Azərbaycanda hüquq və əxlaqın qarşılıqlı tamamlanmasının spesifik xüsusiyyətləri

12:50 / 15.12.2015

Aygün Məmmədova,
Bakı Dövlət Universitetinin "Fəlsəfə" kafedrasının doktorantı

Azərbaycanda artıq hüquq və əxlaqın qarşılıqlı tamamlanmasına milliliyə əsaslanan liberal demokratik dəyərlər: insanların hüquq bərabərliyi, vətəndaşların şəxsiyyəti, hüquq və azadlıqlarının müdafiəsi, konstitusionalizm, hüquqi-əxlaqi normaları ilə tənzimlənən bazar iqtisadiyyatı, xüsusi mülkiyyət, azad sahibkarlıq gerçəkləşmişdir. Yüksək inkişaf mərhələsinə qədəm qoymuş ölkəmizdə ictimai əxlaq və hüquq sistemində ciddi dəyişikliklər baş verir. Əxlaq və hüquq arasındakı ziddiyyətlər hüquqi-əxlaqi tənzimləmə sahəsində tərəqqiyə səbəb olur, hüquq və əxlaqda səhvlərin aradan qaldırılmasına, hüquqi və əxlaqi sistemlərin təkminləşməsinə kömək edir, vətəndaş cəmiyyətinin inkişafına təkan verir. «Beləliklə, vətəndaş cəmiyyətinin fəaliyyətinin zəruri şərti azad şəxsiyyətin mövcudluğudur. Onu, bir tərəfdən ümumilikdə cəmiyyətə xüsusilə dövlətə münasibətdə fərdi avtonomiyanın səviyyəsini yüksəltmək səciyyələndirir… Digər tərəfdən belə şəxsiyyətlərə ümumi məqsədlər, maraqlar, dəyərlər naminə digər şəxsiyyətlərlə qarşılıqlı fəaliyyətdə olmaq, eyni zamanda öz xüsusi maraqlarını hüquqi normalarda ifadə olunan ümumi rifaha tabe etməklə ona nail olmaq üsulları qabiliyyəti xasdır» [6]. Akademik A.N.Arinin göstərir ki, yeni vətəndaş cəmiyyətinin formalaşması demokratik hüquq və azadlıqların müdafiəsi, şəxsiyyət azadlığı və vətəndaşın özünütəşkili üçün imkan yaradır. Bu zaman qanunun hakimiyyəti, hüququn şəxsi maraqlarının və təhlükəsizliyin yuridik müdafiəsi, müstəqil məhkəmə, ümumi, azad və bərabər səsvermə, siyasi həyatda iştirak hüququ reallaşır.
Azərbaycan tədqiqatçısı D.Müslümzadə Avropa və Azərbaycanda vətəndaş cəmiyyətinin «prosessuallığı» ideyasını müqayisəli təhlil edərək, belə qənaətə gəlir ki, maraqlı şüurun differensiyasının fəlsəfi dərki cəmiyyətin inkişafı üçün adekvat hüquqi, siyasi-iqtisadi və şübhəsiz ki, mənəvi axtarış modellərinə, vətəndaş cəmiyyəti ideyasının inkişafına təkan verir. Burada o, hüquq və əxlaqın qarşılıqlı tamamlanmasına xüsusi önəm verir. Müəllif belə yanaşmanın Azərbaycanda vətəndaş cəmiyyətinin perspektivinə təsirindən, cəmiyyətin əxlaq və hüquq çərçivəsində qeyri-zorakı birləşməsi yollarının axtarışları zərurətindən bəhs edir: «Vətəndaş cəmiyyəti, hüquqi dövlət və bazar iqtisadiyyatı ideyalarının inkişafı üçün ictimai şüurun fəal səviyyələrində, fərdi mənəviyyat, fərdi seçimin, vətəndaş əxlaqı və hüququn özünün qiymətləndirilməsi arasında daxili əlaqənin anlaşılmasına gətirib çıxaran fəlsəfi refleksiya tipi çox mühümdür»[11,207].
Müəllif göstərir ki, Azərbaycanda ideal cəmiyyət tipi kimi vətəndaş cəmiyyəti ideyasının həm də dövlət və ictimai həyatın, ümumi və xüsusi marağın, hüquq, din və əxlaq və fərdi mənəviyyatın differensiyasına da gətirib çıxarır.
D.Müslümzadə Azərbaycanda vətəndaş cəmiyyəti ideyasının inkişafına təsir edən amillər arasında ictimai həyatın hüquqi və əxlaqi əsaslarının axtarışı məsələsini də qeyd edir:«…həyat fəaliyyətinin hüquqi və əxlaqi əsaslarının axtarışının cəmiyyətin «müasirləşməsi» dərəcəsi kimi dərk olunması zərurəti» [11,208].
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına mane olan amillərdən müəllif «geniş yayılmış patriarxal şüur tipini, siyasi-iqtisadi münasibətlər sisteminə nəzarət etməyən və onlar üzərində hüquqi nəzarətə biganə olan mənəviyyatı»[11,209] göstərir. Deməli hüquq və əxlaqın qarşılıqlı tamamlanması vətəndaş cəmiyyətinin inkişafına təkan verdiyi halda, əksinə gedən proses ona mane olan amillərdəndir.
Əxlaqla hüququn qarşılıqlı tamamlanması ondan ibərətdir ki, əxlaq qanunun pozulmasına yol verməməlidir, hüquq isə öz normalarında əxlaqsız davranışların təsbit olunmasına qarşı olmalıdır.
Hüquq və əxlaqın qarşılıqlı tamamlanmasında bir məqama da diqqət yetirmək lazımdır. Belə ki, hüquq və əxlaqın məqsədi nə qədər yaxın olmasada, onlar tam üst-üstə düşmür. Hüququn məqsədi dövlət və cəmiyyət üçün ümumməcburi qaydalar bərqərar etməkdirsə, onun tərbiyəvi əhəmiyyəti əxlaqa nisbətən azdır. Əxlaq normaları insanın daxili aləminə sirayət edərək daha yüksək tərbiyəvi təsir gücünə malikdir. Qərb tədqiqatçısı C.Donelli hüquqi cəmiyyət tərəfindən qəbul edilən, dövlət tərəfindən təmin edilən maraqlar kimi səciyyələndirərək yazır: «İnsan haqları – hər bir fərdə görə onun bəşər nəslinə mənsubluğu sayəsində qəbul edilən hüququn xüsusi dərəcəsidir» [14,22]. Deməli müəllif hüququn əxlaqla tamamlanması sayəsində insan haqlarının reallaşması imkanlarını diqqətə çatdırır. Azərbaycan tədqiqatçısı M.Səfərova göstərir ki, bir çox Qərb alimləri, o cümlədən C.Bentam, C.Donelli və digərlərinə müraciət edərək, «hüquq anlayışlarının iki aspektini (əxlaqi əsaslandırma və faydalılıq) irəli sürmüşdür»[4,50-51].
M.Səfərova Qərb fəlsəfəsində insan haqları məsələsinin təlabatlarla bağlanmasına böyük əhəmiyyət verir: «…insan haqları problemi Qərb siyasət fəlsəfəsi və etikasında azadlıq və bərabərlik, qeyri-bərabərlik və ədalətlilik məsələsində xüsusi marağa səbəb olur» [4,52].
Müəllif haqlı olaraq super dövlətlərin, o cümlədən, ABŞ-ın öz mədəniyyətlərinin başqa xalqlara zorla «sırıma hüquqları»nı kəskin tənqid edir: «Aydındır ki, burada digərlərinin həyat tərzlərinə dəyər və ənənələrinə qəsd edilməyin şahidi ola bilərik. Bu isə azad seçim hüququnu məcburi olaraq irəli sürən mənəviyyata uyğun gəlməyə bilər»[4,53].
Şübhəsiz ki, belə məqamda hüquqla əxlaq bir-birlərini tamamlamır. Belə halda əxlaq hüquqi davranışa haqq qazandırmır. Qərbdə geniş yayılmış «ali əxlaq qanunu» konsepsiyası əslində başqa xalqların azad seçim hüququnu tapdamaq öz həyat standartlarını başqalarına sırımaqdır.
Qərbdə və bütün dünyada, o cümlədən, Azərbaycanda geniş yayılmış liberalizmin bütün prinsiplərində hüquqla əxlaqın qarşılıqlı tamamlanması əsas yer tutur. Liberalizmin fərdiyyətçilik prinsipində hüquq və vəzifələrə malik olan, hər bir şəxsin ləyaqəti yüksək qiymətləndirilir: «Qadın ləyaqətinin müxtəlif dinlərə və irqlərə məxsus insanların ləyaqətinin daim yüksək tutulması Qərb dünyasında liberalizmin ən böyük zəfərlərindən biridir»[2,135].
Liberalizmə görə əxlaq daşıyıcısı olan hər bir insan öz hüquqlarını, azadlıqlarını müdafiə etmək hüququna malikdirlər. Burada qanunun aliliyinə, hörmət edilir, hakimiyyətin məhdudlaşdırılması həyata keçirilir, maraqların təbii harmoniyasının, vətəndaş sülhünün, əmin-amanlığın hökmranlığına üstünlük verilir.
Əxlaq hüquq üzərində dəyər prioritetinə, malikdir. «Əgər hüquq sosiumda hakim olan mənəvi dəyərlərlə ziddiyyət təşkil etsə o, əhalinin əksəriyyəti tərəfindən bəyənilə bilməz, bütün cəmiyyət miqyasında hüquqi nihilizm müşahidə oluna bilər. Buna görə də hüquq və əxlaqın qarşılıqlı əlaqədə birgə tərbiyəvi, ideoloji informasion, kommunikativ funksiyaları yerinə yetirməsi çox vacibdir» [12].
Bir sözlə, hüquq və əxlaqın qarşılıqlı tamamlanması olmasa onlar əhali tərəfindən qəbul olunmaya bilər.
Hüquq və əxlaqın qarşılıqlı tamamlanması Azərbaycanda hüquq yaradıcılığı prosesində də əsas rol oynayır. Belə halda ölkədə qanunun ictimai həyat şəraitinə uyğunluğu, demokratiyanın cəmiyyətin bütün sahələrində bərqərar olması, humanizm ali mənəvi prinsiplərin, qanunçuluğun, peşəkarlığın və elmiliyin reallaşması, qanunvericiliyin inkişaf strategiyası və sistemlərinin gerçəkləşməsi labüd olur. Əxlaqi və hüquqi normaların qarşılıqlı əlaqəsi Azərbaycan qanunvericiliyində, hüquqi aktlarda və mətnlərdə öz ifadəsini tapır. Şərq və Qərb sivilizasiyalarının vəhdəti olan Azərbaycanda hər iki sivilizasiyaya xas olan ortaq hüquqi-əxlaqi dəyərlər xasdır: «Şərq və Qərb sivilizasiyalarında ortaq dəyərlər çoxdur. Ədalət, mərhəmət, qanunilik, şəfqət, fərqli düşüncələrə dözümlülük, kompromisə meyillilik, halal olanları müdafiə etmək və haram sayılanlara qarşı barışmazlıq və başqa dəyərlər demək olar ki, bütün Yer kürəsi əhalisinə xoş olan müqəddəslərdir»[3,172].
Bütün bu hüquqi-əxlaqi dəyərlər tərbiyə vasitəsilə insanlara aşılanmışdır. İctimai, mənəvi-hüquqi dəyərlərin aşılanması insanlarda yüksək keyfiyyətlər formalaşdırır.
Azərbaycan vətəndaşlarında sağlam əxlaqi-hüquqi şüurun formalaşmasının əsasını ölkədəki əmin-amanlıq, sabitlik, müxtəlif xalqların, etnik qrupların qarşılıqlı hörməti, tolerantlıq, multikulturalizm mühiti, əhalinin rifah halının yüksəldilməsi, insan hüquqlarının maddi təminatının genişləndirilməsi təşkil edir.
Ölkəmizdə hüquq və əxlaqın tamamlanmasının ən bariz nümunələri tərbiyə sistemimizin özəyi olan müxtəlif peşə sahiblərinin etik davranış qaydaları haqqında qəbul edilmiş qanunlardır. Bu qaydalarda insanların hüquq, azadlıq və qanunun maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət, vicdanlılıq, qərəzsizlik, maddi və qeyri-maddi (mənəvi) nemətlərin qeyri-qanuni yolla əldə edilməsinə yol verilməməsi, korrupsiya və rüşvətin qarşısının alınması və ona yol verilməsi bütün mili kadrların həyat tərzinə, mənəvi-hüquqi davranışının əsas keyfiyyətləri kimi göstərilir. «Milli kadrların davranışlarını xalqın tələbləri səviyyəsində qurmaq tələbinin əhəmiyyəti var… Onun (etik normaların - A.M.) ədalətlilik, saf niyyətlilik, təmizlik, nəfs toxluğu bütün mili kadrlar tərəfindən düzgün yerinə yetirilməsinə böyük ehtiyac var» [3,128].
Bu gün mili kadrların davranışlarının institusional tənzimləyicisinin əsas amili olan hüquqi normalar, direktiv göstərişlər və sərəncamları qeyri-institusional amillər - əxlaqi normalar, qaydalar, ənənələr nəzərə alınmadan səmərəli ola bilməz. Mili kadrlarda ümumi mədəniyyət və xüsusilə hüquqi mədəniyyətin formalaşması onlarda ruhi-mənəviyyatın dirçəlişini tələb edir. Onlardakı peşə mədəniyyətinin əsasını məhz hüquqi-mədəni və əxlaqi dəyərlər təşkil edir. Milli kadrlarların peşə fəaliyyətlərində hüquq və əxlaqın qarşılıqlı tamamlanması əsas rol oynayır. Əxlaq və hüququn üzvi vəhdəti aşağıdakılara diqqət yetirməyi tələb edir: «Birincisi, qanunların islahatları tarixi təcrübə sübut edir ki, həmişə adətlərin dəyişməsini özünə mexaniki olaraq cəlb etmir. İkincisi, əgər etika siyasətlə və qanunvericiliklə qovuşursa onda o, müstəqil elmi əhəmiyyət kəsb edə bilməz. Üçüncüsü, əxlaqçı yalnız qanun yaradıcılığının mənəvi yönümünü qeyd edə bilməz, onun vəzifəsinə artıq yaradılmış qanunların və onların praktiki reallaşmasının əxlaqi qiymətləndirilməsi də daxildir»[8,4-5].
Bu deyilənlərdən aydın olur ki, müasir hüquq-əxlaq kompleksinə əxlaqi və hüquqi şüurun norma və təcrübəsinin vəhdəti və fərqləri, qanun yaradıcılığının əxlaqi əsaslandırılması, əxlaqın inkişafında hüququn rolu, əxlaqi və hüquqi normaların qarşılıqlı təsiri mexanizmi, Azərbaycan cəmiyyətində hüquqi-əxlaqi praktikanın yüksək inkişaf səviyyəsi daxildir.
Azərbaycanın sosial həyatında əxlaq və hüququn qarşılıqlı tamamlanması praktiki və nəzəri əhəmiyyət kəsb edir. Cəmiyyətimizdə sosial nəzarət və hüquqi-əxlaqi amillərin vəhdəti güclənir. Cinayətkarlığa, əxlaqsızlığa qarşı Azərbaycan dövləti amansız mübarizə aparır. Dövlət hüquq sistemimizdə mənəvi meyar mühüm rol oynayır. Humanist idealara və dəyərlərə malik milli vətəndaş cəmiyyətimiz əsil hüquq yaradıcısı kimi çıxış edir. Azərbaycan cəmiyyətində hüquqi-əxlaqi ziddiyyətlər aradan qaldırılır, vətəndaşların real hüquqi-əxlaqi statusu onların peşə fəaliyyətlərinin həyata keçdiyi hüquqi-əxlaqi məkan müəyyən edilir.
Vətəndaşların peşə fəaliyyətinə hüquqi və əxlaqi şüuruna və hüquqi və əxlaqi mədəniyyətinə təsir məsələsi də diqqəti cəlb edən problemdir. Bunun səmərəliliyi onların hüquqi və əxlaqi şüurundan, hüquq və əxlaq normalarına riayət etmələrindən asılıdır. Burada söhbət vətəndaşların bu və ya digər hüquqi aktları, əməlləri qəbul etməsindən, onların mövcud qayda-qanunlara, mənəviyyatının vəziyyətinə, təşkilatçılığa, nizam-intizama, sosial ədalətə münasibətindən gedir. «…hüquqi və əxlaqi şüurun, eləcə də təfəkkürün formalaşması yalnız hüquqi tədrisin ümumdövlət proqramlarının elmi əsaslandırılması, onun bütün komponentlərinin və səviyyələrinin yenidən nəzərdən keçirilməsi və modernləşməsi, hüquqi şüurun kütləvi, xüsusi, peşə və nəzəri amillərinin təhlili əsasında mümkündür»[8,15-16].
Akademik R.Mehdiyev müasir qloballaşmanın Azərbaycan cəmiyyəti qarşısında qoyduğu tələblərdən bəhs edərkən, alternativ milli inkişaf modellərinin reallaşması hüquq və əxlaqın qarşılıqlı tamamlanmasının zəruriliyini göstərir. Müəllif ardıcıl, əlaqələndirilmiş siyasət yeritməklə hüquqi islahatlar və iqtisadi modernləşmə ilə yanaşı Azərbaycan cəmiyyətinin əxlaqi-mənəvi əsaslarının möhkəmləndirilməsini də tövsiyə edir. «Qloballaşma kütləvi şüurda yeni stereotiplər formalaşdırır və cəmiyyətə yeni əxlaqi-mənəvi komponentlər gətirir. Lakin postindustrial dövrün hər hansı yeni aspektlərinə baxmayaraq bizim vəzifəmiz milli tarixin, adətlərin, ənənələrin dinin varisliyini təmin etmək və qoruyub saxlamaqdan ibarətdir» [10,303].
Burada söhbət şübhəsiz ki, müasir dəyərlərlə (o cümlədən hüquqi-əxlaqi – A.M.) ənənəvi milli-mənəvi sərvətlərin vəhdətindən gedir. Müəllif öz fikirlərini bir qədər də konkretləşdirir: «Hər bir dövlət əsrlərlə məskunlaşan insanlarının yazdığı qanunlarla yaşayır. Bu dövlətin, onun cəmiyyətinin, tarixinin, ənənəsinin, adətinin və dininin həyat fəaliyyəti, həmin insanların görüşlərindən, ideyalarından və atdıqları addımlardan asılıdır»[10,304].
Müəllif qloballaşmanın xeyirimi, şərimi özündə əks etdirdiyi sualının cavabının dövlətin ənənəvi və modernist dəyərlərin sintezi əsasında idarə olunmasından asılı olduğunu göstərir. Burada ənənəvi və müasir hüquqi-əxlaqi dəyərlərin də vəhdəti mühüm rol oynayır.
İ.Məmmədzadə qloballaşmanın yaratdığı qlobal etikanın Azərbaycanda da reallaşması xüsusiyyətlərinə toxunur. Şübhəsiz ki, burada hüquq və əxlaqın tamamlandığı liberal etikanın öz yeri var: «Liberal etika və ya ədalətlilik etikası və insan hüquqları C.Rolsun ədalət nəzəriyyəsinə əsaslanır» [9,138]. «Ədalət nəzəriyyəsi» Qərbdə bəzən qlobal etikanın əvəzinə işlənir. «Bazar əxlaqı və azadlıq, vətəndaş cəmiyyəti və hüquqi dövlət (demokratiya) nəzəriyyəsi ədalətli əxlaqi tənzimləmə ünsürlərilə tamamlanır» [9,138]. İ.Məmmədzadə C.Rolsun göstərdiyi ədalətlilik prinsiplərinin hüquq və əxlaqın tamamlanmasına əsaslandığını qeyd edir: «hər bir fərdin azadlığa bərabər hüququ var… imkanların bərabərliyi bərqərar olmalıdır»[9,139]. Rolsa görə ağıllı adam liberal siyasi hüquq və ədaləti seçməyi bacarmalıdır. İ.Məmmədzadə haqlı olaraq, Rolsun liberal etikasında adət və ənənələrə yer verilmədiyini tənqid edir.
Qlobal etikanın əsas prinsiplərindən biri həmrəylik mədəniyyəti, ədalətli iqtisadi qaydalar, dözümlülük, düzlük və hüquq bərabərliyidir. Deməli qlobal etikanın əsasını məhz liberal hüquq və əxlaqın qarşılıqlı tamamlanması təşkil edir. «Aydındır ki, qlobal etika münaqişələrin qeyri-zorakı həlli sahəsində yeni texnologiyanın yaradılmasını tələb edir… Belə texnologiyanın mənası müxtəlif sosial qrupların, mədəniyyətlərin, dinlərin, etnosların nümayəndələri arasında dialoq aparılması qaydalarının qəbul edilməsi və öyrədilməsindədir. Bu qaydaların mənası isə başqa cür rəy bildirmək hüququ və əməkdaşlığı anlayışlarında açılır» [9,142].
Hüquqi və əxlaqi normaların cəmiyyətə təsiri ictimai rəy və qanunvericilik vasitəsilə reallaşır. Obyektiv hüquq bir çox ümumbəşəri dəyərlərə və ictimai əxlaqa məcburilik qüvvəsi verir. Hüquqi və sosial dövlət quruculuğu prosesində qanunvericiliyin təkmilləşdirilməsi obyektiv hüquq və ictimai əxlaq arasındakı ziddiyyətlərin həll olunmasını tələb edir.
Qərb tədqiqatçısı J.Rolz müasir Rusiya cəmiyyətinin liberalizmə zidd olduğunu göstərir: «Birincisi, ona görə ki, o, əxlaqi vəzifələri hamı arasında bölmür. Elə qruplar var ki, onların vəzifələri olmasa da çox saylı güzəştlərə malikdirlər. İkincisi, bu cəmiyyət hamının deyil, seçilmiş qrupun maraqlarını qoruyur. Üçüncüsü, bəziləri digərlərinə nisbətən əsaslandırılmamış ünsürlərə malikdirlər. Dördüncüsü, bu cəmiyyətdə ümumi məlum, ümuminin qəbul etdiyi ədalət konsepsiyası yoxdur. Beşincisi, bu cəmiyyət hətta minimal insan hüquqlarına riayət olunmasına təminat verir» [15,61]
Göründüyü kimi, totalitarlığa, imperiya iddialarına meyl edən Rusiyada hüquq və əxlaqın qarşılıqlı tamamlanmaması onun demokratik imicinə zərbə vurur. Çünki əxlaq normaları və hüquqi fəaliyyətlə tənzimlənən cəmiyyətdə hüquqi və əxlaqi dəyərlərə cavab vermədiyi halda ictimai əxlaq hüquqda qeyri-humanist vasitələrin tətbiqinə haqq qazandırmır.
Rusiya tədqiqatçısı S.S.Alekseyev hüququn əxlaqiliyi, hüquq və əxlaqın qarşılıqlı münasibətlərindən bəhs edərkən onların dərin qarşılıqlı təsirinə baxmayaraq bir-birindən fərqli olaraq «suveren» normativ sistemlər kimi səciyyələndirilir: «Hüququn fəlsəfəsinin inkişafı və təsdiqi müəyyən dərəcədə hüquqi anlamın dar etik şərhdən və hüquqi gerçəkliyin dar etik qiymətləndirmədən azad edilməsi prosesinə bağlıdır ki, bu da onun müstəqil, «suveren» əhəmiyyətini artırır».[5,53]
S.S.Alekseyev hüququn strukturun da insan davranışlarının cinayət-normativ qaydaların əxlaqla bağlılığına toxunaraq yazır: «Qanun və digər hüquq formaları dövlət tərəfindən qəbul edilmiş əxlaqın tələblərinə və dövlət maraqlarına uyğun olaraq istifadə olunur» [5,55].
Müəllif hüququn əsasını təşkil edən amillərdən əxlaqın əsas yer tutduğunu göstərir. Hüquq özünün humanist, bəşəri mövqeləri ilə insanların həyatında liberal dəyərlərin bərqərar olmaq missiyyasını yerinə yetirdikdə hakimiyyət vasitəsilə əxlaq arasında qarşılıqlı tamamlanma baş verir. Sosial-fəlsəfi ədəbiyyatda hüquq və əxlaqın qarşılıqlı tamamlanması prosesində əxlaqa, ya da hüquqa üstünlük verən baxışlar da mövcuddur. Görkəmli mütəfəkkir N.A.Berdyayev bu münasibətlə yazır ki, konstitusiyadakı etiqad, inam yazıq etiqaddır. «Etiqad daha ləyaqətli predmetlərə doğru istiqamət götürməlidir. Hüquqi dövlətdə özünü pərəstişkar etmək layaqətsizlikdir» [7,109].
S.S.Alekseyev haqlı olaraq nə hüquqa, nə də əxlaqa üstünlük verir. Çünki bunlardan hər hansı birinin üstünlüyü ictimai həyatda qeyri-müəyyənliyə səbəb ola bilər. Müəllifin fikrincə belə halda dövlətin xeyirxahlıq və ədalət naminə şəxsi həyata müdaxiləsi də güclənə bilər. Qərbdə də, Şərqdə də, o cümlədən Azərbaycanda dini hüquq və dini əxlaq arasında qarşılıqlı tamamlanma prosesi baş verir. Qərb tədqiqatçısı Lord Patric Devlinin fikrincə, Qərbdə əxlaqi və hüquqi standartlar xristianlığa bağlıdır: «cinayətlə günahın tamamilə bir-birindən ayrılması əxlaq qaydası üçün yaxşı olmaz və cinayət hüququna dağıdıcı təsir göstərə bilər» [13,70].
Lakin Delvinin bu fikri ilə əksər Qərb tədqiqatçıları razılaşmırlar. Qərbdə rasional düşüncə hakim mövqe tutduğundan dini dəyərlər şübhə altına alınmış, hüquqla əxlaq arasında ziddiyyətlər həll olunmaqla onların qarşılıqlı tamamlanmasına nail olunmuşdur.
Azərbaycan tədqiqatçısı S.Xəlilov isə göstərir ki, dövlət qanun məcəlləsi işləyib hazırlayıb onu qəbul edərkən dini və milli hisslərin ahəngdarlığını nəzərə alır: «Xüsusən İslam dininin özünəməxsus hüquq sistemi – müsəlman hüququ, şəriət olduğundan bizim ölkədə ilk növbədə dünyəvi prinsiplər əsasında hazırlanan hüquq normaları və qanunlar şəbəkəsi müəyyənləşərkən şəriətin də imkan daxilində nəzərə alınması və əmələ gələn uyğunsuzluqların, ziddiyyətlərin minimuma endirilməsi vacib şərtlərdən biridir. Yəni cəmiyyətin inkişaf strategiyası sosial idealı elə seçilməlidir ki, o, adamların mənəvi idealı və əqidəsi ilə ahəngdar ola bilsin» [1,84].
Göründüyü kimi Azərbaycanda hüquq və əxlaqın qarşılıqlı tamamlanmasının spesifik xüsusiyyətləri ondan ibarətdir ki, dünyəvi əsaslara və prinsiplərə söykəndiyinə baxmayaraq hüquq və əxlaq dini dəyərlərlə də vəhdət təşkil edir.

 

ədəbİyyat:

1.Xəlilov Sс.] .Şərq və Qərb : ümumbəşəri ideala doğru. Bakı: АUN, 2004, 624s.
2.İsmayılov D. Liberalizm. Bakı: Xəzər Universiteti nəşriyyatı, 2013, 246 s.
3.Qaralov Z. İdeologiya və mənəviyyat. Bakı: hüquq ədəbiyyatı, 2013, 484 s.
4.Səfərova M. Məqsəd və vasitələrin etik təhlili. Bakı: Aypara-3, 2004, 112 s.
5.Алексеев С.С. Философия права. Москва: Норма, 1999, 485 с.
6.Аринин А.Н. Зрелость гражданского общества – основа устойчивого развития и безопасности России // http//academy-go.ru//site/Grobsh/ Publications/ Arinins.shtml
7.Бердяев Н.А. Философия неравенства. Москва: Наука, 1990, 390 с.
8.Гусев А.Н. Правовые нормы и моральные ценности в профессиональной деятельности органов внутренних дел. Автореферат диссертации на соискание ученой степени кандидата юридических наук. Спб., 1996. 18 с.
9.Мамед-заде И.Р. Введение в этику. Баку: Муаллим, 2004, 160 с.
10.Мехтиев Р.Э. Азербайджан: вызовы глобализации. Баку: XXI JN: 2004, 584 с.
11.Муслим-заде Д. Идея дифференцации общества и государства: опыт философско-этического анализа. Баку: Муаллим, 2008, 240 с.
12.Шиддовская Т.Н. Соотношение права и морали в правотворческом процессе (на примере Российской Федерации). Автореф.дисс-ции на соиск.канд.юрид.наук. Москва, 2005. //http://lawtheses.com/cerkom #x773bbpvvios
13.Devlin L.P. / Morals and Criminal law // The philosophy of law. London:Oxsford University Press, 1992, 370 p.
14.Donelly C.J. The concept of hisman rughts. i.London 1985, 185 p.
15.Rawls J.The Law ofPeoples//On Human Rights.The Oxford Amnesty Lektures 1993 130 p.

 

 

 Geostrategiya" jurnalı № 05 (29)  SENTYABR-OKTYABR 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM