Azərbaycan-EKO əməkdaşlığının formalaşması və inkişafının əsasları

15:38 / 04.12.2013

Əlimusa İbrahimov

Bakı Dövlət Universitetinin «Beynəlxalq münasibətlər və iqtisadiyyat»

fakültəsinin «Beynəlxalq münasibətlər» kafedrasının müəllimi

 

1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini bəyan etmiş dövlət Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri beynəlxalq təşkilatlara üzv olmaq və onlarla yaxından əməkdaşlıq etməkdir. Bu qurumlara üzv olarkən ölkəmiz hər şeydən əvvəl öz milli mənafeyi və dövlətimizin maraqlarını nəzərdə tutur.

Beynəlxalq təşkilatlar xəttilə əlaqələrin yaradılması və bu əlaqələrdən səmərəli istifadə etməklə ölkəmizdə baş qaldıran sosial-iqtisadi problemlərin həlli üçün müəyyən imkanlar yaranır. Çünki bu təşkilatlardan bəzilərinin xəttilə Azərbaycan iqtisadiyyatına sərmayə cəlb etmək üçün geniş imkanlar var və onlardan istifadə etməyin yollarından ən münasibi və sərfəli olanı beynəlxalq təşkilatlara üzv olmaqdır.

            Beynəlxalq təşkilatların fəaliyyətində iştirak etməyin Azərbaycan üçün faydalı nəticələrindən biri də, çoxtərəfli diplomatiyanın inkişafı üçün zəruri şərtlərdən biri sayılan təcrübəni öyrənmək və onun sirlərinə yiyələnməkdir. Əlavə edək ki, ikitərəfli diplomatiyaya nisbətən çoxtərəfli diplomatiya daha mürəkkəb prosesdir. Geniş auditoriyalı çoxtərəfli diplomatiyada iki dövlətdən artıq, yəni, bir çox ölkələrin nümayəndələri iştirak edirlər. Nəzərə almaq lazımdır ki, müasir dövrdə diplomatiyanın əsas keyfiyyətlərindən biri də çoxtərəfli diplomatiyanın geniş vüsət almasıdır. Müəyyən bilik və təcrübə əldə etmədən, bu sahədə uğur qazanmaq əslində mümkün deyil. Bu sahədə müvəffəqiyyət qazanmaq yalnız bilik və təcrübəyə söykənir.

Yuxarıda göstərilən amilləri nəzərə alan Azərbaycan Respublikası beynəlxalq təşkilatlara doğru ilk addımını BMT-yə üzv olmağa doğru atdı. Qeyd edək ki, ölkəmizin müstəqil dövlət kimi beynəlxalq aləmdə tanınmasının əsas şərtlərindən biri, BMT-yə üzv kimi qəbul olunması idi. Bu mötəbər və müasir dünyanın universal təşkilatı ailəsinə daxil olandan sonra müxtəlif regional təşkilatlar sırasına qatılmaq üçün yollar açıldı. Belə qurumlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatı oldu.

Öz növbəsində beynəlxalq təşkilatlar da hər hansı yeni bir üzvü öz sıralarına qəbul edərkən müəyyən şərt və qaydaları əsas tuturlar. Hüquqi baxımdan bu şərtlər həmin təşkilatın nizamnaməsində təsbit olunur və yerli üzvlər qəbul olunan ölkənin geosiyasi vəziyyəti, dövlət quruluşu, iqtisadi və başqa potensialları təşkilatın idarə heyəti tərəfindən diqqətlə süzgəcdən keçirilir. Yalnız bu parametrlər təşkilatın maraqlarına cavab verdiyi təqdirdə üzvlüyə namizədin məsələsi müsbət həllini tapır. Belə bir «süzgəcdən keçmə» əməliyyatı yenicə müstəqilliyə nail olmuş keçmiş sovet respublikaları ilə, o cümlədən Azərbaycanla da aparıldı. 90-cı illərin əvvəllərində EKO rəhbərliyi üçün hazırlanmış bir arayışda qeyd olunurdu ki, Azərbaycanın dövlət quruluşu bu ölkənin konstitusiyasına əsasən demokratik və layiqli sistem üzərində qurulub. Prezident beş il müddətinə seçilir... Ölkənin ərazisi 86,6 min kv. km., əhalisi 7 mln. nəfərdir. Rəsmi dil türk dilidir. Əhalinin illik artımı 1,2%-dir. Keçmiş Sovet İttifaqında özünün iqtisadi potensialına görə, müsəlman respublikaları sırasında Qazaxıstandan sonra ikinci yerdədir. İqtisadiyyatın bütün sahələri inkişaf edib.

Ölkəmizin göstəriciləri EKO -nun ilk təsisçi dövlətləri olan İran, Pakistan və Türkiyə tərəfındən diqqətlə öyrənildikdən sonra Azərbaycanın da bu təşkilata üzv olması haqqında qərar qəbul edildi. Əlavə edək ki, bu ölkələrdən ikisi - Türkiyə və Pakistan Azərbaycanı suveren dövlət kimi tanıyan ilk dövlətlərdir. Bu məsələdə İran isə 1918-ci ildə olduğu kimi, yenə də, gözləmə taktikası ilə çıxış edirdi. Tehranın bu mövqeyi Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmaq məsələsinin həllində də özünü göstərdi.Qeyd edək ki, Azərbaycanın müstəqilliyini tanıyan dövlətlər sırasında İran 8-ci ölkə oldu. Yalnız Türkiyə ilə Pakistanın ciddi təkidindən sonra, Azərbaycanın EKO-ya üzvlüyü haqqında yekdil qərar qəbul olundu və bununla da, ölkəmizin bu təşkilatın ailəsinə tamhüquqlu üzv kimi qəbul olunmasına yaşıl işıq yandırıldı.

Mürəkkəb tarixi bir şəraitdə Azərbaycanın müstəqil bir dövlət kimi mötəbər bir regional təşkilata üzv qəbul olunması təşəkkül dövrünü keçirən Azərbaycan diplomatiyasının uğuru hesab olunmalıdır.İran hakim dairələrinin ölkəmizə münasibətləri mürəkkəbliyi və ziddiyyətlərilə daha çox seçilib. Tehranla münasibətlərin mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri üzərində bərqərar olması, hər iki ölkənin milli maraqlarına cavab verirdi. Buna görə də, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmaqla bağlı 1991- ci ilin fevralında başlanan danışıqlar müvəffəqiyyətlə başa çatdı. Azərbaycanın bu təşkilata bərabərhüquqlu üzv kimi qəbul olunması barədə razılıq əldə olundu.

Əlavə edək ki, zirvə toplantısına ölkəmizlə yanaşı Türkmənistan, Qırğızıstan, Tacikistan, Qazaxıstan dəvət olunmuşdular. Beləliklə, təşkilatın ilk zirvə toplantısı 1992-ci il fevralın 16-17-də Tehranda işə başladı. Tam tərkibdə keçən Tehran zirvə toplantısında bir çox məsələlər, o cümlədən EKO-nun təşkilati strukturu, Əfqanıstanda daxili vəziyyətin sabitləşdirilməsilə bağlı problemlər, Şimali Kipr Türk Respublikasının nümayəndələrinin EKO-da müşahidəçi qismində iştirak etmələri və s. mövzular ətraflı müzakirə olundu. İştirakçılar Yaxın Şərq böhranı ilə bağlı, Fələstin problemi ətrafında geniş fıkir mübadiləsi apardılar. Qeyd olunduğu kimi Tehran zirvə toplantısında Azərbaycanı prezident Ayaz Mütəllibov təmsil edirdi [6].

1992-ci ilin noyabr ayında İslamabadda təşkilatın Nazirlər Şurasının növbədənkənar iclası çağırıldı. Nazirlər Şurasının iclasında Azərbaycanı Xarici İşlər naziri Tofiq Qasımov təmsil edirdi. Toplantıda çıxış edən T.Qasımov demişdir: «Bu gün məmnuniyyətlə xüsusi qeyd etmək istərdim ki, uzun illərin ayrılığı xalqlarımız arasında münasibətlərə xələl gətirməyib. Xalqlarımızın bir-birinə yaxınlığı heç də coğrafı şəraitdən irəli gəlmir, bu yaxınlığın təməli tarixi keçmişimizdə, iqtisadi, dini, mədəniyyət sahələrində müştərəkliyilə də köklənib... EKO-ya üzv olmaqla onun fəaliyyətində iştirak etməyin Azərbaycan üçün əhəmiyyətli və vacib olması bir də onunla ölçülür ki, müasir dövrdə beynəlxalq iqtisadi əlaqələrdə gedən proseslərlə yaxından tanış olmaq imkanı əldə edirik..» [7].

Təşkilata üzv olmağın sonuncu hüquqi sənədi olan Akt yeni üzv dövlətlərin xarici işlər nazirləri tərəfındən imzalandı və bununla da EKO tam tərkibdə 10 ölkənin regional təşkilatı kimi fəaliyyətə başladı. Yeni üzv dövlətlər bu təşkilatdan çox şey gözləyir, belə bir mötəbər təşkilata üzv olmağın mühüm iqtisadi əhəmiyyətilə yanaşı, həm də mənəvi dəyərə malik olmasını da qeyd edirdilər.

Azərbaycan üçün bu təşkilata üzv olmağın faydalı olmasının dərk olunmasına baxmayaraq EKO-ya üzv olmaq məsələsi siyasi proseslərə görə və ən əsası erməni təcavüzünün davam etməsi ucbatından gecikirdi. Bu süründürməçiliyə nəhayət son qoyuldu; təşkilata üzv olmaq haqqında Akt və İzmir müqaviləsi 1993-cü ilin sentyabr ayında Azərbaycanın Milli Məclisi tərəfındən ratifıkasiya edildi və bununla da, ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatının bərabərhüquqlu üzv olması üçün hüquqi zəmin yaradıldı. Bu tarixdən etibarən EKO-dan zəruri hallarda faydalanmaq, onun iqtisadi imkanlarından bəhrələnmək məsələlərinin operativ həlli, milli diplomatiyamızın məqsədyönlü fəaliyyətindən və çevik taktiki gedişlərindən daha çox asılı idi. Bununla bağlı Azərbaycanın müvafıq dövlət strukturları, xüsusilə, xarici işlər nazirliyi məqsədyönlü istiqamətdə öz işini qurmalı idi. Çoxtərəfli diplomatiya sahəsində milli maraqlarımıza uyğun faydalı addımlar atmaq üçün, dövlətimiz yeni imkanlar və həm də sınaq meydanı qazanmışdı.

Lakin o dövrdə EKO ilə bağlı işlərin icrası, xarici siyasətin başqa sahə və istiqamətlərində olduğu kimi, bir sıra ciddi problemlərlə rastlaşırdı və çətinliklərdən ən başlıcası maliyyə imkanlarının məhdud olması idi. Bu sahədə özünü göstərən sıxıntılar, təşkilat nəzdində daimi nümayəndəliyin təsis olunmasına imkan vermirdi. Bu məsələnin həll olunmaması isə öz növbəsində Azərbaycan hökumətilə EKO katibliyi arasında koordinasiya işində müəyyən çətinliklər yaradırdı. Başqa bir çətinlik isə EKO qurumları ilə əməliyyatları peşəkarlıq baxımından icra etmək üçün respublikada çoxtərəfli diplomatiyanı həyata keçirə bilən peşəkar diplomatların çatışmazlığı idi. Bütün bu çətinlikləri yaşayan Azərbaycanın diplomatik xidməti EKO-nun fəaliyyətində imkan daxilində iştirak edirdi.

1997-ci ilin mayında Aşqabadda çağırılmış Xarici İşlər Nazirlərinin 7-ci toplantısında çox mühüm məsələ - nəqliyyat kommunikasiya infrastrukturu və EKO regionunda transmilli boru kəmərləri şöbəsinin inkişafı müzakirə olundu. Əlavə edək ki, EKO təşkilatına üzv olan bir çox ölkələrin açıq dənizlərə birbaşa əlaqələri yoxdur. Bu problem həmin ölkələrin xarici ticarətlərinin inkişafı yolunda ciddi əngəllər yaradır. Bu problemin EKO çərçivəsində həll olunması imkanları var. Bu məsələ ilə əlaqədar çıxış edən Azərbaycanın Xarici İşlər naziri, tarixi İpək yolunun bərpasında da üzv dövlətlərin iştirakının zəruri olmasını iclas iştirakçılarının diqqətinə çatdırdı.

Azərbaycan-EKO əlaqələri tarixində yeni mərhələ kimi dəyərləndirilən tədbirlərdən biri 1999-cu il mayın 21-də Bakıda, Nazirlər Şurasının IX iclasının çağırılması oldu. Bu mühüm tədbirlə bağlı Azərbaycanın XİN-i çox mühüm təşkilati işi həyata keçirdi, qəbul edən ölkə kimi iclasın keçirilməsinə tam məsuliyyətlə yanaşdı.

Toplantının açılışına sədrlik edən Qazaxıstan Baş nazirinin müavini və Xarici İşlər Naziri Qasımcomərd Tasayev bir illik sədrlik müddəti bitdiyindən öz səlahiyyətlərini yeni seçilmiş sədrə - Tofıq Zülfüqarova verdi. İclas öz işini Heydər Əliyevin məktubunu oxumaqla davam etdirdi. Məktubda deyilirdi: «Müstəqillik əldə edəndən az sonra İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olmuş Azərbaycan qarşılıqlı surətdə faydalı əməkdaşlığın möhkəmləndirilməsində, EKO çərçivəsində iri iqtisadi layihələrdə,  xüsusilə nəqliyyat, ticarət, energetika və telekommunikasiya kimi sahələrdəki layihələrdə fəal iştirak edir. Şübhəsiz ki, bu əməkdaşlıq iqtisadiyyatın digər sahələrinin inkişafına təkan verəcək, regionda inteqrasiya proseslərini sürətləndirəcək, İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin xalqlarının rifahının yüksəlməsinə səbəb olacaqdır» [4].

1999-cu ilin sentyabr ayında Nyu-Yorkda EKO Nazirlər Şurasının və EKO- ASEAN üzv dövlətlərinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşləri keçirildi. Azərbaycan tərəfı bu görüşün təşkilatçısı, EKO-ASEAN üzv dövlətlərinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün həmsədri idi. Bu görüşdə əsasən iki beynəlxalq təşkilat arasında əməkdaşlığın yaradılması ətrafında fıkir mübadiləsi aparıldı.

Hər hansı beynəlxalq təşkilatın səmərəli olması, beynəlxalq həyatda nüfuz qazanması bu təşkilatı yaradan üzv dövlətlərin əlaqələrinin qarşılıqlı hörmət və dostluq prinsipləri üzərində qurulmasından asılıdır. EKO-ya üzv olan ölkələr arasında problemli məsələlər olduqca çoxdur və bu da təşkilatın işinə xeyir əvəzinə, daha çox ziyan gətirir. Bir sıra çətinliklərə baxmayaraq Azərbaycanın rəsmiləri Nazirlər Şurasının vaxtaşırı və növbədənkənar iclaslarında fəal iştirak etməklə təşkilatın məhsuldar işləməsinə imkan daxilində kömək etmişdir.

Sammitdə EKO-nun yenidən təşkili və qurulması məsələsinə dair qarşılıqlı anlaşma haqqında memorandum imzalandı. Yekun iclasına ümummilli lider Heydər Əliyev sədrlik edirdi. O, zirvə toplantısına yekun vuraraq demişdir: «... EKO ölkələri dövlət başçılarının Aşqabad görüşləri uğurla basa çatır, mühüm sənədlər qəbul edilmişdir. Aşqabad Bəyannaməsi bu sənədlər arasında xüsusi əhəmiyyətə malikdir... Görüş çox uğurlu və son dərəcə əlverişli şəraitdə keçdi. Hazırlıq işi bunda öz rolunu oynadı. Mühüm məsələlər müzakirə edərək, son dərəcə əhəmiyyətli sənədlər qəbul etdik...» [2].

Zirvə toplantısında EKO məkanında kommunikasiya xətlərinin inkişafına diqqət yetirildi və bu sahənin təşkilatın fəaliyyətində prioritet olması bir daha təsdiqləndi. Zirvə toplantısında iştirak edən dövlət başçılarının iştirakı ilə Məşhəd-Sərəxs-Təcən dəmir yolunun açılış mərasimi oldu. Beləliklə, EKO məkanının dəmiryolu xətləri vasitəsilə inteqrasiya olunma prosesində faydalı bir addım atıldı. Bu yolun açılışı ilə Mərkəzi Asiya ölkələrindən tranzit mallarının Fars körfəzinə daşınması üçün real imkan yaranırdı. İranla Türkmənistanın dəmir yollarının birləşdirilməsi mərasimində Heydər Əliyev də iştirak etdi [1].

Sərəxsdə olarkən EKO-nun dörd üzvü - Özbəkistan, Azərbaycan, Gürcüstan və Türkmənistan arasında dəmiryollarının birləşdirilməsini nəzərdə tutan saziş bağlandı. Bu, təşkilat məkanında səmərəli əməkdaşlıq istiqamətində atılan daha bir addımdır».

Ümummilli lider daha sonra demişdir: «...Artıq bu gün Bakı limanı nəqliyyatın Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində bölüşdürülməsi qovşağının funksiyalarını yerinə yetirmək iqtidarındadır və Xəzər hövzəsindəki bütün limanlar arasında ən güclü və yüksək texniki təchizata malik limandır. Onun imkanları İranın Ənzəli və Noşəhr limanlarına, habelə, Türkmənbaşı, Mahaçqala, Həştərxan və Aktauya gedən yüklərin vurulması və boşaldılması işlərini tamamilə təmin etməyə şərait yaradır...» [3, 443].

Nitqinin sonunda Heydər Əliyev demişdi: «...Əminəm ki, bu gün qəbul olunan bəyannamədə əksini tapan layihələrin həyata keçirilməsi EKO ölkələrinin qarşılıqlı surətdə faydalı əməkdaşlığına və nəticə etibarı ilə sabit sülhün və ölkələrimizin, xalqlarımızın tərəqqisinin təmin olunmasına kömək edəcəkdir» [3, 445].

Çıxışın ikinci hissəsində Azərbaycan prezidenti Heydər Əliyev bir sıra siyasi məsələlərə də toxunaraq qeyd etmişdir ki, "təşkilatımızın ahəngdar və məhsuldar işləməsini şərtləndirən amillərdən biri Cənubi Qafqaz bölgəsində sülhün, sabitliyin və əmin-amanlığın bərpa olunmasıdır. Bu məqsədlə biz təklif edirik ki, İranın da iştirakı ilə Cənubi Qafqaz dövlətləri arasında Təhlükəsizlik paktı imzalansın. Belə bir təkliflə biz artıq çıxış etmişik və İranı da bu prosesdə iştirak etməyə dəvət edirik. Bölgədə sülh və əmin-amanlıq bərqərar olmadan iqtisadi tərəqqiyə nail olmaq qeyri-mümkündür". Heydər Əliyev Ermənistanın Azərbaycana hərbi təcavüzünə son  qoymadan belə bir paktın imzalanmasını real hesab etmədi. O əlavə etdi ki, Ermənistan təcavüzkar əməllərindən əl çəkməklə, belə bir paktın imzalanmasına şərait yaratmalıdır.

Biz dəfələrlə bəyan etmişik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dinc yolla həll olunmalıdır... Bütün xalqlarla, o cümlədən, qonşularla sülh şəraitində yaşamaq ıstəyirik. Lakin Ermənistanla belə əməkdaşlıq yalnız və yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən, qaçqınlar öz daimi yaşayış yerlərinə qayıtdıqdan sonra mümkün ola bilər..." [5].

EKO-nun Zirvə toplantılarında həmişə Azərbaycanın iştirakı məhsuldar və əsasən İzmir müqaviləsinin tələbləri səviyyəsində olmuşdur. Bütün toplantılarda peşəkarlıq nümayiş etdirən Azərbaycan rəhbərliyi həm də təşkilatın tribunasından erməni təcavüzünün ifşa olunması üçün bir vasitə kimi istifadə etmişdir. Təcavüzə məruz qalmış bir ölkənin belə çıxış etməsinə mənəvi haqqı vardır. Zirvə toplantılarında iştirak edən dövlət başçıları bunu dərk edirlər. Bütövlükdə müstəqilliyinin ilk illərində ölkəmizin EKO ilə əməkdaşlığının möhkəm əsasda və düşünülmüş siyasətlə formalaşması qarşılıqlı münasibətlərin gələcək perspektivini müəyyənləşdirmişdir.

Ədəbiyyat:

"Azərbaycan" qəzeti, 14 may, 1996

1.      Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. VI kitab. Bakı, Azərnəşr, 1998, s.283

2.      Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. IX kitab. Bakı, Azərnəşr, s.443;445

3.      EKO Sammit Communiques and Deklarations. 1992-2002. Tehran, 2002, p.1

4.      "Pakistan Times" 8 fevral, 1992

5.     "Respublika" qəzeti, 22 may 1999

6.     "Respublika" qəzeti, 15 oktyabr 2002

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM