1918-ci il Quba soyqırımı zamanı şəhər əhalisinə dəymiş zərər

09:00 / 04.06.2016

Arzu Xəlilzadə,
Bakı Dövlət Universitetinin doktorantı

 

Ermənilərin Qubada 1918-ci ilin aprel-may aylarında həyata keçirdikləri qətllər və qırğınlar, qarət və talanlarla bərabər, şəhər əhalisinin daşınmaz və daşınan əmlakının məhv edilməsi kimi hadisələr də müşayiət olunmuşdur.
FTK-nın ( Fövqəladə Təhqiqat Komissiyası) üzvü A.Novatskinin Quba şəhərində dinc əhaliyə qarşı törədilən zorakılıqlar və şəhər əhalisinin daşınmaz və daşınan əmlakının məhv edilməsi ilə bağlı FTK sədrinə etdiyi yazılı məruzələr, zərər çəkənlərin verdiyi çoxsaylı şahid ifadələri bunu bir daha sübut edir.
A.Novatski Amazasp dəstələrinin Qubadakı talan və qarətləri barədə verdiyi məlumatlar, əsasən, Quba şəhər rəisi Əli Abbas bəy Əlibəyovun FTK-ya verdiyi izahatından götürülmüşdür.
İrəlidəki yarımfəsildə Ə.Əlibəyovun Amazaspın cəza dəstəsi tərəfindən Qubada həyata keçirilən qətl və qarətlərin 9-cu günü şəhərin küçələrində qalaqlanan meyitlərin basdırılmasına icazə istəməsi üçün onun yanına getməsindən söz açmışıq.
Ə.Əlibəyov ifadəsində bildirir ki, mən Amazaspın yanında olarkən Arutyun Ayrapetov ona ermənilərin Qubada törətdikləri əməllər barədə məruzə edirdi və mən erməni dilini bildiyim üçün onun nə dediyini başa düşürdüm: “Ayrapetov məruzə edirdi ki, şəhərdən Nikolay pulu ilə nəğd 3 milyon manat pul, 6 milyon manat dəyərində isə qızıl və qızıldan işlənən qadın zinət əşyaları toplayıb, hər bir öldürülmüş erməni üçün 200 müsəlman öldürüb, hər bir zorlanmış erməni arvadı üçün 75 müsəlman qadın və qızı zorlanıb.
Ayrapetov öz məruzəsini belə yekunlaşdırdı: “İş başa çatdı, yetər. Gedək”(1)
Ə.Əlibəyov daha sonra öz izahatında yazır: “Bu zaman şəhərdə evlər od tutub yanırdı. Bazar küçəsində 16 ev və dükan yanırdı.
Ə.Əlibəyovun FTK-ya verdiyi bu izahat bir də ona görə böyük əhəmiyyət kəsb edir ki, şəhər rəisi gözləri ilə görüb şahidi olduğu hadisələri, özü də araşdırmağa cəhd göstərmişdir.
Ə.Əlibəyovun ifadəsindən: “Ermənilər şəhəri tərk edəndən sonra mən onların Qubanın bütün əhalisinə vurduqları ziyanı hesablamağa başladım və müəyyən etdim ki, şəhərin 2 minədək müsəlman əhalisi, kişi, qadın və uşaqlar qətlə yetirilib, 105 ev yandırılıb, dörd milyon nəğd pul oğurlanıb, 4,5 milyon rubl dəyərində qızıl, qızıl zinət əşyaları və brilliant talan edilib, 100 mln. dəyərində evlər və digər tikililər yandırılıb, anbarlardan və mağazalardan iyirmi milyon rubl dəyərində ərzaq və digər mallar oğurlanıb”(2).
Qubanın 35 yaşlı sakini Məşədi Hacı ağa Kərbəlayi Əhməd oğlu FTK-ya zərərçəkən qismində verdiyi ifadədə deyir: “Ermənilər tərəfindən həddən artıq çoxlu insan qətlə yetirildi, çoxlu pul və daşınan əmlak oğurlandı və yüz ev yandırıldı. Ermənilər mənim dükanımı viran qoydular və mənzilimdən 90 min rubl dəyərində daşınan əmlakımı qarət və talan etdilər” (3).
Özünün və həyat yoldaşının gözləri önündə iki qızı evinə soxulan erməni cəlladları tərəfindən qətlə yetirilən 60 yaşlı Quba sakini Kərbəlayi Əbuzər Məstan oğlunun bütün daşına bilən əmlakını arabalara yükləyən, apara bilmədiklərini isə cırıb-dağıdan daşnaklardan ev sahibi heç olmazsa, bir ədəd yorğanın belə ona saxlanılmasını xahiş edəndə onu eşitməmişdilər(4).
Eyni sözləri Qubada zərərçəkən çoxsaylı şahidlərdən 70 yaşlı Məşədi Hüseyn Qulu Sultanov da söyləyir: “Ermənilər mənə rublun indiki kursu ilə 1,5 milyonluq maddi ziyan vurdular. Mən indi tamam müflisəm”(5).
Bütün bu kimi zərərçəkmişlərin ifadələri Qubada bəhs edilən dövrdə törədilən kütləvi qətllərin qarət və quldurluqla paralel aparıldığını aydın şəkildə, elmi-obyektiv surətdə göstərməklə yanaşı, zaman-zaman sovet tarixşünaslığında özünə möhkəm yer tutmuş antiazərbaycan siyasəti xətti ilə seçilən bolşevik ideologiyasının saxtakarlığını üzə çıxarır.
Bolşevik maskası altında gizlənmiş Serqo Martikyanın Qubadakı 1918-ci ilin qanlı may olayları zamanı hərb-dəniz işləri komissarı Q.Korqanova məlumatında oxuyuruq: “Bizim dəstəmiz Qubanı tutmuşdur. Dəstənin bir hissəsi şəhəri hər tərəfdən mühasirəyə alır. Sovet hakimiyyətini bərpa etmək üçün oraya komissar göndərmişik.”(6, 363). Amma biz artıq “Sovet hakimiyyətinin Qızıl Ordu adı ilə erməni-daşnak hərbi birləşmələri tərəfindən hansı şəkildə bərqərar edildiyinin FTK sənədlərindən aydın surətdə görürük. Bir sıra erməni tarixçiləri Bakı XKS-nın ( Xalq Komissarları Soveti)Azərbaycan qəzalarında, o cümlədən Qubada törətdikləri vəhşilikləri daşnaklarla ittifaqda törətdiklərini inkar etmirlər”. St. Şaumyan 1918-ci ilin 19 aprelindəki çıxışında deyirdi: “Düzdür, erməni milli alayları bizim müttəfiqlərimiz olduğuna görə biz onlardan istifadə etməyə məcbur olduq(7,75; 3,214;4,84-88).
FTK-ya ermənilərin talan və qarətlərindən əziyyət çəkən dinc qubalıların verdiyi tükürpədici şahid ifadələri bütün bu cinayətkar fəaliyyətin təşkilində Bakı XKS-nin sədri St.Şaumyan şəxsən maraqlı olmuşdur (8,55-70). Amazaspın Qubada törətdiyi qarət və talanlar əslində quldurluqla bərabər həm də təbii sərvətlərlə zəngin Azərbaycanda A.Karinyanın sözləri ilə desək , “1904-1917-ci illərdə daha kəskin forma alan erməni kapitalı ilə gənc türk burjuaziyası arasında mövcud olan amansız mübarizənin kəskinləşməsi ilə bağlı idi”(9, 24).
Amazaspın əsl simasını Qubada zərərçəkənlərin FTK-ya verdiyi ifadələr daha obyektiv surətdə göstərir.
40 yaşlı Quba sakini, Məşədi Həmdulla Əliyev FTK-ya verdiyi ifadədə göstərir: “Amazasp şəhəri viran edəcəyi təhlükəsi ilə bizi qorxudaraq onları ərzaqla təmin etməyi tələb etdi və biz bunu yerinə yetirməyə məcbur olduq. Doqquzuncu günü ermənilər çıxıb getdilər. Ermənilər mənim anbarımdan meyvə qurusu, ev əşylarından: xalça, yataq dəsti, geyim-gecimimi oğurladılar. Ümumilikdə mənə 80 min rubl dəyərində ziyan vurdular” (10).
Qubanın 70 yaşlı sakini Şükür Turabov FTK-ya verdiyi ifadədə söyləyir: “Ermənilər məni axırıncı köynəyimədək soyub taladılar, mənə əynimdəkindən başqa heç bir şey saxlamadılar”(11).
Başqa bir zərəçəkən 60 yaşlı Quba sakini Məşədi Yusif FTK-ya verdiyi ifadədə söyləyir: “Ermənilər küçəyə çıxan hər kəsi öldürür, evlərə soxulur, sakinləri mənsub olduğu dinə görə söyür, onların pul, qızıl, zinət əşyalarını talan edir, özlərini isə bütöv ailə şəklində qətlə yetirirdilər” (12).
Bu ifadəni eynən Qubanın 45 yaşlı sakini Kərbəlayi Paşa Tural oğlu da sanki təkrar edir: “Küçəyə çıxan hər kəsi ermənilər heç bir səbəb olmadan öldürür, evlərə soxularaq qarət və soyğunçuluqlar törədir, evləri yandırırdılar”(13).
Bu şahid ifadələrinin hamsı ermənilərin evlərə soxularaq qarət və qətllər törətdiyini təsdiq etməklə yanaşı, həm də orta əsr səlib yürüşlərini necə də xatırladır! Belə ki, evlərə soxulan ermənilər sakinlərdən tələb olunan məbləği çox zaman alıb onlara guya aman verəcəkləri vədinə əməl etmirdilər. Halbuki nə qədim, nə orta əsrlər, nə də yeni və çağdaş dövrdə işğalçı və istilaçıların heç biri yalnız erməni xislətinə xas belə alçaqlığa əl atmamış, insanlıq ləyaqətinə, insanlıq adına belə ləkə vurmamışdır.
Qubanın 50 yaşlı sakini, Hacı Əhməd Əli Murad oğlu yazır ki, qətl və qarətlərin davam etdiyi günlərdə ermənilər evlərə gələrək pul və zinət əşyalarını tələb edirdilər. Bizim qapını döydülər: “Nəsir açdı. Onlar evə daxil olan kimi, bizdən pul tələb etdilər. Nəsir 150 rubl verdi, mən də 125 rubl verdim. Məmməd Əli onda pul yoxdur, dedikdə ermənilərdən biri xəncəri çıxarıb, onun qarnına soxdu, o, ölərək yerə yıxıldı, farsın isə boğazını kəsdilər”(14).
Zərəçəkənlərin FTK-ya verdiyi ifadələrdə ermənilərin hətta vəfat etmiş Quba sakinlərini də qarət etdikləri bəlli olur. Quba sakini yeddi yaşlı İsmayılın FTK-ya verdiyi ifadədə o, uşaq səmimiyyəti və saflığı ilə söyləyir: “Mən ermənilərin meyitləri necə qarət etmələrini görmədim, ancaq sonra cibləri çevrilmiş, bayıra çıxarılmış, köynəyinin düymələri açılmış meyitləri gördüm. Bizim mənzilimizdən hər şeyi daşıyıb aparmışdılar” (15). Bu ifadədə zərərçəkən bilavasitə ermənilərin meyitləri qarət etməsini görmədiyini açıq etiraf edir, lakin sonradan şalvarlarının ciblərini gördükdə onların qarət olunması qənaətinə gəlir. Məhz bu cümlədən sonra öz evlərindən də hər şeyin oğurlandığını söyləməsi bir daha uşağın öz fikrində, çıxardığı nəticədə qəti mövqe tutduğunu aşkar surətdə göstərir. Beş gün erməni cəlladlarından qurtulmaq üçün meyitlərin arasında qalmağa məcbur olan 7 yaşlı bu oğlan fikrini belə tamamlayır: “Mənim atam dəllək işləyirdi və biz onun qazancı ilə yaşayırdıq, indi isə bizim anamla birgə yaşamaq üçün heç bir vəsaitimiz yoxdur” (16).
İsmayılın anası Zöhrə Yusif qızı da FTK-ya verdiyi ifadədə eyni məzmunda fikir söyləyir: “Ermənilər evimizdən bütün qiymətli əşyaları və qadın gümüş bəzəklərini, həmçinin atamın taxılını oğurlayıb aparmışlar. Ümumilikdə, ermənilər mənə beş min manat dəyərində maddi ziyan vurmuşlar” (17).
Qubada dinc əhalinin əmlakı əsasən qarət olunduqdan sonra, molla Hacı Baba oğlu Axundzadənin və əvvəl qeyd etdiyimiz digər zərəçəkənlərin də təsdiq etdiyi kimi, bütün daşınmaz əmlakı, yəni evləri, tövlələri, təsərrüfat tikililəri, o cümlədən dükanları, anbarları yandırılaraq sıradan çıxarılırdı.
Quba şəhər rəisi Əli Abbas bəy Əlibəyovun FTK-ya ona dəyən maddi ziyanla bağlı verdiyi xahişnaməböyük maraq doğurur. Bu il mayın 1-də Qubaya Amazaspın başçılığı altında bolşevik və erməni cəza dəstələri hücum edəndə ermənilər mənim on min manat nağd pulumu, ev əşyalarımı, xalçalarımı, sumaxlarımı (xovsuz xalça növüdür – A.), ipək örtüklərimi, lələkli balışlarımı və qızıl əşyalarla birgə ümumi məbləği əlli min rubl təşkil edən varidatımı, ümumi məbləği otuz beş min rubl təşkil edən varidatımı, ümumi məbləği əlli min rubl təşkil edən qadın donları, kişi kostyumları, mahud və drapları, alt geyimləri, süfrə örtüklərini, on min rubl dəyərində olan servis və mətbəx qab-qacağımı, stəkanlar aparmışlar, beş min manatlıq kerosin hopdurulmuş örtüyü, beş min manatlıq qapı, çərçivə, otaq döşəmələrimi korlamış, yeddi min rubl dəyərində buğda və qış azuqəsi kimi saxlanan 200 pudluq ümumi ərzaq aparmışlar, həmçinin beş min rublluq bufet şkafımı çay dəsti ilə birgə mənimsəmişlər.
Mənə ümumilikdə yüz iyirmi yeddi min rubl civarında dəyən maddi ziyanı təqdim etməklə, istintaq komissiyasından yuxarıda göstərilən məbləğdə Amazaspın erməni cəza dəstəsi tərəfindən dəyən ziyanın ödənilməsini xahiş edirəm (18).
Zərərçəkən Hacı Məmməd Əli Mirzə oğlu da FTK-ya xahişnamə ilə müraciət edərək yazır: «Qubada mart hadisələri zamanı ermənilərdən ibarət qızıl ordu dəstəsi 5000 rubl dəyərində malla birgə dükanımı yandırdılar, evimdən oğurlamışlar: 2 xalça – 200 r., 2 ədəd balış- 200 r., buxara dərisindən papaq – 200 r., kostyum – 800 r., 2500 r.- pul, 15 ədəd toyuq və 2500 r. dəyərində bağımı, 3000 r. dəyərində bostanımı zay etmişldər. Dəyən zərərin ümumi məbləği 16, 565 rubl olmuşdur.
Zərərçəkən komissiyaya müraciət edərək dağılmış təsərrüfatını bərpa etmək üçün ona dəyən zərərin ödənməsini xahiş edir» (19).
Quba sakinlərinin FTK-ya onlara dəyən maddi ziyanla bağlı müraciətləri, əsasən, ərizə və xahişnamə formasında olub, zərərçəkənlərə dəymiş maddi ziyanı əşyaların adları və hər bir oğurlanmış və ya dağıdılmış, yandırılmış daşınar və daşınmaz əmlakın konkret dəyərini göstərməklə tərtib olunmuşdur. Bu ərizə və xahişnamələrdə çox zaman oğurlanmış əşyaların siyahısı da olur ki, bu da baş verən qarət və oğurluq hadisələri haqqında tam təfərrüat yaratmağa imkan verir.
Daşınan və daşınmaz əmlakı talanmış qubalı zərərçəkənlərin siyahılarında diqqəti cəlb edən məqamlardan biri də bütün ev əşyaları, o cümlədən ərzaq malları, iribuynuzlu və davar mal-qara, qızıl, zinət əşyaları, nağd pulun talanması ilə yanaşı, həmçinin əmək alətlərinin, istehsal vasitələri və emalatxanaların zay edilərək yararsız vəziyyətə salınmasıdır. Adı çəkilən sənədlərin hamısında erməni quldurlarının Qubadakı ticarət obyektlərinə, anbarlarına, karvansaralara vurduğu ziyan təbii ki, rayonun və bölgənin iqtisadi infrastrukturunu məhv etmək məqsədi daşımışdır.
Məsələn, 73 saylı siyahıda adı 74-cü sırada çəkilən Kərbəlayi Əli Hacı Məhəmməd Əli oğlunun, 75 saylı siyahıda adı 106-cı sırada yer alan Məmməd Nəsir oğlunun karvansaraları yandırılaraq sıradan çıxarılmışdır.
Bir çox zərərçəkənlərə bir milyon rubl ziyan dəymişdir. 76 saylı siyahıda adları çəkilən Hidayət Şükür oğlunun 11 evi əşyaları ilə birgə yandırılmış, ona 1 000 000 rubl, Əli bəy Zizikskinin 25 üçmərtəbəli evi əşyalarla birgə yandırılaraq 10 000 000 rubl, həmçinin İbrahim bəy Əhmədxan oğlunun 20 evi, ev əşyaları ilə birgə yandırılaraq ona da 1 000 000 rubl məbləğində maddi ziyan vurulmuşdur. 74 saylı siyahıda adı yer alan zərərçəkən Hacı Mir Kazım Mir Hüseyn oğluna da erməni quldurları ciddi maddi ziyan vurmuşlar.
Deməli, siyahılarda adları çəkilən yüzlərlə zərərçəkəndən cəmi dördünə, hərəsinə bir milyon rubl olmaqla, dörd milyon rubl məbləğində ziyan dəymişdir. Halbuki, A.Novatskinin məruzəsində Qubada və onun dağıdılan kəndlərində əhaliyə cəmi 58 milyon manat ziyan vurulduğu göstərilir (20). Təqdim edilən siyahılarda zərərçəkənlərə dəyən maddi ziyana nəzər saldıqda bu rəqəmin daha böyük olduğunu düşünmək olar.
Bəhs edilən sənədlərdə istehsal müəssisələrinin dağıdılması təkcə konkret zərərçəkənə, konkret şəxsə deyil, bütövlükdə şəhərin, regionun sosial-iqtisadi inkişafına, deməli siyasi dirçəlişimizə, istiqlalımıza vurulan ziyan idi ki, bu amilin özü də Qubada törədilən qətl və qarətlərin bolşevik-erməni tandemi tərəfindən xalqımıza qarşı düşünülmüş məkrli siyasətin bir həlqəsi olduğunu aydın surətdə açıqlamaqdadır. Məsələn, siyahılarda adları çəkilən zərərçəkənlərdən Məmməd Rza Məmmədova məxsus alətləri ilə birgə emalatxananın, Məşədi Allahqulu oğluna, Məşədi Hüseyn Qulu Molla Mahmudoğluna(21), həmçinin Kərbəlayi Qədir Ağa kişi oğluna məxsus alətləri ilə birgə dərzi emalatxanaları yandırılmışdır(22), həmçinin yenə də Mikayıl Paşa oğluna xas dərzi emalatxanalarının yandırılması(23), Məhəmməd Rəhimova məxsus sabunbişirmə zavodunun, qayıqlar üçün dayanacaq yerinin dağıdılaraq sıradan çıxarılması, Əbdül Həmid Hacı Oruc oğluna məxsus mehmanxananın qarət edilməsi, Məmməd Qasım oğlunun papaq emalatxanası, Həmdulla Zal oğlunun çəkmə emalatxanasının dağıdılması, qarət olunması(24) təbii ki, regionun iqtisadi bazasını infrastrukturunu sıradan çıxarmağa hesablanmış strateji məqsəd daşıyan addımlar idi.
Beləliklə, Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, Qubada dinc sakinlərə qarşı törədilən qətl və qarətlər, soyğunçuluq, aşkar quldurluq və yanğınlar sırf etnik, milli düşmənçilik zəminində baş vermişdir. Qətl və qarətlərin iri miqyaslı xarakter almasında şəxsən Bakı XKS-nin sədri St.Şamyan maraqlı olmuşdur. Gelovaninin təbirincə desək, «Amazasp Qubaya Şaumyanın istəyi ilə, digər komissarlarla məsləhətləşmədən göndərilmişdi, ordunun təşkili isə hərbi komissar Korqanov tərəfindən həyata keçirilmişdir» (25).
«Amazaspın hərbi dəstəsində bir nəfər də olsun rus yox idi, heyət ancaq ermənilərdən ibarət idi»(26).
2. Quba şəhərində dinc əhaliyə qarşı həyata keçirilən qətl və qarətlər xüsusi amansızlıqla, yalnız erməni faşizminə xas qəddarlıqla həyata keçirilmişdir. Ayrapetovun Amazaspa məruzəsində deyildiyi kimi: «Hər öldürülmüş erməni üçün 200 müsəlman öldürülmüş, hər zorlanmış erməni arvadına görə 75 müsəlman arvad və qızı zorlamış, 90-a yaxın ev yandırılmışdır. İş tamamlanmışdır, artıq bəsdir, gedək»(27).
Təxmini hesablamalara görə Amazaspın dəstəsi tərəfindən oğurlanmış əmlak 4 milyon manat nəğd pul, 4,5 milyon manatlıq brilliant, qızıl, gümüş və digəri qiymətli daş-qaş, 25 milyon manatlıq müxtəlif məişət əşyaları qarət olunmuş, 105 ev və digər tikililər yandırılaraq kül edilmiş, mülk sahiblərinə 100 milyon rubldan çox maddi ziyan dəymişdir(28).
3. Zərərçəkənlərin FTK-ya yazdığı ərizə və şikayətlərdən, verdikləri ifadələrdən Quba hadisələrinin ermənilər tərəfindən əvvəlcədən hazırlandığını, qətl və qarətlərdən əvvəl, hələ mart ayının əvvəllərindən Qubada yaşayan ermənilərin öz daşınan və daşınmayan əmlaklarını satıb getmələri bunu aşkar sübut edir(29).
Qubanı tərk edən ermənilərin «Sizinlə bizim aramızda nə isə gözlənilir. Ona görə komitə bizi geri çağırır» - deyə, söyləməsi isə 1988-ci ildə eynən Sumqayıt hadisələri ərəfəsində «Krunk» təşkilatının üzvü olan ermənilərin öz pullarını əmanət kassalarından götürərək, şəhəri tələsik tərk etməsi ilə 100 %-lik eyniyyət təşkil edir.
Bu isə 4. öz növbəsində Qubadakı qətl və qarətlərin ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin sistemli və düşünülmüş xarakter daşıdığını sübut edir.
5. Qubada dinc əhaliyə qarşı törədilən qətl və qarətlərin FTK sənədləri – zərərçəkənlərin ərizə və şahid ifadələri əsasında tədiqi sübut edir ki, ermənilər hansı siyasi partiya və təşkilatda fəaliyyət göstərməsindən asılı olmayaraq, dinc azərbaycanlıları məhv etmək, qəsb olunmuş torpaqlarımız hesabına «Böyük Ermənistan» yaratmaq konsepsiyası naminə vahid cəbhədə birləşməyi bacarırlar.
6. Qubada təkcə fiziki şəxslərin deyil, eləcə də hüquqi şəxslərin qətl və qarətlərə məruz qalması, ictimai tikililərin, regionun sosial-iqtisadi inkişafı üçün strateji rol oynayan obyektlərinin dağıdılması bir daha bolşevizm pərdəsi altında məharətlə maskalanmış ermənilərin gələcəyə hesablanmış strateji məqsədlərindən xəbər verir.
7. Qubada, eləcə də vətənimizin digər güşələrində törədilən qətl və qarətlər Bakı XKS üçün azərbaycanlılarsız Azərbaycanın, onun sərvətlərinin və strateji mövqeyinin önəmli olmasını bir daha sübut etdi.
8. Qubada dinc əhaliyə qarşı törədilən qətl və qarətlər ermənilərin öz cinayətlərini məharətlə gizlətmək, yerli əhali arasında dini və etnik zəmində münaqişələr yaradaraq, özləri öz mülklərinə ziyan vuraraq beynəlxalq ictimaiyyəti çaşdıra bilmək məharətini də üzə çıxarır. Caparidze tərəfindən Amazaspın fəaliyyətinə son qoymaq üçün Qubaya göndərilən Gelovani: «Siz burada nələr törətmisiniz?» - deyə sual verəndə o və dəstənin komissarı Venunts məni inandırmağa çalışdılar ki, guya onların bu işlərdə heç bir günahı yoxdur, guya sünni və şiə müsəlmanlar bir-birini qırmış və özləri şəhəri yandırmışlar(30).
FTK-nın tərtib etdiyi 16 saylı sənəddə Şahid Əlibəyovun verdiyi ifadədə oxuyuruq: «Ermənilər Quba şəhərini tərk edən cəza dəstəsi ilə birgə gedərkən evlərini özləri yandırmışlar» (31).
9. Quba hadisələrindən zərərçəkən dinc sakinlərin FTK-ya verdiyi ifadələr, ərizə və xahişnamələr bir daha Bakı XKS-nin xalqımıza yad və düşmən bir qurum olduğunu, Quba bolşevik ideyalarının heç vaxt əhali tərəfindən dəstək görmədiyini bir daha sübut edir(32, s.42).
Hətta Stepan Şaumyanın özü belə ictimaiyyəti azdırmaq üçün: «Daşnak erməni dəstələrinin fəaliyyəti dinc əhalini Sovet hakimiyyətinə qarşı qaldırdı və daha sağlam hərbi hissələri mənəviyyatsızlaşdırdı»(33,s. 32).
10. Qubada dinc əhaliyə qarşı törədilən olaylar bizim bir daha bədnam qonşularımızla ehtiyyatı əldən vermədən davranmağı tələb edir. Çünki sərhədyanı bölgələrdə hər gün üzləşdiyimiz erməni məkri bu üzdəniraq xalqın tarix boyu xalqımıza qarşı yeritdiyi mənfur xislətin açıq təzahürüdür.
İqtisadi, siyasi baxımdan günü-gündən güclənən dövlətimiz bu mənfur xalqın insanlığa xələl gətirən fəaliyyətini dünya ictimaiyyətinə çatdırmalı, ideoloji mübarizə sahəsində sayıqlığı bir an əldən verməməlidir. Quba hadisələrinin FTK sənədləri əsasında tədqiqi isə bu işdə böyük önəm və əhəmiyyət kəsb edir.

Geostrategiya" jurnalı  № 02 (32)  Mart-Aprel 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM