Azərbaycan elmi - ictimai fikir fəlsəfəsində qadın məsələsi

11:01 / 20.02.2015

Vəsilə Möhsümova,
AMEA Fəlsəfə və Hüquq İnstitutunun dissertanı

Qadın problemi Azərbaycan ədəbi fikir fəlsəfəsində həmişə aktual olmuşdur. Hələ ötən əsrin əvvəllərində «Füyuzat»da «Bakı müsəlman ünnas məktəbi» yazısında qadın təhsili problemləri şərh edilmişdir. H.Z.Tağıyevin təmsil etdiyi Bakı müsəlman qızlar məktəbinin 5 illik yubleyi münasibətilə nəşr olunmuş redaksiya məqaləsində göstərilir ki, məktəbdə təhsil alan xanım qızların sayı 70-i keçib, Qafqaziyadan başqa Kazan şəhərində və bir çox kəndlərdən əvvəllər daha çox kasıb və orta təbəqənin, sonralar isə zəngin və dövlətlilərin övladları da burada təhsil alırdı. 5 ildə məktəbə 152 nəfər qız qəbul olunduğu, onlardan 89 nəfərinin buranı bitirdiyi, onlardan bəzilərinin universitetlərə və məktəblərə qəbul olunduğunu, bəzilərinin «rüşdiyyə və edadiyyə məktəblərinə, gimnaziya və progimnaziyaya köçdükləri, burada çalışan müəllimlərin «qeyrət və hümmətlə» çalışdıqları türk, rus dillərinin, hesab, şəriət və «əqaidi-elmi» dərslərinin tədris edildiyi, lakin dərs proqramının məhdudluğu da diqqətə çatdırılır. Bu barədə görkəmli maarifçi ziyalılardan Əlimərdan bəy Topçubaşovun rus dilində çıxan «Kaspi» qəzetində Bakı müsəlman qızlar məktəbinin açılışı münasibətilə yazdığı məqalədəki bu fikirləri yazır: «Şübhə yoxdur ki, bu günərdə açılacaq olan müsəlman ünas məktəbi ehtiyacımıza çarəsiz olmayacaqdır, zira böylə bir şöbəli məktəb bizlər üçün əlverişli deyildir. Lazımdır ki, bu məktəb gimnaziya, yəni edadiyyə, yaxud heç olmasa progimnaziya, yəni rüşdiyyə dərəcəsinə iqtida etsin».
Məqalədə göstərilir ki, H.Z.Tağıyev məktəbin gimnaziyaya çevirilməsi fikrini müdafiə edirdi. Məktəbdə müəllimlər yetişdirən «darülmüəllimat şöbəsinin» açılması proqramların genişləndirilməsi, məktəbin progimnaziyaya çevrilməsi, bu zaman tələb olunan maliyyə vəsaitlərinin təkcə H.Z.Tağıyevdən başqa digər müsəlman sərvət sahiblərinin bir az «iqdam və hümmət etməlrinin» Bakı bələdiyyə məclisinin və Bakı şəhər idarəsinin vəsait ayırması zəruriliyi qeyd olunur. Məqalədə düzgün olaraq qeyd edilir ki, Bakı şəhər idarəsi rus qız gimnaziyasına yardım etdiyi halda müsəlman qız məktəbinə kömək etməyirdi: «Halbuki xalqın zülmət və cəhalət içində qalan qisminə kömək etməyə və bu uğurda olan bir binayi xeyri kəlamına vardırmağa şəhər idarəsi daha ziyadə borcludur. Peyğəmbərimiz Rəsuli-Əkrəm (s.ə.) həzrətləri buyurmuşdur ki, «Behişt anaların ayağı altındadır». Bu kəlami şərifin müfadinə xidmət üçün hər kəs bu yoldakı vəzifəsini həqqilə ifa etməyə borcludur» (1). XIX – XX əsrlərdə həm Qərb, həm də Şərq mütərəqqi mədəniyyəti Azərbaycana təsir etdi, Azərbaycan xalqının əsrlərlə formalaşmış, zəngin, milli mədəniyyəti müasirliklə, demokratizmlə birləşərək yeni mahiyyət kəsb etdi. Azərbaycanın maarifçilik mədəniyyəti xalqın, o cümlədən qadınların maarifə, dünya elminə, mədəniyyətinə qovuşmasına çalışır, ölkənin, xalqın tərəqqisinin savadlı qadınlardan asılı olduğundan onların fiziki, əqli inkişafına şərait yaradırdı. Qadınların təhsilə cəlb edilməsində bu dövrdə inkişaf edən xalq maarifinin mühüm rolu oldu.
XIX əsrdə maarifçilik ideyalarının reallaşmasında H.Zərdabinin və F.Köçərlinin əvəzsiz rolu olmuşdur. Onlar qadın təhsilinin müdafiəçisi kimi bu təhsilin əsaslarını qoymuş, «Qafqazın müsəlman qadınlarının atası» yüksək adını qazanmışlar. 1897-ci ildə Azərbaycanda ümumi savadlılıq dərəcəsi 4,6 % olmuşdur. Qadınların savadlılığı isə yox dərəcəsində idi. XIX – XX əsrlərdə Azərbaycanda Avropa təhsil sisteminin tətbiqi qadınların həyatında mühüm rol oynadı və cəmiyyətdə onlara münasibəti köklü surətdə dəyişdi. Azərbaycanda ilk dünyəvi qız məktəbləri 1848-ci ildə Şamaxıda (1859-cu ildə Bakıya köçürüldü) və 1885-ci ildə Gəncədə açılmış «Müqəddəs Nina» məktəbləri oldu. Qadınların maariflənməsinə dair «Füyuzat» jurnalında bir sıra elmi-nəzəri məqalələr və bədii əsərlər nəşr olunmuşdur. Ə.Hüseynzadənin redaktorluğu H.Z.Tağıyevin maddi köməyi ilə nəşr olunan «Füyuzat» jurnalında çalışan milli ziyalılar M.Hadi, Hüseyn Cavid, Axund Yusif Talıbzadə, M.Ə.Rəsulzadə, İ.T.Musayev, Ə.Həsənzadə, Abdulla Şaiq, Abdulla Sur, H.Zərdabi, X.Q.Ümmaquzadə, Əhməd Kamal, Abdulla Cövdət, H.S.Ayvazov, Rəcizadə Mahmud Əkrəm, Abbas Səhhət, Tofiq Fikrət, Səid Səlmasi bir çox milli, ideoloji, mənəvi dini məsələlərlə yanaşı qadın probleminə qadın təhsilinə, qadın hüquqları məsələsinə özünəməxsus tərzdə yanaşırdılar.
«Füyuzat» jurnalında 1906-cı il dekabr ayının 8-də H.Z.Tağıyevin evində Sona xanım Tağıyevanın sədrliyi ilə «Bakı Səkinə Xatunlarının cəmiyyəti» qadın xeyriyyə cəmiyyətinin yaradıldığı, yüzlərlə iştirak edən qadınların Qarabağ və Gəncə quberniyalarında fəlakətə uğramış qadınlara müavinətlər verilməsi məsələsi müzakirə olunmuş, bundan başqa Bakı qızlar məktəbində teatr tərtib olunaraq tamaşa verilmiş və burada yüzlərlə xanım iştirak etmişdir. Qadın cəmiyyətinə Sona xanım sədr, 30 nəfər də «əza seçilmiş, 1600 manat vəsait toplanmışdı»(1) .
Y.Qarayevin yazdığı kimi «Həqiqi maarifçiliyin həmişə və hər yerdə həll etdiyi tarixi vəzifə vətəndaşlıq qüruru və azadlıq hissinin tərbiyəsi XIX əsrin məhkum və asılı Şərqində daha qabarıq meydana çıxır və Azərbaycanda maarifçilik təkcə fatalizmdən, dini və dünyəvi qəflətdən yox, həm də milli qəflətdən xilas olmağın təliminə çevrilə bilər» (2, 160).
ABŞ tarixçisi T. Svyatoçovski bu dövrdə meydana gələn maarifçi ziyalıların ideyaca birləşdiklərini, Avropa ideyalarının daşıyıcıları olduğunu, Azərbaycan cəmiyyətindəki dəyişikliklərin əsas ünsürləri kimi Azərbaycan tarixinin gedişinə önəmli təsir göstərən qüvvəyə çevrildiyini diqqətə çatdırır. O, ziyalılır anlayışının «zəkalı» (intellektual) şəxslər anlayışından fərqləndiyini, «Avropa üsullu təhsil sayəsində müəyyən nailiyyət qazananların ziyalı hesab olunduğunu qeyd edir. T. Svyatoçovski ənənəvi islam ideyalarına sadiq olanlardan islahatçı baxışları qəbul edənlər istisna olmaqla «ziyalı kimi qəbul olunmadığını, Rusiyanın Qafqaz canişinliyində hərbi və mülki xidmətdə olan azsaylı ziyalıların sonralar rus hərbi və «rus-tatar» məktəblərində, Rusiya universitetlərində, Qori və Tiflis müəllim seminariyalarında təhsil alanlar və hökumət dairələrində çalışanlar, jurnalistlər, yaradıcı məktəb müəllimlər hesabına artdığını göstərir» (4, 36).
Azərbaycan qadınlarının azadlığı və təhsilə yiyələnmələri uğrunda XIX-XX əsrin əvvəllərində R.B.Əfəndiyev, N.Nərimanov, C.Məmmədquluzadə, H.B.Mahmudbəyov, F.Ağazadə, S.S.Axundov, A.Şaiq, A.Səhhət, H.Cavid, H.Sanılı fəal mübarizə aparmışlar.
İqtisadi Elmlər üzrə Nobel Mükafatı iqtisadiyyat elminə verilmiş töhfələrə görə verilən mükafatdır və bir çoxları tərəfindən, bu sahədə olan mükafatlar sırasında ən prestijlisi hesab edilir. İqtisadiyyat Alfred Nobelin 1895-ci ildə şəxsən hazırladığı siyahıya daxil olmasa belə, İqtisadiyyat üzrə Nobel mükafatının digər elmlər üzrə verilən Nobel mükafatlarl ilə eyni səviyyədə olması hesab edilir. İqtsadiyyat üzrə mükafat 1968-ci ildə İsveç bankı Sveriges Riksbank tərəfindən yaradılmışdır və bu bank tərəfindən də maliyyələşdirilir. Bu mükafat ilk dəfə olaraq, 1969-cu ildə ”iqtisadi proseslərin təhlili üçün dinamik modellərin hazırlanması və tətbiqinə görə” Danimarka və Norveç alimləri Yan Tinberqen və Raqnar Frisxə verilmişdir. Maarifçilər insan zəkasını yüksək dəyərləndirir, insan haqlarını, müdafiə edir, humanizm ideyaları irəli sürür, dini mövhumatı, fanatizmi və despotizmi tənqid edirdilər. Bu dövrün maarifçilik ideyaları zadəgan ziyalılar, təhsil almış bəylər və xanlar arasında yaranırdı. Rusiya imperiyasının işğal etdiyi Şimali Azərbaycanda bəzi ağalar və bəylər rus və Avropa mədəniyyətinə yiyələnir, Avropa və Şərqin mədəniyyətinin sintezi olan maarifçilik ideyalarını təbliğ edirdilər. Zadəgan (bəy-xan) ziyalıların nümayəndələri – İsmayıl bəy Qutqaşınlı, Qasım bəy Zakir, Hacı Zeynalabdin Şirvani, Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Kazım bəy öz xalqının mədəniyyətinin və həyat tərzinin ayrılmaz tərkib hissəsi olan islam dəyərlərilə milli-mənəvi dəyərlərin vəhdəti ideyasını müdafiə edərək, elmi biliklərin və maarifin köməyilə kütlələri qabaqcıl Avropa, dünya sivilizasiyası və mədəniyyətinə qovuşdurmaq istəyirdilər. Onların yaradıcılıqları orta əsr və yeni dövr ənənələri arasında bağlılığı əks etdirirdi. Bu dövr antifeodal, antiçar, antidinlə dinin vəhdəti, azadlıq uğrunda mübarizə kimi milli istiqamətləri ilə fərqlənir.
R.Mirzəzadə keçid dövründə Azərbaycanda elm sahəsində çalışan qadınların vəziyətindən bəhs edərək göstərir ki, alim qadınların da vəziyyəti keçid dövründə mürəkkəbləşmişdir. 1998-ci ilin məlumatına əsasən elmi-tədqiqat sahəsində məşğul olanların 40,8%-i qadın, 59,2-i kişi idi. 2000-ci ilin axırında elm sahələri üzrə aspirantların 35%-i qadın, elmlər namizədlərinin 44%-i qadın, 56%-i kişi, elmi doktorlarının 7%-i qadındır. Elmə ayırılan xərclərin azaldılması həm kişilərin, həm də qadınların bu sahədən uzaqlaşmaına gətirib çıxarır. Bu sahənin yüksək intelektual potensiala və təhsilə malik olan insanları öz həyatı tələbatlarını, aldıqları əmək haqqı müqabilində, bazar iqtisadiyyatına uyğunlaşdıra bilmirlər. Hökümətin bu sahəyə ayırdığı maliyyə vəsaiti islahatlar aparmağa, yeni elmi mərkəzlər yaratmağa imkan vermir. Dövlət tərəfindən maliyyələşən elmi tədqiqatlar, o cümlədən gender, qadın məsələsi və qadın problemlərinin də araşdırılması prioroitet sahələrə daxildir. Respublikada gender assimetriyasının tədqiqi ilə əlaqədar Qadın Problemləri üzrə Dövlət Komitəsində Elmi Araşdırma Mərkəzi yaradılmasına zəruri ehtiyac vardır. Təhsilin bütün pillələrində uyğun təhsilalma imkanlarına yol açılması da vacib amillərdəndir (3,74).
Z.Quluzadə elm sahəsində qadınlar və kişilər arasında disbalansın səbəblərini göstərir: “Elmi müəssisələrdə çalışan qadınların maddi vəziyyətlərinin pisləşməsi bu sahədə gender disbalansının artmasına aparıb çıxarır. Elm sahəsində çalışan qadınların maddi vəziyyətlərinin çətinləşməsi onunla bağlıdır ki, son dərəcə aşağı əmək haqqı alaraq (əgər yaxın keçmişdə Milli Elmlər Akademiyasının işçilərinin orta aylıq əmək haqqında 20-30% çox idisə, indi o, respublika üzrə orta əmək haqqından 50-60% azdır), onlar, kişilər kimi, bir neçə yerdə işləyə bilmirlər. Aydındır ki, indiki əmək haqqı ilə qadın xidmətçi (ev qulluqçusu, dayə, paltaryuyan və s.) tuta bilmir, ev işlərinin bütün ağırlığı –uşaqlara, qocalara, əgər ailədə xəstə varsa xəstəyə baxmaq, onun üzərinə düşür. Digər tərəfdən, iş yerləri məhdud olduğuna görə, kişilərə nibətən qadınlar əlavə iş tapmaqda çətinlik də çəkirlər (3, 92).
Müəllif göstərir ki, bütün bunlar ona aparıb çıxarır ki, elm sahəsində işləyən ali təhsilli qadınların böyük bir hissəsi öz işlərini atmaq məcburuyyətində olurlar. Vaxtilə həmin qadınların təhsili üçün milli gəlirin müəyyən hissəsi sərf edilməsinə baxmayaraq, indi onlar artıq illər boyu əldə etdikləri professional qabiliyyətlərini tədricən itirirlər.
Beləliklə, suverenlik əldə etmiş demokratik Azərbaycan dövlətində həqiqi hüquq bərabərliyinə nail olmaq üçün təcili düşünülmüş tədbirlər gün –gündən geniş miqyas alır.

Ədəbiyyat

1.Bakı müsəlman ünnas məktəbi // “Füyuzat” s. 52-55, 1906, 08 dekabr, № 4
Azerbaijan. Bakı: Adiloğlu, 2003, s.234
2.Qarayev Y. Tarix: yaxından və uzaqdan. Bakı: Elm, 1996, s.
3.Quluzadə Z. Gender Azərbaycanda. Qender v Azerbaydjane - Gender in
4. Səmədov M. Azərbaycanda qadın məşğulluğunun bəzi aspektləri. // Genderşünaslıq. Baki, 1999, s.6-11.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM