ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN ROLU

09:00 / 14.06.2016

Vüqar İsmayılov,

İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru

Hər bir sosial sistemin başlıca ünsürü insan və onun fəaliyyətidir. Mövcud cəmiyyətin sosial əhəmiyyətli cəhətlərinin fərdi daşıyıcısı kimi çıxış edən hər bir insan məhz, “şəxsiyyət” anlayışına daxildir. Şəxsiyyət sosial mahiyyət kəsb edən bioloji-sosial varlıqdır. Şəxsiyyət fərdi istedad, qabiliyyət və mənəvi məsuliyyətlə yanaşı, yüksək sosial keyfiyyətləri özündə birləşdirən ictimai varlıqdır.
Şəxsiyyətin sosiallaşması fərdin cəmiyyətə, müxtəlif tipli sosial birliklərə inteqrasiyası prosesidir. Bu proses fərdin mədəniyyət ünsürlərini, sosial norma və sərvətləri mənimsəməsi sayəsində mümkün olur. Həmin ünsürlərin, norma və sərvətlərin əsasında şəxsiyyətin sosial cəhətdən əhəmiyyətli xüsusiyyətləri formalaşır.
Şəxsiyyət özünün təşəkkül prosesi əsasında formalaşır. Lakin bu təşəkkül prosesi təkcə genetik irsiyyətlə, bioloji amillərlə deyil, həm də ictimai gerçəklikdə fəaliyyət göstərən sosial komponentlər məcmuunun təsiri ilə təmin olunur. Belə bir zəmində ictimai həyatın mənəvi sferası, psixi aktlar mühüm rol oynayır. İnsan ictimai gerçəkliyə uyğun gələn təsəvvürlərin daşıyıcısı, cəmiyyəti təşkil edən sosial subyektlər isə hərəkətverici qüvvə kimi çıxış edirlər.
Ailə, fərd və cəmiyyət arasında körpü rolu oynadığı üçün həm fərd, həm də cəmiyyət tərəfindən əhəmiyyətli sosial qrup və təsisat kimi qəbul edilir. Hər bir fərd gözünü ailədə açır və ilk sosiallaşdığı yer də onun öz ailəsidir. Fərdin fizioloji ehtiyaclarını təmin etməklə yanaşı, onun psixo - sosioloji ehtiyaclarına da cavab vermək və nəticədə cəmiyyətə sağlam fərdlər qazandırmaq hər bir ailənin müqəddəs vəzifəsidir. Ailə tərəfindən qarşılanmayan psixo-sosioloji ehtiyaclar fərddə müəyyən boşluqların yaranmasına gətirib çıxarır ki, nəticə etibarilə fərd bu cür ehtiyaclarını təmin etmə yollarını özü axtarmalı olur.
Ötən əsrin əsas kəşfi sayılan internet, bu əsrdə də insanların həyatında öz əhəmiyyətini daha da artırmaqda davam edir. Əvvəllər qarşılıqlı münasibətlərini üz - üzə quran insanlar, artıq virtual ünsiyyət yollarına üstünlük verirlər. Uzaqdakı insanlarla virtual olaraq çox vaxt keçirən insanlar, təssüf ki, öz yanındakıları, hətta bir ailənin üzvləri olsalar belə, yaddan çıxarırlar. Bu isə ailədaxili münasibətlərə ciddi zərbə vurur ki, bu da boşanmaların sayının artmasına, xüsusilə ailədə uşaqların düzgün tərbiyə edilməsində və cəmiyyətə faydalı fərdlərin qazandırılmasında nöqsanlara gətirib çıxarır.
İnsan bioloji canlı olaraq dünyaya gəlsə də, sadəcə bioloji ehtiyaclarının təmin edilməsi onun üçün kifayət deyildir. Bioloji ehtiyacları ilə yanaşı onun psixoloji, sosioloji və bənzəri ehtiyacları da mövcuddur. Hər bir insanın sosioloji ehtiyacları var, çünki o, eyni zamanda sosial bir varlıqdır və içində yaşadığı sosial həyatın bir hissəsini təşkil edir. İnsanın bu ehtiyacı isə onun sosiallaşması ilə təmin olunur. Sosiallaşmanın təbii nəticəsidir ki, fərd öz yerini şəxsiyyətə devr edir. Sosiallaşma prosesinin təməli isə ailədə atılır.
Hər bir insan cəmiyyət içərisində doğulur, böyüyür və inkişaf edir. İnsanın içində yaşadığı cəmiyyətə məxsus ola bilməsi üçün isə o, cəmiyyətə aid norma və dəyərləri, adət - ənənələri mənimsəməsi lazımdır. Bu prosesin həyata keçməsi üçün isə müvafiq cəmiyyətdəki insanlarla, qruplarla qarşılıqlı münasibətdə olur və beləcə fərd sosiallaşaraq şəxsiyyətə çevrilir.[2, səh.57]
Sosiallaşma insanın dünyaya gəlməsi ilə başlayan və insanın bütün həyatı boyu davam edən prosesdır. Sosiallaşan hər bir fərd yaşadığı müddətdə fərqli mərhələlərdən keçir, bioloji, fizioloji fərqliliklər qazanmaqla bərabər, eyni zamanda, psixoloji və sosioloji yöndən də inkişaf edir. Sosiallaşma prosesində qazanılan əsas xüsuslardan biri də ictimai rollardır. Fərd qarşılaşdığı fərqli insanlara xas olan fərqli rolları mənimsəyərək öz rolunu da dərk edir. İctimai rolların mənimsənilməsi isə fərdin şəxsiyyətinin inkişafından xəbər verir.[3, səh.98]
Təbii ki, məsələ sadəcə rolların mənimsənilməsi ilə bitmir, eyni zamanda fərd bu prosesdə o cəmiyyətə xas mədəniyyəti də öyrənir. Çünki fərd dünyaya gələrkən, doğulduğu cəmiyyətə xas olan adət - ənənələri, norma və dəyərləri, eləcə də mədəniyyəti bilmir. Cəmiyyətdən bütün bunları öyrənən fərd, eyni zamanda cəmiyyətə də öz təsirini göstərir. Beləcə insan və cəmiyyət arasında qarşılıqlı əks - təsir prosesi başlayır.[1, səh.64]
Sosiallaşma prosesində cəmiyyətin rolu danılmaz olsa da, ictimai xüsusları hər bir fərd eyni şəkildə mənimsəməz. Bu da eyni cəmiyyət içərisində fərqli şəxsiyyətlərin ortaya çıxması deməkdir. Təbii ki, bu prosesdə əsas rol ailə institununun üzərinə düşür. Fərd birinci olaraq ailədə sosiallaşır. Müəyyən dövrdən sonra cəmiyyətə atılan fərd ailə tərəfindən atılan təmələ uyğun olaraq “şəxsiyyət binasını” inşa edir. Burada da sosiallaşma prosesinin üç təməl mərhələsi ortaya çıxır: Mədəniyyəti mənimsəmə, mədəniyyətlə şəxsiyyətin bütünləşməsi və sosial mühitə adaptasiya.
Qeyd etdiyimiz kimi sosiallaşma prosesi uşaqlıq dövründə başa çatmır, müəyyən mərhələlərlə bir ömür boyu davam edir. Uşaq vaxtı baş verən sosiallaşma prosesi fərdə cəmiyyət üçün lazım olan müəyyən məlumatları və bacarıqları qazandırır. Lakin təbii ki, bu qazanılanlar həyatın tamamı üçün kifayət deyildir. Sosial və mədəni dəyişmə həyatın hər mərhələsində yeni məlumatların fərd tərəfindən mənimsənilməsini lüzumlu edir. İnnovasiyalar qarşısında isə fərd qaçınılmaz bir sosiallaşma prosesi ilə üz-üzə qalır. Bu isə o deməkdir ki, uşaqlar qədər gənclərin də, eyni zamanda digər yaş dövründə olan hər bir fərdin də sosiallaşmağa ehtiyacı vardır.
İlk dəfə universitetə addım atan orta məktəb məzunu fakültədə yeni bir sosiallaşma prosesinə qədəm qoyur. Bununla yanaşı yeni bir ölkəyə gələn immiqrant, ordu sıralarına yeni qoşulmuş əsgər, yeni işə başlayan işçi və yenicə ərə getmiş bir gəlin yeni sosiallaşma mühitinə qədəm qoymuş olurlar.
Yetkinlik yaşına çatmış birinin sosiallaşması uşağın sosiallaşması ilə müqayisədə müəyyən fərqliliklərə sahibdir. Çünki onda artıq oturmuş bir xarakter mövcuddur. Ancaq proses eynidir, qarşılaşılan yeniliklər, mənimsənilən yeni modellər və fərdi iştirak.[5, səh.48] Bu zaman fərd yeni bir mühitə daxil olur, yeni roller qazanır və qazandığı bu rolları öz statusuna uyğunlaşdırmağa çalışır. Cəmiyyət sürətlə dəyişir, sənayedə baş verən dəyişikliklər, siyasi həyatda, iqtisadi arenada, iş mühitində ortaya çıxan yeniliklər. Bütün bu dəyişikliklərə ayaq uydurmağa çalışan fərdlərin vərdişlərində və davranışlarında baş verən bu dəyişikliklər fərdlərin təkrar sosiallaşması adlanır.[2, səh.62] Ümumiyyətlə sosiallaşma fərdin sosial olaraq yenidən doğulmasıdır, bu prosesin təməli isə ailədə atılır. Fərdin sosial həyatının mərkəzi ailədir, fərd ailədən cəmiyyətə açılır. Fərd ilk statusunu və rolunu ailədə qazanır, fərdin üzvü olduğu ilk qrup da ailə qrupudur. Hər bir fərdin şəxsiyyət qazanmasında ailə müəyyənedici rola malikdir.
Cəmiyyət üç başlıca ünsürdən ibarət olan makro strukturdur. Sosial birliklər deyə biləcəyimiz ilk ünsür fərdlər çoxluğunun qarşılıqlı əlaqəsindən mütəşəkkildir. Burada fərd - fərd, fərd - sosial qrup, fərd - cəmiyyət münasibətləri mövcuddur. Məsələn, sosial ərazi birlikləri, sosial demoqrafik birliklər, sosial etnik birliklər söylədiklərimizə misal göstərilə bilər. İkinci ünsür olan sosial təşkilatlar fərdlərin sosial statuslarının, sosial rollarının məcmusudur. Üçüncür ünsür olan mədəniyyət isə fərdlərin davranışını müəyyən edən dəyərlər və sosial normların məcmusudur. Bu isə, öz növbəsində, ənənələrin, həm də yeniliklərin ünsürlərini özündə birləşdirir.
XX əsrin sonlarından etibarən KİV (medya) modern cəmiyyətlərin ən əsas institutu halına çevrilmişdir. Medya həyatımızın içində, hətta belə desək, mərkəzindədir. Qısacası, bu gün insanlar medya mədəniyyəti ilə nəfəs alırlar desək yanılmarıq. Kütləvi informasiya vasitələri (medya) dedikdə hansı informasiya vasitələrini anlamalıyıq deyə soruşarsaq, cavab aşağıdakılardır: kitablar, qəzetlər, jurnallar, broşualar, billbordlar, telefon, mobil telefonlar, vcd, dvd, radio, televiziya, internet və s.
Xüsusilə, 1980-ci illərdən etibarən baş verən texnologiya inqilabı insanların həyatında spesifik inkişafa səbəb oldu. Peyk, internet, rəqəmsal cihazlar və s. texnoloji yeniliklər zaman və məkan məfhumunda müəyyən dəyişikliklərə səbəb oldular. Müasir texnologiyalar sayəsində dünya fiziki cəhətdən olmasa da idrak nöqteyi nəzərindən artıq kiçik bir kənd halına çevrilmiş vəziyyətə gəlmişdir. Hazırda milyonlarla insan, ötən illərdən fərqli olaraq, internet və peyk vasitəsilə xeyli ictimai və mədəni təcrübələr əldə edə bilirlər.
Gündəlik həyatımızda artıq insanların hər şeyi texnoloji vasitələrlə həyata keçirməsinin nəticəsidir ki, insanların bir - birləri ilə ünsiyyətləri ciddi mənada azalmağa başlamışdır. Bu səbəblədir ki, Naisbitt insan təbiətinin mənəvi ehtiyacları ilə texnoloji vasitələr arasında tarazlığın qorunması ehtiyacından bəhs etmişdir.[4, səh.36] İnsanlararası ünsiyyətin azalması ictimai əlaqələrin yoxa çıxması deməkdir. Fərdin başqalarıyla olan ictimai münasibəti ona özünü tanımağa kömək edir. Yəni insanın ətrafındakı insanlar onun “güzgüsüdür”. Hər bir fərd ətrafındakı insanlarla davamlı ünsiyyətdə olmalıdır. Çünki o, ətrafındakıları tanıdıqca əslində özünü tanımaqdadır. Bunun çatışmazlığıdır ki, hal - hazırda fərdlər kifayət qədər sosiallaşa bilmirlər.[7, səh.72]
Texnoloji inkişaflar hər keçən gün sürətli bir şəkildə irəliləyir. Buna ayaq uydurmaqda çətinlik çəkən insan isə öz təbiətindən uzaqlaşır. Texnologiyaya aludəçiliyin mənfi nəticəsidir ki, insanlar bir - birinə yaxınlaşdıqca əslində uzaqlaşmaqda, sayıları artdıqca tək qalmaqdadırlar. Çünki insan sadəcə maddədən ibarət bir varlıq deyildir. Maddi ehtiyaclarını texnoloji ünsiyyətlərlə “qarşılayan” fərdlər, sözün həqiqi mənasında, mənəvi boşluq yaşayırlar. Əslində isə problem texnologiyada deyil, onu məqsədəuyğun şəkildə istifadə edə bilməyən insanlardadır.
Ümumiyyətlə, texnoloji inkişaf insanlara daha yüksək həyat keyfiyyəti verir, ancaq bununla yanaşı, o, ictimai həyat arenasını daraldır. Məsələn, əvvəllər kənd yerlərində paltar yumaq üçün çay kənarlarına gedən və bunun üçün vaxtının çox hissəsini sərf edən insanlar paltaryuyan və qabyuyan maşınların istehsalı nəticəsində çox vaxt qazansalar da, təssüflər olsun ki, bu boş vaxtlarını elə texnoloji vasitələrlə keçirərək, tamamilə, ünsiyyətdən uzaqlaşmış oldular.
Texnoloji inkişaf zərərli və qarşısının alınması lazım olan bir tendensiya deyildir. Burada əsas diqqətləri yönəltmək istədiyimiz məsələ, bu inkişafla ictimai həyat arasında stabilliyin qorunması və bu istiqamətdə məqsədyönümlü addımların atılmasıdır.
- Yaranma tarixi 1960-cı illərə dayanan internet kütləvi olaraq 2000-ci ildən sonra özünü büruzə verdi. Bütün dünyada internet istifadəçilərinin sayı 1995-ci ildə 1 milyon ikən, 2000-ci ildə bu rəqəm 360 milyona çatdı. 2014-cü il məlumatı isə bu rəqəmin 3 milyarda çatdığından xəbər verirdi.
İnternetə marağın sürətlə artması və qeyd etdiyimiz kimi iştirakçıların kütləviliyi mütəxəssislər arasında internet haqqında müəyyən mülahizələrin yürüdülməsinə səbəbiyyət verdi. Bəzi alimlər internetin faydalarından bəhs edərkən, buna qarşı fikirlər səsləndirən mütəxəssislər də ortaya çıxdı və internetin faydaları və zərərləri haqqında fikir ayrılıqları yaranmağa başladı. İnternetin fayda və zərərlərini ümumiləşdirərək aşağıdakı şəkildə göstərmək mümkündür:
İnternetin faydaları:
- Istənilən məlumatı əldə etmək mümkündür,
- Sürətli bir şəkildə məlumat əldə edilə bilər,
- Gedib görə bilmədiyimiz hər yer haqqında məlumat əldə edilə bilər,
- Film, musiqi və videolar sayəsində əyləncəli dəqiqələr keçirmək mümkündür ,
- Ölkələri və insanları bir - birinə yaxınlaşdıran kütləvi informasiya vasitəsidir,
- Sosyal medyanın verdiyi fürsətlərlə yeni dostluqlar və virtual ünsiyyətlər qazandırır,
- Akademik çalışma üçün münbit şəraitin mövcud olduğu məkandır.
İnternetin zərərləri:
- Həddindən artıq istifadə edildiyində həm zamanın, həm də səhhətin məhvinə gətirib çıxarır,
- Zərərli saytlar həm uşaqların, həm də yetkinlərin mənəviyyatının pozulmasına gətirib çıxarır,
- Internetdə oynanılan oyunlar uşaqların şiddətə meylini artırır və onlarda psixoloji pozuntuların yaranmasına səbəb olur,
- Ailə daxili münasibətlərə ciddi zərər yetirir,
- Saxtakarlıq üçün münbit bir məkandır,
- Insanları asılı hala salaraq onlarda zərərli vərdişlər yaradır.
Ailə ata, ana və uşaqlardan ibarət olan ən kiçik sosial qrupdur. Hər şeydən əvvəl o bir sistemdir və bu sistem ailədəki fərdlərin şəxsi xüsusiyyətlərinə görə formalaşır. Beləcə hər bir ailənin spesifik strukturu, nizamı və xüsusiyyəti mövcuddur. Sahib olduğu bu spesifikliyə görə funksional və disfunksional ailələrdən söhbət gedə bilər. Funksional ailə, ən geniş mənası ilə, ailə daxili münasibətlərin möhkəm əsaslar üzərində qurulduğu ailədir. Belə ailələrdə ictimai rollar müəyyən struktura görə bölünmüşdür və ailənin hər bir üzvü öz rolunun fərqindədir. Ailədə hər hansı bir problem yaranarsa, ilk öncə, bu problemin adı qoyulur, həlli yolu tapılır və ona uyğun olaraq da məqsədyönümlü qərarlar verilir. Eyni zamanda, belə bir ailədə sağlam təməllərə dayanan kontrol mexanizması fəaliyyətdədir. Bu cür xüsusiyyətləri daşıyan ailələr münasibətlərin güclü olduğu və üzvlərin bir-birinə bağlı olduğu ailələrdir.[6, səh.8]
Əslində texnoloji inkişaf bu gün hər birimizə kifayət qədər asudə vaxt qazandırmışdır. Ancaq təəssüflər olsun ki, qazandığımız bu asudə vaxtı insanlarla birlikdə keçirməkdənsə təkrar texnoloji vasitələrə üz tuturuq. Bu da nəticə etibari ilə fərdlərin yaşadıqların cəmiyyətdən mənəvi cəhətdən təcrid olunmalarına və real cəmiyyətin həqiqi münasibətlərin yox virtual münasibətlərin aparıcı rol oynadığı xəyali cəmiyyətə doğru istiqamətlənməsinə gətirib çıxarır.
Kütləvi informasiya vasitələrinin sürətlə inkişaf etməsi və insanların gündəlik həyatına daha çox daxil olması, şəxsiyyətin formalaşması prosesinə də təsirsiz ötüşmür. Belə ki, şəxsiyyəti formalaşdıran ailə, məktəb kimi ənənəvi sosiallaşdırma vasitələrinin bu prosesdəki rolu kütləvi informasiya vasitələrinin təsiri ilə getdikcə nisbi olaraq azalmaqda, onların yerinə kütləvi informasiya vasitələrinin təsirlərini hiss etdirən yeni insan “tip”i formalaşmaqdadır. Yeni “tip”də diqqət çəkən ən başlıca xüsusiyyət cəmiyyəti formalaşdıran real sosial münasibətlərin, virtual sosial münasibətlər ilə əvəz olunmasıdır.
Real həyatdan uzaqlaşma, yalnız qalma istəyi artıq fərdi deyil, ictimai xarakter almışdır. İnsanları ictimai həyata qaytaracaq tədqiqatlar aparılaraq bu istiqamətdə məqsədyönlü addımlar atılmalıdır. Məsələnin həlli yolu tamamilə internetdən uzaqlaşmaqda deyil, ondan istifadəni nizama salmaq və planlı bir şəkildə istifadə etməkdir. Eyni zamanda hansı saytlardan istifadə, hansı metodlarla istifadə də bu istiqamətdə göstərilməli və maarifləndirici addımlar atılmalıdır.
Uşaqlar ailələri tərəfindən sosial fəaliyyətlərə qatılmağa yönləndirilməli, dərsdən xaric asudə vaxtlarda isə incəsənətə və ya idman fəaliyyətlərinə yönləndirilməlidir. Ümumiyyətlə, asudə vaxtların düzgün dəyərləndirilməsi istiqamətində məktəblərdə şagirdlərə yön göstərilməli və eyni zamanda valideyinlərə yönəlik də bu istiqamətdə tədbirlər həyata keçirilməlidir.

  Geostrategiya" jurnalı  № 01 (31)  Yanvar -Fevral 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM