MÜDAFİƏÇİ-VƏKİLİN MƏHKƏMƏ İCLASININ PROTOKOLUNDAN İSTİFADƏ ETMƏ İMKANLARI

09:00 / 03.02.2017

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 51-ci maddəsində cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələrinin protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio yazılarda, fonoqramlarda, video və kino çəkiliş lentlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunması tələbi nəzərdə tutulmuşdur.Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişinin və nəticələrinin protokollaşdırılması, bir qayda olaraq, cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Cinayət təqibi üzrə prosessual hərəkətin aparılması haqqında protokol bu hərəkətin gedişi zamanı və ya qurtardıqdan bilavasitə sonra həmin hərəkəti aparan təhqiqatçı, müstəntiq, prokuror və ya digər müvəkkil edilmiş şəxs tərəfindən tərtib edilir.
Ədalət mühakiməsinin həyata kecirilməsi prosesində məhkəmə iclasının gedişatını əks etdirən məhkəmə iclas protokolu mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 134-cü maddəsinə əsasən məhkəmə iclasının protokollarından sübut kimi istifadə oluna bilər.Qanunvericilikdə məhkəmə iclası protokolunun tərtibinə dair məcburu tələblərin irəli sürülməsi (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7-ci bəndi) və məhkəmə iclası protokolunun məhkəmənin cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən sənəd olmasının təsbit edilməsi (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 134-cü maddəsinin 1-ci bəndi) bu sənədin əhəmiyyətli rolunu bir daha təsdiq edir.(1) göstərir. Bu yanaşma həm də "Müttəhimin müdafiə hüququnu təmin edən qanunların məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1994-cü il 2 dekabr tarixli 6 saylı qərarında qərarında da öz əksini tapmışdır. Həmin qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə məhkuma, bəraət almış şəxsə, onların müdafiəçilərinə məhkəmə iclas protokolu ilə tanış olmaq imkanı yaratmağa borcludur. Protokolun iri həcmdə olması və digər üzürlü səbəblərdən imzalandıqdan sonra onunla 3 sutka ərzində tanış olmaq mümkün olmadıqda məhkəmə və ya hakim bu müddəti uzada bilər. Məhkəmə iclas protokoluna edilən qeydlər mühüm prosessual əhəmiyyət kəsb etdiyindən, onlara məhkəmə tərəfindən diqqətlə və obyektiv surətdə baxılmalıdır. Məhkəmə protokola edilən qeydlərlə tam və ya qismən razılaşmadıqda öz qərardadında bunu əsaslandırmalıdır.
Tam haqlı olaraq hüquq ədəbiyyatında məhkəmə icasının protokolunu ədalət mühakiməsinin aynası adlandırırlar.(2)
Bu sənədin əhəmiyyəti barədə müxtəlif fikirlər mövcuddur. Məsələn, T.Q. Morşakova qeyd edir ki,məhkəmə iclasının protokolu məhkəmə araşdırmasının gedişatı barədə yeganə məlumat mənbəyidir və məhkəmədə işlərin baxılması ücün müəyyən edilmiş prosessual reqlamentə əməl edilib edilməməsinə "şahidlik edir" (3).
Elmi ədəbiyyatda məhkəmə iclası protokolunun müdafiəçi-vəkilin fəaliyyətində əhəmiyyəti dəfələrlə qeyd olunmuşdur. Məsələn, N.Ç.Çuvaşova göstərir ki," məhkəmə iclasının protokolu ilə tanış olmaqla müdafiəçi-vəkil məhkəmə iclasında iştirak etmədiyi hallarda belə həmin iclasda yol verilən prosesssual pozuntuları görüb mübahisələndirə bilər" (5) T.L Jivulinanın əsaslandırılmış fikrinə görə"vəkilin kassasiya şikayəti yazmağa hazırlaşarkən öyrənməli olduğu ən vacib məhkəmə sənədi məhkəmə iclasının protokoludur.(4)Bu fikir onunla əsaslandırılır ki.məhkəmə iclasının protokolu məhkəmə araşdlrmasının bütün gedişatını əks etdirir və işin hallarının məhkəmə tərəfindən qiymətləndirilməsini formalaşdıran sübutların tədqiqi prosesini göstərir; protokolla hökmü müqayisəli şəkildə təhlil edib onlar arasındakı ziddiyyətləri müəyyən etməklə cinayət qanunvericiliyinin pozulması hallarını, həmçinin işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini aşkar etmək mümkündür. Hələ P.Qarris qeyd edirdi ki, "şahid ifadələrini yazmağa ehtiyac yoxdur; məhkəmə-polis araşdırmasının hər bir dindirmə protokoluna nəzarət edin,ancaq sözlərə ilişmək və hər bir boş səhvi və ziddiyyəti müəyyən etmək ücün yox,əhəmiyyətli fərqlilikləri və ziddiyyətləri müəyyən etmək ücün. Əgər bu fərqlilikləri və ziddiyyətləri aşkarlamısınızsa,onları andlı iclascıların nəzərinə catdırın" (5).
Azərbaycan Respublikasının qüvvədə olan Cinayət prosessual qanunvericiliyində müdafiəçinin təcrübi olaraq öz fəaliyətində məhkəmə iclasının protokolundan istifadə etməsini reallaşdırmaq imkanları məhduddur. Məsələn Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 51.2-ci maddəsinə əsasən müdafiəçi məhkəmə iclası qurtardıqdan və protokol imzalandıqdan sonra (protokolun məhkəmə iclasında sədrlik edən və məhkəmə iclasının katibi tərəfindən imzalanması ücün qanunda 3 gün müddət nəzərdə tutulur) 3 gün müddətində protokolla tanış olmaq imkanına malikdir. Belə bir qayda məhkəmə istintaqının gedişatında müdafiəçi-vəkili məhkəmə icıasının protokoluna qeydlər vermək imkanından məhrum etməklə müdafiənin imkanlarını azaldır. Bu məsələdə qonşu dövlətlərin təcrübələri maraqlıdır; Məsələn, Rusiya Cinayət Prosessual Məcəlləsinin 259-cu maddəsinin 6-cı bəndi ilə müdafiəçi-vəkilə protokol tam hazır olanadək onun hazır olan müəyyən hissələri ilə tanış olmaq hüququ verilir. Belarusiya Respublikasının Cinayət Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə iclasının protokolu məhkəmə araşdırması qurtaqdıqdan sonra 10 gün müddətində məhkəmə iclasında sədrlik edən və katib tərəfindən imzalanır. Məhkəmə iclasının gedişatında protokol hissələrlə hazırlanaraq məhkəmə iclasında sədrlik edən və məhkəmə iclasının katibi tərəfindən imzalanmaqla onların vəsatətləri əsasında tanış olmaq ücün tərəflərə təqdim edilə bilər. Əgər məhkəməyə qədər istintaq hərəkəti protokollarını tənzimləyən qaydalara nəzər salsaq görərik ki, bu qaydalarda müdafiəçi-vəkilin iştirak etdiyi istintaq hərəkətinin protokollari ilə həmin hərəkət bitən kimi yerindəcə tanış olmaq və protokola qeydlər vermək hüququ nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 51-ci maddəsinin 3-cü bəndi) İşə məhkəmə baxışını əks etdirən məhkəmə iclasının prootokolları ilə yekun məhkəmə hökmü cıxanadək tanış olma imkanının müdafiəçiyə yaradılmaması, onun müdafiə imkanlarını əhəmiyyətli şəkildə məhdudlaşdırır. Halbuki bu protkolda məhkəmə istintaqında tədqiq edilən sübutlar əks olunur və müdafiəçi müdafiə nitqində yalnız bu sübutlara istinad etməlidir.Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 340.3-cü maddəsinə əsasən Cinayət prosesinin tərəfləri öz çıxışlarında məhkəmə istintaqı zamanı tədqiq edilməmiş sübutlara istinad edə bilməzlər. Ona görə də biz belə bir tezisin tərəfdarıyıq ki, "məhkəmə iclasının protokolu məhkəmə istintaqı qurtardıqdan sonra,məhkəmə cıxışlarına başlanana qədər tanış olmaq ücün tərəflərə təqdim olunmalıdır" (6).Bu həm də daha bir vacib məqam baxımından zəruridir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1 maddəsində məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması kimi vacib bir tələb irəli sürülmüşdür.Məhkəmə iclasında sübutların tədqiqi isə məhkəmə iclasının protokolunda əks etdirilir və rəsmiləşdirilir. Yekun məhkəmə hökmü cıxarılır, məhkəmə iclası bitir, bundan sonra 3 gün müddətində protokol imzalanır və müdafiəçi-vəkil daha 3 gün müddətində onunla tanış ola bilər. O protokolla tanış olur və müəyyən edir ki, məhkəmədə baş vermiş bir sıra vacib məqamlar protokolda düzgün əks olunmamışdır. O qeydlərini məhkəməyə təqdim edir və məhkəməyə sədrlik edən bu qeydlərlə razılaşıb imzalayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 51.7.maddəsində protokola dair yazılı qeydlərin verildiyi halda məhkəmə iclasında sədrlik edənin qeydlərə baxaraq onlarla razılaşdıqda öz imzası ilə qeydləri təsdiq etməsi, razılaşmadıqda isə bu barədə müvafiq qərar qəbul etməsi nəzərdə tutulmuşdur. Lakin artıq məhkəmənin hökmü cıxarılmışdır və nəticə etibarı ilə bu hökmdə məhkəmə baxışını düzgün əks etdirməyən protokolun məzmunu məhkəmənin nəticəsinin əsasını təşkil etmişdir.Nəticədə təqsirləndirilən şəxsin İnsan hüquqları və Əsas Azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası 6-ci maddəsində nəzərdə tutlmuş ədalətli məhkəmə hüququ pozulmuş olur.
Müdafiəçi-vəkilin təcrübi fəaliyyətində tez-tez elə hallara təsadüf olunur ki, apellyasiya və ya kassasiya şikayətləri hazırlanana qədər məhkəmə iclasının protokolu ilə tanış olmaq zəruri olur.Lakin bir cox hallarda məhkəmə iclasının protokolu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 51.7 ci maddəsində göstərildiyi kimi məhkəmə iclası qurtardıqdan sonra 3 gün müddətində deyil, gec imzalanır. Bu isə ona gətirib cıxarır ki, təqsirləndirilən şəxs və ya onun müdafiəçisi bir sıra hallarda kassasiya və ya apellyasiya şikayətini bu şikayət ücün müəyyən olunmuş tələblərə uyğun olmadan verməli olurlar, bu zaman göstərirlər ki, əsaslandırılmış şıkayəti məhkəmə iclasının protokolu ilə tanış olduqdan sonra təqdim edəcəklər. Hesab edirik ki, müdafiəçi-vəkil arqumentli apellyasiya və ya kassasiya şikayəti hazırlamaq ücün kifayət qədər vaxta malik olmalıdır. Bundan əlavə cinayət prosessual qanunvericiliyində məhkəmə iclası protokolunun surətinin müdafiəçi-vəkilə verilməsinin nəzərdə tutulmaması da onun həmin protokoldan istifadə etməsində cətinlik yaradır. Məhkəmə icrası aylarla davam edən məhkəmə baxışlarında isə 3 gün müddətində protokolla tanış olmaq, protokolun məzmununu onunla tanış olmaqla yadda saxlamaq və yaxud protokola dair qeydləri protokol əlinin altında olmadan hazırlamaq qeyri mümkün olur, bu isə müdafiənin işini xeyli cətinləşdirir. Bu baxımdan da qonşu Rusiya dövlətinin təcrübəsi maraqlıdır; məsələn, Rusiya Cinayət Prosessual Məcəlləsiin 259-cu maddəsinin 8-ci bəndində məhkəmə iştirakcısının yazılı vəsatəti ilə onun hesabına məhkəmə iclası protokolunun təqdim edilməsi də nəzərdə tutulmuşdur. (8)
Hesab edirik ki, belə bir müddəanın Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində də nəzərdə tutulması müdafiənin səmərəliliyini artırmağa kömək edər. Digər vacib məsələ müdafiəçi-vəkilin öz funksiyalarını yerinə yetirərkən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmayan məhkəmə iclas protokolundan istifadə etmək imkanı ilə bağlıdır. Əgər protokol Cinayət Prosessual Məcəlləsinin tələblərinə cavab vermirsə onda o hüquqi qüvvəsi olmayan mümkünsüz sübut hesab olunur. Belə bir protokolun məzmunu ittihamın əsasını təşkil edə bilməz.Cinayət Prosesual Məcəlləsinin 134.1 maddəsində istintaq hərəkətlərinin məhkəmə iclasının protokollarının yazılı formada tərtib edilməsi nəzərdə tutulmuşdur. Qanunvericilikdə protokolun formasına dair tələb,yəni onun yazılı formada tətrib edilməsinə dair tələb irəli sürülsə də onun məzmununa dair tələbi özündə əks etdirən norma movcud deyil. Bu isə əslində məhkəmə iclası protokolunun cinayət prosessual qanunvericilin tələbinə uyğun tərtib edilib- edilməməsini müəyyən etməyi imkansız edir.Bununla da təcrübədə məhkəmənin tərtib etdiyi istənilən protokolun məzmunu ittihamın əsasını təşkil edir.Halbuki Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində 125-ci maddəsinin tələblərinə əsasən məlumatların,sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Əslində məhkəmə iclasının protokolunun məzmununu məhkəmə baxışının həyata kecirilməsi zamanı aşkar edilən cinayət təqibi ücün əhəmiyyətli olan faktların və halların bilavasitə qavrnılmasına əsaslanan məlumatlar təşkil edir. Məhkəmə iclasının protokolu cinayət təqibi üzrə toplanmış sübutların məcmusu əsas götürülməklə yoxlanılmalı və qiymətləndirilməlidir. (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü və 145-ci maddələri)Məhkəmə iclas protokolunun məzmununa dair tələblərin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmaması onun onun həqiqiliyinə-yəni məhkəmənin gedişatının dəqiq və olduğu kimi əks etdirməsinə şübhə yaradır. Belə olan halda isə bu protokolun məzmunu ittihamın əsasını təşkil edə bilməz. Yenə də qonşu dövlətlərin təcrübəsinə nəzər salsaq gprərik ki,məsələn, Rusiya Cinayət Prosessual Məcəlləsiin 259-cu maddəsində məhkəmə iclas protokolunun məzmununa dair tələblər göstərilmişdir. Həmin maddənin tələbinə əsasən məhkəmə iclasının protokolunda məhkəmə iclasının yeri və tarixi,onun başlama və qurtarma saatı (bənd3.1), hansı cinayət işinə baxılması (bənd3.2), işə baxan məhkəmənin tərkibi və adı, katib, tətcüməci, dövlət ittihamçısı, müdafiəçi, təqsirlən­dirilən, zərərcəkən, mülki iddiacı, mülki cavabdeh, onların nümayəndələri və məhkəməyə dəvət edilən digər şəxslər barədə məlumatlar (bənd 3.3), təqsirləndirilən barədə məlumatlar və onun haqqında secilmiş qəti-imkan tədbirinin növü. (bənd 7). Məhkəmə araşdırılmasında baş vermə ardıcıllığı ilə sədrlik edənin hərəkətləri (bənd 3.5.) cinayət işində iştirak edən şəxslərin xahişləri,vəsatətləri və sairənin gpstərilməsi tələbləri və sair də daxil olmaqla bütövlükdə 16 tələb irəli sürülmüşdür. (9)
Məhkəmə iclasının protokolu Cinayət Prosessual Məcəlləsinin tələblərinə cavab vermirsə o, mümkünsüz sübut hesab olunur. Lakin müdafiəçi-vəkil hətta mümkünsüz hesab olunan məhkəmə iclası protokolundan da müdafiədə istifadə edə bilər. Məsələn, məhkəmə qərarını mübahisələndirərkən o belə protokolun məzmununa istinad edə bilər, belə ki, cinayət prosessual qanunvericiliyi bunu qadağan etmir.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.6.-cı maddəsinə əsasən birinci instasiya məhkəməsində icraat zamanı aparılmış məhkəmə iclasının protokolunun məhkəmə iclasında sədrlik edən və ya məhkəmənin katibi tərəfindən imzalanmaması apellyasiya instansiyası tərəfindən cinayət işinin materiallarının birinci instansiya məhkəməsinə qaytarılması ücün əsasdır. İş materiallarında məhkəmə iclası protokolunun olmaması əsaslılığı və qanununiliyi yalnız məhkəmə araşdırmasının gedişatını düzgün əks etdirən məhkəmə iclas protokolu ilə yoxlanılması mümkün olan məhkəmə qərarının ləğv edilməsi ücün əsasdır.Məhkəmə iclas protokolunun tərtib edilməsi funksiyası məhkəmə iclasının katibinin üzərinə qoyulur.( Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 98-ci maddə) Məhkəmə iclasının katibi məhkəmə iclası protokolunun tamlığına və düzgünlüyünə şəxsən məsuliyyət daşıyır və protokoldakı yazıların məzmununa dair hec kimin göstərişlırindən asılı deyil.Qanunvericilik tərəflərə məhkəmə iclas katibinin obyektivliyini və qərəzsizliyini şübhə altına alan hallar olduqda tərəflərə ona etiraz etmək hüququ verir.(Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 116-cı maddə)
Məlumdur ki, məhkəmə iclasının protokolunda prosesin gedişatının düzgün əks etdirilməsinə nail olmaq vasitələrindən biri vəkil tərəfindən səsyazan qurğulardan istifadə edilməsidir. Bunun hüquqi əsası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin məhkəmə iclasında sədrlik edənin icazəsi ilə foto, kino, audio, video, kompyuter və digər texniki vasitələrdən istifadə edilməsini nəzərdə tutan 310.2.5-ci maddəsidir.
Müdafiəçinin məhkəmə iclası protokolunun düzgün arparilması ücün tətbiq etdiyi taktiki hərəkətlərdən biri də təqsirləndirilən şəxsin, şahidin, zərərcəkmişin, ekspertin dindirilməsi zamanı məhkəmə iclas katibiniə müraciət etməklə onun diqqətini vacib momentlərin protokolda dəqiq əks etdirilməsinə yönəltməkdir.məsələn" xahiş edirəm bu cual-cavab protokolda sözbəsöz olduğu kimi qeyd olunsun" Belə ki,Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.9.8.-cimaddəsində müdafiəçinin özünün və ya müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərin, habelə məhkəmə iclasının protokolları ilə tanış olmaq; iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokollarındakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək hüququ nəzərdə tutlmuşdur.
Nəzərə alsaq ki, məhkəmə iclasının protokolu prosesin gedişatını, şahidlərin, zərərcəkmiş şəxslərin, təqsirləndirilən şəxslərin ifadələrini, sübutların tədqiqinin nəticələrini və s. əks etdirir, bu sənədin hər şeydən əvvəl məhkəmənin yekun məhkəmə qərarını cıxarmaq ücün müşavirə otağında olarkən məhkəmə prosesi materiallarını düzgün təhlil etməsinə xidmət etməsi aydın görünür. Məhz bu hal məhkəmə iclası protokolunun məhkəmənin yekun qərar qəbul etmək ücün müşavirə otağına gedənədək tərtib olunmasının zəruriliyini şərtləndirir. Ona görə də məhkəmə iclasının protokolunun məhkəmənin yekun qərarı cıxdıqdan sonra tərtib edilməsi və bununla da istər-istəməz protokolun məzmununun yekun qərarın məzmununa uyğunlaşdırılması təcrübəsini qanuni və əsaslı hesab etmək olmaz. N.C.Çuvaşovanın məhkəmə iclasının protokolunun məhkəmənin müşavirəyə getməsinədək tərtib edilməsinin protokolun keyfiyyətinin təmin edilməsinə, yekun məhkəmə qərarı cıxarılarkən protokolun yeganə sübut mənbəyi olmasına, protokolun uzun müddət öyrənilməsinə zərurətin aradan qalxmasına, məhkəmə qərarlarından şikayət vermə müddətlərinin azaldılmasına. protokola qeydlərin sayının azaldılmasına, məhkəmə qərarının qanuni qüvvəyə minməsi müddətinin azaldılmasına, məhkəməyə sədrlik edənin protokolu hökmə uyğunlaşdırmaqla təhrif etməsi imkanından məhrum edilməsinə, ifadə verən şəxslərin verdikləri ifadələrin həqiqiliyinə görə məsuliyyətinin artırılmasına, cıxışlarında dövlət ittihamcısına və müdafiəçiyə məhkəmə iclasının protoklunda möhkəmləndirilmiş sübutlara istinad edilməsi imkanının yaradılmasına, müdafiəçi-vəkilə məhkəmə qərarından şikayətin vaxtında,qanununun tələblərinə uyğun və arqumentli şəkildə hazırlanması imkanının təmin edilməsinə xidmət edəcəyi barədə fikri ilə razılaşmaq lazımdır. (4) Əks halda ümumiyyətlə cinayət işinin məhkəmə baxışını kecirməyə, şahidləri dindirib sübutları tədqiq etməyə ehtiyac qalmır, axı bu və ya digər məhkəmə hərəkətlərinin məzmunu onsuz da bir cox hallarda məhkəmə istintaqının materiallarına əsaslanmayan yekun məhkəmə qərarına uyğunladırılaraq təhrif olunur.?!
Yuxarıda göstərilən problemlərin həll olunması ücün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində aşağıdakı müddəaların əks olunması zəruri hsab edirik:
1. Məhkəmə iclası protokoluna məhkəməyədək istintaq zamanı mövcud olan qaydalar tətbiq olunsun, yəni, məhkəmədə dindirilənlərə onların protokola salınan ifadələri ifadə verdikdən dərhal sonra elan olunsun, bu zaman həmin şəxslərə ifadələrin məzmununa dair qeydlər vermək, düzəlişlər etmək hüququ verilsin.
2. Müəyyən olunsun ki,məhkəmə iclasının protokolu məhkəmənin müşavirəyə getməsinədək tərtib olunmalı və tərəflərin xahişi ilə onlara təqdim edilməlidir.
3. Belə bir qayda müəyyənləşdirilsin ki, məhkəmə iclasının protokolu hər bir məhkəmə iclasından sonra tərtib olunur və tərəflərə onun surətini əldə etmək imkanı yaradılır.
4. Müəyyən olunsun ki,məhkəmə iclasının protokolunun tərtib olunmasında məlumatların qeydə alınması ücün texniki vasitələrdən istifadə olunması mütləqdir, bu məlumatların daşıyıcıları isə protokolun ayrılmaz tərkib hissəsini təşkil edir. (7)
Bu müddəaların cinayət-prosessual qanunvericilikdə əks olunması həm də təqsirləndirilən şəxsin "İnsan hüquqları və Əsas Azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının" 6-ci maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə hüququnun təmin edilməsi ilə nəticələnərdi. Həmin maddənin tələbinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır.
Beləliklə, müdafiəçi-vəkilin məhkəmə iclası protokolu ilə aktiv işi məhkəmə qərarlarını mübahisələndirmək ücün daha arqumentli dəlillər əldə etməyə imkan yaradır. Bununla yanaşı müdafiəçi-vəkil tərəfindən məhkəmə iclası protokolundan istifadə edilməsinin effektivliyinin artırılması ücün bu məsələnin davamlı elmi tədqiqi zəruridir.

Acar sözlər: məhkəmə iclasının protokolu,protokola qeydlər,müdafiəçi-vəkil.

Key words: protocol of judicial meeting, notes to protocol, defender- advocate.

Ключевые слова: протокол судебного заседания, протокол замечаний, защитник-адвокат.

ƏDƏBİYYAT
1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin Kommentariyası. C.H.Mövsümovun,B.C.Kərimovun,Ə.H.hüseynovun redaktəsi ilə "Digesta"nəşriyyatı,Bakı 2010-cu il.
2. Наниев А." Точный протокол укрепляет доверие к суду" // Российская юстиция. 2002. N 6. С. 58
3. Защита по уголовному делу: Пособие для адвокатов / Под ред. Е. Ю. Львовой. М.:Юристъ, 2002. С. 139 - 140; Смоленский М. Б. Адвокатская деятельность и адвокатура Российской федерации: Учебник. Ростов н/Д: "Феникс", 2003. С. 124; Кореневский Ю. В., Падва Г. П. Участие защитника в доказывании по новому уголовно-процессуальному законодательству: Практ. пособие. М.: Юристъ, 2004. С. 139 - 142; Трунов И. Л. Защита прав личности в уголовном процессе. М.: ИД "Юриспруденция", 2005. С. 219.
4. Защита по уголовному делу: Пособие для адвокатов / Под ред. Е. Ю. Львовой. М.: Юристъ, 2002. С. 139. Чувашова Н. С. Функция адвоката-защитника в апелляционной и кассационной судебных инстанциях. Дис. ... канд. юрид. наук. Оренбург, 2002. С. 49, 51.
5. Гаррис Р. Школа адвокатуры. Руководство к ведению гражданских и уголовных дел / Пер. с англ. Тула: Автограф, 2001. С. 237.
6. Львова Е., Паршуткин В. Недостоверный протокол судебного заседания - не доказательство // Российская юстиция. 2003. N 9. С. 52, 53.
7. Кругликов А. Протокол судебного заседания необходимо вести и в кассационной инстанции // Российская юстиция. 2003. N 9. С. 51.
8. А.В.Рагулин, Т.И. Кантюкова "Основы критического анализа адвокатом-защитником протокола судебного заседания и приговора по уголовному делу "ЕврАзЮж 2(2)-2007.
9. Протокол судебного заседания и некоторые проблемы его использования адвокатом-защитником (Исаков А. В.) ("Юридический мир", 2006, N 2)

SUMMARY
In article author investigates opportunities of using protocol of judicial meeting setting out the procedure of judicial overview in defender’s activity in order to implement the qualified defense of the rights of condemned person, problems of realization of these opportunities and ways of solving these problems, as well as he compares national legislation with legislations of other countries, proposes amendments to legislation related to this matter.

РЕЗЮМЕ
В статье качественной защиты авторских прав обвиняемого, для осуществления своей деятельности, отражается протокол судебных заседаний и вторично используются возможности реализаций этих возможностей и устранения проблем, проблемы исследуются, а также имеется вопрос о внесении изменений в законодательстве по данному вопросу.

 

İlhamə Həsənova Azərbaycan Respublikası  Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza İnstitutu

"Geostrategiya" jurnalı № 06 (36) NOYABR-DEKABR 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM