Aşura mərasimində anlaşılmazlığa yol verməyək

09:45 / 04.11.2014

Əkrəm Həsənov

İlahiyyat üzrə fəlsəfə doktoru

   Bu gün artıq Azərbaycanda islam yaşanır və yayılır. Cəmiyyətimizdə hər əqidədə insanlar mövcuddur. Məsələn, camaat namazı üçün tələsən müsəlmanlar var, ayrıca vaxtını buna həsr edib gecə yatanda işini ehtiyatla quran gənclərimiz var. Gecə səhərə qədər ibadət edən, Quranı sakit, tərtillə, tələsmədən, mənasını başa düşərək oxuyub gecə namazı qılan və etdiyi yaxşılıqları özündə saxlayan, heç kimə yaymayan ixlaslı Allah bəndələri var. Əlbəttə bunun əksinə namaza gedənlərə mane olanlar, hicab bağlayan müsəlman xanımlara müxtəlif iddihamlar səsləndirən, namaza gedən müsəlmanların qarşısını kəsib onların geyim tərzlərinə və saqqallarına söz atan, dini öz bildiyi kimi görmək istəyən və inancı başqa-başqa olan şəxslər də var. Bu gün Azərbaycanda əsl Məhəmməd peyğəmbərin (səllallahu aleyhi və səlləm) sünnətini yaşamaq həqiqətən də əldə od utmaqdan da şiddətlidir. Məsələni bu qədər qabartmağıma böyük səbəblər var. Bu normal haldır. Hələ də bu halımıza görə biz Allaha çox şükür etməliyik. Azərbaycanda sələfi müsəlmanlara güclü təzyiqlər olunur. Əsas böyük hörmətə layiq olan bir çox əhli-sünnət və camaat müsəlmanlarına məxsus məscidlər üzrlü səbəblərdən bağlandıqdan sonra ora gələn müsəlmanlar müxtəlif məscidlərə dağıldılar. Belə ki, bu daha da başqa bir tərəfdən müsəlmanlara böyük fayda gətirdi. Əvvəllər digər məscidlər boş olurdusa indi artıq boş məscid yoxdur və bu da təkfirçilərin gətirdikləri bütün dəlilləri alt-üst edir. Bu bir daha göstərir ki, Azərbaycan xalqının əksəriyyəti müsəlmandır və din islamdır. Mövzunu bu cür başlamağımın səbəbi odur ki, məscidlərin içərisində də maraqlı nüanslar olur. Bu nüanslar ondan ibarətdir ki, məscidə gələn bütün müsəlmanlar eyni bilik səviyyəsində olmurlar. Müsəlmanların çoxusu təqlid yolunu tutur və bu da normaldır. Normal olmayan budur ki, tutduğu yoldan başqa islamda olan digər geniş yolları bağlayır və məlumatı olmadığı üçün hətta sünnət olan bir işi inkar etmək həddinə gəlir. Qarşı tərəfdə belədir. Bunu sadə dildə desək məscidlərin imamı ilə müsəlmanların arasında bəzən anlaşılmazlıqlar olur. Biz çalışmalıyıq ki, bu anlaşılmazlıq içərisində ən doğru mövqedə olan alimlərdən məsləhət alaq.

Səhər insanların bir çoxu məscidlərə axışacaqlar. Elə insanlar ki, onlar heç vaxt məscidə gəlməyiblər. İldə bir dəfə məscidə gəlib bir çox gənclər də qollarına qara bağlayıb arzu tutacaqlar. Həmin gənclər unudacaqlar ki, ya da bilmirlər ki, İslam bu cür inancları qəbul etmir. İnanclara görə, qara parçalar ələ iki məqsədlə bağlanır. Bəziləri bunu imamlara yas saxlamaq məqsədilə edir. Halbuki imamların cənnətə getdiyi hesab olunur, islam dini onlara yas saxlamağı qəbul etmir.

Bəziləri isə arzusunun, niyyətinin həyata keçməsi istəyi ilə əlinə qara parça bağlayır. Guya parça qırılanda şəxsin tutduğu arzu da gerçəkləşəcək. Bu da islama görə, düzgün yanaşma, düzgün inanc deyil. Dinimiz insanın başına gələn hər şeyin onun taleyində yazıldığını deyir. İnanclarla nəyisə dəyişmək mümkün deyil. Ona görə də belə ənənələr mövhumatçılıqdan, islamı düzgün anlamamaqdan, Allaha inamın düzgün formalaşmamasından irəli gəlir, batil inanclar adlanır.

Bəşəriyyət yaranandan batil inanclar olub, indi də var. Amma islam dininin, peyğəmbərlərin məqsədi insanları bu cür inanclardan yayındırmaq, tək Allaha inanmağa çağırışdan ibarət olub. Təəssüf ki, hələ də belə inancların arxasınca düşənlər, bu ənənələri davam etdirənlər vardır. Biz gəncləri səsləyirik ki, özünüzü qaraya bürüməyin.

Mən ötən illərin birində Məhərrəm ayında Aşura gününə bir gün qalmış, Məhərrəm ayının doqquzuncu günü işa namazını qılmaq üçün Qaraçuxur məscidinə getmişdim. Amma işa namazını məscidin içərsində qıla bilmədik. Mən bir az məscdin içərisində gözlədim, sonra çıxıb gördüm ki, bir qrup müsəlman bayırda namaz qılıb gediblər. Onları işa namazını qılmaq üçün mərsiyə, meyxana, ağı, vay-şivən deyən şiyə müsəlmanları içəri buraxmayıblar. Orada gördüklərim məni dəhşətə gətirdi. Əvvəlcə qeyd edim ki, məscidin həyətinə səsi yüksək çıxan səsgücləndiricilər qurulmuşdu. Bu gözəldir. Çox gözəl olardı ki, bütün məscidlərdə və Allahın evlərində bu cür şərait yaradılsın ki, insanlar, cəmiyyətimiz islamın həqiqətlərini bu səsgücləndiricilərdən eşitsinlər. Elm almaq, elmi yaymaq faydalıdır. Bu bizim elmimizi və dini savadımızı artırmaqda bizə böyük fayda verər. Bilərik ki, orada sakit səslə Allahdan, peyğəmbərlərədn danışırlar, bizdə oturub dinləyərik.

Amma bunun əvəzinə nə üçün bu gecələrdə və bu mübarək günlərdə səsgücləndiricilər vasitəsilə insanlara islam dini və onun əsasları yox, matəm, faciə və şaxseylər səsləndirilir. Bu həqiqətən də Allahın qəzəbinə səbəb olan əməllərdir. Buna əmin ola bilərsiniz ki, əgər Əhli Beytdən biri Ya Əli, Ya Həsən, Ya Hüseyn, Ya Fatimə, yaxud da Səlman Farisi bu cür islamın təbliğini görsəydi və onlara qarşı bu cür matəm saxlanmasını və onlara mərsiyələr deyilməsini görsəydilər Allaha and olsun ki, bu cür insanlara qarşı çıxar, onların əməllərini bəyənməz, onlarla müharibə edərdilər. Bu cür Əhli Beyt pərəstişkarları Əhli Beyti bu yolla sevirlərmi? Yoxsa onlara sevgilərini nümayiş etdirirlər. Yoxsa onlara Allah əmr edib ki, belə etsinlər? Yoxsa Məhəmməd peyğəmbərmi əmr edib? Yoxsa Əhli Beytdən birimi əmr edib? Kimin əmrini onlar yerinə yetirirlər? Yoxsa onlar ağıllıdırlar? Yoxsa onlar dəlidirlər? Yoxsa onlar Allaha və Əhli Beytə böhtan atırlar? Yoxsa onlar Əhli Beyti Əhli Sünnə və Camaatdan çox sevirlər? Bəli. Əmin ola bilərsiniz. Onlar açıq-aşkar şeytanın xidmətində durublar. Çünki bunu Allah əmr etməyib, Peyğəmbər əmr etməyib, Əhli Beyt əmr etməyib. Bu Əhli Beyt aşiqləri iddiasında olanları ancaq İblis və Onun qoşunları aldadır və azdırır. Ey Əhli Beyt aşiqləri biz müsəlmanlar bu gün gəlmişdik Allahın evində namaz qılmağa. Nəyə görə məsciddə namaz qılmağa bizə icazə vermədiniz? Nəyə görə bu gün Qaraçuxur qəsəbəsində olan məsciddə işa namazında bir qrup müsəlman bayırda, çöldə namaz qıldı. Bəziləri isə evinə qayıtdı. Niyə belə edirsiniz? Bunu sizə Allah əmr edir? Bunu sizə Əhli Beyt əmr edir? Bunu sizə Həzrəti Əli, yoxsa Hüseyn, yoxsa Həsən əmr edir? Xeyir əksinə onlar sizi belə əməllərdən çəkindirər. Onlar sizdən uzaqdırlar. Siz nə üçün şeytanın oyununa gəlib aldanırsınız. Nə üçün Allahın evinə gələn müsəlmanların məsciddə namaz qılmasına icazə vermirsiniz? Ey özünü Əhli Beyt aşiqləri elan edənlər! Nə üçün məscidlərinizdə Əhli Sünnət və Camaatın namaz qılmasına icazə vermirsiniz? Nə üçün ibadət edən qulları məsciddən qovursunuz? Nə üçün Allaha, onun peyğəmbərinə və onun əhli beytinə böhtan atırsınız. Məgər siz Allahdan qorxmursunuz? Yoxsa siz özünüzü qurtuluş firqəsi, Əhli Beytin yolunu gedən firqə hesab edirsiniz? Allaha, Onun peyğəmbərinə, Peyğəmbərinin Əhli Beytinə niyə böhtan atırsınız? Mən çox təəccübləndim. Bu gün işa Azanı veriləndə mən məsciddə şiələrin içərisində oturub namazı gözləyirdim. Bir nəfər danışırdı. Qurandan Peyğəmbərlərdən danışırdı. Sonra Məhəmməd peyğəmbərin (ona və ailəsinə salam olsun) adı çəkiləndə uca səslə hamı birdən xorla peyğəmbərə salam gətirdilər. Doğrusu mən məəttəl qaldım. Onlar qışqıraraq salam gətirdikləri vaxt, məndə Allahu Səmiun (Allah eşidəndir), Allahu Basirun (Allah görəndir) deyirdim və mənim səsim onların xor səsləri arasında eşidilmirdi. Amma Rəbbim məni harada olsam da necə danışsam da, danışmayıb ürəyimdən keçirsəm də məni Görür və məni Eşidir. Görəsən onlar – rafizilər - bunu dərk etmirlər? Məgər onlar bu cür ucadan qışqırmaqla nəyi demək istəyirlər? Axı Allah onlara şah damarından da yaxındır. Onlar niyə bu qədər möhkəm qışqırırlar? Onda onların səsi daha yaxşı eşdilir? Əksinə yox, onlar həddini aşırlar, çünki Allah təala Eşidən və Görəndir. Allahın evində bu cür uca səslə qışqır bağır salmaq ən azı ədəbsizlikdir. Allah təala bu ədəbsizlikdən bizim müsəlman qardaş və bacılarımızı qorusun. Amin! Həqiqətən də onlar anlamayan bir qövmdür. Allah təala onların şərrindən, fitnəsindən bizim xalqımızı və camaatımızı qorusun. Amin! Allah təalaya həmd, şükür, səna və təriflər olsun ki, bizi doğru yola, böyük nemətə, islam dininə yönəltmişdir. Allaha həmd olsun.

Müəllif: Bu yazını illər əvvəl yazmışam. Bu gün üçün aktual hesab edib paylaşıram.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM