər verirdin.
– Mən sizdən heç pul alarammı? Heç vaxt. Məgər bir müsəlman digər bir insanı islama dəvət edəndə, ona məsləhət verəndə ona pul verilməlidirmi? Yox belə demək olmaz.
– Çox sağ olun (mən kafedən çıxdım).
İndi baxın. Təsəvvür edin bu məlun şeytan nə qədər qadınları aldadıb onları falçılara, cadügərlərə, cindarlara, ekstrasenslərə aparır. İndi siz baxın bu fırıldaqçı şeytanın dostları bu avam qadınları aldadaraq onların nə qədər malını-mülkünü yalanlarla talayırlar. Cəmiyyətdə isə səhərdən, axşama qədər televiziya ekranlarında ekstrasenslər, cadugərlər, fala baxanlar reklam olunur. Bəs bu dəfə necə olub ki, bu zavallı qadınlar səhv edib mənim telefonuma zəng ediblər? Bəlkə də bir ekstrasensə zəng etsəydilər, pulları çıxsaydı, yalan vədlər eşidib, psixoloji cəhətdən həmin vədlərin gerçəkləşməsi üçün gözləyəcəkdilər. Əvvəlcədən yazılan qədərə uyğun olaraq həyatlarında dəyişiklik olardı, onlarda aldanardılar, elə bilərdilər ki, bunu hansısa cadugər edib. Allahı unudardılar. Amma məncə insanlara yenə də Allahı xatırlatmaq fayda verir.

Digər məhlə uşağı bezdi dediklərimdən. Dedilər ki, bir gün vaxt edək bir çay içib söhbət edərik. Razılaşdıq və ayrıldıq.

Bayaq qonaq olduğum bir evdə ANS televiziya kanalında “Adam İçində” verlişi gedirdi. Bir neçə falçını, cadugəri həmin verlişə dəvət ediblər. Bir qadın göstərirlər. Anadır. Övladı dünyasını dəyişib. Ancaq qadının qulağına övladının, oğlunun fit səsi gəlir. Bu qadındır da, yaşlı, dini savadı olmayan bir şəxsdir. Yəni yalnışları və səhvləri olması normal haldır. Qadın elə inanır ki, doğrudan da oğlunun ruhudur ona fit səsi çalan. Amma qadının cinlərin mövcudluğundan xəbəri olsa belə bunu özünə desən qəbul etməz. Çünki oğlunu çox istəyir. Elə inanır ki, elə bilir ki, onu rahat buraxmayan oğlunun ruhudur. Ancaq ruh bədəni tərk etdikdən sonra bərzax aləminə gedir. Yəni bərzax aləminə, qəbir həyatına gedən bir ruh da heç vaxt bədənsiz olaraq bu dünyaya gəlməsi mümkün olmayan bir məsələdir. Yəni ruh artıq bədəni tərk etdikdən sonra bir daha bədənsiz bu dünyaya qayıda bilməz. Bu qadının gördüyü əsla ruh deyil. Bu cindir. Həm də şeytdandan olan bir cindir və ona əziyyət verir. Qadına bunu izah edib onun problemini psixologiya cəhətdən düzgün istiqamətə yönləndirmək olar. Əlbəttə bunun üçün onunla ciddi söhbətlər etməli və həqiqətləri ona deməlisən ki, bu narahatlıq onu tərk etsin. Əksinə isə cadugərlər onu yalnış yere istiqamətləndirirlər.

Daha sonra digər məsələlərə baxırsan ki, insanlar dini cəhətdən həqiqətən də maariflənməlidirlər. Həqiqətən də cəmiyyətin dini yöndən maariflənməsi çox vacibdir. İnsanlarımızın çoxunda iman nuru, din elmi olmadığına görə həm psixoloji, həm nevroloji problemlər yaşayırlar, xəstəliklərdən isə şizofraniya, paranormal və s. kimi cinlərin yaratdığı qeyri-adi xəstəliklər müşahidə olunur. Bunların yaranmasının ən böyük səbəbkarları məhz falçılar, cadugərlər, cindarlar və belə insanlara inanıb onlara aldananlardır.

Allah təala xalqımıza, camaatımıza kömək olsun! Amin! Mən sadəcə cəmiyyətdə olan bir problemi qısa yazımla bildirməklə kifayətlənirəm. Müvəffəq edən Allaha həmd olsun! Amin! Allaha əmanət olun! 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM