“Azlıq” anlayışı və multikulturalizm – Dünya və Azərbaycan təcrübəsi

11:03 / 16.06.2015

Niyaz Niftiyev,
doktorant

Etnik qrup - etnososial təhsil, xüsusi etnik, etnopsixoloji, etnomədəni, dil və dini əlamətlərə malikdir. Onun başa düşülməsi siyasi-hüquqi terminlərdə “milli azlıq” kimi şərh edilir. Beynəlxalq hüquqi aktlarda, BMT Konvensiyalarında “milli azlıq” və “etnik azlıq” (qrup) çox zaman adekvat kimi işlənilir. Müasir alimlərin böyük əksəriyyəti tərəfindən etnik qrupların bu tip xarakterik əlamət-ləri göstərilir: ümumi mədəni ənənələr, identiklik, xüsusi mədəni nailiyyətlər, spesifik sosial institutların olması, ümumi özünüaparma xarakteristikası, xüsu-si simvolik əlaqələr, irqi və fiziki yaxınlıq, ümumi ənənələr, din, mədəni dərke-dilmə, ümumi miqrasiya, ailə-nikah münasibətlərinin ümumi forması, ümumi dil və praktikada bütün göstərilən parametrlərə müxtəlif kombinasiyalarda rast gəlinir. Bunların hər biri ayrı-ayrılıqda mühüm əhəmiyyət daşıyır.
Beynəlxalq hüquqda “azlıq” anlayışı 1560-1648-ci illər arasında Avropada yaşanan protestant-katolik qarşıdurması ilə ortaya çıxmışdır. 1598-ci ildə Fransa kralı IV Henri tərəfindən qəbul edilən Nant Fərmanında və 1648-ci il Vestfal Sülh Sazişində protestant vətəndaşlarını əhatə edən hökmlərdə azlıq hüquqlarına da yer verilmişdir.
“Etnik” sözünün etimologiyasından bəhs edən Ronald Cakson qeyd edir ki, “etnik” sözü yunanca “ethnikos”dan törəmiş və cəmiyyətdə xarici qrup, yaxud, milliyyət mənasını ifadə edir. Latın dilində olan “ethnicus”, təkcə, “xarici” yox, həm də “bütpərəst” mənasında işlədilmişdir. Stebinzə istinad edən müəllif göstərir ki, “etnik” məfhumu hər iki mənanı özündə ehtiva edir. (1. 31)
İngilis dilində “etnik qrup”, “etniklik”, yaxud “etnik konflikt” söz və söz birləşmələri ümumi termin kimi işlədilsə də, irq və etniklik konsepsiyası sosial reallıqdan irəli gəlir. Çünki onların hər ikisi fərd və qrupların şüurunda dərin şəkildə kök salmışdır. (2. 1,5.)
Corc Qrasia “İrq, yoxsa etniklik” adlı əsərində bir sıra suallarla özünə müraciət edir: “İrq nədir? Etniklik nədir? Onların bir məfhum olduğunu güman edə bilərikmi? Hər iki məfhum əhəmiyyətli dərəcədə fərdi xüsusiyyətlərə malikdirmi? Bu terminləri bir-birinə bağlayan nədir? Onlar arasındakı bu əlaqələr sosial identiklik, cins, irqçilik, assimilyasiya, istismar, ədalət, qanun və dövlət siyasətinə aid olan əhəmiyyətli məsələlərə necə təsir edir?” və s. Müəllif irq və etniklik arasındakı fərqləri və oxşar cəhətləri müəyyənləşdirməyə və hər bir sualı ümumiləşdirilmiş qaydada cavablandırmağa çalışır. (3. 11)
Karmen Fot isə “Dil və etniklik” adlı kitabında etnikliyin linqvistika ilə əlaqəsindən bəhs edərək, etnosun mənşəyini fərqləndirməyə çalışır. (4. 7)
Bu gün “milli azlıq” anlayışının mahiyyətinə dünyada baş verən dərin siyasi-iqtisadi, xüsusən də qloballaşma prosesləri fonunda yenidən nəzər salmaqla, onun zənginləşdirilməsinə ehtiyac yaranmışdır. Çünki qloballaşma prosesləri həm də ölkələrin hüdudlarından kənarda yaşayan insan qruplarının sayca və məzmunca artmasını şərtləndirir. Etnik qrupların daha sıx toplaşdığı Avropada bu gün baş verən kardinal dəyişikliklərin müəyyən axara salınması üçün azlıqların (burada həm ənənəvi milli azlıqlar, həm də yeni milli azlıqlar - imiqrantlar - nəzərdə tutulur) qorunması və hüquqlarının təmin edilməsi məsələsinə yenidən baxılmasına ehtiyac yaranıb. Belə ki, dövlətin suverenliyinə ən böyük təhdid milli azlıqların hüquqlarının qorunmaması nəticəsində separatizmin yaranmasından başlayır və buna görə, dövlət suverenliyi və milli azlıqların hüquqlarının qorunması çox vacib məsələdir. (5. 179)
Milli eyniyyət məsələsinə toxunan Polşa alimi Anna Volf-Poveskanın fikrincə, yeni siyasi reallığın etiraf edilməsi elə real siyasi gerçəkliyin məna və məzmunca isbatıdır. Bu da ortaya çıxan mənzərənin tam və dolğun, həm də fərqli şəkildə canlandırılmasında eyniyyət təşkil edir: “Köhnə strukturların dağılmasından sonra bir çox yeni siyasətçilər millətçi arqumentlərə arxalanmağa başladılar. 1989-cu ildən başlayaraq, ayrı-ayrı qrup və dairələr üçün “millət” anlayışı birliyə və özünüdərkə çağıran yeganə kateqoriya idi. Amma Orta Avropada milli eyniyyət problemləri Sovet İttifaqı və Yuqoslaviyadakı kimi dramatik kolliziyalar (toqquşma, çarpışma – N.N.) yaratmamışdı”. (6. 18)
Vətəndaşlıq hüququ olan hər bir şəxsin, mənəviyyatca ona daha yaxın olan hər hansı milli və ya etnik qrupun üzvü olmağa subyektiv hüququ var. Azlıq, qrup hüququnun subyektidir. Belə bir təyinetmə üçün şəxsin mənşəyini bilmək, yaxud, hər hansı bir başqa vasitə lazım deyil. Dövlətlər bəyan edir ki, onun ərazisində etnik və ya hər hansı təyinetmə ayrı-seçkiliyə səbəb ola bilməz. (7)
Milli azlıqlar müxtəlif xalq və millətləri təşkil edən etnik birlikdən qopmuş, etnik proseslər zamanı xüsusi forma və məzmun kəsb etmiş ayrıca etnik qurumlardan ibarətdir. Hər bir etnik azlığın öz dili, adət-ənənəsi və mənəvi birliyi mövcuddur. Etnik azlıq, adətən, müəyyən bir ərazidə kompakt halda yaşayır. Etnik azlıq üçün səciyyəvi olan bu xüsusiyyətlər onun başqa xalq və millətlərlə qaynayıb-qarışmasına heç də mane ola bilməz. Eyni zamanda, etnik azlıqlar, tarixən, baş verən proseslər nəticəsində öz keçmiş etnik əlamətlərini saxlamaqla bərabər, qonşu xalq və millətlərdən də müəyyən əlamətlər və xüsusiyyətlər əxz edə bilər. Bu mənada respublikamızda yaşayan etnik azlıqlar da istisna təşkil etmirlər. (8)
Son illərdə respublikamızda ictimai və humanitar elmlər sahəsində tez-tez işlənən, lakin əslində məfhumun dərindən ehtivasına, məna çalarına diqqət yetirilməyən terminlər çoxdur. Bu baxımdan, “milli azlıqlar”, “azsaylı xalqlar”, “etnik qruplar”, “etnik azlıqlar”, “etnoqrafik qruplar” xüsusi qeyd olunmalıdır.
Professor Vaqif Arzumanlı, xüsusən, bu məsələyə diqqət çəkərək yazırdı ki, “millət”, “xalq”, “azsaylı xalq”, “milli azlıq”, “etnik azlıq” məfhumları yeni yaranan terminlər deyil, həm də öz məna çaları baxımından nə dünənin, nə də bu günün reallığı ilə izah edilə bilər: “Bu terminlər müxtəlif dövrlərdə ayrı-ayrı tayfaların xalq, ayrı-ayrı xalqların tədricən millət kimi formalaşması prosesi nəticəsində meydana gəlmişdir. Dünya ictimaiyyətinin bu terminlər haqqında kifayət qədər aydın və dəqiq təsəvvürləri vardır. Elə bizim respublikada kifayət qədər olmasa da, müəyyən mənada bu məsələyə maraq və onun izahı yeni problem deyil, müxtəlif vaxtlarda az-çox öyrənilib, ayrı-ayrı müəlliflər tərəfindən araşdırılıb. (11. 18)
Ziya Göyalp millətə tərif verərək yazırdı ki, “millət ümumi dili, dini, əxlaqı, mədəniyyəti olan insanların eyni dərəcədə aldığı tərbiyənin məcmusuna deyilir”. (12. 27)
Elmi ədəbiyyatda “etnos” və “irq” anlayışlarının mənasına dair mübahisələr demək olar ki, həmişə mövcud olmuşdur. Bəzi müəlliflərə görə, bu əlamətləri “irq” də daşıya bilər. Məsələn, İngiltərə mədəni antropologiya məktəbi “etnik azlıq” və “milli azlıq” anlayışlarının sərhədlərini müəyyənləşdirməkdə çətinlik çəkir. (14. 495, 498)
Bu terminlər bəzən qarışıq salınır və düzgün izah olunmur, bəzən isə onların arasında mövcud fərqlərə heç bir məhəl qoyulmur. Nəticədə, milli məsələlərlə bağlı problemlərə qeyri-obyektiv mövqedən yanaşılır, bir sıra reallıqlar və tarixi gerçəkliklər təhrif olunur.
Tarixi kateqoriya olan millət insanların tarixi birliyidir. Xalqın tədricən millətə çevrilməsi daha çox kapitalizmin meydana gəlməsi, kapitalizm inkişaf mərhələ-sinə keçilməsi ilə bağlıdır. Bu zaman xalqı millət kimi formalaşdıran əsas amillər ümumi ərazi, dil, mədəniyyət, iqtisadi və mənəvi həyat birliyi hesab olunur.
Azərbaycanın görkəmli ziyalısı Əhməd bəy Ağaoğlu milləti ictimai birliyin ali, fövqəltarixi və fövqəlsinifi forması hesab edir. Lakin o, müasiri və qələm yoldaşı olan mütəfəkkirlərdən bir sıra məsələdə müsbət mənada fərqlənir. Onun qənaətinə görə, özünə ehtiram tələb etməklə bərabər, başqalarının duyğu və düşüncələrinə də hörmət bəsləmək həqiqi millətçi üçün vacib şərtdir. Yalnız, belə olduqda “mədəni bir dövlətdə bir neçə millət yola gedə bilər”, “tərəqqi və əxlaqın ali idealları” onların arasında “bağlayıcı halqa” olar: o ideallar ki, milli dövlət quruluşunun əsasını təşkil edir. (15. 127, 128)
Yer kürəsində yaşayan xalqların sayı mövcud dövlətlərin sayından dəfələrlə çoxdur. Ayrı-ayrı mənbələrdə, təxminən, 3500-dək xalq, millət və etnik qrupun yaşadığı və onların sayının 7, hətta, 10 min olması məlumatlarına rast gəlinir. Onlar 200-dən bir qədər çox dövlətdə məskunlaşıblar. Rusiyanın “Respublika” Nəşriyyatının 1999-cu ildə buraxdığı “Dünya ölkələri” sorğu kitabında 230-a yaxın ölkə haqqında məlumat verilir.
Sovetlər Birliyi dağıldıqdan az sonra Rusiya ərazisində millətlərarası münaqişələrin yüksələn templə sayı artmağa başladı. Burada başlıca səbəb isə, əsasən, bəzi etnik qrupların inzibati ərazi vahidlərinin məskunlaşmalarına uyğun şəkildə dəyişdirilməsi tələbi ilə çıxış etmələri oldu.
“Azlıq” anlayışının qısa xarakteristikası ilə yanaşı, son dövrlər dünyanın ictimai-siyasi, sosial-mədəni gündəminə nüfuz edən multikulturalizm anlayışı və bu problemə Azərbaycan, habelə yaxın-uzaq digər ölkələrdə münasibət barədə bəzi qeydləri diqqətə çatdırırıq. Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır.
Təhrif olunmuş və ümumiyyətlə qəbul edilməyən tendensiyalarda biri də multikulturalizmin yüksək inkişaf etmiş ölkələrə xas olmasının irəli sürülməsidir. Təcrübə göstərir ki, əksinə belə ölkələrdə mültikulturalizm heç də uğur qazanmayıb. Almaniya, Fransa və Böyük Britaniya kimi ölkələrin liderləri dəfələrlə bəyan (sentyabr, 2010-cu il) ediblər ki, onların ölkələrində multikulturalizm tənəzzülə uğramışdır və bu ideya milli identikliyin zəifləməsinə gətirib çıxarmışdır.
“Multikulturalizm” (ingilis dilindən hərfi tərcümədə “çoxlu mədəniyyətlər” deməkdir) termini siyasi leksikona ilk dəfə 1970-ci ildə Avstraliyada immiqrasiya naziri vəzifəsində çalışmış Al Kresbi tərəfindən daxil edilib. O, anqlo-saksonlarla yeni avstraliyalılar arasındakı nifaqın aradan qaldırılmasına səy göstərib. 1979-cu ildə hökumət Mədəni Müxtəlifliyin Problemləri üzrə Avstraliya İnstitutunu, 1987-ci ildə isə Multikulturalizm Problemləri Komitəsini yaradıb.
1960-cı illərin ortalarından etibarən ABŞ anqlo-saksonları immiqrantlarla bir yerə qatan bir növ “əridici qazan” (“melting pot”) rolunu oynayırdı. Bu “qazanda” anqlo-saksonlar üstün mövqeyə malik idilər. Lakin bir müddət keçdikdən sonra vəziyyət tamamilə dəyişdi. “Əridici qazan” proqramı multikulturalizm ideologiyası ilə əvəz olundu. Bunun əsas səbəbi “Vətəndaş Hüquqlarına dair Qanun” (1964) və “İmmiqrasiya haqqında Qanun”un (1965) qəbul edilməsi olmuşdu.
İsveçin multikultural siyasətinin əsas istiqamətləri – dil və təhsil strategiyalarıdır. Bu strategiyalar immiqrantları həm öz doğma dillərini, həm də İsveç dilini öyrənməyə sövq edir. İsveç hökuməti ölkədəki mədəni müxtəlifliyə vacib və zəruri olan bir reallıq kimi yanaşır. .
Kanadada multikultural cəmiyyətin formalaşması 1960-cı illərə təsadüf edir. Kanada hökuməti əhalinin irqi, etnik və konfessional müxtəlifliyini qəbul edirdi ki, bu da Kanada cəmiyyətinin əsas milli xüsusiyyətinə çevrilmişdi.
İspaniyada milli azlıqlar məsələsi qonşularına nisbətən daha da ağır formadadır. Əgər Fransa və ya İtaliyada milli azlıq özünün həm italyan, həm də kataloniyalı olduğunu qəbul edirsə, İspaniyada katalon yalnız ölüm hədə-qorxusu ilə ispanca danışa bilər. Hər il 11 sentyabr tarixində milyona qədər kataloniyalı zolaqlı sarı-qırmızı bayrağı çiyinlərinə taxaraq bütün Barselona küçələrinə axışıb Madridə və dünyaya ispan olmadıqlarını bəyan edirlər.
Keçmiş postsovet ölkələri sırasında Qazaxıstanın da istər milli, istərsə də beynəlxalq səviyyədə mədəniyyətlərin və sivilizasiyaların yaxınlaşması sahəsindəki fəaliyyəti təqdirəlayiqdir. Müstəqillik illərində ölkədə etnik və dini bərabərliyinin effektiv-hüquqi bazası yaradılıb.
Ukrayna monomilli dövlət kimi tanınırdı. Ölkədə etnik ukraynalıların bir hissəsi öz doğma dilində danışır, ukrain icmasının bir hissəsi isə rusdillidir. Karpatda kompakt şəkildə macar milli azlığı, Çernovits əyalətində isə rumın və moldav milli azlıqları yaşayır. Ölkədə bir-biri ilə rəqabət aparan üç pravoslav kilsələrinin hər biri özünəməxsus regional təsir arealı ilə fərqlənir. Bu gün Ukraynada vəziyyət daha acınacaqlıdır. Krım və ölkənin şərqində (Donetsk, Luqansk) yaşayan ruslar qiyam edərək mərkəzdən (Kiyevdən) ayrılmaq kimi tələblərlə çıxış edirlər.
Ermənistan öz monoetnik strukturu və irqçi dövlət siyasəti ilə ciddi təhlükə mənbəyinə çevrilməkdə davam edir. Multikulturalizm ideyaları o yerdə mümkündür ki, orada milli azlıqlar bərabər və tolerant şəraitdə yaşasınlar. Öz ərazisində yaşayan bütün millətləri demək olar ki, sıxışdırıb çıxaran Ermənistan, işğal etdiyi Azərbaycan torpaqlarında da geniş miqyaslı etnik təmizləmə siyasəti aparıb. Eyni zamanda gürcülər və digər milli azlıqlarla bağlı tez-tez problemlər yaşayırlar. Belə olan halda bu ölkədə multikulturalizmdən danışmaq qeyri-mümkündür. 1990-cı illərdən sonra hökumətin milli azlıqlarla bağlı siyasəti tədqiq ediləndə onlara qarşı ciddi təzyiq göstərildiyi məlum oldu. Xüsusilə son zamanlarda yezidilərə qarşı etnik zəmində ayrı-seçkilik daha aydın hiss edilir. Avropa Şurasının Nazirlər Komitəsi 2003-cü ilin yanvarın 21-də Ermənistanda etnik azlıqların hüquqlarının qorunması ilə bağlı bu ölkə-nin rəhbərliyinə xüsusi tövsiyələr verən sənəd qəbul etmişdir. Sənəd Milli azlıq-ların müdafiəsi Konvensiyası çərçivəsində keçirilən monitorinq əsasında hazırlanmışdır. Məruzədə Ermənistanda haqları qorunmalı olan xalqlardan yuxarıda qeyd etdiyimiz yezidi kürdlərin və assuriyalıların adları çəkilirdi. Təəssüflər olsun ki, Ermənistanda yaşayan azərbaycanlıların ölkədən qovulma-ları barədə faktlar sənəddə yer almamışdı.
Gürcüstanın özündə də vəziyyət ürəkaçan deyil. Gürcüstan 1999-cu ildə Avropa Şurasına qəbul olunarkən öhdəliklərdən ən əsası Axısxa türklərinin Gürcüstana dönməsi idi. Öhdəliyə görə, Gürcüstan iki il ərzində Reabilitasiya və Repatriasiya barədə Qanun qəbul etməli, 10 il ərzində isə problem həllini tapmalı idi. Axısxa türklərinin geri qaytarılması ilə bağlı dəfələrlə komissiya yaradılsa və dövlət proqramları təsdiq olunsa da, bu məsələnin həlli istiqamətində də önəmli addımlar atılmadı. Bildiyiniz kimi, 90-cı illərin əvvəllərindən Axısxa türklərinin milli hərəkatının ən fəal mərkəzi məhz Azərbaycanda formalaşdı. Gürcüstanda azərbaycanlıların özləri ilə bağlı da ciddi problemlər yaşanmaqdadır. Xüsusi ilə Azərbaycanlılar yaşayan bölgələrdə infrastruktur, iqtisadi və sosial-mədəni inkişaf, orta təhsil yaxşı səviyyədə deyil. Daha doğrusu Azərbaycanda yaşayan gürcülər və gürcü mənşəli ingiloyların yaşayış səviyyəsindən müqayisə olunmaz dərəcədə aşağıdır.
Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Azərbaycanda mövcud olan multikultural mühitin yaradılmasında Ulu öndər Heydər Əliyevin atdığı addımlar, Prezident İlham Əliyevin Azərbaycan multikulturalizmi modelini dünyaya xalqımızın sahib olduğu sərvət kimi təqdim etməsi barədə kifayət qədər faktlar var. Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlərin icrasına başlayıb. “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri yaradılıb və hər iki fənn üzrə tədris proqramları hazırlanaraq Təhsil Nazirliyində təsdiq olunub. Multikulturalizm Mərkəzi xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparıb və ilkin mərhələdə 10-a yaxın universitet təklifi müsbət qarşılayıb. Hazırda 7 xarici ölkə universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Mərkəz “Azərbaycan multikulturalizmi” fənninin tədrisi ilə bağlı Vürsburq Universiteti (Almaniya), Frayburq Universiteti (İsveçrə), Sakarya Universiteti (Türkiyə), Doğu Akdeniz Universiteti (Şimali Kipr Türk Respublikası), Lutsk Milli Texniki Universiteti (Ukrayna) rəsmi müraciətlərini göndərib, Vatikan Sileza Universiteti (İtaliya), Auqsburq Universiteti (Almaniya) və İNALCO Universiteti (Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutu, Fransa) ilə danışıqlar aparır.
Mərkəzin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində yaxın gələcəkdə həm xaricdə, həm də ölkəmizdəki ali təhsil ocaqlarında “Multikulturalizmə giriş”, “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha da genişlənəcək və Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsü öz real həllini tapacaq.


Ədəbİyyat:

1. Ronald L. Jackson. The Negotiation of Cultural Identity: Perceptions of European Americans and African American, Greenwood Publishing Group, 1999, səh-31.
2. Thomas H.Eriksen. Ethnicity and Nationalism, Pluto Press , 2002, səh-1-5.
3. Jorge J.Gracia. Race or Ethnicity?: On Black and Latino Identity. Cornell Univ.Press, 2007, səh-11.
4. Carmen Fought. Language and Ethnicity. Cambridge Univ. Press, 2006, səh-7.
5. Məmmədov A. “Avropa İttifaqı və Azərbaycan hüququnda “milli və dini azlıqlar” problemi”, “Strateji təhlil” jurnalı, səh-179, say 2 (9), 2014.
6. “III SEKTOR” nəzəri, ictimai, informativ demokratiya jurnalı, 5-ci say, yaz-2004, səh-18.
7. Etnik Azlıqların İctimai Həyatda Fəal İştirakı Üzrə Lund tövsiyəsi. 1998.
8. http://az.wikipedia.org
11. “Qanun” jurnalının Milli Azlıqlarla bağlı Xüsusi Buraxılışı, № 6, yanvar 1998, səh-18, 22, 26, 10-11., 15., 23.,
12. Ziya Göyalp. Türkçülüyün əsasları. Bakı - 1991. səh-27.
14. Большой толковый социологический словарь. В 2 –x t. Том 2. Перевод с английского. 2000, стр-495, 498.
15. Mirəhmədov Ə. Əhməd bəy Ağaoğlu. Bakı-2014, səh- 127-128.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM