Məmməd Araz 80 - SƏMƏD VURĞUNLA SÖHBƏT -Foto

13:06 / 01.11.2013

Səməd Vurğunun  Poeziya Evinin müdiri Mətanət Rəhimovanın  Strategiya.az-a verdiyi məlumata görə,   31 oktyabr 2013-çü il tarixində Qazax rayonunun Yuxarı Salahlı kəndində yerləşən Səməd Vurğunun Poeziya Evində Azərbayçanın xalq şairi Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Burada Yuxarı Salahlı kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak etdilər. Tədbiri giriş sözü ilə Poeziya Evinin əməkdaşı Alıyeva Gülnisə açdı.

O, Məmməd Arazın həyat və yaradıçılığı haqqında geniş məlumat verdi. Sonra şagirdlərdən Alıyeva Rəna, Ənsəryeva Nuranə, Qayıbova Nərgiz Məmməd Arazın Səməd Vurğuna həsr etdiyi "Sən tələsmədin",  Şəmşiyeva Şahnaz "Ağarma, saçlarım ağarma", Kərimova Alidə "Vətən mənə oğul dedi" şerlərini söylədilər. Məçlisin sonunda şagirdlər Məmməd Arazin şerlərinə bəstələnmiş mahnılar oxudular.

 

 

                            SƏMƏD VURĞUNLA SÖHBƏT 

(60 illik yubiley günündə) 

Bağışlasın məni bəzi oratorlar, 
Bu gecəyə bir azacıq əlavəm var.
Mən də şerin xidmətçisi,
Mən də şerin yiyəsiyəm. 
Var sözümü bir məzarın 
Qulağına deyəsiyəm:
Tərif, tərif səhnə dolu-yetməz sona! 
Alqış, alqış! Az qaldı ki, tavan sına!
Sən gəlmədin bu axşama, səsin gəldi,
Səsin əzəl qulağıma həzin gəldi, 
Sonra bir az nəfəsinə qüvvət gəldi, 
Çox xəbislər elə bildi Səməd gəldi: 
Ön sırada titrədilər, Ön sırada büdrədilər. 
Lent qurtardı, nəfəs dərib, "ox"- dedilər... 
Çox "vəfalı dostlar"ın da O gecədə yoxdu ancaq;
Bilirdilər Səməd bir də Məruzəçi olmayacaq.
Fəqət mənim deyəcəyim bunlar deyil.
Sənə məchul həqiqətdən sənə deyim: 
Səndən sonra səni bir az silkələdik, 
Çox aradıq, çox çevirdik, çox ələdik. 
Böyüklərin faciəsi böyük olur. 
Böyüklərin nöqsanları 
Çiyinlərdən çətin enən bir yük olur.
Sağ olsaydın çox nidalı sətrini sən, 
Çırpıb yerə, ayaqlardın. 
Biz saxlayan çox şeyləri
Az güman ki, sən saxlardın. 
Sənin sənət dəftərində Bunlar kiçik nöqtələrdi.
Bunlar çoxu möhürlənmiş diqtələrdi. 
Şöhrətinə qibtəkar da 
Bu "təftişi" saldı səsə: Sevincindən az qaldı ki,
Övladını qurban kəsə,Bəzisi də üzdə sənin tərifini dil-dil ötdü,
Daldadasa, sağlığında min yol sənə dahi deyən, 
Öz kölgəndə yallanaraq zingildəyən
Nankorları sapand etdi.
Səndən sonra Şerimizin xəritəsi təzələşib,
Ona yeni şer adlı çox şəhərlər, kəndlər düşüb,
Yeni-yeni çaylar, göllər, bəndlər düşüb.
Hələ tədqiq olunmamış dərdlər düşüb.
Yeni dağlar, dağ zirvəsi yoxdur hələ,
Yeni tənqid zəlzələsi yoxdur hələ. 
Səndən sonra tənqid bir az yuxalıbdır. 
Yaxşı-pisin çəki daşı yoxalıbdır. 
Səndən sonra Şerimizə təzə-təzə yollar gəlib, 
Bəzən isə Şerimizə qol olmayan qollar gəlib.
Səndən sonra cavanlara vədlər artıb,
Vədlərin də iki misli sədlər artıb.
Bəziləri gözündə bu salxımlanan həqiqətə gözü kordur. 
Bəzisi də Çəkişmələr konsertinə dirijordur... 
Nə gizlədim, həqiqəti şax deməyin,
Doğru sözün "səni" çatmır. 
Atmacalar gülləmizin "səni" çatmır, 
Səndən sonra Görüşlərin hərarəti sənsizləşib, 
Kürsülərin cəsarəti sənsizləşib,
Ağsaqqallar səxavəti sənsizləşib!... 
Mən saymadım sənsizləşib daha nələr,
Axı niyə sənsizliyi gizlədələr!... 

1966.


 
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM