Çoxpartiyalı siyasi sistemin nəzəri - metodoloji əsaslarının bəzi aspektləri

13:32 / 02.12.2015

Ülvİyyə Haqverdİ,
Siyasi elmlər üzrə siyasi elmlər doktoru

Çoxpartiyalılıq və onun siyasi sistemdə yeri və rolu siyasi elmin aktual problemlərindən biri olmaqla xüsusi maraq doğurur. Müəyyən müsbət və mənfi cəhətlərilə səciyyələnən bu partiya sistemi sosial maraqlar və statusların plüralizminin institusional ifadəsi olmaqla açıq siyasi üstünlüyə malik olmayan siyasi qüvvələr arasında razılıq və kompromislərin axtarışına yönəlir. Belə razılığın əldə olunması, habelə sistemin sabitliyinin təmin olunması isə ölkədəki partiyalar arasındakı qarşılıqlı münasibətlərin xarakterindən xeyli asılıdır. Demokratik ənənələri olmayan cəmiyyətlərdə çoxpartiyalı sistem tez-tez hökumət böhranlarının baş verməsinə səbəb olur.
Cəmiyyətdə çoxpartiyalı siyasi sistemin təhlilini aparmamışdan əvvəl onun nəzəri-metodoloji əsaslarını tədqiq etmək zəruridir ki, bu zaman seçilmiş problemin açar komponenti olan siyasi partiya fenomeninin özünün təhlilindən başlamaq daha məqsədəuyğundur. İlk baxışdan belə görsənə bilər ki, partiya haqqında o qədər elmi və publisistik əsərlər yazılıb, çoxlu sayda müxtəlif siyasi sənədlər var ki, bu məsələyə artıq çoxdan nöqtə qoymaq olardı. Bununla belə, XXI əsrdə də tədqiqatçılar bu problemə fəal surətdə müraciət etməkdə davam edirlər.
Siyasi partiyaların yaranmasının geniş şərhi deyərkən biz hakimiyyət və ya onun reallaşdırılmasında iştirak uğrunda mübarizə aparan insan qruplarının dəyər aspektlərini, yəni ayrı-ayrı şəxslər və ictimai qrupların sosial tələbatlarının ifadə olunması üzərində qurulmuş siyasi məqsəd və maraqları başa düşürük. Bu rakursda siyasi partiyalar mahiyyət etibari ilə bütün dövrlərdə və bütün xalqlarda - hakimiyyət və hakimiyyət münasibətlərində istənilən siyasi sistemin «nüvə»si ətrafında fırlanan əbədi «peyk»dir. Nəticə etibarı ilə, əksər dünya xalqlarının tarixində praktiki olaraq daxili siyasi həyatda baş verən əsas hadisələr bu şərhə uyğun gəlir.
Geniş şərhdən fərqli olaraq, siyasi partiyaların dar şərhinin əsasında artıq normativ komponent, yəni şəxsi və ictimai maraqların ümumi qəbul olunmuş siyasi standart və formalarının artikulyasiyasına əsaslanan böyük insan (kütlə) qruplarının aqreqasiyası durur. Ənənəyə görə, XIX əsrin əvvəllərində Avropa və Amerikada yaranmış həmfikirlərin (fraksiyaların) (2,s.65-100) məhz bu cür təşkilati cəhətdən formalaşmış böyük qrupları siyasi partiyalarla eyniləşdirilməyə başlanılmışdır. Belə hesab edirik ki, siyasi partiyaların təbiətinə aid təklif etdiyimiz şərhlər mahiyyət etibarı ilə bir-birinə zidd deyil, əksinə qarşılıqlı olaraq bir-birini tamamlayırlar.
Məlum olduğu kimi, ən ümumiləşdirilmiş formada partiya hakimiyyət və ya onun yerinə yetirilməsində iştirak etmək uğrunda mübarizə aparan insan birlikləri (ictimai təşkilat) kimi başa düşülür. Siyasi partiyaların palitoloji lüğətdə verilmiş olduğu tərifində bu ümumi təsəvvür bir qədər detallaşdırılmışdır: «Siyasi partiya-xalqın bir hissəsinin maraqlarını təmsil edən və onları dövlət hakimiyyətini ələ almaq və ya onun həyata keçirilməsində iştirak etməyi reallaşdırmağı öz qarşısına məqsəd qoyan həmfikir insanların mütəşəkkil qrupudur»(1,s.245).
Yuxarıda yazılanlar bizə imkan verir ki, elmi ədəbiyyatda siyasi partiya anlayışının rəngarəng definisiyalarını müqayisə etməklə onun kateqorial təhlilini aparaq . Partoloji ədəbiyyatda siyasi partiyaların çoxsaylı tərifi var və bu tərifləri onların konseptual əsaslarına uyğun olaraq bir neçə böyük nəzəri-metodoloji yanaşmalarda qruplaşdırmaq olar. Qısa olaraq onlara nəzər salaq:
1. İnstrumental yanaşma-"partiya məqsədlərə çatmaq vasitəsi kimi". Hələ C.Sartori partiya anlayışının seçkilərdə fəal iştirak edən və öz namizədlərini dövlət idarələrinə keçirtmək imkanına malik olan istənilən siyasi qrup kimi müəyyənləşdirilir (5,s.77). Müasir qərb tədqiqatçıları Yan Makialister və Stefen Uaytın qeyd etdiyi kimi, yaranan demokratik dövlətlərdə siyasi partiyalar sosial bölünməni həmrəyləşdirərək və təmsil edərək mərkəzi alət rolunu oynayırlar. Ölkədə demokratiyanın möhkəmlənməsinin müvəffəqiyyəti istənilən digər amildən daha çox siyasi münaqişələrin strukturlaşdırılmasında siyasi partiyaların effektivliyindən asılıdır (6,s.197-216).
2. İdeoloji yanaşma - «partiya ideologiya daşıyıcısı kimi». Hələ qədim Yunanıstan və Roma dövründən partiya müəyyən ideologiya ətrafında birləşən əhalinin (xalqın) bir hissəsi kimi başa düşülürdü. Yalnız XIX əsrdə bu tərif fransız liberalizminin banisi Bencamin Konstantın əsərlərində öz əksini tapmışdır: «partiya açıq-açığına eyni siyasi doktrinanı qəbul edən şəxslərin birliyidir»(3.s.17). Qeyd etmək lazımdır ki, cüzi modifikasiya ilə partiya anlayışına liberal yanaşmaya müasir ədəbiyyatda da rast gəlinir. Misal üçün türk tədqiqatçısı Ahmet Taner Kışlalı qeyd edir ki, siyasi partiya-bir proqram çərçivəsində siyasi qərarlara təsir etmək və bu məqsədlə siyasi iqtidarı ələ keçirmək üçün təşkilatlanmış quruluşdur(4,219).
3. Sinfi yanaşma - «partiya sinfi və sosial qrup maraqlarının inteqratoru kimi». Bu yanaşma özünün ən dolğun və parlaq əksini marksizm-leninizmin əsas əsərlərində tapmışdır («Kommunist Partiyasının Manifesti»(7), «Nə etməli?» (8)). Baxmayaraq ki, sinif və siniflərarası mübarizə nəzəriyyəsinə maraq azalıb, bu yanaşma əvvəlki kimi elmi və siyasi dövriyyədədir.
4. Təşkilati yanaşma-"siyasi partiya təşkilat kimi".Bu yanaşmanın parlaq nümayəndəsi olan M.Dyüverce özünün yaxın və uzaq sələflərindən fərqli olaraq müasir siyasi partiyaları ideya, «doktrina» (partiyanın liberal doktrinası) və ya sosial-sinfi, ideoloji (partiyanın marksist konsepsiyası) birlik kimi deyil, struktur-funksional birlik kimi tədqiq edir (9,s.4).
5. Kommunikativ yanaşma - «partiya vasitəçi kimi» C.Sartori partiyanı «cəmiyyət və hakimiyyət arasında» əsas vasitəçi kimi xarakterizə edərək, bunu belə izah edir: «partiya müxtəlif sosial qruplarda formalaşmış maraqları dövlət hakimiyyət orqanlarına translyasiya edir. Partiyanın siyasi institut kimi spesifikliyi ondadır ki, onlar təkcə sosial maraqları formalaşdırmır, eyni zamanda onu dövlət hakimiyyət orqanları vasitəsi ilə reallaşdırır. Məhz buna görə də siyasi sistemlərdə partiya və onun namizədləri demokratik siyasi sistemlərdə siyasi mübarizə və siyasi rəqabətin əsas iştirakçısına çevrilirlər. Həmçinin, qeyd edək ki, müasir demokratik dövlətlərdə hakimiyyət və cəmiyyət arasında əlaqənin siyasi partiyalar vasitəsi ilə həyata keçirilməsi ideyası geniş miqyasda gündəmdədir. Belə ki, Sarçineli partiyalara (demokratik proseslərdə) «özəyin ünsiyyət funksiyası»nı əlavə etmişdir; onlar həm dövlət institutları və vətəndaşlar arasında əlaqə, həm də ictimai rəyin formalaşması və siyasi vasitəçilik prosesində qarşılıqlı xidməti yerinə yetirirlər. Bu birləşdirici funksiya müasir partoloji ədəbiyyatda yalnız geniş işıqlandırılmır, həmçinin demokratiyanın təməl prinsipi kimi ABŞ hakimiyyətinin mənafeyinin əsasını təşkil edir: «Demokratik dəyərləri dəstəkləyən xalq şəxsiyyətin hüquq və azadlıqlarını qorumaq və müdafiə etmək üçün özünün seçdiyi hakimiyyəti formalaşdırmalıdır ki, bunun əldə edilməsində əsas vasitə məhz siyasi partiyalardır».
6. Plüralist yanaşma. Bu yanaşmanın məğzi siyasi partiyaların mahiyyətinin daha dəqiq, onların müəyyən birləşmələrinin: ideologiya, maraqlar, məqsədlər, strukturu və s. təyin olunmasında dominant kriteriyaların olmamasıdır ki, bu cür rakurs Mixels üçün xarakterikdir. Onun fikrincə, partiya nə sosial, nə də iqtisadi təşkilat deyil və fəaliyyətinin əsasında partiya proqramı durur. Partiya nəzəri cəhətdən müəyyən sinfin maraqlarını ifadə edə bilər, lakin şəxsi maraqları partiya proqramının müddəaları ilə üst-üstə düşsə belə, heç bir şəxs partiyaya qəbul olunmağa məcbur edilə bilinməz. Partiya ancaq məqsədə çatmaq vasitəsidir. Əgər partiya məqsəd və maraqları ilə birlikdə özünüməqsədə çevrilirsə, o məqsədəuyğun şəkildə təmsil etdiyi sinifdən uzaqlaşır. Siyasi partiya-müəyyən sosial qrup (və qrupların) və ya ideologiyaların maraqlarını ifadə edən və onların dövlət hakimiyyətində reallaşdırılmasına cəhd edən bir institutdur.
Şübhəsiz, bizim siyasi partiyaların mahiyyətinin kateqoriyalar üzrə sistemləşdirilməsinə cəhd etməyimiz heç cürə tam əhatəli ola bilməz və yalnız hal-hazırki məsələyə dair şəxsi mövqeyimizin formalaşması üçün əsasdır. Bu kontekstdə bir neçə mülahizə irəli sürək ki, siyasi partiyaların klassik və müasir definisiyalarını qiymətləndirərkən, fikrimizcə, bunlar mütləq nəzərə alınmalıdır.
Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, müasir dünyada mövcud partiyalardan yalnız bəzilərinin sosial bazaları, yəni əhalinin maraqlarını ifadə etdikləri təbəqəsi var. Həm inkişaf etmiş, həm də keçid dövrünü yaşayan dövlətlərdə partiyaların böyük bir hissəsi faktiki olaraq sosial bazalarının əvəzində hər hansı bir partiyaya seçkilərdə səs verməyə meylli olan əhaliyə, yəni elektorata malikdir.
Eyni zamanda D.Kolun «müasir siyasi partiyalarda seçkilərdə qələbə çalmaq marağı rəhbərliyin (rəhbərin və partiya aparatının) hakimiyyət və idarəçilik postlarının əldə edilməsi də daxil olan şəxsi maraqları (material və ideya) ilə tənzimlənir» radikal nöqteyi-nəzəri ilə razılaşmaq çətindir(12,s,170). R.Mixels partiya oliqarxiyasının inkişafının qaçınılmazlığı haqqında müddəaları irəli sürdüyü vaxtdan etibarən və bir çox müasir dövlətlərin elitalarının məlumatları isə bu dəlilləri qismən təsdiq etdiklərindən sonra partiya (onun üzvləri, aparatı və xüsusilə liderlərinin) maraqları ciddi təbliğat predmetinə çevrilib. Bir fakt da obyektivdir ki, bu maraqlar onlarla müxtəlif variantlarda ünsiyyətdə olaraq: balanslaşdırmaq, qarşılaşdırmaq, eyniləşdirmək, tam və ya qismən aqreqasiya və s. sosiumun tələbat-maraqlarından irəli gəlir. R.Makridis hesab edir ki, partiya - «insanları səfərbər edən və aktivləşdirən, onların maraqlarını təmsil edən, müxtəlif nöqteyi-nəzərlərin arasından kompromis yanaşmanı hazırlayan, ölkə rəhbərliyini və idarəetməni həyata keçirən siyasi liderlər üçün təməl sifətində çıxış edən assosiasiyadır» (13,s.9).
İkincisi, bizim fikrimizcə, dünyada açıq-aydın siyasi partiyaların şəxsləndirilməsinə dair tendensiyalar güclənmişdir. Baxmayaraq ki, müasir siyasi partiyalar M.Veberin təbirincə desək, «aristokratiyanın son dərəcə şəxsi məiyyəti» (15, s.671) olan orta əsr prototiplərindən kəskin fərqlənir, bununla belə, xüsusilə xarizmatik növlü liderin rolu müasir zamanda bu və ya digər partiyanın yaranması və gələcək taleyində yalnız yüksəlir.
Üçüncüsü, XX əsrin sonu-XXI əsrin əvvəli siyasi partiyaların rolunun aktivləşdirilməsinin yeni dalğası ilə müşahidə olunurdu. Endryu Heyvud qeyd edir ki, əgər 1950-ci illərin axırlarında partiyalar dünyanın 80% ölkələrində dövlət idarəçiliyini yerinə yetirirdilərsə, 1960-cı illərdə inkişaf etməkdə olan dövlətlərdə hərbi rejimlərin hakimiyyətə gəlməsi nəticəsində partiyalar haqqında cəmiyyəti parçalayan, etnik, irqi və tayfa qarşıdurmasına, kasıbçılığa son qoymağı bacarmayan bir qurum kimi xarakterizə edilirdilər. Lakin 1980-90-cı illərin demokratikləşmə prosesi siyasi partiyalara yeni həyat verdi (14, s.245).
Dördüncüsü, siyasətin effektivliyinin artırılmasının intensiv axtarışı kontekstində əsas yer kütləvi informasiya vasitələri uğrunda mübarizəyə ayrıldığı halda müasir partiyaların medialaşdırılması, kompüter sistemləri
Beşincisi, adlarını aydın şəkildə konyuktur dəyişdirən partiyaların populyarlaşması tendensiyası, təşkilati strukturun sadələşdirilməsi (daimi üzvlükdən, üzvlük haqları və s. imtina), piar texnologiyaları vasitəsi ilə elektorata təsir, kütləvi tamaşaların keçirilməsi və s..
Göstərilən tendensiyalar müasir partogenezdə partiyanın struktur əsaslarının dəyişdirilməsinə aparır. Ən ümumi halda burada iki qrup elmi nöqteyi-nəzəri ayırmaq olar ki, biz onları şərti olaraq M.Veberin və M.Dyüvercenin baş hərfləri ilə «V-xətti» və «D-xətti» adlandıraq.
«V-xətti».
Məlum olduğu kimi, partiya tarixinin baxılmasının ümumi qəbul olunmuş politoloji ənənənin əsasında onların yaranması dövründə Veber xarakteristikası dayanır: partiyalar aristokratik qruplaşmalar kimi, partiyalar siyasi klublar kimi və müasir kütləvi partiyalar. Biz hesab edirik ki, bunu hərfi traktovka ilə məhdudlaşdırmaq olmaz və partiya genezisinin Veber anlayışı əsasında özünün sosial dəyər və normalarının mühafizə edilməsi və fəaliyyət göstərməsinə daxil edən bir sıra mexanizmlər qoyulmuşdur. Müvafiq olaraq, siyasi partiyaların yaranması və inkişafı sosial kollektivlərin siyasi iştirakının müəyyən institutlaşdırılmış formalarının əks olunmasını nəzərdə tutur. Raymond Aronun qeyd etdiyi kimi, «tərifə görə partiyanın məqsədi - hakimiyyəti reallaşdırmaq deyil, reallaşdırılmada iştirakdır» (16,s.28). Sərvər Tanilliyə görə, “insanlar dövlət halında təşkilatlandıqlarından bu yana ümumi maraqlara sahib insan qruplarının bir hakimiyyət mübarizəsi vardır ki, siyasi hərəkat cəmiyyətlərinin bu mübarizəni təşkil etməsi və aparması həmin mübarizənin özü qədər qədimdir” (17, s.210). Bu məsələdə biz B.B.Meytus və B.Y.Meytusun nöqteyi-nəzərlərini dəstəkləyirik ki, onlar müasir dövrdə siyasi partiyaların yaranmasını iki mərhələyə bölürlər: ilkin mərhələ (doğulma) - müxtəlif maraq və resurs imkanlarına malik insanların birləşməsi. Bu birliyi alim protopartiya adlandırır və qeyd edir ki, “əgər şərait münbit olarsa ,bu rüşeym partiyaya çevrilə bilər (əks təqdirdə protopartiya özündən sonra heç bir iz qoymadan silinib gedər). İkinci mərhələ partiyanın yaranmasıdır ki, məhz bu mərhələdə partiyanın mərkəz və yerli təşkilatlarla əlaqəsi formalaşır və faktiki olaraq onun strukturunun yaranması baş verir.
«D-xətt».
M.Dyüverjenin nöqteyi-nəzərləri ilə razılaşan alimlərin mövqelərini birləşdirir. Onun fikrincə «müasir siyasi partiyaların mahiyyəti təşkilati təbiətində daha dolğun açılır, nəinki onların proqram və ya sinfi tərkibində: partiya müəyyən spesifik struktur əsasında olan birlikdir» (18,s.18)
Dyüverje partiya strukturlarını iki aspektdə tədqiq edir:
Beləliklə, partiyaları struktur spesifikliyinə görə iki böyük rubrikaya aid etmək olar: təşkilati rəsmiləşdirilmiş və rəsmiləşdirilməmiş siyasi partiyalar. Partiya quruculuğunda təşkilati strukturun vacibliyi tezisi kontekstində R.Mixelsin «Təşkilatın zəruriliyi» əsərini xatırlatmaq məqsədəuyğundur. O, partiyaya kütlənin siyasi maarifləndirilməsi, fərdlərin xidmət pilləsində irəliləməsinin rekrutlaşdırılması, kütlələr və qanunvericilərlə geniş əlaqələrin yaradılması funksiyalarını yerinə yetirən formal təşkilatlanmış qrup kimi tədqiq edir.
Siyasi partiyaların mahiyyəti daha çox onun funksiyalarında təzahür edir ki, bu funksiyaları həm konkret şəraitdən, həm də siyasi rejimin xarakterindən asılıdır. Klassik yanaşmaya müvafiq olaraq, partiyalar nümayəndəli sistemdə ən azı dörd funksiyanı yerinə yetirir: məqsədin təyin olunması, ictimai rəyin formalaşdırılması, namizədlərin seçilməsi və deputatların fəaliyyət göstərmələri üçün şəraitin təmin olunması. Bizə elə gəlir ki, bu cür yanaşma son dərəcə məhdudlaşdırılıb.
E.Heyvudun təklif etdiyi siyasi partiyaların təsnifatı daha rasionaldır.O, siyasi partiyaları təmsilçilik, elitanın formalaşdırılması və doldurulması, məqsədin müəyyən olunması, maraqların artikulyasiyası və aqreqatlaşdırılması, sosiallaşma və səfərbərlik, hakimiyyətin təşkili kateqoriyalarında təsnifləşdirərək,onları tədqiq edir.
Beləliklə, çoxəsrlik tarixə malik siyasi partiyalar siyasi sistemin baza institutlarından biri olaraq, bir tərəfdən cəmiyyətin müxtəlif maraqlarının aqreqasiyası və təmsilçiliyi, digər tərəfdən siyasi elitanın istehsalı və rotasiyasına təkan verir. Siyasi partiyaların bu cür ikililiyini T.Parsons ədalətli olaraq belə izah edir ki, onlar «idarəçilik prosesi ilə, həmçinin daha çox müəyyən fəaliyyəti reallaşdıran kollektivləri təmsil edən müxtəlif növ assosiasiyalaşmış maraq qrupları ilə bağlıdır» (19,s.42).
Siyasi partiya fenomeninin siyasi sistemin tərkib hissəsi kimi aparılmış kateqorial təhlili bizə imkan verir ki, aparılan tədqiqatın əsas predmeti olan - çoxpartiyalılığa keçək.
Siyasi ədəbiyyatda çoxpartiyalılığa bir neçə rakursdan baxılır:
- cəmiyyətdə bir neçə partiyanın mövcudluğu və fəaliyyət göstərməsi kimi.
- çoxpartiyalılıq və partiya sistemi anlayışlarının eyniləşdirilməsi kimi.
- çoxpartiyalılığın ancaq demokratik cəmiyyətdə möscud ola bilməsi kimi.
- demokratiya şəraitində müxtəlif sinif və təbəqələrin siyasi təmsilçilik forması kimi.
- müasir demokratik dövlətlərdə siyasi və ideoloji plüralizmin ümumi prinsiplərinin ifadəsi olan siyasi həyatın təşkilinin əsas konstitusion prinsiplərindən biri kimi.
- müxtəlif sosial qrup və təbəqələrin maraqlarının ifadə edilməsini təmin edən bir sıra siyasi partiyaların mövcud oldüğü siyasi sistemin xüsusiyyətləri kimi.
Partiya sistemi bütövlükdə cəmiyyətin siyasi sisteminin bir hissəsidir ki, adətən ona cəmiyyətin siyasi – partiya sistemi də deyilir.
Partiya sistemləri cəmiyyətdə legitimləşdirmə və stabilləşdirmə funksiyasını həyata keçirir ki, bu əsasən hakim partiyanın fəaliyyəti əsasında reallaşır. Bu fəaliyyətin rolu cəmiyyətin siyasi sistemində mərkəzdənqaçma tendensiyalarının qarşısının alınmasıdır. Müxalifət partiyaları da əsasən mövcud rejimin dəyişməsinə qarşı çıxmadıqları təqdirdə bu sahədə həmin funksiyanı yerinə yetirmiş olurlar.
Partiya sistemlərinin siyasi dəyişmə funksiyası demokratik rejimlərin əlamətidir, siyasi partiyalar siyasi rəhbərlərin və hakim komandanın legitim dəyişməsinə xidmət edir.
Elmi ədəbiyyatda siyasi partiya sistemlərinin tribuna funksiyası da ayrılır ki, bu əsasən əkssistem və müxalifət partiyaları üçün xarakterikdir. Belə ki, cəmiyyətdə həmişə sosial konfliktlər baş verir və bunlar mərkəzdənqaçma meyllərini doğurur. Tribuna funksiyasının köməyi ilə həmin sosial qruplar şəxsi siyasi mövqelərini və seçimlərini bildirirlər.
Bir halda ki, çoxpartiyalılığın partiya sisteminə transformasiyası ilə bağlı bir blok problemləri əksər müasir tədqiqatçılar tranzit demokratiyası ölkələrində görürlər, ona görə də burada qiymətləndirmə diapazonu olduqca genişdir: Rusiya və digər postsovet dövlətlərində partiya sistemi hələ yaranmamışdır və söhbət yalnız çoxpartiyalılığın bu və ya digər dərəcədə inkişafından, partiya kvazisistemindən, keçid xarakterli az stabil və qeyri- stabil partiya sistemlərindən və hətta bütün siyasi partiyaları istisnasız olaraq bağlanmasının zəruriliyi haqqında əsaslandırmadan gedə bilər.
Çoxpartiyalılığın mahiyyətinin anlaşılmasında yuxarıda göstərilən çoxplanlılıq həmin anlayışın nəzəri-metodoloji konturlarının bir qədər qeyri-müəyyənliyindən xəbər verir. Onların baxılmasına bir qədər aydınlıq gətirməyə cəhd edək.
Hər şeydən əvvəl, çoxpartiyalılığın mahiyyətinin müəyyən miqdarda siyasi partiyaların yığını kimi anlaşılan yanaşmanı geniş yayılmış yanlışlıq kimi xarakterizə etmək olar. Ən yeni siyasi tarixdə elə dövlətlər olub və var ki, orada folmal olaraq çox sayda partiyalar fəaliyyət göstərsələr də, real siyasi
qüvvə yoxdur və ya onlar cəmiyyətdə olan əsas siyasi spektrlərin hamısını əks etdirmirlər. Müvafiq olaraq, belə vəziyyətdə bu termindən çoxpartiyalılıqdan (bu terminin qərbdə anlaşılan mənasında) danışmağa dəyməz. Misal üçün, XX əsrin 40-80-ci illərində «xalq demokratiyası» deyilən ölkələrdə, müasir Çində, kommunist partiyasının total hakimiyyəti dövründə belə partiyaların fəaliyyətinə qadağa yox idi. Hətta qərb standartlarına görə, altmış il bir partiyanın (Yaponiya Liberal-Demokrat Partiyası) hakimiyyətdə olduğu Yaponiyada belə, faktiki olaraq çoxpartiyalılıqdan söhbət getmir. M.Dyüverje ədalətli olaraq qeyd edir ki, çoxpartiyalılığı çox vaxt partiyaların yoxluğu ilə qarışdırırlar. Onun fikrincə, ictimai rəyin çoxsaylı, lakin qısamüddətli, efemer və tezdəyişən qruplara parçalanmış olduğu dövlət çoxpartiyalılığın əsl anlayışına müvafiq deyil: o, hələ partiyaların tarixindən əvvəlki dövrü yaşayır və ümumi evolyusiyanın elə bir dövründədir ki, burada ikipartiyalılıq və çoxpartiyalılıq arasında fərq qətiyyən müəyyənləşməyib belə ki, əsl partiyalar hələ yoxdur.
Hətta M.Dyüverje bərqərar olmuş çoxpartiyalılıqdan danışarkən, partiyaların miqdarına müvafiq olaraq onların bir neçə müxtəlifliyini qeyd edir. Bu zaman üç, dörd və çoxpartiyalılığı göstərərək , faktiki olaraq onu ikipartiyalılıqdan fərqləndirir.
Bizim fikrimizcə, çoxpartiyalılığın təbiətinə bəxarkən bir neçə əsas məqamları nəzərə almaq lazımdır. Hər şeydən əvvəl, qeyd edək ki, özünün substansional əsasına görə çoxpartiyalılıq ictimai həyatın iki vacib hadisəsi ilə bağlıdır: birincisi, sosial stratların dəqiq fərqlənməsi ilə, ikincisi, onlar tərəfindən öz siyasi maraqlarının növbəti artikulyasiyasının dərk edilməsi, yəni siyasi plüralizm ilə. Bu halda, əgər yeni ictimai stratların (köhnə sosial icmaların fəal dağılmasından sonra) yaranması ləng və ziddiyyətli gedirsə, onda ümumi korporativ birlik xatirinə kompromislərin tapılması problematik olur.
İkincisi, partiyaların movcudluğunun kəmiyyət taksonimi deyil, məhz siyasi plüralizmin institutlaşdırılmasına tələbat, onun praktiki reallıq müstəvisinə köçürülməsi çoxpartiyalılığın əsasının siyasi partiyalarının təhsil və fəaliyyətinin azadlığının konstitusion prinsiplərinin olmasını hesab etməyə imkan verir. Qeyd etmək vacibdir ki, bu xüsusi ilə çoxpartiyalılıq institutunun formalaşması mənbələrinin rəngarəng olduğu yeni demokratiya dövlətlərinə aiddir. Rusiya tədqiqatçısı A.İ.Yançukovun qeyd etdiyi kimi:"Bir qrup partiyalar ənənəvi ideologiya böhranının məhsulu olub, digərləri rəsmi partiya strukturlarının doğulması nəticəsində yaranıb, üçüncülər- seçkilərin yeni qaydaları hesabına, dördüncülər- elitanın korporativ maraqlarının təmin edilməsi zəruriliyindən yaranmışdır və s."(20,s.123).
Üçüncüsü, bu səpkidən real çoxpartiyalılığı onun saxta iki növündən seçmək lazımdır: bir neçə nüfuzsuz partiyanın olması təkpartiyalı sistemi və onun hakimiyyətdə monopoliyasını ört basdır edir və çox sayda kiçik, gücsüz partiyaların olması hələ keyfiyyətcə yeni çoxpartiyalı sistemin yaranmasını təmin etmir. Rusiya analitika sorğusunun müəllifləri saxta və süni çoxpartiyalılığın mahiyyətini göstərərək bir qədər fərqli traktovka təklif edirlər. Süni çoxpartiyalılıq adı altında partiya sistemi elementləri arasında iri partiyanın partiya tərəfdarlarının , saxta çoxpartiyalılığın adı altında isə siyasi partiyalara qoyulan tələblərə cavab verməyən, federal səviyyədə qeydiyyatdan keçmiş elementlərinin olmasını başa düşmək lazımdır .
Dördüncüsü, çoxpartiyalılığın demokratik siyasi sistemin əsas atributlarından biri olması tezisi yalnız elə bir tarixi şəraitdə həqiqətə uyğun gəlir ki, siyasi partiyalar hakimiyyət uğrunda mübarizə aparmır, yalnız onun reallaşmasında iştirak edirlər. R.Aronun fikrincə, qanun çərçivəsində hakimiyyəti həyata keçirmək öz təbiətinə görə hakimiyyətin zəbt edilməsindən fərqlənir, lakin siyasi sistemin əsas kriteriyalarından biri kimi xidmət edir(21.s.29).
Konstitusiya kateqoriyaları kimi mahiyyətcə çoxpartiyalılıq və demokratiyanın biri digəri olmadan reallaşa bilmədiyi fikrini irəli sürən müəlliflərin mövqeləri ölçülüb-biçilmiş kimi təqdim olunur. «Heç bir böyük xalq-Rusiyada siyasi partiyalar haqqında iri monoqrafiyaların müəlliflərindən biri olan Y.S.Qənbərov yazırdı-heç vaxt idarə olunmayıb və özü-özünü idarə edə bilməz. Həqiqətdə bütün demokratiyalar siyasi partiyalar tərəfindən idarə ediliblər»
Yuxarıda deyilənlərdən məlum olur ki, heç də hər çoxpartiyalılıq partiya sisteminə transformasiya edilə bilmir. Partiya sistemi- hakimiyyət uğrunda mübarizə və onun reallaşdırılması üçün partiyaların qarşılıqlı hərəkat və rəqabət mexanizmidir. Hesab edirik ki, bu cəmiyyətin siyasi sisteminin əsas hissəsi kimi başa düşdüyümüz partiyalar sisteminin çox dar şərhidir ki, buraya daxildir:
- bir tərəfdən, «üfiqi» partiya-siyasi əlaqələri, yəni əlaqə və münasibətlərin məcmusu, həmçinin ölkədə hakimiyyət və onun həyata keçirilməsi uğrunda mübarizədə qarşılıqlı təsir və rəqabət mexanizmi.
- digər tərəfdən, «vətəndaş cəmiyyəti-siyasi partiyalar- dövlət» sistemi bağlantısında «şaquli» struktur münasibətlər.
Keçid dövrünü yaşayan ölkələrdə çoxpartiyalılığın inkişafına mane olan səbəblər kimi rus alimi M.A. Sivertsev aşağıdakıları göstərmişdir:
- vətəndaş cəmiyyətinin olmaması
- siyasi partiya institutunun özünə möhkəm qərəzlilik və şübhənin olması
- siyasi və partiya düşüncəsinə totalitar vərdişlərin olması (əsas qüvvə siyasi möhkəmlənmə və birliyə nail olmağa istiqamətləndirilmişdir)
- imperiya siyasi məkanının dağılması, siyasi identikliyin (eyniliyin) dağılması
- sabitləşmiş hüquqi dövlətin olmaması(22,s.49).
Əgər partiya sistemlərinin ümumi xarakteristikalarını cəmləşdirsək, qeyd edə bilərik ki, təxmini olaraq 100 il ərzində müxtəlif ölkələrin politoloqları siyasi partiyaların müxtəlif model və növlərini elə bir surətdə inkişaf etdirmişdilər ki, təhlillərinin əsas obyekti olan təşkilatların ən mahiyyətli xüsusiyyətlərini üzə çıxara bilsinlər. Nəticədə, bu gün politoloji ədəbiyyat partiya növlərinin müxtəlif kateqoriyaları ilə zəngindir ki, onların bəziləri «klassiklər» statusu alıb və artıq bir çox alimlər tərəfindən uzun onilliklər boyu istifadə olunur (misal üçün, M.Dyüverje, Sartori, Mixels, Ostraqorski, Kirxşeymer, Nayman və s.)
Lakin, biz hesab edirik ki, çoxpartiyalılığın və partiya sistemlərinin mövcud modelləri müəyyənedici kriteriyaların geniş rəngarəngliyinə əsaslanan müasir partiya növlərində dəyişikliklərin bütün diapazonunu əhatə etmir. Siyasi partiyalar bütün dünyada eyni cür yaranıb, inkişaf etməmişdir, xüsusən bu zaman onlar yeganə partiya modelində bir araya gəlmirdilər.
Hesab edirik ki, partiyaların təşkilati formalaşmasında seçki strategiyaları, ideoloji və oriyentasiya idarəçilik məqsədlərinin proqramlarındakı dəyişikliklər çoxdəfəli səbəb proseslərinin məhsuludur-onların vəzifələri sosial və texnoloji dəyişikliklərin uzun müddətli prosesləri ilə bağlıdır, digərləri isə siyasi və sosial elitaların innovasion davranışı ilə determinləşmişdirlər. Əgər bütün göstərilənlər həqiqətdirsə, partiya tiplərinin məhdud sayına arxalanmaq olmaz - mövcud nəzəriyyə və modellər sadəcə olaraq onlara uyğun gəlməz. Buna görə, bu gün tədqiqatçıların qarşısında ciddi elmi məsələ durur - geniş istifadə olunan anlayış və terminləri harada mümkündürsə saxlayaraq, bəzi hallarda partiya modellərini birləşdirərək və şərh edərək, digərlərində yeni partiya tiplərini təyin edərək siyasi partiyaların yenidən qiymətləndirilməsinə cəhd etmək. Müvafiq olaraq, hesab edirik ki, siyasi partiya və partiya sistemlərinin yaranması, funksiyaları və evolyusiya trayektoriyalarının çoxsaylı hipotezasının geniş dəyişkən müasir sosial, siyasi, texnoloji və mədəni kontekstdə verifikasiyası keçirilməlidir.
Bizim fikrimizcə, yuxarıda deyilənlərdən çıxış edərək demək olar ki, çoxpartiyalılığın tədqiqat meydanında beş iri sahəni qeyd etmək olar ki, onların hər biri ayrı-ayrılıqda təhlil predmeti ola bilər:
1. Çoxpartiyalılıq və çoxpartiyalı sistemin tipoloji təsnifləşdirilməsi və əsas modelləri.
2. Siyasi sistemin nüvəsi - dövlət və partiya sistemləri arasında qarşılıqlı münasibətləri.
3. Partiya sistemlərinin hakim seçki sistemləri ilə qarşılıqlı əlaqəsi.
4. Çoxpartiyalılığın sosial stratifikasiyası, vətəndaş cəmiyyətinin tələbatının aqreqasiya və artikulyasiyası ilə qarşılıqlı əlaqəsi.
5. Çoxpartiyalılığın demokratik proseslər ilə qarşılıqlı əlaqəsi.
Məhz bütün bu məsələlər gələcəkdə geniş tədqiq olunmalı və bu sahədə olan boşluqlar doldurulmalıdır.
Beləliklə, çoxpartiyalı sistem və onun işlənməsi siyasi elmin yetərincə tədqiq olunmuş sahələrindəndir. Siyasi ədəbiyyatla yaxından tanış olduqda alimlər tərəfindən bu problemin müxtəlif aspektlərdə təhlil olunduğunu görürük. Lakin nəzərə almaq lazımdır ki, dünya ölkələri davamlı olaraq demokratik yolla uğurla inkişaf edir, bu isə o deməkdir ki, qəbul olunmuş istənilən hüquqi sənəd dövrlə ayaqlaşmalıdır. Bu baxımdan da siyasi partiyaların fəaliyyətini tənzimləməli olan qanunlara da çox ciddi dəyişikliklər və əlavələr edilməsinə zərurət vardır. Xüsusən də dövlət-siyasi partiya münasibətlərinin mühüm tərkib hissəsi olan siyasi partiyaların fəaliyyətinin seçkilər zamanı dövlət tərəfindən maliyyələşdirilməsi mexanizminin müəyyənləşdirilməsi, siyasi partiyaların dövlət qeydiyyatına alınması qaydalarına düzəliş və dəyişikliklərin edilməsi və s. bu kimi məsələlər mühüm əhəmiyyət kəs edir.

 

 


ƏDƏBİYYAT:

1.Политический словарь-М, «ПУБУСЩЕРС», 1993.
2.Каленский В.Г,Медисон М, 1981.
3.Дюверъе М. Политические партии. М,2000.
4.Ahmet Taner Kışlalı. Siyasi bilim.-İmge kitab evi, 1994.
5.Сийаси биликлярин ясаслары.1-ъи бурахылыш.Инам плцрализм мяркязи.
5.Siyasi biliklərin əsasları.1-ci buraxılış.İnam plüralizm mərkəzi.
6.Ian McAllister and Stephen Wihte, Political Parties and Democratic Consolidation in Postcommunist Societies, Parti Politics, 13 (March 2007).
7.Маркс К.,Энгельс Ф. Манифест Коммунистической Партии .соч,т.-7
8.Ленин В.И.Что делат? –Полт.собр.соч.т.7
9.Дюверъе М. Политические партии/ перевод с франц.-М, Академический Проект. 2000.
10.Марченко М.Н.,Фарукшин М.Х. Буръуазные политические партии.М.,1984.
11.Мейтус В В,Мейтус Й.В.Политическая партия-стратегтя и управление-Киев.Эльга.Ника-Центр.2004.
12.Кола Д. Политическая социология-М.2001.
13.Political Parties: Contemporary Trends and Ideas. N.Y.,1961.
14.Ендрю Хейвуд «Ролитология», Москва, «Юнити», 2005,с.245.
15.Вебер М. Политика как призвание и профессия. Избранные произведения.М. Прогресс,1990.
16.Арон Р. Демократия и тоталитаризм –М.Такт,1993.
17.Sərvər Tanilli. «Dövlət və demokrasi».Başaran Ofset,1993
18.Дюверъе М. Политические партии,М.,2000.
19.Парсонс Т.Система современных обществ.М.,1997.
20.Янчуков А.И.Политические партии в современном пизбирательном процессе России Вестник Российского университета друъбы народов.-Сер:Политология.-2004-№1 (5).
21.Арон Р.Демократия и тоталитаризм.-М.Такт,1993.
22.Сиверцев М.А. Российская политическая культура и перспективы многопартийности США-ЭПИ ,1993-1.


Etiket:

Strategiya.az

Xəbərlər
09.12.2019

Bakıda keçmiş arvadını və onun qardaşını bıçaqlayan şəxs saxlanıldı

09.12.2019

Payız imtahan sessiyasının təşkili barədə ƏMR

09.12.2019

Yağıntılı hava şəraiti sabah da davam edəcək

09.12.2019

Bu sahibkarlar mənfəət vergisindən azad olacaqlar

09.12.2019

Yol polisi hava şəraiti ilə əlaqədar olaraq sürücülərə müraciət etdi

09.12.2019

Bəzi ərazilərdə elektrik kəsiləcək

09.12.2019

Qeyri-sabit hava ilə bağlı XƏBƏRDARLIQ - Sürüşmə təhlükəsi var

09.12.2019

NATO Baş katibi: Rusiya düşmənimiz deyil

09.12.2019

Gələn ildən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq

09.12.2019

Günəş tutulacaq - Bakıdan izləmək mümkün olacaq

09.12.2019

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

09.12.2019

HEYDƏR ƏLIYEV ideyaları əbədiyaşardır

09.12.2019

Faktiki hava şəraiti açıqlandı - İntensiv yağış olan ƏRAZİLƏR

09.12.2019

Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək

09.12.2019

Xələf Xələfov: Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə ekspertlərin görüşü ilin sonuna qədər keçiriləcək

09.12.2019

İran ABŞ hərbi bazasını raket atəşinə tutub

09.12.2019

Bolqarıstanlı qapıçı Azərbaycanda oynaya bilər

09.12.2019

“WhatsApp” yeni funksiyasını işə saldı

09.12.2019

Dəhşətli qətlin təfərrüatı: Dostunu evinə çağırdı, odunla və bıçaqla öldürdü, evi yandırdı

09.12.2019

İpoteka, yoxsa kirayə yolu ilə mənzil almaq... - VİDEO

09.12.2019

Ağ Adada yerləşən vulkan püskürüb

09.12.2019

Cəhbədə atəşkəs rejimini pozuldu - 22 dəfə

09.12.2019

Aeroport yolunda zəncirvari qəza - 3 avtomobilə görə yol tıxandı

09.12.2019

Dekabrın 9-da xarici valyutaların manata qarşı məzənnələri

09.12.2019

Neft yenidən ucuzlaşıb

09.12.2019

ABŞ ərəb hərbçinin Floridadakı hərbi bazaya hücumunu terror aktı kimi dəyərləndirib

09.12.2019

Suriyada “Su-35”lər İsrail təyyarələrini ələ keçirdi

09.12.2019

Bakıda metro yaxınlığında gənc amansızlıqla qətlə yetirildi

09.12.2019

Mourinyonun transfer hədəfi

09.12.2019

Yollarda sürət həddi azaldıldı

09.12.2019

Tramp Koreya liderinə “hər şeyi itirmək” təhlükəsi haqqında xəbərdarlıq etdi

09.12.2019

Milli Məclisin deputatları AŞPA-nın büro və komitə iclaslarında iştirak edirlər

09.12.2019

Yumurta alarkən aşağıdakı qaydalara diqqət etmək lazımdır

09.12.2019

Türkiyədən Yunanıstana qanunsuz yolla keçmək istəyən 87 nəfər saxlanılıb

09.12.2019

Gəncədə faciə

09.12.2019

Elşən Məmmədov ağır atletika üzrə Avropa birinciliyinin ikiqat qalibi olub

09.12.2019

Hacı Zeynalabdin Tağıyevin Türkiyədəki malikanəsi satışa çıxarılır

09.12.2019

Lənkəranda zəlzələ olub

09.12.2019

Kimlər deputatlığa namizəd ola bilər?

08.12.2019

"Həzi Aslanov" metrostansiyası bağlanır? - RƏSMİ cavab

08.12.2019

Azərbaycan BMT-yə növbəti dəfə müraciət etdi

08.12.2019

Sabah intensiv yağış gözlənilir

08.12.2019

Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb

08.12.2019

Cəbhədə atəşkəs 23 dəfə pozuldu

08.12.2019

İsrail ordusu "Həmas" obyektlərinə hücum etdiyini deyib

08.12.2019

Şimali Koreya “olduqca vacib” sınaq keçirib

08.12.2019

Çox yatmaq yuxu çatışmazlığından təhlükəlidir – Yeddi illik tədqiqatın nəticəsi

08.12.2019

Bu gün SAT imtahanı keçirilir

08.12.2019

Putin və Lukaşenko arasında danışıqlar 5 saatdan çox davam edib

08.12.2019

Baş nazir onların məzuniyyətinin hesablanma qaydasını təsdiqlədi