İslam dininə görə şahmat oynamaq haqqında

15:00 / 28.02.2014

Əkrəm Həsənov

İlahiyyat üzrə fəlsəfə doktoru

Əylənmək insan həyatı üçün labüd bir amildir. Əylənmək insanı həm bədən cəhətdən, həm də ruhi cəhətdən sakitləşdirir, insanın digər vacib işlərini görməsində ona müəyyən qədər kömək edir. Ancaq bəzi insanlar bütün hallarda əylənməyə üstünlük verir, digər insanlar isə əylənməyə meyl etmək istəmirlər. İslam dininə görə də əylənməyə icazə verilir. Ancaq islam dini əylənməyə halal yollarla icazə verir. İnsanın müəyyən qədər çox vaxtının alınması, bütün vaxtını əyləncəyə həsr etməsi islamda icazəli deyil. Müasir dövrümüzdə insanların əylənməsi üçün müxtəlif vasitələr, oyunlar var. Bu oyunlardan bəziləri stolüstü oyunlardır. Bu gün müsəlmanlar bu oyunları oynayırlar. Ancaq çox hallarda bu oyunlarda həddini aşırlar. Bu stolüstü oyunlardan əsas bizim ölkəmizdə geniş istifadə olunan və tarixi ənənəsi olan nərd, damino, qumar, şahmat və s. kimi oyunlardır. Biz bu mövzumuzda şahmat oyunundna bəhs edəcəyik.

Şahmat - taxta lövhə üzərində həyata keçirilən strateji oyun növüdür. Şahmat ümumu məmləkətimizin yox, bütün dünyanın ən qədim oyunlarından biridir.  Rəvayətə görə şahmat eramızdan əvvəl 570-ci ildə Hindistanda bir alim tərəfindən icad olunmuşdur. Daha sonra İrana, oradan ərəb ölkələrinə, oradan da Avropaya yayılmışdır. Bütün müsəlman ölkələrində şahmat tanınmağa və müsəlmanlar tərəfindən istifadə olunmağa başlanılıb. Şahmatın Avropaya yayılmasında isə açar ölkə İspaniya idi. Bizans İmperiyasının da şahmatın inkişafında rolu az olmamışdır. İlk vaxtlar şahmatın adı satranc olmuşdur. Sonradan dəyişikliklərə uğramış və şahmat adını almışdır. İndiyə qədər də bəzi ölkələrdə şahmata satranc deyilir. Şahmatın tarixi haqqında maraqlı bir rəvayəti qeyd edirəm. Əvvəlcə bildirim ki, bəzi sənədlər şahmatın hindistanlı bir alim tərəfindən kəşf olunduğunu göstərir. Alim bu oyunu kəşf etdikdən sonra şaha hədiyyə edir. Şah bu hədiyyədən razı qalır və: “Oyunu bəyəndim, buna görə məndən nə istəyirsən?” - deyə soruşur. Alim: “Bir qədər buğda istəyirəm”, - deyə cavab verir. Sonra isə: “Şahmat taxtasının birinci xanası üçün 1, 2-ci xanası üçün 2, 3-cü xanası üçün 4 və hər sonrakı xana üçün əvvəlkindən iki dəfə çox buğda istəyirəm”, - deyir. Şah onun kimi uca və qüdrətli bir hökmdardan bu qədər az buğda istədiyi üçün alimə qəzəblənir və ona dərs vermək üçün əyanlarına: “Onun dediklərini hesablayın və artıq bir dənə də buğda verməyin”, - deyə tapşırır. Hesablamaya başlayanda ilk xanalar rahat gedir: birinci xanaya bir, ikinci xanaya iki, üçüncü xanaya dörd buğda... Ancaq 10-cu xanaya çatanda 1023 buğda vermək lazım gəlir. Bu isə orta hesabla bir ovuc buğda demək idi. Əyanlar hesabın axıra kimi belə gedəcəyini və alimə ən çoxu bir kisə buğda verəcəklərini düşünürdülər. Çünki 15-ci xanaya cəmi bir kiloqram yarım buğda düşürdü. 25-ci xanaya bir ton yarım buğda düşəndə də əyanlar təəccüblənmədilər. Ancaq 31-ci xanaya çatanda bu işin heç də zarafat olmadığını başa düşdülər. Çünki onların alimə verməli olduqları buğdanin miqdarı 92 ton idi. 49-cu xanaya çatanda şahın verməli olduğu buğdanın miqdarı 24 milyon ton təşkil edirdi. Bu isə orta hesabla bir ölkənin illik buğda istehsalından təqribən 15 dəfə çox idi. 54-cü xanada artıq 771 milyon ton buğda lazım idi. Bu isə bütün dünyada il ərzində istehsal olunan buğdanın 1,5 misli demək idi. Hesablamaların sonunda (yəni 64-cü xanada) alimə veriləcək buğdanın miqdarının bugünkü rəqəmlərlə dünyanın 1500 illik buğda istehsalına bərabər olduğu məlum oldu. Üstəlik, bu qədər buğdanı yetişdirmək üçün dünyadan 64 dəfə böyük bir əraziyə ehtiyac var idi. Beləliklə, şah alimi təbrik etdi və onun elmi qarşısında nə qədər gücsüz olduğunu başa düşdü. Şahmatın necə oyun olması və qaydaları haqqında çox danışıb mövzunu uzatmaq və başqa istiqamətə aparmaq istəmirəm. Mövzumuzun məqsədi şahmat oynamağın islamda halal və haram olması ilə bağlıdır. Bununla bağlı mənə sual verildiyi üçün islamda bu şahmat haqqında olan mövqeyi qeyd etməyi vacib hesab etdim.

Şahmatı müsəlmanlar oynamasına baxmayaraq islamla heç bir əlaqəsi yoxdur. İslama görə şahmat oynamaq haram hesab olunur. Şahmatın haram olması ilə bağlı Qurani Kərimdə ayələr vardır. Həmçinin Allah Rəsulunun (səlləllahu aleyhi və səlləm) hədisləri və islam alimlərinin bu barədə sözləri vardır. İlk əvvəl şahmatın haram olması ilə bağlı ayələrə diqqət edək:

“Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (əl-Maidə (Süfrə) surəsi, 90-91-ci ayələr). Qurtubi (Allah ona rəhmət etsin) demişdir: “Bu ayələr qumar olub-olmamasından asılı olmayaraq nərd və ya şahmat oynamağın haram olduğuna dəlalət edir. Çünki Allah Təala içkini (xamrı) haram etdikdə bunun səbəbini izah etmişdir: “Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər”. Ona görə də hər hansı bir oyunun az bir hissəsi çoxa aparırsa və bu oyun oynayanlar arasında düşmənçilik və nifrət yaradırsa və Allahı zikrdən, namazdan çəkindirirsə, bu oyun spirtli içki içmək kimidir, spirtli içki kimi bunun da haram olması vacib olur” (Əl-Cami li Əhkam əl-Quran, 6/219).

Bununla bağlı kifayət qədər hədislər də vardır. Bunlardan bəzilərini qeyd edək: Süleyman bin Büreydənin atasından rəvayət olunur ki, Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) nərd oynayanlar haqqında belə buyurur: “Şahmat oynayan şəxs əlini donuz əti və yağına batırmış kimidir” (Müslim). Abdullah ibn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunan bir hədisi şərifdə Rəsulullah (səlləllahu aleyhi və səlləm) belə buyurur: “Bunu bilin ki, “Vallahi sənin şahını öldürdüm” deyib şahmat oynayanlar şübhəsiz ki, Cəhənnəmdədir” (Deyləmi, Müsnədi-Firdovs).

Vəsilə bin Əsqa (Allah ondan razı olsun) Allah Rəsulunun (səlləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edib: “Allah təalanın bir lövhəsi vardır. Allah təala hər gün 360 (üz yüz altmış) dəfə həmin lövhəyə baxır. Baxdıqda öz qullarına rəhm edir. Şahmat oynayanların isə bu rəhmətdən (Allahın mərhəmətindən) qismətləri (nəsibləri) yoxdur” (Əli əl-Müttəqi, Kənzul Umma).

Səhabələrin rəyinə gəldikdə: Rəvayət olunur ki, Əli ibn Əbi Talib (Allah ondan razı olsun) şahmat oynayan bəzi insanların yanında keçirdi və dedi: “Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?” (əl-Ənbiya 21:52). İmam Əhməd Əlinin (Allah ondan razı olsun) bu sözü barədə belə demişdir: “Şahmat barədə söylənilən ən səhih, sağlam şərh Əlinin (Allah ondan razı olsun) söylədiyidir”. Həmçinin həzrəti Əli ibn Əbu Talib (Allah ondan razı olsun) belə deyib: “Şahmat oynayan insanların ən yalançısıdır. Çünki onlardan biri öldürmədiyi halda öldürdüm deyər” (Beyhaqi).

Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) şahmat barədə soruşduqda o: “Bu nərddən daha şərlidir” demişdir. “Nərd” dövrümüzdə triktrak kimi bilinən şeydir. Xüsusi bir stol üzərində oynayırlar. Hədislərdə bunun haram olduğu rəvayət olunmuşdur. Müslim rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi: “Kim nərd oynayırsa əlini donuz əti və qanına salmış kəs kimidir” (2260). Nəvəvi (Allah ona rəhmət etsin) demişdir: “Şafilər və cumhura görə bu hədis nərd oynamağın haram olduğuna dair dəlil, hüccətdir. “Kim nərd oynayırsa əlini donuz ətinə və qanına salmış kəs kimidir” hədisindən qəsd olunan məna budur ki, yəni bunlardan (donuz əti və qanından) yemiş kimidir. Hədisdə ifadə olunan “haramlıq”, “onları yeməyin haramlığına” oxşatma (təşbeh) haramlığıdır”. Əbu Davud Əbu Musa əl-Əşaridən rəvayət edir ki, Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) demişdir: “Kim nərd oynuyarsa Allah və Onun Rəsuluna asilik etmişdir” (4938). Şeyx Albani “Səhih Əbi Davud” əsərində hədisi səhih olaraq təsnif etmişdir (4129).

İbn Şibahdan şahmat haqqında soruşanda deyib: “Şahmat batil əməllərdəndir. Allah təala batili sevməz” (Beyhaqi).

İmam Malikdən şahmat haqqında soruşanda demişdir: “Şahmat nərddən də betər şərdir”. Bu sözün iki cür izahı vardır:

1) Nərd oyunu şahmat qədər qəlbi məşğul etməz, insanı Allahdan uzaqlaşdırmaz, şahmat isə insanı uzun fikirlərə apardığı üçün insanı Allahı düşünməkdən yayındırar, qəlbi məşğul edər və vaxt itkisinə səbəb olar.

2) Nərd oynayanlar arasında şahmat oynayan qədər mübahisə olmaz. Çünki şahmat oynayanların boş vaxtları, boş danışmaları və davaya yol açan mübahisələri daha çox olar. Üstəlik insanların şahmata olan meyilləri daha güclü olduğundan bu oyun islamda daha çox haram hesab edilmişdir.

Yuxarıda ayə və hədislərə əsasən bütün islam məzhəblərinə görə şahmat oynamağın qumar kimi olsa da, olmasa da haram olması bildirilir. Yalnız İmam Şafii məkruh olduğunu bildirirb. Pis görünən bir işə məkruh iş deyilir. Harama yaxındır. Bu oyunu oynayanların şahidliyi qəbul olunmur.

Şahmatın qadağan olunması barədə elm əhlinin sözləri vardır.

Böyük sələf alimlərindən biri olan, islam dünyaşında alimlərin şeyxi kimi tanınan Şeyxul İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: “Alimlərin yekdil rəyinə görə şahmat həm batinən, həm də zahirən fərz olan əməllərdən bizi məşğul etdiyi zaman (yayındırdıqda) haram olur. Eləcə də namaz kimi vacibatlar və yaxud özü və ailəsinin məsləhəti (maraqları) üçün zəruri olan hər hansı bir şey və ya yaxşılığı əmr edib pislikdən çəkindirmək və ya qohumluq haqqlarını saxlamaq və yaxud valideynlərə hörmət, vilayət və imamət (rəhbərlik, idarəçilik) işlərindən və bundan başqa digər vacibatları yerinə yetirməkdən yayındırdığında haramdır. Həmçinin, yalan söyləmək, yalan yerə and içmək, aldatmaq, xəyanət, zülm etmək, və yaxud zülmə yardım etmək və ya digər qadağaları (muhərrəmət, haramları) əhatə, ethiva edirsə Müsəlmanların (icmasına) yekdil rəyinə görə bu haramdır (Məcmu əl-Fətava (Fitvalar Toplusu), 32/218, 240). Lakin vacibatlardan bizi yayındırmırsa və yaxud haram bir şeyi ehtiva etmirsə o zaman bunun hökmü barədə elm əhli arasında fikir ayrılığı var. Alimlərin cümhuru (Əbu Hənifə, Malik, Əhməd və Şafinin əshabları və müasirləri) bunun haram olduğuna hökm etmiş. Haram olduğunu Allahu Təalanın Kitabı və Səhabələrin rəylərinə əsaslandırmışdırlar.

İbn Qudamə (Allah ona rəhmət etsin) demişdir: “Şahmatın haram olması, nərdin haram olması kimidir” (əl-Muğni, 14/155).

İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir: “Şahmatın fəsadları nərdin fəsadından daha böyükdür. Nərdin haram olmasına dəlalət edən hər bir şey, bunun şahmatın haramlığına dəlalət dərəcəsi daha böyükdür. Bu İmam Malikin və onun əshabının, Əbu Hənifə və onun əshabının, Əhməd və onun əshabının və Tabiindən cumhurun (əksəriyyətinin) rəyidir. Səhabələrdən hər hansı birinin bunu halal gördüyü və yaxud oynadığı deyə belə bir şey məlum deyil. Allah onları bundan mühafizə etmişdir. Onlara nisbət edilən hər bir şey və Əbu Hureyranın bunu oynadığını söyləyən rəvayətlər Səhabələrə qarşı yalan, iftira və uydurmadır və Səhabələrin həqiqətdə necə olduqlarını (onların halından xəbəri olanlar) bilən kəslər tərəfindən rədd olunur və rəvayətləri kritik yöndən yoxlayan kəslər tərəfindən rədd olunur. Allah Rəsulundan sallallahu aleyhi və səlləm sonra ən fəzilətli əsrdə yaşayan nəsil və insanların ən yaxşılarının Allahın zikrindən və namazdan insanları yayındıran, bu yöndən spirtli içkidən daha böyük olan (belə ki real həyatda şahid olduğumuz kimi insanlar buna dalıb gedirlər) bir şeyi oynamağa icazə vermələri necə mümkündür? Necə ola bilər ki, Şəriət qoyan nərdi qadağan etsin, şahmata icazə versin, halbuki şahmatın fəsadları nərddən qat-qat çoxdur” (Əl-Furusiyyə, 303, 305, 311).

Zəhəbi (Allah ona rəhmət etsin) demişdir: “Şahmata gəldikdə, elm əhlinin cumhuru bunu oynamağın haram olduğunu söyləmişdir, istər pul ilə və ya pulsuz oynasınlar fərq etməz. Pul ilə oynadıqda o zaman şübhəsiz ki, bu qumardır. Hətta pul üçün oynamasalar belə, elm əhlinin cümhuruna görə bu yenə də qumardır və haramdır...Nəvəvidən (Allah ona rəhmət etsin) şahmat oynamaq, bunun haram və halal olduğu barədə soruşdular? O (Allah ona rəhmət etsin) belə cavab vermişdir: “Bunu oynamaq namazı vaxtında əda etməkdən çəkindirirsə və yaxud pul üçün oynanılırsa, o zaman bu haramdır. Yalnız Şafilərə görə məkruh və digərlərinə görə isə haramdır” (Əl-Kəbəir 89-90).

Bu barədə daha ətraflı məlumat üçün Əl-Acurinin “Təhrim əl-Nərd vəl Şatranc vəl Məlaahi” əsərinə baxmaq olar. Həmçinin məşhur hədis kitablarında haramlar fəslinə, şahmat və nərd, haram oyunlar fəslinə baxmaq olar.

Biz nəticədə şahmatın islam dininə görə haram olmasını belə dəyərləndiririk. Yəni islama görə şahmatın haram olmasının səbəblərini qısaca olaraq belə açıqlayırıq:

1) Allahın əmr və qadağalarının səbəbləri soruşulmur,

2) Şahmat onamaq vaxt itgisinə səbəb olur,

3) Şahmat oyanamaq insanlar arasında düşmənçilik yaranmasına səbəb olur,

4) Bu oyunu ilk dəfə quran şəxs kafir olub və kafir bir şəxsin qurduğu oyunu oynamaq doğru deyil,

5) Çox hallarda şahmatla qumar oynayırlar ki, bu da haramdır,

6) Saleh əməllərdən insanı saxlayır,

7) İnsanda tənbəllik yaradır və bir çox xeyir əməllərdən insanı saxlayır

8) Heykəllərə sitayiş fikrini formalaşdırır, nəticədə insanı Allaha şərik qoşmağa qədər aparır,

9) Qumar kimi oynadıqda insana mal cəhətdən böyük zərərlər vurur ki, mal cəhətdən zərər çəkən mənəvi cəhətdən də zərərə uğrayır

10) Başqa saya bilmədiyimiz qədər bir çox fəsadları vardır.

Allah təala daha düzünü bilir. Allah bizi sevmədiyi, razı qalmadığı, qəzəbinə səbəb olduğu bütün işlərdən uzaq etsin! Amin!


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM