MİLLİ SİYASƏTİN FORMALAŞMASINDA DÖVLƏT DİLİNİN ROLUNUN SOSİAL-FƏLSƏFİ TƏDQİQİNİN AKTUALLIĞI VƏ ƏHƏMİYYƏTİ

09:06 / 14.12.2016

Müasir qloballaşma dövründə millətlərarası münasibətlərdə etnodil prosesləri, çoxdilli, polietnik cəmiyyətlərdə dövlət dili siyasəti sosial fəlsəfənin ən aktual problemlərindən birinə çevrilmişdir.

Müasir millətlərarası, dinlərarası münasibətlərin gərginliyinin artdığı, dünyada münaqişələrin genişləndiyi bir şəraitdə milli dil siyasətinin reallaşması dövrün nəzəri və aktual problemi kimi diqqəti cəlb edir. Bu baxımdan Azərbaycan cəmiyyətinin sabitliyinin gücləndirilməsi dil, mədəni və konfessional münasibətlərinin daxili inteqrasiyasının möhkəmləndirilməsi qarşıda əsas məsələ olaraq durur. Uğurlu dövlət dili siyasəti milli münasibətləri tənzimləməklə yanaşı, həm də ölkədə yaşayan bütün xalqların, etnos və etnik qrupların qarşılıqlı anlaşmasına, cəmiyyətdə demokratiyanın, tolerantlığın inkişafına, bütün dillərin qorunub saxlanmasına səbəb olur. Dil siyasətinə “ideoloji və sosioloji prinsiplərin ümumiləşmiş ifadəsi, müəyyən ideologiya əsasında dövlətin dilin funksiyasına və inkişafına nəzəri-praktiki münasibəti” kimi baxan Afaq Rüstəmova yazır: “Dil siyasəti hər bir xalqın milli siyasətinin tərkib hissəsidir. Dil siyasətinin çoxmillətli və mono-millətli dövlətlərdə özünəməxsus xüsusiyyətləri vardır”.[7,163]

Çoxmillətli Azərbaycanda dövlət dil siyasəti spesifikliyi ilə fərqlənir. Problemin aktuallığı ondadır ki, Azərbaycan dili dövlət dili kimi ölkəmizdə yaşayan bütün xalqların, milli azlıqların, etnik qrupların ünsiyyət vasitəsi olmaqla yanaşı, onların hər birinin dillərinin və mədəniyyətlərinin sərbəst inkişafını təmin edir, dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqları qorunur, dövlət və cəmiyyət qarşısında vəzifələrin yerinə yetirilməsi təmin olunur, bərabərhüquqlu insanların yaşadıqları, millətlərarası münasibətlər mədəniyyətinin formalaşdığı demokratik, sivilizasiyalı, humanist, ədalətli, tolerant, multikultural cəmiyyət daha da inkişaf etdirilir.

Müstəqillik əldə edilənədək Azərbaycan dili nə qədər inkişaf etsə də həqiqi dövlət dili səviyyəsinə yüksəlməmişdi. Milli dövlətçiliyin inkişafı dövlət dilinə də təsir edir, onu ictimai həyatın bütün sahələrinə nüfuz edən güclü siyasət dilinə çevirir. Bu gün milli-etnik varlığımızın ayrılmaz atributu olan Azərbaycan dili “adi ünsiyyət vasitəsindən elm və siyasət dilinə, dövlət dilinə çevrilmiş kamil bir dildir”. Təsadüfi deyildir ki, Heydər Əliyev Azərbaycan dilini milli varlığımızın əsas inteqrativ amili … hesab edirdi».[6,28]

Elmi ədəbiyyatda milli dil və dövlət dili məsələsinə münasibətdə birmənalı yekdil fikir yoxdur. Ərazi və sosial fərqlərə malik nitq formalarının toplusu, avtoxton əhalinin, etnik birliyin ana dili, bütün millətlərə aydın olan ümumi ədəbi dil və s.ilə səciyyələndirilən milli dil “hər bir millət və xalqın təkcə ünsiyyət vasitəsi deyil, onların mənəvi, bədii ənənələrinin, biliklərinin, elmi dəyərlərinin, mədəniyyətlərinin daşıyıcısı, etnos üzvlərinə öz vəhlətini dərk etməyə imkan verən milli mövcudluğun simvolu” [11,5] kimi qiymətləndirilir. M.Cəfərquliyev dilə millətlərin və xalqların özünün mövcudluğunun əsas həlledici əlamətlərindən biri olaraq baxır və haqlı olaraq yazır: «Milli dil problemi cəmiyyətin, dövlətin, millətin və xalqın həyati fəaliyyətinin bütün əsas tərəflərini əhatə edir. Milli mədəniyyətlər və onların daşıyıcıları olan milli dillər nadir hadisədir və digər qarantlarla (siyasi, ideoloji, iqtisadi və mənəvi və s.) yanaşı, hər cür ayrı-seçkiliyə və hörmətsizliyə son qoyan hüquqi tədbirlərlə təmin olunmalıdır».[11,5-6]

Buna görə də uğurlu dövlət siyasəti yürüdən Azərbaycan etnik dillərin bərabərhüquqlu inkişafını, dil mədəniyyətinin daha da yüksəlməsini, bütün vətəndaşların dil hüquqlarına hörmət edilməsini, bütün xalqların və milli azlıqların qarşılıqlı anlaşmasını və mənəvi zənginləşməsini, onlar arasında həmrəylik və dostluğun möhkəmlənməsini, demokratik dəyərlərin reallaşmasını təmin edir. Tədqiqatçılar dövlət dilinin statusu məsələləri ilə bağlı problemlərin həllində olduqca ehtiyatlı mövqe tutulmasını tövsiyə edirlər: “Bu problemin həlli zamanı heç bir vəchlə milli fərqin aradan götürülməsi, yaxud hər hansı bir xalqın (böyük və ya kiçik) milli dilinin sıxışdırılması mövqeyindən çıxış edilməməlidir. Əksinə bütün dillərin həmrəyliyi, tam mənada bərabərliyi, bütün xalqların milli tarix və mədəniyyətlərinə hörmət əsasında qurulmalıdır”.[8,21-22]

Dünyanın qabaqcıl, demokratik təcrübəsindən və milli xüsusiyyətləri nəzərə alaraq Azərbaycan Respublikası aparıcı etnosun dili olan Azərbaycan dilini dövlət dili kimi inkişaf etdirir. Azərbaycan dilinin dövlət dili kimi ölkəmizdə inkişaf etmiş dünya standartları səviyyəsinə yüksəldilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidməti olmuşdur. Bu gün ölkə başçısı İlham Əliyevin apardığı uğurlu dövlət dili siyasətinin metodoloji əsaslarını H.Əliyevin bu sahədəki müdrik ideyaları təşkil edir.

“Bir neçə əsr ərzində milli azlıqlara mənsub olan şəxslər Azərbaycan Respublikasında Azərbaycan xalqı ilə sülh və harmoniya şəraitində yaşamış və yaşayırlar. Azərbaycan tarixən unikal çoxmillətli cəmiyyət olduğu üçün bu multimədəniyyətli, multietnik irs bu gün də Azərbaycanda qorunub saxlanılmaqdadır.Ölkəmizin 20% ərazisini işğal etmiş qonşu Ermənistanla silahlı münaqişə nəticəsində mövcud olan çətinliklər, erməni silahlı qüvvələri və terrorist qruplaşmalarının təşkil etdiyi etnik təmizləmənin qurbanları olan Azərbaycanlılarla yanaşı müxtəlif milli azlıqlara mənsub olan şəxslərdən ibarət (kürdlər, ruslar, yəhudilər və s.) təxminən 1 milyon qaçqın və məcburi köçkünün, həmçinin keçid dövrünün problemlərinin mövcudluğuna baxmayaraq, Azərbaycan hökuməti milli azlıqların hüquqlarının qorunması üzrə ardıcıl siyasətini davam etdirir.”[12]

Azərbaycan Respublikasında milli azlıqların sayının, dilinin və sıx yaşayış yerlərinin struktur tərkibi :[12]

Azərbaycanda milli azlıqlar ölkə əhalisinin 9,4%-ni təşkil edir.

1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörməti təmin edir. Azərbaycan Respublikasının suverenliyi haqqında Konstitusiya aktı Azərbaycan Respublikasının bütün vətəndaşlarının Qanun qarşısında bərabər olduğunu təsdiq edir.Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən, Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən və mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqların bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.Konstitusiyasının 44-cü maddəsinə əsasən, «hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz»[12] Bu gün Azərbaycan dövlət dili siyasətini daha da təkmilləşdirilməsi, milli münasibətlərin inkişafına daha güclü təsir etməsi üçün dil siyasətinin sosial-fəlsəfi aspektinin araşdırılması mövzunun aktuallığını səciyyələndirir. Mövzunun ayrı-ayrı aspektləri Qərb, MDB, Şərq və Azərbaycan tədqiqatçıları tərəfindən araşdırılmışdır. Bəzi Qərb və MDB alimləri

dil və cəmiyyətin qarşılıqlı münasibətlərini (L.Blumfild, V.Q.Qak, V.fon Qumboldt, J.Frisman, J.Kinqerberq, N.Mauşamn, Y.Vereşaqin, V.Q.Kostomarov), dilin tarixi inkişaf problemlərini (U.Vaynreyx, R.Bell, A.Ferquson, O.Skubaqeot, Y.Tarasov, A.D.Şveyser), müxtəlif dövlətlərdə dil şəraitinin linqivistik xüsusiyyətləri (M.Kronqauz, Q.Qaçev, F.Qrişayeva), dil siyasəti məsələlərini (M.Keniq, V.Kldokov, M.N.Marusenko) tədqiq etmişlər. Bundan başqa etnodil proseslərinə, o cümlədən ikidillilik probleminə V.A.Avrorin, A.F.Ağayev, Y.M.Vereşaqin, M.N.Quboqlo, Y.D.Deşeriyev, M.M.İsayev öz əsərldərində diqqət yetirmişlər. Onlar ikidilliliyin linqivistikada etnoloji və psixoloji aspektlərini şərh etmişlər. M.N.Quboqlo ikidilliliyi etnososioloji aspektdən hərtərəfli təhlil etmişdir

Dil etnik əlamət və etnik özündərkin komponent kimi, etnik proseslərin dil aspektləri A.Y.Kurovski, A.N.Tulıko, E.R.Sobolenko, İ.V.Çakvin tərəfindən tədqiqata cəlb olunmuşdur. bundan başqa dil siyasətinin sosiolinqivistik (A.M.Alpatov, T.B.Kryuçkov) hüquqi (A.S.Piqalkin) siyasi (M.V.Dyaçkov, V.A.Tşikov, A.Kuşnir, A.A.Leontiyev, A.N.Qorkaves) aspektlərini tədqiq etmişlər. Bir sıra əsərlər çoxmillətli cəmiyyətlərdə dil siyasətinin nəzəriyyəsinə həsr olunmuşdur. bunlardan A.N.Baskakovu, M.İ.Drobitovanı, İ.Q.İlinvi göstərmək olar. N.N.Bıkoves, A.N.Qarkoves, İ.T.Derkanbayevin əsərlərində dil şəraiti, dillərin qarşılıqlı əlaqəsi öyrənilmişdir.

Tədqiqatlar arasında mültilinqivizm və multikulturalizm konsepsiyalarının, linqomədəni tolerantlıq məsələlərinin araşdırılması ilə diqqəti cəlb edən K.İnqlisin, F.Qrenin, S.de Alkantarın, D.Korsinun, S.Lejerin əsərlərini qeyd etmək olar.

Rusiyanın federativ quruluşu və çoxmillətli dövlət olması ilə bağlı, rus dilinin dövlət dili statusu ilə əlaqədar R.Q.Əbdülatipovun, M.V.Baqlayın, L.F.Baltenkovun, F.M.Beryozinin, V.V.Vorobyovun əsərləri maraq doğurur.

Azərbaycan tədqiqatçıları da milli münasibətlər və dövlət dil siyasətinin qarşılıqlı münasibətlərinin müxtəlif aspektlərini araşdırmışlar. Dilin dilçilik nöqteyi-nəzərdən ümumnəzəri məsələlərini A.A.Axundov, Ə.M.Dəmirçizadə, A.M.Qurbanov, N.N.Məmmədov, H.Mirzəzadə, Ə.Abdullayev, A.M.Babayev, F.Cəlilov, T.Ə.Əfəndiyev, T.İ.Hacıyev, H.H.Həsənov, M.Hüseynzadə, C.Cəfərov, M.Ə.Mirəliyev, Z.N.Verdiyeva. Y.Seyidov, F.R.Zeynalov və başqaları tədqiq etmişlər.

Bundan başqa dilçi alimlər Azərbaycan dilinin lüğət tərkibi (S.Cəfərov, N.Məmmədov, A.Aslanov, L.Kərimli, R.İsrafilova, S.Həbibova) ilə əlaqədar, terminologiya və müxtəlif sahələrinə (M.Şirəliyev, Ə.Orucov, M.Qasımov, Y.Məmmədli və b.) aid məqalələr, dissertasiyalar və monoqrafiyalar yazmışlar.

Sosial linqivistikanın nəzəri məsələləri, dil, şüur, təfəkkür münasibətləri, dil və sosial linqivistik konvensiyalar H.Hüseynli, Ə.Rəcəbli, A.Rüstmova Azərbaycan dilinin və dövlət dil siyasətinin tarixi inkişaf mərhələləri N.Cəfərov, X.Hacıyeva, Kamil Vəli Narimanoğlu, Q.Qeybullayev, Ə.Sumbatzadə və başqaları tədqiq etmişlər. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafında oynadığı müstəsna rol alimlərdən A.Axundov, T.Hacıyev, Ə.Həsənov, N.Xudiyev, R.Mehdiyev, S.Novruzov, Y.Seyidov, S.Əhmədova, M.Zabelin tərəfindən işıqlandırılmışdır.

Fəlsəfə elmləri doktoru Afaq Rüstəmova özünün “Müasir dövrdə Azərbaycanda etnodil prosesləri linqivistikanın fəlsəfi problemləri”, “İctimai inkişaf və dil” əsərlərində etnodil proseslərinin mahiyyəti, dil və cəmiyyətdə onun rolu, dövlət dilinin mahiyyəti və onun hüquqi cəmiyyətdə statusu, Azərbaycanda etnodil proseslərinin tarixi, cəmiyyətdə və millətlərarası münasibətlərdə etnodil proseslərinin yeri, rolu və əhəmiyyətini, Azərbaycandakı etnodil proseslərinə rus və Avropa dillərinin təsiri məsələlərini, eləcə də sosial linqivistikanın mahiyyəti, sosial linqivistika və sosial faktorlarının qarşılıqlı təsiri, dil, şüur, təfəkkürün qarşılıqlı münasibətlərini, dil, mədəniyyət və etnodil qarşılıqlı münasibətləri sosial-linqivistik aspektdən, dil siyasəti, milli ideologiya və sosial linqivistikanın qarşılıqlı əlaqələrini təhlil etmişdir. Müəllif bundan başqa milli idendikliyin formalaşmasında Azərbaycanın multimədəni şəraitində dilin rolunu, demokratik cəmiyyətdə dövlət dili, çoxmillətli cəmiyyətdə dil siyasətinin xüsusiyyətlərini də işıqlandırmışdır.

X.D. Hacıyeva özünün «Dövlət dili və etnodil məsələləri» (Sosiolinqivistik tədqiqat təcrübəsi) əsərində sosiolinqivistikada və milli identikliyin formalaşmasında dil amilini, dil və etnosun qarşılıqlı münasibətlərini, çoxmədəniyyətli cəmiyyətlərdə dövlət dili və millətlərarası münasibətlər problemini, postsovet məkanında dövlət dili ilə əlaqədar etnolinqivistik proseslərdə baş verən ziddiyyətləri və onlardan aradan qaldırılması yollarını, müstəqil Azərbaycanda dövlət dili məsələlərini, dövlət dilinin tarixi inkişaf mərhələlərini milli müstəqilliyin və etnik mədəni ünsiyyətin möhkəmlənməsində dövlət dilinin rolunu filoloji aspektdən araşdırmışdır.

S.A.Əhmədova «Heydər Əliyevin dil siyasəti» əsərində Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin dövlət dilinə səviyyəsinə yüksəldilməsində rolunu işıqlandırmışdır.

Hüquq elmləri doktoru M.A.Cəfərquliyev “Müasir dövrdə mühakimə üsulunun milli dilinin hüquq yaradıcılığı və hüquqi tətbiqetmə fəaliyyətində problemləri” əsərində milli dil və dövlət dilinin qarşılıqlı münasibətlərin, anlayışların məzmunu və mühakimə üsulunda rolu, milli dilin milli dövlət quruculuğu prosesində siyasi əhəmiyyətinin milli dövlət dillərinin mahiyyəti, millətlərarası ünsiyyət dilinin mühakimə üsulunda qarşılıqlı münasibətlərini, mühakimə üsulu milli dili prinsipinin reallaşmasında tərcümənin rolu, tərcümənin mahiyyəti, texniki vasitələrdən istifadə olunmasını, tərcüməçinin mühakimə üsulunun iştirakçısı kimi prosessual vəziyyətin tədqiqata cəlb etmişdir.

Beləliklə, problemin ayrı-ayrı aspektləri filoloji, linqivistik, sosiolinqivistik, hüquqşünaslıq, politoloji, fəlsəfi aspektdən araşdırılmasına baxmayaraq müasir Azərbaycanda milli münasibətlərin formalaşmasında dövlət dili siyasətinin sosial-fəlsəfi aspektdən hərtərəfli təhlili sahəsində hələ də boşluqlar vardır.

Deyilənləri nəzərə alaraq qarşıya qoyulmuş ümumi məqsədi müəyyən etmək olar. Tədqiqatın məqsədi müasir, müstəqil demokratik Azərbaycanda dövlət dili siyasətinin millətlərarası münasibətlərdə tolerantlığın bərqərar olması əsasında sosial-fəlsəfi təhlil etməkdir. Bu məqsədə çatmaq üçün aşağıdakı vəzifələr yerinə yetirilməlidir:

 

Müasir dövrdə etnolinqivistikada və sosiolinqivistikada dil amilinin sosial-fəlsəfi araşdırılması;

Etnodil proseslərinin nəzəri-metodoloji əsaslarının təhlil edilməsi;

Dil və dövlət dili siyasətinin Şərq və Qərb kontekstində müqayisəli təhlil edilməsi;

Milli münasibətlər sistemində dövlət dili probleminə sosial-fəlsəfi aspektdən yanaşılması;

Çoxmillətli ölkələrdə dövlət dilinin milli siyasət konsepsiyasının tərkib hissəsi kimi şərh olunması;

Milli dövlətçilik şüurunun formalaşmasında dövlət dilinin yerinin və rolunun müəyyən edilməsi;

Dövlət dili və milli-mədəni muxtariyyət probleminin qarşılıqlı münasibətlərinin təhlil edilməsi;

Modernləşən Azərbaycanda dövlət dil siyasətinin fəlsəfi aspektdən tədqiq olunması;

Azərbaycan dövlət dilinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolunun açıqlanması;

Millətlərarası münasibətlərdə dövlət dilinin rolunun şərh olunması.

Milli dil və mədəni muxtəlifliyin qarşılıqlı təsirinin araşdırılması.

 

İşdə aşağıdakı metodlardan: ümumelmi hipotetik – deduktiv metoddan, interprativ, kateqorial təhlildən, semantik təhlildən istifadə olunmuşdur. Tədqiqatda eyni zamanda təhlil və sintez əldə olunmuş nəticələrin ümumiləşdirilməsi tarixilik, məntiqilik, mücərrədlikdən konkretliyə, struktur-analiz metodlarından da istifadə olunmuşdur.

Burada sistemli yanaşma prisiplərinə cavab verən aşağıdakı metodlardan da istifadə olunmuşdur:

-dünyanın dil şəraitini və Azərbaycan dövlət dil siyasətinin müxtəlif inkişaf mərhələsindəki xüsusiyyətlərini müəyyən etməyə imkan verən tarixi metod;

-dil hadisəsinin təsirini müəyyən etməyə imkan verən linqivistik metod;

-dil və mədəniyyətin mürəkkəb qarşılıqlı təsirlərinin, həmçinin dillərin fəaliy- yətini və rollarının xüsusiyyətlərini aşkar etməyə imkan verən analitik metod.

Dilin çoxmillətli və çoxmədəniyyətli cəmiyyətlərdə rolunu müəyyən edən aşağıdakı metodlardan da istifadə olunur:

-müxtəlif dərəcəli etnomədəni fərqlərin mövcudluğu şəraitində mədəniyyətlərarası və dillərarası ünsiyyət vasitəsi kimi dövlət dilindən istifadənin spesifikliyinin müəyyənləşməsi üçün zəruri olan komparativ metod;

-qloballaşma dövründə dillərarası və mədəni kommunikasiyalara müxtəlif dil və mədəni hadisələrin kompleks təsirinin qarşılıqlı bağlılığını aşkar etməyə imkan verən sistemli metod.

Azərbaycanda milli münasibətlərin formalaşmasında dövlət dili siyasətinin sosial-fəlsəfi aspektdən hərtərəfli sistemli tədqiqinə cəhd edilərək aşağıdakı istiqamətlərə diqqıt yetirilir :

1. Kommunikativ ünsiyyət sahələrində dövlət dilinin fəaliyyətinin funksional xüsusiyyətləri araşdırılır, tərbiyə, təhsil, elm, media, inzibati, məhkəmə, ailə-məişət sahələrindən tutmuş bütün dövlət orqanlarında dilin yüksək səviyyədə işlənməsinin təmin olunması diqqətə çatdırılır.

2. Azərbaycan xalqının, milli azlıqlarının, etnik qruplarının ahəngdar birliyinə və dövlətimizin bütövlüyünə, milli-etnik mədəniyyətlərin və dillərin inkişafını, azərbaycanlıların mənəvi ümumiliyinin möhkəmlənməsinə yönəlmiş milli siyasətin formalaşmasında Azərbaycan dövlət dilinin rolu göstərilir.

3. Azsaylı və milli azlıqların siyasi və hüquqi müdafiəsində, möhkəm millətlərarası həmrəyliyin yaranmasında,vətəndaş cəmiyyətinin ünsürü kimi milli- mədəni muxtariyyətin inkişafında dövlət dili siyasətinin əhəmiyyəti açıqlanır.

4.Çoxmillətli Azərbaycanda milli dövlətçilik şüurunun formalaşmasında milli siyasət konsepsiyasının tərkib hissəsi olan dövlət dili problemləri araşdırılır;

5.Bilinqivizm,multilinqivizm və multikulturalizmin qarşılıqlı münasibətləri, millətlərin, milli azlıqların,etnik qrupların qarşılıqlı mədəni zənginləşməsində Azərbaycan dövlət dilinin yeri göstərilir.

Tədqiqat işinin mənbə bazası – xarici və ölkə alimlərinin müxtəilf humanitar elm sahələrinə aid məqalələri,elmi konfrans materialları,tədqiqat əsərləridir.

Azərbaycanda milli münasibətlərin formalaşmasında dövlət dili siyasətinin sosial-fəlsəfi aspektdən tədqiqınin nəzəri əhəmiyyəti ondan ibarətdir ki,bu araşdırmalar milli münasibətlərin inkişafına dövlət dili siyasəti əsasında töhfə verir. Dövlət dili siyasəti liə əlaqədar problemlərin daha da dərindən təhlil olunmasına zərurət yaranır.Həmin siyasət əsasında bütün millətlərin və milli azlıqların, etnik və milli strukturların dil müxtəlifliyi və mədəniyyətlərinin qorunub saxlanması və vəhdətinin təmin edilməsi tədqiqatın nəzəri əhəmiyyətinə dəlalət edir.

Tədqiqatın praktiki əhəmiyyəti ondan ibarətdir ki, təqdim olunan tədqiqatın nəticələrindən dilçiliyin, etnolinqivistika və sosiolinqivistikanın, tarixin, mədəniyyətşünaslıq, fəlsəfənin bəzi bölmələrinin tədrisi və tədqiqi zamanı istifadə oluna bilər. Tədqiqatın nəticələri dil haqqında yeni qanunların qəbulu zamanı faydalı ola bilər. Bütün bunlar isə çoxmillətli ölkələrdə dövlət dilinin səmərəli fəaliyyətini göstərir.

.

 

ƏDƏBİYYAT:

 

Azərbaycan dilində

Azərbaycan Respublikasının dövlət dili haqqında Azərbaycan Qanunu // «Azərbaycan» qəzeti. 2003, 4 yanvar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı» haqqında 2012-ci il 13 may tarixli Sərəncamı // «Respublika» qəzeti 2012-ci il 14 may.

Azərbaycan Respublikasının Konstitusiyası (Əsas Qanunu) Bakı, 1995, 101 s.

Bölgə dilləri və azlıqların dilləri haqqında Avropa Xartiyası // Milli azlıqların hüquqları: beynəlxalq aktlar və Gürcüstan qanunvericiliyi. Bakı: Adiloğlu, 2008, s. 8-29

Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi, Bakı:Azırnəşr, 1979.236 s.

Heydər Əliyev və azərbaycançılıq məfkurəsi. Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 2002, 357s.

Rüstəmova A. Sosial linqivistikanın aktual problemləri. Bakı: Adiloğlu, 2005, 232 s.

Rüstəmova A. Müasir dövrdə Azərbaycanda etnodil prosesləri, «Qartal» nəşr., B., 2001, 91 s.

Губокло Г.. K изучении двуязычья в культурьно-историческом аспекте//Нацио- нальный язык и национальная культура .Москва: Наука, 1989, s.169-180

Губокло Г..Языки этнической мобилизации. Москва: Наука 1998,230c.

Джафаргулиев М.А. Проблемы национального языка судопроиз -водства в правотворческом и правопринименительной деятельности на современном этапе. Диссертация на соискание ученой степени доктора юридических наук. Москва, 1990, 439 с.

 

Milli azlıqlar // http://www.mfa.gov.az/content/114

 

Açar sözlər: milli siyasət, etnodil, dövlət dil siyasəti, etnolinqivistika ,azsaylı xalqlar, milli azlıqlar, bilinqivizm,multilinqivizm , multikulturalizm.

 

Ключевые слова: национальная политика, этноязык, государственная языковая политика, этнолингвистика, национальные меньшинства, малочисленные народы, билингвизм, мультилингвизм, мультикультурализм

 

Keywords: national policy, ethnic language, the state language policy, ethnolinguistics, minorities, small peoples, bilingualism, multilingualism, multiculturalism

 

 

 

 

РЕЗЮМЕ

 

Узеир Гара оглы Балакишиев,

диссертант отдела «Социальная философия» НАНА

Ягут Шахмалы кызы Кулиева,

преподавательница Государственного Университета Гянджи

Актуальность и значение социально-философского исследова -ния роли государственного языка в формировании националь -ной политики

В статье анализируется роль государственного языка в формировании национальной политики с социально-философского аспекта, обосновывается актуальность проблемы, показывается ее теоретико-практическая значимость. Автор рассматривает различные подходы и выражает свое мнение к ним. Здесь упоминается, что проблема была исследована с филологического, лингвистического, социолингвистического, юридического, политологического аспектов, исследователь же придерживается социально-философского подхода в исследовании роли политики государственного языка в формирования национальных взаимоотношений. В статье всесторонне раскрыты взаимоотношения государственного языка и национальной политики.

 

 

 

SUMMARY

 

 

Uzeyir Gara oglu Balakishiev,

dissertant of “Social philosophy” Department of ANAS

Yagut Shahmali gizi Guliyeva,

a teacher of the State University of Ganja

 

The relevance and importance of social and philosophical studies of the role of the state language in the formation of national policy

 

 

The article analyzes the role of the state language in the formation of national policy from social and philosophical aspect, substantiates the urgency of the problem and shows its theoretical and practical significance. The author examines the different approaches and expresses his opinion to them. It is mentioned that the problem was investigated from the philological, linguistic, sociolinguistic, legal, political science aspects; the researcher adheres to the same socio-philosophical approach to the study of the role of the state language policy in the formation of national relations. The paper fully disclosed the relationship of the state language and national policies.

 

ÜZEYİR BALAKİŞİYEV,

AMEA-nın Fəlsəfə İnstitutunun «Sosial fəlsəfə» şöbəsinin dissertantı

 

YAQUT QULİYEVA,

Gəncə Dövlət Universitetinin müəllimi


"Geostrategiya" jurnalı № 05 (35) SENTYABR-OKTYABR 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM