PLÜRALİST DEMOKRATİYA: NƏZƏRİYYƏDƏN REALLIĞA

13:00 / 13.06.2016

Demokratiyanın ən məşhur təriflərindən biri Amerika Birləşmiş Ştatlarının keçmiş prezidentlərindən biri olan Avraham Linkolna aiddir: Demokratik hakimiyyət - Xalqın xalq üçün xalq tərəfindən idarə olunmasıdır.(5, s.36-37) Linkolnun bu tərifi verdiyi tarixdə (1863) demokratik idarəçlik istisnalıq təşkil edirdi. Ölkələrin çoxu avtoritar idarəçiliyə sahib idi.Demokratiyanın daha yaxşı idarəçilik forması olması barəsində fərqli mədəniyyətlərə malik olan xalqlar arasında ortaq düşüncə yox idi. Demokratiyanın bir idarəçilik forması kimi dünya miqyasında genişləndirilməsi XX əsrin ikinci yarısında reallaşmışdır. Şübhəsiz ki, demokratik düşüncənin və tətbiqinin izləri lap qədimə aid ola bilər. Belə ki, demokratik idarəçilik formasının bəzi ünsürlərinin hələ dövlətin meydana gəlmədiyi ibtidai quruluşlarda belə tapıldığı irəli sürülmüşdü. Bunu sübut etmək üçün qəbilə üzvlərinin bərabərliyi, qərar qəbul edilməsi prosesinə hər bir yetkin fərdin qoşula bilməsi kimi faktları misal göstərmək olar. Lakin ibtidai quruluşlardan dövlət quruluşuna keçən zaman bu xüsusiyyətlər yox olmuş, idarə edən - idarə olunan bölgüsü meydana gəlmiş, cəmiyyət öz daxilindən olan bir qrup tərəfindən idarə olunmuşdur.
Təxminən 5000 il əvvəl Mesopotamiyada yaranan ilk dövlətlərdən bu yana olan cəmiyyətlərin tarixi araşdırıldıqda, demokratik ünsürün vacib olduğu, ilk siyasi sistemlərin 2500 il əvvəl Qədim Yunanıstanda meydana gəldiyi görünür. Qədim Yunan mədəniyyətindəki demokratiya bir çox xüsusiyyətlərinə görə müasir demokratiyadan fərqli olsa da, demokratiyanın tərifi və xarakteri haqqındakı mübahisələrdə oxşarlıq görünür. Bu mübahisələrdən biri Linkolnun verdiyi tərifdə olan “xalq idarəçiliyi” ifadəsinin hansı mənaya gəlməsi haqqındadır. Xalq idarəsi necə meydana gəlir? Bunun üçün vətəndaşların əksəriyyətinin və ya hamısının iradəsinin hansı istiqamətdə olması aydınlaşdırılmalıdır. Xalqın iradəsi müəyyən edildiyində bu iradənin sərhədləri necə müəyyən olunur? Bu suallara verilən cavablar fərqli demokratiya modellərinin meydana gəlməsinə səbəb olmuşdur.
CƏMİYYƏT VƏ PLÜRALİZM MODELLƏRİNİN ƏSAS FİKİRLƏRİ.
İdarəetmə səlahiyyəti monarxiya dövlətlərində bir insana, aristokratiya dövlətlərində azlığa, demokratik dövlətlərdə isə plüralizmə verilmiş bir səlahiyyətdir. Plüralizm idarəçiliyi bir çox mütəfəkkir insanların ictimai fikirinin və fərdi marağının qorunması baxımından daha təhlükəsiz olduğu üçün əxlaqi cəhətdən üstünlük verilən bir model olaraq qəbul edilmişdir. Müasir demokratiya plüralizmə idarəçilik hüququ verməklə yanaşı, azlıqda qalan təbəqənin də maraqlarını qoruyur, hər kəsin ləyaqətli şəkildə yaşamasını və fərdi seçimlərin azad şəkildə həyata keçirilməsini təmin edir. Demokratiya bunları fərdi seçimlərin pluralizm idarəsinə qarşı qorunması üçün olan “toxunulmazlıq hüququ” vasitəsi ilə həyata keçirir. Müasir dövrdə həm milli, həm beynəlxalq mexanizmlərlə qorunan insan hüquqları istər azlıq, istərsə də plüralizm tərəfindən cəmiyyətin bütün fərdlərinin gələcəyinin müəyyən edilməsi, insanın özü haqqında olan qərarları azad şəkildə təyin etməsi üçün minimum ölçüdə zəmanət verən toxunulmazlıq və digər hüquqlar tarixən demokratiyada müstəqil şəkildə ortaya çıxsa da, hazırda hər ikisinin iç-içə olması bir təsadüf deyil.
Şübhəsiz, demokratiya nəzəriyyəsində bu rejimi, yəni azlıq-plüralizm fərqini vurğulamadan milli iradə və ya ümumi iradə kimi bütün anlayışlarla müəyyən olunmuş güclü bir ənənə də vardır. Amma bu ənənənin ən məşhur təmsilçisi olaraq qəbul etdiyimiz J.J.Russo da Cəmiyyət nizamnaməsində ümumi iradəni praktikada plüralizm tərəfindən müəyyən olunacaq bir model kimi qiymətləndirmişdi.
XX əsrin təcrübələri, xüsusilə Avropada mürtəce, avtoritar və totalitar rejimlərin tətbiq edilməsi cəmiyyətə və dövlətə qarşı düşüncə tərzimizi kifayət qədər dəyişdirmişdir. Bu tarixə qədər demokratik rejim azlıq-plüralizm iradəsi şəklində dualist və ya xalq iradəsi, milli iradə şəklində açıqlanır. Bu tarixdən etibarən sosiologiyada, müasir cəmiyyəti başa düşmək üçün müraciət edilən plüralizm anlayışı demokratik rejimin xarakteri barəsində mübahisələrdə də həlledici rol oynamağa başlamışdır. Müasir cəmiyyət nə J.J.Russonun düşündüyü qədər özünü ümumi iradə kimi ortaya qoya bilən, nə də liberalizmin müdafiə etdiyi kimi atomizm, yəni parçalanmış fərdlərdən təşkil olunan ikili bir quruluşdur. Artıq cəmiyyət fərqli həyat tərzlərinə və maraqlara sahib olan ahəngdar bir quruluşdan əlavə əməkdaşlıq və rəqabətə yol açan bir quruluş olaraq düşünülməkdədir. Bu plüralist yanaşma, siyasət elmində bu gün “plüralist demokratiya olaraq” xarakterizə etdiyimiz modelin ortaya çıxmasına səbəb olmuşdur.
Əvvəllər demokratiyanın qələbəsi üçün sosial quruluşun eynicinsli olmasının vacibliyinə inanılır, fərqlilik isə inkar edilirdi. Kiçik dövlətlərdə bu mənada eynicinsliliyin təmin edilməsi çətin deyil. Müasir dövrdə isə demokratiya sinfi, etnik, dini fərqlilik və müxtəlifliyi özündə birləşdirərək milli dövlət adı altında həyata keçirilir. Bu quruluş daxilində eyniliyin vurğulanması artıq realist bir yanaşma olmaqdan çıxmışdır.
Bu səbəbdən, demokratiyanın milli iradə kimi monist və ya plüralist və ya azlıqların iradəsinin tarazlığına əsaslandığı dialist modellər müxtəliflikləri ehtiva edən plüralist ictimai quruluş tərəfindən qəbul edilməyən və hətta rədd edilən bəzi nəticələrin meydana çıxması üçün əlverişlidir. Sözügedən mövzuda modellərin ictimai quruluşdakı fərqlilik və müxtəlifliyi rədd edən avtoritar bir demokratiyaya çevrilmək potensialı mövcuddur. İnsan hüquqları, hüquq dövləti qanunları kimi plüralist iradəni məhdudlaşdıracaq güclü baryerlər olmadığı təqdirdə, rejimin plüralizmin despotizminə çevrilməsinin qarşısını almaq asan olmayacaqdır.
Buna qarşılıq olaraq, ictimai quruluşdakı kütləviliyi diqqətə alaraq meydana gətirilən plüralist demokratiya anlayışı kütlənin iradəsi, azlıq təşkil edən seqmentlərin əksəriyyət halına gətirilə bilinməsi imkanını mütəmadi şəkildə məhdudlaşdırmışdır. Ayrıca götürülmüş ölkə rəhbərliyində kütlənin iradəsi və o iradənin ortaya çıxartdığı təşkilatların yanında bəzi başqa müstəqil, tərəfsiz qurumların iradəsinə də yer verilir. Xüsusilə kütlənin iradəsinə deyil, üstün hüquq normalarına görə qərar verən müstəqil mühakimə orqanlarının siyasi sistem üzərindəki təsiri əhəmiyyət qazanır. Azad qurulan və fəaliyyət göstərən dərnəklər, peşə və peşə quruluşları kimi qeyri-hökümət təşkilatlarının siyasi qərar alma proseslərindəki təsiri də burada qeyd edilməlidir. Bu təşkilatlar, plüralizm iradəsini əks etdirən təşkilatlar kimi sistemin bir ünsürü olaraq tənzimlənmədiyi təqdirdə, rejimin plüralizmin despotizminə çevrilməsi təhlükəsi ortaya çıxa biləcəkdir. Müasir dövrdə sözügedən mövzuda zəmanətlə təchiz edilmiş demokratiya “plüralist demokratiya”, bu zəmanətlərdən məhrum demokratiya isə “plüralistçi demokratiya” olaraq adlandırılır.
Kütlənin iradəsinə verilən üstünlüyü rejimin əsl ünsürü olaraq görən kütləvi demokratiya anlayışından, sosial quruluşdakı müxtəliflik və fərqliliyin qorunmasını əsas alan plüralist demokratiya anlayışına keçid prosesinin araşdırılması, ölkəmizdəki aktual siyasi müzakirələrin daha yaxşı qavranılması baxımından faydalıdır. Ancaq bu araşdırmaya keçməzdən əvvəl, plüralist demokratiya anlayışları arasındakı gərginliyin köklərinin XX əsrdən daha qədimə uzandığını qeyd etmək lazımdır. Bu gərginlik əslində demokratik rejimin təbiətindən qaynaqlanan bir xüsusilikdir və bu səbəblə, onun tarixi də demokratiya tarixi qədər qədimdir. Sözügedən mövzuda rejimin gərginliyi Yunan saytlarında radikal demokratiya-mülayim demokratiya dilemması olaraq qarşımıza çıxmışdı.
Aristotel, Siyasət adlı əsərində demokratiyanın “mülayim” və “radikal” olmaq üzrə 2 fərqli modelindən söhbət açır. Afina demokratiyası, başlanğıcda, demokratik təşkilatların yanında, yalnız zadəganların seçilə bildiyi bəzi aristokratik təşkilatlara sahib idi. Aristotel azlıq və plüralizmin məqsədlərini tarazlamağı “mülayim” rejim, ən yaxşı demokratiya olaraq xaraterizə edir. Zamanla, aristokratik təşkilatların səlahiyyətlərinin azaldılması ya da tamamilə qaldırılmasıyla, rejim “radikal” demokratiyaya çevrilir. Aristotelə görə, e.ə IV əsr Afinası, plüralizmin iradəsini üstün tutan tənzimləmələri və bəzi digər cəhətlərinə görə tiranlığa bənzəyən, radikal bir demokratiyadır (1, s.183-186).
Xüsusilə Epialt və Periklin islahatlarından sonra, rejim yoxsul plüralizmin mənfəətini ön planda tutan bir struktura çevrildi. Perikldən sonra heç bir aristokrat Afina siyasətinə təsir edə biləcək gücə çatmadı. Bütün siyasi liderlər demokratlar arasından çıxdı. Bu xüsusiyyətlər Aristotelə gorə, “radikal” demokratiyanı təsvir edirdi. (10, s.105-106).
Qədim dövrün anlayışlarıyla müasir dövrdəkilər fərqli olmaqla yanaşı hər iki dualizmin ifadə etdiyi şey eynidir. Plüralist despotizminə çata biləcək bir plüralist demokratiya azlıq təşkil edənlərin də özünü təhlükəsiz hiss edəcəyi plüralist demokratiyadır. O dövrdə plüralist quruluş böyük torpaq sahibi olan zadəganlar və tacirlər şəklində sinfi əsasa malik bir görünüş olaraq qarşımıza çıxdığı halda, hazırda bu ayrılıqlara həm yeni sosial siniflər, həm də etnik, dini və buna bənzər ayrılıqlar əlavə edilmişdir. İctimai quruluşdakı bu fərqlilik və müxtəliflik plüralist demokratiyanı ilk dəfə XX əsrin ikinci yarısında korporativləşdirmişdir. Bununla yanaşı, plüralist demokratiyasının kütləvilik iradəsini məhdudlaşdıran və azlıq təşkil edən seqmentlərə bir gün plüralist ola bilmə yolunu açan prinsip, qanun və tətbiqləri keçmişin təcrübəsindən çıxarılmışdır. Sözügedən mövzu ünsürləri, məşhur demokratiya qurucusu R.A.Dahlı izləyərək, belə yekunlaşdırmaq mümkündür (6.).
Qədim Yunan sivilizasiyasının ən görkəmli şəhər dövləti olan Afina, plüralizmin iradəsinə üstünlük verən bir rejimə sahib idi. Təxminən 2 əsr davam edən demokratik rejim altında, yoxsul plüralizm ilə zəngin azlığın arasındakı müxtəliflik, önəmli bir gərginlik mənbəyi idi. Qədim Roma, Afinadan fərqli bir yol izlədi. Dövrün məşhur mütəfəkkirləri Polibi və Siseronun ifadə etdiyi kimi Roma ciddi bir rejimi nəzarət altına almaq üçün, cəmiyyətdə fərqli nümayəndələri olan seqmentlərin rəhbərlikdə söz sahibi olacağı qarışıq bir idarə qurdu. Xalq, nümayəndələri eyni olan eynicinsli bir kütlə deyildi, onlar arasında fərqlilik var idi. Bu, azlıq ilə çoxluq arasındakı müxtəlifləşmə olaraq ifadə edilə bilər. Roma Konstitusiyası sözü gedən mövzuda fərqliliyi Senato və Xalq Məclisiylə korporativləşdirərək uzlaşdırmağa çalışdı. Bəzən bu iki fərqliliyin yanına üçüncü bir fərqlilik: Öz şəxsi statusunu və iqtidarını davam etdirməyə yönəlmiş tək adamın mənfəəti əlavə edildi. Beləcə, azlığın və çoxluğun mənfəətini tarazlaşdırmaq üzrə monarxiya (kral), aristokratiya (senato) və demokratiya (xalq məclisi) əsasında yaranan bir konstitusiyalı quruluş, cumhuriyyət olaraq qəbul edildi (6, s.29)
Bu gün respublika ilə demokratiya arasında yaxın bir əlaqə yaratmaqla yanaşı, kök baxımından respublika; iqtidarın cəmiyyət daxilindəki tək bir elementin əlində cəmləşməsinin qarşısını almaq və müxtəlif mənafeləri tarazlaşdırmaq məqsədi daşıyır. Plüralizm, fərdilik və ayrıca bir şəxs idarəçiliyinin səhvlərini düzəltməyi qarşıya məqsəd qoyan bir fikir məhsuludur. Bu məqsədi həyata keçirtmək üçün, həm demokratik, həm də demokratik olmayan qanun və təşkilatlardan istifadə edilir. Romadan sonra İngilis siyasi sistemi, qədim respublika düşüncələrinin ən yaxşı modeli oldu. Fərdiliyin, azlığın və plüralizmin iradəsini təmsil edən Kral, Lordlar palatası və Nümayəndələr palatası, əvvəlki mənasıyla, ənənəvi respublika təşkilatlarıdır. Bundan əlavə, müasir dövrdə respublika anlayışı, monarxiyanı müdafiə edən sistemlər üçün istifadə edilmir. Dövlət başçısının bir monarx olduğu Belçika, Danimarka, Hollandiya, Böyük Britaniya, İsveç və Norveç konstitusiyalı monarxiya adlanır. Müasir respublikalar, qədim Romadan fərqli olaraq, monarxiyanı yıxaraq qurulan, demokratikləşmə dövrünə paralel olaraq aristokratik təşkilatları da yıxmış rejimlərdir.
Plüralizmin iradəsini məhdudlaşdıran bu təşkilati quruluş təkcə konstitusiyalı monarxiyalara məxsus deyil. Konstitusiyalı monarxiya olmayan demokratiyalarda da qanunvericilik fəaliyyəti baxımından bəhsi keçən təşkilati quruluşu əks etdirən bəzi tənzimləmələrdən istifadə edilir. İlk ağla gələn nümunələr federativ dövlətlərdəki senatlardır. Bu təşkilatlar birinci məclislər kimi ölkənın bütün əhalisi yox, əyalət əhalisi tərəfindən çıxış edir və ölkə səviyyəsində yaranan plüralist iradəni məhdudlaşdırıcı bir funksiya kimi qəbul edir. Unitar quruluşa malik bəzi ölkələrdəki senatlar əyalət və ya region əhalisini təmsil etməməklə yanaşı, senat seçimlərində fərqli bir seçim sisteminin tədbiq edilməsi və ya senat olmaq üçün müəyyən bir yaş və ya təhsil şərtlərinin axtarışı səbəbiylə, yenə (birinci məclisdə əmələ gələn) plüralizmin iradəsini məhdudlaşdıran bir xüsusiyyət kimi göstərilir. Əslində birinci məclisdən tək fərqi seçimlərin fərqli vaxtlarda keçirilməsi olsa da, ikinci məclislər plüralist iradənin məhdudlaşdırıcı təsirənə sahib ola bilər.
Qüvvələr bölgüsü
Qədim respublikaçı ənənə, yalnız daxilində monarxiya və aristokratiya ünsürləri daşıyan cəmiyyətlər baxımından tədqiq edilə bilən bir layihə səviyyəsində idi. Miras yolu ilə gələn bir hakimiyyətin olmadığı krallığın təşkil olunmadığı ya da monarxiya və aristokratiyanın bir inqilabla ləğv edildiyi ölkələrdə, iqtidarın bir seqmentdə mürəkkəbləşməsi probleminə başqa bir çıxış yolu tapmaq lazım idi. Bu problem, xüsusilə ABŞ konstitusiyası hazırlananda diqqət mərkəzinə çevrildi. Amerikada, İngiltərədən fərqli olaraq, nə kral nə də təbii bir aristokratiya var idi. Bu vəziyyətdə, azlığın mənafelərini tənzimləmək üçün yaradılacaq krallıq ilə lordlar palatası necə doldurulacaqdı? Bundan əlavə, Avropaya görə sosial təməlin daha çox bərabər olduğu Amerikada, iqtidarda xüsusi mənafe sahiblərinə xas qurumların yaradılması kimi bir imtiyaz o qədər də qanuni görünmürdü. Buna görə Amerikalı respublikaçılar, antik dövrün qarışıq idarə düşüncəsi əvəzinə, ilk olaraq C. Lokk tərəfindən müdafiə edilən, daha sonra Monteskyönün (1689-1755) məhşur etdiyi yeni bir düşüncəni ortaya çıxartdı: Yeni əlac, respublikaçı ənənənin mirasından təsirlənən qüvvələr bölgüsü qanunu idi (6, s.32).
Monteskyönün fikrincə demokratik nizamı təkcə mülayim rejimlərdə qurmaq olar. Bir rejimin mülayim olmağı üçün, iqtidarın pis niyyətlə istifadə edilməsinin qarşısı alınmalıdır. Bu necə baş tutacaq? Tarix səlahiyyət verilən hər kəsin, bir maneəyə rast gələnə qədər, səlahiyyətini pis niyyətlə istifadə etməyə meyl etdiyini göstərir. Siyasi sistemi, daxilində məhdudiyyətlər olan bir quruluş olaraq yaratmaq lazımdır. Bu istiqamətdə, hər dövlətdə mövcud olan üç iqtidar; qanunvericilik, idarə etmə və məhkəmə səlahiyyətləri ayrı-ayrı orqanlara verilməlidir. Beləliklə, səlahiyyətindən əlavə bir şey etmək istəyən bir orqanın digər orqanlar tərəfindən qarşısı alına biləcəkdir (2, s.234-247).
Monteskyö, qüvvələr bölgüsü düşüncəsini, Con Lokkun əsərindən istifadə edərək və dövrünün İngilis siyasi sistemini nəzərdən keçirərək inkişaf etdirmişdir. Hər iki şəxsin də çıxış nöqtəsi, iqtidarın tək əldə cəmləşməsinin qarşısını alaraq azad bir nizamın sığortalanmasıdır. İqtidarın qanunvericilik, idarə etmə və məhkəmə şəklində müxtəlif orqanlar tərəfindən idarə edilməsini, bu orqanların bir-birilərinə qarşı tarazlıq funksiyası yerinə yetirəcək şəkildə işləməyini təmin edərək, gücün pis niyyətlə istifadə edilməsinin qarşısının alınmasının mümkünlüyü qəbul edilmişdir. Monteskyö demokratik bir mütəfəkkir kimi qeyd edilə bilməz. O, daxilində demokratik elementlər saxlayan konstitusiyalı monarxiyanı müdafiə edirdi. Həmçinin, qüvvələr bölgüsü fikri, yaşadığı dövrdə və daha sonra da demokratiyanın inkşafına vacib töhvəsini verdi. O, demokratiyanın təkcə kiçik dövlətlərə (inkşafda olan) uyğun gələn rejim olduğunun qəbul edildiyi XVIII əsrdə demokratik xətlərə malik konstitusiyalı monarxiya timsalında mülayim demokratikiyanın böyük dövlətlərə də uyğun olduğu fikrini müzakirəyə qoydu (9, s.48-49).
Monteskyönün qüvvələr bölgüsü fikri, təkcə dövlət orqanları arasındakı funksiya müxtəlifliyinə əsaslanmır. Bu həmçinin, sosial güclər arasındakı bölgünü də diqqət mərkəzinə gətirir. Mütəfəkkirin fikrincə, qanunvericilik, idarə edici və məhkəmə qüvvələri tək bir sosial gücün nəzarətindən keçsə demokratiya həyata keçirilə bilməz. Xüsusilə də, qanunvericilik kral, aristokratiya və burjuaziya ilə uzlaşaraq həyata keçirilməlidir. Amerika Birləşmiş Ştatları konstitusiyası, Monteskyönün fikirlərindən təkcə dövlət orqanlarının funksiya bölgüsünü diqqətə almış, lakin bu bölgüyə qarşı gələn sosial güclər arasındakı bölgünü nəzərə almamışdır. Bunun əvəzinə burada siyasi iqtidar Monteskyönün fikirlərində mövcud olmayan yeni bir bölgünün tabeliyində göstərilib: İqtidarın yerli (territorial) bölgüsü, başqa bir ifadə ilə federalizm. Federativ dövlət sistemində, dövlət səlahiyyətləri, həm bütün ölkə səviyyəsində, həm də ölkənin müəyyən regionlarında təşkil edilən çoxsaylı iqtidar mərkəzi arasında bölünüb. İqtidarın bu cür yerli bölgüsü daha güclü bir şəkildə plüralizmin iradəsinə məhdudiyyətlər gətirəcəkdir. Federativ dövlətlərdə milli səviyyədə qərar qəbul edilən vaxtlarda təkcə ölkə əhalisinin yox, əyalət əhalisinin də iradəsi müəyyənləşdirici olacaqdır (8, s.3-13)
Liberalizm və təbii hüquqlar nəzəriyyəsi
Müasir demokratiyanı formalaşdıran əsas amillərdən biri də liberalizmdir. Liberalizmin dövlət iqtidarını çərçivəyə salan bir nəzəriyyə olaraq sistemli şəkildə təşəkkel tapmağı XVII və XVIII əsrlərə təsadüf edir. Liberal anlayış- fərdlərin hüquq və azadlıqlarını dövlət və cəmiyyət qarşısında üstün tutan “təbii hüquqlar” fikrini əsas götürür. Buna görə də, bərabər və azad doğulan insanların bəzi toxunulmaz hüquqları var. Təbii hüquqlar dövlətdən əvvəl mövcud olduğu üçün dövlət tərəfindən ləğv oluna bilməz. Onsuz da, dövlət də təbiət halında (təbii yaşama mərhələsində) yaşayan insanlar tərəfindən təbii hüquqların qorunması məqsədi ilə qurulmuşdur. Dövləti (bəzi liberal düşüncə sahiblərinin fikrincə həm də cəmiyyəti) quran saziş ilə dövlətin vəzifələri müəyyən olunmuşdur(7, s.3-13).
Liberal anlayışa görə, dövlətin başlıca vəzifəsi təhlükəsizliyi təmin etməkdir. O, iqtisadiyyata qarışa, azadlıqlara məhdudiyyət qoya və sosial münasibətləri sabitləşdirə bilməz. Dövlət məzmunu təbii hüquqlarla müəyyən olunan hər hansı bir nəfərə aid şəxsi sahəyə qarışa bilməz. Bu şəxsi sahə daxilində hər bir şey müstəqil hərəkət edə bilər, Con Lokk (1632-1704) liberalizmin siyasi həcmini, Adam Smit (1723-1790) isə iqtisadi həcmini müəyyən edən ilk böyük fikir sahibləri olaraq qəbul olunur. İnsanlıq tarixində böyük bir cığır açan təbii hüquqlar anlayışı, ilk müasir demokratiyaların konstitusiyaları tərəfindən qəbul olundu. Hüquqların dövlət tərəfindən verilmədiyi, dövlət qurulmamışdan əvvəl də mövcud olduğunu nəzərə alaraq mütləqiyyətçi və təzyiqçi rejimlərə qarşı azadlıqların müdafiə edilməsində əsas uğurlar qeyd edildi. Təbii hüquqlar dövlətin iqtidarının çərçivəsini müəyyən edən maddələr olaraq qəbul olundu.
Müasir demokratiyalar liberalizmin siyasi iqtidarını çərçivəyə salmaq üçün ortaya qoyduğu əsas fəlsəfəni və bu fəlsəfini həyata keçirəcək bir çox qanun və qurumu müəyyənləşdirmişdi. Müasir demokratik konstitusiyaların da müəyyən etdiyi bu qanun və qurumların xüsusiyyətləri bu qayda ilə sıralana bilər:
1.Konstitusion üstünlük qanunu və bu qanunu həyata keçirəcək konstitusiya məhkəməsi kimi qurumların varlığı
2.Qüvvələrin qeyri-bərabərliyi prinsipi
3.Hüquqi dövlət qanunu
4.İnsan hüquqları qanunu və bu qanunu həyata keçirəcək inzibati və məhkəmə qurumları
5.Məhkəmə müstəqilliyi
6.İdarənin qanuniliyi prinsipi
İqtidarı məhdudlaşdıran bu qanun və qurumlar, plüralist modelli qədim Yunan demokratiyalarında ya heç yox idi, ya da hələ inkişaf mərhələsində idi. Qədim Afina demokratiyası fərdin şəxsi sahəsinə hörmət edən məhdud bir iqtidar modeli olaraq yaransa da, iqtidarın məhdud şəkildə nəzəriyəyə çevrildiyi deyilə bilməz. Antik demokratiyada vurğulanan iqtidarın məhdud olub-olmamağı deyil, iqtidarın harada mövcud olmağıdır. İqtidar bir nəfər ya da bir azlığın deyil, çoxluğun (xalqın) əlindədir. Buna qarşılıq olaraq liberalizm iqtidarın kimdə olduğunu deyil, məhdud olduğunu ifadə edir. Liberal rejim monarxiya, aristokratiya ya da demokratiya formasında ola bilər. Müasir demokratiya liberalizm ilə demokratiyanı birləşdirmişdir: liberalizm dövlətin fəaliyyət sahəsini çərçivəyə saldığı üçün, artıq xalq iqtidarı da sosial həyatın hər sahəsini əhatə etməməkdə, çərçivələnmiş bir sahə kimi istifadə olunmaqdadır. Bu xüsusiyyət xalq iqtidarının totalitar bir demokratiyaya çevrilməsinin qarşısını almaqda, fərdlərin azad hərəkət edəcəyi xüsusi sahəni müdafiə etməkdədir (5, s.403-405).
Liberalizm XVII əsrdən etibarən qərb dünyasında suveren ideologiyaya çevrildi. Bu mərhələdə dövlətin iqtisadiyyata (iqtisadi liberalizm) və azadlıqlara (siyasi liberalizm) qarışmadığı siyasi sistem müxtəlif ölkələrdə qəbul edildi. Bu sistemin demokratikləşməsi daha gec, XIX-XX əsrlərdə yayılmağa başladı. Demokratiya anlayışı və tətbiqinin iki min il əvvələ aid olmağına baxmayaraq demokratiya liberalizmi yox, liberalizm demokratiyanı mənimsəmişdir. Müasir dövrün ilk demokratlarının liberalizmin əsası olan azadlığı məqsəd, demokratiyanı vasitə olaraq görməklərinin səbəbi budur (5, s.404).
II Plüralist cəmiyyət və plüralist demokratiya
XVII-XVIII əsrlər monarxiya, aristokratiya, oliqarxiya rejimlərinin tənqid olunduğu, zadəganlığın, varlılığın, gücün idarəetmə hüququnu vermədiyi fikrinin qabardığı mərhələdir. İdarəetmə vəzifəsinin kökünü Allaha, varisliyə ya da qüvvəyə əsaslandıran fikirlərin qanuni qəbul edilməsi ilə demokratiya düşüncəsi ön plana çıxdı. Beləliklə, heç bir kəsin öz-özünü suveren elan edə bilməyəcəyi, qeydsiz-şərtsiz iqtidar iddiasında olmayacağı, idarəetmə vəzifəsinin qaynağının ancaq idarə olunanlara (xalqa) əsaslandırılaraq qanuniləşdiriləcəyi fikri yarandı. Bu anlayışın formalaşmasına çox sayda fikir sahibləri fərqli mövqelərdən əlavələr etdilər.
Con Lokk insanların bərabər və azad doğulduqlarını, əsas və birgə ehtiyaclarını qarşılamaq üçün dövləti qurduqlarını, siyasi iqtidarın təbii hüquqları pozması zamanı vətəndaşların mübarizə hüquqlarından istifadəsinin mümkünlüyünü göstərir. C. Bentam çox sayda vətəndaşın xoşbəxtliyinin təmin olunmasını əxlaqi məqsəd olaraq göstərərək, demokratik fikirlərə əxlaqi bir əsas qazandırmışdır. Con Stuart Mill “ İdarəetmə haqqında fikirlər” adlı kitabında Bentamın fikirlərini dəstəkləyərək inkişaf etdirmişdir. Monteskyö “qüvvələr bölgüsü” fikri ilə, Tokvil Amerika Birləşmiş Ştatları üzərindəki müşahidələri ilə demokratiya nəzəriyyə və tətbiqinə təsir etmişlər.
Jan Jak Russodan başqa XVII əsrdən - XX əsrə qədər demokratik nəzəriyyəyə əlavələr etmiş mütəfəkkirlərin demək olar ki, hamısı çoxluğun (plüralizmin) idarəetməsinin təhlükəli olmasını qeyd edərək, bu təhlükələrin qarşısını almaq üçün təkliflər irəli sürürdülər (5, s.148). Bu yanaşma qədim yunan mədəniyyətində ərsəyə gələn antik demokratiyadan fərqlidir. Demokratiyaya ən böyük tənqid qədim Afinada azlığın zorakılığı kimi göründüyü halda müasir demokratiyada plüralizm zorakılığı olaraq düşünülür. Bu səbəbdən, müasir demokratiya nəzəriyyəsində plüralizm rəhbərliyinin məhdudlaşdırılması və fərdin müstəqilliyinin qorunması xüsusi bir əhəmiyyət daşıyır. Orta əsrlərin başlanğıcında şəhər dövlətlərinin sosial quruluşu eyni dərəcədə idi. Afinada vətəndaşlar arasında dil, din, irq və mədəniyyət baxımından bir fərq yox idi. Hal-hazırkı demokratiyaların ən bariz xüsusiyyətlərindən biri sosial quruluşdakı eyniliyin artıq mövcud olmamasıdır. Milli dövlətlər etnik, din, dil, tarix, region və s. baxımlardan fərqlənən qrupları özündə birləşdirir. Sözü gedən qruplar öz maraqlarını müdafiə etmək məqsədilə bir-birilərinə və dövlətə qarşı nisbi muxtariyyət şəklində birləşirlər. Bu səbəbdən, siyasət - birləşmiş bu maraqlar arasındakı mübarizə, toqquşma və əməkdaşlıq şəklində özünü büruzə verir (6, s. 276-278).
Müasir demokratiyalardakı plüralizm fərqli maraqları antik demokratiyada olduğu kimi iki əsas kateqoriyaya (zadəganlar və xalq) ayırmağımıza imkan vermir. Əslində hal-hazırkı demokratiyalar yalnız antik dövrdəki sosial quruluşdan deyil, həmçinin sənaye inqilabından sonrakı sosial quruluşdan da kəskin surətdə fərqlənir. XIX əsrə qədər sənayeləşmiş ölkələrdəki fərqli maraqlar daha çox sosial-iqtisadi siniflər arasında özünü göstərir. Bu kontekstdə əsas fərqlər “proletariat-kapitalist” formada ikili və ya “proletariat-kiçik burjuaziya-böyük burjuaziya” formasında üçlü şəkildə ifadə edilə bilər. İstisnalardan əlavə sinfi olmayan dəyişikliklər və maraq toqquşmaları ikinci plana keçmişdi. XX əsr sinfi fərqlərlə yanaşı, digər fərqliliklərin də əhəmiyyət qazandığı bir əsr oldu. Bu gün sosial-iqtisadi fərqlənmə sosial quruluşdakı müxtəlifliyin ancaq bir parçasıdır. Bəzi ölkələrdə dini, mədəni, etnik ya da regional qruplaşmalar daha çox toqquşmalara səbəb olur.
Müasir demokratiya nəzəriyyəsi ictimai quruluşdakı bu müxtəlifliyi, onun nəticəsi olan plüralizmi və münaqişəni ehtiva edir. Buna görə demokratiya anlayışı sosial quruluşdakı bütün fərqliliklərin birləşəcəyi, fikirlərini sərbəstcə çatdıracağı və iqtidar yarışına qatılacağı bir rejimi ifadə edir. Artıq cəmiyyətdə fərqli maraqların varlığı və bu maraqları müdafiə edən qruplar arasıdakı mübarizə qeyri-adi, zərərli ya da arzuolunmaz bir xüsusiyyətə deyil, siyasətin adi bir elementinə çevrilmişdir. Dahlin söylədiyi kimi, “antik demokratiyada qruplaşma və qarşıdurma dağıdıcı kimi görünsə də, müasir demokratiyada siyasi qarşıdurma demokratik quruluşun normal, qaçınılmaz, hətta istənilən bir parçası halına gəlmişdir”(6, s.36).Sartori də eyni fikri bölüşür: “Demokratiyalarımızın yaranışı dövlətlərimizin bu prinsipinə əsaslanaraq gerçəkləşmişdi. XVII əsrə qədər fərqlilik dövlətlərin çökməsinə səbəb olan fikir ayrılığı və nizamsızlıq olaraq; yekdillik isə hər hansı bir hökumət formasının təməli kimi başa düşülürdü. Bunun əleyhinə olan mövqe isə yavaş-yavaş mənimsənilməyə başlanıldı və yekdilliyə (səs üstünlüyünə) şübhə ilə baxıldı”(5, s.313-314). Spitzə görə, “bütün hökümət rejimləri və formaları içində ancaq demokratiya fikir toqquşmasını dövlətin əsası hesab edir” (4, s.24). Şübhəsiz ki, cəmiyyəti təşkil edən qruplar arasında mübarizənin məhvedici olmaması, maraqlar arasında tarazlığın yaradılması və ictimai siyasətdə müəyyən dərəcədə razılaşmanın təmin olunması lazımdır. Tomas Hobsun “Leviafan” əsərində təsvir etdiyi kimi (3, s.94) sosial həyat demək olar ki, qeyri-mümkün olacaq qədər intensiv olmayıb müəyyən sərhədlərə malikdir. Bu sərhədlər ümumi bir razılaşmayla bağlı əsas prinsiplər olaraq siyasi ənənə, yaxud da hüquq qaydası şəklində xarakterizə olunur.
Müasir dövlətin eyni olmayan, bölünmüş və dəyişən sosial quruluşu demokratiya anlayışımızı keçmişə nisbətən əhəmiyyətli dərəcədə dəyişmişdir. Hakimiyyətdəkilərin iqtidarlarının qanuniliyini təbəələri ilə razılaşdırma prinsipi güclü, tam bir şəkildə yerləşənə qədər demokratiyada əsas götürülən, çoxluğun iradəsinə əsaslanan bir üstünlükdür. Çoxluğun iradəsini monarxiya, aristokratiya, teokratik qurumların iradəsindən daha üstün və müqəddəs saymaq üçün mistik fikirlərdən istifadə olunmuşdur. Çoxluğun iradəsinin “ümumi iradə” və ya “milli iradə” olduğunun, bu iradənin bölünməz, ayrılmaz, hətta J.J.Russoya görə onun hər zaman “dövlətin xeyrinə yönələn” və “dəyişilməz” olduğunu qəbul etmək qiymətləndirilmişdir. Ancaq iqtidarların qanuniliyini yalnız təbəələridən alacağı anlayışı demokratiyada əsl nəzərə çarpan hakimiyyətin insan hüquqları ilə bağlı olması, hüququn gücünü qəbul etməsi və ictimai quruluşdakı fərqliliyin və müxtəlifliyin qorunmasına imkan yaratması kimi xüsusiyyətlərə istiqamətlənmişdir. Bu təkamül eyni ictimai quruluşu nəzərə alaraq yaradılan plüralist demokratiya modelindən fərqlənən yeni modelləri ortaya çıxarmışdı.
Demokratik prinsip və nəzəriyyələr sosial quruluşdakı fərqliliyin ölçüsünə və dərəcəsinə görə hər ölkədə başqa formada həyata keçirilir və plüralizmi təmin edəcək əlavə təminatlar fərqlənir. İctimai quruluşun böyük ölçüdə eyni olduğu, sosial-iqtisadi fərqlərdən başqa (etnik,dini) digər fərqliliklərin böyük əhəmiyyət kəsb etmədiyi ölkələrdə, kütlənin iradəsini məhdudlaşdıracaq əlavə təminat xarakterində təşkilat və qaydalara çox ehtiyac olmayacaqdır. Məhkəmə suverenliyinin təmin edildiyi, azlığın iradəsinə hörmət edən bir plüralist rəhbərliyi, bu cür qayda və qurumlar olmadan da demokratik rejim uğurlu bir şəkildə idarə edə bilər. Buna qarşılıq olaraq ictimai quruluşunda dərin fərqlər olan cəmiyyətlərdə plüralizmin iradəsini məhdudlaşdıran əlavə qayda və təşkilatların (qurumların) olmaması təqdirində hakimiyyətin çoxluğun istibdadına çevrilmək təhlükəsi ortaya çıxacaqdır.

  

Geostrategiya" jurnalı  № 01 (31)  Yanvar -Fevral 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM