XX ƏSRİN 80-90-CI İLLƏRİNDƏ ABŞ-DA QADINLARIN SOSİAL, İQTİSADİ VƏ HÜQUQİ VƏZİYYƏTİ

09:00 / 31.01.2017

XX əsrin 80-90-cı illərinin ABŞ cəmiyyətinin bütün sahələrində - siyasi, iqtisadi, sosial, psixoloji və mədəni sahələrdə qadınların vəziyyətində əhəmiyyətli dəyişikliklər müşahidə edilməyə başlandı.
1955-1960-cı illərdə ABŞ-da işləyən qadınların sayı 35%-dən 55%-ə yüksəldi. XX əsrin 70-90-cı illərində ABŞ-da qadınlar informatika sahəsində yaradılan yeni iş yerlərinin 3/2 hissəsini tutmuşdular. 1973-1993-cü illərdə kişinin gəliri 7% azalmışdırsa, qadınların gəliri 11% artmışdı. Lakin, XX əsrin 80-ci illərində qadınların əmək haqqı sürətli şəkildə artmağa başlamışdısa 1994-1996-cı illərdə bu sürət nisbətən yavaşlamağa başladı. 90-cı illərdə ABŞ-da qadınların işləyən əhalinin içində say etibarilə azlıq təşkil etməsinə son qoyuldu və başqa sözlə desək ABŞ-da qadınların 3/2 hissəsi və ya 74%-i işləyirdi. Hər ikinci uşaqlı qadın işlə təmin olunmuşlar sırasında idi. Uşaqlı ailələrin 50%-i hər iki valideynin qazancı ilə dolanırdı (1976-cı ildə cəmi 36% idi) (1, 188).
XX əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində uşaq müəssisələri kimi fəaliyyət göstərən təşkilatların sayında qəfil yüksəliş baş vermişdi. Bu müəssisələrin sayı 3500-ə çatırdı ki, bu da 1984-cü illə müqayisədə 40% artım təşkil edirdi. Şirkətlərin çoxunun özlərinin uşaq bağçaları və digər uşaq təsisatları olmamasına baxmayaraq, onlar xüsusi imtiyazlar (ödənişlər şəklində) ayıraraq öz muzdlu fəhlələrinin uşaq müəssisələrində yerləşdirilməsinə köməklik edirdilər. İri şirkətlərin isə demək olar ki, hamısının tərkibində uşaq müəssisələri (bağçalar və s.) var idi. Bu vaxt ABŞ-da şirkətlərin tərkibində 750 uşaq mərkəzi mövcud idi. Bununla yanaşı, 10 və daha artıq işçisi olan şirkətlərin 90%-i işçi qadınlarına bu şəraiti yarada bilməmişdi (1, 189).
ABŞ-da qadın hüquqlarının və onların statusunun möhkəmləndiyi bu dövrdə də əvvəlki qaydada qadınların işlə təmin olunması, əməkhaqqılarının ödənilməsi, imtiyaz və güzəştlər, professional yanaşmada problemlər qalmaqda, eyni zamanda evdə və işdə çalışmaqla ikiqat yüklənmə, cinsi ayrıseçkilik kimi məsələlər qadın hüquqlarının təmin təmin edilməsinə maneəçilik törətməkdə idi. 1998-ci ildə Əmək Nazirliyinin apardığı araşdırmaya əsasən məlum olmuşdu ki, ağ dərili qadınların 14%-i, qara dərili qadınların isə 26%-i irqi və ya cinsi mənsubiyyətinə görə iş yerində professional irəlləyişə nail ola bilməmiş, işləyən qadınların 75%-i isə düşünürdü ki, qarşıdakı zaman ərzində onlar xidmətdə irəlləyişə nail ola bilməyəcəklər.
B.Klintonun prezidentliyi dövründə (1994-2000) ABŞ-da qadınların statusunda yaxşı mənada ciddi dəyişikliklər baş vermiş oldu. 1999-cu ildə Bərabər İşçi İmkanları Komissiyasının (The Equal Employment Opportunity Comission) maliyyələşməsi 279 mln dollar çatmışdı ki, bu da əvvəlki illə müqayisədə 37 mln dollar artıqlıq təşkil edirdi. Komissiyanın büdcə maliyyələşməsinin artırılması isə onun əvvəlki illərlə müqayisədə işləyən qadınların əmək hüquqlarının təmin edilməsi və maraqlarının müdafiəsi (onların işlədiyi müəssisələrdə) imkanını artırmış oldu. Bunun vasitəsilə Komissiya cinsi ayrıseçkiliyin qarşısını almaq üçün alternativ proqramlar tətbiq etməklə cinsi ayrıseçkiliklə bağlı daxil olan şikayətlərin sayını xeyli sayda azaltmağa nail olmuşdu (3, 289).
11 may 2000-ci ildə ABŞ-da Bərabər əmək haqqı ödənişi qanunu qəbul edildi. Bu zaman qadınların əməkhaqqıları kişilərə ödənilən əməkhaqqıları arasında 37%, başqa sözlə desək təxminən 9.5 min dollar fərq var idi (orta illik əməkhaqqı).
ABŞ-da orta illik əməkhaqqı (1998-ci ildəki statistik məlumata əsasən) 25 862 dollar təşkil edirdi. Bu dövrdə kişilərin orta illik əməkhaqqı 35 345 dollar təşkil edirdi. Kişilərin orta illik əməkhaqqıları qədər qazanmaq üçün isə qadınlara bir il, dörd ay, 11 gün işləmək lazım gəlirdi ki, bu da növbəti ilin təminən 11 may tarixnə kimi davam edən çalışma müddəti demək idi. Qeyd etmək yerinə düşər ki, 14 may tarixi ABŞ-da Analar günü kimi qeyd edilir.
Bununla əlaqəli olaraq mətbuat konfranslarında və digər tədbirlərdə əməkhaqqının ödənilməsindəki bərabərliklə və bu problemin olduqca əhəmiyyətli olmasıyla bağlı təşkilatlar müvafiq işlər görülməyə başlandı. Ən əsası o idi ki, ABŞ cəmiyyətinin özündə qadın və kişilərin əməkhaqqının ödənilməsindəki fərqin götürülməsinin, cinsi və irqi ayrıseçkiliyin aradan qaldırılmasının qarşıda duran ən vacib ictimai vəzifə olması ilə bağlı ictimai rəyin formalaşması istiqamətində ictimai müzakirələr aparılmaqda idi (1,193).
Bu dövrdə Konqresdə aparılmış müzakirələrə diqqət yetirərkən aydın görmək olar ki, respublikaçılarla müqayisədə demokratlar qadınlar və kişilər arasındakı əməkhaqqı fərqinin olması məsələsinə daha çox diqqət ayırırdılar. 1999-cu ildə respublikaçılar bu məsələnin əslində daha çox qabardıldığını diqqətə çatdırmaq üçün kişilər və qadınlar arasındakı əməkhaqqı fərqinin staj, təcrübə və təhsil müddəti nəzərə alınarsa cəmi 2% olduğunu müzakirələrdə əsas cavab kimi qeyd etməyə başladılar. Nə qədər qəribə görünsə də məsələyə tamam başqa məntiqlə yanaşan respublikaçılar qeyd edirdilər ki, ədalətli əməkhaqqının ödənilməsi və əməyin dəyərinin bərabər hüquqlar əsasənda ödənilməsi əslində qadınlar arasında işsizliyin daha da artmasına və ABŞ iqtisadiyyatının “təhlükəli” istiqamətə yönəlməsinə səbəb ola bilər. Onlar qətiyyətlə qeyd edirdilər ki, əmək haqqının ədalətli şəkildə ödənilməsi “dövlət qulluğunun eroziyası” və digər iqtisadi problemlərin dərinləşməsinə səbəb ola bilər (4,15).
Əməkhaqqının ödənilməsindəki fərqlilik yaşlı qadınların iqtisadi vəziyyətində özünü daha aydın göstərirdi. Eyni təhsilə malik olan, təxminən eyni vəzifələri icra edən və demək olar ki, eyni staj və təcrübəyə malik olan 35 yaşdan yuxarı qadın və kişilərin illik qazanc fərqi 9483 dollarla 0.5 mln dollar arasında dəyişdi.
194.1998-2000-ci illər arasında Konqresdə aparılan 106 müzakirədə əsas iki mövzu-əməkhaqqının ödənilməsində bərabər hüquqların təmin edilməsi və gender bərabərliyi qanunvericilik təşəbbüslərinin mərkəzi mövzusu idi. Ayovadan olan demokrat senator T.Xarkin tərəfindən irəli sürülən “Ədalətli əməkhaqqı haqqında”, Kolumbiya dairəsindən olan demokrat senator E.Xolmz tərəfindən irəli sürülən “Ədalətli ödəniş çeki barədə” və s. qanun layihələri bu müzakirələrin əsas mövzusu idi.
Siyasət sahəsində qadınlar hərbi xərcləri artırmaqla külli miqdarda pul xərcləməkdənsə sosial məsələlərə diqqətin ayrılmasını tələb edirdilər. Belə ki, prezident B.Klintonun dövründə qadınlar əmək sahəsində bərabərliyin təmin edilməsi üzrə Komissiyanın maliyyələşdirilməsini artırmaq üçün mübarizə aparırdılar.
1977-ci ildə ABŞ Konqresində Qadın fraksiyası yaradıldı. 1981-ci ildən kişilərin də bu fraksiyaya qatılması ilə onun adı dəyişdirilərək Qadın problemləri üzrə Kokus adlandırıldı. 1988-ci ildə Konqresdəki senatorların 95-i, Nümayəndələr palatasının isə təxminən 26%-i, başqa sözlə 113 deputatı Kokusa daxil idi. Bu həm də Kokusun fəaliyyət tarixində ən böyük göstərici idi. Kokus dövlətdən maliyyələşmirdi. Əvvəllər onun fəaliyyətini təmin etmək məqsədilə bütün yük onun üvzlərindən yığılan üzvlükhaqqılarının üzərinə düşürdü. 1995-ci ildə qəbul olunmuş qanunla fraksiya üzvlərindən onun saxlanılması üçün üzvlükhaqqılarının yığılması qaydası qadağan edildi. Kokusun fəaliyyətinin nəticəsi idi ki, öz ştatlarının qanunvericilik yığıncaqlarında təmsil olunan qadınların sayı 1973-cü ildə cəmi 5.6 % təşkil edirdisə, 1983-cü ildə bu göstərici 13.3%-ə bərabər idi. Ümumilikdə isə 1971-1989-cu illərdə ABŞ-da ştatların qanunvericilik yığıncaqlarında (lequslatura) təmsil olunan qadınların sayı bir neçə dəfə artaraq 16%-ə çatmışdı (5, 6).
Kokusun fəaliyyət prioritetlərini əsasən cinsi göstəricilərə görə ayrıseçkiliklə mübarizə və federal sektorun əmək bazarında qadınlar üçün imkanların artırılması idi. 1980 - 90-cı illərdə isə Kokusun fəaliyyət prioritetlərinə qadınların və uşaqların sağlamlıq problemləri, tibbi və ailə vəziyyətinə görə məzuniyyət, qadınlara qarşı münasibətdə zorakılıq məsələri də daxil olmuşdu. Kokusun fəaliyyətinin nəticəsi idi ki, 1988-ci ilin ailə ili elan olunmasına nail olundu.
Fraksiyanın hər iki partiyanın nümayəndələrindən ibarət üzvləri olduğundan onlar qadın hüquqları sahəsində bir neçə qanunun qəbul olunmasına nail oldular. 1993-cü ildə qadınların uşağın doğulmasına və ya uşağın, ərin, valideynlərdən birinin xəstələnməsi səbəbinə görə 12 həftəyə qədər ödənişsiz məzuniyyətə çıxmasına icazə verən qanun qəbul edildi. 1994-cü ildə məişət zorakılığı və cinsi təcavüz qurbanlarının müdafiəsini təmin edən Qadınlara qarşı zorlakılıqla mübarizə qanunu qəbul edildi. 1991-ci ildə Vətəndaş hüquqları haqqında (və ya 1964-cü il Vətəndaş hüquqları haqqında qanuna düzəliş) qəbul edildi. 1996-cı ildə prezident B.Klinton seçkiqabağı kompaniyası dövründə sosial yardım haqqında qanunu imzaladı.
Bütövlükdə isə 1995-1997-ci illərdə bu qanun Konqresdə böyük müzakirələrə səbəb oldu. Bu qanuna əsasən sosial yardımın pul şəklində ödənilməsi qəbuledilməz hesab edildi. Dövlətdən yardım alan, uşağını təkbaşına böyüdən analar iş tapmalı idilər, bu yardımların müddəti isə 5 ildən artıq müəyyənləşdirilmirdi. 1986-cı ildə ABŞ Ali məhkəməsi iş yerində qadınlara qarşı seksual aqressiya və cinsi istismarın cinsi ayrıseçkilik hərəkəti hesab olunması bardə qərar qəbul etdi. 1980-ci illərdə qanunlarda olan cinsi ayrıseçkiliklə bağlı incəlikləri ayırd edib üzə çıxarmaq üçün bütün ABŞ qanunvericilik toplusunun yoxlanılması həyata keçirildi (1, 191).
1984-cü ildə Nebraska və Vermont ştatlarında qadınlar qubernator vəzifəsinə seçildi. Qeyd etmək lazımdır ki, 1974-cü ilə kimi ümumiyyətlə heç bir ştatda qadın qubernator olmamışdı. 1970-1980-ci illərdə isə seçkili orqanlarda qadınların sayı ştatların qanunverici orqanlarda 300%-ə , dövlət orqanlarında 50%-ə, Konqrsdə isə 60%-ə yaxın artmış oldu (5,8).
XX əsrin sonunda seçkili orqanlarda yerlərin 12%-ni qadınlar tutmuşdu. Ştatların qanunverici yığıncaqlarının 22%-ni, qubernator vəzifələrinin 6%-ni, vitse-qubernator vəzifələrinin 36%-ni, ştatlarda digər yüksək nüfuzlu seçkili vəzifələrin 29,8%-ni qadınlar təşkil edirdi. 80-ci illərdə federal səviyyədə seçkilərdə Demokrat partiyasından olan qadınlar, icraedici funksiyalara malik ştatlar səviyyəsində olan vəzifələrdə Respublikaçılar partiyasından olan qadınlar üstünlük təşkil edirdi. Seçkilərdə iştirak edənlər içərisində irqi baxımdan ağ olmayanlar republikaçılara nisbətdə demokratlarda daha çoxluq təşkil edirdi (6, 18).
1988-ci ildə Atlanta keçirilən “Qadınlar və Konstitusiya” simpoziumunda qeyd edilirdi ki ABŞ qadınlarının siyasi, mədəni, sosial hüquqları tam olaraq öz həllini tapmamış qalır və baxmayaraq ki, ABŞ yarandığı andan özünü demokratik dövlət kimi təqdim etmişdir, lakin qadın hüquqlarının tam olaraq həll edilməsi məsələsi hələ də açıq qalır (2, 148).
Qadınların nigaha girmə statistikasındakı göstəricilər isə həm də ABŞ-da olan mənəvi-psixoloji adət-ənənələrlə bağlı idi. Belə ki, gənc ailələrin say göstəricisinin az olmasının səbəbi idi ki, 1997-ci ildə ailəli qadınların orta yaş göstəricisi 35 yaşla 54 yaş arasında dəyişirdi. Qadın və ailə siyasətinə xüsusi diqqət yetirən B.Klinton bu məsələni qabartmaqla öz çıxışında qeyd edirdi : “Ailə çiçəklənən cəmiyyətin əsasıdır, nigah uğurlu cəmiyyətin vacib institutu rolunu oynayır, atalıq və analıq məsuliyyətinin təbliğatı tərbiyələndirilərək böyüməsində vacib rol oynayır” (7, 27).
90-cı illərdə qadınlar üçün qalmaqda olan problemlər sırasında erkən hamiləlik göstəriciləri idi. 1997-ci ilin yanvar ayında prezident B.Klinton özünün xüsusi radiomüraciətində qeyd edirdi : “ABŞ üçün qarşıya qoyduğumuz məqsədlərə tam olaraq nail olmağımız üçün heç nə bizə erkən hamiləlik problemi kimi maneə ola bilmir. Bu problem sanki epidemiya kimi ABŞ-ı sarmışdır. Hamıya məlumdur ki, həddibuluğa çatmamış valideyinlərdən doğulmuş uşaqlar məktəbi daha tez buraxırlar, bu isə sonda bu cinayətkarlığa və yoxsulluğa yol açmış olur” (8, 104).
Prezidentin öz çıxışında qeyd etmək istədiyi məntiq ondan ibarət idi ki, yeniyetmələrdən doğulan uşaqlar təhsildən uzaqlaşmaqla gəlcəkdə yaxşı həyat təminatından məhrum olurlar. Qeyd etmək lazımdır ki, 1991-1995-ci illər arasında yetkinlik yaşına çatmamış şəxslərin hamiləlik göstəriciləri 8% azalmışdı. B.Kliton prezidentliyinin ikinci müddətində bu probleminin köklü həll edilməsi üçün bütün səylərini səfərbər edəcəyini bildirmişdi. O gənc qadınların maarifləndirilməsinin federal maliyyələşdirilməsini genişləndirmək, maariflənmə məsələsinə dini və ictimai birlikləri də daxil etməklə bu məsələnin həllində ümid edirdi. Bu sahədə sosial yardım haqqında qanunun həyata keçirilməsi mühüm rol oynadı. 1996-cı ildə imzalanmış qanuna görə yeniyetmə analar o halda federal yardım ala bilərdilər ki, onlar valideyinləri ilə birgə yaşasın və daimi olaraq məktəbə getmiş olsunlar.
1988-ci ildə Konqres qadınların şəxsi biznesi haqqında qanun qəbul etdi. Bu qanun qadn sahibkarlara köməklik göstərilməsi üçün məsləhət və təlim mərkəzlərinin yaradılmasının nəzərdə tuturdu. Proqram üzrə yaradılmış mərkəzlərin fəaliyyəti üç il müddətində nəzərdə tutulurdu və onlara fəaliyyətləri üçün 6 mln dollar vəsait ayrılırdı. Təkcə bunu qeyd etmək kifayətdir ki, 18 ay ərzində bu mərkəzlərdə məsləhət alan qadınların sayı 2.5 mln nəfərə yaxın idi. Hər bir mərkəz yerləşdiyi regionun qadın sahibkarlarının təlabatına müvafiq proqram yaradırdı. Təkcə 1992-ci ildə bu proqramlar üçün federal büdcədən 4 mln dollar ayrıldı (5, 8).
Bu dövrdə qadınların əldə etdiyi imtiyazlardan biri də federal proqramlar əsasında gender problemlərinin həlli üçün qadınlara köməklik göstərilməsini nəzərdə tutuan xüsusi tədbirlərin həyata keçirilməsi idi. Cəmi bir neçə il ərzində bu tipli çoxsaylı proqramlardan milyonlarla qadın istifadə etmişdi.
ABŞ-da qadınların rifahını təmin etmək üçün görülən tədbirlərdən biri də onların təhsillərini artırmağa cəlb edilməsi idi. XX əsrin 90-cı illərində təhsilli qadınların biznesin idarə edilməsi sahəsində aldıqları magistr diplomları 33%-ə, mühəndislik sahəsində isə 13 dəfə bundan çox idi. Tibb sahəsində çalışanların 3/1-i doktorluq diplomu almışdı, qadınlar arasında memar və hüquqşünasların sayı 5 dəfəyə yaxın artmışdı. ABŞ-ın Əmək Nazirliyinin məlumatına əsasən 90-cı illərdə 14,2 mln inzibati vəzifə işçilərindən təxminən 40%-i qadınlar idi ki, bu da 70-ci illərlə müqayisədə demək olar ki, 2 dəfə çox idi. Kampüter mühəndislərinin 3/1-i qadınlar idi. Əlliyə yaxın iri bankda menecer və mütəxəssis vəzifəsində çalışanların yarısı qadınlar idi. 1972-ci illə müqayisədə 90-cı illərdə mühasib qadınların sayı təxminən 22% artıq, başqa sözlə 50%-ə yaxın idi. Uoll-stritin təxminən 20%-i peşəkar qadınlar idi. Sənayə sahəsində rəhbər vəzifələrdə uzun müddət davam edən yalnız kişilərin olması tendensiyasına nisbətən son qoyulmuşdu və artıq bu vəzifələrdə qadınlar da öz mövqelərini möhkəmləndirməkdə idilər. Rəhbər vəzifələrdə qadınların sayının artması onları cəmiyyətdə mövqelərinin möhkəmlənməsi üçün ideal şans idi. Sənayedə qadınların sayı artaraq 20%-dən 26%-ə çatmışdı ( 9,140).
Qadınların say etibarilə üstünlük təşkil etdiyi sahələrdən biri isə informasiya xidmətləri sahəsi idi. Bu sahədə qadınlar demək olar ki dominantlıq edirdilər. 90-cı illərdə informasiya sektoru və informasiya xidməti sahəsində çalışan işçilərin böyük əksəriyyəti – 84%-i qadınlar idi. Bu sahədə çalışanların orta yaş göstərici 25-64 yaş arasında dəyişirdi və onların 44%-i ixtisası üzrə müxtəlif kolleclərdə təhsil almış qadınlardan ibarət idi.
XX əsrin 90-cı illərində ABŞ-da biznes sahəsində çalışan qadınların sayı təxminən 8 milyona yaxın idi (rəsmi məlumata əsasən). Qadın sahibkarla məxsus çox iri koorparasiyalar, firmalar bu dövrün xaralterik xüsusiyyətlərindən idi. Ümumilikdə qadın sahibkarlara məxsus olan bu firmalarda hər beş ABŞ vətəndaşından biri işlə təmin olunmuşdu. Qadın sahibkarların yaratdıqları iş yerlərinin sayı 18.5 mln- yaxın idi. Baxmayaraq ki onların böyük əksəriyyəti kiçik biznes sahələrinə aid idi, lakin bu o demək idi ki, ABŞ-dakı işçi qüvvəsinin 20%-i qadın sahibkarların müəssələrində çalışır. Bu müəssisələrdən ABŞ büdcəsinə illik 2.3 trln dollar vəsait daxil olurdu.
XX əsrin 80-90-cı illərində ABŞ qadınlarının daha bir problemi isə ABŞ cəmiyyətinin multikulturalizmdən uzaq olması idi. Belə ki, qanunların irqi və cinsi bərabərliyə dair mexanizmlər hazırlamasına baxmayaraq cəmiyyət özü tam olaraq bu məsələni həll etməmiş, xüsusilə dəri rənginə görə yanaşma tərzlərindəki fərqlilik qalmaqda idi. 1990-cı illərdə immiqrantlardan olan qadınların hüquq problemləri ictimai müzakirələrin mərkəzində dayanırdı. Dövlətin və cəmiyyətin amerikalılaşma iddiasının vacibliyini artıq tələb etmədiyi bir şəraitdə köhnə və yeni immiqrantlar arasında mədəni-hüquqi ziddiyyətlər ictimai müzakirələrin əsas mövzusu oldu. Bütün bu məsələlərin qabardılmasında feminist qrupların xüsusi canfəşanlığı müşahidə olunmuşdu (10,81).
Ən diqqətçəkici məqamlardan biri o idi ki, ABŞ-da aparılan sosial soruğularda qadın hüquqlarının və digər sosial problemlərinin həllindən mühüm irəlləyiş əldə etmək üçün ABŞ-ın qadın prezidentə ehtiyacı olduğu vurğulanırdı. 1999-cu ildə aparılmış sorğuda ABŞ iştiark edən vətəndaşların 91%-i qadın prezidentə səs verməyə hazır olduqlarını qeyd edirdisə, növbəti 2000-ci ildə NBC telekanalı və “Wall Street Journal” qəzetinin birgə apardığı sorğuda səs verənlərin 87%-i bunu qeyd etmişdilər.
ABŞ qadınlarının daha böyük bir problemi isə bütün dünyada mövcud olan qadınlara qarşı zor işlətməklə bağlı problem idi. Statistika göstərir ki, ABŞ-da hər dörd qadından üçü həyatları boyu ən azı bir dəfə də olsa canlı zorakılığa məruz qalmışdır. 1998-ci ildə intim münasibətlər zəminndə 874 min qadına qarşı cinayət baş vermişdir. İntim münasibətlər zəminində baş vermiş 1830 qətl hadisəsinin hər dördündən üçü qadınlara qarşı yönəlmişdi.
Ümumilikdə onu qeyd etmək lazımdır ki, qadınların işi ilə məşğul olan ayrıca komitə, nazirlik və ya digər dövlət strukturu mövcud deyil. Bu siyasət federal hökumətin ayrı-ayrı strukturunda bölmələr və şöbələr şəklində fəaliyyət göstərən xüsusi təsisatlar vasitəsilə həyata keçirilir.
1991-ci ildə Səhiyyə və İnsan Resursları Nazirliyinin strukturuna daxil olan qadın səhiyyəsi struktur bölməsi yaradıldı. Bu bölmə Nazirliyin tərkibində qadınların sağlamlığı məsələləri ilə məşğul olan bütün strukturlara nəzarət etmək üçün yaradılmışdır. Qadınların və qızların sağlamlığının təmin edilməsi tapşırığı Bölmənin nəzarəti ilə innovativ proqramlar, təhsil və tibbi professionallığın artırılması proqramları, layihələr, əhali arasında sağlamlıq vəhaqqında biliklərin və tibbi informasiyanın artırılmasının təmin edilməsi yolu ilə həyata keçirilməyə başlandı. Bölmənin tərkibində yaradılmış Qadın sağlamlığı barədə informasiya mərkəzi isə qadınlara sağlamlıq xidmətləri və sağlamlıq biliklərini pulsuz təmin etmək üçün yaradıldı (2, 149).
1995-ci ildə ildə isə Ədliyyə Nazirliyinin tərkibində Qadınlara qarşı zorakı münasibətlərlə mübarizə bölməsi yaradıldı. Bölmənin fəaliyyəti nəticəsində qadınlara qarşı cinayət xarakterli davranşların statistik göstəricilərin XX əsrin sonlarna yaxn azalmağa başladı

ƏDƏBİYYAT
1. Шведова Н.А. Женщины США на пороге третъого тысячлетия // Метаморфозы истории. М.2009., №4, с. 187-219
2. Шашина Е.Б. История женщин в США в XX веке // Обществтнные науке и современностъ. М.2000., №4, с. 144-150
3. Woloch N. Women and the American Experience: A concise history. N.Y., 2014. 350 s.
4. Шведова Н.А. Женщина - президент США? // Обществтнные науке и современностъ. М.2015., №1, с. 11-17
5. Шведова Н.А. О Кокусе по делам Женщин Конгресса США // Россия и Америки в XX века. М.2012., №2, с. 4-10
6. Шведова Н.А. Женщины и власть в США и Канаде Н.А. Шведова // Demockop Weekly. M.,2004, №157-158 с. 16-23
7. Training and Development Journal. P., 1997, p. 27
8. Statistical Abstract of the United States, 1998. W., 1998, p. 104
9. Шведова Н.А. Правовое противодействие дискриминации в системе высщево образования в США// Известия. P., 2012, № 28, с 138-142
10. Попкова Л.Н. Американский феминизм и мултикултурализм. // Вестник СамГУ. С.,2013., №2, с. 77-81.

Açar sozlər: ABŞ, gender, qadın, Kokus, ailə.
Key Words: USA, gender, woman, Kokus, family.
Ключевые слова: CША, гендерный, женшина, Кокус, семъя

Summary
Current article dedicated to woman policy of USA in the 80-90 years of XX century. There is information juridical, social and economic situation of women in USA in the 80-90 years of XX century in USA in this article. The article was written according to official statistical state reports of USA.

РЕЗЮМЕ
Эта статья посвящена политике США о женщинах в 80-90 гг. ХХ века. В статье речь идет о юридическом, экономическом и социальном положении женщин в США в 80-90 гг. ХХ века. Статья написана на основе официальных статистических материалов.

 

ELGÜN ƏLİYEV  Bakı Dövlət Universiteti

"Geostrategiya" jurnalı № 06 (36) NOYABR-DEKABR 2016


Etiket:

Strategiya.az

Xəbərlər
28.07.2021

Azərbaycan MN: Ermənistan atəşkəs rejiminin tələblərinə əməl etmir

28.07.2021

Mustafa Şentopla Ceyhun Bayramov görüş keçirib

28.07.2021

Tələbə təhsil kreditini 10 ilə qaytara bilər

28.07.2021

Mustafa Şəntop: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələri üçün çox əhəmiyyətlidir

28.07.2021

Ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq - XİN

28.07.2021

Kəlbəcər istiqamətində gərginlik davam edir - MN

24.07.2021

“Qənərçay” qum-çınqıl yatağı hərrac qaydasında istifadəyə verilib

24.07.2021

Hazırda Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir - MN

24.07.2021

Son 24 saatda dünyada koronavirusa 573 mindən çox yoluxma qeydə alınıb

24.07.2021

Bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb 

23.07.2021

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

23.07.2021

“Ltv 7” kanalının direktoru və bir neçə əməkdaşı barəsində cinayət işi başlanılıb

23.07.2021

Jerom Lamber: Qarabağ müharibəsinin əsas səbəblərindən biri Minsk qrupunun diplomatik uğursuzluğudur

23.07.2021

Prezident İlham Əliyev: Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir

23.07.2021

Prezident İlham Əliyev: Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər

22.07.2021

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatır

22.07.2021

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür

22.07.2021

Prezident İlham Əliyevin adından Kəlbəcərdə şəhid olmuş jurnalistlərin ailələrinə mənzil sənədləri təqdim edildi

20.07.2021

Toya dəvət edilən qonaqlar içərisində koronavirus xəstəsi aşkarlandı 

20.07.2021

Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb

20.07.2021

“Azeri Light” neftinin bir bareli 69,33 dollara satılır

20.07.2021

Zərdabda karantin qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb

20.07.2021

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

20.07.2021

Ermənistan XİN-in Azərbaycanı tarix və ərazi iddialarında ittiham edən açıqlaması növbəti cəfəngiyyatdır

20.07.2021

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub, hərbi qulluqçumuz yaralanıb

16.07.2021

Ermənistan Naxçıvanda Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

16.07.2021

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinə sədr təyin edilib - SƏRƏNCAM

16.07.2021

Rusiya ilə Azərbaycan arasında sığorta Memorandumu imzalanıb

16.07.2021

Vətən Müharibəsi Qəhrəmanları üçün nəzərdə tutulan güzəştlər məlum olub - SİYAHI

16.07.2021

Ağdamda növbəti yeni hərbi hissənin açılışı olub

15.07.2021

Prezident İlham Əliyev Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin beşinci ildönümü ilə bağlı Ərdoğana məktub ünvanlayıb

15.07.2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

15.07.2021

Səfirlik Azərbaycan vətəndaşlarını qısa zamanda Rusiya ərazisində hüquqi vəziyyətlərini tənzimləməyə çağırıb

15.07.2021

Prezident İlham Əliyevdən Ermənistana xəbərdarlıq: Sonra gec ola bilər

15.07.2021

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir

15.07.2021

Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub

13.07.2021

Leyla Abdullayeva: Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən şərh belə oluna bilməz

13.07.2021

İlin ikinci yarısında qlobal neft tələbatı sutkada 4,6 milyon barel artacaq

13.07.2021

Azərbaycana gələn 31 nəfərdə "Delta" ştammı aşkarlanıb

13.07.2021

Prezident İlham Əliyev-Qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi” narahatlıq doğurur

13.07.2021

COVID-19 sertifikatları artıq “myGov”da

13.07.2021

Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib

13.07.2021

Hərbi qulluqçunun özünü öldürməsi ilə bağlı cinayət işi açıldı

13.07.2021

HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER

11.07.2021

İtkin düşən daha bir hərbi qulluqçunun şəhid olduğu müəyyənləşdi - Hərbi Prokurorluq

10.07.2021

DİN narkotikə qarşı təbliğat üçün vətəndaşlara müraciət edib

10.07.2021

Ermənistan Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutub - MN

10.07.2021

Azərbaycan neftinin qiyməti 77 dollara çatır

09.07.2021

Qəbul imtahanlarında bu suallar salınmayacaq 

09.07.2021

Qubadlı və Laçın rayonlarında Dövlət Sərhəd Xidmətinin iki yeni hərbi hissəsi xidməti istifadəyə verilib