MƏDƏNİ MÜXTƏLİFLİK AZƏRBAYCAN CƏMİYYƏTİNİN DƏYƏRİ KİMİ

09:38 / 03.04.2015

Leyla Kərimova,
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin dissertantı

Mədəniyyətlə bağlı mövcud tərifləri nəzərdən keçirərkən qənaətə gəldiyimiz ümumi müddəalardan biri də budur ki, bu anlayış özündə normalar sistemini ehtiva edir. Başqa sözlə, mədəniyyət – qayda-qanunlar sistemindən ibarətdir və tarixdən üzü bəri cəmiyyətdəki birgə yaşayış normalarını tənzimləmək məqsədi daşımışdır. Söz yox ki, bu yanaşma mədəniyyətə dair elmi qənaətlərin yalnız bir qisminə şamil edilə bilər. Lakin müasir dünyanın üzləşdiyi qlobal problemlərdən qurtuluş yollarının aranması da belə bir yanaşmaya haqq qazandırır. Belə ki, bəşəriyyətin ilkin dövrlərində olduğu kimi müasir dövrdə də müxtəlif dinə, irqə və mədəniyyətə sahib olan insanların birgə yaşayışının tənzimlənməsi problemi istər dövlətlər, istərsə də beynəlxalq təşkilatlar tərəfindən aktual bir problem olaraq gündəmə gətirilir. Sivil dünya hesab edir ki, fərqli dünyagörüşünə və həyat tərzinə malik olan insanların bir arada yaşamaq imkanları tənzimlənmədikcə bəşəri sabitlikdən danışmağın mənası yoxdur. Bu mənada beynəlxalq tədbirlərdə son vaxtlar daha çox səsləndirilən kulturoloji terminlərdən biri də məhz multikulturalizmdir.
Mədəni müxtəliflik, insan haqları və birgəyaşayış qaydaları ilə bağlı olan tolerantlıq multikulturalizmin fokus nöqtəsini əmələ gətirdiyi üçün insan haqq və vəzifələrinin bir bütün halında dəyərləndirilməsi zərurəti yaranır. Azərbaycan torpaqlarında min illərlə birgə yaşayan insanların mədəni müxtəlifliyi və zənginliyindən meydana çıxan kulturoloji yaradıcılıqları dəstəkləyərkən mövcud mədəni irsin qorunması və dinamik inkişafı da diqqətdən qaçırılmamalıdır. Son illərin tədqiqatları (1; 2) bunu deməyə əsas verir ki, müxtəliflik idarə edilərsə “zənginlik”, idarə edilməzsə “təhlükə” olar. Fərqli mədəniyyət, dil, din və irqə mənsub olan fərdlərin bir arada çalışdığı fəaliyyət sahələrində fərqliliklərin yaxşı idarə edilməsi əhəmiyyətlidir. Əks halda insanlar arasında bir sıra münaqişələrin yaşanması ehtimalı artmış olur.
Fərqli çevrələrdəki insanların bir araya gələrək meydana gətirdikləri geterogen (müxtəlif cinsli) qrupların fəaliyyət göstərdikləri mühitdə müxtəliflikdən bəhs etdiyimiz zaman unutmaq lazım deyil ki, müxtəliflik hər sahədə fərqliliklər toplusudur. Məsələn, orkestrdə çeşid-çeşid musiqi alətləri olduğu kimi, multikultural cəmiyyətdə də fərqli dil, din, irq, cinsiyyət, yaş, etnik mənşə, tərbiyə və sosial-iqtisadi təbəqələrin təmsilçiləri vardır.
Təbii ki, dünya, xüsusilə də Amerika, Avropa və bir çox Asiya ölkələri fərqli irq, dil, din və mədəniyyətlərin bir arada yaşayıb çalışdığı kosmopolit strukturlara sahib olduğu üçün mövzunu daha müxtəlif kateqoriyalarda analiz etmək mümkündür. Ancaq müxtəlifliyə sadəcə dil, din, irq fərqlilikləri kimi baxmağın özü də elmi baxımdan məntiqi sayılmaz. Məsələn, homogen (eyni cinsli, bircins, eyni mənşəli) ölkələrdə yaş, cinsiyyət, sosioiqtisadi sinif, təhsil, tərbiyə, kulturoloji bazis kimi bir çox faktorlar istehsal qabiliyyətli qrupların çeşidliliyini yaratmaqdadır (3). Təcrübə göstərir ki, bu çeşidlilik bir zənginlik olduğu kimi, doğru idarə edilmədiyi təqdirdə ciddi bir təhdid və ya təhlükə halına da gələ bilir.
Mövzuya dair son dövrün araşdırmalarında müxtəlifliyin iki meyarı xüsusilə vurğulanır (4). Birinci meyara görə, hər bir insanın dəyişdirilməyəcək təməl xüsusiyyətləri vardır. Bu keyfiyyətləri təbiətdən, doğuşdan gələn və ya sosiallaşma dövründən başlayaraq bütün həyatımız boyu mühüm bir təsirə malik olan dəyişməz insan fərqlilikləri kimi təsəvvür etmək mümkündür. Bu xüsusiyyətlərə ən gözəl örnək irq, cinsiyyət, fiziki və intellektual qabiliyyətlər və yaş ola bilər. Birinci meyar insanın baxışı, düşüncələri, hissləri və davranışlarını böyük ölçüdə formalaşdırır. Belə ki, tanışlıq zamanı insanlarla bağlı formalaşan ilk təəssüratlar müxtəlifliyin birinci meyarları ilə əlaqəlidir. Qarşımızdakı insanın xüsusiyyətləri bizdən nə qədər fərqli olursa, onu özümüzdən uzaqlaşdırır, “digər qrupa” uyğun görürük.
Müxtəlifliyin ikinci meyarı isə insanlar arasındakı fərqlilikləri bir az da dərinləşdirir. İkinci meyarlar – insanların şüurlu olaraq göstərdikləri səylər və üstünlük verdikləri, seçimləri nəticəsində həyatlarında dəyişdirə və ya qazana biləcəkləri ya da itirə biləcəkləri xüsusiyyətlərdir. Təhsil səviyyəsi, yaşanılan yer, mədəni durum, iş təcrübələri, gəlir səviyyəsi, dini inanclar, siyasi əqidələr, sağlamlıq vərdişləri, ünsiyyət tərzi kimi fərqliliklər bu meyarlara aiddir. Hətta bəzi tədqiqatlarda (2) birinci meyarı insanın çılpaq bədəni, ikinci meyarı isə onun geyimi və aksesuarları ilə müqayisə edirlər.
Qloballaşma dövrünün mədəni proseslərinin izlənilməsi belə bir fikir söyləməyə əsas verir ki, dünyanın ən mötəbər kürsülərindən dilə gətirilən multikulturalizm fenomeni getdikcə daha çox elmi araşdırmaların tədqiqat obyektinə çevrilməkdədir. Düzdür, bəzən problemlə bağlı “multikulturalizm iflasa uğramışdır, onun gələcəyi yoxdur” kimi təzadlı fikirlər də səsləndirilir. Lakin ümumi rəy bəşəriyyətin xoş gələcəyi baxımından nikbin və xoşməramlıdır. Sevindirici haldır ki, bu tədqiqatların bir qismində Azərbaycan bir multikulturalizm örnəyi kimi araşdırılmaqdadır. Obyektiv tarixi-mədəni reallıqlara söykənən belə bir multikulturalizm dünyaya, xüsusilə də birgəyaşayış qaydalarının tənzimlənməsində ciddi problemlər yaşayan ölkələrdə tolerantlıq nümunəsi diqtə edir.
Azərbaycanda artıq ənənəyə çevrilmiş beynəlxalq mədəniyyət tədbirləri bəşər sivilizasiyasının problemləri və perspektivlərinə dair mədəni dünya təmsilçilərinin fikir və düşüncələrinə müəyyən aydınlıq gətirir. Gerçək olan budur ki, bəşəriyyətin kulturoloji irsinin öyrənilməsi, mühafizəsi və təbliği məsələləri mədəni dünyanı getdikcə daha çox düşündürməkdədir. Son illərdə bu sahədə bir sıra ciddi layihələr həyata keçirilmiş, konvensiyalar qəbul edilmişdir. O cümlədən, 2008-ci ildən başlayan Bakı Prosesi bu gün uğurla davam etdirilir. Belə ki, 2008-ci il dekabr ayının 2-3-də Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda Bakıda keçirilmiş konfransının, 2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı seçilməsi münasibətilə təşkil edilmiş tədbirlərin, 2010-cu ildə Bakıda Dünya Dinləri Liderlərinin Zirvə Görüşü və 2011-ci il aprelin 7-9-da Bakıda keçirilmiş Beynəlxalq Forumun, 10 oktyabr 2011-ci ildə Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilmiş Beynəlxalq Humanitar Forumun, 4-6 oktyabr 2012-ci ildə İkinci Bakı Beynəlxalq Humanitar Forumunun və nəhayət 31 oktyabr – 02 noyabr 2013-cü ildə keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri də mədəniyyət fenomeninin bəşəriyyətin gələcəyi üçün nə qədər bir əhəmiyyətli faktor olduğunu təsdiqlədi.
Bütün bu mötəbər tədbirlərdə davamlı milli inkişaf, mədəniyyətlərin dialoqunun nəticə etibarilə səmərəliliyi və multikulturalizmin təsdiqi, insan kapitalının inkişafı və qarşılıqlı faydalı əməkdaşlıq üçün kulturoloji fikir mübadiləsinin strateji əhəmiyyəti nəzərdən keçirilmişdir.
Bu tədbirlərin məhz Azərbaycanın paytaxtında keçirilməsinın heç də təsadüfi olmadığı prosesin sonrakı uğurları ilə öz təsdiqini tapdı. Dünya belə bir gerçəkliyə əmin oldu ki, “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu bir diyar olmuşdur. Əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələri Azərbaycanda bir ailə kimi, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu müsbət meyillər bu gün də davam edir. Bu meyillər gələcəkdə daha da gücləndiriləcək və Azərbaycan uğurla inkişafını davam edəcəkdir” (5).
Dünyanın tanınmış ictimai-siyasi, mədəniyyət və incəsənət xadimlərinin, nüfuzlu beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələrinin rəhbərlərinin bu beynəlxalq tədbirlərdə iştirakı mədəniyyətlərarası münasibətlərin nə qədər aktul bir məsələ olduğunu ortaya qoydu. Xüsusilə də, Azərbaycan Respublikası Prezidentinin bu tədbirlərdə, o cümlədən hər üç Forumdakı çıxışı bəşəriyyətin təminatlı gələcəyində mədəniyyət fenomeninin nə qədər mühüm bir amil olduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bu mənada, mədəni dünyanın kulturoloji problemlərə dair çoxaspektli baxışlarına Azərbaycan alimlərinin də orijinal yanaşmaları diqqəti cəlb edir. Bu fikirləri ümumiləşdirilmiş şəkildə belə ifadə edə bilərik: “Mədəniyyətlərə yanaşmada plüralizm təkcə elm və mədəniyyət deyil, həm də müəyyən sosiomədəni norma və dəyərlərin təzahürü, özlüyündə mədəniyyət fenomeni olan siyasət və ideologiyada da yeni dövrün başlanmasının əlamətidir. Ona görə də keçid dövrünün cəmiyyət və dövlətlərinin müasir siyasi və sosial transformasiyası yeni mədəni rolun hazırlanmasına cəhd kimi qiymətləndirilməlidir. Bu yeni mədəni rola, intellektual konsepsiyaları həyata investisiyalandırmağa qadir siyasi elita da hazır olmalıdır” (6).
Mədəniyyətə dair silsilə tədbirləri özündə ehtiva edən Bakı Prosesi dünyanın görkəmli elm, mədəniyyət və siyasət xadimləri tərəfindən də təqdir edilmişdir. 2011-ci ilin oktyabr ayında “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilmiş Beynəlxalq Humanitar Forum da bu mənada mədəni dünyanın diqqət mərkəzində olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən ikigünlük Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bir sıra qlobal problemlər müzakirə olunmuş və müəyyən qərarlar qəbul edilmişdir. Forumun plenar iclaslarında müzakirə obyektinə çevrilmiş mövzuların özü mədəniyyət sahəsində görüləcək işlərin perspektivlərindən xəbər verir. Belə ki, “İnkişafın iqtisadi modellərinin humanitar aspektləri”, “Dünyanı dəyişdirən müasir texnologiyalar”, “Postmodernist mədəniyyətdə ənənəvi dəyər sistemləri”, “Biotexnologiyalar və etika problemləri”, “Multikulturalizm: nailiyyətlər və problemlər”, “Sosial jurnalistika və yüksək texnologiyalar”, “Elmlərin konvergensiyası” mövzularında aparılmış diskussiyalar ümumilikdə bəşəriyyətin gələcəyinə nikbin yanaşmağa əsas verir.
Bəşəriyyəti narahat edən çağırışların həllinin fəlsəfi və humanitar aspektlərinin müzakirə olunduğu Forumda öz mövqeyini açıq şəkildə bəyan edən İlham Əliyev bildirdi ki, “müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər” (7).
“Azərbaycan mədəniyyət ənənələri” adlı əsərində M.Ə.Rəsulzadə yazırdı ki, “Bütün mədəniyyətlər üç böyük amilin qarşılıqlı təsirlərindən doğarlar: coğrafi amil – vətən, etnoqrafik amil – millət və mənəvi amil – mədəniyyət!” (8, s. 94-95). Müasir kulturoloji fikrin də təsdiqlədiyi bu yanaşma Forumda da özünü büruzə vermişdir. İlham Əliyevin çıxışlarında belə bir fikir xüsusilə vurğulanmışdır ki, tarixən Azərbaycanın coğrafi vəziyyəti ölkənin inkişafına da təsirini göstərmişdir. Azərbaycan o ölkədir ki, burada mədəniyyətlər, sivilizasiyalar görüşür, birləşir. Bizim gücümüz birliyimizdədir. Milli və dini müxtəlifliyimiz bizim gücümüzü daha da artırır. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı bir ölkədir. Bütün dinlərin nümayəndələri bərabər hüquqa malikdir. Bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir və eyni zamanda, tikilir. Ölkəmizdə müstəqillik dövründə yaşanan sabitlik və dostluq ab-havası əlbəttə ki, bu gün Azərbaycanı regional ölkə kimi daha da gücləndirir (7).
Bakı Prosesi sübut etdi ki, dünyada, o cümlədən Azərbaycanda multikulturalizm ənənələri mövcuddur.
Başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmət kimi də xarakterizə edə biləcəyimiz multikulturalizm dəyərləri möhkəmləndikcə xalqların bir cəmiyyətdə dinc yanaşı yaşama şansları da artmış olur. Cəmiyyət daxilində multikulturalizm bərqərar olması ayrı-seçkiliyi aradan qaldırır, xalqların və insanların birgəyaşayış qaydalarını möhkəmləndirir. Heç də təsadüfi deyildir ki, “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilmiş Beynəlxalq Humanitar Forumunda Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu da diqqəti ən böyük humanitar çağırış kimi məhz birgəyaşayışa yönəltmişdir: “Mədəniyyətlərarası dialoqun təşviqi indi dünyada ən çox ehtiyac duyulan prinsiplərdən biridir və bununla bağlı planların həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, müasir Avropanın ən böyük problemlərindən olan ksenofobiya və ekstremizmin qarşısının alınması da böyük humanitar dəstək istəyir və bununla bağlı təşəbbüslərin böyük təsiri ola bilər” (7).
Bakı Prosesinin son altı ildə dünyaya bəyan etdiyi ümumi qənaətlər bizə bunu deməyə əsas verir ki, üçüncü minilliyə keçid dövründə bəşəriyyətin sanki bir hesabat vermək məsuliyyəti yaranmış, ümumbəşəri özünüdərk problemləri aktuallaşmışdır. Ümumilikdə XXI əsr sivilizasiyalararası dialoq ideyası ilə başlanmışdır. Son illər ərzində müxtəlif ölkələrdə dəfələrlə bu mövzuda müzakirələr aparılmış, beynəlxalq konfranslar, simpoziumlar keçirilmişdir. Bu məsələni BMT, YUNESKO, digər beynəlxalq təşkilatlar və bir çox dövlət başçıları da dəfələrlə gündəmə gətirmiş, qlobal problemlərin bütün dünya xalqlarının birgə səyləri ilə həll edilməsi zərurəti vurğulanmış, sülh və əmin-amanlıq, mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsi üçün belə bir dialoqun qaçılmaz olduğu göstərilmişdir.
İlham Əliyev 2011-ci il aprelin 7-9-da Bakıda keçirilmiş Beynəlxalq Forumu nəzərdə tutaraq demişdir: “Multikulturalizmin alternativi yoxdur. Mən bu barədə keçən forumda da fikirlərimi bildirmişəm. Bir daha tam əminliklə deyə bələrəm ki, multikulturalizm gələcək inkişaf üçün ən məqbul variantdır. Çünki multikulturalizmin alternativi özünütəcriddir” (9).
Bakıda keçirilən beynəlxalq tədbirlərin iştirakçılarının rəyləri də Azərbaycan Prezidentinin belə bir qənaətini təsdiqləyir ki, bu gün Azərbaycanda çoxmillətli, çoxkonfessiyalı cəmiyyət mövcuddur. “Bu, bizim böyük sərvətimiz, böyük dəyərimizdir. Biz bu sərvəti qoruyuruq və qoruyacağıq” (9).
Mədəni dünya ilə münasibətlərin müqayisəli təhlilinə diqqət yetirdikdə də belə bir gerçəkliyin şahidi oluruq ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir, çünki tarixi keçmişimiz də bunu diktə edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir.
Azərbaycan Prezidenti İlham Əliyev Üçüncü Beynəlxalq Humanitar Forumunun açılış mərasimindəki çıxışında da bir daha bəyan etdi ki, XXI əsrdə multikulturalizmə alternativ yoxdur. Əlbəttə ki, biz XXI əsrdə ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamafobiya kimi xoşagəlməz meyillərə biganə yanaşa bilmərik. Ona görə multimədəniyyətli cəmiyyətlərin formalaşması, bu ideyaların təbliği hesab edirəm ki, hər bir məsuliyyətli siyasətçinin, ictimai xadimin fəaliyyətinin tərkib hissəsi olmalıdır. Humanitar əməkdaşlıqla bağlı olan məsələlər də Azərbaycanı sivilizasiyalararası dialoqun aparılması üçün bir mərkəzə çevirir. Bu, böyük, şərəfli missiyadır. Eyni zamanda, böyük məsuliyyətdir. Biz bu məsuliyyətə hazırıq, bu məsuliyyəti öz üzərimizə götürmüşük və bugünkü toplantı bunun bariz nümunəsidir (10).
Azərbaycanda dini və milli tolerantlığın, dözümlülüyün yüksək səviyyədə olması və bütün xalqların rahat, mehriban şəkildə yaşaması kimi amillər digər ölkələrin inkişafı üçün prioritet təşkil etməkdədir. Bu səbəbdən də İlham Əliyev davamlı mədəniyyətlərarası dialoqu cəmiyyətlərimizin içərisində ehtiyac duyduğumuz bir sosial möhür hesab edir və bunu dözümsüzlüyə, parçalanmaya və zorakılığa qarşı bir müalicə vasitəsi kimi təqdim edir. O, çıxışlarında belə bir fikri xüsusilə vurğulayır ki, “dialoq təkcə ideologiya deyil, həmçinin müəyyən siyasi kontekstlərdən irəli gələn süni yanaşmalar üçün bir reseptdir”. Azərbaycan Prezidentinin qənaətinə görə, biz müxtəlifliyin dəyərləndiriləcəyinə, müxtəlif fərdlərin bir-biri ilə ümumi ünsiyyət qura biləcəklərinə və insanların dialoq aparmaq üçün imkanlarının olacağına əmin olsaq və buna şərait yarada bilsək, o zaman gələcək nəsillərin qarşılıqlı hörmət, ədalət və təhlükəsizlik şəraitində yaşamalarına da təminat vermiş olarıq (10).
Bu gün uğurlu dövlət mədəniyyət siyasəti nəticəsində Azərbaycanın mədəni özünəməxsusluq, milli, mədəni və dini tolerantlıq sahəsində dünya üçün nümunəvi bir məkan olduğu artıq mədəni dünya tərəfindən təqdir edilməkdədir. Azərbaycanın mədəniyyətlərarası dialoq üçün daha münasib bir məkan hesab edilməsi və burada keçirilən beynəlxalq tədbirlərdə “Mədəniyyətlərarası uyğunluqlar”, “Müxtəlif mədəniyyətlərin idarəedilməsinə dair yeni konsepsiya”, “İrs və mədəniyyətlərarası dialoq – hamımız birgə milli irsdən dünyəvi irsə doğru” və s. kimi mövzuların müzakirəsinə geniş yer verilməsi Bakı Prosesinin uğurlu nəticələrindən xəbər verir.
“Bakı prosesi” artıq Avropa mədəni proseslərində yeni bir istiqamətin əsasını qoymuşdur. Son on il ərzində “mədəniyyətlərarası dialoq” mövzusu mədəniyyət problemlərinin həllinə cavabdehlik daşıyan qurum və şəxslər qarşısında prioritet məsələ kimi meydana çıxmışdır. Hazırda mədəni müxtəlifliyə qarşılıqlı hörmət və hüquqların qorunması elə bir prinsipə çevrilmişdir ki, mədəniyyətlərarası dialoqun qurulması üçün siyasətlər, proqramlar və yeni konsepsiyalar bu reallığa əsaslanmalıdır. Bakı prosesinin nəticələri belə bir qənaətə gəlməyə əsas verir ki, yaxın gələcəkdə multikulturalizm mövzusundan danışılarkən müqayisəli təhlillərin ən optimal variantları Azərbaycan reallığına və örnəyinə əsaslanacaqdır.

 


Ədəbiyyat

1. Ensaroğlu Yılmaz. “Modernleşme Sürecinde Çokkültürlülük”, Hale Akay ve diğerleri (çev.) Modernleşme ve Çokkültürlülük, Helsinki Yurttaşlar Derneği Dizisi 2, İletişim Yayınları, İstanbul, 2001.
2. Özhan İmran. “Farklılaşmanın Özel Görüntüleri Olarak Çökkültürlülük ve Çokkültürcülük”, Yayımlanmamış Yüksek Lisans Tezi, Gazi Üniversitesi, Sosyal Bilimler Enstitüsü Kamu Yönetimi Anabilim Dalı, Ankara, 2006.
3. Бабич И.Л., Родионова О.В. Теория и практика мультикультурализма / Исследования по прикладной и неотложной этнологии. М., ИЭА РАН, 2009, 49 с.
4. Цатурян С.А., Филимонов Г.Ю.Мультикультурализм в США и Европе: политтехнологии в действии. Политика и общество, № 2, 2012, с.62-71.
5. İkinci Bakı Beynəlxalq Humanitar Forumunun açılışında
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi. Bakı, 4-5 oktyabr 2012-ci il. http://president.az/articles/6335
6. Abasov Ə.S. Müasir Azərbaycan üçün hansı fəlsəfə gərəkdir // Müasir fəlsəfə və Azərbaycan: tarix, nəzəriyyə və tədris. Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüququ İnstitutu. Bakı: Elm, 2010, s. 11-19.
7. Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forum öz işinə başlamışdır. “Respublika” qəzeti, 11 oktyabr 2011-ci il, № 218 (4222).
8. Rəsulzadə M.Ə. Azərbaycan mədəniyyət ənənələri. Bolşeviklərin Şərq siyasəti. Bakı: Sabah, 1994, 132 s.
9. Azərbaycan Prezidenti İlham Əliyevin Bakı İkinci Beynəlxalq Humanitar Forumunun açılış mərasimindəki nitqi. “Azərbaycan” qəz. № 223 (6204), 5 oktyabr 2012-ci il.
10. Azərbaycan Prezidenti İlham Əliyevin Üçüncü İkinci Beynəlxalq Humanitar Forumunun açılış mərasimindəki çıxışı (31 oktyabr 2013-cü il) http://president.az/articles/6335


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM