BİR KӘNDLİ İLӘ SÖHBӘT

10:37 / 25.04.2016

Üzündәn-gözündәn qәdimlik yağan qoca bir kәndli şәhәrә gәlibdir, deyir: "Sudda işim var". Oğlunun üstünә böhtan atıb, qazamata salıbdılar....

 

Soruşuram: "Әmi, oğluna nә üstә böhtan atıbdırlar? Deyir: "A başına dönüm, beynim xarab olub, sağ baş saxlamaq çәtindir.... Lap nahaq yerә bir gәdәmizi öldürübdülәr.

 

-- Nә üstә?

 

-- Heç nә! Mәnim oğlumu işә salmaq üçün.

 

-- Axı, nә tövr?

 

-- Belә, a başına dönüm, qoy әvvәlcә sәnә bir mәsәl çәkim. Bir qoca quzğun qayanın başında oturmuşdu. Bu yandan bir qaraquş şığıyıb gәldi bunun yanına. Dedi: "Ey quzğun baba, siz neçә il yaşayırsız? Dedi: "Yüz il!" Qaraquş tәәccüb elәdi. Dedi: "Amma, bizim ömrümüz bir il, iki il çәkir...." Bunlar bu söhbәtdә idilәr ki, göydә bir qırqovul göründü. Bunu görәn kimi, qaraquş birdәn güllә kimi qopdu, o saat qırqovulu aldı vә elә bir hücumla yerә şığıdı ki, qaratikan koluna düşüb, bütün tikanlar әtinә pәrçim oldu. Quzğun başını uzadıb baxdı, gördü ki, qaraquş can verir. Yavaşca qayadan enib yanına gәldi vә qırqovulu onun caynağından alıb, oturdu yemәyә vә  qaraquşa dedi: "Bu zәrbi-zәng ki, sizdә var, bir ilә dә yaşamağınız çoxdur".

 

İndi, başuva dönüm, bizim cavanlarımızda dinclik yoxdur. Ora soxulurlar, bura soxulurlar, min işә qarışırlar. Axırda da görürsәn ki, tәlәyә düşüblәr. Di gәl, bunları bu tәlәdәn qurtar. Mal qalmır, çul qalmır, hamıcığaz gedib, yurdun yox olur. İndi budur, iki dәfәdir ki, oğlum qazamata düşür.... Ora-bura çapmaqdan daha hәlak olmuşam.... Olub qalanım da tәrk olubdur.

 

--Yaxşı, genә bilmәdim ki, oğlunu nә üstә qazamata salıblar.

 

-- A başuva dönüm, bizim oğlan ilә allah evini yıxmış bәyin arasında söz olmuşdu. Dedim: "Oğlum, o bәy, sәn rәiyyәt! Bax, nәçәrnikdәn tutmuş yasavula kimi hamısı onunla iznakom, amma, sәn tәk gedәsәn.   Qoy   camaat   bilәr,   divan bilәr, bәy bilәr, sәn qatışma! Nә borcun!  (....) Atılıb düşmәyimiz nahaqdır. Otur yerindә, bir parça çörәyin var, ye! Bax, mәni görürsәnmi? Altmışdan çox yaşım var.Başın haqqı, bir kәrә dә divan әlinә düşmәmişәm. Tәk bircә kәrә, onda da elә sәn kimi cavan oğlan idim, pristav mәni döydürüb, onda da tәqsir mәndә deyildi. Çәr dәymiş qara yabım var idi, tәqsir onda oldu.... Pristav mahala çıxmışdı, mәn dә bazardan qayıdırdım. Daldan yasavullar çığırdılar ki, yoldan çıx! Ha tәkan vurdum, ha elәdim, qara yabı tәrpәnmәdi ki, tәrpәnmәdi. Daldan yetişdilәr, bir qamçı mәnә, bir qamçı yabıya! O qәdәr vurdular ki, kötük kimi oldum.

 

-- Yaxşı, bәs oğlunu nә üstә qazamata salıblar?

 

-- Hә, budur deyirәm, dayna(....) Bәy mәnim oğluma söydü. Bu da belә oldu; әrkәsöyün böyümüş oğlandır, söz götürmәdi, qayıtdı bәyә cavab verdi. Bәy pristava dedi, pristav da onu tutub döydürdü vә dama saldı.... Getdim bәyә yalvardım, mәni qovdurdu, getdim  pristavın yanına, yalvardım-yaxardım, xanı gördüm, xәrc qoydum, oğlumu çıxartdırdım. Danladım--dansadım,  dedim:   "Oğul,   farağat  otur, oğlum, farağat otur!", olmadı. Günlәrin bir günü Mәhәmmәd evdәn çıx, get arxın üstünә. O yandan da bәyin nökәri at suvarsın. Birdәn bәyin nökәri o yandan  qayıt ki, hә, gördün adamın başına nә oyun gәtirәrlәr! Mәhәmmәd dә bu yandan qayıdasan ki, sәnin bәyin dә belә-belә olsun, özün dә! Hәlә, deyәsәn, buna bir ağac! Başına, gözünә.... Qәrәz, o ki var, döyür. Mәnә dә bir söz demir.... Başuva dönüm, axşam Mәhәmmәd bizim gәdә ilә malı rahatlayırlar. Birdәn eşitdik "part" bir güllә açıldı. Dedim Mәhәmmәdi öldürdülәr. Özümü çölә tәpdim. Gördüm gәdәmiz yıxılıb, Mәhәmmәd dә çәpәrdәn atılıb yüyürür. Başuva dönüm, qırğı kimi özümü atdım Mәhәmmәdin dalınca. Yapışdım әtәyindәn sürdüm evә sarı. Arvad-uşaq da bir-birinә qarışıb, gәdә dә can verir.... Allah rәhmәt elәsin!...

 

-- Gәdәni kim vurdu?

 

-- Belә, bәyin nökәri. O, zahirәn gәlir ki, Mәhәmmәdi vursun, allahdan olan kimi, Mәhәmmәdә dәymәz, yazıq gәdәyә dәyәr. Görünür, әcәli tamam imiş.... Sәhәr divan gәldi. Tutdular ki, gәdәni öldürәn Mәhәmmәddi. Bәyin nökәrlәri gәldilәr, üzә durdular ki, Mәhәmmәd gәdәni öldürdü.... Tutdular Mәhәmmәdi saldılar dama....

 

-- Yaxşı, nökәrlәrә and içdirmәdilәrmi?

 

-- Elә onu deyirәm, dayna! Başına dönüm.... Sudda on beş şahid hamısı yalandan Qurana and içdilәr ki, gәlәni öldürәn Mәhәmmәd idi.

 

--Yaxşı, bәs onlar qorxmadılar ki, yalandan  Qurana and içirlәr?

 

-- Mındar-mındar and içmişdilәr.

 

-- Neçә yәni mındar-mındar?

 

-- Mındar-mındar Qurana and içәn, Quran adama qәnim olmaz!... İndi budur, sud hәlә qurtarmayıbdır. Vәkil tutmuşam, görәk işi nә tövr qurtaracaqdır....

 

-- Bura bax, a kişi, vәkil tutduğun adama söylә ki, o, şahidlәrә sudun içindә cinayәt qüslü verdirsin! Mәnim sәnә mәslәhәtim budur--deyib getdim.

Üzeyir Hacıbəyli


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM