İslam dünyası müasir beynəlxalq münasibətlərdə

10:35 / 07.06.2016

Hafiz Namazov,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının doktorantı

Müsəlman dünyası müasir beynəlxalq münasibətlər sistemində çox mühüm rol oynayır ki, bu da iqtisadi, siyasi, sosial və dini xarakterli bir sıra amillərlə əlaqəlidir. Dünya təsərrüfat sisteminə davamlı olaraq inteqrasiya etmək zərurəti sosial-iqtisadi və siyasi həyatda mövcud olan böhran hallarına qarşı çıxmaq zərurəti, eləcə də qərb mənəvi dəyərlərin güclü təsir şəraitində öz ənənəvi mədəni irsini qoruyub saxlamaq və möhkəmləndirmək ehtiyacı müsəlman dövlətlərini öz qüvvələrini səfərbər etməyə təhrik edir və bu proses müxtəlif formalarda həyata keçirilir.
İslam dünyasının inteqrasiyası zamanı bir sıra nəzəriyyələr formalaşmışdır: "Panislamizm", "millətçilik", "islam həmrəyliyi".
Panislamizm-dini-siyasi ideologiya olaraq sosial, milli yaxud dövlət mənsubiyyətindən asılı olmayaraq bütün dünya müsəlmanlarının mənəvi birliyi və onların ali ruhani başçı-xəlifənin hakimiyyəti altında siyasi birləşməsinin zəruriliyi haqqında təsəvvürlərini təşkil edir.
XIX əsrin II yarısında meydana gəlmişdir. Onun ilk ideoloqu Cəmaləddin əl Əfqani olmuşdur. Bu hərəkatın ilk məqsədi müsəlman xalqlarını Britaniya müstəmləkəçiliyindən xilas etmək, onların uğrunda antiimperialist mübarizəsini əsaslandırmaq olmuşdur. Panislamizm türkizm və pantürkizmlə yanaşı ittihad və vahid dövlətdə bütün müsəlmanların birləşməsini nəzərdə tuturdu; millətçi yanaşma mövcud sərhədlər çərçivəsində formalaşan millətin müstəqil olmasını tələb edirdi.
II Dünya müharibəsindən sonra panislamizm azadlıq xarakterini əsasən itirdi; kapitalizmə qədərki quruluşların idealizə edilməsi və mürtəce feodal qalıqlarının mühafizə olunması üçün tez-tez istifadə edilirdi. Əslində onu obyektiv xarakterizə etsək onun fəaliyyəti “Üçüncü dünya” ölkələrinin həmrəyliyinə daha çox neqativ rol oynamasının şahidi ola bilərik. Belə ki, o çox zaman bu və ya digər ölkənin müsəlman dünyasında imtiyazlı vəziyyəti haqqında iddialarla, bəzən isə islamı digər ölkələrə yaymağın zəruriliyini əsaslandırmaqla müşayiət olunurdu.
Müasir dövrdə isə, panislamizm bir qədər dəyişmişdir. Bir qayda olaraq, o, islam həmrəyliyinə, dünyanın müsəlman olmayan hissəsinin hər hansı müqavimətinə qarşı dayana bilən beynəlxalq müsəlman təşkilatlarının yaradılmasına çağırışlarla fəaliyyətini davam etdirir. Lakin belə təşkilatlarda da ayrı-ayrı ölkələr müxtəlif bəhanə, yaxud tövsiyyələrlə xüsusi rol oynamaq iddiasındadırlar, məs, bir ölkədə islamın xüsusi saflığını qoruyub saxlamaq (Səudiyyə Ərəbistanı kimi).
Bütün bunlar bir daha göstərir ki, regional millətçilik, panərəbçilik, pantürkçülük və panislamçılıq ideyalarının tərkibində müstəmləkəçilik və imperializmə qarşı fikirlər vardır, onlar islam dünyasını öz ekstremizm mahiyyətinə görə qane etmirdi, məhz ona görə də müsəlmanlar bu ideyaların əleyhinə çıxış edərək daha çox milli suveren dövlət və islam həmrəyliyi ideyasını irəli sürmüşdülər. Formalaşdırılmış "islam həmrəyliyi" konsepsiyasının mahiyyəti ondan ibarətdir ki, "dini əsasda dövlətlərarası birlik" yaradılsın. Bu islam inteqrasiya prosesi tarixində vacib məqamlardan biri idi.
İslam həmrəylik hərəkatı, öz ifadəsini beynəlxalq təşkilatların fəaliyyətində tapmışdır ki, onlardan ən böyüyü 1969-ci ildə yaradılmış İslam Konfransı təşkilatı (2011-ci il iyunun 28-30-da Astanada keçirdiyi iclasda təşkilatın adının, embleminin və bayrağının dəyişməsi məsələsi müzakirə edilmişdir və İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin 38-ci sessiyasının Xarici İşlər Nazirləri Şurasının qərarı ilə təşkilatın adı İslam Əməkdaşlıq Təşkilatına (İƏT) dəyişdirilmişdir ) hesab olunur.
Qeyd etmək lazımdır ki, İƏT təsadüf nəticəsində yaranmamışdır, əksinə, bütün dünya müsəlmanlarının böyük səy və əzmkarlıq, obyektiv mövcud olan tarixi, sosial-ideoloji, iqtisadi, mədəni siyasi şərait nəticəsində formalaşmışdır.
İslam birliyinin ideoloji əsasını islam təlimi, yəni dövlət, irqi, milli və ya sosialyönümlü-sinfi mənsubiyyətindən asılı olmayaraq bütün müsəlmanların qardaş birliyi tezisi çıxış edir.
Bu ideoloji əsasın aşkar üstünlükləri ilə yanaşı, müsəlman ölkələrinin inteqrasiya prosesləri əvvəlcədən iki zidd meyllər əsasında baş vermişdir:
1. Müsəlman həmrəyliyinin möhkəmlənməsinə doğru yaxınlaşması və əməkdaşlıq meyilləri;
2. "İslam dünyasının" daxilində ziddiyyətlər və münaqişələrin baş verdiyi dezinteqrasiya meylləri.
İnteqrasiya prosesləri inkişaf etməkdə olan müsəlman dövlətlərinin ümumi maraqlarını əks etdirən iqtisadi müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi istiqamətində həyata keçirilir.
Müasir "müsəlman həmrəyliyi" hərəkatının təməlində Qərbin iqtisadi və mədəni hökmranlığından azad olmaq və özünün müstəqil siyasi xəttinin tapılması və bununla da “yeni islam cəmiyyətinin” yaradılması meylləri təşkil etmişdir.
Müsəlman dövlətlərinin beynəlxalq təşkilatların inkişafı və təşəkkülü prosesi mürəkkəb və bir-birinə çox zaman ziddiyyətlidir. İslam ölkələrində müstəmləkədən qalmış ağır miras, istehsalın aşağı səviyyədə olması ilk dövrlərdə çoxsaylı siyasi və iqtisadi xarakterli problemlərə səbəb olmuşdur. Məhz bu dpvrdə formalaşmış müsəlman həmrəliyi bu ziddiyyətləri nisbətən sabitləşdirməyə imkan vermişdir.
Müsəlman ölkələrinin beynəlxalq və hökumətlərarası təşkilatları xüsusi növ inteqrasiya birliyidir. Nəzərə alsaq ki, soyuq müharibənin başa çatması ilə ABŞ-ın bir güc mərkəzi kimi qurmağa çalışdığı birqütblü idarəetmə sisteminə qarşı müsəlman birliyinin geosiyasi gücə çevrilməsi tendensiyasının real olması son nəticədə müasir dövrümüzdə Yaxın Şərqdə baş verən məlum hadisələrin birbaşa səbəbi kimi çıxış edir.
Müasir dövrün başqa bir cəhəti bir də odur ki, müsəlman dövlətləri dünyada baş verən dəyişiklikləri nəzərə alaraq öz beynəlxalq hökumətlərarası təşkilatlarını bu proseslərə uyğunlaşdırmağa çalışırlar. Məsələn, 1997-ci ilin dekabrında Tehranda keçirilmiş müsəlman dövlətlərinin hökumət və dövlət başçılarının VIII konfransında İƏT-nin fəaliyyətinin təkmilləşdirilməsi üçün bir sıra prinsip və şərtlər irəli sürülmüşdür. Eyni zamanda ərəb dövlətlərinin dövlət və hökumət başçılarının Əmmanda (mart 2001-ci il) keçirilmiş XIII - cü konfransında Ərəb Dövlətlər Birliyinin təkmilləşdirilməsi üçün bir sıra prinsip və şərtlər irəli sürülmüşdür.
Ümumiyyətlə, 1969-cu ildən 2003-cü ilədək İƏT-in 10 Zirvə toplantısı baş tutmuşdur. Xarici işlər nazirlərinin konfransı - İƏT-in siyası orqanıdır. Bu konfranslar nazirlər və ya akkreditə olunmuş səfirlər səviyyəsində ildə bir dəfə keçirilir. Hər hansı bir üzv dövlətin və baş katibin tələbi, üzv dövlətlərin 23 hissəsinin razılığı ilə növbədənkənar konfranslar da çağırıla bilər. Xarici işlər nazirlərinin konfransı aşağıdakı məsələlərlə əlaqədar toplanır:
- təşkilatın ümumi siyasətinin həyata keçirilməsi mexanizminin müzakirəsi;
- qarşılıqlı maraq doğuran məsələlər üzrə qərarların qəbul edilməsi;
- qəbul edilmiş qərarların icrasına nəzarət;
- maliyyə komissiyasının hesabatının müzakirəsi;
- Baş katibliyin büdcəsinin təsdiqi;
- Baş katibin və onun müavinlərinin təyin edilməsi.
İƏT-in yaradılmasının əsas təşəbbüskarı və sponsoru olmuş, müsəlman dünyasının ən zəngin ölkələrindən biri sayılan Səudiyyə Ərəbistanı Krallığı təşkilatda xüsusi nüfuza malikdir. Krallığın İƏT-in büdcəsindəki payı 10%, İİB-in kapitalındakı payı isə 25%-dir. İƏT və İİB-in iqamətgahları Səudiyyə Ərəbistanının Ciddə şəhərində, krallıq hökumətinin təmənnasız olaraq ayırdığı binalarda yerləşir. Səudiyyə Ərəbistanı İƏT-ə və onun ixtisaslaşmış qurumlarına öz fəaliyyətlərini həyata keçirə bilmələri üçün əlavə maliyyə yardımları da göstərir. Səudiyyə Ərəbistanının İƏT-dəki nüfuzu, həm də bu ölkənin islam dininin tarixi vətəni və islam aləminin iki müqəddəs ocağının yerləşdiyi torpaq olması ilə izah edilir. Bu və ya digər məsələ ilə bağlı krallığın mövqeyi, adətən, İƏT-ə üzv olan digər ölkələr, ilk növbədə isə ərəb dövlətləri tərəfindən dəstəklənir.
Beynəlxalq hökumətlərarası təşkilatların ümumi qəbul olunmuş təsnifatına əsasən müsəlman ölkələri beynəlxalq təşkilatlarını aşağıdakı şəkildə xarakterizə etmək olar:
1.Müsəlman dövlətlərinin beynəlxalq təşkilatları ümumi səlahiyyətli beynəlxalq, dövlətlərarası təşkilat olaraq bu tip qurumların xüsusiyyətini özündə aşağıdakı kimi ehtiva etmişdir:
a) Onlarlın yaranışı və eləcə də fəaliyyəti beynəlxalq müqavilə (çoxtərəfli) əsasında həyata keçirilir;
b) Onun işində müstəqil islam dövlətləri iştirak edir;
c) Müsəlman dövlətlərinin beynəlxalq təşkilatları özünə məxsus olan məqsədləri olur;
ç) Daim fəaliyyət göstərən orqanları var;
d) Beynəlxalq hüququn norma və prinsipləri əsasında yaradılır və beynəlxalq hüququn subyekti kimi çıxış edir, lakin spesifik xüsusiyyətlərə də malikdir. Belə ki, bu təşkilata üzvlük yalnız islam dövlətlərinə məxsus olmaqla məhdudlaşdırılır. 2. Beynəlxalq hökumətlərarası təşkilatların hamı tərəfindən qəbul olunmuş meyarlardan çıxış edərək müsəlman dövlətlərinin beynəlxalq təşkilatlarını aşağıdakı kimi göstərmək olar: üzvlük xarakterinə görə - onlar üzvlük xarakterinə görə dövlətlərarası təşkilatlardır, öz üzvlərinin dairəsi üzrə qitələrarası, məsələn, İƏT, ƏDB, öz fəaliyyət obyektlərinə görə - ümumi səlahiyyətli təşkilatlar, müasir dövrün əsas prosesləri ilə əlaqədar- əsasən azad olmuş dövlətlərin təşkilatları.
3. Müasir dövrdə müsəlman dövlətlərinin beynəlxalq təşkilatları onunla fərqlənirlər ki, bir tərəfdən onlar beynəlxalq təşkilatların fəaliyyətini tənzimləyən beynəlxalq hüququn ən yeni norma və prinsipləri ilə harmoniyadadırlar, digər tərəfdən isə öz əsasında qədim dini (islam) təlimlər və ənənələri birləşdirir, digər tərəfdən isə müasir beynəlxalq hüquq normalarını özündə ehtiva edir.
4. Aydındır ki, müsəlman dövlətlərinin beynəlxalq təşkilatları dini ideyalar əsasında "islam həmrəylik" (məsələn İƏT) yaranıb, eyni zamanda inamla demək olar ki, dini aspektləri üzrə müasir dövrün ən mühüm problem bu təşkilatların siyasi mövqeyi təşkilatın fəaliyyətində getdikcə daha artıq dərəcədə dəyişdirilir, dövlətlər arasında münasibətlərdə gərginliyin aradan qaldırılması və o cümlədən müharibə və sülh problemləri üzrə.
5. Müsəlman ölkələrinin beynəlxalq təşkilatları bu günə qədər ilk və yeganə beynəlxalq müsəlman təşkilatlarıdır ki, hökumət səviyyəsində fəaliyyət göstərir. Bu təşkilatlarda üzv ölkələr dövlət və hökumət başçıları ilə təmsil olunmuşdu. Burada qərarların qəbulu dövlət səviyyəsində həyata keçirilir və tövsiyə xarakteri daşıyır. Lakin gələcəkdə bütün üzv dövlətlər üçün məcburi xarakter alması ehtimal olunur.
6. Son illərdə müsəlman ölkələrində anti-İslam təbliğatına qarşı əks təbliğat aparmağa çalışılır ki, "sivilizasiyalar arası toqquşma” nəzəriyyəsi təmamilə əsassızdır və İslam mədəniyyətinin əsl mahiyyəti formalaşmış stereotiplərdən nə dərəcə də fərqlidir.
7. Əgər müsəlman ölkələrinin beynəlxalq təşkilatlarının yaranışının ilk dövrlərində əsas diqqəti vahid müsəlman dövlət quruculuğunun ümumi prinsiplərinə yönəldilirdisə, daha sonrakı mərhələlərdə İslam nəzəriyyəçiləri müsəlman ölkələrinin şəriət əsasında nümunəvi və universal konstitusiya layihəsini yaratmağa çalışırdılar.
8. Müsəlman ölkələrinin beynəlxalq təşkilatların iclaslarında tez-tez "İslam dünyasının" resurs mübadiləsi, müsəlman ölkələrinin ədalət və qarşılıqlı hörmət əsasında beynəlxalq münasibətlər sisteminin yaradılması məsələsi qaldırılır. Burada nəhayət ki, Yaxın Şərq münaqişəsinin yekun həlli, Fələstin problemi və Yerusəlim məsələsi; müharibə və sülh, kollektiv təhlükəsizlik, sülh yolu ilə İslam dünyasında mövcud münaqişələrin həlli məsələləri; Qeyri-İslam ölkələrində müsəlman azlıqların problemi; Üzv Dövlətlərin vahid xarici siyasətinin təmin edilməsi; Üzv ölkələrin mədəni və iqtisadi əməkdaşlığın təmin edilməsi; anti-İslam təbliğatına qarşı mübarizə; öz təbii resursları üzərində müsəlman ölkələrinin suverenliyinə mübarizəsi; əmək ehtiyatlarından səmərəli istifadə problemi; Ərzaq problemi; xarici borc problemi; və s. həll edilməsinə ciddi cəhdlər həyata keçirilir.
Müasir beynəlxalq münasibətlərdə və dünya siyasətində islam dünyası çox müxtəlif dövlət və qeyri-dövlət, o cümlədən antisistem iştirakçıları (aktorları) vasitəsi ilə təmsil olunmuşdur. Bu isə öz növbəsində, beynəlxalq və regional səviyyələrdə "islam" amilinin ziddiyyətli təzahürlərini yaratmış olur. Bu amillərin ciddi araşdırılması və nəzəri dərk edilməsi həyata keçirilmədən müasir dünya siyasi prosesinin xüsusiyyətləri barədə tam təsəvvürün formalaşması mümkün deyildir. Qeyd edilən bu cəhətlər məqalənin aktuallığını bir daha göstərmiş olur.
Məlum olduğu kimi, son onillikdə islam dünyasında inteqrasiya prosesləri geniş vüsət almağa başlamışdır ki, bunun nəticəsi olaraq "islam" amilinin rolu dünya siyasətində və iqtisadiyyatında nəzərəçarpacaq dərəcədə artmışdır.Öz fəallığını ƏDL (Ərəb Dövlətləri Liqası), İƏT (İslam Əməkdaşlıq Təşkilatı), OPEK, (neft ixrac edən ölkələr Təşkilatı), Fars Körfəzi ərəb dövlətlərinin əməkdaşlıq Şurası kimi təşkilatlar artırmış; "İslam səkkizlik" ölkələri beynəlxalq aləmdə ciddi iqtisadi və beynəlxalq-siyasi təsir vasitəsinə çevrilmiş; Türkiyə və ərəb dünyası, Türkiyə və İran, İran və bir sıra digər ərəb dövlətləri (İraq, Livan, Suriya) arasında regional əməkdaşlığın dövlətlərarası səviyyədə inkişafı tendensiyası geniş vüsət almağa başlamışdır. Bu cür hadisələr islam dünyasının dünya siyasətinin vahid, kollektiv subyekti olub, yoxsa ki, olmaması haqqında müzakirələrin yaranmasına geniş meydan yaradır.
Bu məsələnin həlli üçün üç əsas yanaşmanın irəli sürülməsi mümkün görünür. Birinci yanaşmanın tərəfdarları tamamilə əsaslı olaraq islam dünyasını dünya siyasətinin konsalidə olunmuş (birləşmiş) aktoru qismində müəyyən edirlər. Bu fikrə əks duran digər yanaşma tərəfdarları isə əsas diqqəti ona yönəldirlər ki, həddən artıq xarici siyasətdə islam dünyasında dağınıqlıq və öz müstəqil siyasətini həyata keçirməyə meylli olan müxtəlif "islam" oyunçuları vardır. Bu isə vahid kollektiv iradənin varlığını sual altına qoymuş olur. Üçüncü yanaşmaya görə islam dünyası müsəlman dininin yayılması, zonası və xüsusi sivil məkan kimi çıxış edir. Nəticə etibarilə islam dünyasının kollektiv qlobal iştirakçı olması məsələsi müasir beynəlxalq-siyasi proseslərin təhlili baxımından çətinlik yaratdığı üçün sivilizasiya yanaşma tərəfdarları tərəfindən o arxa plana keçirilmişdir. Aydın məsələdir ki, islam dünyası özündə müxtəlif çalarları və ziddiyyətləri əks etdirən məkandır. Bu isə öz növbəsində, islamın geniş yayıldığı bölgələrdə istər dövlətlər arasında, istərsə də, onların hər birinin daxilində ziddiyyət və münaqişələrin böyük və mürəkkəb kompleksini yaranmasına səbəb olur. Sosial-iqtisadi inkişaf səviyyəsinə, dinin cəmiyyət həyatında oynadığı sosial rola, qloballaşmaya hansı dərəcədə uyğunlaşmaya və mövcud siyasi və hüquq sistemlərinə görə müsəlman dövlətləri arasında əsaslı fərqlər vardır. Dövlətlərarası ziddiyyətlər, həll olunmamış münaqişələr, region dövlətlərinin və onların liderlərinin şəxsi rəqabəti, müsəlman dini cərəyanlarının və islam ideologiyasının daxilində müxtəliflik və rəngarənglilik ümumi vəziyyəti bir qədər də mürəkkəbləşdirmiş olur. Bütün bunlara baxmayaraq, müasir islam dünyasında siyasi birləşmək tendensiyası müşahidə olunur. İlk növbədə, söhbət çoxsaylı beynəlxalq müsəlman təşkilatlarının mövcudluğundan gedir ki, onların fəaliyyətinin əsasını dini birlik ideyası və qlobal səviyyəli beynəlxalq təşkilatlara oxşar qurumların yaradılması cəhdləridir. Onların sırasında İƏT (BMT-nin islam analoqudur), İslam İnkişaf Bankı, İslam sənaye-ticarət palatası, İslam gəmi sahibləri assosiasiyası, Beynəlxalq Qırmızı Aypara İslam komissiyası, "İslam səkkizlik", İSESKO, (təhsil, elm və mədəniyyət məsələləri üzrə İslam təşkilatı) idman həmrəylik İslam federasiyası və s. göstərmək olar.
Oxşar tendensiya beynəlxalq sənədlərin hazırlanması və qəbul edilməsi sahəsində müşahidə olunur; məsələn, İslam İnsan hüquqları Bəyannaməsi (insan hüquqlarının Ümumi Bəyannaməsinin əvəzinə); İƏT tərəfindən şəriətə uyğun olaraq beynəlxalq terrorizmə qarşı mübarizə haqqında müqavilə və s. İslam dünyasının beynəlxalq təşkilatlar sistemi və onların əsaslandıqları normaları biz müəyyən mənada, qərbin yaratmış olduqları beynəlxalq hüquq və beynəlxalq münasibətlər sisteminə alternativ kimi, qəbul edə bilərik.
Beynəlxalq əhatə dairəsinə görə də ayrı-ayrı yerli və regional islam təşkilatları öz sözünü demək iqtidarındadır. Bir qayda olaraq, onlar öz xarici siyasətinin aləti kimi hər hansı bir müsəlman dövlətinin təşəbbüsü ilə yaradılır; onların tərkibində çox zaman qeyri-dövlət aktorları, o cümlədən radikal-ekstremist təmayüllü qüvvələr təmsil olunurlar. Onların içərisində ən məşhur və nüfuzlusu Ümumdünya İslam Birliyi (Səudiyyə Ərəbistanının təşəbbüsü ilə 1962-ci ildə yaradılıb) hesab olunur. Belə təşkilatların olması qəyyum olan dövlətlərə "beynəlxalq aləmdə, birbaşa və ya dolayısı ilə müəyyən siyasət aparmağa və lazım gələrsə, beynəlxalq hüquq normalarının pozulmasına və başqa dövlətlərin daxili işlərinə müdaxiləyə görə məsuliyyətdən qaçmağa şərait yaradır.
Transmilli islamçı hərəkatların sırasına "Müsəlman Qardaşlar" təşkilatı aiddir ki, onun bir çox müsəlman ölkəsində nümayəndəlikləri vardır. Hizb at-təhrir əl-islami partiyası öz tərəfdarları hesabına bir çox ölkələrində öz sıralarını ardıcıl surətdə tamamlayır və dünya xilafətinin yaradılması ideyası ilə bu partiya çıxış edir. İfrat ideologiyalaşmış Taliban hərəkatının yaradılması və fəaliyyəti ilə bağlı problemlər hələ də mübahisəli olaraq qalmaqdadır. Transmilli təşkilatlara dair daha bir misal, ilk növbədə Əl-Qaidə və onunla bağlı olan hərəkatı (AKAD.) - assosiativ terrorçu şəbəkə kimi göstərmək olar.
Nəzərdən keçirilən problem baxımından xarici identifikasiya məsələsi də mühüm rol oynayır. Belə ki, Qərbdə islam dünyasının hansısa vahid geosiyasi məkan kimi qəbul olunması fikri geniş vüsət almışdır. Xüsusən ABŞ, Avropa və Rusiya ilə islam dünyasının münasibətləri, müsəlman miqrasiya (xüsusən münaqişə zonalarından on minlərlə qaçqın ordusundan və bundan irəli gələn problemlərdən), demoqrafiya və onun zəngin karbohidrogen ehtiyatları haqqında geniş danışılsa da, buna müqabil olaraq, heç kim xristian və ya konfusian-buddist dünyası haqqında eyni tərzdə danışılmır.
Beləliklə, geosiyasi yanaşma çərçivəsində ənənəvi dixotomiya "Qərb - Şərq" qarşıdurması əslində bir sivilizasiyanın digər sivilizasiya üzərində hücumu, digərinin isə mümkün vasitələrlə müqavimət göstərməsi müasir dövrün arzuolunmaz ssenarisi olaraq davam edir.

 

Geostrategiya" jurnalı  № 02 (32)  Mart-Aprel 2016


 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM