Allahın qısqanması barəsində mənə deyilən böhtana cavab

14:34 / 10.06.2015

Əkrəm Həsənov

İlahiyyat üzrə fəlsəfə doktoru

  Əziz oxucularımız! Bildiyiniz kimi Reaksiya az saytının bir əməkdaşı mənə zəng edərək ANS-in efirində bir xanım aparıcının hicab geyinən xanımlara bayquş deməsi ilə bağlı mövqemi soruşdular. Telefonda onlara bildirdim ki, hicab bağlamaq möhtərəm bir əməldir. Yəni çox ülvi bir hissdir və bunu Allah təala Qurani Kərimdə xəbər verib ki, mömin, müsəlman, Allaha iman edən qadınlara ki, onlar hicab bağlasınlar. Qeyd etdim ki, Quranda hicabla bağlı ayə var, həmçinin Allahın elçisindən bununla bağlı hədislər var. Bundan başqa isə islam alimlərinin də bu məsələdə mövqeyi var. Yəni kimsə ki, əgər şəriət məsələlərində, hansı ki, orada Allah təala, yəni bizim bu dünyada ən böyük hörmət etdiyimiz Allah təaladır da, yəni Allah təalanın əmrinə qarşı kimsə onu lağa qoyursa, yaxud da kimsə qaralayırsa, başqa bir ad verirsə bu adam düzgün eləmir. Yəni həmin insan dinə zidd bir hərəkət edir və böyük günah sahibi olur. Ona görə də o öz əməlinə, görə, danışdığı sözə görə Allahdan bağışlanma istəməlidir. Çünki, bu elə belə bir məsələ deyil, hicab Allah təalanın əmri olduğu üçün adi bir şeyə ilişmir, adi, balaca bir məsələ deyil ki, deyək ki, hə bundan müsəlmanlar yan keçsin və yaxud da ona əhəmiyyət verməsin. Yəni o Allaha qarşı çıxır, Allahın əmrinə qarşı çıxır, Allahın istəyinə qarşı, Allahın istədiyi, razı olduğu bir işə qarşı çıxır. Ona görə böyük günah sahibi olur və Ona gizlində, sakit bir yerdə nəsihət etmək lazımdır ki, öz əməlindən tövbə etsin, belə sözlər danışmasın. Danışanda bir az həyəcanlı olduğum üçün burada demək istədiyim budur ki, belə bir sözü deyibsə də Allahdan bağışlanma istəsin özlüyündə, insanlardan üzr istəməsinə isə ehtiyac yoxdur. Bunu dedikdə saytın əməkdaşı mənə dedi ki, siz onu tövbəyə və üzrxahlığa çağırırsız da belə başa düşdüm. Yəni üzrxahlıq tələb edirsiz ki, üzr istənilməlidir, yoxsa elə necə? Dedim ki, yox, elə müsəlmanlardan üzr istəyə bilər, yəni səhv etdiyini etiraf etsə, Allahdan bağışlanmasını istəsə öz daxili aləmində o kifayət edər ona. Belə yəni ehtiyac yoxdur onun mesəlmanlardan üzr istəməsinə. Sadəcə onun elə deməsi insanların açıq-saçıqlığa, pozğunluğa gətirib çıxarır da onun fikri. O nöqteyi nəzərdən o səhv eləyir. Yəni bu səhvini bildirməli etiraf etməlidir ki, mən səhv edirəm Allah qarşısında. Yəni Allah qarşısında bunu etsə kifayətdir demək istəyirəm. İnsanlardan üzr istəməsi isə onun öz işidir, istəsə üzr istəyər, istəməsə üzr istəməz.

Bunu dedikdən sonra mənə başqa bir sual verdi ki, Əkrəm müəllim, üzr istəyirəm bir dənə də dünəndi, sırağa gündü Taliban, o , Pakistanda bir müfti fətva veribdir ki, zəlzələlərə səbəb qadınların açıq-saçıq geyinməsi, cins dar şalvar geyinməsi, müasir açıq-saçıq geyimlərdən istifadə etməsi bu barədə nə deyə bilərsən? Mən də əvvəlki mövzunun davamı olaraq onun sözünü yarım qoyub bildirdim ki, bəli, qadınların açıq-saçıq geyinmələridir, mini yubka geyinmələridir, yəni istər-istəməz insanlar baxırlar onlara, onlara meyl edirlər, yəni günaha meyl edirlər. İstər, istəməz kişilər, yəni belə deyək də onlara meyl edir və bu günah qapılarını açır, çoxlu fahişəlik yayılır, yəni pozğunluq artır. Bu da cəmiyyətin fəsadına gətirib çıxarır. Buna görə də islam dini bunun qarşısını kəsir. Bu məsələdə islam dini çox sərtdir. Nə mənada sərtdir, yəni qaydalara, Allahın istədiyi kimi yaşamağı tövsiyə edir insanlara. Bunu ama insanlar etməyəndə, xaos yaranır, hər cür fəlakətlər baş verir, həmin yaşanan yerə bəlalar gəlir.  Sonra jurnalist mənim sözümü yarım qoyaraq, sözümü kəsərək bildirdi ki, üzr istəyirəm, mən belə başa düşdüm ki, siz deyirisniz ki, doğrudan da təbii fəlakətlər , yerdə göydə baş verən zəlzələlər, tufanlar hamısı... dedikdə dedim bəli, bunlar hamısı insanların günahlarına görə, qadınların açıq-saçıq geyinməsinə görə baş verir. Yəni bu da bir səbəb ola bilər. Çünki, Allah təala ən qısqanc olandır. Kişilər nə qədər qısqancdırsa, bütün peyğəmbərlər həmin kişilərdən də qısqandır və Allah təala onlardan da qısqancdır. Yəni, Peyğəmbərimiz buyurub ki, mən sizdən qısqancam, ancaq Allah təala məndən də qısqancdır. Yəni Allahın qısqanması da Allahın əmrinə riayət etməyən, örtünməyən qadınlara bu dünyada başına bir bəla gəlməsidir. Yaxud da ümumi olsa ümumi bir fəlakət gəlməsi bu nöqteyi nəzərdən olur. Ona görə də insan günahlardan çəkinməlidir. Allaha qarşı gəlməkdən çəkinməlidir. Bununla bağlı Peyğəmbərimizin (ona və ailəsinə salam olsun) hədislərinin olduğunu bildirdim. Sonda mənə söz verdi ki, açıqlamanı necə almışıqsa eləcə də saytda verəcəyik. Ancaq dediklərini etmədilər.

Reaksiya Az saytı mövqeyimi konteksdən kənar verib, təhrif edib, qəsdən belə ediblər ki, insanlar elə başa düşsün. Dediklərimin nə demək olduğunu doğru şəkildə başa düşən düşüb. Təsəvvür edin 3 dəqiqədən çox dediyim sözlərdən cəmi 3 cümlə yazıblar. Onu da təhrif edərək saytda veriblər. Əsas demək istədiyim məğzi başqa istiqamətə aparıblar. Yəni mövqeyimi kontekstdən çıxararaq veriblər. Təhrif ediblər. Səsyazmanın sonunda isə ələ salaraq qəhqəhə ilə gülmələri doğrudan da onların qərəzli olduğunu göstərir. Halbuki hamimiz bilirik ki, Allah qadın qulunu insan kimi yox, onu qorumaq üçün qısqanır ki, açıq-saçıq gəzməsin. Məhz buna görə Qurani Kərimdə hicabla bağlı ayələr vardır. Bununla bağlı kifayət qədər də hədislər var. Təəsüf ki, qərəzli media xəbərinin oxunması üçün elə verib ki, insanların da dediyim məsələni yanlış anlamasına səbəb olublar. Səsyazmalar məndə var.

Onu da qeyd edim ki, bir məsələdə bir neçə arqument ola bilər. Sadəcə mən birini deyə bilərəm. Ya unudub digərlərini demirəm, ya tələsik olur, ya sual verən özü sualı qəsdən bir istiqamətdə soruşur və ona lazım olan cavabı alır. Əlbəttə ətraflı bütün mövqeləri verməm mümkün deyildir axı. Ona görə səhv mənim səhvim hesab olunur. Amma elə deyil, bu məsələdə məndən çox medianın səhvi var. Çünki bəzi qərəzli media əməkdaşları fikirlərimizi tam olduğu kimi vermir bu öz yerində. İkinci bir tərəfdən mövqenin ətraflı olmasına imkan vermirlər. Çünki qeyd edirlər ki, oxucu yorulur. Əsas odur ki, saytda xəbər çox oxunsun. Dərk etmirlər, ya da dərk etmək istəmirlər ki, insanların yanlış anlamasına səbəb olurlar. Bir də biz ictimaiyyətin içərisindəyik. Sadəcə dediklərimiz islamın həmin məsələdə olan mövqesidir. Bu o demək deyil ki, məhz mən həmin mövqeni dəstəkləyirəm. Sadəcə mənim səhvim budur ki, başqaları kimi üzdə başqa, daxildə başqa olmağı bacarmıram. Çalışıram ki, islamda olan mövqeni olduğu kimi deyim.

Ancaq dini məsələdə onu deyə bilərəm ki, Məhəmməd Peyğəmbər (səlləllahu aleyhi və səlləm) insanlardan nə qədər şiddətli əziyətlər görüb. Bunu təsəvvür etmək mümkün deyil. Siz təsəvvür edin. Bu insanlara bir Peyğəmbər hədisi dedim. Yəni Allah Rəsulu səlləallahu aleyhi və səlləm buyurub ki, mən sizdən daha çox qısqancam, Allah da məndən daha çox qısqancdır.

Bu yerdə isə Allahın qısqanması ilə bağlı olan hədisləri qeyd edirəm.

 

İbnu Məsud (radıyallahu ənh) deyir: "Rəsulullahın (əleyhissalatu vəssalam) belə dediyini eşitdim: "Allahdan daha qısqanc kimsə yoxdur. Bu səbəbdəndir ki, fahişəliyin açığını da, gizlisini də haram etdi. Təriflənməkdən (özünün öyülməsindən, xatırlanmasından, zikr edilməsindən) Allah qədər razı olan (sevən, xoşlayan) bir kimsə də yoxdur. Bu səbəbdəndir ki, Özünü tərifləmişdir". Hədisi Buxari, Nikah 107, Təfsir, Ən'am 7, Təfsir Əraf 1, Tövhid 15; Müslim, Tövbə 33, (2760); Tirmizi, Daavat 97, (3520-də rəvayət etmişlər. İbrahim Canan, Kutubu Sittə tərcümə və şərhi, 12, 288.

 

Bu hədisdən çıxarılan nəticələr budur:

 

1- Hədisdə qeyd olunan fahişə sözü cəm formada "fəvaiş" kimi verilib. Fahişə sözünün cəmidir. Fahişə ərəbcədən bizim dilə tərcümədə istər sözlü olaraq, istərsə də əməli olaraq, hərəkətlə olaraq icra olunan hər cür günahlara və haramlara deyilir. Allah təalanın bütün haramları "fəvaiş" sözünün içərisinə daxildir. İbnul Əsir "ən-Nihayə" əsərində deyir: "Hədisdə qeyd olunan fuhuş, fahişə asiliklərin, haramların günahların çirkinliyinin çox olanlarına deyilmişdir. Əsasən də zina günahını edənlər üçün istifadə olunur". Məhz bizdə də bu söz ən pis söz sayılır və açıqlıqda istifadəsi eyib hesab olunur. Alimlər bunu açıqladıqları üçün bizdə açıqladıq ki, insanlar maariflənsinlər.

2-  Allahın təriflənməyi sevməsi haqqında Ayni deyir ki: "Bu qulların məsləhətinə görə olan bir vəziyyətdir. Çünki qullar, Allaha gözəl adlarla, Onu naqis sifətlərdən uzaq tutub tərifləməklə, kamil sifətlərini vəsf etməklə savab qazanırlar və bundan istifadə edirlər. Halbuki Allah təala bütün aləmlərdən ehtiyacsızdır, zəngindir, heç kimin və heç nəyin tərifləməsinə ehtiyacı yoxdur. İnsanların Onu tərifləməsi Ona bir fayda vermədiyi kimi, Onu tərifləməyi tərk etmələri də Ona zərər verməz. Hədisdə Allahı tərifləmək təsbeh (Subhanallah), təhlil (lə iləhə illəllah), təhmid (Əl-həmdülilləəh) və digər başqa zikrlərlə xatırlamağın zikr etməyin fəziləti, ütsünlüyü görünməkdədir" (İbrahim Canan, Kutubu Sittə tərcümə və şərhi, 12, 288).

 

Allahın qısqanması haqqında başqa bir hədis

 

Əbu Hüreyrə (Allah ondan razı olsun) deyir ki, Səd ibn Ubadə (Allah ondan razı olsun) dedi: "Dedim ki, Ya Rəsulullah! Mən zövcəmlə (xanımımla) birlikdə bir adam görsəm, tutsam, dörd şahid gətirənə qədər ona möhlət verimmi?". Dedi ki: "Bəli". Səd: "Əsla, səni haqla göndərən uca Allaha and olsun ki, şahid axtarmazdan əvvəl qılıncımı endirərəm". Peyğəmbər yanındakılara buyurdu: "Bu dostunuzun dediiynə baxın! Bəli, bilirik ki, o qısqanc bir adamdır. Amma mən ondan da qısqancam, Allah təala məndən də qısqancdır". Hədisi Müslim. Lian 16 (1498), Muvatta, Əqdiyə 17 (2, 737); Əbu Davud, Diyət, 12 (4532, 5) rəvayət etmişlər.

 

Bu hədis müxtəlif yollarla rəvayət edilib. Hədisin olduğu hadisənin baş verməsi bir ayənin nazili ilə bağlıdır. Belə ki, "İbn Abbasdan gələn rəvayətə görə "Namuslu və azad qadınlara zina isnadı ilə iftira edən, sonra bununla bağlı dörd şahid gətirməyən şəxslərin hər birinə səksən dəyənək vurun. Onlar əbədi olaraq şahidliklərini qəbul etməyin. Onlar fasiqlərdirlər" mənasında olan ayə gəldiyi zaman, səhabələrin içərisində qısqanclığı ilə məşhur olan Səd ibn Ubadə ayə belədirmi? Yəni, mən xain qadın dizlərinə yad bir kişini çökmüş olaraq yaxalasam dörd şahid gətirinə qədər ona heç əziyyət verməyəcəm, heç hərəkət etməsinə icazə verməyəcəm eləmi? Xeyir, Allaha and olsun ki, mən dörd şahid gətirənə qədər o istədiyini edib gedər. Əgər həyat yoldaşımın yanında bir kişi görsəm heç aman vermədən əvvəlcə qılıncımın ən iti yeri ilə onu vuraram" deyir. Bundan sonra Məhəmməd peyğəmbər (ona və ailəsinə salam olsun) ətrafında olan imanlı insanlara səslənir: Sadın bu qısqanclığına təəccübmü edirisniz? Əmin olun ki, mən ondan da daha çox qısqancam. Allah təala da şübhəsiz ki, məndən daha çox qısqancdır. Bu səbəblədir ki, qullarına gizlin və açıq hər növü ilə fahişəliyi, yəni pis sözü və əməli, hərəkəti qadağan etdi. Allahdan başqa insanın tövbə edib günahlarına görə peşman olmasından xoşu gələn başqa biri yoxdur. Bu səbəblə də odla qorxudan, cənnətlə müjdələyən elçilər, peyğəmbərlər göndərdi". Sədin bundan sonra "Ey Allahın Rəsulu! Bu dediyiniz haqdır və Allah təala tərəfindən gəlmişdir. Amma mən ilk dəfə eşitdikdə belə özümü saxlaya bilməyib qəribə oldum" deyir.

Bu hədisdə Məhəmməd peyğəmbərin (sallallahu aleyhi va səlləm) Səd ibn Ubadəyə sanki belə demək istədiyi ifadə olunub: "Allah səndən daha qısqanc olduğu halda sənin günahlarını etiraf edib tövbə və peşmanlıq çəkməni sevir və ancaq dəlil ortaya çıxdıqdan sonra bağışlayır. Belə olduqda sənə nə olub ki, öz xanımını öldürmək istəyirsən?"

İmam Şafi bu rəvayətə istinad edərək həyat yoldaşı ilə zina edərkən yaxaladığı şəxsi öldürən əri, dəlillə isbatlamadığı təqdirdə ölümə məhkum edir.

Məhəmməd peyğəmbər (s.ə.s) günah, obyektiv dəlillərlə sübut olmadıqca vicdanın qənati ilə cəza vermədiyini bu rəvayətdən daha açıq olaraq anlayırıq.

Yazdığımız hədislərdən də anlaşılır ki, Allahın qısqanması insan kimi yox, sadəcə Allahın insnaların günah etməsinə razı olmaması baxımındandır.

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM