ATƏT VƏ AŞ-ININ CƏNUBİ QAFQAZDAKI MÜNAQİŞƏLƏRİN TƏNZİMLƏNMƏSİNDƏ ROLU

13:00 / 14.06.2016

Xatirə Mehdiyeva ,
Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının dissertantı

 

Sovet İttifaqının süqutu və soyuq müharibələrin başa çatmasında sonra regional səviyyələrdə qlobal stabilliyə və təhlükəsizliyə yeni hədələr olan konfliktlər və böhranların artımı müşahidə olundu. Bir-birlərindən intensiflik, forma və dinamikalarına görə az və ya çox dərəcədə fərqlənən bütün posttotalitarını münaqişələrin əslində beynəlxalq humanitar təşkilatların vasitəçilik funksiyalarından faydalanmalarılazımdır.
BMT Nizamnaməsinin VI Fəslinə uyğun olaraq, “nəticəsi beynəlxalq sülhü və təhlükəsizliyi təhlükə altına alan, istənilən mübahisədə iştirak edən tərəflər, hər şeydən əvvəl bu mübahisəni danışıqlar, vasitəçilik, barışıq, arbitraj, məhkəmə istintaqı, regional təşkilatlara müraciət və yaxud digər sülh vasitələrindən istifadə etməklə həll etməyə çalışmalıdırlar.”[8]
Göründüyü kimi, BMT nizamnaməsi münaqişələri dinc vasitələrlə tənzimləməyi tələb edir. BMT nizamnaməsinə uyğun olaraq Avropa strukturları Cənubi Qafqaz regionundakı münaqişəlrin tənzimlənməsində hərbi vasitələri ümumiyyətlə istisna edirlər. Artıq əvvəlki hissələrdə də qeyd etdiyimiz kimi, Cənubi Qafqazdakı münaqişələr Avropaya inteqrasiya prosesində başlıca əngəl kimi nəzərdən keçirilməkdədir. Ümumiyyətlə, Avropa region ölkələrinin malik olduqları problemlərlə birgə inteqrasiyasını istisna edir. Ermənistanın işğalçılıq siyasətinin “məhsulu” olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Gürcüstan ərazisindəki münaqişələr regional təhlükəsizliyə ciddi təhdidlər yaratmaqla yanaşı, Avropa strukturları ilə konstruktiv əməkdaşlığı nəzərəçarpacaq dərəcədə əngəlləyir. Cənubi Qafqazda çoxsaylı qaçqınların və məcburi köçkünlərin mövcudluğu ən ciddi problemlərdəndir. Avropada bəyan olunur ki, bu məsələlər qərb ictimaiyyətini ciddi narahat edir və münaqişələrin tənzimlənməsi regionda stabilliyi və təhlükəsizliyi şərtləndirər və Avropa strukturları əməkdaşlığı daha səmərəli edər. Bu baxımdan, Avropa İttifaqı münaqişələrin tənzimlənməsi istiqamətində fəallığını ciddi şəkildə artırmalıdır.[4] Fikrimizcə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəinki regional təhlükəsizlik üçün, həmçinin, Avropa İttifaqının özü üçün ciddi təhlükə yaradır. Belə ki, Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan ərazilərində terrorçuların hazırlanması, çirkli pulların yuyulması, narkotiklərin qanunsuz dövriyyəsi və s. kimi cinayət tərkibli proseslər həyata keçirilməkdədir. Təbii ki, bütün bunların da təhlükəlilik sərhədləri təkcə regionla məhdudlaşmır, Avropada da təhlükəsizlik üçün ciddi təhdidlər yaradır.
Avropa İttifaqı regionda həyata keçirdiyi proqramlarda və ya ümumi strategiyasında bütün hallarda münaqişələrinin tənzimlənməsində dəstək göstərilməsi məsələsini qabardır. Məsələn, Avropa Qonşuluq Siyasəti layihəsinin sənədində regiondakı münaqişələrin tənzimlənməsi istiqamətində səylərin artırılması tövsiyə olunur. Lakin reallıq ondan ibarətdir ki, Avropa İttifaqı daxil olmaqla, Avropa strukturlarının münaqişələrin tənzimlənməsi istiqamətində fəaliyyəti tövsiyə səviyyəsindən kənara çıxmır. Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində rolu və ya iştirakı kifayət qədər məhduddur. Ümumiyyətlə, Avropa İttifaqının regiondakı münaqişələri tənzimləmək üçün hər hansı bir strategiyası mövcud deyildir. Bu da aydın şəkildə göstərir ki, Cənubi Qafqazdakı münaqişələrin tənzimlənməsi, bəyan edildiyinin əksinə olaraq, Aİ üçün prioritet deyildir. Avropa İttifaqı regiondakı münaqişələrin tənzimlənməsi prosesində hər hansı fəallıq nümayiş etdirmir, sadəcə olaraq, bu istiqamətdə ATƏT və BMT-nin cəhdlərini dəstəklədiyini bəyan edir. Avropa komissiyası postmünaqişə dövründə ərazilərin bərpası üçün maliyyə dəstəyi göstərməyə hazır olduğunu bəyan edir.[7, 367] Lakin aydındır ki, indiki məqamda bu bəyanat bir o qədər aktuallıq kəsb etmir. Çünki, Ermənistanın işğalçılıq siyasətini davam etdirməkdə israrlı olması və beynəlxalq ictimaiyyətin hər hansı bir təzyiqinin olmaması hələlik münaqişənin tənzimlənməsi perspektivlərindən danışmağa imkan vermir. Avropa İttifaqı regiondakı münaqişələrin tənzimlənməsinə imkan verəcək konkret strategiya hazırlamalıdır. Bu, Avropa İttifaqının regiondakı strategiyası üçün vacibdir. Belə ki, region ölkələrinin Avropa İttifaqına olan ümidlərinin sarsılması ehtimalları artmaqdadır. Ən azından ATƏT-in MQ-nin həmsədri olan Fransanın qarşısında münaqişənin tənzimlənməsi ilə bağlı konkret vəzifələr qoymalıdır. Hesab edirik ki, əks təqdirdə region dövlətlərinin Avropaya səmərəli inteqrasiyasından danışmaq üçün əsas olmayacaqdır.[7, 358]
Avropa Parlamentinin 20 may 2010-cu il tarixli qətnaməsində Cənubi Qafqaz regionundakı dondurulmuş münaqişələrə daha çox diqqət ayırmağın vacibliyi qeyd olunur. Avropa Parlamentinin qətnaməsində göstərilir ki, Avropa İttifaqı regionda stabilliyin və təhlükəsizliyin təmin olunması üçün daha artıq fəallıq nümayiş etdirməlidir və xüsusi strategiya hazırlamalıdır.[6]
Beləliklə, Avropa strukturlarının regiondakı münaqişələrin dinc vasitələrlə tənzimlənməsi istiqamətində fəaliyyəti ümidverici kimi görünmür. Məsələn, ATƏT-in regiondakı münaqişələrin tənzimlənməsi prosesində sərgilədiyi mövqeni nəzərdən keçirməklə, buna bir daha əmin olmaq mümkündür. 1992-ci ildən Gürcüstan ərazisindəki gürcü-abxaz və gürcü-osetin münaqişələri ATƏT-in xüsusi diqqət mərkəzindədir. Belə ki, həmin dövrdə ATƏT xüsusi missiyası Gürcüstandakı münaqişələrin dinc vasitələrlə tənzimlənməsinə yardım etmək məqsədi ilə fəaliyyətə başlamışdır. 1994-cü ilin martında missiyanın gücləndirilməsi haqqında qərar qəbul olunmuşdur. Qeyd edək ki, missiya Gürcüstan ərazisində mövcud olan hər iki münaqişə vəziyyəti ilə bağlı konkret addımların atılmasını nəzərdə tutmuşdur. Belə ki, gürcü-osetin münaqişəsi ilə bağlı missiya aşağıdakı addımların atılmasını vacib hesab etmişdir: [9]
- gərginliyin mənbələrini aradan qaldırmaq məqsədi ilə münaqişə tərəfləri ilə dialoqu intensivləşdirmək;
-ATƏT çərçivəsində qəbul olunmuş prinsiplər və öhtəliklər əsasında münaqişənin siyasi yolla tənzimlənməsi üçün daha geniş siyasi kontektin yaradılmasını təmin etmək;
- nəzarət funksiyasını həyata keçirməklə, hərbi vəziyyət haqqında informasiyaların toplanması, atəşkəs haqqında razılaşmanın pozulması hallarının araşdırılması.
ATƏT-in missiyası gürcü-abxaz münaqişəsi ilə də bağlı demək olar ki, oxşar məqsədlərə çatılması nəzərdə tutulurdu. Bu zaman əsasən münaqişənin tənzimlənməsi istiqamətində BMT-nin təşəbbüslərinə dəstək olunması məsələsinə daha çox diqqət yetirilirdi.
Lakin BMT və ATƏT-in Gürcüstan ərazilərindəki münaqişələrin tənzimlənməsi istiqamətində bütün cəhdlərin boşa çıxması ondan xəbər verir ki, ümumiyyətlə Cənubi Qafqaz regionundakı münaqişələrin tənzimlənməsi ilə bağlı Avropa strukturlarının və beynəlxalq təşkilatların fəaliyyət strategiyası uğurlu müəyyənləşdirilməmişdir. 2008-ci ilin Avqustunda Gürcüstanın Rusiya ilə müharibəyə “cəsarətləndirilməsi” də dəqiqliklə sübut etdi ki, Avropanın və ABŞ-ın regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə bağlı səmərəli strategiyası mövcud deyildir. Atılan addımlar isə əsasən eksperimental və situativ xarakter daşıyır ki, bu bəzən vəziyyətin daha da gərginləşməsini şərtləndirir. Regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində ATƏT-in uğursuz cəhdləri həm Avropada, həm də regionun özündə ona olan inamı ciddi şəkildə sarsıtmış oldu.[3, 50]
Cənubi Qafqaz regionunda Gürcü-Abxaz və Gürcü-Osetin münaqişələrinin də mövcud olmasına baxmayaraq, regionda təhlükəsizliyə və sülhə ciddi təhdid yaradan əsas münaqişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. 20 ildən çox davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mahiyyətinə görə müxtəlif geosiyasi, dövlət-hüquqi və informasion kontekstlərdən keçmişdir. Bu müddət ərzində Sovet İttifaqının suğutu və böhranından başlayaraq öz müstəqilliyini bəyan edənədək Azərbaycan tarixin çətin sınaqlarından keçmişdir. Bu mərhələdə Azərbaycanda yenidənqurma prosesləri, digər respublikalardan fərqli olaraq konfliktin mövcudluğu səbəbindən əhəmiyyətli dərəcədə ağırlaşmışdır.[2, 46]
1994-cü il may ayında Bişkek protokolu imzalandı, bununla da münaqişənin nizamlanması sülh müstəvisinə keçdi. “Bişkek sülh protokolunun imzalanması prosesi heç də azlıq təşkil etməyən ziddiyyətli və razılaşdırılmayan məqamlara baxmayaraq xeyli dərəcədə faydalı oldu, belə ki, mübahisə tərəfləri tamamilə sülhə doğru istiqamət götürmədilərsə belə, ən azı uzunmüddətli atəşkəs rejiminə nail olundu. “Tənəffüsə” olan cəhd ən müxtəlif, o cümlədən xarici-siyasi və daxili-siyasi xarakterli (münaqişə tərəflərinin hər biri üçün) amillərlə şərtlənmişdi”.[5, 21] Bişkek protokolunu ümumilikdə Azərbaycan üçün səmərəli hesab etmək olar. Baxmayaraq ki, protokol Dağlıq Qarabağın status problemini həll etmirdi, lakin bir çox məqamlarda BMT-nin qətnamələrinə əsaslanmışdı. Bu məhz ümummilli lider Heydər Əliyevin uğurlu xarici siyasət kursunun nəticəsi idi.
Bişkek protokolunun imzalanmasından sonra münaqişələrin tənzimlənməsi istiqamətində beynəlxalq cəhdlərin intensivləşdirilməsi üçün əlverişli imkan yaranmış oldu. Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, yaranmış bu imkandan heç də səmərəli istifadə olunmadı. Belə ki, 1992-ci ildən münaqişənin birbaşa tənzimlənməsi ilə ATƏM(sonradan ATƏT) məşğul olmağa başladı. 1992-ci ilin mayında Ermənistan-Azərbaycan, Dağlı Qarabağ münaqişəsinin birbaşa tənzimlənməsi ilə məşğul olacaq Minsq qrupu yaradılmışdır. 1994-cü il, dekabr ayından qrupun həmsədrlik funksiyasını Rusiya və Finlandiya yerinə yetirmişdir. 1994-cü il, dekabr ayında Budapeştdə Minsk qrupunun həmsədrliyi barəsində məsələ qaldırıldı. Elə orada da belə bir qərar qəbul olunmuşdur ki, əgər hər hansı bir razılaşmaya nail olunsa, regionda ATƏT-in sülhməramlı qüvvələri yerləşdiriləcək. Sülhməramlı qüvvələri bu regionda marağı olmayan, ayrı-ayrı ölkələrin nümayəndələrindən təşkil olunacağı nəzərdə tutulmuşdu.
Münaqişə bölgəsində NATO qüvvələrinin də yerləşdirilməsi məsələsi də olduqca mürəkkəb idi. Azərbaycanda türk qüvvələrinin yerləşdirilməsi üçün ilk növbədə NATO-nun bütün iştirakçı üzvlərinin icazəsi lazım idi, bu isə bütünlükdə problemdir, ikincisi isə bu ATƏT-in Budapeşt sammiti ilə ziddiyyət təşkil edirdi.
1997-ci ildən ATƏT-lə aparılan uğurlu danışıqların sayəsində Azərbaycana münaqişənin həllinə Finlandiyaya nisbətən daha nüfuzlu iştirakçıları – ABŞ və Fransanı – cəlb etmək nəsib olmuşdur. Müvafiq olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri üç ölkənin – Rusiya, ABŞ və Fransa nümayəndələrindən yenidən təşkil olunmuşdur.
Ermənistan və Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərinin formalaşdırılmasında ATƏT-in Lissabon sammiti mühüm rol oynamışdır. Ümummilli lider Heydər Əliyev Lissabon sammitinin rolunun belə təsvir edir: “Mən əminəm ki, Dağlıq Qarabağdakı münaqişəli situasiya ilə əlaqədar Lissabondakı aparılmış işlər, bu görüşdə qəbul olunmuş qərarlar Avropada təhlükəsizlik və əməkdaşlığın təmin olunmasına öz faydasını verəcəkdir. Lissabon sammitində olduğumuz və iştirakımız ərzində mən yalnız Azərbaycanın əldə edəcəkləri haqqında düşünürdüm, Azərbaycanın maraqları naminə çalışırdım”.[1]
Qeyd edək ki, fəaliyyətə başladığı 1992-ci ildən 2005-ci ilə qədər ATƏT-in Minsk qrupu danışıqların təməli kimi üç əsas təklif irəli sürülmüşdür, baxmayaraq ki, bu təkliflərin heç biri münaqişənin nizamlanmasına kömək edə bilməmişdir. 2006-ci ilin aprel-iyul aylarında Minsq qrupu münaqişənin nizamlanması üzrə təkliflərin bir hissəsini açan bəzi fikirlər bildirmiş bəyanatlar vermişlər. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prinsiplərinin ilkin versiyası olan “Madrid prinsipləri” 2007-ci il, noyabrda Madriddə tərəflərə təqdim olunmuşdur. 2005-ci ildən ATƏT-in dəstəyi ilə Azərbaycan və Ermənistan nümayəndələri ilkin razılaşdırılmış əsas prinsipləri nəzərdə tutan dördüncü təklif – “qarışıq” (“paket-mərhələli”) planı müzakirə etməyə başlamışlar.
2008-ci il, 14 mart tarixində BMT Baş Assambleyası 39 səs lehinə, 7 səs əlehinə, 100 səsin isə bitərəf olduğu, Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarını dərhal və şərtsiz azad etməsini tələb edən qətnamə qəbul etmişdir. Minsq qrupunun həmsədr-ölkələri (ABŞ, Rusiya, Fransa) bu qətnamənin əlehinə çıxış etdilər, onların fikrincə, bu qətnamə birtərəfli xarakter daşıyır. Lakin onlar onu da qeyd etdilər ki, sənədə səs vermələrinə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər.
2008-ci il, 2 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya Prezidentləri Moskvada Mayendorf Deklarasiyasını imzaladılar. Deklarasiyada xüsusilə, ondan danışılırdı ki, tərəflər “2007-ci il, 29 noyabrda Madriddə tərəflərin görüşməsində vasitəçilik edən ATƏT-in Minsk qrupunun fəaliyyətini davam etməsinin vacib əhəmiyyətini və siyasi nizamlanmanın əsas prinsiplərinin işlənilməsi məqsədi ilə növbəti müzakirələri dəstəkləyər”. 2009-cu il, 10 iyul tarixində İtaliyanın Akvila şəhərində keçirilən “Böyük səkkizliklərin” sammiti gedişində ATƏT-in Minsk qrupunun həmsədr – ölkələri - ABŞ, Rusiya, Fransa – birlikdə bəyanat verdilər. Bəyanatda münaqişənin nizamlanmasının əsas prinsipləri açıqlanırdı və həmsədrlərə Madrid sənədlərinin yenilənmiş versiyasını Azərbaycan və Ermənistan prezidentlərinə təqdim etmək tapşırığı verilmişdi.
2009-cu il, dekabr ayında Minsk qrupunun həmsədrləri yenilənmiş Madrid prinsiplərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, 2010-cu il, yanvar ayında isə Ermənistan Prezidenti Serj Sarksyana təqdim etdilər. 2010-cu il, 5 mart tarixində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərə bildirmişdir ki, bir neçə istisnalara baxmayaraq Azərbaycan ümumilikdə yenilənmiş Madrid təklifləri əsasındakı sənədləri qəbul edir. 2010-cu il, 27 iyun tarixində xarici işlər nazirlərinin də iştirakı ilə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda üç tərəfli görüşləri keçirildi. Elmar Məmmədyarov bildirmişdir ki, “erməni tərəfi bir tərəfdən Madrid prinsipləri ilə razı olduqlarını söyləyirlər, digər tərəfdən isə bəzi maddələrlə razılaşa bilməyəcəklərini bəyan edirlər”. Qarabağ münaqişəsinin nizamlanmasına uyğun “yol xəritəsi” haqqında 2009-2010-cu illərin qovşağında daha aktiv danışılmağa başlanıldı. 2009-cu ilin sonunda Qazaxıstan ATƏT-in həmsədr ölkəsi kimi Ermənistan və Azərbaycana münaqişənin nizamlamasını “yol xəritəsi” növündəki planı təklif etməyə hazır olduqlarını bəyan etdi. “Yol xəritəsi”, ABŞ, Rusiya və Fransa kimi əsas beynəlxalq vasitəçilər arasında kompromiss variantına çevrilmişdi. Lakin təcrübə göstərir ki, Rusiya Minsk qrupunun Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşləri ilə əvəz etməyə cəhd göstərir. Erməni tərəfi isə “Yol xəritəsinin” subyektlərinin Dağlıq Qarabağ Respublikası və Azərbaycan Respublikası olduğunu sübut etməyə çalışır. İddia edirlər ki, bu respublikalar münaqişənin nizamlanması üzrə mümkün “yol xəritəsinin” konkret müddəaları həyata keçirilərkən əsas aktorlar kimi çıxış etməlidirlər. Erməni tərəfi həmçinin hesab edir ki, “yol xəritəsinin” pozitiv şəkildə reallaşdırılması üçün dövlətlərin yüksək vəzifəli şəxslərindən ibarət institut çalışmır, hansı ki, onların vasitəçilik xidmətləri münaqişə iştirakçıları tərəfindən qəbul ediləndir. Minsk qrupu həmsədrləri institutu məsələyə dövlət başçılarının şəxsi nümayəndələri kimi yanaşa bilməz.
Qeyd edək ki, Minsk qrupunun vasitəçiliyi prezidentlərin bir neçə görüşlərinin keçirilməsinə baxmayaraq, ortaq məxrəcə gələmək mümkün olmamaışdır. 2014-cü ildə ali səviyyədə görüşlərin intensiv xarakter alması müəyyən ümidlər yaratsa da, yendə də Ermənistanın destuktiv mövqeyi, məsələyə ATƏT-in çox da ciddi yanaşmaması və beynəlxalq ictimaiyyətin etinasızlığı üzündən münaqişənin tənzimlənməsi istiqamətində irəli doğru addım atılmamışdır. Münaqişənin tənzimlənməsi prosesində ATƏT-in yuxarıda qısaca nəzərdən keçirdiyimiz fəaliyyətinin bəzi məqamlarından da aydın göründüyü kimi, təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı qəti addımlar ya ata bilmir, ya da atmaq marağında deyil.
ATƏT-lə yanaşı, Avropa Şurası da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində yaxından iştirak edən təşkilatlardandır. Hər şeydən öncə qeyd edək ki, Avropa Şurasının bu iştirakı heç də həmişə müsbət tərəfdən səciyyələndirilə bilməz. Çünki, AŞ münaqişə vəziyyəti ilə bağlı qəbul etdiyi bir çox sənədlərdə aşkar ədalətsiz mövqeyini biruzə vermişdir, işağala məruz qalan tərəflə işğalçı tərəf arasında fərq qoymadığını göstərmişdir. Məsələn, 1992-ci ilin martında AŞ NK münaqişə vəziyyəti ilə bağlı sənəd qəbul etmişdir. Sənəddən aydın görünür ki, AŞ Narizlər Komitəsi məsələyə obyektiv yanaşmır. Belə ki, sənəddə Ermənistanın işğalçılıq siyasəti və Azərbaycan torpaqlarının işğal altında olması haqqında məqamlar yer almır.[10] Avropa Şurasının Azərbaycana münasibətdə daha ciddi ədalətsiz mövqeyi 1994-cü ilin yanvarında da müşahidə olundu. Belə ki, həmin dövrdə Strasburda münaqişənin həlli ilə bağlı görüş keçirilməsi təklif olunmuşdur və bu görüşə qondarma Dağlıq Qarabağ respublikasının nümayəndələri də dəvət olunmuşdur. Təbii ki, Azərbaycan tərəfi belə görüşdə iştirakdan imtina etmişdir və nəticədə görüş baş tutmamışdır. 1994-cü ilin iyulunda AŞ münaqişə ilə bağlı təşkil etdiyi görüşdən sonra regiona AŞPA-nın quruma üzv olmayan Avropa dövlətləri ilə Əlaqələr Komitəsinin sədri Atkinsonun rəhbərliyi ilə nümayəndə heyəti göndərilmişdir. Avropa Şurasının münaqişə vəziyyəti ilə bağlı qeyri-obyektiv mövqe nümayiş etdirməsi 1996-cı ilin iyununadək-Azərbaycan AŞ-da “xüsusi dəvət olunmuş qonaq” statusu alanadək davam etmişdir. 1996-cı ilin iyunundan başlayaraq, AŞ nisbətən ehtiyyatlı bəyanatlar verməyə başlamışdır. 1997-ci ilin aprelində Avropa Şurası Parlament Assambleyası regiondakı münaqişə vəziyyətləri bağlı “Zaqafqaziyada münaqişələrə dair” adlı qətnamə qəbul etdi. Qətnamədə göstərilirdi ki, Abxaziya və Dağlıq Qarabağ münaqişələrinin tənzimlənməsi istiqamətində Avropa Şurası fəallıq nümayiş etdirməlidir. 2001-ci ilin yanvarında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasında sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təşkilat çərçivəsində müzakirəsi daha intensiv xarakter almışdır. Azərbaycanın tamhüquqlu üzvlüyündən sonrakı elə ilk sessiyalarda münaqişə vəziyyəti ətrafında müzakirələr aparılmış və həqiqətlərin yer aldığı sənədlər yayılmağa başlamışdır. Qeyd edək ki, həmin dövrdə AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyev idi. Məhz İlham Əliyevin həmin dövrdə yorulmaz və prinsipial fəaliyyəti nəticəsində Avropa Şurasının NK-nın 108-ci sessiyasında Ermənistan işğalçı siyasəti açıq şəkildə pisləndi. 2001-ci ilin sentyabrında Bakıda səfərdə olan AŞPA-ının sədri Rassel Conston Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu demişdir. Bununla yanaşı, Rassel Conston Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını da açıq səsləndirirdi. Göründüyü kimi, bu, bir daha sübut edir ki, Azərbaycan tərəfinin AŞPA formatında tamhüquqlu üzv statusunda fəaliyyətə başlamasından sonra təşkilatın münaqişə vəziyyətinə dair mövqeyində ciddi dəyişiklik baş vermişdir. AŞPA-nın qəbul etdiyi sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qanunsuz əməlləri ilə bağlı məqamlarda yer almağa başlamışdır. Beləliklə, Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın genişlənməsi Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün Azərbaycana unikal imkanlar verdi və Azərbaycan bu imkanlardan maksimum səmərəli bəhrələnə bildi. Bu, qəbul olunan sənədlərdə və bəyanatlarda aydın müşahidə olunurdu. Məsələn, 2005-ci il yanvar ayının 25-də AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamədə BMT tərəfindən qəbul olunmuş qətnamələrə əməl olunması, işğal olunmuş ərazilərin azad olunması tələb olunmuşdur. Bütün bunlar qeyd etməyə əsas verir ki, Azərbaycanın haqlı mövqeyi ilə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün AŞPA tribunası kifayətə qədər səmərəli olmuşdur. Hətta, hesab edirik ki, ötən əsrin 90-cı illərinin başlanğıcında Azərbaycana münasibətdə ədalətsiz mövqe nümayiş etdirməsinə baxmayaraq, və ümumiyyətlə, münaqişənin tənzimlənməsi istiqamətində real nəticəni şərtləndirməsə də, Avropa Şurasının tribunası ATƏT tribunasından daha məqbul olmuşdur. Belə ki, artıq qeyd etdiyimiz kimi, Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan tərəfi ən azından münaqişə vəziyyəti ilə bağlı obyektiv gerçəklikləri dünya ictimaiyyətinin diqqətinə çatdıra bilmişdir və bu gerçəkliklərin münaqişə vəziyyəti ilə bağlı müvafiq sənədlərdə yer almasına nail olmuşdur.

  Geostrategiya" jurnalı  № 01 (31)  Yanvar -Fevral 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM