AZƏRBAYCAN RESPUBLİKASINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ YARANMASI TARİXİNDƏN

09:00 / 01.02.2017

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra qəbul etdiyi Konstitusiyanın (əsas qanunun) preambulasında milli dövlət quruculuğu prosesində ölkədə vətəndaş cəmiyyətinin qurulmasını əsas məqsədlərdən biri kimi qeyd edilmişdir. Konstitusiyanın bu müddəası Azərbaycan xalqının tarixi keçmişindən gələn milli-mənəvi dəyərlərin bir daha təsbit edilməsi və onun gələcək arzularının qlobal istiqamətini müəyyən edən bir istəyin hüquqi ifadəsidir.
Ölkəmizdə ictimai fəaliyyətə münasibət hər zaman müsbət olmuş, xalqın öndə gedən dəyərli insanları, xeyriyyəçi şəxsləri, mütəfəkkir və ziyalıları cəmiyyət və ümumi mənafe üçün təmənnasız çalışmağı həmişə özlərinə borc bilmişlər. Müstəqillik illərində qazanılmış tarixi nailiyyətlər və beynəlxalq təcrübə işığında Azərbaycan dövləti ictimai fəaliyyətin aparıcı qurumları sayılan Qeyri hökumət təşkilatlarına dəstək siyasətini elan etmişdir.
Qeyri-Hökumət Təşkilatları (QHT) qeyri kommersiya məqsədli təşkilatlardır. Elmi və hüquqi baxımdan üçüncü sektor anlayışı göstərir ki, bu təşkilatlar nə hökumət, nə də biznes sferasına aid deyillər. Qeyri-Hökumət Təşkilatları cəmiyyətdə fərqli və müstəqil rola malikdirlər. Qeyri-Hökumət Təşkilatları (QHT) əsasən qrantlar vasitəsi ilə maliyyələşirlər. QHT-lər İctimai Birliklər və Fondlara bölünür.
İctimai Birlik- ictimai əhəmiyyəti olan konkret mənfəətsiz məqsədləri həyata keçirmək məqsədi ilə fərdi şəxslər tərəfindən yaradılan qurumlardır. Gənclər Təşkilatları, Hərəkatlar bu qəbildən olan təşkilatlardır. Fondlar-əsasən yardım və hansısa sosial və mədəni layihələri maliyyələşdirmək məqsədi ilə yaradılır. Qeyri-Hökumət Təşkilatları (QHT) siyasətlə məşğul ola bilməzlər.
Azərbaycan Respublikası öz müstəqilliyini elan etdikdən sonra dinamik prosesin davamı kimi vətəndaş cəmiyyəti təsisatlarının o cümlədən QHT-lərin daha münbit mühitdə inkişaf etməsinə rəvac verildi.
1988-ci ildən etibarən Azərbaycan Respublikasında Vətəndaş Cəmiyyətinin inkişafı prosesi başladı və bir qism siyasi və ictimai təşkilatlar yarandı. 1991-ci ildə dövlət müstəqilliyinin əldə olunması bu təşkilatlanmaya ciddi təkan verdi. Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan SSR vətəndaşlarının ictimai birliklərinin qeydiyyata alınmasının müvəqqəti qaydalarının təsdiq edilməsi barədə” 6 iyun 1990-cı il tarixli 246 saylı qərarı, 10 noyabr 1992-ci ildə “İctimai birliklər haqqında” Qanunun parlamentdə qəbul olunması ilə qüvvədən düşmüş oldu. Ölkədə davam edən qeyri-sabitliyin, vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq üçün 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtması və 1993-1995-ci illərdə aparılan mühüm tarixi tədbirlər nəticəsində ölkədə siyasi sabitlik və cəbhədə atəşkəs təmin olundu. H.Əliyevin müstəqil milli dövlət quruluşu uğrunda mübarizəsi öz məntiqi və hüquqi nəticəsini 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsində tapdı. Bu Konstitusiya milli dövlətçilik və həm də Azərbaycan Respublikasında vətəndaş cəmiyyəti quruculuğu üçün mühüm tarixi-hüquqi sənəd oldu (8).
Çünki SSRİ və Azərbaycan SSR Konstitusiyalarında vətəndaşlara məhdud ictimai təşkilatlarda birləşmək və Kommunist partiyasında birləşmək hüququ verilirdi ki, bu da birləşmək hüququ ilə daban-dabana zidd idi (Bax: 10, maddə 51; 6, maddə 133).
Yalnız bütün sənədlərdə məhdud və ideoloji çərçivədə olan birləşmək hüququ var idi. Bu hüququn təminatı belə yox idi. 1995-ci il Konstitusiyasının 58-ci maddəsindəki birləşmək hüququ, onun preambulasındakı milli niyyətlərdən üçüncüsü olan “vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq” artıq müstəqilliyin verdiyi böyük imkanın hüquqi ifadəsi idi. Əslində, müasir və beynəlxalq standartlara uyğun olaraq yaranmış və fəaliyyət göstərən QHT-lər məhz Azərbaycanın müstəqillik əldə etməsindən, əsasən 1995-ci il Konstitusiyasının qəbulundan sonra yaranmağa başlamışdır. Onu qeyd etmək olar ki, yalnız 1988-1993-cü illərdə cəmi 198 ictimai birliyin qeydə alınmış olması, bu dövrdə vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişaf etdiyindən bəhs etməyə əsas vermir (1; 9, 12).
1991-ci ildə dövlət müstəqilliyi əldə edildikdən sonra Azərbaycan Respublikasında əhalinin iş, yaşayış və ictimai həyatda iştirakı sahəsində bir sıra dəyişikliklərin baş verməsi, müharibə və onun ağır nəticələri, humanitar böhran, qaçqın və məcburi köçkünlərə kömək üçün gələn beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ölkədə spesifik ictimai birliklərin yaranmasına gətirib çıxardı. Bu təşkilatlar arasında Azərbaycan Qaçqınlar Cəmiyyəti, “İnsan”, “Əlincə” Xeyriyyə Cəmiyyətləri, “İstisu” Xeyriyyə Fondu və s. təşkilatlar vardır. İlk məqsədləri əhalinin sosial cəhətdən zəif təbəqəsinin ən zəruri problemlərini həll etmək olan bu təşkilatların sonralar fəaliyyət dairəsi genişlənməyə başladı. Bu dövr bütün qeyd olunanlara baxmayaraq vətəndaş cəmiyyəti, Azərbaycanın Respublikasının demokratikləşmə və tərəqqiyə doğru keçid istiqamətində mühüm tarixi dərslərin yaşandığı və rolların oynanmağa başlandığı bir dövr idi (2, 18).
1995-2007-ci illəri Azərbaycanda QHT-lərin intibah dövrü adlandırmaq olar. Azərbaycanda daxili ictimai-siyasi gərginliyin yerini milli dövlət quruculuğunun alması, ölkənin mühüm inkişaf yolu qət etməsi, öz təsirini paralel olaraq QHT sektorunda da göstərirdi. Bu dövrdə nəinki yeni-yeni minlərlə QHT-lər yarandı, həm də onların müxtəlif koalisiyaları formalaşmış oldu. Xüsusilə, Milli QHT Forumu (MQF), Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), Miqrasiya problemləri ilə məşğul ola QHT-lərin Forumu (FANGOM), Uşaq Hüquqları üzrə Azərbaycan Respublikasında QHT Alyansı, İnsan Alverinə Qarşı QHT Koalisiyası, “Sağlamlığa çağırış” İctimai Alyansı, Zərərin Azaldılması Koalisiyası, Mədən Sənayesində Şəffaflığın Artırılması Azərbaycan QHT Koalisiyası, Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı, “Vətəndaş Cəmiyyətinə Dəstək” Koalisiyası (VCDK) və s., bu kimi milli koalisiyalar, Qafqaz Ətraf Mühit QHT-lərinin Şəbəkəsi (CENN), Qafqaz Qaçqın və Məcburi Köçkün QHT Şəbəkəsi (CRINGO), Vətəndaş Nəzarəti Şəbəkəsi (VNŞ), “Sülh və tərəqqi naminə dialoq” Konsorsiumu, Korrupsiya qarşı mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsi və s., regional QHT birlikləri yarandı və mühüm inkişaf yolu keçdilər. Bu dövrdə QHT-lərin yalnız qayğı ilə müşahidə olunduğunu demək sadəlövhlük olardı. Ardıcıl səylər, xüsusilə 1997-2003-cü illərdə BMT ilə Azərbaycan hökumətinin birgə layihəsi olan “Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsi” proqramı mühüm töhfələri ilə QHT-dövlət münasibətlərinin peşəkar əsaslarda qurulmasına və qanunvericiliyin təkmilləşməsinə töhfə oldu. Bu layihə çərçivəsində aparılan sistemli iş nəticəsində 2000-ci ildə QHT-lər Haqqında yeni qanun qəbul olundu, 7 regional və Bakı QHT Resurs və Təlim Mərkəzi (QRTM) yaradıldı. Yüzlərlə QHT nümayəndəsinə “QHT idarəçiliyi” mövzusunda təlimlər keçirildi və ən nəhayət, ölkənin milli QHT platforması olan Milli QHT Forumu (MQF) yaradıldı. Azərbaycanda milli donor institutunun yaradılması istiqamətində hökumət, QHT və ekspertlərin səyləri artırıldı. Bu istiqamətdə xarici ölkələrin təcrübəsi öyrənildi, mümkün versiyalar hazırlandı (4).
Bu uğurların da altında İSAR-Azərbaycan, Avrasiya Fondu, Açıq Cəmiyyət İnstitutu (ACİ), Counterpart İnternational Təşkilatı və s., beynəlxalq QHT-lərin və donorların da imzasının olduğunu unutmamaq və onları minnətdarlıqla xatırlamaq lazımdır. Birgə səylərin nəticəsi olaraq bu gün ölkədə peşəkar ictimai xidmətlər təklif edən yerli, regional, ümumazərbaycan və beynəlxalq QHT-lərin çoxminlik ordusu yaranmışdır ki, bu ordu ölkədə dövlət və özəl sektorla münasibətdə 3-cü sektor kimi ayaqda durmuşdur. Bu dövrdə ölkədəki QHT-lərin siyasi təsirlərə məruz qalması, onların peşəkarlaşmasına mənfi təsir göstərsə də, ölkədə həyata keçirilən mühüm layihələrə (Bakı-Tbilisi-Ceyhan boru xətti layihəsi, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası, Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf Dövlət Proqramında iştirak və s., ) töhfələri ilə onlar cəmiyyətin vazkeçilməz mühüm ünsürü olduqlarını bir daha ortaya qoymuşlar (2, 19).
Təbii ki, QHT-lərin qeyri-dini, qeyri-siyasi təşkilat olması özəlliyi hər zaman qorunan dəyər olmamış, bu dövrdə siyasi partiyaların, missioner və digər dini cərəyanların ciddi təsirində olan “QHT-lər” də olmuşdur. Amma vətəndaş cəmiyyətinin öz daxili inkişaf dinamikası bu kimi xəstəlikləri özündən tədricən uzaqlaşdıra və minimalizə edə bilmişdir.
QHT-lərə dövlət dəstəyi siyasəti 2007-ci ildən etibarən rəsmi olaraq elan edilmişdir. 27 iyul 2007-ci ildə Azərbaycan Prezidenti “Azərbaycan Respublikasında QHT-lərə dövlət dəstəyi Konsepsiyası”nı təsdiq etməklə, bu siyasəti rəsmən elan etmiş və onun hüquqi, təşkilati, maddi çərçivələrini müəyyənləşdirmişdir (3).
Əslində, bu siyasət Prezident İ.Əliyevin neft strategiyasının davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi siyasətinin mühüm tərkib hissəsidir. Belə ki, hökumət geniş mənada vətəndaş cəmiyyətini inkişaf etdirmək üçün müxtəlif istiqamətlərdə iqtisadi faydalılığı olmayan, sosial-mənəvi dəyəri isə ölçülə bilinməyəcək qədər əhəmiyyətli dəstək xətləri müəyyən etdi. Bunlar QHT-lərə Dövlət Dəstəyi Şurası, KİV-in İnkişafına Yardım Fondu, Elmin İnkişafı Fondu kimi humanitar inkişaf təşəbbüsləridir.
Keçən dövr ərzində QHT-lərə Dövlət Dəstəyi Şurasının həyata keçirdiyi tədbirlər, icra etdiyi proqramlar və əldə etdiyi uğurlar vətəndaş cəmiyyətinin mühüm ünsürü olan QHT-lərin bir sənaye sahəsinə, əmək tutumlu iqtisadiyyat sektoruna çevriləcəyinə əminliyi artırır.
Müasir dövrdə Azərbaycan Respublikasında fəaliyyət göstərən QHT-lərin sayı da maraq doğurur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətinin 2007-ci ildəki məlumatında qeyd olunurdu ki, son illərdə aparılan hüquqi islahatlar çərçivəsində QHT-lərin dövlət qeydiyyatına alınmasında nəzərə çarpan artım müşahidə olunmaqdadır. Belə ki, 2001-ci ildə 23, 2002-ci ildə 50, 2003-cü ildə 100, 2004-cü ildə 164, 2005-ci ildə 379, 2006-cı ildə 548, 2007-ci ilin birinci yarısında isə 229 qurumun dövlət qeydiyyatına alınması təmin edilib.
Azərbaycan Respublikasında QHT-lərin sayı barədə müxtəlif rəqəmlər söylənilir. Sentyabr 1999-cu il tarixində ölkədə 1242 fəaliyyət göstərdiyi və onlardan isə 1109-nun qeydiyyatdan keçdiyi bildirilirdi. 2009-ci ilin aprelində 2237, dekabrında 2437 və 2010-cu ilin fevralında isə 2483 QHT-nin qeydiyyatdan keçdiyi təsdiqlənmişdir. Müxtəlif QHT birlikləri, media və digər qeyri-rəsmi mənbələr tərəfindən isə 200-dən çox QHT-nin qeydiyyatsız fəaliyyət göstərdiyi bildirilir (2, 30).
Ümumiləşdirmələrə görə hal-hazırda ölkədə yüzlərlə QHT-nin qeydiyyatsız fəaliyyət göstərdiyi məlumdur. ATƏT və İCNL-in 2002-ci ildəki məlumatına əsasən qeydiyyatdan keçməmiş QHT-lərin sayı 611 olub (7).
2010-cu ilinin statistik məlumatlarına görə, ölkədə mövcud QHT-lərin sayını nəzərə alsaq, orta hesabla hər 3500 vətəndaşa təxminən bir QHT düşdüyünü qeyd etmək olar. Bu göstərici inkişaf etmiş ölkələrə nisbətən fərqlidir. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə vətəndaş cəmiyyəti təsisatlarının, o cümlədən QHT-lərin çox sayda və keyfiyyətli fəaliyyət göstərməsi inkişafın əsas atributlarından hesab edilir. Hər hansı bir ölkədə QHT-lərin çox sayda təsis edilməsi və səmərəli fəaliyyəti üçün zəmin yaradılması cəmiyyətin maraqları ilə yanaşı, hökumətin də marağındadır. Çünki QHT-lərin fəaliyyəti bir növ hökumətin üzərinə düşəcək bir çox sosial, humanitar, təhsil, səhiyyə və digər sahələrdə olan öhdəlik və vəzifələrin məsuliyyətini paylaşmaqla yüngülləşdirir. Resurs qıtlığı və digər səbəblərdən QHT aktivliyi başlıca olaraq paytaxtla və böyük şəhərlərlə məhdudlaşır (2, 31).
2012-ci ilin aprel ayı üçün Ədliyyə Nazirliyinin məlumatına görə, ölkədə qeydiyyata alınmış 2750 QHT var. Onlardan 293-ü fəaliyyət göstərib. 2011-ci ilin yekunlarına görə, məhz 293 QHT ümumi məbləği 32,9 mln. manat məbləğinda 484 qrant üzrə hesabat verib. Beləliklə, hər qurumun orta illik dövriyyəsi 11 min 636 manat təşkil edib. Fəaliyyətdə olan QHT-lərin 30%-i elm sahəsində, 11% - i uşaq və gənclərin problemləri ilə, 7% -i turizm və mədəniyyət, 6% -i insan hüquqları və bir o qədəri sosial problemlərlə məşğul olur. KİV və səhiyyə problemlərinin payına 5%, QHT-lərin fəaliyyətinin və ekologiyanın dəstəklənməsinə 4% düşüb (5). edildiyi kimi, QHT-lərlə bağlı başqa bir məsələ qeydə alınmış təşkilatların bir qisminin fəaliyyətsiz olmasıdır. Yəni qurumlar rəsmi qeydiyyatdan keçir, amma fəaliyyətini tənzimləməyərək formal xarakter alır. Əgər bu kimi halları nəzərə alsaq, reallıqda cəmiyyətin problemləri ilə aktiv məşğul olan və vətəndaş cəmiyyətinin inkişafında rəsmi rəqəmlərdən az sayda ( 801 QHT) təşkilatın fəaliyyət göstərməsi məlum olar. Nəzərə alsaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2009-cu ildə elan etdiyi maliyyə yardımı müsabiqəsinə müraciət etmiş QHT-lərin sayı 600-dən çox deyil və o cümlədən dövlət qeydiyyatına alınmış 1000-dən çox QHT ilə əlaqə yaratmaq üçün KİV-də elan verilib və bu təşkilatların adları qeyd olunub, o zaman yuxarıda qeyd edilən fikir təsdiqini tapmış olur. Qısaca, ölkədə QHT-lərin sayı və fəaliyyətini analiz etsək, məlum olur ki:
• Ölkədə 2500-ə qədər QHT-nin mövcud olmasına baxmayaraq, bunların mühüm bir qismi fəaliyyətsizdir;
• Ölkədə QHT-lərin əksər hissəsi paytaxt Bakı şəhərində fəaliyyət göstərir və regionlarda QHT-lərin formalaşması və inkişafı prosesi zəif gedir;
• Vətəndaş cəmiyyəti quruculuğunda prosesləri sürətləndirmək üçün QHT-lərin sayını artırmaqla yanaşı, onların fəaliyyətlərində keyfiyyət və səmərəli fəaliyyət əmsalını artırmaq zərurəti vardır (2, 31-32).
Hal-hazırda ölkədə 3000-ə qədər qeydiyyatdan keçmiş QHT və xeyli sayda qeydiyyatsız qrup mövcuddur. Ölkədə mövcud QHT-lərin sayını nəzərə alsaq, orta hesabla hər 3000 vətəndaşa təxminən bir QHT düşdüyünü qeyd etmək olar. Kəmiyyət prizmasından qiymətləndirsək Azərbaycan kimi müstəqillik yoluna yeni qədəm qoymuş ölkələr üçün bu pis göstərici deyil.
Ümumiyyətlə, QHT-lərin tarixinin tədqiqi təsdiq etmişdir ki, Azərbaycanda QHT-lərin inkişaf tarixi zəngin və maraqlıdır. Bu tarixi dərsin öyrənilməsi müasir dövrdə 3-cü sektorun möhkəmləndirilməsi üçün çox faydalı ola bilər. Xüsusilə, orta əsrlərdəki əxilərin, XIX əsr ədəbi məclislərinin, xeyriyyə cəmiyyətlərinin və s. tədqiqi və təbliği arzu olunandır. Sovet dövrünün sonuna doğru yaranmış QHT-lərin fəaliyyətinin öyrənilməsi də məqsədəmüvafiqdir. Ölkədə demokratik dəyərlərin oturuşması baxımından QHT sektorunun tarixi dövrlərinin dəqiq öyrənilməsi vətəndaş cəmiyyəti mədəniyyətinin formalaşmasına müsbət təsir edəcəkdir.

Ədəbiyyat
1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2009.
2. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasında QHT-lərin vəziyyəti haqqında Milli Hesabatı. Bakı, 2010.
3. Azərbaycan Respublikasında QHT-lərə Dövlət Dəstəyi Şurası. Bakı, 2008.
4. Azərbaycanda yerli donorluq və filantropiyanın əsas inkişaf istiqamətləri. “Vətəndaş cəmiyyəti uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi. Bakı, 2004.
5. Azərbaycanda QHT-lərin durumu. http://www.contact.az.
6. Azərbaycan SSR Konstitusiyası. “Azərnəşr”, Bakı, 1973, maddə 133.
7. ATƏT, İCNL, QHT-lərin qeydiyyatının monitorinqi layihəsinin Yekun Hesabatı. Bakı, 2002.
8. QHT-hökumət dialoqunun yekun hesabatı. “Azərbaycan” nəşr, Bakı, 2001.
9. Quliyev A. QHT-lərin tarixinə ümumi bir nəzər. “525-ci qəzet”, 12.01.2008, səh., 12.
10. SSRİ Konstitusiyası. “Azərnəşr”, Bakı, 1977, maddə 51.

Açar sözlər: Azərbaycan Respublikası, Qeyri-hökumət Təşkilatları, müasir dövrdə, “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası”.

Ключевые слова: Азербайджанская Республика, неправительственные организации, современный этап, «Концепция Государственной Поддержки Неправительственных Организаций».

Keywords: Azerbaijan Republic, Non-Governmental Organizations, in modern times, “Concept of State Support to Non-Governmental Organizations”.

РЕЗЮМЕ
Азербайджанская Республика за последние 10 лет значительно продвинулась в экономической сфере и встала в один ряд с развитыми мировыми государствами. Наравне с этим, в Азербайджане достигнуто многое в направлении построения гражданского общества. Учитывая, что одним из критериев, обусловливающих сильное государство, является гражданское общество, Азербайджан уделяет большое внимание развитию этой области: сформировал конкретные механизмы поддержки государством учреждений гражданского общества, средств массовой информации, с целью укрепления защиты прав человека принял «Национальную Программу Действий», осуществил законодательные реформы для финансирования политических партий из государственного бюджета.
Одним из важнейших шагов, направленных на поддержку и развитие гражданского общества в Азербайджане, является формирование социально-экономической и финансовой базы неправительственных организаций – ведущих элементов гражданского общества.
27 июля 2007-го года решением Президента Азербайджанской Республики была утверждена «Концепция Государственной Поддержки Неправительственных Организаций», которая определила базовые принципы начала нового этапа развития в стране сектора НПО. После прошедших в общественном секторе принципиальных обсуждений концепции, указом Президента Азербайджанской Республики от 13 декабря 2007-го года был создан Совет Государственной Поддержки Неправительственных Организаций при Президенте Азербайджанской Республики и был утвержден Устав Совета.

SUMMARY
Significantly developed in the last 10 years in the economic field Azerbaijan Republic along with being one of the world's developed countries, also has achieved a lot of successes for the establishment of a civil society.
Taking into account that one of the factors contributing to the development of a strong state is a strong civil society Azerbaijan paid special attention to this sector, established specific mechanisms to support the civil societies, the Mass Media, was adopted the National Action Plan in order to strengthen the protection of human rights and have been implemented legislative reforms to finance the political parties from the state budget.
One of the most important steps in support and development of civil society in Azerbaijan is the development of Non-Governmental Organisations and the formation of socio-economic and financial base of this sector.
On July 27, 2007 by order of the President of Azerbaijan Republic the “Concept of State Support to Non-Governmental Organizations” was approved, and this conception has determined the basic principles for the start of a new phase of development of the NGO sector in the country. After the fundamental discussions in the public sector in connection with the concept by order of the President was created Council of State Support to Non-Governmental Organizations under the President of Azerbaijan Republic and was approved the Regulations of the Council.

 

 MƏHƏBBƏT MƏMMƏDOVA AMEA A.A.Bakıxanova adına Tarix İnstitutu

"Geostrategiya" jurnalı № 06 (36) NOYABR-DEKABR 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM