Azərbaycanda təhlükəli hesab edilən təkfirçilərin bəzi fikirləri

09:31 / 28.01.2014

Əkrəm Həsənov

İlahiyyat üzrə fəlsəfə doktoru

İslam dinində bir çox vacib məsələlər vardır ki, bunlardan biri də əmir məsələsidir. Bu məsələ islam aləmində ixtilaf halına gəlmişdir. Əslində hər şey ortadadır. Amma təkfirçilər əmir məsələlərində tələsirlər. Onlar iddia edirlər ki, bu günkü hakimiyyət və bütün yer üzərində icra olunan məsələlər şəriətlə tədbiq olunmur. Heç bir dünyada və xüsusi ilə Azərbaycanda hüquqi məsələlər şəriətlə icra olunmur. Amma əslində bütün hüquq sistemləri şəriətlə icra olunmalıdır. Əlbəttə bu belə olsa yer üzərində ədalət, tərəfsizlik, bolluq, insanlar arasında xoş münasibət olar.  Buna heç kim etiraz edə  bilməz. Bunun olmasını isə hamı istəyər. Amma bu gün bütün yer üzərinə islama dəvət gedir və gənclər islam dinini qəbul edirlər, onun müəyyən vacib və fərz ibadətlərini yerinə yetirirlər. Bu təqdirə layiqdir. Bu sevindirici haldır. Bu yer üzərindəki müsəlmanların çoxluğu onların hər birinin qəlbində sevinc və qürür yaradır. İmanlarını gücləndirir. Amma bütün dünyada hakimiyyətə gəlmək üçün müəyyən qüvvələr bu məsələləri ortaya atırlar. Fikir versəniz görərsiniz ki, hakimiyyətə gəlmək istəyən siyasi qüvvələr bu metodlardan istifadə edirlər. Bu siyasi qüvvələrin fikirləri bütün dünyada yayıldığı kimi Azərbaycanda da yayılmışdır. Bir qrup müsəlman gənclər camaat namazlarını tərk edir, Cümə namazlarına gəlmir, məscidlərə gəlmir, məscidlərə gəlib ibadət edənlərə rişxəndlə yanaşırlar. İddia edirlər ki, əgər dövlətin idarəsi müsəlmanlarda deyilsə orada cümə namazı qılmaq, məscidə getmək doğru deyil. Bu fikirdə olan insanlar bir neçə il əvvəl çox azlıq təşkil edirdilər. Ancaq onlar bu yalnış fikirlərini yaymağa davam edib artıq bu gün ölkəmizdə bir neçə məscidi öz əllərinə keçirməyə cəhd edirlər. Həmin məscidlərdə öz fikirlərini yaymaq istəyirlər. Ölkəmizdə çox az sayda belə təhlükəli məscid axundu vardır ki, onlar ümumən müsəlman xalqını təkfir edirlər. Əlbəttə bu kiçik və sayı az olan qüvvələrin fikirlərinin yayılması cəmiyyətimiz üçün çox təhlükəlidir. Bunların üstündə durduğu ən aktual məsələlərdən biri də dövlət idarəsini həyata keçirən insanların üstündə dayanmalarıdır. Amma nəzər salsan baxarsan ki, onların əllərində hakimiyyyətə real namizədləri belə yoxdur. Təbiidir ki, ona görə də onlar tələsirlər. Onlar əvvəlcə elm öyrənməli, şəriətin bütün elmlərini yaxşı qavramalı dərk etməli, həyata keçirib yaşamalı, sonra isə güclü və məntiqli mühakimə yürütmə qabiliyyətinə sahib olmalı, xalq, camaat tərəfindən tanınmalı, sevilməli və hörmət göstərilməlidir. Amma onlardan bəziləri bunun əksini idda edirlər. Məsələn, onların yalnış cəhəti budur ki, deyirlər ki, kimisə seçib ona beyət edilməsi lazım deyil. Əsas odur ki, əmir insanların məsləhətini qarşılayan biri olmalıdır. Təbiidir ki, bütün əmirlər insanların məsləhətini qarşılayır onsuzda. Sonra onlar deyirlər ki, mütləq deyildir ki, ona tabeçilik göstərəsən. Bir sözlə bu gənclər bir sözləri ilə digər sözlərini inkar edirlər. Sonra da dövlətə, hakimiyyətə və o dövlətin və hakimiyyətin bütün icraçılarına və günahsız xalqa kafir deyirlər. Bu söz böyük bir sözdür. Çünki onlar ilk əvvəl kafir deməyə başlayırlar. Sonra isə kafirin canı, malı, qanı halaldır deyirlər və fəsad törədirlər. Dinc müsəlmanları öldürürlər. Təfriqə yaradırlar. İnsanları, xüsusilə dinə təzə gələn gəncləri çaşdırırlar. Allah təala təkfirçilərin şərrindən biz müsəlmanları qorusun. Amin!

Bunlar bu gün Azərbaycanda öz fikirlərini sosial şəbəkələrdə, çayxanalarda yaymağa nail ola bilirlər. Bunlara xəvaric (yəni dindən çıxıb müsəlmanlarla müharibə aparan), təkfirçi (müsəlmanlara kafir deyən), hizbçi, cihadist, cihadçı və s. adlar vermək olar.

Allaha and olsun ki, gülməli və bir də ağlamalı tərəfi budur ki, özü hələ elmdə təzədir və ya üzməyə təzə başlayır, elmdə irəlidə olana tənə edir, dənizin dərinliyinə baş vurur. Əlbəttə o boğulacaq. Çünki əvvəl dənizdə üzməyi bacarmaq lazımdır, öyrənmək lazımdır. Sonra isə üzmək lazımdır. İslamda böyük izlər və əsərlər qoyub məşhur olan din alimlərinə tənə edir, halbuki özü bir-iki kitab ya oxuyub və ya oxumayıb. Məscid imamlarının müəyyən bir sözünü sitat olaraq götürüb digər sözünü ələ almadan camaatı azdırmaq istəyir və guya elə göstərir ki, hansısa məscid imamı hansısa bir sözündə xəta edir. Bu yaxınlarda belə söz-söhbətlərə görə nə qədər məscidə gələnlər məsciddən ayrılıb “cihad” adı ilə Suriyaya gedib orada öldülər. Bunlar eyni zamanda məscidə gələnləri belə kafir hesab edirlər. Həmin müsəlmanı kafir elan edən bu təkfirçi gənc eyni zamanda dəvət zamanı yenə də Qurandan öz istəyinə uyğun olaraq bir ayə gətirir, digər ayəni gətirmir. Ona görə də Quranı hələ təzə-təzə oxumağa başlayan biri o dəqiqə Qurandan bir ayə gətiriləndə təkfirçiyə inanır və onun tələsinə düşür. O gənc unudur ki, şeytan ilk dəfə Cənnətdə Adəmi bu metodla aldatdı. Bu əhvalat hamıya məlumdur. Belə ki, şeytan Adəmə and içərək dedi ki, əgər əbədi yaşayanlardan olmaq istəyirsənsə sənə böyük bir şey göstərim. Beləlikə Allaha and içib Adəmə qadağan olunan ağacdan ona yeməsini nəsihət etdi. Beləliklə Adəm Cənnətdən yer üzünə endirildi.

Təkfirçilər Məhəmməd Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) hədislərini söhbətləri zamanı dəlil olaraq gətirdikdə, yenə də, metodlarına uyğun olaraq, yalnız özlərinə sərf edən hədisləri dəlil gətirilər. Bununla da hədisi bilməyən və təkfirçini dinləyən gənc hədis eşidən kimi aldanır və bununla bağlı digər hədisləri bilmir və ya hədisə əmin olub digər hədislərə baxmır. Yenə də aldanır. Həmçinin alimlərin sözləri məsələsində də təkfirçilər özlərinə sərf edən sitatı deyib, digərini inkar edir və ya gizlədir. Bununla da heç nə bilməyən gənc müsəlmanları aldadırlar.

Buna bir misal gətirəcəm. Bu təkfirçilərdən biri bir forumda məşhur bir alimin sözünü əmir məsələsində dəlil gətirir, sonra o alimin sözünü özü istədiyi şəkildə fırladır.

"İbn əl-Munir dedi: “Bu bölmədəki hədisdən anlaşılır ki, Əgər İmama müraciət etmək mümkün olmadığı halda kimsə vəliliyə (əmirliyə) seçilərsə, bu müəyyən şəxs haqqında vəlilik şəri olaraq sabit olur və ona itaət etmək hökm olaraq vacib olur” (İbn əl-Munir). Bu alimin sözüdür, indi gənc təkfirçi burada islama yeni gələnləri azdırmaq üçün öz fikrini qeyd edir və alimin bu sözünə belə izah verir: “heç kəsdən gizli deyildir ki, həmin yerdə olanların onun əmirliyi üzərində ittifaq etdikləri hala aiddir”. Təbiidir ki, bütün ölkələrdə əmirlər xalq tərəfindən seçilir. Hər hansısa bir xalqın xasiyyəti və davranışı necə olarsa ona uyğun da əmir olar. Allah öz mülkünü istədiyinə verər. Sən yaxşı olsan əmirin də yaxşı olar.

Bununla bağlı inşallah araşdırmamı davam edəcəm. Amma unutmaq lazım deyil ki, hər birimiz ədalətli olmalıyıq. İnsanlara islamı ən gözəl bir tərzdə öyrətməliyik. Bizim Allahdan və sonra da biz müsəlmanlardan başqa heç bir dayanacaq yerimiz yoxdur. Ona görə də müsəlmanlar ancaq qardaşdırlar və onların arasına təfriqə salan onlara yaxşı qardaş ola bilməz. Mən xüsusi ilə gənc təkfirçilərin bizim müsəlman qardaşlarımız olduğunu qeyd etmək istəyirəm, amma onlar biz müsəlmanlara qarşı həddini aşmış qardaşlarımızdır. Onlara Allahdan qorxmağı, təqvalı olmağı, müsəlman camaatdan ayrılmamağı, cümə namazlarına gəlmələrini nəsihət edirəm. Ən doğru yol Allahın və Peyğəmbərinin bizə miras olaraq qoyduğu yoldur, digər yollar zəlalət və azğınlıqdır. Hər azğınlığın sonu Cəhənnəmdir. Rəbbim bizi Cəhənnəm əhlinin fikir və əqidələrindən, azdırmalarından qorusun. Amin!

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM