Demokratik siyasi sistemin modernləşməsinin istiqamətləri

08:00 / 10.06.2015

Elnur Hacalıyev,
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun «Beynəlxalq münasibətlər və beynəlxalq hüquq» şöbəsinin böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru.

Demokratik siyasi sistemin modernləşməsinin istiqamətlərinin açıqlanması baxımından ilk öncə, dövlətin inkişafının modern meyllərinin konkret aydınlaşdırılması vacibdir. Dövlətin inkişafında xüsusi əhəmiyyət daşıyan hüquqi və sosial mərhələlər heç də konstitusiyalı dövlətin inkişafını başa çatdırmır. Bəzi politoloqlar hesab edirlər ki, müasir demokratik dövlət yeni, ekoloji mərhələyə qədəm qoyur. Belə dövlət üçün ekoloji təhlükəsizliyin və şəxsiyyətin ekoloji (ekzistensional) hüququnun təmin edilməsi ön plana keçir. Yeni şəraitdə dövlət ictimaiyyətlə birlikdə nüvə və ekoloji partlayışı aradan qaldırmağa məhkumdur, həyat tərzinin ekoloji tarazlığına nail olmağa ciddi cəhd etməlidir.
Müasir dövlətin inkişafında iki xüsusi meyl müşahidə olunur: deetatik və etatik. Birinci meylin mahiyyəti ondan ibarətdir ki, vətəndaş cəmiyyəti fəallaşır, dövlət üzərində nəzarəti güclənir, ona siyasi partiyaların və maraq qruplarının təsiri genişlənir, onun bəzi orqanlarının fəaliyyətində özünüidarə başlanğıcı güclənir. İkinci-etatik meyldə isə cəmiyyətin tənzimləyici və inteqrasiyaedici vasitəsi kimi çıxış edən dövlətin rolunun artması təzahür edir. Müasir dövlət iqtisadi, sosial və informasiya proseslərinə fəal müdaxilə edir, vergi, investisiya, kredit siyasəti və digər sahələr üzrə siyasətlə istehsalın inkişafını stimullaşdırır, xalq təsərrüfatında nəzərə çarpan uyğunsuzluğu aradan qaldırır. Dövlətin fəaliyyətində ictimai inkişafın strategiyasını və planlaşdırılmasını işləyib hazırlamaq daha əhəmiyyətli yer tutur (1,s.243).
Dövlətin fəaliyyətində məcburetmənin tətbiqi nəzərə çarpaçaq dərəcədə azalır, müxtəlif sosial qrupların kooperasiyasına əhəmiyyətli dərəcədə yer verir, bir sözlə, dövlət cəmiyyətdə islahatlar aparılmasının, sabitliyin və qaydaların qorunmasının başlıca vasitəsi kimi çıxış edir.
Müasir dövlətin inkişafında təzahür edən deetatik və etatik meyllər kontekstində daha ümumi və modern xarakter kəsb edən yeni meyllər üzə çıxır. Həmin meyllər məhz demokratik siyasi sistemin dinamik inkişafı ilə bağlıdır. Bu meyllərdən biri dövlətlərin çoxunun inkişafında (xüsusilə avropa dövlətlərində) aparıcı meyl kimi səciyyələnən əsl demokratik, hüquqi dövlət yaradılmasına cəhd edilməsidir. Müasir demokratik dövlət hər şeydən əvvəl, hüquqi məna daşıyır. Hüquqi dövlətin müasir modeli nəinki keçmişə aid təcrübəni, həmçinin son illərin nailiyyəti hesab olunan demokratik prinsiplərin bir hissəsini özündə birləşdirir.
Müasir dövlətin siyasi inkişafında əhəmiyyətli meyllərdən digəri dövlətin suverenliyinin demokratik məhdudlaşdırılmasıdır. Əgər əvvəllər dünya birliyi tərəfindən bu və ya digər dövlətə müəyyən məsləhət verilməsi onun daxili işlərinə qarışmaq kimi qiymətləndirilirdisə, indiki qarşılıqlı asılılıq dünyasında müxtəlif problemlərin (hərbi, ekoloji və b.) həlli suverenliyin lazım gəldikdə müəyyən ağıllı düşüncə tərzi ilə məhdudlaşdırılmasını tələb edir. Məsələn, bir dövlətin atom stansiyasında baş verən partlayışın nəticələrinin aradan qaldırılmasını digər dövlətdən tələb etməsi heç də bu dövlətin daxili işinə qarışmaq kimi başa düşülməməlidir.
Müasir dövlətin inkişafının meyllərindən biri isə dövlət hakimiyyətinin desentralizasiyasıdır, başqa sözlə mərkəzi orqanların bəzi funksiyalarının yerli orqanlara verilməsidir. Yerli strukturların maraqları baxımdan, hakimiyyət yüksək dövlət strukturları arasında yenidən bölüşdürülür. Belə cəhd yerli hakimiyyət strukturlarının müstəqil qərarlar qəbul etməsi, başqa sözlə, özünü idarənin inkişafı tələbləri ilə şərtlənir. Dövlət hakimiyyəti strukturlarının funksiyalarının bu cür bölüşdürülməsi yerloərdə demokratikləşməyə, vətəndaşların idarəetmə prosesinə daha geniş cəlb olunmasına, siyasi və sosial-iqtisadi qərarların qəbul olunmasında iştirakına imkan yaradır. Bu cəhət demokratik siyasi sistemin modernləşməsinin spesfik istiqaməti kimi nəzərə çarpır.
Siyasi sistemin modernləşməsinin istiqaməti kimi təzahür edən meyllərdən biri də cəmiyyət həyatının iqtisadi və siyasi inteqrasiyasıdır. İnteqrasiya meyli hazırda ilk öncə, Avropa İqtisadi Birliyinə daxil olan dövlətlərin sayca çoxalmasında təzahür edir. 1994-cü ildə bu təşkilata Avstriya, İsvec və Finlandiya daxil olduqdan sonra onun üzvlərinin sayı 15-ə çatdı. Eləcə də artıq Avropa parlamenti tipində xüsusi dövlətlərarası hakimiyyət orqanı yaradılmışdır. Beynəlxalq münasibətlərin subyektləri arasında beynəlxadq iqtisadi birliklər əhəmiyyətli rol oynayırlar. Lakin bu iqtisadi birliklərdən dünya siyasətinə, qlobal strateji modernləşməyə sanballı təsir göstərən məhz Avropa İqtisadi Birliyidir. Təsadüfi deyil ki, dünyanın bəzi böyük dövlətləri, eləcə də Rusiya və Türkiyə həmin iqtisadi təşkilata daxil olmağa ciddi səy göstərirlər.
Müasir dövlətin inkişafında əhəmiyyətli meyllərindən digəri cəmiyyətin birliyini təmin edən xüsusi ideologiyaya malik olmaq səyləridir. Əgər cəmiyyəti vahid şəkildə birləşdirmək ideyası yoxdursa, onda dövlət öz inteqrasiya funksiyasını itirir və şübhəsiz bu, siyasi sistemin modernləşməsinə müəyyən mənfi təsir göstərir. Milli birliyin təminatçısı kimi səciyyələnən vahid milli ideologiyadan məhrum olan dövlət bütün cəmiyyətin mənafeyini əks etdirmək imkanından kənarda qalacaq. İdeoloji dayaq hazırda Azərbaycan üçün daha vacibdir. Milli ideologiyanın mövcudluğu ölkəmizdə xalqın dövlət ətrafında sıx birləşməsinin, əsl milli birliyin, həqiqi vətənpərvərliyin bərqərar olmasını təmin etmiş olardı.
Müasir dövlətin inkişafında səciyyəvi meyllərdən biri isə bürokratik idarəetmə aparatının ixtisar olunmasıdır, onun saxlanılmasına sərf edilən xərclərin azaldılmasıdır. Nəhayət, cəmiyyətin siyasi sisteminin modernləşməsi istiqamətini ifadə edən ən yeni qlobal meyl bir-birini qarşılıqlı şərtləndirmə prosesində təzahür edən hüquqi dövlətlə vətəndaş cəmiyyətinin təşəkkülü və inkişafıdır. Demokratik hüquqi dövlətdə hər bir insan qəbul olunan qərarların nəticələrini, ardıcıllığını və universallığını nəzərə almaq hüququna malikdir, eləcə də qanunla dəqiqləşdirilən öz hüquq və vəzifələrini başa düşür. Hüquqi dövlətin başlıca məqsədi ictimai həyatın bütün sferalarında öz vətəndaşlarının hüquq və azadlıqlarının həyata keçirilməsinə təminat verməkdən ibarətdir.
Hüquqi dövlət özünün təşəkkülü, formalaşması və inkişafı gedişində nəinki fərdi azadlığın və hüququn qanunvericiliklə reallaşmasını işləyib hazırlayır, həmçinin vətəndaş cəmiyyətinin normal mövcudluğuna və fəaliyyətinə, onun başlıca prinsiplərinə və dəyərlərinə təminat yaradır. Hüquqi dövlət və vətəndaş cəmiyyəti müəyyən ümumi hüquqi əsasa malik olmaqla inkişafları prosesində bir-birlərini qarşqılıqlı şərtləndirirlər.
Vətəndaş cəmiyyəti fərdiyyətçiliyin azad oyun sferası olmaqla, burada bir-birinə zidd olan maraqlar təmərküzləşmiş ifadəsini tapır. Vətəndaşların ümumi iradəsini ifadə edən hüquqi dövlət real həyatı prosesdə bu maraqların uzlaşdırılımasına cəhd etməli və nail olmalıdır. Vətəndaş cəmiyyəti demokratik hüquqi dövlətin və təbii ki, demokratik siyasi sistemin ən mühüm tərəfidir.
Ümumiyyətlə, siyasi birlik və siyasi sistemin özəyi olmaq etibarilə, dövlət vahid iqtisadi və mədəni-mənəvi məkan xaricində mövcud ola bilməz. Siyasi sistemin modernləşməsinin başlıca şərti olan dövlət nəinki müəyyən sosial mühitdə və eləcə də dünya birliyi cərçivəsində mövcuddur. Bu cəhətin özü modern dövlətin inkişafının yeni mahiyyətli meyli kimi səciyyələnir.
Demokratik siyasi sistemin modernləşməsinin əhəmiyyətli istiqamətlərindən biri sosial dövlətin təşəkkülü və inkişafıdır. Bu, dövlətin modern mahiyyətinin spesifik ifadəsidir. Hüquqi sosial dövlətin mahiyyəti ilə bağlı tədqiqatların əksəriyyəti belə bir mövqedən çıxış etmişlər ki, əgər bəşər cəmiyyəti legitim xarakter kəsb etmək istəyirsə, o, birincisi, hüquqi xarakterə malik olmalıdır; ikincisi, hüquq ədalət keyfiyyətini əks etdirməlidir; ədalətli hüquq ictimai hüquq qaydaları ilə qorunmalıdır, başqa sözlə, ədalətli dövlət simasına malik olmalıdır.
Sosial dövlətin elementləri ilk dəfə Avropada (Almaniyada) təzahür etmişdir. (XIX əsrin sonlarında) «Sosial dövlət» anlayışının özü də məhz, həmin əsrin sonunda məşhur alman alimi Lüdviq fon Ştayn tərəfindən elmə gətirilmişdir. O, hesab edirdi ki, sosial dövlət özünün bütün vətəndaşlarının iqtisadi və ictimai tərəqqisinə imkan yaratmalıdır, çünki son nəticədə bir nəfərin inkişafı hamının inkişafının şərti kimi çıxış edir, məhz bu mənada sosial dövlət haqqında danışmaq olar. Bu fikirdən çıxış edərək qeyd etmək olar ki, sosial dövlət bəşəri ləyaqətin təsisatlı təminatçısıdır. «Sosial dövlət» termini 1994-cü ildə AFR-in konstitusiyasında hüquqi cəhətdən təsbit edildikdən sonra geniş yayıldı.
Sosial dövlət anlayışı müasir tipli demokratik dövləti səciyyələndirmək üçün ictimai və siyasi nəzəriyyədə dolğun ifadəsini tapdı. Sosial dövləti fərqləndirən cəhətlərdən biri ondan ibarətdir ki, o, siyasi və ideoloji ritorikadan istifadə etməklə, son onilliklərdə ciddi siyasi nəzəriyyənin anlayışlar aparatına nüfuz etmişdir (2,s.359).
Görkəmli rus politoloqları V.P.Puqaçev və A.İ.Solovyev bildirirlər ki, sosial dövlət hər bir vətəndaşın ləyaqətli mövcud olmaq şəraitini, sosial müdafiəni, istehsalın idarə olunmasında iştirak etməyi, şəxsiyyətin cəmiyyətdə özünü reallaşdırmasını təmin etməyə cəhd edən dövlətdir (3,s.241). Belə dövlətin fəaliyyəti ümumi rifaha, cəmiyyətdə sosial ədalətin bərqərar olmasına istiqamətlənir. Müasir sosial dövlətin fəaliyyəti çoxtərəflidir: əhalinin az təminatlı təbəqələrinin mənafeyi naminə milli gəlirin bölüşdürülməsi; müəssisələrdə çalışan işçilərin hüququnun qorunması və məşğulluq siyasəti; sosial sığorta; ailə və ananın müdafiəsi; işsizlərin, yaşlıların, gənclərin qayğısına qalmaq; hamının təhsil alması, tibbi xidmətə yiyələnməsi imkanının inkişafı və digərləri.
Sosial-hüquqi dövlət öz fəaliyyətində sosiallıq prinsipinə tabe olmağa məruz qalır, bu o deməkdir ki, hökumətin yürütdüyü siyasət bütün vətəndaşların ləyaqətli həyat səviyyəsini təmin etməyə, bütün sosial qrupların başlıca həyati tələbatlarının ödənilməsinə istiqamətlənir.
Sosial dövlətin fəaliyyəti nəinki ləyaqətli həyat səviyyəsinin, həyat keyfiyyətinin təmin olunmasına, eləcə də insanın azad, yaradıcı inkişafına yönəlir, onların həyat fəaliyyətinin təkmilləşməsinə və ictimai tərəqqiyə istiqamətlənir.
Sosial dövlətin məqsədlərinin reallaşması mexanizmi hakim ideologiyadan asılıdır və sosial siyasətdə öz təcəssümünü tapır. Rasional sosial siyasət nəinki iqtisadi, eləcə də siyasi modernləşməyə əlverişli zəmin yaradır. Buna görə, sosial dövlət siyasi doktorinasız və iqtisadi modelsiz təsəvvürə sığan deyil. Sosial siyasət hər bir ölkənin konkret-tarixi şəraitini nəzərə almaqla formalaşdırılır.
Sosial siyasət cəmiyyətin bütün sosial qrupları arasında münasibətlərin tənzimlənməsinə istiqamətlənir. Burada başlıca maddi rifah halını yüksəltməkdən, onların həyat fəaliyyəti üçün normal şəraitin yaradılmasını təmin etməkdən və bununla da sosial ədaləti gözləməkdən ibarətdir (4,s.257). Əsl demokratik sosial siyasətin başlıca və daha dərin məqsədi bütün sosial qruplar arasındakı münasibətlərin ahəngdarlığına nail olmaqdan ibarətdir.
Sosial siyasət dövlətin daxili siyasətinin başlıca istiqamətlərindən biri olmaqla, onun müdafiəsini, təmin edən sosial ehtiyatların təkrar istehsalına zəmin yaradır, fəaliyyətinin genişlənməsini və siyasi sistemin modernləşməsinin vacib şərti olan ictimai sistemin sabitliyini şərtləndirir. Sosial siyasət cəmiyyətin bütün təbəqələrini və əhalinin bütün kateqoriyalarını əhatə edir. «Sosial siyasət cəmiyyətin və dövlətin cəmiyyətin sosial sferasının inkişafına, rifah halının yüksəlməsinə, əmək şəraitinin, həyatın və b. yaxşılaşmasına yönələn fəaliyyətdir» (4,s.249).
Sosial siyasətin xarakteri və məzmununu müəyyən edən amillərdən biri həlledici siyasi rejimin mahiyyəti və rəsmi ideologiyadır. Sosial siyasətin məzmunu və onun insanların həyat səviyyəsini, fəaliyyətinin şəraitini yaxşılaşdırmağa ciddi təsiri ölkənin mövcud iqtisadi potensialından da çox asılıdır. Demoqrafik xidmət, səhiyyə, sosial təminat, insanın inkişafı kimi sahələr bir tərəfdən sosial siyasətin differensasiyalı istiqamətinin həyata keçirilməsinə zəmin yaradır, digər tərəfdən həyat tərzi, həyat səviyyəsi, həyat keyfiyyəti və b. haqqında hökumətə informasiya verilməsini təmin edir. Bir sözlə, sosial siyasət cəmiyyətin sosial inkişafının idarə olunmasına, insanların maddi və mənəvi tələbatının təmin edilməsinə və cəmiyyətin sosial differensasiyası prosesinin tənzimlənməsinə istiqamətlənən fəaliyyətdir. R.Barkerin «Sosial iş lüğəti» adlanan kitabında sosial siyasətə belə tərif verilir: «Sosial siyasət cəmiyyətin fəaliyyəti və prinsipi olmaqla fərdlər, qruplar, birliklər, sosial müəssisələr arasında münasibətləri tənzimləyən üsul formalaşdırır. Bu prinsiplər və fəaliyyət cəmiyyətin adət və ənənələrinin nəticəsidir və resursların bölüşdürülməsini və insanların rifah halının səviyyəsini xeyli müəyyənləşdirir» (5,s.41).
Dövlətin apardığı soial siyasətin xarakteri xeyli amillərdən asılıdır:
Birincisi, dövlətin öz ideologiyasında təcəssümünü tapan dövlətin öz xarakterindən, onun təbiətindən, baza dəyərləri sistemindən;
İkincisi, cəmiyyətin sosial strukturunun xüsusiyyətlərindən;
Üçünçüsü, milli iqtisadiyyatın resurslarından, başqa sözlə, bu və ya digər ölkənin iqtisadi inkişafının nəticələri ilə bağlı olan imkanlardan.
Müasir dünyada sosial siyasət müxtəlif subyektlər, hər şeydən əvvəl isə, dövlət tərəfindən həyata keçirilir. Lakin müasir inkişaf etmiş demokratik sistemlərdə sosial fəaliyyət yalnız dövlətlə məhdudlaşmır, həmin fəaliyyət prosesinə eləcə də digər «oyunçular» qeyri-dövlət subyektləri də cəlb olunurlar. İctimai hərəkatlar və birliklər eləcə də vətəndaşların özü (vətəndaş təşəbbüskarlığı) cəmiyyətin bu və ya digər qruplarının maraqlarını ifadə etməkdə fəallıq göstərirlər.
İnkişaf etmiş demokratik ökələrdə «üçüncü bölmə» (kommersiya bölməsi, xüsusi və dövlət bölmələri) sayəsində dövlət xeyli sosial problemləri qaydaya salmağa nail olur. Bir sıra ölkələrdə ictimai maraqları formalaşdırmağı və reallaşdırmağı nəzərdə tutan qeyri kommersiya və qeyri dövlət təşkilatlarının sayı hər il artır.
Sosial siyasətin subyektləri arasında siyasi sistemin əhəmiyyətli elementlərindən olan siyasi partiyalar fərqlənir. Kütləvi siyasi partiyaların təzahürü ilə sosial siyasət onların proqramlarının ən əhəmiyyətli hissəsinə çevrildi. Belə ki, ikinci dünya müharibəsindən sonra «sol» qüvvələr, xüsusilə sosial-demokratik partiyaları öz hakimiyyətini möhkəmləndirdilər. Siyasi partiyalaşma cəmiyyətin siyasi sisteminin modernləşməsinin spesifik əhəmiyyətə, dəyərə malik olan istiqaməti kimi mənalanır. Təsadüfi deyil ki, sol qüvvələr XX əsrin 50-ci illərindən etibarən, idarəetmə imkanları əldə etdikdən sonra zəhmətkeşlərin sosial, siyasi və iqtisadi cəhətdən müdafiəsini bazar münasibətlərinin kortəbiiliyindən qorumağa xeyli səy göstərdilər.
Sosial siyasət dövlət tərəfindən müəyyənləşdirilən sosial proqram vasitəsilə reallaşır. Sosial proqramda şəraitin qiymətləndirilməsi, qərar, vəzifələrin həlli mərhələləri, hər mərhələnin reallaşdırılmasının konkret tədbirləri və üsulları müəyyənləşdirilir. Bir sözlə, sosial dövlətin başlıca rolu sosial təminatın maksimal reallaşması üçün şəraitin yaradılmasından ibarətdir.
Cəmiyyətin siyasi sisteminin modernləşməsinə xidmət baxımından sosial dövlətlə hüquqi dövlətin nisbətinin açıqlanması zəruridir. Sosial dövlət öz məqsədi və prinsiplərini hüquqi dövlət formasında həyata keçirir, lakin cəmiyyətin humanistləşməsi istiqamətində daha rasional fəaliyyət göstərir – şəxsiyyətin hüququnu genişləndirməyə və hüquqi nomraları daha ədalətli məzmunla tamamlamağa cəhd edir. Dövlət quruluşunun hüquqi və sosial prinsipləri arasında həm eynilik və eləcə də ziddiyyət mövcuddur. Onların eyniliyi ondan ibarətdir ki, hər biri fərdin rifahını təmin etməyə istiqamətlənir: birincisi – hakimiyyətə və bir-birinə münasibətdə vətəndaşın fiziki təhlükəsizliyi, fərdi azadlıq, ən başlıcası dövlətin müdaxiləsinin dəqiq həddinin müəyyənləşdirilməsinin köməyilə vətəndaşın siyasi və vətəndaşlıq hüququ və istibdada qarşı təminat, ikincisi – sosial təhlükəsizlik, azadlığın maddi şəraiti və hər bir insanın ləyaqətli mövcudluğu.Sosial dövlətlə hüquqi dövlət arasında ziddiyyət isə o zaman təzahür edir ki, hüquqi dövlət ictimai nemətlərin bölüşdürülməsinə, vətəndaşların maddi və mənəvi həyatının təmin olunmasına qarışır, axı sosial dövlət məhz bu məsələlərlə məşğul olur və bununla belə bazar iqtisadiyyatının xüsusi mülkiyyət, rəqabət, təşəbbüskarlıq, fərdi məsuliyyət kimi və digər əsaslarını sarsıtmağa cəhd etmir. İndiki şəraitdə demokratik dövlət hüquqi və sosial dövlətin əlaqələndirilməsi məqsədilə optimal tədbirlər tapmağa cəhd edir. Bunun üçün mühafizəkarlar adətən hüquqi dövlətə, sosial-demokratlar və ona yaxın olan liberallar isə məhz, sosial dövlətə daha çox üstünlük verirlər.
Siyasi sistemin modernləşməsinin, bütövlükdə siyasi inkişafın əhəmiyyətli istiqamətlərindən biri də sosial idarəetmə, dövlət idarəçiliyi və dünyəvi idarəetmədir.
İdarəetmə daha geniş anlayışdır. Bu anlayış obyektin vəziyyətini dəyişdirmək məqsədilə, ona bilavasitə təsir göstərmək vasitəsilə sistemin bir vəziyyətdən digərinə keçməsi prosesi kimi səciyyələnir. Sosial idarəetmə bu prosesdən onunla fərqlənir ki, müxtəlif sosial qüvvələrin fəaliyyətini əks etdirir, tənzimlənmənin şüurlu və öz-özünə yaranan üsulları ilə əlaqələndirilir. Sosial idarəetmə dedikdə sosial hadisə və proseslərin qanunauyğun inkişafı və fəaliyyətinin cəmiyyət tərəfindən şüurlu, məqsədyönlü formalaşdıran vəzifələrə tabe olması başa düşülür. Sosial idarəetmənin başlıca funksiyalarından biridir. Onun öz funksiyası isə cəmiyyətin və onun yarım sistemlərinin inkişaf tələblərinin reallaşmasını təmin etməkdən ibarətdir. Sosial idarəetmənin digər funksiyası və göstəricilərinin formalaşmasında, onun özündə meydana çıxan problemlərin fərqləndirilməsində, onun həlli metodlarının işlənib hazırlanmasında və tətbiqində, sosial münasibətlərin və proseslərin planlaşdırılan vəziyyətinin əldə olunmasında təzahür edir.
Cəmiyyətin şüurlu idarə olunması ictimai inkişafın qanunauyğunluqlarını dərk etmək, üzə çıxarmaq, rasional meyllərini müəyyənləşdirmək və cəmiyyətin irəliyə doğru hərəkətini bu meyllərə uyğun olaraq istiqamətləndirməkdir. İdarəetməni həyata keçirmək üçün obyektin strukturu haqqında təsəvvürə malik olmaq, bu strukturun modelini hazırlamaq, obyektin əlaqələrinin dəyişilməsi zərurətini nəzərə almaq vacibir.
Deməli, sosial dəyişikliklər və inkişaf prosesinin idarə olunmasında başlıca həlqə sosial məqsədlərdir. Bu məqsədlərdən hər biri idarəetmənin inkişaf səviyyəsinə müvafiq olaraq sosial məqsədlər iyerarxiyasında konkretləşir, onların reallaşması isə mövcud cəmiyyətə xas olan sosial proseslərin qanunauyğunluqları ilə şərtlənir (5,s.129-130).
Siyasi sistemin modernləşməsini ifadə edən digər çox əhəmiyyətli istiqamət dövlət idarəçiliyinin daim təkmilləşdirilməsidir. Bu eləcə də siyasi sistemin müasirləşməsinin xüsusi meyarlarından biri kimi səciyyələnir.
Dövlət idarəçiliyini geniş və dar mənada nəzərdən keçirmək lazımdır. Geniş mənada o, dövlət hakimiyyətinin siyasi-dövlət qərarlarının qəbul edilməsi və reallaşması vasitəsilə həyata keçirilməsidir, dövlət idarəçiliyi əks əlaqələr mexanizmini nəzərə almaqla, dövlətin ictimai proseslərə və hadisələrə, insanların münasibəti və fəaliyyətinə məqsədyönlü təsiridir. Bu kontekstdə dövlət idarəçiliyi sosial idarəetmənin formalarından biri kimi çıxış edir. Belə halda dövlət idarəçiliyinin mahiyyəti ümumi modernləşmənin xüsusiyyətlərini əks etdirir, yalnız siyasi inkişafın ifadəsi kimi nəzərə çarpmır.
Dövlət idarəçiliyi dar mənada dövlət idarəetmə orqanlarının inzibati, icraedici-səlahiyyətli fəaliyyəti kimi başa düşülür və cəmiyyətin həyat fəaliyyətində əlaqəli olan proseslərin, münasibətlərin tənzimlənməsinə istiqamətlənir və peşəkarlıqla həyata keçirilir.


Ədəbİyyat

1. Шестопал Е.Б. Очерки политической психологии. М, «Наука», 1990.
2. Доган М, Пеласси Д. Сравнительная политическая социология. М.Социально - политический журнал, 1994.
3. Пугачев В.П, Соловьев А.И. Введение в политологию. М. Аспект Пресс, 2010.
4. Əfəndiyev M. Siyasi və hüquqi təlimlər tarixi. Bakı, Elm, 2009.
5. Манхеум К.Диагноз нашего времени. М.Юнити, 1994.

 "Geostrategiya" jurnalı   № 02 (26) MART-APREL


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM