İlahiyyat üzrə fəlsəfə doktoru
İndicə bir media xəbərindən sələfi adı ilə təqdim edilən qəribə adlar səsləndirərək, onların sələfi alimi olduğunu da qeyd edərək, guya cihad fətvası verdiklərini bir saytdan oxudum. Ümumiyyətlə cihadın adından sui-istifadə edən bu şəxslərin sələf alimləri ilə yaxından və uzaqdan heç bir əlaqəsi oxdur. Bütün böyük sələf alimləri, allamələri, şeyxləri əvvədən bildirirdilər ki, Suriyada cihad yoxdur. Sonra bəzi radikal meyilli "şeyxçiklərin" fətvası ilə bir çox dində həddini aşanları qızışdırıb orada "cihad" var deyə ora çağırdılar. Aldananlar getdi. Gedənlər isə bir çox müsəlmanların ölməsinə, orada insanların ac-sususz qalmasına səbəb oldular. İndi də vəziyyəti elə həddə gətiriblər ki, hətta Suriyada məzlum olan insanlara belə kömək üçün gedənlər olur. Buna baxmayaraq böyük alimlər heyətindən heç biri orada Cihaddır demirlər. Orada cihad olduğunu deyənlərin bir çoxu radikallardır. Bir çoxu isə orada Cihadın yalnız Suria xaqlına məxsus olduğunu deyirlər. Yəni orada cihad var deyənlərin bir çoxu bunu Suriya xalqı üçün xüsusiləşdirirlər. Bir daha müsəlmanlara xatırladıram ki, bu cür şeyxçiklərə aldanıb həyatlarını təhlükəyə atmasınlar. Bu məsələ beynəlxalq səviyyədə dövlətlərarası münasibətlərdə tənzimlənən məsələdir. Bu məsələyə dövlətdən icazəsiz qarışmaq islama ziddir. Bu məsələdə media ehtiyatlı olsun. Bu barədə kütləvi informasiya vasitələrində ciddi maarifləndirici işlər aparılmalıdır. Xatırladım ki, müasir dövrümüzdə bütün dünyada, beynəlxalq aləmdə, bunun da təsiri nəticəsində vətənimizdə bəzi cihadşüvənlər, “cihadistlər” ortaya çıxmışlar. Bu cihadşüvənlər cihadın islam hüququnda yer alan hökmlərini, qaydalarını, prinsiplərini, qadağanlarını bilmirlər. Tək məqsədləri cihad adı ilə özlərinə müəyyən zəmin hazırlamaqdır. Bir çoxu “Müasir dövrümüzdə cihad etmək bütün ümmətə fərzdir” deyərək islama gələn yeni gəncləri də yalnış istiqamətə sürükləyirlər. Bunu deyən bir insan bu sözün hansı məna daşıdığını, hansı məqsədlə deyildiyini, doğuracağı nəticənin nə olduğunu bilmir. Buna baxmayaraq sanki müsəlmanlar düşmənlə döyüşməyin, cihadın, vətən müharibəsinin nə olduğunu bilmirlər, bilmədikləri cihadı bu “cihadistlər” öyrədəcəklər. Belə etməklə müasir “cihadistlər” özlərini cihad müəllimi kimi təqdim edirlər. Müsəlmanların isə bu cür cihadşüvənlərdən, “cihadistlərdən” cihad adı ilə qəsd etdikləri, icra etmək istədikləri qorxunc hərəkətlər və fitnə fəsadlardan öyrənəcəkləri heç bir şey yoxdur. Cihad kimi böyük və şərəfli bir adı istismar edərək, mənimsəyərək yerinə yetirmək istədikləri məqsəd Allah Rəsulunun (ona və ailəsinə salam olsun) öyrətdiyi şəriət mənasında olan cihadın məqsədindən tamamilə uzaqdır. Onların məqsədi bombalamaq, yıxmaq, dağıtmaq, hamıya kafir deməklə insanları təkfir etməkdir. Müsəlmanları hər kəs niyətinə görə həşr olunacaq deyərək öldürməkdə günah görməyənlər sakit, rahat, əmin-aman, toxunulmaz yaşayan qeyri müsəlmanları, müsəlmanlar içərisində yaşayan müsəlman olmayanları qətl edirlər. Bunu həyata keçirmək istəyənlərin məqsədləri yer üzərində fitnə-fəsad, təxribat törətmək, güvənlik, əminlik, sakitlik, toxunulmazlıq içərisində olan müsəlmanları terror edərək qəlblərinə qorxu salmaq, müharibə etmək, vətəndaşları qarşı-qarşıya qoymaq, cihadın mübarək adını, xeyirli adını şərə tərəf istiqamətləndirməkdir. Axını yayılmaq təhlükəsi olan bu batil, islamda yeri olmayan mənfi fikir və əməllərə qarşı müsəlmanların islamı düzgün mənimsəyən, əqidəsi, minhəci, metodu doğru olan alimlərin ətrafında toplanmaları çox vacibdir. Bu barədə alimlərə düşən vəzifə isə bu kimi şübhəli məsələləri çürütmək, yalan olduğunu isbat etməkdir. Allah təla hər birimizi xeyir işlərə müvəffəq etsin! Amin!
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM