Davamlı inkişafın təmin olunmasında insan kapitalı

14:03 / 08.06.2016

Həbibova Ziyafət,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası

 

XXI əsrin ilk illərində ölkəmizdə aparılan genişmiqyaslı islahatların daha da dərinləşdirilməsi, cəmiyyətimizin daha yüksək sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratmışdır. Ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılmış, dövlət idarəçiliyi müasir meyarlara uyğun yenidən qurulmuşdur. Həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkənin enerji təhlükəsizliyi təmin edilmiş, Azərbaycan dünyada enerji daşıyıcılarının etibarlı ixracatçısına və regionun ən mühüm tranzit mərkəzinə çevrilmişdir. 2011-ci ildə real ÜDM 2003-cü illə müqayisədə 3 dəfə artmış, 2011-ci ilin yekunlarına əsasən Azərbaycan Cənubi Qafqaz üzrə yaradılan əlavə dəyərin 70 faizindən çox hissəsinə sahib olmaqla, regionun lider dövləti kimi mövqeyini gücləndirmişdir.

Son 8 ildə ölkənin strateji valyuta ehtiyatları 22 dəfədən çox artaraq, 2011-ci ilin yekunlarına əsasən 41 milyard ABŞ dollarına çatmışdır ki, bu da xarici dövlət borcunu, təxminən, 10 dəfə üstələyir[1].
Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi ilə bu sahənin inkişafında da ciddi nailiyyətlər qazanılmış, son on ildə qeyri-neft sektorunun orta illik artım tempi 11 faiz olmuşdur. Qeyri-neft sektorunda yeni istehsal sahələrinin açılması və yeni iş yerlərinin yaradılması, istehsal, nəqliyyat və kommunal infrastrukturun misli görünməmiş miqyasda inkişaf etdirilməsi, müasir sosial infrastruktur müəssisələrinin yaradılması, o cümlədən yeni təhsil, səhiyyə, idman müəssisələrinin inşası sözügedən dövrdə bütövlükdə ölkəmizin dinamik və dayanıqlı yüksəlişinin əsasını təşkil etmişdir[1].
Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənən göstərilən uğurlarının təməlində, heç şübhəsiz, ölkədə reallaşdırılan çoxşaxəli, səmərəli və innovativ iqtisadiyyatın formalaşmasına əsaslanaraq sosial sahədə önləyici inkişaf trendinin təmin olunması, əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara çatdırılmasına yönəlik siyasi kurs, strategiya və sözsüz ki, uğurlu idarəçilik dayanır. İstənilən elm sahəsi, o cümlədən idarəçiliyin də başlıca qanunları var və bu baxımdan o, universaldır. İdarəçilik həm də bir növ incəsəntdir və burada istedad, yaradıcılıq, keyfiyyətli qərarlar qəbul etmək bacarığıdır. Uğurlu idarəcilik – qaydalara əməl etmək və üstəgəl maksimum yaradıcılıq, əlbəttə vətənpərvərlik və sosial məsuliyyətdir. Müasir Azərbaycanın uğurli inkişafı müasir idarəçiliyin nə demək olduğunun bariz nümunəsidir. Məsələn, Azərbaycanda 180 ildir ki, sənaye üsulu ilə neft çıxarılır. Ötən əsrin əvvəllərində Azərbaycanda dünyada istehsal edilən neftin yarısı çıxarılırdı. Əlbəttə, bu məqam ölkənin inkişafına böyük təsir göstərib. Lakin son 10 ildə əldə edilmiş dəyişikliklərə, nəticələrə fikir verin. Məsələn, beynəlxalq statistikada olan enerjinin istifadəsinin səmərəliliyi göstəricisi mövcuddur. Bu göstərici ölkədə hər bir kq neftdə olan enerjinin istifadəsi nəticəsində istehsal olunan məhsul və xidmətlərin dəyərini (ABŞ dolları ilə) müəyyən edir. Sözügedən göstərici XXI əsrin prioriteti olan və yaşıl iqtisadiyyata keçid mərhələsi sayılan davamlı inkişafın indikatorlarındandır. Beynəlxalq təşkilatların 2003-cü ilin nəticələrinə görə hazırlanmış hesabatlarında Azərbaycanda bu rəqəm yalnız 2,1, 2005-ci ilin hesabatlarına görə isə 2,7 ABŞ dolları təşkil edib.2012-ci ildə dərc edilən bilgilərə görə, bu rəqəm 2009-cu ildə 7 dollar olub. Bu rəqəm əksər neft və qaz ixrac edən ölkələrin göstəricilərindən daha yüksəkdir. Yalnız Norvecdə bu rəqəm bizimlə müqayisədə daha yüksəkdir - 9,2 ABŞ dolları təşkil edir. Lakin bizdə artım dinamikası daha sürətlidir. Davamlı inkişafın bu göstəriciləri belə sürətlə ancaq Azərbaycanda artıb. (2) Ölkədə reallaşdırılan siyasi kursun sadalananlardan da bəlli olduğu kimi, başlıca prioriteti dövlət başçısının da mötəbər tribunalardan dəfələrlə vurğuladığı kimi, insan potensialının inkişafı, « qara qızıl »ın insan potensialına transformasiyasıdır. «İnkişaf» termini çox vaxt iqtisadi inkişaf, sosial-iqtisadi inkişaf, ölkə iqtisadiyyatının inkişafı, regionun, şəhərin inkişafı kimi söz birləşmələri şəklində istifadə olunur. Bütün hallarda “inkişaf” sözü altında adətən ilk növbədə iqtisadi sferada baş verən ixtiyari proqressiv dəyişiklik başa düşülür. Əgər bu dəyişikliklər kəmiyyət xarakterli olarsa, bu halda iqtisadi artımdan danışılır. Keyfiyyət dəyişiklikləri zamanı isə struktur dəyişikliklərindən və ya inkişafın məzmunundakı dəyişikliklərdən, yaxud da iqtisadi sistemin yeni xüsusiyyətlər əldə etməsindən danışılıa bilər.İnkişafın sırf iqtisadi xarakteristikaları ilə yanaşı onun sosial parametrlərinə də baxırlır.
XX əsrin 70-ci illərinə qədər iqtisadi inkişaf ümumi olaraq adambaşına düşən gəlirlərin artırılmasına və rifah səviyyəsinin yüsəldilməsinə görə müəyyən edilirdi. Sonralar inkişaf təkcə iqtisadiyyat ilə deyil, ətraf mühit və təbii resursları da əhatə etməsi və artan gəlirin ədalətli bölüşdürülməsi də əsas prinsiplər kimi təklif edilmişdir. Bu zaman inkişaf məsələsində insan faktorunun əhəmiyyəti məsələsi də ön plana çıxmağa başlamışdır. Birləşmiş Millətlər İnkişaf Proqramı (UNDP) 1994-cü ildə “İnsan İnkişafı Hesabatı” ilə qəbul edilən yeni strategiyanın adını “Davamlı İnsan İnkişafı” olaraq ifadə etmişdir və bu termin yeni məna kəsb etməyə başladı və hazırda dünya ictimaiyyəti tərəfindən inkişafa səyləri birləşdirən vahid platforma kimi qəbul olunur [3]. Ətraf mühit və inkişafla bağlı beynəlxalq konfransda “davamlı inkişaf” termininə aşağıdakı kimi tərif verilməsi təklif olunmuşdur. “Davamlı inkişaf dedikdə irəliyə elə hərəkət modeli başa düşülməlidir ki, bu zaman insanların indiki nəsillərinin həyati təlabatlarının ödənilməsinə gələcək nəsilləri bu imkandan məhrum etmədən nail olmaq mümkün olsun” [4]. Davamlılıq anlayışı təşkiletmə nəzəriyyəsində daimi xarici və daxili təsirlərin olduğu şəraitdə sistemin ən azı tarazlıq vəziyyətinə yaxın vəziyyətdə fəaliyyət göstərmək qabiliyyəti kimi qəbul olunur [5]. “Cəmiyyətin və ya dünya birliyinin davamlı inkişafı dedikdə isə kəskin sarsıntılar və qəzalar (fəlakətlər) olmadan sabit və gözlənilən inkişaf başa düşülür. Davamlı inkişafa keçid – ilk növbədə cəmiyyətdə yeni düşüncə tərzinin, yeni şüurun formalaşdırılmasından ibarətdir ki, bu çox çətin məsələnin həlli sosial-iqtisadi və ekoloji transformasiya ilə birlikdə yeni mədəniyyətə (sivilizasiyaya) keçidi təmin edəcəkdir” [3]. Bu kateqoriyanın dəqiq tərifini akademik A.A.Savin vermişdir: “Davamlı inkişaf – indiki nəsillərin öz tələbatlarını gələcək nəsillərin tələbatlarını ödəmək bacarığına xələl gətirmədən ödəməsidir. Davamlı inkişaf – iqtisadi artımla insan potensialının ədalətli inkişafı və sağlam məhsuldar ekosistemlər arasında arzu olanan tarazlığa nail olmaqdır” [6].
Davamlılıq və davamlı inkişaf idarəolunandır və bu prosesi tənzimləmək üçün obyektiv və subyektiv mexanizmlər, alqoritm və texnologiyalar mövcuddur. Bu mənada davamlı inkişaf prosesinin idarəolunması regionda müxtəlif sferalarda elə kəmiyyət və keyiyyət dəyişikliklərinin həyata keçirilməsini nəzərdə tutur ki, bu dəyişikliklərin məqsədi ətraf mühitə ziyanlı təsirlərin minimallaşdırılması şərti ilə sosial və iqtisadi sferada daha yüksək səviyyəyə nail olmaqdan, əhalinin tələbatlarının daha dölğun ödəməkdən ibarətdir.
Davamlıl inkişaf sosial, iqtisadi və ekoloji istiqamətlərin üzlaşması ilə xarakterizə olunmalı və bunun üçün isə təşkilati və iqtisadi şərtlərlərin təkmilləşməsini təmin edən iqtisadi meyarlar və bu meyarlarla müqayisə oluna bilən təbii-ehtiyyatların meyarları müəyyənləşdirilməlidir(6).
Göründüyü kimi, bəşəriyyət inkişaf tarixində yeni bir bir mərhələyə qədəm qoyub. Bu mərhələ insan və bütövlükdə cəmiyyəti öz mövcudluğunun köklü problemləri üzərində tamamilə yeni rakursda düşünməyə vadar edir. Davamlı inkişaf və postindustrial inqilab ideyalarına rəvac verən, onların rəhninə cevrilən dünya o qədər dərin və köklü dəyişikliklər nümayiş etdirir ki, sosium daxilində baş verənlər daha çox virtual reallığı xatırladır. Dəyişməz qalan yalnız bütün dəyişikliklərin yeni sosial və tarixi yaşam tərzinin qurulmasına, qlobal dünyanın növbəti inkişaf səviyyəsinin fəthinə yönəldilməsidir. Mərkəzi fiquru kimi insanın çıxış etdiyi bu inkişafın davamlı olması prioritet məqamlardandır. Bu zaman nəzərə alınmalıdır ki, insan inkişafın mərkəzi fiquru kimi çıxış etməklə yanaşı, o canlı aləmin bir hissəsi və digər canlılarla eyni dərəcədə mühafizəyə ehtiyacı olan bir varlıqdır(7). Davamlı inkişaf nəzəri status qazandığı son yarım əsrdə çox sayda fəlsəfi, siyasi, ekoloji, sosioloji, iqtisadi araşdırma üçün real obyektə çevrilmiş olduqca mürəkkəb, çoxşaxəli və ziddiyyətli problemdir. Prinsipial məna polifonizmi, predmet müxtəlifliyi, aktual təhlükələrin bütün cəhətlərinin bir baxış bucağında cəmləşməsi, eyni zamanda fundamental tarixi əhəmiyyəti bu problemi son dövrlərin başlıca nəzəri məsələsinə çevirib. Davamlı inkişaf ideyaları zamanın obyektiv tələblərinə cavab verir və bəşəriyyətin, o cümlədən Azərbaycanın gələcəyinə həlledici təsir edə, dövlətin prioritetlərinin, sosial-iqtisadi inkişaf strategiyasının müəyyənləşdirilməsində mühüm rol oynaya bilər. İnsan inkişafı isə fərdlərin ən vacib ehtiyaclarını qarşılaya bilmələrini, sağlam bir mühitdə dünyaya gəlmələrini və böyümələrini, təhsillə özlərinin və mənsub olduqları ictimaiyyətin inkişafındakı rolunu ifadə edir. İnkişaf etmiş ölkələrdə də bir işçiyə düşən kapital miqdarı, iş vaxtı və işçi sayında bir dəyişiklik olmadığı halda istehsalda əldə etdikləri artım yalnız insan kapitalının yüksəlməsi hesabınadır. İnsan kapitalının formalaşması ölkənin inkişafı üçün vacib olan bacarıqlı, təhsil və təcrübəyə malik olan kreativ düşüncəyə malik şəxslərin artırılması prosesidir:
Hər hansı bir ölkədə yüksək keyfiyyətli insan kapitalı istehsal amillərindən istifadədə yüksək məhsuldarlıq, istehsalda daima yenilikçilik, yüksək texnologiya deməkdir ki, bu da müasir dövrdə iqtisadi rifahın təməlidir.
Ölkələrin rifah və inkişaf dərəcəsini təmin etmək üçün Birləşmiş Millətlər İnkişaf Proqramı (UNDP) tərəfindən irəli sürülən İnsan İnkişafı İndeksi (HDI) bir ölçü olaraq istifadə edilir. Bu indeks sıfır ilə bir arasında olmaqla, üç faktorun orta qiyməti kimi götürülür: gəlir indeksi; orta ömür müddəti indeksi; orta təhsil müddəti və həddi buluğa çatmış insanlarda oxuma-yazma faizi indeksi. Cox yüksək insan inkişafı səviyyəsinə sahib ölkələrdə insan inkişaf indeksi 0,800- 1,00, yüksək insan inkişafı səviyyəsinə sahib ölkələrdə insan inkişaf indeksi 0,700- 0,799 , orta dərəcədə insan inkişafına sahib ölkələrdə insan inkişaf indeksi 0,500 - 0,699 , aşağı dərəcədə insan inkişafına sahib ölkələrdə insan inkişaf indeksi 0,300 - 0,499 arasındadır. İnsan inkişafı indeksinin hesablanmasında adambaşına düşən ÜDM, təhsil, səhiyyə xidmətlərindən istifadə və orta ömür kimi müxtəlif göstəricilər istifadə edilməkdədir. 2013-cü ildə Azərbaycan yüksək insan inkişafı səviyyəsinə sahib ölkələr sirasındadır(0,732). Ümumilikdə dünyada insan inkişafı indeksi 0,694 hesablanir[7]. Göründüyü kimi təhsil insan kapitalı inkişafın əsas determinantlarından biri olmaqla, cəmiyyətin istər fiziki gücü, istərsə də zehni fəaliyyətlərində malik olduğu bilik və bacarıq kimi göstərilir. Nəzərə alsaq ki, bəşəriyyət informasiya cəmiyyətinə daxil olur, bunu da formalaşdıran amillərdən biri insanların intellektual inkişafının səviyyəsini müəyyən edən təhsil sistemidir. Heç də təsadüfü deyil ki, amerika ekspertləri R. Lukas və P.Romer özlərinin iqtisadi inkişafın endogen nəzəriyyəsində göstərirlər ki, uzun müddət ərzində əsas kapitala investisiya qoyulmadığı halda belə biliklərin artımı hesabına vahid kapitala düşən məhsul buraxılışını artırmaq mümkündür. Professor M.Todaro insan inkişafında xüsusilə təhsilin əhəmiyyətini ön planda göstərməklə, insan qaynaqlarının rolunun müdafiəsini “İqtisadi inkişaf” adlı kitabda əyan etmişdir.(8) Qeyd edilməlidir ki, davamlı inkişaf Azərbaycan Respublikasının əsas prioritetlərindəndir və bu istiqamətdə irəliyiş əsasən insan potensialının inkişafı yolu ilə əldə oluna bilər. İnsan potensialın formalaşdırılmasını demokratik dəyərlərin bir hissəsi kimi dəyərləndirən Azərbaycan hakimiyyəti bu məqsədlə ölkədə təhsil, sağlamlıq və idman sahələrinin innovativ modernləşdirilməsinə yönəlik strateji kurs həyata keçirir. Prezident İlham Əliyevin təbirincə desək, “qara qızıl”ın insan kapitalına çevrilməsi təkcə şüar deyildir. Bu, reallıqdır: “Bizim məqsədimiz elmi və milli inkişafın ümumi səviyyəsi arasında əlaqə yaratmaq, elm, ali təhsil və iqtisadiyyat arasında ahəngdarlığı təmin etməkdir. Görülən işlər sayəsində BMT-nin 2010-cu ildə insan potensialının inkişafına dair hesabatında Azərbaycan 2005-2010-cu illərdə insan potensialının inkişafına görə ən sürətlə inkişaf edən ölkə adlandırılmışdır”. (Azərbaycan Prezidenti İlham Əliyevin “The Business Year” jurnalının xüsusi buraxılışına müsahibəsi). Göründüyü kimi, Prezidentin konturlarını cızdığı və Azərbaycanın uğur formulunun əsas komponentlərindən biri kimi qiymətləndirdiyi miili resursların inkişafına yönəldilmiş siyasi kursun alternativi yoxdur. Bu məqsədə hesablanmış bütün layihə və proqramların müvəfəqiyyəti isə akademik Ramiz Mehdiyevin təklif etdiyi və əsaslandırdığı kreativ şəxslərdən təşkil olunmuş kreativ millət konsepsiyasının reallaşdırılması ilə birbaşa bağlıdır (9). Hazırki durum və cəmiyyətin hədəflədiyi gələcəyi qiymətləndirmək üçün bəzi kriteriyaların müəyyənləşdirilməsi zəruridir. Çünki problem olduqca mürəkkəb, səsləndirilən təkliflər isə çoxcəhətli və ziddiyyətlidir. Bir çox hallarda ümumiyyətlə davamlı inkişaf, insan inkişafı ilə bağlı kriteriyalar diqqətdən kənarda qalır. Azərbaycan Respublikasının konseptual inkişaf istiqamətlərinin meyar göstəriciləri 1993-cü ildən başlayaraq formalaşıb, inkişaf edib və təcrübə ilə zənginləşib. Bu konsepsiyanın əsas aspektlərindən biri də insan inkişafı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə islahatlar, proqramların hazırlanması və bunların reallaşmasının elmi-metodiki, təşkilati, hüquqi əsaslarının vahir sistemi ilə baş verdi. 1993-cü ildən başlayaraq sosial-iqtisadi inkişafında həm kəmiyyət, həm də keyfiyyət dəyişiklikləri baş verdi. Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə başlanan islahatlar istiqamətindəki fəaliyyət, hal-hazırda möhtərəm Prezident İlham Əliyevin uğurlu siyasəti ilə yeni mərhələyə qədəm qoymuşdur. Sosial-iqtisadi sahələrdə əldə olunan uğurlar beynəlxalq reytinq agentliklərinin (“Fitch Ratings”, “Moody’s”, “Standard & Poor’s”) Azərbaycan iqtisadiyyatı ilə bağlı ildən-ilə yaxşılaşan qiymətləndirmələrində də öz əksini tapmışdır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business” hesabatında Azərbaycan mövqeyini yaxşılaşdırmış, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda Müstəqil Dövlətlər Birliyi və region ölkələri arasında lider mövqeyinə yüksəlmişdir[1]. Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli” ölkələr qrupuna1 digər MDB dövlətləri ilə müqayisədə daha tez daxil olmuş və bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının insan inkişafı ilə bağlı 2010-cu il üzrə hesabatına əsasən, “orta insan inkişafı” ölkələri qrupunu tərk edərək, “yüksək insan inkişafı” ölkələri qrupuna yüksəlmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış ” inkişaf konsepsiyasında müasir dövrümüzün əsas çağırışlarından biri məhz insan inkişafı istiqamətindədir: artıq indidən ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatına” keçidin əsası qoyulmalı, bunun üçün həlledici olan insan kapitalının adekvat inkişafı ön plana çəkilməlidir. Bu isə iqtisadi modelin formalaşdırılmasında müvafiq tələblər irəli sürməklə bərabər, təhsil sisteminin də kökündən dəyişdirilməsinə, əlavə təhsil, həyat boyu təhsil kimi komponentlərin əhəmiyyətinin artırılmasına gətirib çıxarır, həmçinin İKT və virtual tədrisin, kompyuter-şəbəkə biliklərinin rolunun artırılmasını nəzərdə tutur. Eyni zamanda, əsas missiyası yaradıcılığın, innovasiyaların stimullaşdırılmasına və bazarın tənzimlənməsinə dəstək olan əqli mülkiyyətin əhəmiyyəti də yüksələcəkdir[1]. Bakıda keçirilən Dünya İqtisadi Forumunda («Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq» mövzusunda) Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bildirib: “Biz bu gün insan kapitalına sərmayə yatırırıq. Təhsilə qoyulan sərmayə bizə iqtisadiyyatımızı bacarıqlı insan kapitalı hesabına inkişaf etdirməyə imkan yaradır. Eyni zamanda İKT-nin inkişafı diqqət mərkəzindədir. Azərbaycanda kosmos sənayesi yaranıb və Azərbaycan kosmik klubun azsaylı üzvlərindəndir”[9] Azərbaycanda təhsili davamlı inkişafın əsas amillərindən biri hesab edilməklə, dövlət siyasətinin əsas prioritetlərindən biridir. Ölkə rəhbərliyinin “iqtisadi kapitalımızı - intellekt kapitalına çevirək” çağırışı təhsil qarşısında mühüm vəzifələr qoyur.
Beləliklə, insan kapitalının rolunun
- İnsan resurslarının inkişafı
- Məhsuldarlığın artırılması
- Sosial və iqtisadi geriliyi aradan qaldırılması
- Sahibkarlığa artırilması
istiqamətində olması vurğulanmalı və hər bir sosial-iqtisadi sahənin inkişaf etməsi davamlı milli inkişafa nail olmaq üçün vacibdir.

Geostrategiya" jurnalı  № 02 (32)  Mart-Aprel 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM