Qloballaşma prosesində milli dövlətin vəziyyəti və onun milli təhlükəsizliyi problemi

09:00 / 30.11.2016

Qloballaşma dövründə dünya dövlətlərinin qarşılıqlı asılılığının güclənməsi, sərhədlərin şəffaflığı, miqrasiya axınlarının hədsiz intensivliyi, bütövlükdə dünyanın və hər bir ölkənin sabitliyini poza bilən yeni təhlükə mənbələrinin meydana gəlməsini şərtləndirmiş, beynəlxalq terrorizm, qeyri-leqal miqrasiya, insan alveri, etnoseparatizm və s. qəbildən olan təhlükələrin ənənəvi üsullarla dəf olunmasını qeyri- mümkün olmuşdur.
Müasir geosiyasi reallıqda təhlükəsizlik sahəsində əsas vurğu yalnız ənənəvi deyil, həm də yeni resurslar uğrunda mübarizə sahəsini də əhatə edir. Ərazi, torpaq uğrunda mübarizə hazırda ən müxtəlif növ resurslar, o cümlədən başlıca olaraq-insan resursları uğrunda mübarizə mərhələsinə keçid almışdır. Qlobal və milli təhlükəsizliyin geosiyasi determinatlarının dinamikaya uğraması, yeni geosiyasi subyektlərin, amillərin meydana gəlməsini şərtləndirmişdir.
Qloballaşma prosesləri milli dövlətlərin ənənəvi başa düşülən mövqeyinə ciddi dəyişikliklər gətirmişdir. Dünya sivilizasiyasının müvafiq mərhələsində, geosiyasi durumun başlıca subyekti olan milli dövlət, öz funksiyalarının bir qismini “yuxarı” – qlobal dövlətlərarası birliklərə, bir qismini isə “aşağı”, regional iqtisadi inzibati vahidlərə ötürməli olur. (məs: bələdiyyə təsisatlarına). Yeni dünya düzəninin formalaşması, dünyada qüvvələrin yeni nisbətini aşkara çıxarır. Bu qüvvələr qismində isə əsasən imperiya və müstəmləkə ölkələr və s. deyil, beynəlxalq münasibətlərdə qlobal və lokal amillərin nisbəti çıxış edir desək yanılmarıq.
Milli dövlət, dünya dövlətlərinin təşkilinin əsas prinsipi və modeli qismində çıxış edir. Dövlətlərarası münasibətlər ümumi qəbul olunmuş prinsiplərlə tənzimlənir: dövlət suveren olmaq üçün özünü milli dövlət elan edir və dünyanın əksər dövlətləri onu və milli identikliyini tanımalıdırlar; dövlətin müəyyən edilmiş sərhədləri toxunulmazdır və birtərəfli qaydada dəyişdirilə bilməz; dövlətdən yüksəkdə elə bir hakimiyyət orqanı yoxdur ki, dövlətlərin bir-birinə münasibətini nizamlaya bilsin.
Müasir dünyada millət - dünyanın ictimai təşkilinin əsas vahidi, milli dövlət isə – onun siyasi təşkilinin vahididir. Milli dövlət, milli suverenitetin başlıca daşıyıcısı olub, xalqın beynəlxalq münasibətlər sistemində öz marağını təmsil və müdafiə etmək sahəsində ümumi funksiyaları, hüquqi normalar sisteminin müəyyənləşdirilməsi, iqtisadi, siyasi, sosial və s. münasibətlərin qanuni nizamlanması, milli təhlükəsizlik strategiyasının işlənib hazırlanması sahəsində səlahiyyətlərini etibar etdiyi siyasi qurumdur. Bu vəzifə və funksiyaların miqyası və həyata keçirilməsi xarakteri eyni deyildir.[6, с. 27]
Qloballaşma dünyanın əksər ölkələrinin iqtisadi əməkdaşlığının hədsiz genişlənməsinə, dolayısı ilə də milli sərhədlərin şərti məna daşıyan vasitəyə çevrilməsinə təkan verir. Hər hansı ölkə yeni imkanlardan daha çox bəhrələnə, digəri nisbətən az fayda götürə, üçüncüsü isə ümumiyyətlə uduzan tərəf qismində qala bilər. Bütün hallarda, iqtisadi inkişafın tənzimlənməsində yeganə həlledici qüvvə kimi, milli dövlətin rolu unifikasiyaya uğrayır. Hətta, XX əsrin II yarısında sosialist sisteminin çökməsi və s. kimi hadisələrdən sonra milli dövlətlərin yaranması kimi proses geniş vüsət alsa da bu səciyyəvi xüsusiyyətdir. Yeni dövlətlər qloballaşmanın gedişatı fonunda, iqtisadi vəziyyətə nəzarət funksiyasını çətin şəraitdə yerinə yetirməli olurlar. Bununla belə, “dövlətin bütün ziddiyyətlərə baxmayaraq öz tənzimləyici funksiyasını icra edə bilməsinə inam müasir cəmiyyətdə çox böyükdür. Çünki milli strukturlar, fövqəlmilli strukturlarla müqayisədə, insanlara çox yaxın və anlaşılan səviyyədir.
Millətin və milli dövlətin, müasir dünyanın ictimai-siyasi təşkilatlanması modeli kimi qəbul olunması, milli dövlətin unikal statusunu müəyyənləşdirmişdir. Milli dövlət, dövlətçilik sisteminin müasir formada legitim mövcudluğu vasitəsidir. Öz növbəsində bu sistem universal məzmun da daşımasına görə qlobal bir fenomen kimi ortaya çıxır. Milli dövlətlər, bütün Yer üzünü əhatə etmiş və bir-birini, beynəlxalq münasibətlərin yeganə bərabərhüquqlu subyekti kimi tanıyırlar. Beləliklə də, qloballaşma, müasir həyatın bütün sahələrini əhatə edərkən, məhz bu qlobal dövlət sisteminə, infrastruktur fundament kimi dayaqlanır.[2, 304]
Qloballaşma gedişində dünya siyasətində baş verən dəyişikliklərin dinamikası milli dövlət, milli maraqlar, onların təmin edilməsi və ya pozulması kimi mövzular, alimlərin tədqiqatlarında get-gedə daha çox müzakirə predmetinə çevrilmişdir.
XX əsrin 2-ci yarısından etibarən qlobal və milli təhlükəsizlik məsələsi ilə qarşılıqlı bağlılığı get-gedə daha çox müzakirə olunmağa başladı. Milli təhlükəsizliyin yalnız hərbi-siyasi üsullarla deyil, həm də iqtisadi, sosial-demoqrafik, hüquqi və mədəni-mənəvi vasitələrlə də təmin edilməsinin vacibliyi etiraf olundu.
Belə ki, məsələn 60-90-cı illərdə beynəlxalq münasibətlər elmində mövcud olan neorealizm nəzəriyyəsinə görə, dövlətin təhlükəsizliyi haqqında elmin predmeti əsasən xarici hərbi və geosiyasi təhlükələr ola bilər. Yəni, başlıca təhlükələr ölkənin sərhədlərinin hüdudları xaricindən gələ bilər və hərbi xarakter daşıya bilər. Həm də bu zaman təhlükənin yönəldiyi yeganə obyekt-dövlət ola bilər. Məlum olduğu kimi, neorealizmin əsas müddəası-milli maraqlar anlayışıdır. Neorealistlərin fikrinə görə, təhlükəsizlik əsasən milli dövlətin daxili problemlərinə aiddir və təhlükəsizliyin təmin olunması məsələləri ilə bilavasitə bağlı deyil.[9, 5]
Ötən əsrin 90-cı illərində məhz neorealistlərdən biri - S.Uolt belə mövqeləri kəskin tənqid etməyə başladı. O belə bir fikri əsas tuturdu ki, milli təhlükəsizlik olduqca geniş bir anlayış olmalıdır. Bu mövqeni dəstəkləyərək təhlükəsizlik anlayışını sahələr və bölmələr üzrə genişləndirərək ilk nəzəri modelini verən alim isə Barri Buzan olmuşdur. O, təhlükəsizlik anlayışını genişləndirərək buraya beş sahəni əlavə etmişdir:[8, 308]
1. Hərbi təhlükəsizlik;
2. Siyasi təhlükəsizlik;
3. İqtisadi təhlükəsizlik;
4. Sosial təhlükəsizlik;
5.Təbii-ekoloji təhlükəsizlik;
Sadalanan sahələr üzrə təhlükəsizlik nəzəriyyəsinin geniş yayılması, təbii olaraq, miqrasiyanın da milli təhlükəsizlik problemləri əhatəsinə daxil edilməsini dərk etməyə doğru mühüm addım oldu. Eyni zamanda növbəti daha bir xüsusiyyətin aşkara çıxarılması üçün zaman lazım idi: potensial təhlükə mənbələri yalnız dövlətə deyil, həm də cəmiyyətə, iqtisadi həyata, sosial vəziyyətə də təhdidlər yarada bilər. Bunu isə təhlükəsizliyin obyektinin yalnız milli dövlət sayıldığı neorealizm nəzəriyyəsi çərçivəsində izah etmək qeyri- mümkün idi.
Qloballaşma şəraitində, millətlərarası qarşılıqlı əməkdaşlığının intensivləşməsi, dünya iqtisadiyyatı və siyasətində qeyri-dövlət subyektlərinin, eləcə də transnasional menecmentin rolunun artması nəticəsində dövlətlərarası münasibətlərdə “çoxmərtəbəli”, çoxsəviyyəli piramida formalaşır. Dünya miqyasında bir növ yerdəyişmə müşahidə olunur: dövlətin birinciliyi və beynəlxalq birliyin ikinciliyi durumundan, əks duruma doğru meyl formalaşır.[2, 24] Suveren dövlətlərin qarşılıqlı münasibətlərin Vestfal sistemi çox mürəkkəb dövrünü yaşayır. Məsələn: BMT-nin fəaliyyəti milli dövlətin suvereniteti prinsipinə (yəni Vestfal münasibətlər sisteminə) dayaqlanır. Bununla belə, qeyd etmək lazım gəlir ki, BMT-nin Təhlükəsizlik Şurası, 1991-ci il 5 aprel (688 №–li) qətnaməsində beynəlxalq müdaxilənin məqsədəuyğunluğu müddəasını qəbul etdi”. Beləliklə də, humanitar məqsədlərlə həyata keçirilən humanitar intervensiya, formalaşmaqda olan yeni dünya düzəninin əhəmiyyətli elementinə çevrilməkdədir.
Qloballaşan dünyada milli təhlükəsizliyinin səmərəli təmin olunmasına yönəlmiş siyasətin həyata keçirilməsi üçün ilk növbədə: dövlətin milli maraqlar sistemi müəyyən olunmalı və dəyərləndirilməlidir; milli maraqların təhlükəsizlik baxımından əhəmiyyətinə və kəskinliyinə görə prioritetləri sıralanmalıdır;milli maraqlara yönəlik əsas xarici və daxili risklər, təhdidlər və təhlükələrin mənbələri hədəfə alınmalıdır;qlobal və regional inkişafın başlıca inkişaf meylləri izlənilməli və onların milli maraqlara təsirləri təhlil edilməlidir;dövlətin daxili potensialı (siyasi, iqtisadi, hərbi və s.) və beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi, yeri və rolu nəzərə alınmalıdır;mövcud milli təhlükəsizlik durumunun dəyişən reallıq şəraitində ardıcıl olaraq monitorinqi aparılmalıdır.[4, 9]
Qloballaşma dövründə xüsusilə də geniş şəkil alan beynəlxalq terrorizm və miqrasiya prosesləri siyasi təhlükəsizliyə təsir edərək cəmiyyətdə sosial və siyasi gərginlik törədən potensial təhdid mənbəyi qismində çıxış edir. Beynəlxalq münasibətlər sahəsində dövlətlər arası problemlər yarada bilən siyasi qərarların verilməsinə, sanksiyaların tətbiqinə gətirib çıxarır. Dövlətin vaxtında və adekvat həyata keçirilən siyasəti ilə onu tənzimləməməsi qeyd edilən miqrasiya amilinin qeyri-leqal müstəviyə, “kölgəyə” çəkilib getməsini və daha da təhlükəli şəkil almasını şərtləndirir. Hazırda miqrantların gəldikləri ölkələrdə cəmiyyətə inteqrasiyası da qlobal problemə çevrilir.
Qlobal miqrasiya prosesləri dövlətin həyatında milli-siyasi münasibətlərin mahiyyətinə də təsir göstərir. Miqrasiya axınları insanları istər-istəməz ən azı iki dövlətlə bağlı vəziyyətə gətirir. Milli kimlik məsələləri həssas durumda qalır. Miqrasiya axınları dövlətin ərazi bütövlüyünü, sərhədlərinin kövrəkliyini, “boz zonaların” yaranmasını şərtləndirir. Öz mədəniyyətlərinin daşıyıcıları olan miqrantlar “mədəniyyətlərin toqquşması” vəziyyətini yaradır. Özünütəcrid edən “miqrant anklavlarının” yaranması sosial gərginlik mənbəyi kimi təhlükəli hal alır.[5, 125]
Miqrasiyanın təsir etdiyi sahələrdən biri də sosial təhlükəsizlik sahəsidir. Bu əsasən də paytaxt-meqapolislərdə daha aktual hiss olunan məsələdir. Meqapolislərdə əmək bazarının vəziyyəti, həyat səviyyəsinin yüksək olması və digər məsələlər, miqrantları cəlb edən amillərdəndir. Ümumiyyətlə, meqapolis dedikdə, yaşayış imkanlarının, həyat səviyyəsinin başqa şəhər yaxud da əyalətlərlə müqayisədə daha yüksək olduğu, burda yaşayan sakinlərin öz həyat tərzinə malik olduğu, özünəməxsus keyfiyyətləri ilə səciyyələnən sosial-ərazi birliyidir. Paytaxt-meqapolislərdə sosial təhlükəsizliyin təmin olunması çox vacib məsələdir. Bir çox ölkələrdə bu məqsədlə paytaxt meqapolislərdə miqrantlar üçün kvotalar müəyyən edilir. Miqrant axını nəticəsində əhalinin etnik, mədəni, sosial tərkibində baş verən dəyişikliklər daha tez müşahidə olunur.
Hazırda əksər ölkələrdə paytaxtda məskunlaşan gəlmələrə qarşı yaşanan “miqrantofobiya” hissləri, onun açıq-aşkar təzahürləri bu fenomenin daha dərindən elmi təhlil olunmasını gündəmə gətirmişdir. Miqrantofobiya özünə əks- reaksiya kimi kütləvi iğtişaşların yaranmasına, konkret ölkədə ictimai-siyasi sabitliyin pozulmasına səbəb ola biləcək potensial riskləri reallaşmasına gətirib çıxara bilər. Son illərdə Avropada, xüsusilə də Fransada miqrant iğtişaşları dalğası səngimək bilmir. Proseslərdən çıxış yollarını axtarmaq Fransa kimi klassik demokratiyaya aid edilən ölkədə qeyri-standart tədbirlərin görülməsinə səbəb olmuşdur. Misal kimi, ölkə ərazisindən qaraçıların çıxarılmasına dair qəbul edilən qərarı və onun insan hüquqlarına zidd olması barədə aparılan geniş diskussiyalara səbəb olmasını göstərə bilərik.
Miqrantların gəlməsinə qarşı mütləq mənfi münasibətlərin artması siyasi hakimiyyətə gələn qüvvələr tərəfindən müxtəlif məqsədlərlə istifadə olunur. Bəzən qarşıdurmada qanunun tələblərinə əməl edilməyərək, yerli əhali miqrant əhaliyə, gəlmə olanlara münasibətdə öz “cəzalandırma” metodlarını tətbiq etməyə cəhd edirlər. Bu hadisələrə tarixən immiqrantlar ölkəsi adlandırılan ABŞ-da da rast gəlinmişdir. Məlum “Ku-Kluks-Klan” adlanan hadisələr də məhz gəlmələrə qarşı artıq irqçilik təzahürləri ilə müşayiət olunan tədbirlərin, miqrasiya proseslərinin qanunsuz yollarla tənzimlənməsi yaxud cəzalandırılması vasitələri kimi yadda qalmışdır.[10, 195]
Təhlükəsizlik məsələlərinin qloballaşma mərhələsi Qərbi Avropanın nümunəsində aşkar görünür. Buradakı dövlətlərarası qurum: qanunlar qəbul edən və əhali tərəfindən seçilən Avropa Parlamenti; icraedici orqan olan – Avropa İttifaqı Nazirlər Şurası, hökumətin funksiyalarını yerinə yetirən Avropa İttifaqı komissiyası, ümumi iqtisadi təsisatlar – vahid valyuta, mərkəzi bank, ümumi gömrük sahəsi, vahid vətəndaşlığın bir sıra əlamətlərinə malikdir.
Belə hesab edilir ki, Avropa İttifaqı, XXI əsrdə qlobal təhlükəsilzyin təmin edilməsi üçün model rolunu oynaya ola bilər. Burada daha çox, öz suverenitetini tamamilə saxlayan müstəqil dövlətlərin fəaliyyətinin əlaqələndirilməsini həyata keçirən təşkilatlardan söhbət gedir. Bununla belə, XXI əsrdə, lokal sivilizasiyaların sosial, siyasi, iqtisadi, texnoloji və s. əlaqələrinin artması bir tərəfdən, sivilizasiyalararası qarşıdurmanın beynəlxalq miqyasda güclənməsi də digər tərəfdən, məhz sivilizasion səviyyəli dövlətçiliyin formalaşmasını şərtləndirəcəkdir.
Artıq, dövlətlərarası münasibətlərdə qloballaşan ən yüksək hakimiyyət pilləsinin də formalaşdığına dəlalət edən əlamətlər sezilir. Bunlar prosesin başlanğıcı olub, perspektivdə cizgiləri daha aydın seziləcək vəziyyətdədir. Burada hələ ki, Avropa İttifaqındakı kimi vahid dövlətlərarası birliklər yoxdur. Bu funksiyanı müəyyən dərəcədə BMT, öz qanunverici orqanı – Baş Assambleya icra edici orqanı - Təhlükəsizlik Şurası, BMT-nin Baş Katibi və eləcə də funksional və ərazi üzrə orqanlar yerinə yetirir.[3, 93]
Beləliklə, ilk baxışda qloballaşmanın intensivliyi, qlobal münasibətlər, normalar, strukturlar dövründə milli dövlətin “köhnəldiyi” təsəvvürü yaranır. İnformasiya texnologiyalarının verdiyi imkanlar, individual azadlığın görünməmiş səviyyəsini təmin edir, insanlar dünyada gedən proseslərin fəal iştirakçılarına çevrilirlər.
Yeni dünya düzəni və burada milli və qlobal təhlükəsizlik qurumlarının nisbəti hər heydən əvvəl milli dövlətlərlə, fövqəlmilli strukturların əməkdaşlığı və fəaliyyətinin koordinasiya edilməsi, bununla da, bəşəriyyət qarşısında duran və onun inkişafını təmin edən ümumi problemlərin ardıcıl həlli istiqamətində getməlidir. Bu proseslərdə milli dövlətin roluna dair fikirlərin hər dəfə vurğulanmasına ehtiyac vardır.

 

Ədəbiyyat
1. Блинов А.С. Б Национальное государство в условиях глобализации: контуры построения политико-правовой модели формирующегося глобального порядка. М.: МАКС Пресс, 2003, 150 с.
2. Вердери К. Куда идут «нация» и «национализм»? // Нации и национализм. М.: Праксис, 2002. с. 304.
3. Ганин О.Н. Государство в условиях глобализации // Фундаментальные исследования. – 2005, № 2, c. 91-93
4. Косолапов Н. Безопасность международная, национальная, глобальная // МЭиМО, 2006. №9. с. 3-13.
5. Костина А.В. Этнокультурный ренессанс начала ХХI века // Культура на рубеже ХХ-ХХI веков: Глобализационные процессы. М., 2005, с. 125
6. Лейбин В.М. Глобальная проблематика: Научные исследования и дискуссии. М, 1991, 62 c.
7. Рашковский Е.Б., Хорос В.Г. Мировые цивилизации и современность (к методологии анализа) // Международная экономика и международные отношения. 2001. № 12. С. 34-39
8. Bartelson J. Three consepts of Globalization // International Sociology, 1998, v.13, №1,
9. Sassen S. Globalization and Its Discontents. N. Y., 1998. P. 5–30.
10. Steinbruner J.D. Principles of Global Security. Washington, 2000. P. 195-196.

Açar sözlər: qloballaşma, milli dövlətlər, qlobal təhlükəsizlik, milli təhlükəsizlik, beynəlxalq münasibətlər.
Ключевые слова: глобализация, национальные государства, глобальная безопасность, национальная безопасность, международные отношения.
Keywords: globalization, national states, global safety, national security, international relations.

РЕЗЮМЕ
Рассматривая положение национальных государств в процессе глобализации, отмечается, что этот необратимый процесс способствует укреплению взаимозависимость государств мира. Глобализация активно влияет на все сферы национальных государств. Процесс глобализации заметно меняет традиционную роль национальных государств. Об этом свидетельствует и нынешнее положение национальных государств. Национальные государства вынуждены отказаться от некоторых своих функций. Но, не смотря на это, обосновывается, что национальные государства все еще остаются главными субъектами в современной системе международных отношений.
В статье также отмечается, что период глобализации появляются новые проблемы национальной безопасности, которые требуют новые механизмы и подход решения. Все эти и другие вопросы глубоко рассматриваются в представленной научной статье.

SUMMARY
Considering position of the national states in the course of globalization, it is noted that this irreversible process promotes strengthening interdependence of the states of the world. Globalization actively influences all spheres of the national states. Globalization process considerably changes a traditional role of the national states. Current position of the national states also testifies to it. The national states are compelled to refuse some functions. But, despite it, locates that the national states still remain the main subjects in modern system of the international relations.
In article it is also noted that the period of globalization there are new problems of national security which demand new mechanisms and approach of the decision. All these and other questions are deeply considered in the presented scientific article.

Orxan Qurbanlı
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının doktorantı


"Geostrategiya" jurnalı № 03 (33MAY - İYUN 2016


Etiket:

Strategiya.az

Xəbərlər
26.05.2019

Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı

26.05.2019

Aerobika gimnastikası üzrə Avropa çempionatı: Azərbaycanın aerodans komandası qızıl medal qazanıb

26.05.2019

Peruda 8 bal gücündə zəlzələ baş verib

26.05.2019

Azərbaycan boksçuları Çexiya Qran-prisində bir qızıl və bir bürünc medal qazanıblar

26.05.2019

İranlı general gizli silaha malik olduqlarını açıqlayıb

26.05.2019

Sabahın hava proqnozu - əsasən yağmursuz

26.05.2019

Rusiyalı gimnast Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında gənclər arasında fərdi proqramda qızıl medal qazanıb

26.05.2019

Kann festivalının “Qızıl Palma” mükafatının qalibi bəlli olub

26.05.2019

Fatih Terim daha 5 il "Qalatasaray"da - rəsmi

26.05.2019

Nəsimi rayonunda mənzildə 60 yaşlı kişinin meyiti tapılıb

26.05.2019

Donald Tramp bazar günü Şinzo Abe ilə qolf oynayacaq, sumo turnirinə qatılacaq

26.05.2019

Bu gün 21 ölkədə Avropa Parlamentinə seçkilər keçirilir

26.05.2019

Fuad Poladovun heç yerdə görmədiyiniz fotoları

26.05.2019

Atəşkəs rejimi 19 dəfə pozulub

26.05.2019

"Şərq tərəfdaşlığı"nın yubiley sammiti: Azərbaycanla bağlı yalan informasiyaların mənbəyi

26.05.2019

"Bavariya" Almaniya kubokunun qalibi olub

26.05.2019

Bu gün rus bölməsi "Azərbaycan dili" fənnindən imtahan verir

26.05.2019

Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib

26.05.2019

Atletika üzrə paytaxt birinciliyinə yekun vurulub

26.05.2019

Bu gün magistraturaya qəbul imtahanının növbəti mərhələsi keçirilir

26.05.2019

Ramazanın 21-ci günü: dua, imsak və iftar vaxtı

26.05.2019

Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”

25.05.2019

“Qadın güldür, bacarsan güldür” 

25.05.2019

Heydər Əliyev Fondu son anda şəhid atasının harayına çatdı

25.05.2019

Mayın 25-30-da bu şəxslər ictimai nəqliyyatdan ödənişsiz istifadə edəcək

25.05.2019

XƏBƏRDARLIQ! Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşəcək

25.05.2019

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

25.05.2019

İstanbulda 28 May Respublika günü və Azərbaycan XİN-in 100 illiyi qeyd olunub

25.05.2019

Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq

25.05.2019

“Azeri Light”ın bir barreli 70,95 dollara satılır

25.05.2019

Salyanda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb

25.05.2019

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

25.05.2019

Bakıda kafe sahibi qətlə yetirildi

25.05.2019

Avtomobili olanlar DİQQƏTLİ OLUN: Etibarnamə qaydası elə olacaq

25.05.2019

Bakıda binanın zirzəmisində öldürülmüş kişi meyiti tapılıb

25.05.2019

Xərçəngin geniş yayılmasının səbəbi tapıldı

25.05.2019

Neftin qiyməti bahalaşıb

25.05.2019

İsmayıllıda avtomobil ustaları emalatxanalarında heroinlə tutuldular

25.05.2019

Türkiyədə 4 terrorçu zərərsizləşdirilib

25.05.2019

Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

25.05.2019

Qardaşlaşan məktəblər və yaxud Məclis Məktəbinin işıqları

25.05.2019

Birinci Dünya müharibəsinə aid qəbiristanlıqda motokros yarışları üçün salınan yol narazılıq yaradıb

25.05.2019

UEFA prezidentindən Bakıdakı finala dəstək

25.05.2019

Binəqədidə doqquzmərtəbəli yaşayış binası yanıb

25.05.2019

Cəbhədə son vəziyyət

25.05.2019

"Qafqazda Azərbaycan və erməni məsələsi" kitabının müzakirəsi keçirilib

25.05.2019

Dollar 3 gün bu qiymətə olacaq 

25.05.2019

Lyonda partlayış nəticəsində yaralananların sayı 13-ə çatıb

25.05.2019

Avtomobilin salonunda 3 yandırılmış meyit tapılıb

25.05.2019

Şenol Günəş "Beşiktaş"dan ayrıldı