Tə­bii eh­tiyat­la­rın pay­lan­ma­sın­da və fay­da­lı qa­zın­tı ya­taq­la­rı­nın ax­ta­rı­şın­da rel­ye­fin ro­lu

11:20 / 11.08.2015

Tə­bii eh­ti­yat­lar­la rel­yef ara­sın­da­kı möv­cud qar­şı­lıq­lı və qa­nu­na­uy­ğun əla­qə mü­rək­kəb rel­yef­li dağ­lıq əra­zi­lər­də, o cüm­lə­dən Azər­bay­can­da özü­nü da­ha dol­ğun tə­za­hür et­di­rir. Bu­ra­da rel­ye­fin son də­rə­cə mü­rək­kəb­li­yi və tə­zad­lı­ğı ilə ya­na­şı dağ­lıq sis­tem­lə­rin xey­li yük­sək­li­yə ma­lik ol­ma­sı, ova­lıq­la­rın qis­mən dün­ya okea­nı sə­viy­yə­sin­dən aşa­ğı­da yer­ləş­mə­si tə­bii eh­ti­yat­la­rın müx­tə­lif­li­yi­nə və əra­zi üz­rə pay­lan­ma­sı qa­nu­na­uy­ğun­lu­ğu­na tə­sir edən baş­lı­ca amil­lər­dən­dir. Bu ba­xım­dan əra­zi­nin əsas iri oroq­ra­fik va­hid­lə­ri­ni təm­sil edən Bö­yük və Ki­çik Qaf­qa­zın, Ta­lı­şın və Kür-Araz da­ğa­ra­sı çö­kək­li­yi­nin en­lik, Xə­zər də­ni­zi­nin isə uzun­luq is­ti­qa­mət­də səmt­ləş­mə­si xü­su­si rol oy­na­yır.
Fi­zi­ki-coğ­ra­fi şə­rai­tin və onun ay­rı-ay­rı ün­sür­lə­ri­nin ya­ran­ma­sı və in­ki­şa­fın­da özül ro­lu oy­na­yan rel­ye­fin müx­tə­lif­li­yi və onu mü­rək­kəb­ləş­di­rən mor­fost­ruk­tur və mor­fos­kulp­tur­la­rın mü­rək­kəb­li­yi ilə əla­qə­dar ola­raq res­pub­li­ka­mız tə­bii eh­ti­yat­lar­la xey­li zən­gin­dir. Bu­ra­da on­la­rın de­mək olar ki, ək­sə­riy­yə­ti – me­teo­ro­lo­ji (iq­lim, kü­lək, gü­nə­şin is­ti­lik ener­ji­si), tor­paq, bio­lo­ji (bit­ki, hey­va­nat), hid­ro­lo­ji (çay, göl, bu­laq, ye­ral­tı su­lar), mi­ne­ra­lo­ji (kar­bo­hid­ro­gen, me­tal­lik və qey­ri-me­tal­lik, oda­da­vam­lı və s. ma­te­ri­al­lar) və s. eh­ti­yat­la­rı möv­cud­dur.
Azər­bay­ca­nın ümu­mi iq­lim xü­su­siy­yət­lə­ri qlo­bal at­mos­fer döv­ra­nı və coğ­ra­fi şə­ra­it­lə mü­əy­yən­ləş­sə də, onun bu qə­bil­dən olan eh­ti­yat­lar­la zən­gin­li­yi xey­li də­rə­cə­də rel­yef­lə əla­qə­dar­dır. Be­lə ki, mə­lum iq­lim tip­lə­ri­nin ək­sə­riy­yə­ti­nin əra­zi­miz­də ya­yıl­ma­sı­nın əsas sə­bə­bi də rel­yef xü­su­siy­yət­lə­ri­nin müx­tə­lif­li­yi­dir. İs­tər mak­ro- və me­zo, is­tər­sə də mik­ro­iq­lim şə­rai­ti­nin müx­tə­lif­li­yi ilə əla­qə­dar ola­raq, res­pub­li­ka­mız­da Xə­zər də­ni­zi sa­hil­lə­rin­dən baş­la­ya­raq yük­sək dağ­lı­ğa qə­dər ge­niş rek­rea­si­ya şə­bə­kə­si­nin və kənd tə­sər­rü­fa­tı­nın müx­tə­lif sa­hə­lə­ri­nin in­ki­şaf et­di­ril­mə­si im­ka­nı var­dır.
Eko­lo­ji cə­hət­dən tə­miz, la­kin öl­kə­miz­də tam is­ti­fa­də olun­ma­yan tü­kən­məz ener­ji mən­bə­yi he­sab edi­lən kü­lək­lə­rin tə­bii eh­ti­yat xas­sə­si, əsa­sən, on­la­rın sü­rə­ti və il ər­zin­də da­va­miy­yə­ti ilə mü­əy­yən­ləş­di­ri­lir. Bu ba­xım­dan kü­lə­yin or­ta il­lik sü­rə­ti­nin 3 m/san-dən yu­xa­rı ol­du­ğu şə­ra­it­də elekt­rik mü­hər­ri­ki­ni iş­lət­mə­si, hə­min kə­miy­yə­tin isə res­pub­li­ka əra­zi­sin­də 4-9 m/san təş­kil et­mə­si öl­kə­mi­zin yük­sək kü­lək ener­ji­si eh­ti­ya­tı­na ma­lik ol­du­ğu­na də­la­lət edir. Kü­lək eh­ti­yat­la­rı, ümu­miy­yət­lə, res­pub­li­ka əra­zi­si­nə bü­tün is­ti­qa­mət­lər­dən da­xil olan ha­va küt­lə­lə­ri ilə əla­qə­dar ol­sa­lar da, on­la­rın müx­tə­lif­li­yi və əra­zi üz­rə pay­lan­ma­sı xü­su­siy­yə­ti rel­ye­fin tə­si­ri al­tın­da for­ma­la­şır. Bu­ra­da rel­ye­fin şərq is­ti­qa­mət­ində al­ça­la­raq Xə­zər də­ni­zi­nə doğ­ru açıl­ma­sı, dağ­lılq sis­tem­lə­rin en­lik is­ti­qa­mət­də uzan­ma­sı­nın do­ğur­du­ğu bar­yer (ma­neə) və elə­cə də Kür və Araz çay­la­rı va­di­lə­ri­nin “dəh­liz” ef­fek­ti mü­hüm rol oy­na­yır.
Ab­şe­ron ya­rı­ma­da­sı xey­li mə­sa­fə­də Xə­zə­rin içə­ri­lə­ri­nə doğ­ru uzan­dı­ğın­dan hər tə­rəf­dən ha­va küt­lə­lə­ri axın­la­rı­na açıq qa­lır və nə­ti­cə­də bö­yük kü­lək eh­ti­ya­tı ilə sə­ciy­yə­lə­nir. Dağ­lıq əra­zi­lər­də kü­lə­yin is­ti­qa­mə­ti və şid­də­ti on­la­rın yük­sək­li­yi ilə ya­na­şı sil­si­lə­lə­rin, dağ­da­xi­li çö­kək­lik­lə­rin və elə­cə də çay də­rə­lə­ri­nin uzan­ma is­ti­qa­mə­ti, ya­mac­la­rın səmt­li­yi və də­rin aşı­rım­la­rın möv­cud­lu­ğu ilə əla­qə­dar­dır.
Gü­nəş ener­ji­si eh­ti­ya­tı gös­tə­ri­ci­lə­ri­nin (gü­nəş­li sa­at­la­rın miq­da­rı, gü­nəş ra­dia­si­ya­sı­nın cə­mi, ra­dia­si­ya ba­lan­sı) baş­qa fi­zi­ki - coğ­ra­fi amil­lər­lə ya­na­şı, əsa­sən, ra­dia­si­ya qra­di­en­ti kə­miy­yə­ti (100 m-də, 0,8 kkal/sm²) ilə mü­əy­yən­ləş­di­ril­di­yin­dən onun pay­lan­ma­sın­da rel­yef mü­hüm rol oy­na­yır. Be­lə ki, il ər­zin­də­ki gü­nəş­li sa­at­la­rın miq­da­rı Kür-Araz çö­kək­li­yin­də və Ab­şe­ron-Qo­bus­tan böl­gə­sin­də dağ­lıq əra­zi­lə­rə nis­bə­tən xey­li yük­sək­dir. Bu kə­miy­yət dağ­lıq əra­zi­lər­də 1900-2200, Kür-Araz çö­kək­li­yi və Ab­şe­ron-Qo­bus­tan­da 2200-2500, Or­ta Araz çö­kək­li­yin­də isə 2500-2900 saa­ta ça­tır.
Gü­nəş ra­dia­si­ya­sı­nın il­lik miq­da­rı da res­pub­li­ka­nın rel­ye­fi ilə əla­qə­dar ola­raq qey­ri-bə­ra­bər pay­lan­mış­dır. Onun kə­miy­yə­ti da­ğə­tə­yi qur­şaq­dan (120-130 kkal/sm²) is­tər yük­sək dağ­lı­ğa (140-145 kkal/sm²), is­tər­sə də ova­lı­ğa doğ­ru (130-135 kkal/sm²) ar­tır. Ra­dia­si­ya­nın yük­sək kə­miy­yə­ti ilə fərq­lə­nən Nax­çı­van böl­gə­sin­də (145-160 kkal/sm²) onun ən bö­yük qiy­mə­ti yük­sək dağ­lıq­da mü­şa­hi­də edi­lir. Ra­dia­si­ya­nın pay­lan­ma­sın­da qeyd olu­nan ano­mal­lıq rel­ye­fin tə­si­ri ilə ya­ra­nan xü­su­si hal­la-bu­lud­luq re­ji­mi ilə əla­qə­dar­dır­sa, onun yük­sək qiy­mə­ti əra­zi­nin kon­ti­nen­tal­lı­ğı ilə əla­qə­dar­dır.
Azər­bay­can, əsa­sən, ye­ral­tı is­ti su­lar­la təm­sil olun­muş bö­yük yer­da­xi­li ener­ji eh­ti­ya­tı­na ma­lik­dir. Hə­min su­lar la­ya­ra­sı və çat su­la­rı şək­lin­də möv­cud­dur. La­ya­ra­sı su­lar dü­zən­lik və qis­mən də dağ­lıq əra­zi­lə­rin sink­li­no­ri­um çö­kək­lik­lə­rin­də adə­tən yer tə­ki­nin mə­həl­li is­ti­lik sa­hə­lə­ri, çat su­la­rı isə maq­ma­tik fəa­liy­yə­tin qa­lıq is­ti­li­yi ilə əla­qə­dar ola­raq for­ma­la­şır. La­ya­ra­sı su­la­rın ge­niş in­ki­şaf et­di­yi sa­hə­lər­dən bi­ri Kür çö­kək­li­yi və Ab­şe­ron ya­rı­ma­da­sı ar­te­zi­an höv­zə­lə­ri he­sab olu­nur ki, bu­ra­da su­yun hə­ra­rə­ti 150ºC-yə ça­tır.
Yük­sək tem­pe­ra­tur­lu su­la­rın tə­bii çı­xış­la­rı Ki­çik Qaf­qaz­da Kəl­bə­cər, La­çın ra­yon­la­rın­da və Nax­çı­van MR-da, Ta­lış zo­na­sın­da Lən­kə­ran, Ma­sal­lı, Bö­yük Qaf­qaz­da Qax, Qə­bə­lə, Qu­ba və baş­qa ra­yon­lar­da möv­cud­dur.
Müx­tə­lif tə­bii amil­lə­rin qar­şı­lıq­lı əla­qə­si­nin və tə­si­ri­nin məh­su­lu olan tor­paq­lar əra­zi­də ya­yıl­mış sü­xur­la­rın və on­lar­dan təş­kil olun­muş rel­ye­fin əsa­sın­da ya­ra­nır. Bu ba­xım­dan Azər­bay­ca­nın tor­paq eh­ti­yat­la­rı xey­li zən­gin­li­yi ilə sə­ciy­yə­lə­nir. Bu­ra­da tə­bii şə­rai­tin, ilk növ­bə­də rel­ye­fin mü­rək­kəb­li­yi ilə əla­qə­dar ola­raq xey­li tor­paq nö­vü əmə­lə gəl­miş­dir. On­lar rel­ye­fin ya­rat­dı­ğı şa­qu­li zo­nal­lıq qa­nu­na­uy­ğun­lu­ğu­na ta­be ol­maq­la də­yi­şi­lə­rək də­niz sa­hi­li qum­lu tor­paq­lar­dan tut­muş, yük­sək ­dağ­lıq­da­kı torf­lu və ib­ti­dai dağ-çə­mən tor­paq­la­rı­na­dək ge­niş ge­ne­tik sı­ra­nı əha­tə edir.
Azər­bay­ca­nın zən­gin bio­lo­ji eh­ti­yat­la­rı­nın da pay­lan­ma­sın­da rel­ye­fin ro­lu aş­kar tə­za­hür edir. Dağ­lar, dü­zən­lik­lər və elə­cə də hər bir yük­sək­lik qur­şa­ğı özü­nə­məx­sus bit­ki və hey­va­nat alə­mi ilə fərq­lə­nir. Me­şə­lər yük­sək dağ­lıq­da in­ki­şaf edə bil­mə­di­yi ki­mi, yük­sək dağ­lı­ğın da su­balp və alp çə­mən­lik­lə­ri üçün sə­ciy­yə­vi olan bit­ki­lə­rə baş­qa əra­zi­lər­də tə­sa­düf edil­mir. Qaf­qaz kə­li, dağ ke­çi­si, qa­ra­pa­ça, qar sı­çan­la­rı, qar­tal­lar və s. yal­nız yük­sək dağ­lıq­da, qa­mış pi­şi­yi, cey­ran, an­qut, vağ və baş­qa hey­van və quş­lar isə yal­nız dü­zən­lik­lər­də məs­kun­la­şır­lar.
Azər­bay­ca­nın su eh­ti­yat­la­rı­nın pay­lan­ma­sın­da rel­yef hər şey­dən əv­vəl mən­şə və yük­sək­lik möv­qe­yin­dən tə­sir gös­tə­rir. Dağ­lıq əra­zi­lər­də rel­ye­fin par­ça­lan­ma­sı və ener­ji kə­miy­yət­lə­ri­nin yük­sək ol­ma­sı ilə əla­qə­dar ola­raq su­lar is­tər sət­hi, is­tər­sə də ye­ral­tı axım­lar əmə­lə gə­ti­rə­rək sa­bit eh­ti­yat­lar ya­rat­mır­lar. Bu cə­hət­dən müx­tə­lif mən­şə­li dağ göl­lə­rin­də və buz­laq­lar­da möv­cud olan su eh­ti­yat­la­rı is­tis­na təş­kil edir.
Kür-Araz dep­res­si­ya­sı­nın sink­li­nio­rum struk­tur­la­rı­na mü­va­fiq gə­lən ak­kum­lia­tiv dü­zən­lik­lə­rin su eh­ti­yat­la­rı isə ar­te­zi­an su­la­rı ilə əla­qə­dar­dır. Bun­lar zə­if və ya son də­rə­cə zə­if axım­lı bö­yük su eh­ti­yat­la­rı­nı ya­ra­dır­lar. Be­lə­lik­lə Azər­bay­ca­nın su eh­ti­yat­la­rı dağ­lıq əra­zi­lər­də buz­laq­lar, göl­lər, bu­laq­lar və çay­lar, dü­zən­lik əra­zi­lər­də isə ye­ral­tı su­lar, çay­lar və göl­lər­lə əla­qə­dar­dır.
Azər­bay­ca­nın ən mü­hüm tə­bii eh­ti­yat­la­rı­nı təş­kil edən fay­da­lı qa­zın­tı­lar və rel­yef ey­ni mən­şə­li ol­du­ğun­dan on­la­rın ara­sın­da qa­nu­na­uy­ğun əla­qə möv­cud­dur. Bu əla­qə hə­min qa­zın­tı­la­rın mü­əy­yən rel­yef for­ma­la­rı ilə bağ­lı­lı­ğın­da və on­la­rın əra­zi üz­rə pay­lan­ma­sın­da özü­nü gös­tə­rir.
Bu ba­xım­dan bə­zi ti­kin­ti ma­te­ri­al­la­rı (çın­qıl, qum,gil) ya­taq­la­rı, əsa­sən, dü­zən­lik əra­zi­lər üçün sə­ciy­yə­vi­dir. Sə­pin­ti ya­taq­la­rı dağ­lıq əra­zi­lər­də ak­ku­mul­ya­si­ya­nın üs­tün­lük təş­kil et­di­yi dağ­da­xi­li çö­kək­lik­lər­də, da­ğə­tə­yi dü­zən­lik­lər­də və elə­cə də ter­ras və dü­zəl­mə səth­lə­rin­də, neft-qaz ya­taq­la­rı isə dep­res­si­on dü­zən­lik­lər­də, me­tal və qey­ri-me­tal fay­da­lı qa­zın­tı­lar çox hal­da dağ­lıq əra­zi­lər­də aş­kar edi­lir.
Tə­bii sər­vət­lər­lə zən­gin olan res­pub­li­ka­mız­da mi­ne­ral eh­ti­yat­la­rın aş­kar edil­mə­sin­də və öy­rə­nil­mə­sin­də geo­mor­fo­lo­gi­ya el­mi­nin mü­va­fiq üsul­la­rın­dan, o cüm­lə­dən struk­tur-geo­mor­fo­lo­ji, mor­fost­ruktur, mor­fo­se­ne­tik, mor­fo­met­rik, pa­leo­geo­mor­fo­lo­ji və s. ge­niş is­ti­fa­də olu­nur.
Rel­yef haq­qın­da el­mi fi­kir­lə­rin və geo­mor­fo­lo­ji təd­qi­qat üsul­la­rı­nın xalq tə­sər­rü­fa­tın­da tət­bi­qi onun baş­qa sa­hə­lə­ri ilə ya­na­şı neft-qaz, fi­liz və sə­pin­ti ya­taq­la­rı­nın proq­no­zu ax­ta­rı­şı və kəş­fiy­ya­tın­da mü­hüm əhə­miy­yət kəsb edir. Bu ba­xım­dan ön­dağ və dağ­da­xi­li çö­kək­lik­lər­də möv­cud olan bas­dı­rıl­mış neft­li-qaz­lı struk­tur­la­rın aş­kar edil­mə­sin­də struk­tur-geo­mor­fo­lo­ji üsul­la­rın tət­bi­qi müs­bət nə­ti­cə­lər ver­miş­dir.
Azər­bay­can əra­zi­si­nin Kür çö­kək­li­yi da­xi­lin­də bas­dı­rıl­mış struk­tur­lar müx­tə­lif il­lər­də da­ha də­qiq öy­rə­nil­miş­dir. Struk­tur-geo­mor­fo­lo­ji təd­qi­qat­lar za­ma­nı müx­tə­lif to­poq­ra­fik, aero­fo­to­ma­te­ri­al­lar­dan, komp­leks struk­tur-geo­mor­fo­lo­ji, stra­tiq­ra­fik-kor­rel­ya­si­ya, geo­lo­ji və geo­fi­zi­ki təd­qi­qat­la­rın, nə­ti­cə­lə­rin­dən və elə­cə də bu­ruq ma­te­ri­al­la­rın­dan ge­niş is­ti­fa­də edil­miş­dir.
Stra­tiq­ra­fik-kor­rel­ya­si­ya üsu­lu­nun kö­mə­yi ilə res­pub­li­ka əra­zi­si­nin Göy­çay, Qu­ba sa­hə­lə­rin­də, Şər­qi-Ba­ba­zə­nən qalx­ma­sı­nın cə­nub-qərb qa­na­dın­da, Pa­dar an­tik­li­na­lın­da, Ağ­cə­bə­di struk­tu­run­da və di­gər sa­hə­lər­də ya­yıl­mış dör­dün­cü dövr çö­kün­tü­lə­ri qa­tın­da an­tik­li­nal­la­rın möv­cud ol­du­ğu aş­kar edil­miş­dir ki, bu da sət­hin de­for­ma­si­ya kə­miy­yə­ti­nin də­rin­lik­də­ki qalx­ma­nın amp­li­tu­du ilə mü­qa­yi­sə et­mə­yə im­kan ver­miş­dir. Struk­tur-geo­mor­fo­lo­ji təd­qi­qat­la­rın nə­ti­cə­lə­ri­nin geo­fi­zi­ki və qaz­ma mə­lu­mat­la­rı ilə mü­qa­yi­sə­si gös­tər­miş­di ki, Kür-Araz çö­kək­li­yin­də bas­dı­rıl­mış struk­tur­la­rın ço­xu ir­si xa­rak­te­rə ma­lik olub ye­ni tek­to­nik mər­hə­lə­də can­lan­ma­ğa mə­ruz qal­mış­dır. Bu struk­tur­lar hə­min mər­hə­lə­də nə qə­dər zə­if in­ki­şaf et­sə­lər də, on­lar Kür-Araz çö­kək­li­yi rel­ye­fi­nin qu­ru­lu­şun­da və in­ki­şa­fın­da öz ək­si­ni tap­mış­dır. Çö­kək­li­yin ox his­sə­sin­də bas­dı­rıl­mış qalx­ma­la­rın ək­sə­riy­yə­ti Plio­sen-Dör­dün­cü dövr çö­kün­tü­lə­rin­dən iba­rət olub, Üst Plio­sen­də və Pleys­to­sen­də for­ma­laş­mış­lar. Da­ha qə­dim qalx­ma­lar Pa­leo­ge­nin Mio­sen çö­kün­tü­lə­rin­də in­ki­şaf edib, Ki­çik Qaf­qaz­qa­ba­ğı, Ta­lış­ya­nı dü­zən­lik­lər­də, bas­dı­rıl­mış Ta­lış-Vən­dam tek­to­nik çı­xın­tı­sı sa­hə­sin­də yer­ləş­miş­lər. Bu­ra­da özül nis­bə­tən az də­rin­lik­də­dir, çök­mə sü­xur qa­tı­nın qa­lın­lı­ğı isə təd­ri­cən aza­lır.
Struk­tur-geo­mor­fo­lo­ji təd­qi­qa­tın nə­ti­cə­lə­ri­nin qaz­ma qu­yu­la­rı və geo­fi­zi­ki təd­qi­qat­la­rın ma­te­ri­al­la­rı ilə tu­tuş­du­rul­ma­sı və mü­qa­yi­sə­si nə­ti­cə­sin­də Kür-Araz çö­kək­li­yi­nin struk­tur-geo­mor­fo­lo­ji xə­ri­tə­si tər­tib edil­miş və bu­ra­da 50-dən çox lo­kal qalx­ma­lar ay­rıl­mış­dır .
Res­pub­li­ka­nın dağ­lıq əra­zi­lə­rin­də apa­rı­lan struk­tur –geo­mor­fo­lo­ji təd­qi­qat­la­rın təh­li­lin­dən ay­dın olur ki, bir sı­ra fay­da­lı qa­zın­tı ya­taq­la­rı­nın for­ma­laş­ma­sı oro­gen etap­dan əv­vəl­ki il­kin alp geo­sink­li­nal in­ki­şaf mər­hə­lə­si ilə əla­qə­dar olub, ir­si in­ki­şaf et­miş müa­sir mor­fost­ruk­tur­la­rın əsa­sı­nı təş­kil edən geo­lo­ji struk­tur­la­ra və on­la­rı mü­rək­kəb­ləş­di­rən də­rin­lik tek­to­nik po­zul­ma xət­lə­ri­nə mü­va­fiq gə­lir. Müa­sir iri mor­fost­ruk­tur va­hid­lər ye­ni tek­to­nik mər­hə­lə­yə qə­dər müx­tə­lif mən­şə­li qalx­ma və en­mə zo­na­la­rı üz­rə qı­rı­şıq əmə­lə­gəl­mə fa­za­la­rı­nın və də­rin­lik tek­to­nik po­zul­ma­lar üz­rə baş ve­rən maq­ma­tik və pos­ta­maq­ma­tik pro­ses­lə­rin növ­bə­ləş­mə­si və on­lar­la əla­qə­dar fay­da­lı qa­zın­tı ya­taq­la­rı­nın for­ma­laş­ma­sı ilə sə­ciy­yə­lə­nir.
Ki­çik Qaf­qaz me­qa­an­tik­li­no­riu­mu­nun Lök-Qa­ra­bağ zo­na­sı da­xi­lin­də in­ki­şaf et­miş fay­da­lı qa­zın­tı ya­taq­la­rı­nın for­ma­laş­ma­sın­da Kim­me­ri və Alp me­tal­lo­ge­nik mər­hə­lə­lə­ri­nin qı­rı­şıq­lı­ğa qə­dər və qı­rı­şıq mər­hə­lə­lə­ri ilə ya­na­şı, fi­liz da­şı­yan maq­ma­tik küt­lə­lər də əhə­miy­yət­li rol oy­na­mış­dır. Gös­tə­ri­lən in­ki­şaf mər­hə­lə­lə­ri­nin hər bi­rin­də Lök-Qa­ra­bağ tek­to­nik-maq­ma­tik zo­na­sı da­xi­lin­də in­ki­şaf et­miş müs­bət mor­fost­ruk­tur­la­rın uzun geo­lo­ji dövr ər­zin­də qalx­ma­ğa və yu­yul­ma­ğa mə­ruz qal­ma­sı ilə əla­qə­dar ola­raq, on­lar­da alp me­tal­lo­ge­nik mər­hə­lə­si­nin ya­taq­la­rı de­mək olar ki sax­la­nıl­ma­mış­dır.
Bu zo­na­da Daş­kə­sən sink­li­no­riu­mu is­tis­na ol­maq­la, ək­sər sink­li­nor mor­fost­ruk­tur­lar an­caq alp me­tal­lo­ge­nik mər­hə­lə­si­nin fi­liz­ləş­mə­si ilə sə­ciy­yə­lə­nir. Çün­ki bu mor­fost­ruk­tur­lar­da de­nu­da­si­on kə­si­min kə­miy­yə­ti az ol­du­ğun­dan on­lar­da­kı ya­taq­lar ero­zi­ya nə­ti­cə­sin­də hə­lə­lik açıl­ma­mış­dır. Bu­ra­da Alp me­tal­lo­ge­nik mər­hə­lə­si fi­liz­lə­ri­nə: qı­zıl, po­li­me­tal­lar, ci­və və s. mi­ne­ral bir­ləş­mə­lə­ri aid olub, Qa­zax sink­li­no­riu­mu­nun cə­nub-şərq his­sə­sin­də yer­lə­şir. Sink­li­nor çö­kək­lik da­xi­lin­də­ki horst-an­tik­li­nal, an­tik­li­nal sil­si­lə və ti­rə­lər­də qı­zıl və po­li­me­tal fi­liz tə­za­hür­lə­ri, mo­nok­li­nal sil­si­lə və ti­rə­lər­də, struk­tur-de­nu­da­si­on mən­şə­li çö­kək­lik­lə­ri əmə­lə gə­ti­rən sink­li­nal struk­tur­lar­da isə ci­və və po­li­me­tal­la­ra rast gə­li­nir. Müs­bət mor­fost­ruk­tur­lar­da aşa­ğı tem­pe­ra­tur­lu fi­liz bir­ləş­mə­lə­ri­nin ol­ma­ma­sı, ye­ni tek­to­nik mər­hə­lə­də on­la­rın in­ten­siv qalx­ma­sı nə­ti­cə­sin­də ya­taq­la­rın yu­yul­ma­sı ilə əla­qə­lən­di­ri­lir.
Ki­çik Qaf­qa­zın Ağ­ca­kənd sink­li­nor çö­kək­li­yin­də Üst Tə­ba­şi­rin gil­li-qum­lu sü­xur­la­rın­da tə­şək­kül tap­mış də­mir-man­qan ya­taq­la­rı xü­su­si əhə­miy­yət kəsb edir. Hə­min dövr üçün çö­kək­li­yin pa­leo­geo­mor­fo­lo­ji şə­rai­ti­nin təh­li­li, yu­yul­ma və çö­kün­tü top­lan­ma sa­hə­si­nin ay­rıl­ma­sı Üst Tə­ba­şir də­ni­zi­nin transq­res­si­ya fa­za­sı­na uy­ğun ola­raq qə­dim sa­hil xət­lə­ri­nin və­ziy­yə­ti­nin araş­dı­rıl­ma­sı də­mir-man­qan fi­liz­lə­ri­nin yu­yul­du­ğu və top­lan­dı­ğı sa­hə­lə­ri ay­dın­laş­dır­ma­ğa im­kan ya­ra­dır.
Mor­fost­ruk­tur təh­lil əsa­sın­da Ki­çik Qaf­qa­zın şi­mal-qərb his­sə­sin­də Xram və Şəm­kir çay­la­rı ara­sın­da ilk də­fə ola­raq ayır­dı­ğı­mız və da­ha pers­pek­tiv­li he­sab olu­nan fay­da­lı qa­zın­tı­la­rın ax­ta­rı­şın­da mər­kə­zi, həl­qə­va­ri, gün­bəz­va­ri və baş­qa tip mor­fost­ruk­tur­lar in­ten­siv fi­liz­ləş­mə­yə mə­ruz qal­mış və tek­to­nik cə­hət­dən fə­al blok­va­ri qay­ma­la­ra mü­va­fiq gə­lir. Ki­çik Qaf­qa­zın Göy­çə-Əkə­ri tek­to­nik-maq­ma­tik zo­na­sın­da in­ki­şaf et­miş fay­da­lı qa­zın­tı­lar Alp me­tal­lo­ge­nik mər­hə­lə­si­nin hi­per­ba­zit­lə­ri (ult­raə­sa­si sü­xur­lar) ilə əla­qə­dar olan xrom, xrom-ni­kel, kü­kürd­lü mis kol­çe­da­nı, ci­və, qı­zıl ge­niş tə­şək­kül tap­mış­dır.
Qeyd et­mək la­zım­dır ki, zo­na­da müx­tə­lif də­rə­cə­li tek­to­nik struk­tur­la­rın bir­ləş­mə­sin­dən əmə­lə gəl­miş he­te­ro­gen mor­fost­ruk­tur­lar­da for­ma­laş­mış fay­da­lı qa­zın­tı ya­taq­la­rı­nın bu və ya di­gər də­rə­cə­də pers­pek­tiv­li­yi struk­tur­la­rın stra­tiq­ra­fik-li­to­lo­ji tər­ki­bin­dən, maq­ma­tik pro­ses­lər­dən və on­la­rın tek­to­nik in­ki­şa­fı şə­rai­tin­dən ası­lı­dır.
Struk­tur-geo­mor­fo­lo­ji təd­qi­qat­lar nə­ti­cə­sin­də ay­dın ol­muş­dur ki, res­pub­li­ka əra­zi­sin­də­ki iri mor­fost­ruk­tur va­hid­lər­də möv­cud olan müx­tə­lif tər­kib­li və də­rin­lik­li fay­da­lı qa­zın­tı ya­taq­la­rı­nın pers­pek­tiv­li­yi­nin mü­əy­yən edil­mə­sin­də mor­fost­ruk­tur­la­rın mor­fo­lo­gi­ya­sı ilə ya­na­şı, de­nu­da­si­on kə­si­min də bö­yük əhə­miy­yə­ti var­dır.
Azər­bay­can əra­zi­si­nin Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı, Ki­çik Qaf­qa­zın cə­nub-şərq his­sə­si və Ta­lış üçün de­nu­da­si­on kə­si­min kə­miy­yə­ti mü­əy­yən edil­miş­dir. Onu qeyd et­mək la­zım­dır ki, mor­fost­ruk­tur­lar müx­tə­lif vaxt­lar­da de­nu­da­si­ya pro­ses­lə­ri nə­ti­cə­sin­də yu­yu­lub, on­lar­la ge­ne­tik əla­qə­də olan və müx­tə­lif tip fay­da­lı qa­zın­tı ya­taq­la­rı əmə­lə gə­ti­rən mi­ne­ral bir­ləş­mə­lə­ri yu­yu­lub, nəql et­di­ri­lə­rək sə­pin­ti tip­li fay­da­lı qa­zın­tı ya­taq və tə­za­hür­lə­ri əmə­lə gə­tir­miş­lər.
Ta­lış və Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı əra­zi­lə­rin­də apa­rıl­mış təd­qi­qat­lar nə­ti­cə­sin­də mü­əy­yən edil­miş­dir ki, de­nu­da­si­on kə­si­min ən bö­yük kə­miy­yə­ti av­git-maq­ne­tit, mo­lib­den, mis, po­li­me­tal fi­liz ya­taq və tə­za­hür­lə­ri ilə zən­gin olan pers­pek­tiv sa­hə­lə­rə uy­ğun gə­lir. Da­xi­lin­də fi­liz da­şı­yan, la­kin hə­lə açıl­ma­mış int­ru­ziv küt­lə­lər gü­man edi­lən horst-an­tik­li­nor, sink­li­nor və an­tik­li­nor sil­si­lə və ti­rə­lər­də də de­nu­da­si­on kə­si­min qiy­mə­ti­nin bö­yük ol­du­ğu mü­əy­yən edil­miş­dir.
De­nu­da­si­on kə­si­min kə­miy­yə­ti­nin he­sab­lan­ma­sı nə­ti­cə­sin­də müx­tə­lif pa­leo­geo­mor­fo­lo­ji şə­ra­it­də baş ver­miş de­nu­da­si­ya pro­ses­lə­ri­nin in­ten­siv­li­yi­ni, nəql is­ti­qa­mə­ti­ni, çö­kün­tü top­lan­ma sa­hə­lə­ri­ni mü­əy­yən edib, müx­tə­lif sə­pin­ti tip­li fay­da­lı qa­zın­tı ya­taq və tə­za­hür­lə­ri­nin ax­ta­rı­şı­nı is­ti­qa­mət­lən­dir­mək müm­kün­dür.
Bu cə­hət­dən müx­tə­lif vaxt­lar­da çö­kün­tü top­lan­ma sa­hə­lə­ri olan Ki­çik Qaf­qaz­da Baş­kənd-Dəs­tə­fur, Hə­sən­riz, Dov­şan­lı qra­ben-sink­li­nor Qar­qar­çay sink­li­nor çö­kək­lik­lə­ri, Ta­lış­da Bi­lə­sər qra­ben-sink­li­nal, Yar­dım­lı sink­li­nor, Qos­mal­yan və Dı­man vul­ka­nik-tek­to­nik, Nax­çı­van MR-də Nurs-Tür­keş, Pa­ra­daş sink­li­nor və Nax­çı­van tö­rə­mə çö­kək­lik­lə­ri­nə pers­pek­tiv mor­fost­ruk­tur­lar ki­mi bax­maq olar. Əgər bö­yük de­nu­da­si­on kə­si­mi olan pers­pek­tiv­li mor­fost­ruk­tur­la­rın üzə­ri ca­van və köv­rək çö­kün­tü­lər­lə ör­tü­lü­dür­sə, on­da hə­min səth çö­kün­tü­lə­ri­nin və la­va al­tın­da bas­dı­rıl­mış rel­ye­fin də­qiq öy­rə­nil­mə­si­nin və xə­ri­tə­ləş­di­ril­mə­si­nin bö­yük əhə­miy­yə­ti var­dır. Bu təd­qi­qat­lar ek­zo­gen pro­ses­lə­rin in­ki­şaf xü­su­siy­yət­lə­ri­ni, fi­liz­li int­ru­ziv küt­lə­lə­rin yu­yul­ma sa­hə­si­ni tə­yin et­mək­lə ya­na­şı, sə­pin­ti ya­taq­la­rın əmə­lə gəl­mə­si üçün əl­ve­riş­li şə­rai­tin ol­du­ğu ra­yon­la­rı aş­kar et­mə­yə im­kan ve­rir. Bu üsul­dan is­ti­fa­də et­mək­lə Ki­çik Qaf­qa­zın bir çox çay höv­zə­lə­rin­də (Tər­tər, Zə­yəm, To­vuz çay­la­rı və s.) təd­qi­qat iş­lə­ri­ni is­ti­qa­mət­lən­dir­mək və qə­na­ət­bəxş nə­ti­cə­lər əl­də et­mək olar.
Sə­pin­ti tip fay­da­lı qa­zın­tı­lar adə­tən kon­ti­nen­tal çö­kün­tü­lər­lə on­la­rın al­tın­da qa­lan qə­dim rel­yef­lə sıx su­rət­də bağ­lı­dır. Ona gö­rə də on­la­rın ax­ta­rı­şın­da rel­ye­fin in­ki­şaf mər­hə­lə­lə­rin­də hə­min sə­pin­ti­lə­rin əmə­lə gəl­di­yi əl­ve­riş­li şə­rai­ti də­qiq­ləş­dir­mək, fay­da­lı qa­zın­tı­lar­la zən­gin olan kök­lü ana sü­xur­la­rın yu­yul­ma­sı ilə ak­ku­mul­ya­tiv qa­tın əmə­lə gəl­di­yi yer­lə­rin və çay şə­bə­kə­si­nin is­ti­qa­mə­ti­ni öy­rən­mək bö­yük əhə­miy­yət kəsb edir.
Ki­çik Qaf­qaz­da in­ki­şaf et­miş ak­ku­mul­ya­tiv, ero­zi­on-ak­ku­mul­ya­tiv ter­ras­la­rın, sil­si­lə­lə­rin ya­mac­la­rı­nın, dü­zəl­mə səth­lə­ri­nin, sink­li­nal pla­to­la­rın və çö­kək­lik­lə­rin sət­hi yum­şaq çö­kün­tü­lər­lə ör­tül­müş­dür. Apa­rıl­mış təd­qi­qat­lar nə­ti­cə­sin­də mü­əy­yən edil­miş­dir ki, bu çö­kün­tü­lə­rin mi­ne­ra­lo­ji tər­ki­bin­də maq­ne­tit, ru­til, sir­kon, ki­no­var, xal­ko­pi­rit, pi­rop və di­gər mi­ne­ral­la­rın miq­da­rı və kon­sent­ra­si­ya­sı kon­di­si­ya­ya ya­xın­la­şır. Məhz ona gö­rə də müx­tə­lif vaxt­lar­da də­qiq öy­rə­nil­miş bu tip rel­yef for­ma­la­rı bö­yük ma­raq do­ğu­rur.
Struk­tur-geo­mor­fo­lo­ji təd­qi­qat­lar nə­ti­cə­sin­də Res­pub­li­ka əra­zi­si­nin bir çox sa­hə­lə­rin­də, o cüm­lə­dən Ki­çik Qaf­qaz­da ək­sər çay­la­rın də­rə­si­nin, bə­zən də yar­ğan şə­bə­kə­si­nin də­rin tek­to­nik po­zul­ma və qı­rıl­ma­lar üz­rə in­ki­şa­fı mü­əy­yən edil­miş­dir.
Ki­çik Qaf­qaz­da­kı də­rin­lik tek­to­nik po­zul­ma və qı­rıl­ma­la­rın ək­sə­riy­yə­ti­nin fi­liz da­şı­yı­cı ka­nal­lar ol­du­ğu mü­əy­yən edil­miş­dir.Bu ba­xım­dan tek­to­nik po­zul­ma və qı­rıl­ma­lar üz­rə in­ki­şaf et­miş çay-də­rə sis­tem­lə­ri ax­ta­rış iş­lə­ri üçün əsas ob­yekt­lər­dən bi­ri ola bi­lər. Bun­dan baş­qa çay də­rə­lə­ri sə­pin­ti­lə­rin top­lan­ma­sı üçün ən əl­ve­riş­li sa­hə­dir. Çün­ki fi­liz da­şı­yan küt­lə­lə­rin yu­yul­ma­sı, aşın­ma məh­sul­la­rı­nın da­şın­ma­sı və sə­pin­ti­lə­rin çök­dü­rül­mə­si bi­la­va­si­tə çay­lar va­si­tə­si­lə ye­ri­nə ye­ti­ri­lir. Bu nöq­te­yi-nə­zər­dən pers­pek­tiv­li maq­ma­tik küt­lə­lər in­ki­şaf et­miş ək­sər çay də­rə­lə­ri komp­leks təd­qi­qat ob­yek­ti ola bi­lər.
Azər­bay­can Res­pub­li­ka­sı əra­zi­sin­də məşhur çök­mə fi­liz for­ma­si­ya­sı sink­li­nor struk­tur­lar­da top­la­na­raq onu dol­du­ran stra­tiq­ra­fik böl­gü­lər­lə pa­ra­ge­nez əmə­lə gə­ti­rir. Ona gö­rə də Bö­yük və Ki­çik Qaf­qaz­da se­di­men­ta­si­on fi­liz ya­taq­la­rı­nı öy­rə­nər­kən mi­ne­ral əmə­lə­gəl­mə və li­to­ge­nez epo­xa­la­rı­nın ko­rel­ya­si­ya­sı­nın, pa­le­ost­ruk­tur, pa­leo­vul­ka­no­lo­ji re­konst­ruk­si­ya­sı­nın, de­nu­da­si­ya və ak­ku­mul­ya­si­ya zo­na­la­rı­nın, fi­liz top­la­nan zo­na və struk­tur­la­rı­nın yu­yu­lub-açıl­ma vax­tı­nın, transq­res­si­ya və req­res­si­ya fa­za­la­rı­nın sər­həd­lə­ri­nin mü­əy­yən edil­mə­si­nin bö­yük ro­lu var­dır.
Bö­yük Qaf­qa­zın cə­nub ya­ma­cın­da­kı Fi­liz­çay mis-po­li­me­tal ya­taq­la­rı zo­na­sın­da qra­vi­ta­si­ya pro­ses­lə­ri ilə əla­qə­dar ola­raq ya­ran­mış sü­rüş­mə-uç­qun rel­yef for­ma­la­rı­nın əmə­lə­gəl­mə xü­su­siy­yət­lə­ri və on­la­rın di­na­mi­ka­sı­nın geo­mor­fo­lo­ji təd­qi­qat­lar va­si­tə­si­lə öy­rə­nil­mə­si­nin də bö­yük əhə­miy­yə­ti var­dır. Bu for­ma­la­rın də­qiq təh­li­li nə­ti­cə­sin­də, iri qay­ma­lar­da­kı fi­liz­li da­mar­la­ra əsa­sən Bö­yük Qaf­qa­zın cə­nub ya­ma­cın­da möv­cud olan fi­liz­li zo­na­la­rın uzan­ma is­ti­qa­mə­ti­ni iz­lə­mək müm­kün­dür.
Be­lə­lik­lə, mor­fost­ruk­tur təh­lil pa­leo­geo­mor­fo­lo­ji üsul­la­rın müx­tə­lif geo­lo­ji təd­qi­qat­lar­la komp­leks is­ti­fa­də olun­ma­sı nis­bə­tən zə­if və ya­xud da, apa­rıl­mış geo­lo­ji ax­ta­rış üsul­la­rı müs­bət nə­ti­cə ver­mə­yən struk­tur-me­tal­lo­ge­nik zo­na­lar­da ax­ta­rış və kəş­fiy­yat iş­lə­ri­ni da­ha əl­ve­riş­li is­ti­qa­mət­də apa­rıl­ma­sı­na im­kan ve­rə bi­lər.

Xə­li­lov Hü­seyn Ağa­ma­lı oğ­lu
27 okt­yabr 1942,Fü­zu­li ra­yo­nu­nun Hün­güt­lü kən­di
AMEA aka­de­mik H.Ə.Əli­yev adı­na Coğ­ra­fi­ya İns­ti­tu­tu “Geo­mor­fo­lo­gi­ya və tə­bii risk “ şö­bə­si, baş el­mi iş­çi
Coğ­ra­fi­ya elm­lə­ri dok­to­ru
1969-cu il­dən geo­mor­fo­lo­gi­ya­nın ən pers­pek­tiv­li sa­hə­lə­rin­dən olan mor­fost­ruk­tur təh­lil və pa­leo­geo­mor­fo­lo­gi­ya, on­la­rın tət­bi­qi, xü­su­si­lə də fay­da­lı qa­zın­tı ya­taq­la­rı­nın geo­mor­fo­lo­ji ax­ta­rı­şı mə­sə­lə­lə­ri və elə­cə də geo­mor­fo­lo­gi­ya­nın me­to­do­lo­ji və prob­lem mə­sə­lə­lə­ri­nin həl­li is­ti­qa­mə­tin­də müs­tə­qil el­mi təd­qi­qat iş­lə­ri apa­rır və bu sa­hə­də mü­hüm nə­ti­cə­lər əl­də et­miş­dir. Onun geo­mor­fo­lo­ji təd­qi­qat­la­rın nə­zə­ri əsa­sı­nın “Ma­te­ri­ya­nın geo­mor­fo­lo­ji hə­rə­kət for­ma­sı”, ob­yek­ti­nin “geo­mor­fos­fe­ra”, öy­rə­nil­mə prin­si­pi­nin “kor­rel­ya­tiv­lik”, rel­ye­fin əmə­lə­gəl­mə və tə­ka­mü­lü me­xa­niz­mi­nin “ge­od­rif­to­ge­nal”, pa­leo­rel­ye­fin bər­pa­sı­nın “məz­mun-for­ma” əla­qə­si qa­nu­na­uy­ğun­lu­ğu, dü­zəl­mə sət­hi və de­nu­da­si­on kə­si­min “ab­ra­zi­on-dis­sent”, int­ru­ziv və ekst­ru­ziv küt­lə­lə­rin di­na­mik­li­yi­nin “int­ra­la­bil­lik” kon­sep­si­ya­la­rı, mor­fost­ruk­tur və mor­fos­kulp­tur­la­rın ye­ni pla­ne­tar sə­viy­yə­də ge­ne­tik və tak­so­no­mik təs­ni­fat­la­rı əsas nai­liy­yət­lə­rin­dən­dir.
3-ü mo­noq­ra­fi­ya ( 2-si kol­lek­tiv), 4-ü ki­tab (kol­lek­tiv), ol­maq­la 140 el­mi işin mü­əl­li­fi­dir.

 "YER VƏ İNSAN" jurnalı № / 04/ MAY- İYUN


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM