Sosial aspektdə ailə konflikti probleminin qoyuluşu və qanunla tənzimlənməsi

14:03 / 27.12.2013


Hüseyn Rəhimirad Əyyub oğlu

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu dissertantı

 

      Azərbaycan  Respublikasının Ailə Məcəlləsinə əsasən nigah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Nigaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır.

Azərbaycan Respublikasının qanunları bu ölkədə ailənin uzunömürlülüyünün və kənar müdaxilələrdən qorunmasının qarantıdır. Bu qanunlar ailəni tamamilə öz mühafizəsi altına alır və ona demək olar ki, xarici bəlalardan qorunması üçün müəyyən hüquqlar bəxş edir. Lakin bu hüquqlar ailənin daxili psixoloji gərgin durumlarında öz qüvvəsini itirir. Çünki qanunlar insanların mənəvi vicdanlarına nəzarət edə bilməz. Bu səbəbdən ailə üzvləri, xüsusilə də ailə başçıları öz mənəvi hisslərinə etibar etməli və ailənin müqəddəsliyi ali qanununa riayət etməlidirlər. Ailələrdə çıxan problemlərin səbəblərinin əksəriyyəti ailə başçılarının qarşılıqlı anlaşılmamazlığından irəli gəlir. Ailədə çıxan problemlər ailə daxilində həll olunmursa və məsələ ciddiləşirsə,  bu zaman dövlətin qanunları köməyə gəlir.

Ailə daxili münaqişələri araşdırdıqda tədqiqatçıların hər birinin bu xüsusda ayrı görüşü olduğu qənaətinə gəlirik. Ümumiyyətlə, münaqişədə əsas mövzu o cümlədən anlaşılmazlıq, kontakta girə bilməmək ziddiyyətli faktorlardan hesab olunur. Münaqişələrdə iki görüş var ki, müxtəlif aspektlərdən diqqətə alınmalıdır. Dominant nəzəriyyə olaraq klassik baxış münaqişəni dağıdıcı və böhran səbəbləri və dezavantajlarına görə diqqətə alır. Bu məqamda münaqişənin təcilli həllinə çalışmaq lazımdır. Digər tərəfdən interaktiv baxışda münaqişənin dərki müxtəlif nəzərlər və ixtilaflı qərarlar nöqsanların davamlılıq faktoru kimi bilinir.

Cəmiyyətin sosial aurası çox rəngarəngdir, çünki bütün bunların əsasında dünya-insan münasibətləri dayanır. Bu baxımdan insanın bir sosial varlıq və fərd olaraq dünyaya qarşı münasibətlərini şərti olaraq obyektivist və subyektivist kimi iki fərqli prizmada dəyərləndirmək mümkündür. Obyektivist konsepsiyaları materialist və yaxud idealist xarakterlərinə bağlı, sırf obyektiv yanaşma olaraq ələ almaq olar. Yəni bu zaman varlıq etibarılə subyektin arzu və iradəsinə bağlı olmadan müstəqil mövcudluq qabiliyyətinə malik olmaq halı nəzərdə tutulur.  Hegel, Feyerbax və Marks öz sosial-fəlsəfi nəzəriyyələti ilə məhz bu amala xidmət edirdilər. Bu təlim özü-özlüyündə insan həyatında idrakın rolunu çox yüksək qiymətləndirir. İnsan idrakı bu nəzəriyyədə rasional bilik deməkdir və rasional bilik vasitəsilə biz dünyanı başa düşür, cəmiyyətdə özümüzü idarə edir, başqaları ilə münasibət qurur, ümumi dünyagörüş qazanır, ətrafımızda baş verənləri analiz edir və necə deyərlər "davranışlarımızı" müəyyənləşdiririk. Subyektivlik isə obyektivliyin tam tərsinə olaraq bütün varlıqları və dünyada baş verənləri, fərdlər arası sosial münasibətlərin məcmusunu insana tabe edir. J.P.Sartrın fəlsəfəsi bu tip subyek­tivizm üçün parlaq misal ola bilər. O, hesab edirdi ki, öz iradəsindən asılı olmayaraq «varlığa atılmış» insan tamamilə azaddır [1, 23]. Ümumi həqiqət və ümumi qaydalar yoxdur. Hər bir insan özünəməxsus qorxu və riskə görə həyatını qurur, nə istəyirsə onu da edir və yalnız öz qarşısında cavabdehdir. Ümumi həqiqətlərə və görüşlərə tabe olmaq onunçun xəyanətdir. Yaspers üçün (Toynbinin dediyi kimi, Z.M.) tarix şəxsiyyət yaradıcılığının nəticəsidir, şəxsiyyətdən kənarda heç bir tarix ola bilməz. Şəxsiyyət  özü-özlüyündə sosial sfera üçün bir dünyadır və bir problem olaraq fəlsəfi kateqoriyalar da tədqiqə məhkumdur [3, 67].

Müasir dünyamızda sosial sorğuların forması və tipi də gündən-günə dəyişir. Sosial sorğuların bir növü kimi in­ternet səhifələrində aparılmış axtarışlara görə bu gün dünyada, təqribən 200 milyondan çox narkoman qey­diy­yat­da­dır ki, bunların da  əksər hissəsi ailə prob­lem­lə­ri, tərbiyə prosesinin düzgün qurulmaması ilə əlaqədardır [3, 45]. Başqa sözlə desək, XXI əsrin ən faciəli və təhlükəli bəlası insanların, xüsusilə azyaşlıların və gənc­lərin narkotik maddələrə meyl etməsidir.

Ailə fərdin dünyasında əlbəttə ki əvəzsizdir. Belə ki, onun tədricən inkişaf etməsində, yaxşı və pis olmasından asılı olmayaraq cəmiyyətə özünü tanıtdırmasında, davranışlarında və s. xüsusiyyətlərində üzvü olduğu ailə əhəmiyyətli rol oynayır. Araşdırmalardan da məlum olduğu kimi, cəmiyyətə məxsus dialektik dəyişikliklər bir növ sosial institutlara bənzəyir və onlar müxtəlif formalarda ortaya çıxır. Yəni onlar yaranış qaynaqlarına bənzər formalarda həm müəyən müddətdə həm də qısa formalarda və kəskin formalarda özünü biruzə verirlər. Ailədə qeyd olunan bu institutların hamısının böyük təsiri hiss olunur.  Onların arasında hüquq da var, siyasət də, din də var, qədimlərdən axıb gələn adət ənənələr də və s.   Araşdırmalardan aydın olur ki, cəmiyyətdə yaranan tarixi dəyişikliklər sosial ins­titut kimi ailədə də müxtəlif formalarda ortaya çıxır. Belə ki bu formalar həm təd­ri­­cən yumşaq şəkildə, həm də sərt şəkillərdə özünü biruzə verir. Bu sahənin tədqiqinin çə­tin­­li­y­i ondan ibarətdir ki, ailə müxtəlif cəmiyyətlərdə siyasət, din, hüquq kimi müxtəlif insti­tut­ların çox böyük təsiri altındadır. Alimlər ailənin digər tərəfini də onun cə­miy­yə­tə, şəxsiyyətin formalaşmasına, dəyərlərə, ideallara, mədəni irsə münasibətini və tə­sirini xüsusi ilə qabardırlar. Məsələn, ailə münasibətləri ilə bağlı araşdırmalar aparmış  C.Mirdok hesab edirdi ki, ailənin əsas funksiyalarına cinsi, reproduktiv, tərbiyəvi (və ya sosiallaşma), iqtisadi və s. istiqamətlər aiddir.  Bu funksiyaların hər biri özünəməxsus əhəmiyyətə malikdir. Amma cəmiyyət­də müəyyən cinayətlərin, yəni ailə daxili münaqişələrin yayılmasının qarşısının alın­ması kontekstindən yanaşdıqda bu funksiyalar içərisində tərbiyəvi funksiya daha bö­yük əhəmiyyət kəsb edir. Tərbiyəvi funksiya, ailədə fərdlərin düzgün tərbiyə metoduna riayət edilərək tərbiyə olunmaları ona görə xüsusi əhəmiyyətli hesab edi­lir ki, burada cəmiyyətin mədə­niy­yə­ti, adət-ənənəsi, tarixi-mənəvi dəyərlər sistemi və s. bir nə­sil­dən digərinə keçirilməsində, müvafiq cəmiyyətin formalaşmasında uşaqların nor­mal dav­ra­nı­şlarının təmin edilməsində aparıcı rola malikdir.

Qədim dövrdən başlayaraq fəlsəfə tarixində insanın başqaları ilə münasibətdə zorakılığa anadangəlmə meyl göstərməsi haqqında çoxlu fikirlər olmuşdur. Heyvanların davranışını öyrənən yeni elm - etologiya XX əsrin ortalarında meydana gəlib. Bu elmin yaradıcısı K.Lorens müharibə, təcavüz kimi sosial hadisələri insan və heyvan üçün ümumi olan təcavüz instinkti ilə izah edir. Lakin heyvanlarda bu instinktin təzahürü əyləc  qurğuları ilə saxlanılır, insanda isə bu qurğular bağlanır, xarab olur; odur ki, bizim əksəriyyətimiz sözün əsl mənasında insan deyilik, heyvan ilə əsl insan arasında aralıq bir dəstəyik [3, 89]. Bizim silaha, zorakılığa anadangəlmə meylimizin qarşısını heç nə ala bilməz. Postindustrial və informasion cəmiyyət şəraitində insana alət hazırlayan məxluq [Homo faber] kimi tərif vermək sivilizasiya konsepsiyalarında о qədər geniş yayılıbdır ki, həyatın məqsədi həyat vasitələri ilə əvəz olunmağa başlayır. Reallığı dəyişdirməyi öyrənən insan, öz ətrafını da dəyişir. Mexanizm və texnologiya ona öz qanunlarını diktə edir və о da süni strukturlara doğru can atır. İnsan özünə üzvi həyatdan uzaqlaşan, texnikalaşmış fərd kompleksini yetişdirir. "Mənasız qəddarlıq, daxili inamsızlıq, intuisiya və hissiyyatın distrofiyası [pozulması] - texniki formanın təbiətə üstün gəlməsinin əlamətləri bunlardır. Texnikalaşmış dünya, bürokratiyanın öldürücü mühafizəkarlığı şəxşsizləşdirmə, insanın təbii vəziyyətdən uzaqlaşdırılmasının əlamətləridir" [6;7]. Bəzi alimlər hesab edirdilər ki, xalq kütlələrini bir qrup yaxşı hazırlıqlı insan [elita] idarə etməlidir. Bir çoxları isə göstərir ki, cəmiyyətə mütləq lider lazımdır. Elitizm konsepsiyasının tərəfdarları hesab edirlər ki, xalq cəmiyyəti idarə edə bilməz, çünki onun, birincisi, siyasətdə, iqtisadiyyatda və başqa sahələrdə səriştəsi yoxdur; ikincisi, bir qayda olaraq kütlə fəaliyyətsiz və ətalətlidir, fəallığı isə dalaşqanlıq, cəmiyyətin əsasını dağıtmaq formasında büruzə verir; üçüncüsü, cəmiyyətin kütlələr tərəfindən idarə edilməsi texni­ki cəhətdən nıümkün deyil, çünki bütün xalq parlamentdə, nazirlər kabinetində iclas keçirə bilməz, ona görə də mütləq xalqın nümayəndələrini seçmək lazımdır. Deməli, cəmiyyəti idarə etmək üçün yüksək hazırlıqlı, səriştəli adamlar, yəni elita zəruridir  [4, 67].

Əlaqələrə öz dünyaları, hissləri, düşüncələri və həyata baxışları, dünyagörüşləri istiqamətində baxmaq qadını xəyallarındakı evlilikdən mən edə bilər. Gözlədiklərinin əri tərəfindən qarşılanmaması qadını ondan uzaqlaşdırır və tədricən soyumasına gətirib çıxarır, ki bu da qadının "öz dünyası"nda xoşbəxt olmaması və s.kimi düşüncələri doğurur.  Kişinin buna reaksiyası hirslənmə, qəzəblənmə, vuruşma, dalaşmaq və münaqişələr şəklində olması təcüblü deyildir. Özünü dəyərsiz və əhəmiyyətsiz hiss etməsi çox nadir hallarda kişilərdə özünə məmnunluq hissi doğura bilər, əksər hallarda isə o daxilən əzab çəkər və bunu evdə, öz ailəsində də təbii olaraq hiss etdirər. Bir-birini anlama səyi yerinə bir-birini mühakimə etmə və günahlandırmağa meyl edə bilərlər.

Qadın və kişi genetik, ailə və cəmiyyət yanaşmaları baxımından fərqli fərdi xüsusiyyətləri ilə  cəmiyyət həyatında təmsil olunurlar. Əlaqələrdə fərqli şəxsi xüsusiyyətləri bilmək, bu xüsusiyyətlərə uyğun yanaşmalar tapmaq bir çox problemin qarşısının alınmasında köməkçi ola biləcək tutumları ehtiva edər. Yoldaşınızı anlaya bilmək, tutumlarının səbəblərini doğru analiz edə bilmək üçün əvvəlcə onu dinləmək bacarığını göstərə bilmək lazımdır. Dinləmək bacarığı üçün, rahat bir mühitdə sakit duyğu və bədən duruşu ilə özünüzü yoldaşınıza həsr edərək anlamaq səyinizi göstərmək və bunu hiss etdirməkdr. Diqqətli bir dinləməklə yoldaşlar bir-birlərinin sözlərinə səmimiliklə qulaq asarlar. Dinləməyin məqsədi məlumat əldə etməkdir və məlumat əldə etmək üçün dinləmənin əleyhdarı, etiraz etmək üçün dinləməkdir. Professor Ə. Bayramovun qeyd etdiyi kimi, ailə mədəniyyəti çox geniş anlayışdır.  Hər bir gənc aydın başa düşməlidir ki, ailə mədəniyyəti bir - birinə hörmətdən, səmimi münasibətdən, qarşılıqlı etimaddan, fikir və hisslərin qarşılıqlı güzəştə getməsindən, ağıllı, təmkinli yaşayışdan yaranır. Ailə mədəniyyətində böyük-kiçik məsələsi yoxdur... Özlüyündə kiçik sayılan məsələni böyütmək, ciddi münaqişə səviyyəsinə çatdırmaq yaxud böyük münaqişələri səbir və təmkinlə həll etmək mümkündür.  Buna görə də cavanlar öz ailələrinin tamlığını qoruyub saxlamaq üçün ilk növbədə cəmiyyət qarşısında ciddi məsuliyyət daşıdıqlarını dərk etməlidirlər.  Çünki nigahın əsasını məhəbbət hissi ilə borc və məsuliyyət hisslərinin vəhdəti təşkil edir [1, 47].

Cəmiyyətin sosial dinamikası və strukturu elə qurulmuşdur ki, burada fərqlilik, özüəməxsusluq sözün əsl mənasında hakimdir. Sosiallıq və özünəməxsusluq ümumiyyətlə sırf iç-içə olan məfhumlardır. Bu anlamlar istər böyük bir sivilizasiya tərkibində olsun, istərsə də ayrı-ayrı lokal cəmiyyətlərə, demək olar ki, insanın təbiəti ilə bilavasitə bağlıdır və coğrafi mühitlə şərtlənir. Fərdin sosial dünyasının arxa planında təbii ki, onun hazırkı vəziyyətinə qədərki qazandıqlarının rolu mühümdir [4, 67]. Bu qazandıqları şərtləndirici vasitə kimi, onun həyat yoluna, tutduğu mövqeyə ümumilikdə hər şeyə təsir göstərir. Elita nəzəriyyəsinin əsasını İtaliya politoloqu və fılosofu V.Pareto [1848-1923] və H.Mosku [1858-1941] qoymuşdur. Məsələn, H.Mosku demişdir: «Təşkilatlanmış azlığın təşkilatsız çoxluq üzərində suveren hakimiyyəti qaçılmazdır». «Yüz adam həmrəy, işin ümumi anlayışı ilə hərəkət edərək, bir-biri ilə həmrəy olmayan, təkbətək ünsiyyət saxlayan min adama qalib gəlir».Bu nəzəriyyənin tərəfdarları sübut etməyə çalışırlar ki, kütlə «ən yaxşı halda ətalətdə olur», həyəcana gələn vaxt isə qorxulu qüvvəyə çevrilir, nəzərə çarpan mühüm yenilikləri sevmir; bərabərliyə can ataraq insan mədəniyyətini dağıdır, onu keçmiş vəhşilik dövrünə tərəf geriyə atır. Ümumiyyətlə, mü­tə­xəs­­sis­lərin araşdırmalarında da qeyd edilir ki, bütün cə­miy­yə­ti və dünyanı narahat edən ailə münaqişələri problemini yaradan bir neçə vacib amil­lər vardır ki, bunlardan biri də ailə münaqişələriin sosial faktorlarıdır. Təbii ki, sosial-iqtisadi amillərdən bi­rin­cisi ailə həyatı, fərdin tərbiyəsi ilə bağlıdır. Təcrübi faktlar­dan da aydın olur ki, ailə problemləri olan ailədə lazımi qayğı və nəzarətlə əhatə edil­məyən insanlarda narkomaniya kimi xo­şa­gəlməz hallara daha tez-tez rast gəli­nir. Bu barədə bir çox fikir və mülahizələr mövcuddur ki, on­la­rın birində belə de­yi­lir: "Qanuni narko­tik­lər - siqaret və alkoqol qəbul edən valideynlər, qеyri-qanuni narkotiklər qəbul еdə­cək övladlar yеtişdirir". Reallıqda da bir qayda olaraq ailədə yaranmış problemlər yе­­niyеtməni "risk qrupuna" sü­rük­lə­yərək onu "artıq" vasi­tə­lər­dən istifadə etməyə sövq edir. Psixoloqlar sübut etmişlər ki, tam olmayan ailə özü inkişaf potolo­g­iya­sı­nı yaradır. Xüsusilə bir valideynli uşaq­lar­da, əksər hallarda ünsiyyət çətinlikləri yaranır, bеlə uşaqların diqqət və qayğıya daha çox ehtiyacı vardır. Yеniyеtmə diq­qət və qayğıdan kənarda qal­dı­ğı za­man "ailə çatışmazlığı", "sosial aclıq" və s. kimi hisslərlə yaşayır ki, belə zə­ru­ri ün­siyyətin olmaması da onu ailə münaqişələrinə mеylləndirir [1,  6].  Hər iki valideynin tam olduğu ailələrdə də harmoniyanın yoxluğu risk faktorla­rın­dan biri sayılır. Ailə daxi­lin­də övlada yad münasibət, tеz-tеz baş verən konflikt­lər, valideynlərin daimi "sir­rləri", bir-birinə və yaxud övlada qarşı etibarsızlıq, maddi və mədəni səviyyənin aşağı olması müşahidə olunan ailələrdə yеniyеtmələr özlərini tənha hiss edir və be­lə ailələrdə ümumi yaşayış daha darıxdırıcı olur.

İranda ailə münaqişələri zəminində baş verən problemlərin həlli istiqamətində atılan addımlar: Son zamanlar aiələlrin qurulması və sosial fəaliyyətlərinin formalaşdırılması istiqamətində xeyli önəmli dəyişikliklər müşahidə olunmaqdadır. Ailələrin qurulmasında və evlilik həyatlarının formalaşmasında əsas prioritetlər təbii ki, nəslin davamı, cütlərin bir-birilərinə hiss etdiyi ehtiyac, ictimai sosial mövqenin daha da möhkəmləndirilməsi və s.lərdən ibarətdir. Bu faktorlar təbii ki, digər Şərq ölkələrində ailələrin qurulmasında əsas meyarlar olduğu kimi hələdə öz mahiyyətini qoruyub saxlayır.

ƏDƏBİYYAT

1.    Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. Bakı: Azərnəşr, 1981.

2.    Исследование мотивационной сферы личности. Под.ред. Леонтьева В.Г., Новосибирск, 1984.     

3.    Le Bon O., Basiaux P. "Personality pro­fi­­le and drug of choice: A multivanate analysis using Cloninger on heroin addicts, alco­ho­lics and a random population group". Drug and Alcohol Dependence, № 73[2] London, 2004

4.    Hoseyni, F.  Valideyn münaqişələri ilə uşaqlı evlilərin münaqişə müqayisəsi, Tərbiyə jurnalı // "Pedaqojiyə  psixoloji fakültəsi", Elzəhra Universiteti, No4., Tehran, 2008

  1. Qarabağı, F, Vəfayi, M. Evlənmə münaqişələri və uşaq xasiyyətinin rolu, İran psixoloji jurnalı, 5 il, 18 nömrə., 2003, İran
  2. Glden Berg, A, Glden Berg, H. Ailə müalicələri, Tərcümə, H.R, Hüseyn Şahi Bərvat, və S. Nəqşbənd, Tehran, Nəşrrəvan nəşriyyatı,2004, Təbriz
  3. Nelson, R və S.L İzreayil, Uşaq davranış pozulmaları, Tərcümə, M. Monşi TusiMəşhəd, Astan Quds Rəzəvi nəşriyyatı, 1997

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM