Dərslik, dərslik, yenə də dərslik...

15:53 / 21.02.2014

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

   

Dərslik  məsələsi çətin məsələlərdəndir. Azəbaycanın bir sıra ziyalıları   dərslik məsələsinə ictimai  fəaliyyətin əsas meyarlardan biri kimi yanaşmış, öz şəxsi nümunələri ilə  bu cəhətdən də tarixə düşmüşlər. M.Ş.Vazeh, M.F.Axundov, H.Zərdabi(Məlikzadə) millətin mədəni inkişafında  mətbu sözə, mütaliəyə, dərslik məsələlərinə  dəfələrlə  müraciət etmiş, tarixdə izi qalan  işlər görmüşlər. Səid Əfəndi Ünsizadə nəşriyyat fəaliyyətində  dərsliklərin çapı və yayılması yolunda iri addımlar ataraq, hər bir azərbaycanlının  mütaliə mədəniyyətini yüksəltmək üçün  "başqa yerdən qazandıqlarını" nəşriyyatın genişləndirilməsinə sərf etmiş, gördüyü bu işlərə görə yüksək qürur hissi ilə öyünmüşdür. Onun 1882-ci  ildən başlayaraq, Tiflisdə öz şəxsi mətbəəsində  çap etdirdiyi  dərslik-müntəxəbatlar indi də öz əhəmiyyətini itirməmişdir.1884-cü ilin yanvarında Səid Ünsizadənin kiçik qardaşlarından biri-Cəlaləddin Ünsizadə  Axund Cəlal imzası ilə  öz mətbəəsində- "Kəşkül" qəzetinin mətbəəsində  rus və Şərq alimlərinin  dərsliklərinə əsaslanaraq, "Hesab" dərsliyi yazmışdır. "Ziya" qəzetinin 1879-cu ilin dekabrında  verdiyi xəbərə görə, Moskvada  N.B.Vəzirovla  bir yerdə  ali məktəbdə oxuyan, Bakı Real Gimnaziyasında  Həsən bəy Məlikzadədən dərs alan Əsgər Ağa Gorani  Adıgözəlzadə "Coğrafiya" dərsliyi yazmışdır.     
     ( Təəssüf ki, həmin dərslik hələ tapılmamışdır).
    Dərslik məsələsi sonralar da milli ziyalılarımızın diqqət mərkəzində olmuşdur.
     Məktəb dərsliklərinin ən başlıca vəzifəsi şagirdlərə müəyyən elmi biliklər verməkdir.

Azərbaycanın dərslik tarixində yadda qalan,uzun illər boyu şagirdlərin təfəkkür fəaliyyətini zənginləşdirən dərsliklərimiz çoxdur. 

 
    Bu cəhətdən milli dərslik və dərs vəsaitlərinin hazırlanmasında R.Əfəndizadə , A.Şaiq, M.Mahmudbəyov, Ağa bəy     İsrafilbəyli, S.M.Qənizadə,C.Cəbrayılbəyli, F.Ağazadə kimi ziyalıların  xidmətləri təqdirəlayiqdir.  Bu tarixi dərsliklərdə əsas yeri tərbiyə və davranış məsələləri tutur. Müəlliflər  nədən yazırlarsa yazsınlar,söhbəti milli tərbiyəyə gətirib çıxarırlar. Adları çəkilən müəlliflərin dərslik və dərs vəsaitlərində  mövzular elə işlənmişdir ki, nəticəni şagird özü çıxarır.
    Mövzuya keçid kimi dediyim bu sözlər dərslik yazmaq fikrinə düşən hər bir ziyalını ciddi düşündürməlidir. 
    Bu gün dərslik yazmaq fikrinə düşən və asanlıqla istədiyinə nail olanlar çoxdur. Təbii ki, bu dərsliklərin hamısı tarixdə qalmaq hüququ qazana bilmir.  Mən bu gün üstündə 2003-cü ildən  "İlin ən uğurlu dərsliyi" damğasını gəzdirən bir dərslikdən  söz açmaq istəyirəm.

   Bu damğanı dərsliyə kim vurub, hələ heç kəs bilmir.Deyəsən, müəlliflərin özləri də bilmirlər. Bu, bəlkə də naşirlərin kommersiya üsuludur.Hər halda Azərbaycan müəllimlərinin by dərsliyə marağı və alternativ dərsliklər  seçimində  ona üstünlük verilməsi faktdır.
  Söhbət  müəllifləri professor Qəzənfər Kazımov, docent Faiq Şahbazlı, orta məktəb müəllimi Aygün Mikayılova  kimi göstərilən 8-ci sinfə aid "Azərbaycan dili " dərsliyindən gedir. Sonungu dəfə 2012-ci ildə nəşr edilmişdır.  Həcmi  144 səhifədir.  Dərslikdə yaxşı nə varsa, bəyəniləndir. Yaxşı nə yoxsa, söhbət elə onların haqqındadır.   Bu da təbiidir.
  Orta məktəb dərsliklərində elə mövzular var ki, uzun müddətdir   ki, onların düzgün yanaşma üsulu tapılmır.  Bunlardan biri də tabelilik əlaqələrinin bir növü olan idarə əlaqəsidir.Dərslikdə idarə əlaqəsinin tərifi belə verilmişdir:

"Əsas tərəfin  tələbi ilə  asılı tərəfin  müəyyən hallara  düşməsinə  idarə deyilir".
  ( Burada, çox güman ki, söhbət söz birləməsinin II  tərəfindən və  ya   xəbərdən gedir . Məsələn:  sənin kitabın;  məktəbə gedirəm; evdən gəlirəm və s.-N.N.) 
  İdarənin tərifindən (qaydasından) sonrakı sətirlər:

"İdarə əlaqəsi ismin halları ilə  bağlıdır .(əlaqədardır-N.N.).Adlıq haldan başqa, qalan beş halda olan sözlər  idarə əlaqəsində asılı tərəf kimi  çıxış edir"

  Belə çıxır ki, "Göyçay  torpağı", "Sən kitab oxuyursan" nümunələrindəki qeyri-müəyyən halda olan sözlər  ( "Göyçay"  və "kitab" sözləri də idarə olunan sözlərdir.Birinci söz  "torpaq" ismi ilə, II söz "kitab" sözü isə "oxumaq"    feli ilə idarə olunmuşdur.
  Təəssüf ki, dərslikdə adi məntiqi  nəticəyə əsaslanan bu fikri təsdiq edən  nümunə yoxdur.
   Dərslikdə kimin hansı bölməni yazması  göstərilmədiyinə görə   sözü bəzən ünvanına çatdırmaq   mümkün olmur.

  Azərbaycan dilində ismin iki halı həm müəyyənlik, həm də qeyri -müəyyənlik bildirdiyinə  görə fikrimizi başqa  nümunələrlə izah etmək istərdik. Qeyri-müəyyən yiyəlik hal  da, qeyri -müəyyən təsirlik hal da şəkilçisiz olur.  Onların hər ikisini formal olaraq, müəyyən hala gətirmək mümkündür. 



"Sən dərslik müəllifisən"    cümləsindəki  "dərslik" sözünü  "dərsliyin" şəklində,  " Sən kitab oxuyursanmı? cümləsindəki  kitab" sözünü isə  "kitabı" şəklində işlətmək müümkündür.
   Deməli, tərifə görə mübahisə obyekti olan  hər iki söz idarə olunan sözdür: məntiqə görə də , elə görüntüyə görə də.  Bu fikrə dilçilikdə aydın münasibət yoxdur. Bu beş-on ilin elmi mübahisəsi deyil. Elmdə mübahisəli olan nəsnə dərsiyə yaxın gəlməməlidir.  Dərslikdə  hamı  və ya  əksər alimlərin ,  elmə ,elmi fikrə elmi yanaşması olan  metodistlərin fikri işıqlandırılmalıdır. Dərslik  elmi mübahisə meydanı deyil. Elmi mübahisə üçün AMEA var, bizim söhbətimizlə əlaqəsi olan  AMEA-nın Dilçilik İnstitutu  var.  Yeri gəlmişkən qeyd edək ki,dərsliyin müəlliflərindən biri - professor  Qəzənfər Kazımov son illərdə Pedaqoji Universitetdəki iş yerini AMEA-ya dəyişıb, deməli,  o , araşdırma işlərinin  aparıldığı ən ali elm  ocağında işləyir.

  Söz birləşməsinə aid sualların cərgəsində   həm elmi, həm də pedaqoji ictimaiyyəti narahat edən bir məsələ də var.  
III növ təyini söz birləşməsinin daxili üzvü- tərəflərin arasına daxil olan söz və ya sözlər sintaktik təhlildə necə təhlil olunmalıdır ? Dərslikdə buna da birbaşa , mübahisəsiz görünən cavab yoxdur.Fikrimizi nümunələrlə izah edək .





 Vəlinin Ucarda  evi var;  Əhmədin  yüz kitabı  var.

  Birinci cümlədəki  "Ucarda" sözü  söz birləşməsinin ikinci tərəfinə aid deyil ,onu təbii ki,söz  birləşəsindən ayırıb, söz          birləşməsinin ilk sözündən əvvələ keçirmək olar:  Ucarda Bəlinin evi var. 
  İkinci cümlədəki söz birləməsinin arasına daxil  olan söz isə söz birləməsinin ikinci tərəfinə aiddir,  onu  (buradakı
 " yüz " sözünü  birləşmənin ilk sözündən əvvələ keçirmək olmaz., "  Yüz  Əhmədin kitabı var" burada başqa məna daşıya bilər.
   Dərslikdə    bu məsələyə,  demək olar ki, toxunulmayıb.  Şəxssiz cümlədən danışılan yerdə (səh 128) buna işarə olsa da,  texniki  qüsura yol verilib,  "Cavanşirin ona yazığı gəldi"; "Kişinin ona bərk acığı tutdu"  cümlələrinin xəbəri aydın göstərilsə də, birinci cümlədəki "ona" sözünün, ikinci cümlədəki "ona"   və  "bərk"  sözlərinin hansı cümlə üzvü olduğu göstərilmir. Amma buna ehtiyac  var idi.
    Dərslikdə yaxşı niyyətlə verilmiş çalışmalar bəzən şərtin nahamarlığına görə yaxşı alınmayıb.301 nömrəli çalışmada  şəxssiz cümlə ilə ilgili 7 cümlə var. Cümlələrin hamısı təkcə xəbərdən ibarətdir. Bu cümlələrə tamamlıq və zərflik
  ( müəlliflər, yəqin ki, tamamlıq və zərflik yerində  işlənə biləcək sözləri nəzərdə tuturlar) artırıb genişləndirmək istəyirlər.
 Yaxşı, artırdıq.  "Mənim xoşum gəlmir " cümləsinə "səndən " sözünü  "MƏNİM" sözündən əvvəl yazaq, yoxsa sonra?


  Dərslikdə "Adlıq cümlə" havadan asılı qalıb, ona yiyə duran yoxdur.

  Əvvəllər adlıq cümlə mübtəda əsasında formalaşan  sadə cümlə kimi izah olunurdu. İndi adlıq cümləni SADƏ CÜMLƏNİN ŞƏXSƏ GÖRƏ növlərinə aid etmirlər. Niyəsi budur ki, xəbəri yoxdur.  Xəbəri olmayan dil vahidi də proqram müəlliflərinə görə, cümlə üzvü ola bilməz. .Dərslik də proqram əsasında yazılır. Bəlkə başqa səbəb də var. Hər halda  indiki şagirdlərin suallarına cavab vermək lazımdır.   
  Söz - cümləni cümlə yerinə qoyuruqsa,onda gəlin onu  304- cü çaışmadakı kimi  4 qrupa ayıraq:  təsdiq söz-cümlələr, inkar söz-cümlələr, sual söz-cümlələp, emosional (nidalardan ibarət olan) söz-cümlələr. (səh.132-133).

  Ara sözlərin  ancaq  modal sözlərlə ifadə olunması  fikri də da mübahisəli görünür  (səh.112).
  Dərsliyin təzə  (2012-ci il) nəşrində köhnə nəşrdəki    "frazeoloji birləşmələr sadə üzv hesab olunur"   fikrinə düzəliş verilib.İndi frazeoloji birləşmələr mürəkkəb üzv hesab olunur. Bu , belədirmi? Gəlin fikirləşək.
   Neçə illərdir ki ,  III növ təyini söz birləşməsinin  II tərəfi say olacağı təqdirdə  , belə birləşmələrin  təyini olub olmaması mübahısə doğurur. Mübahısə bu gün də var, bəlkə YARIN da olacaq. Dərslikdə  "ustalardan ikisi",  "əlaçılardan beşi" tipli birləşmələr  hələ də III növ təyini söz birləşməsi kimi təqdim olunur (səh.18). Bu  da belədiirmi? Əgər belədirsə, 51- ci çalışmadan imtina etməliyik. Burada III növ təyini söz birləşməsi   1 T  yiyəlik hal+ II tərəf  m    (hər üç şəxsə aid  mənsubiyyət şəkilçisi - N.N.) kimi göstərilir.
  Dərslikdə bəzən mübahisədən  qaçmaq məqsədilə  "əksərən", "bir qayda olaraq"  kimi   müəllifləri məsuliyyətdən uzaqlaşdiran sözlərdən istifadə olunur.. 53- səhifədə oxuyuruq:  "Başlamaq, istəmək,  bilmək, olmaq, etmək  felləri ƏKSƏRƏN başqa sözlərə birləşərək, xəbər vəzifəsində işlənir. Məsələn:  Nazim  oxumağa başladı.Mən yatmaq istəmirdım..." Bu nümunələr inandırıcı görünmür.  Belə ki, Nazim oxumağa da, yazmağa da başlaya bilər. Eləcə də mən yatmaq da istəyərəm, oyanmaq da...
   Dərslikdə bugün üçün yaxşı səslənməyən cümlələri asanlıqla yeni nəşrdə dəyişmək arzu və tövsiyə  olunur. Cümlənin tərbiyəvi əhəmiyyəti olmalıdır. Mən demirəm ki, dərslik müəllifləri sığallı cümlələrdən istifadə etsinlər. Hər halda  "Səlim ağanın başına çomaq vurmaq"   (Nümunə  M.İbrahimovdandır -N.N.)kimi  insanlığa uyğun olmayan tarixi vərdişləri yada salmayaq. (səh.122, çalışma 279/3). 284 -cü və 285-ci  çalışmalarda da yaxşı səslənmədiyinə görə bir -iki cümlə daha münasib sözlü cümlələrlə  dəyişdirilməlidir.
   Dərslikdə  üzvlənən və üzvlənməyən cümlələrə  aid bir  neçə cümləlik yer ayrılmalıdır. Məqsəd və intonasiyaya görə cümlə növlərinə aydınlıq gətirilməlidir.  Bu, sadə cümlənin, yoxsa  ümumiyyətlə həm sadə quruluşlu, həm də mürəkkəb quruluşlu cümlənin növləridir?  Yaxşı ki,uzun illərin səhvindən sonra  buradakı uyğunsuzluğa  son qoyuldu və seminar iştirakçılarından birinin (kimliyini qəsdən demirəm) təklifi ilə səhv düzəldildi.  Məqsəd və intonasiyaya görə cümlə növlərinin həm sadə , həm də mürəkkəb cümləyə aid olması faktı təsdiq olundu.Təzə nəşrdə bu fikrin təsdiqinə bir cümlə ayrılmasna ehtiyac duyulur.
    41-ci səhifədə "Dövlət himnimizi kim yazıb" cümləsi redaktə olunmalıdır. Şagird ona məlum olan cavabı verməkdə çətinlik çəkir.(Şagirdlərin hamısı bilir ki, himnimizin musiqisini Ü.Hacıbəyov yazıb. Mətnin müəllifi isə Əhməd Cavaddır ). Burada sualın kimə -  himnin bəstəkarına, yoxsa sözlərinin  müəllifinə  aid olması  bilinmir.
    Dərslik haqqında  qeydlərimi yazarkən  mətbuatda  bir neçə ay bundan əvvəl  oxuduğum bir xəbər - müsahibə  mənə çox maraqlı göründü. Sərlövhə belə idi:

   Azərbaycan dilinin qrammatikası yenidən yazılacaq

      Maraqlıdır, biz  orta məktəb dərsliklərinin daha da  təkmilləşdirilməsi üçün monitorinq  aparırıq,  AMEA-nın  Dilçilik İnstitutu isə Azərbaycan dilinin qrammatikasını yenidən yazmağı,  sən demə, çoxdan planlaşdırıbmış.


 Xəbər-müsahibənin bəzi  yerlərini olduğu kimi oxucuların diqqətinə çatdırıram: Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA)  Dilçilik İnstitutu  respublikanın ən görkəmli  dilçi alimlərinin iştirakı ilə Azərbaycan dilinin qrammatikasını yendən yazacaq.
    İnstitutun direktor əvəzi .....bildirib ki,  Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə  Azərbaycan dilinin  fundamental və  monoqrafik tədqiqatları davam etdiriləcəkdir. Buna görə də respublikamızın görkəmli  alimlərini cəlb etməklə  vahid normaya uyğun  müasir Azərbaycan dilinin  fundamental, funksional  qrammatikasının  yazılması planlaşdırılıb.
   Yeni yazılacaq "Azərbaycan dilinin qrammatikası"nda  Azərbaycan dilinin bütün aspektləri ...sırf nəzəri planda yazılacaq.



   Bu xəbərdən  bir neçə ay sonra  institutun pəhbərliyi dəyişdirilmişdir.Yeni rəhbərliyin əvvəlki qərara münasibətini  bilmək, hər halda maraqlıdır.

      Adı çəkilən xəbərdə dərslik yazacaq müəlliflərə  tövsiyə edilib ki, yeni qrammatika  köhnə qrammatikanın təsiri altında  yazılmasın.
     
     O vaxt müəlliflərə  yeni qrammatikanı yazanda  köhnə qrammatikanı bir kənara qoymaq tövsiyə olunurdu:
     "Sözsüz ki, onları öyrənmək lazımdır. Ancaq onların təsirindən də xilas olmaq lazımdır.  Bir az (görəsən , çox olmaz-N.N.)  
     dünya dilçiliyinə çıxmaq lazımdır. Öyrənmək lazımdır ki, görək bu məsələlər  dünya dilçiliyində necə öz  əksini tapır".
      

      Nə deyirik, öyrənək də. Dünya dilçiləri  elmi qrammatika yazmağı  Rusiya çarının əlindən  düz  üç  dəfə Demidov mükafatını alan Mirzə Kazım bəydən öyrənirdi,  indi  biz onlardan ( dünya dilçilərindən-N.N.)   öyrənəndə qiyamət  qopmaz ki..
.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM