TÜRKİYƏ İLƏ İRAN ARASINDA REGİONAL LİDERLİK RƏQABƏTİ: BÖYÜK DÖVLƏTLƏRİN MARAQLARI VƏ MÖVQEYİ

09:00 / 02.02.2017

Yaxın və Orta Şərq, geoiqtisadi və geosiyasi əhəmiyyətinə görə hər zaman qlobal güclərin söz sahibi olmaq istədiyi əsas regionlardan biri olmuşdur. Böyük dövlətlərin regionda hakimiyyəti əldə etmək siyasəti bəzən münaqişə və müharibələri qaçınılmaz edirdi. Ümumilikdə, böyük güclərin marağına xidmət edən qeyri-sabitlik Orta Şərqin ən qədim dövlət ənənələrinə və regional liderlik hədəflərinə sahib olan Türkiyə və İrana təsirsiz ötüşmürdü. Tarixə nəzər salsaq, bu iki dövlətin fərqli siyasi, iqtisadi, dini mövqeləri tərəflərarası rəqabəti şərtləndirmişdir. Qlobal güclərin regionda artan marağı ilə tarixi Türkiyə-İran rəqabəti geniş vüsət almışdır. Belə ki, tərəflər arasında regional gücolma iddiaları böyük güclərin siyasəti ilə formalaşmağa başlamışdır. Bu əsasla, məqalə böyük dövlətlərin Yaxın və Orta Şərqdə maraqları və mövqeyi çərçivəsində Türkiyə və İran rəqabətinə təsirlərini açıqlamağa və təhlil etməyə çalışır.
Dünyanın ən qədim mədəniyyət ocağı sayılan Yaxın və Orta Şərq tarix boyu siyasi mübarizələrin, müharibələrin yaşandığı regionlardan biri olmuşdur. XX əsrin əvvəllərində Osmanlı imperiyasının süqutu ilə Orta Şərq regionu strateji əhəmiyyəti və sahib olduğu zəngin yeraltı ehtiyatlar səbəbindən dünyanın böyük dövlətləri tərəfindən parçalanmalara, müharibələrə məruz qalmışdır. Xüsusilə, İkinci Dünya müharibəsindən sonra Yaxın və Orta Şərq, Soyuq müharibə dövründə həm Şərq, həm də Qərb bloku üçün iqtisadi və siyasi əhəmiyyət kəsb etdiyindən tərəflərin rəqabət etdiyi əsas regionlardan biri olmuşdur.
Orta Şərqdə baş verən bu hadisələr təhlil edildiyi zaman regionun sahib olduğu mədəni dəyərlərin münaqişələrə səbəb olduğu aydınlaşır. Belə ki, maraqlara xidmət edən münaqişələrdə, böyük güclər tərəfindən fürsət olaraq dəyərləndirilən regionun fərqli etnik, dini, məzhəblərə sahib olması əsas rol oynamışdır. Məhz bu səbəbdəndir ki, Yaxın və Orta Şərqdə şiddət, terror və müharibələr səngimədən davam etməkdədir. 2010-cu ildən başlayıb hal-hazırda da davam edən “Ərəb baharı” kimi.
“Ərəb baharı” regionda maraqların və mövqelərin yenidən formalaşdırılmasına səbəb oldu. Bu mərhələ bəzi dövlətlər üçün mövqelərin yenidən qazanılması, bəzi güclər üçün yeni mövqe uğrunda mübarizəyə qoşulma fürsəti yaratdı.
Yaxın və Orta Şərqdə baş verən bütün bu konfliktlər, müharibələr təbii ki, regionda uzun illər yer alan, regional liderlik uğrunda mübarizə aparan – Türkiyə və İrandan yan keçməməktədir. Eyni coğrafi regionda müxtəlif idarə etmə quruluşuna sahib olmalarına baxmayaraq, ikitərəfli münasibətlər hər zaman davam etmişdir. Tarix boyu fərqli məzhəbləri, regional siyasətləri, global güclərlə olan münasibətləri ilə tərəflərin regional rəqib olduqları məlumdur. Bu gün də Orta Şərqdə cərəyan edən dəyişikliklərə münasibətdə bir-birinə əks strategiyalar, fərqli regional maraqlar, qarşı mövqelərdə yer almaları hələ də liderlik rəqabətinin davam etdiyini açıq şəkildə təcəssüm etdirir.
Təbii ki, Yaxın və Orta Şərq regionunu böyük güclərsiz təsəvvür etmək olmaz. Bunun nəticəsidir ki, regional liderlik rəqabəti böyük dövlətlərin maraqları çərçivəsində formalaşmaqdadır.

Türkiyə - İran rəqabətinə Qərb baxışı
Yaxın və Orta Şərq Qərb üçün hər zaman vacibliyini qoruyan bir region olaraq qarşımıza çıxmaqdadır. Region sahib olduğu enerji ehtiyatları, strateji və coğrafi mövqeyi, eyni zamanda tarixi əlaqələr və təhlükəsizlik məsələləri ilə həmişə Qərbin diqqət mərkəzində olmuşdur. Təbii ki, regional yaxınlıq səbəbindən Orta Şərqdə meydana gələn hər mənfi xarakterli hadisə Qərb dövlətlərini yaxından maraqlandırmaqdadır. Çünki, Qərb dövlətləri enerji ehtiyatlarının təxminən yarısını Orta Şərqdən idxal etməkdədirlər. Belə olan halda regionda baş verən qeyri-sabitlik, xaos enerji ixracının axışını təhlükə altında qoyacaqdır. Bu səbəbdən Qərbin Yaxın və Orta Şərq siyasəti iqtisadi və siyasi maraqlar çərçivəsində formalaşmışdır. (3)
Bir çox təhlillərdə Qərb ilə ABŞ-ın Orta Şərqdə ortaq maraqlarının olduğu və bu səbəbdən də regionda müttəfiq olaraq siyasət apardıqları müşahidə olunur. Tərəflər əsasən regionda terrorizm ilə mübarizə, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, sülhün təmin edilməsi, sabitliyin qorunması, neft və qazın dünya bazarına nəql olunmasının təhlükəsiz şəraitdə həyata keçirilməsi ilə baglı birgə siyasət həyata keçirirlər.
Soyuq müharibənin başa çatmasından sonra dünyanın “tək super güc” olaraq hakimiyyət sahəsini xeyli genişləndirən ABŞ Orta Şərqdə nüfuzunu artırmaq və regional maraqlarını həyata keçirmək məqsədilə regiona müdaxilələr etmişdir. Xüsusilə, 11 sentyabr 2001-ci ildə ABŞ-a qarşı törədilən terror aktı, ölkənin regional siyasətinin dəyişməsinə səbəb olmuş və hərbi müdaxiləsinə gətirib çıxarmışdır.(4, s.27) Digər tərəfdən, qarşısında ciddi mənada müqavimət göstərən gücün olmaması ABŞ üçün əlverişli bir fürsət idi.
İkiqütblü dünyanın sona çatmasıyla super gücə çevrilən ABŞ-ın 11 sentyabr 2001-ci il hadisəsiylə regiona hərbi müdaxilə ilə terrorizmə qarşı apardığı siyasətinin uğursuz olması və bu müdaxilənin region dövlətləri tərəfindən etirazla qarşılanması Böyük Orta Şərq layihəsinin ortaya çıxmasına səbəb oldu. Böyük Orta Şərq layihəsini irəli sürən ABŞ regionda demokratiya, sərbəst iqtisadiyyat, dünyəvilik, insan haqları kimi Qərb dəyərlərini müsəlman ölkələrində yaymağa çalışırdı. Layihə ilə ABŞ hərbi güclə deyil, yeni müttəfiqlər, yeni təhlükəsizlik sistemləri ilə regionda maraqlarını həyata keçirməyə başladı.(2) Bu məqsədlə, ABŞ-ın siyasəti İraqdan başlayaraq Orta Şərqi yeniden formlaşdırmaq və Körfəzdə hakim mövqeyə sahib olmaqla regionda suverenliyini qorumaq idi.
Bundan başqa, ABŞ-ın digər məqsədi daha çox neft hasilatına sahib olmaq, təhlükəsizliyini qorumaq, iqtisadiyyatını inkişaf etdirmək, regionda nüfuzunu artırmaq, dünyada tək hakim güc olaraq hakimiyyətini davam etdirərək, Orta Şərqdə Rusiya və Çin kimi ABŞ-a rəqib ola biləcək global güclərin siyasətinə mane olmaq idi.
ABŞ - ın Böyük Orta Şərq layihəsi çərçivəsində əsas məqsədləri:
• Regionda sabitliyi təmin etmək
• Fələstin-İsrail münaqişəsini həll etmək
• Terrora dəstək verən ölkələrlə mübarizə aparmaq
• Yaxın və Orta Şərq dövlətlərinə siyasi və iqtisadi dəstək olmaq.
Bu məqsədlər çərcivəsində ABŞ-ın region dövlətlərindən – Misir, Səudiyyə Ərəbistan, Türkiyə və Körfəz ölkələri ilə ortaqlıq, müttəfiqlik münasibətləri yaranmağa başladı. Xüsusilə, Böyük Orta Şərq layihəsi ilə Türkiyənin rolu daha da artmışdır. “Model ölkə” olaraq adlanan Türkiyə, ABŞ üçün həmişə əhəmiyyətli tərəfdaş oldu.(2) Buna qarşılıq olaraq, İran regionda ABŞ üçün təhlükəli dövlət olaraq qəbul edilməkdə idi.
Ən əsası 1979-cu il inqilabı ilə yenidən formalaşan İran xarici siyasəti, nüvə programı və terrorizmə dəstək verən ölkə olaraq qəbul edilməktəydi. İranı izolyasiya etmək, rejimi dəyişdirmək istəyən ABŞ-ın bu addımları Tehranı zəiflətməklə qalmayıb, əksinə regionda fəaliyyətini daha da artırmaq idi. Belə ki, 11 sentyabr 2001-ci il hadisəsi ilə Əfqanıstana, sonra da İraqa müdaxiləsi dolaylı olaraq İranı regiondakı düşmənlərindən (Əfqanıstanda Taliban, İraqda Səddam Hüseyn) xilas etmişdi. Hərbi müdaxilələr İranın şiə dövləti olaraq İraqda və Suriyada nüfuzu daha da artırdı.(11) Bu nüfuzdan ehtiyatlanan ABŞ, İrana regional tərəfdaşlıq edərək siyasətini həyata keçirməyə başladı. Beləliklə, ABŞ-ın İranın terrora dəstək verən dövlət olaraq adlandırılması, tez-tez nüvə programı ilə günahlandırılması, Türkiyə ilə müttəfiqlik etməsi regional rəqabətin formalaşmasına səbəb olurdu.
İki ölkənin fərqli perspektivləri ilk olaraq Qərb ilə birgə və Qərbə qarşı olan münasibətləri ilə formalaşmışdır. Əsas fərq, İranın kapitalizmə, liberal demokratiyaya, ABŞ-a və onun liderliyində qurulan yeni dünya siyasətinə qarşı olmasıdır. Bir tərəfdən Türkiyə İranın nüvə silahına sahib olmasını əlverişli olduğunu qəbul etsə də, digər tərəfdən buna qarşıdır. Çünki İranın nüvə silahına sahib olması regional güc olmasına və şiə dövlətlərinə liderlik etməsinə səbəb olacaqdır.
Türkiyə və İran arasında tarixi rəqabətlə birgə, geosiyasi, stratejik, iqtisadi, siyasi rəqabətin də olması diqqətdən qaçmır. İranın ABŞ ilə münasibətlərindən və ABŞ-ın işğal etdiyi Əfqanıstan və İraqdaki güc boşluqlarından yararlanan Türkiyə ABŞ ilə müttəfiqliyini davam etdirərək regionda təsirini artırmağa çalışd.(12, s.4) Nəticə etibarı ilə bu güc boşluğu Türkiyə və İran arasındakı ikitərəfli münasibətlərin yenidən regional rəqabətə çevrilməsinə təkan verdi.
Beləliklə Böyük Orta Şərq layihəsinin nəticəsində ABŞ-ın qlobal güc olaraq zəifləməsi regional aktorlar olan Türkiyə və İranın isə bölgə siyasətinin artmağa başladığı dövrün başlanğıcı oldu. Bu dövr üçün Türkiyə xarici siyasətinin tək problemi İsraillə münasibətlərinin pozulması oldu. Lakin İsraillə münasibətlərin pozulması özü də, Türkiyənin bölgədəki gücünün bir qədər artmasına, İranla münasibətlərinin bir qədər normallaşmasına səbəb oldu. ABŞ-ın beynəlxalq və regional aləmdə Orta Şərq planları gerçəkləşmədi. Bu siyasət ilk növbədə ABŞ-ın müttəfiqləri olan Türkiyə, Səudiyyə Ərəbistanı və Misir tərəfindən zəiflədildi. Bu dönəmdə ABŞ-ın regiondakı siyasətindən narahat olan Türkiyə də ona münasibətdə “yumşaq balanslaşdırma” siyasəti yürütməyə başladı. Bu siyasət çərçivəsində, ABŞ-ın narazılığına baxmayaraq, qarşı tərəf aktorları olan Suriya, Həmas İranla münasibətlərini inkişaf etdirməyə başladı. C.Buşun hakimiyyəti dövründə, yəni 2000-ci illərdə ABŞ beynəlxalq münasibətlərdə fərqli ideologiyaya əsaslanan yeni bir nizam qurmağa cəhd etdi. C.Buş hakimiyyətinin realist qanadı, xüsusən də, 2006-cı il Livan savaşından sonra, Böyük Orta Şərq layihəsini ikinci plana ataraq, bölgədə məzhəbsəl siyasət həyata keçirməyə başladı. İranın regionda artmaqda olan təsirini azaltmaq üçün məzhəb ayrılığı ortaya atıldı. Türkiyə də öz tərəfindən İranın təsirinə qarşı müəyyən addımlar atdı: Suriya və Həmasla münasibətlərini artırmağa başladı, Fələstin məsələsində daha fəal mövqe tutmaqla öz məqsədinə çatmağa çalışdı. ABŞ-ın regional gücünün iflas anı olan İraqın işğalı, əslində İran və Türkiyənin bölgə siyasətinin yüksələn xətlə inkişafı dövrünün başlanğıcı olduğunun əsas göstəricisidir.(1, s.166)
2010-cu ildən etibarən Yaxın və Orta Şərqdə “Ərəb baharı” olaraq başlayan inqilablar regionda əsaslı dəyişiklərin baş verməsinə səbəb oldu. ABŞ artıq sülhpərvər və dost dövlət imici yaratmaq üçün daha çox əməkdaşlıq, danışıqlar və uzlaşma yolu ilə münasibətləri normallaşdırmaq prinsipi ilə hərəkət etməyə başladı. Əlbəttə ki, burada Türkiyə ilə əməkdaşlıq xüsusi yer tuturdu.
“Ərəb baharı” Türkiyəni bu proseslərdə rolunu daha aktiv, sülhpərvər və əməkdaşlığa hazır bir dövlət kimi qabartdı. Hətta ABŞ-ın dəstəyi ilə Türkiyəni ərəb dövlətləri üçün model halına gətirdi. Türkiyənin Qərblə yanaşı Şərqə də aktiv şəkildə inteqrasiyası, Avropa qarşısında öz maraqları naminə sərt duruşu onun Ərəb dünyasında nüfuzunu artırmaqla bərabər, regionda proseslərə birbaşa qatılmaq və söz sahibi olmaq, eləcə də regional problemlərlə bağlı hesablaşılmalı dövlət olmaq mövqeyinə qaldırdı.
İranın da “Ərəb baharı” ilə şiə dövləti olaraq regional nüfuzunun artması rəqabət üçün yeni şərait yaratdı. Bu rəqabət Suriya, Mosul məsələsində də tərəfləri qarşı-qarşıya gətirdi. ABŞ və Türkiyə tərəfdaşlığı davam etsə də, İranla 2015-ci ildən ikitərəfli münasibətlərdə nüvə proqramında razılığa gəlinməsi ilə irəliləyiş əldə olundu. Ümumilikdə, bu razılıq Türkiyənin artan regional liderliyinin İran ilə balanslaşdırılması olaraq qəbul oluna bilər.

Tərəflərin liderlik hədəfi və Rusiyanın geostrategiyası
Yaxın və Orta Şərq Rusiya üçün əvvəllər olduğu kimi hal-hazırda da geostrateji əhəmiyyətli region olmağa davam etməkdədir. Soyuq müharibənin başa çatmasından sonra Rusiyanın həm iqtisadi, həm də hərbi cəhətdən zəifləmiş olması Orta Şərqdə aktiv siyasət həyata keçirməsinə mane oldu. Bununla belə, Rusiyanın regiona olan baxışı müyyən dəyişikliklərə səbəb olsa da, ABŞ-ın 11 sentyabr hadisəsini əsas göstərərək hərbi müdaxilələr etməsi və “Böyük Orta Şərq layihəsi”ni elan etməsi ilə Rusiyanın regiona olan maraqları yenidən artmağa başladı. Bu maraqların artması sovet dövründən etibarən başlayan Rusiya – ABŞ rəqabətinin davamı olaraq qəbul olunur. Beləliklə, Rusiya və ABŞ-ın bir-birilərini təhlükə olaraq dəyərləndirmələri balanslaşdırma adına regionda müttəfiq dövlətlərlə əməkdaşlıq qurma siyasəti ilə ortaya çıxartdı.
Rusiyaya görə ABŞ-ın regiondakı əsas hədəfi İran və sahib olduğu enerji ehtiyatlarıdır. Bu vəziyyət Rusiya üçün regiondan uzaqlaşdırılması və Orta Asiyada fəaliyyətinin məhdudlaşdırılması deməkdir. Bunun isə Rusiya tərəfindən qəbul edilməsi mümkün deyildir. Bu səbəbləri nəzərə alan Rusiya İran ilə əməkdaşlığını davam etdirməkdədir.
Hazırda Rusiyanın Orta Şərqdə eləcə də, Suriya siyasətinin formalaşmasına təsir edən faktorlar bunlardır: (8, s.17-18)
• Regionun strateji əhəmiyyəti
• Zəngin enerji ehtiyatları
• Siyasi İslamın artan gücü və yaratdığı təhlükəli vəziyyət
• Beynəlxalq nüfuz
• Regionda güc tarazlığı
Bu faktorlarla formalaşan Rusiyanın Yaxın və Orta Şərq siyasətinə nəzər salsaq ABŞ kimi regional dövlətlərə dəstək verərək regionda olan nüfuzunu qorumağa çalışdığını görə bilərik. Tez-tez gündəmə gələn Rusiya – İran əməkdaşlığı da bunu sübut edir.
SSRİ-nin süqutu və İran üçün təhlükə törədən kommunizmin ortadan qalxması ilə Rusiya – İran münasibətləri qarşılıqlı maraqlar çərçivəsində formalaşmağa başlamışdır. Belə ki, tərəflər arasında hərbi texnologiya sahəsində əldə edilən əməkdaşlıq 1997-ci ildə də Qazpromun ABŞ-ın qarşı olmasına baxmayaraq İran ilə İran körfəzində qaz yataqları axtarışı layihəsi ilə davam etmişdir. Eləcə də, ticarət əlaqələri, Çeçenistan məsələsi, Tacikistan və Əfqanıstandakı vətəndaş müharibələrində Rusiya və ABŞ arasındakı mübarizədə İranın mövqeyi Rusiya üçün xüsusi əhəmiyyət kəsb etmişdir.
İslam inqilabı ilə ABŞ-la olan əlaqələrin kəsilməsi və İrana qarşı tətbiq olunan embarqolar İranı yeni tərəfdaşlar axtarmağa sövq etdi. Böyük Orta Şərq layihəsi ilə ABŞ-ın Orta Şərqdə artan nüfuzundan ehtiyatlanan İran Rusiya ilə regionda tərəfdaş olaraq Türkiyə - ABŞ müttəfiqliyini balanslaşdırmağa çalışırdı.
İranın zəngin yeraltı təbii ehtiyatlara sahib olması və regiondakı bir çox ölkəyə dini faktorlarla təsir edə bilməsi, eyni zamanda hər iki dövlətin xarici siyasət prioritetləri, ABŞ-ın regiondakı varlığından narahatlıqları, Türkiyənin regional siyasəti haqqında tənqidləri, “Ərəb baharı” ilə bağlı dəyərləndirmələri, Suriya böhranın həll olunmasında önə sürdükləri siyasət, Avrasiya perspektivləri bir-birinə əməkdaşlığın davam etməsinə təsir edən amillərdəndir.
Ümumilikdə, hər iki tərəfin maraqlarına xidmət edən bu əməkdaşlıqda Türkiyənin də rolu vardır. Belə ki, Türkiyənin ABŞ-la müttəfiq olması, qərb tərəfdarı olaraq siyasət aparması, regonal lider güc olaraq Orta Şərqdə hakim olmaq iddiası da bu əməkdaşlığı əsaslandıran digər səbəblərdəndir. Başqa sözlə ifadə etsək, Rusiya – İran əməkdaşlığı Tükiyənin regional lider dövlət olmasını əngəlləməyə çalışmaqdan ibarətdir.(5) 2010-cu ildən etibarən başlayan “Ərəb baharı”ında da bu siyasət davam etmişdir.
“Ərəb baharı” Orta Şərqdə böyük güclərin eləcə də, Rusiyanın regional siyasətinin yenidən formalaşmasına səbəb oldu. Qiyamlar qarşısında Rusiya Tunis, Misir, Bəhreyn, Yəmən və digər ölkələrdə tamaşaçı rolunda qalmış, ancaq Rusiya üçün strateji əhəmiyyət kəsb edən Suriya məsələsində aktiv rol oynamışdır.
Suriyada baş verən bu qiyamın iqtisadi səbəblərdən çox etnik və məzhəbsəl mübarizə məqsədilə böyük dövlətlərin burada hakim olmaq siyasətindən həll yolu tapmadığı aydındır. Ölkədə sünni əhalinin çoxluq təşkil etməsinə baxmayaraq, şiə hakimiyyətin olması qarşıdurmanın əsas səbəblərindəndir. Suriya rejimlərinin ABŞ-a qarşı olması Qərbin müxaliflərini dəstəkləmələrinə səbəb olmuşdur. Suriyada iqtisadi və strateji maraqları olan Rusiyanın burada Esad rejimini dəstəklədiyi gözlərdən qaçmır.
Suriyadakı vəziyyət qarşısında İranın mövqeyi Esad rejimin qalmasından tərəf olması Rusiya və İran əməkdaşlıq sahəsinin davam edəcəyi istiqamətindədir. Türkiyənin Suriya siyasətində olan qarşı mövqeyi İran ilə rəqabətin daha geniş vüsət almasına şərait yaratdı.(9) Belə ki, Türkiyənin Suriya siyasətində vurğuladığı sərhəd təhlükəsizliyi məqsədilə terroristlərdən təmizlənməsi, təhlükəsiz bölgə yaradılması, və bu bölgənin beynəlxalq bir güc tərəfindən idarə olunması Rusiya tərəfindən ciddi etirazla qarşılanmasa da, ancaq uçuşlara qadağa zolağı – NFZ (no-fly zone) yaradılması Rusiya və İranın maraqlarına əks olduğu üçün qarşı mövqelərdə yer almasına səbəb olmuşdur. Digər məsələ isə, Hələbdir. Rusiya Hələbdə müxalif qüvvələri terrorist olaraq dəyərləndirdiyi halda, Türkiyə əks fikirdədir.
Son dövrlərdə Türkiyənin regional siyasəti Rusiya ilə münasibətlərdə baş verən diplomatik böhran və 15 iyul çevriliş cəhdi ilə müəyyən dəyişikliklərə səbəb olmuşdur. Tükiyənin Esad rejiminə qarşı olması siyasətindəki dəyişiklik, həm Rusiya ilə olan münasibətlərin inkişafına, həm də Türkiyə - İran əlaqələrində Suriyanın ərazi bütövlüyünü əsas alan təhlükəsizlik müqaviləsinin ortaya çıxmasına şərait yarada bilər. İran – Türkiyə münasibətlərində Rusiya, əvvəllər iki tərəf arasında rəqabət tarazlığını müəyyənləşdirən dövlət olsa da, hazırda regionda yeni əməkdaşlıq imkanları ilə ortaq müttəfiqdirlər.

Regional rəqabət və Çinin ”dünya siyasəti”
Çin gələcəkdə dünyadaki dinamikləri yenidən inşa etmək potensialına sahib olan ölkələrdən biridir. Çinin dünya siyasəti ilk olaraq İkinci dünya müharibəsindən sonraki dövr ərzində formalaşmağa başlamışdır. Hazırda Çin dövlətinin bu diqqətçəkən yüksəlişi iqtisadi sahədə özünü daha çox göstərir.(7) Ancaq Çin dövlətinin bu siyasətini həyata keçirməsi üçün iqtisadi inkişafla birgə yeni regional hakimiyyətini davam etdirə bilməsi əsas şərtlərdəndir. Belə olduğu halda, Çin siyasi modernləşmə ilə global güc olacaqdır.
Çinin əhəmiyyətli bir global güc olaraq ortaya çıxmasındakı şübhəsiz əsas səbəb iqtisadi inkişafıdır. Ancaq Çinin bu gücünün davam etməsi üçün yeni enerji ehtiyatlarına olan ehtiyacı onu Orta Şərq regionuna yönəlməsinə səbəb olmuşdur. Belə ki, Çinin əsas neft təminatçısı Yaxın və Orta Şərqdir.(10) Ölkəyə daxil olan neftin 51%-i Səudiyyə Ərəbistan, Küveyt və İran tərəfindən qarşılanır. Bu səbəblə, regionda olan böyük güclərin maraqlarına Çinin də regional maraqları qoşulmuşdur. Çinin Orta Şərqdə siyasət aparmasına digər səbəb ABŞ-la olan rəqabətidir.
Soyuq müharibə dövründə Çin regionda aktiv rol oynamamış balanslı siyasət həyata keçirmişdir. İkiqütblü dünyanın son çatması ilə Çinin iqtisadi inkişafla güclənmək hədəfləri regionda aktiv rol oynamasına səbəb olmuşdur. Belə ki, Çinin Orta Şərqdə əsas siyasəti enerji təhlükəsizliyinin təmin olunması, bazarların və yeni investisiya imkanlarının artırılması idi. Təbii ki, Çinin regiondaki maraqları ABŞ-la rəqabəti də bərabərində gətirdi. Bu rəqabət regional dövlətlərlə olan münasibətlərə də təsirsiz ötüşmürdü.
ABŞ-ın Böyük Orta Şərq layihəsini kommunist sisteminə təhlükə olaraq qəbul etməsi Çinin Orta Şərq dövlətləri ilə əməkdaşdaşlıq etməsi ilə nəticələnmişdir. Son illərdə Orta Şərq siyasətində Çinin İranla münasibətləri daha diqqət çəkir. Belə ki, İranı Çin üçün əhəmiyyətli edən bir neçə səbəb vardır. Başlıca amil, dünyada İranın zəngin neft yataqlarına sahib olması, OPEC-ə üzv olan ölkələr içində ən çox neft ixrac ikinci ölkə olmasıdır. Digər tərəfdən, ABŞ-ın İrana sanksiyalar tətbiq etməsi xarici şirkətlərin İranla ticarət etməsini məhdudlaşdırsa da, Çin üçün bu daha çox ixrac demək idi. Dünya bazarına açılmaq imkanı məhdudlaşan İran üçün Çinlə əməkdaşlıq əlverişli idi.
Daha öncə də qeyd olunduğu kimi Çinin xarici siyasətində Orta Şərqin əhəmiyyətli rol oynaması iqtisadi amillərlə bağlıdır.(6) İran üçün Çin ilə iqtisadi tərəfdaşlıq etmək regional güc olmasına təsir edən faktorlardan biridir. Çünki uzun zamandır beynəlxalq aləmdən tədric edilən İran üçün böyük gücolma potensialına sahib Çin ilə iqtisadi və siyasi sahədə əməkdaşlıq etmək əhəmiyyətlidir. Bundan başqa, Çinin əsas silah tədarükçüsü olması da həm regional, həm də global balanslaşmaya təsirsiz ötüşmür.
Çinin regionda iqtisadi bir güc olaraq yüksəlməsi, İranla əməkdaşlığı Türkiyə iqtisadiyyatı üçün əlverişli şərait yaradır. Ancaq, Çinin İrana silah satması, eləcə də, İranın nüvə siyasəti proqramına dəstək olması Türkiyə üçün regionda təhlükə mənbəyidir. Eyni zamanda, Çin və İran əməkdaşlığının ABŞ müttəfiqlərinin regional lider olmasına qarşı formalaşdığını qeyd edə bilərik.
“Ərəb baharı” ilə başlayan inqilablar ərzində Çin üçün siyasi rejimlərin dəyişməsinin o qədər də əhəmiyyətli olmadığı ortaya çıxartdı. Bu səbəblə Çin “tərəfsiz siyasət” yürütməkdədir. Ancaq qlobal və regional ABŞ hegemonluğuna qarşı Çin hər zaman İran kimi Orta Şərq dövlətləri ilə əməkdaşlıqlar quraraq ABŞ-a qarşı balanslı siyasət həyata keçirməkdədir. ABŞ regionda əsas müttəfiqi olan Türkiyənin regionda lider dövlət olmasının tərəfdarı olmayan Çin İran ilə tərəfdaşlığını davam etdirməkdədir. Digər tərəfdən Türkiyə və Çin münasibətlərində meydana gələn Şərqi Türkistan, Tayvan kimi gərginliklər də bu tərəfdaşlığın davam etməsinə səbəb olur. Ümumilikdə, Türkiyə və İran rəqabətində Çinin rolu ABŞ-la münasibətinə əsasən davam etməkdədir.

 Nəticə

Böyük dövlətlərin uzun illər davam edən Orta Şərqdə hakimolma istəyi hal-hazırda davam edir. Regionun strateji siyasi və iqtisadi cəhətdən əhəmiyyətli olması bu mübarizənin daha uzun müddət davam edəcəyindən xəbər verir. Təbii ki, böyük güclərin Orta Şərq siyasəti regional dövlətlərə də təsirsiz ötüşmür. Eləcə də, Türkiyə və İran rəqabətinə.
Regionun iki əsas güclü dövləti olaraq qəbul olunan – Türkiyə və İran tarix boyu Orta Şərqdə liderlik üçün rəqabət aparmışlar. Keçmişdən bu günə tərəflər arasında rəqabət sahələri dəyişsə də, regional lider olmaq hədəfi dəyişməmişdir.
Ümumlikdə dəyərləndirsək, Türkiyə və İran arasındakı rəqabət fərqli siyasət izləmələrinə bağlı olaraq qalmayıb, dünyada böyük güc olaraq qəbul olunan dövlətlərin siyasəti ilə formalaşmaqdadır. Türkiyə və İranın böyük güclərlə olan müttəfiqlikləri ilə qarşı tərəflərdə yer alması bu rəqabətin davam edəcəyini göstərməkdədir.

ƏDƏBİYYAT
1. Cavid ƏLISGƏNDƏRLI, “Ərəb Bahari” (Analitik Baxış).“Ərəb Bahari” Kontekstində Türkiyə və İran, Тarix və onun problemləri, No 1 2014 , s.161-168
2. Büyük Ortadoğu Projesi ve Türkiye, Serenti, 18 Mart 2012, http://www.serenti.org/buyuk-ortadogu-projesi-ve-turkiye-bir-demokrasi-masali/
3. Enes DEŞILMEK, Avrupa Birliği ve Orta Doğu, Trakya Üniversitesi, Uluslararası İlişkiler, 11 Ocak 2015, http://akademikperspektif.com/2015/01/11/avrupa-birligi-ve-orta-dogu/
4. Hamit ÇELIK, Ortaortadoğu’da ABD politikalari ve Büyük Ortadoğu Projesi, T.C Ufuk Üniversitesi Sosyal Bilimler Enstitüsü, Yüksek Lisans Tezi, Ankara, 2014, http://www2.ufuk.edu.tr/wp-content/uploads/2013/07/Hamit-Çelik.pdf
5. Hasan OKTAY, Türkiye-Rusiya-İran: İlişki Durumu Karışık, 22 Mart 2016, http://2023.gen.tr/2016/03/22/turkiye-Rusiya-iran-iliski-durumu-karisik/
6. M. İnanç ÖZEKMEKÇI, Türkiye'nin Doğu Sinirinda Yeni Bir Güç: Çin, TÜSİAD Dış Politika Forumu, http://www.gokbayrak.com/dergi_oku.asp?id=37&sid=823
7. Tarık OĞUZLU, Çin ve Yeni Dünya Düzeni, Bilgesam, 19 Ekim 2015, http://www.bilgesam.org/incele/2198/-cin-ve-yeni-dunya-duzeni/#.WFhcHLERrfY
8. Yaşar ONAY, Rusiya’nın Orta Doğu Politikasını Şekillendiren Parametreler, Bilge Strateji, Cilt 7, Sayı 12, Bahar 2015, ss.17-21, http://bilgestrateji.com/makale/BS2015-1/Rusiyanin-Orta-Dogu-Politikasini-Sekillendiren-Parametreler.pdf
9. Dmitri TRENIN, Russia in the Middle East: Moscow's Objectives, Priorities, and Policy Drivers, The Carnegie Moscow Center, April 05, 2016, http://carnegie.ru/2016/04/05/russia-in-middle-east-moscow-s-objectives-priorities-and-policy-drivers-pub-63244
10. Gal LUFT, China's New Grand Strategy for the Middle East, Foreign Policy, 26 January 2016, http://foreignpolicy.com/2016/01/26/chinas-new-middle-east-grand-strategy-iran-saudi-arabia-oil-xi-jinping/
11. Stephen M. WALT, The United States Should Admit It No Longer Has a Middle East Policy, Foreign Policy, 29 January 2016, http://foreignpolicy.com/2016/01/29/the-u-s-should-admit-it-has-no-middle-east-policy-obama-cold-war-israel-syria/
12. Valeria TALBOT, Turkey And Iran: Resetting Relations? Analysis No. 224, December 2013, http://www.ispionline.it/sites/default/files/pubblicazioni/analysis_224_2013_0.pdf

Açar sözlər: Orta Şərq, Böyük güclər, ABŞ, Türkiyə, İran, Qərb, regional rəqabət, Rusiya, maraqlar, Çin, liderlik, tərəfdaşlıq.
Ключевые слова: Ближний Восток, великая державы, Турция, Иран, Запад, региональное соперничество, Россия, интересы, Китай, лидерство, партнерство.
Key words: Middle East, great powers, USА, Turkey, Iran, West, regional rivalry, Russia, interests, China, leadership, partnership.

RESUME
In terms of geo-economic and geopolitical importance of the Middle East has always been the main region where global powers want to have the right words. Policy acquisition power of the great powers in the region, in some cases led to the inevitable struggle and war between the parties. In general instability that serves the interests of the major powers, is not spared Turkey and Iran, having the oldest national traditions of the Middle East and the objectives of regional leadership. If we look at history, we see that the distinctive political, economic, religious positions of the two states generated competition between the parties. With the growing interest of global forces in the region, historical Turkish-Iranian rivalry has received widespread. Thus, the claim of becoming a regional power between the parties began to form on the basis of the policy of the Great Powers. On this basis, in the framework of the positions and interests of the major powers in the Middle East, the author tries to reveal and analyze the impact of rivalry between Turkey and Iran for leadership.

РЕЗЮМЕ
С точки зрения геоэкономической и геополитической важности, Ближний и Средний Восток всегда являлся главным регионом, где глобальные державы хотели иметь право слова. Политика приобретения власти великих держав в регионе в ряде случаев приводила к неизбежной борьбе и войне между сторонами. В целом нестабильность, которая служит интересам крупных сил, не обошла стороной Турцию и Иран, обладающие самыми древними государственными традициями Ближнего Востока и целями регионального лидерства. Если мы обратимся к истории, то увидим, что отличительные политические, экономические, религиозные позиции этих двух государств обуславливали конкуренцию между сторонами. С ростом интереса глобальных сил в регионе, историческое турецко-иранское соперничество получило широкий размах. Таким образом, притязания на становление региональной силы между сторонами начали формироваться на основе политики великих держав. Исходя из этого, в рамках позиций и интересов крупных государств на Ближнем и Среднем Востоке, автор статьи пытается раскрыть и анализировать влияние соперничества между Турцией и Ираном за лидерство.

 

AYNUR SÜLEYMANLI,  Bakı Dövlət Universiteti

"Geostrategiya" jurnalı № 06 (36) NOYABR-DEKABR 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM