ABŞ-da ERMƏNİ SOYQIRIMI İDDİALARINI QƏBUL ETDİRMƏ CƏHDLƏRİ

10:27 / 03.12.2016

Bütün dünyada fəaliyyət göstərən erməni lobbisinin əsas məqsədi Ermənistanın və Dağlıq Qarabağ separatçılarının maraqlarını qorumaqdan ibarətdir. Bu istiqamətdə fəaliyyət göstərən lobbist təşkilatların əsas hədəfi sözsüz ki, Azərbaycan və Türkiyədir. Ermənistanın Azərbaycana təcavüzü başlayan kimi erməni lobbisi də fəaliyyətini genişləndirdi. Bu fəaliyyətin kökündə isə, Azərbaycanın beynəlxalq imicinə zərər vurmaq və Dağlıq Qarabağ münaqişəsində Azərbaycana təcavüzkar dövlət statusu qazandırmaqdan ibarət olub. Erməni lobbisi öz siyasi məqsədlərinə nail olmaq üçün müxtəlif ölkələrdə fəaliyyət göstərir. Bu siyahıya ABŞ, Argentina, Efiopiya, Uruqvay, Livan, Rusiya, Suriya, Fransa kimi dövlətləri daxil edə bilərik. Təkcə ABŞ-da erməni icması 23 qəzet və jurnala, nəşriyyat evlərinə, radio və televiziya vasitələrinə malikdir. Bu gün Yerevan hər il orta hesabla ABŞ-dan 200 milyon dollara yaxın əvəzsiz maliyyə yardımı alır. Bu baxımdan erməni diasporasının ən güclü təşkilatlandığı ölkə, sözsüz ki, ABŞ-dır.
İlk dəfə 1970-ci illərin ikinci yarısında türk diplomatlarına və Türkiyə səfirliklərinə qarşı ciddi bir terror dalğası ilə Türkiyəyə erməni soyqırımını qəbul etdirmək üçün təzyiqlərə başlanıldı. Bu kampaniyanın 1973-cü ildə Türkiyənin Kiprə müdaxiləsindən həmən sonra başlaması diqqət çəkən məqamdır.
1980-ci illərin sonuna qədər 10 illik bir dövrdə “ASALA” və “Erməni soyqırımı ədalət dəstəsi” adlı iki erməni terror təşkilatı Türkiyəyə qarşı bir çox terror hücumu həyata keçirib və bu hücumlarda türk vətəndaşları və diplomatları həlak olub. Bu terrorlardan biri də 1982-ci ildə paytaxt Ankaranın Esenboğa hava limanında təşkil edilən hücum ilə Türkiyənin xarici ölkələrdəki səfirlərinin əsir götürülməsidir. Türkiyənin ABŞ, Fransa, Kanada, Liviya, Portuqaliya, İtaliya, Yuqoslaviya, Yunanıstan kimi ölkələrdə fəaliyyət göstərən diplomatik missiyası və diplomatları erməni terror təşkilatlarının hədəfi olmuşdur. (1,s.103-104)
1915-ci il hadisələrinin soyqırım olaraq xarakterizə edilməsini qəbul etməyən sənədə imza atan 69 nəfər elm adamının da bəziləri bu şiddət kampaniyasının hədəfinə çevrilmişdir. Bugün terrorizm məsələsində həssaslıq göstərən Qərb dövlətlərinin o dövrdə erməni terrorizmi ilə mübarizə məsələsində Türkiyəyə kömək etdiyini və ya Türkiyə ilə həmrəy olduğunu söyləmək çətindir.
Amma 1983-cü il iyul ayında Parisin Orly hava limanında THY (Türk Hava Yolları) bürosunun erməni terrorçular tərəfindən hədəfə götürüldüyü hücumda fransızların da yaralanmasından sonra Qərb dövlətlərinin erməni terroruna qarşı münasibətində dəyişikliklər başladı. Bundan sonra erməni terror təşkilatları 1985-ci ildən hücumları azaltmış, Ermənistan müstəqillik əldə etdikdən sonra isə hücumlara son vermişdilər.(2)
1970-1980-ci illərdə Liviyada baş qaldıran vətəndaş müharibəsindən və xaotik mühitdən də erməni terror təşkilatlarının yararlandığı görülməkdədir.
Ermənilərin 1915-ci il hadisələrini «soyqırım» kimi qəbul etdirmək istiqamətindəki siyasi fəaliyyətləri isə 1970-ci illərin ikinci yarısında başlamış, SSRİ-nin süqutu ilə Ermənistanın müstəqillik qazanmasından sonra da davam etmişdir. Bu kampaniyanın ilk mərhələdə iki məqsədi var: ilk öncə beynəlxalq cəmiyyət tərəfindən 1915-ci il hadisələrini soyqırım olaraq tanınması, ikinci isə Türkiyənin bu “həqiqəti” tanımağa məcbur etməkdir. Soyqırım anlayışını və soyqırımı beynəlxalq bir cinayət kimi qəbul edən “BMT Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması” müqaviləsinin 1948-ci ildə İkinci Dünya Müharibəsindən sonra qəbul edilməsinə rəğmən, ermənilərin 1915-ci il hadisələrini bu hüquqi təsvirlər içinə soxmaq və beləcə dünyaya və Türkiyəyə soyqırım iddialarını qəbul etdirmək istiqamətində göstərdikləri cəhdin təməlində torpaq və təzminat istəklərinin olduğunu düşünənlərin sayı olduqca çoxdur. Ancaq ermənilərin 1915-ci il hadisələrini 1948-ci ildə qəbul edilən soyqırım qanununun içinə soxulması istiqamətindəki cəhdlərinə dəstək verən Qərb ölkələrinin və Qərbli siyasətçilərin ən azı bu mərhələdə ermənilərin torpaq və təzminat istəklərinə dəstək verməyə nə dərəcədə hazır olduqları dəqiq bilinmir.(3,)
Avropa Parlamentinin 1987-ci ildə qəbul etdiyi və 1915-ci il hadisələrini soyqırım olaraq qəbul edən, Türkiyəni də bu hüquqi təsvirləri qəbul etməyə çağıran qərarda çox açıq şəkildə “erməni soyqırımı”ndan müasir Türkiyə Cümhuriyyətinin məsuliyyət daşımadığını, bu qərarın Türkiyəyə qarşı siyasi və maddi tələblərdə əsas götürülməyəcəyi bildirilmişdir. Avropa İttifaqı Ədalət Məhkəməsi də daha sonra bəzi erməni ailələrinin müraciətinə əsasən aldığı qərarda bu məqamı vurğulamış, Avropa Parlamentinin qərarının siyasi xüsusiyyətini gücləndirərək bu qərarın Avropa İttifaqı-Türkiyə münasibətlərində hüquqi nəticəyə səbəb olmayacağını bildirmişdir. Bu günə qədər 20-dən çox Avropa və Latın Amerikası ölkəsinin parlamenti 1915-ci il hadisələrini soyqırım olaraq tanıyan qərarlar qəbul etmişdir. Fransa və Yunanıstan Parlamentlərinin qəbul etdiyi qərarlardan başqa digər dövlətlərin soyqırımı tanıma qərarlarının hamısı tövsiyyə xarakterlidir və o dövlətlərin idarəetmə orqanları üçün önəmli sayılmır. İsveçrə və Yunanıstan 1915-ci il hadisələrinin soyqırım olduğunu qəbul etməyən görüşlərin açıqlanmasını cinayət saymaqdadır.(4,s.24-29)
Fransa parlamentində qəbul edilən buna bənzər bir qərar isə söz azadlığını pozduğu iddiası ilə Fransa Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilmişdir. 1915-ci il hadisələrinin soyqırım olduğu barədə qərar qəbul edən ölkələrin bir çoxunun ortaq xüsusiyyəti bu ölkələrdə erməni əsilli əhali sayının çox olması və erməni lobbisinin fəaliyyət göstərməsidir. Erməni qrupları milli parlamentlərə təsir edə bildikləri ölkələrdə yerli idarəetmə orqanlarına da təzyiq edir, soyqırım qanun layihələrinin yerli parlamentlərdə də qəbul edilməsi üçün çalışmaqdadırlar. ABŞ-ın 50 əyalətindən 43-ü “erməni soyqırımı” qanun layihəsini qəbul etmişdir. İngiltərə, İspaniya, Avstraliya, Argentina və Braziliya kimi ölkələrdə də yerli parlamentlər səviyyəsində qəbul edilmiş qərarlar var. ABŞ-da əyalət səviyyəsində qəbul edilmiş “erməni soyqırım” iddialarının məktəb təhsil proqramına da salınmasını nəzərdə tutan bir çox qərar var.
Ərazisi 29 min kv kilometr olan Ermənistanda 3 milyon əhali yaşadığı halda, erməni diasporu 7 milyon ermənini birləşdirir. Rusiyada 1.5 milyon, ABŞ-da 1 milyon, Fransada yarım milyon erməni yaşayır. Gürcüstan, Liviya, Argentina və İran kimi ölkələrdə də erməni əhalisi yaşamaqdadır.
Xüsusən də asanlıqla assimilyasiya ola biləcəkləri Qərb ölkələrində yaşayan ermənilər üçün soyqırım iddiaları çərçivəsində birləşmək erməni kimliklərini davam etdirmək üçün istifadə edilir. Erməni diaspor təşkilatları Türkiyə əleyhdarlığından istifadə edir, erməni kilsəsi də türk düşmənliyini körükləyir.
1915-ci il hadisələrini “soyqırım” olaraq qəbul etdirmək istiqamətində həyata keçirilən kampaniyaya Ermənistan dövlətinin dəstək verməsi, dövlət səviyyəsində Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində başlanan cəhdlərə də mənfi təsir etdiyi məlumdur. 1990-cı ildə müstəqillik əldə edən Ermənistanı tanıyan ilk ölkələrdən biri Türkiyə olsa da, bu iki dövlət arasında normal diplomatik əlaqələr bugünə qədər qurulmamışdır. 1993-cü ildə Ermənistanın Azərbaycana qarşı apardığı müharibə səbəbindən Türkiyə-Ermənistan sərhəddi də bağlanmışdır. Ermənistanla Azərbaycan arasında Qarabağ problemi, Azərbaycan torpaqlarının 20 faizinin ermənilər tərəfindən işğal edilməsi Türkiyə-Ermənistan arasındakı münasibətləri daha da mürəkkəbləşdirib. Ermənistan Türkiyənin müştərək tarixçilər komissiyası qurmaq təklifini qəbul etməyib. 2007-ci ildə İsveçrə tərəfindən start verilən kampaniyada ikitərəfli münasibətləri normallaşdırmaq üçün iki vacib protokol imzalansa da, bu günə qədər heç bir nəticə əldə edilməmiş, protokolların təsdiqlənməsi Ermənistan tərəfindən dondurulmuşdur. Dağlıq Qarabağ probleminin həlli yönündə addımlar atılması Türkiyə-Ermənistan münasibətlərinə də müsbət təsir edəcək.
Erməni diasporunun Amerika Konqresinin 1915-ci il hadisələrini soyqırım olaraq tanımasını təmin etmək istiqamətindəki cəhdləri 1977-ci ildən sonra sürətlənmişdir. Bu istiqamətdəki qanun layihələri ilk öncə Konqresin Nümayəndələr Palatası gətirilmişdir. Amerikada fəaliyyət göstərən erməni lobbisi 1980-ci illərin ilk yarısında hər il cəhd etsə də, Nümayəndələr Palatasında bir soyqırım qərarı qəbul edilməmişdir.(5)
Türkiyənin israrlı müqaviməti qarşısında Amerika idarəçiləri Konqresdən hər il keçən çoxsaylı qərarlar arasında saydıqları erməni soyqırımı qanun layihəsinə qarşı çıxmağa başladılar. Cünki qanun layihəsinin Konqres tərəfindən qəbul ediləcəyi halda, rəsmi Türkiyə tərəfindən Türk-Amerikan münasibətlərinə “ciddi şəkildə” təsir edəcəyi fikri səsləndirilmişdi və amerikalılar bu fikri ciddi qəbul etməyə başlamışdılar.
Türkiyə höküməti Amerika Konqresinə təqdim edilən qanun layihələrinə digər ölkələrin parlamentlərində qəbul edilən bənzər qərarlara eyni səbəblərlə etiraz etməkdədir. Türkiyə, üçüncü ölkələrin parlamentlərinin siyasi xüsusiyyətinə işarə edərək, parlamentlər kimi siyasi orqanların tarixi mövzularda qərar almaq hüququnun olmadığını və tarixin tarixçilər tərəfindən yazılması xüsuslarını diqqətə alaraq etirazlarını bu səpkidə göstərməkdədir.
Türkiyə tarixdə yaşanmış böyük faciələrin hamısının soyqırım olaraq təsnifləndirilməyəcəyini, soyqırım mövzusunda qərarların ancaq beynəlxalq hüquqa uyğun qurulan beynəlxalq məhkəmələr tərəfindən qəbul edilə biləcəyi görüşlərini ortaya qoymuşdur. Bundan başqa Ankara, bir çox tarixçinin dərin acı nəticələri olmasına baxmayaraq 1915-ci il hadisələrinin soyqırım olaraq qəbul etmədiyini, sadəcə ermənilərin iztirablarına diqqət ayrıldığının və müsəlman əhalinin çəkdiyi əzabların gözardı edildiyinin tarixi həqiqətlərə və haqq-ədalətə uyğun olmadığını vurğuladığına da diqqət çəkməkdədir.
Amerikada fəaliyyət göstərən erməni lobbisi erməni “soyqırımı” qanun layihələrini ABŞ Konqresində qəbul etdirmək üçün bir neçə dəfə fəaliyyətə başlamış, 1915-ci il hadisələrini “soyqırım” olaraq qəbul etməyi nəzərdə tutan bu qanun layihələri 1989-cu ilə qədər Konqresin Təmsilçilər Məclisi qanadına təqdim edilmiş, layihələr komitələrdən keçsələr də, Təmsilçilər Məclisi Ümumi Assambleyasına göndərilmədən qarşısı alınmışdır.
Türkiyə qanun layihələrinə mane olmaq üçün ABŞ hakimiyyətinin, Türkiyə ilə iş quran Amerika şirkətlərinin, Amerika yəhudi lobbisinin, peşəkar lobbi şirkətlərinin dəstəyini istəmiş, nəticədə Təmsilçilər Məclisi sədrləri tərəfindən son anda qanun layihələri gündəlikdən çıxarıldığı üçün Təmsilçilər Məclisi Ümumi Assambleyasına çatmamış və səsverməyə qoyulmamışdır. Qanun layihələrinin Amerika erməni və yunan lobbilərinin cəhdlərinə rəğmən, Ümumi Assambleyada səsverməyə qoyulmadan ləğv edilməsi Türkiyənin uğuru olaraq qəbul edilmişdir.
Bundan başqa bu cəhdlər ABŞ-da (yunan və ermənilərlə müqayisə edildikdə) azsaylı türk əsilli amerikalıların və türklərin birləşməsini və lobbi fəaliyyətlərinə başlamalarına da səbəb olmuşdur. Amerikadakı türklərin qurduğu Türk Amerikan Dərnəkləri Assambleyası 1985-1990-c illər arasında erməni iddiaları mövzusunda Amerika Konqresi və Amerika ictimaiyyətinə aid nəşrlər çıxartmışdır.
Ermənilər “soyqırım” qanun layihələrini Konqresin Senat qisminə ilk dəfə 1989-cu ildə təqdim etdilər və Senatda ciddi bir mübarizəyə başladılar. Senata erməni soyqırımı qanun layihəsi o dövrdə iqtidarda olan Respublikaçılar Partiyası Kanzas əyalətinin senatoru Robert Dol tərəfindən təqdim edilmişdir. Senator Dolun partiya və Senat daxilindəki gücü, daha əvvəl partiyanın sədrliyinə namizədlərdən biri olması və Senatdakı hakim partiyanı təmsil etməsi səbəbi ilə qanun layihəsinin Senatda qəbul ediləcəyinə inam böyük idi.
Tanınmış və çox nüfuzlu bir siyasətçi olan Senator Dolun erməni qanun layihəsinin müdafiəçisi olmağı qəbul etməsi səfirlikdə və Ankarada ciddi bir təşvişə səbəb olmuşdu.
Bu dövrdə ABŞ-ın prezidenti Corc Buş idi. Daha əvvəl Respublikaçılar Partiyasının sədrliyi postu uğrunda yarışan Buş və Dol arasında münasibətlərin həssas olduğu və prezident Buşun Senatda böyük nüfuza sahib Dol ilə münasibətləri daha da pozmamaq istədiyi məlum idi. Səfirliyin də təxmin etdiyi kimi, Buş adminstrasiyasının erməni qanun layihəsi ilə mübarizə mövzusunda istəksiz olduğu və Dol əleyhinə çıxmaq istəmədiyi qısa bir müddətdə məlum oldu.
Senator Dol erməni soyqırım qətnamə layihəsinə qısa müddətdə 61 nəfər tərəfdar toplaması layihənin Senatdan keçməyinin qarşısında əngəl olmağın demək olar ki, qeyri-mümkün olduğunu göstərirdi. Senator Robert Dol Türk Səfirliyinin israrlı görüş istəklərini qəbul etmirdi. Səfirlik qısa bir müddət içində Dolun erməni lobbisi ilə yaxın münasibətlərinin olduğunu öyrəndi. Senator, 2-ci Dünya Müharibəsi zamanı İtaliyada qolundan ciddi şəkildə yaralanmış, ABŞ-a qayıtdıqdan sonra müalicəsini bir erməni həkim etmiş və əlini kəsilməkdən bu həkim xilas etmişdi. Senatorun həm erməni həkimlə olan əlaqəsi, həm də davam edən siyasi hədəfləri üçün erməni lobbisindən dəstək almaq istəyi səbəbiylə qərar layihəsini Senatdan keçirməkdə qərarlı olduğu anlaşılırdı.(6.,s.98-101)
Corc Buş rəhbərliyinin açıq şəkildə Senator Robert Dola qarşı çıxmaq istəmədiyi üçün Türkiyə, Konqresin Senat qanadında tək qalmış görünürdü. Ancaq, Səfirliyin Konqresdə keçirdiyi görüşlər zamanı Senatdakı çox əhəmiyyətli bir senatorun, Senator Robert Bayrdın qərar layihəsinin məclisə təqdim edilməsinə və qəbul edilməsinə qarşı çıxdığı məlum oldu. Demokratlar Partiyası Qərbi Virciniya ştatının senatoru Bayrdın bir müddət əvvəl Türkiyəyə səfər etmiş olduğu, bu səfəri zamanı Türkiyənin Qərb təhlükəsizlik sisteminə verdiyi töhfədən çox təsirləndiyi, erməni soyqırım layihəsinin Türk-Amerika əlaqələriə pis təsir edəcəyindən çəkindiyi ortaya çıxmışdı.
Senatın Ayrılmışlar Komitəsinin Sədri olan, Demokratlar Partiyası daxilində və Senatda güclü olduğu məlum olan Senator Bayrdın erməni "soyqırımı" qətnamə layihəsinə qarşı müxalif olmağı üzərinə götürməsi Senatdakı vəziyyəti tamamilə dəyişdirir və qərar layihəsini iki güclü senator: Dola və Bayrd arasında bir güc mübarizəsi vəziyyətinə gətirirdi.
Vəziyyətdəki bir qəribəlik də qərar layihəsinə qarşı çıxan Robert Bayrdın Demokratlar Partiyası, qərar layihəsini təqdim edən və müdafiə edən Robert Dolun Respublikaçılar Partiyasının üzvü olması, qərar layihəsinə etiraz edəcəyi gözlənilən ABŞ rəhbərliyinin başında da Respublikaçılar Partiyasından bir prezidentin, Corc Buşun olması idi. Bu üç güclü Amerika dövlət adamının arasında münasibətlər qətnamə layihəsi üzərindəki mübarizəni daha mürəkkəb və maraqlı bir vəziyyətə salırdı.
Senator Dol, Erməni "soyqırımı" qətnamə layihəsini təqdim etmək üçün məclisdə 54 nəfər həmrəy tapdı. O, 1989 Sentyabr ayının sonunda layihəni Senatda təqdim etdi və qısa müddətdə 7 senatorun iştirakı ilə layihənin həmfikir senat sayı 61-ə çıxdı.(7,s.39-45)
Qətnamə layihəsi oktyabr ayının əvvəlində Senatın Ədalət Komitəsindən asanlıqla keçdi. Ancaq layihəyə Senator Bayrdın müxalifliyi sürətləndikcə layihənin Senat Ümumi Kabinetinə gəlməsi də gecikirdi. Zaman keçdikcə Dolun tərəfdarlarından bəziləri adlarını siyahıdan sildirməyə başladı. Səfirliyin təmas etdiyi bu senatorlar "sadə bir xatırlama günü" olaraq təqdim edilən layihəyə həmfikir olduqlarını, ancaq məsələnin "sadə" olmadığını görməyə başladıqlarını, layihənin doğuracağı nəticələr səbəbilə məclisdə layihəni təqdim etməkdən imtina etdiklərini ifadə edirdilər.
Səfirliyin görüşdüyü çox sayda senator və müavinləri qərar layihəsinin gətirilməsinin səhv olduğunu qəbul etməklə bərabər, seçki məntəqələrindəki səsverənlərin etirazlarını nəzərə almaq məcburiyyətində olduqlarına da işarə edirdilər. Senat demək olar ki, Dol və Bayrdı dəstəkləyənlər olaraq ikiyə bölünmüşdü. Kaliforniya, Massaçusets, Nyu-York kimi erməni və yunan lobbisinin güclü olduğu əyalətləri təmsil edən senatorlar Dolu dəstəkləyərkən, xarici siyasətlə daha yaxından məşğul olan senatorlar Bayrdı dəstəkləməyə meylli idilər. Senat Silahlı Qüvvələr Komitəsinin Sədri, Demokratlar Partiyası Corciya ştatının Senatoru Sam Nunn kimi senatorlar açıq şəkildə qərar layihəsinə qarşı çıxmağa başlamış, 1990-cı il yanvar ayı başlayanda layihəni dəstəkləyənlərin sayı 61dən 46-ya düşmüşdü. Türkiyə isə Corc Buş rəhbərliyini qərar layihəsinə qarşı daha ciddi mübarizəyə sövq etmək məqsədilə 1990-ci ilin dekabr ayında ABŞ ilə hərbi əməkdaşlıq məsələsində bəzi məhdudlaşdırıcı tədbirləri həyata keçirdiyini açıqladı. Türkiyənin bu qətiyyətli mövqeyinə qarşı Corc Buş rəhbərliyini Senator Dola qarşı hərəkətə geçirmək mümkün olmadı.
Buş rəhbərliyinin Türkiyəni qane etmək və layihəyə qarşı müqaviməti qırmaq üçün layihəyə "Türkiyənin Osmanlı İmperatorluğu dövründə meydana gələn 1915-ci il soyqırımına görə məsul tutulmayacağını" vurğulayan ifadələr verilməsi təklifləri də Türkiyə tərəfindən qəbul edilmədi.

ƏDƏBİYYAT
1. The Assembly of Turkish American Associations, Armenian Allegations; Myth and Reality: A Handbook of Facts and Documents (Washington DC.:1987),
2. The Central Intelligence Agency, “The Armenian Secret Army for The Liberation of Armenia: A Continuing International Threat,” FOIA Collection, 1 Ocak 1984, http://www.foia.cia.gov/sites/defa- ult/files/document_conversions/89801/DOC_0005462031.pdf
3. William Echikson, “Armenian bombing at Orly ends pact between Socialists and terrorists,” The Christian Science Monitor, 19 Temmuz 1983, http://www.csmonitor.com/1983/0719/071947.html
4. Micheal M. Gunter, Pursing the Just Cause of Their People, A Study of Contemporary Armenian Terrorizm (Greenwood Press, 1986).
5. Maxime Gauin, “Le Communautarisme Arménien Echoue Encore à Extorquer de l’Argent au ContTribuable Français,” Turquie News, 15 Ekim 2013. http://www.turquie-news.com/rubriques/editos-tribune-libre/16989-le-communautarisme-armenien-echoue.html
6. Justin McCarty and Carolyn McCarty, Turks and Armenians, A Manualon the Armenian Question (Washington DC: The Assembly of Turkish American Associations, 1989
7. Willimann, Isidor ve Micheal N. Dobkowski. Genocide and the Modern Age, Etiology and Case Studies of Mass Death. New York: Greenwood Press, 1987.

Key words: Armenian, lobby, USA, Turkey, congress.

Ключевые слова: Арменин, лобби, США, Турция, конгресс.

RESUME
Lobbyism in the USA is to make a direct impact on the USA congressmen both in Senate and the House of Representatives in the frame of American-Armenian Congress. Two congressmen supported by senators Robert Menendez and Mark Kirk were putting pressure on the USA government for the adoption of the resolution. In 2007 the resolution was approved by the former speaker of the U.S. House of Representatives Nancy Pelosi and by Adam Schiff, the U.S. House of Representatives member from California. As a result of the Armenian lobbyism impact Adam Schiff suggested the resolution on genocide. The resolution on genocide supported by Adam Schiff was adopted by the Foreign Affairs Committee of the Chamber on October 11, 2007. Nevertheless President Bush was worried about the negative impact of the resolution on the relations with Turkey; the document was not introduced to the House of Representatives.

İlkin Həsənov
AMEA Tarix İnstitutunun doktorantı


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM