“YENİ DÜNYA DÜZƏNİ” VƏ SİVİLİZASİYALARARASI DİALOQ

09:00 / 04.02.2017

“Yeni dünya düzəni” termini ilk dəfə Körfəz müharibəsi ərəfəsində o dövrün ABŞ prezidenti Corc Buşun çıxışlarında yer almağa başladı. Prezident Buş 11 sentyabr 1990-cı ildə Amerika Konqresindəki çıxışında “bundan sonra Amerika xarici siyasətinin hədəfi yeni dünya düzəninin qurulması və yerləşdirilməsidir” cümləsini işlətdi. Yerləşdirilməyə çalışılan sistemin hədəfləri mövzusunda isə Prezident Buş bunları ifadə etdi: “Terror qorxusunun olmadığı, ədalətin tam mənası ilə hakim olduğu dünyanın hər regionunda sülh və sabitliyin hakim olduğu yeni bir dövr” (1, 461). Ancaq müasir dövrdə bu proqnozun özünü tamamilə doğrultmadığına, əksinə yeni dünya düzəni içərisində etnik və dini konfliktlərin qlobal dünyada tüğyan edildiyinə şahid olunmaqdadır.
1990-cı illərin əvvəlindən etibarən soyuq müharibənin qurtarmasından sonra dünya yeni bir formaya çevrilməyə başladı. Soyuq müharibə dövrünə öz möhrünü vuran iki qütüblü beynəlxalq sistem sona çatmış, “yeni dünya düzəni” qərb dünyası və onun lider gücü olan ABŞ rəhbərliyində yenidən şəkillənməyə və ya şəkilləndirlməyə başlandı. Ancaq bu şəkillənmə düzən olduğu qədər sabitsizliyi və xaotik ünsürləri də özü ilə bərabər gətirdi. Bir tərəfdən beynəlxalq inteqrasiya və qarşılıqlı əməkdaşlıq artarkən, digər tərəfdən dövlətlər arasında konflikt riskləri azalırkən yeni qlobal təhdid ünsürləri də meydana gəlməyə başladı. Soyuq müharibə dövründən sonra regional və ya qlobal sülhü təhdid edən etnik, dini və digər növ sərhdləri aşan konfliktlər qarşısında güclü dövlətlər koalisyonlar ilə mübarizə aparır.
Soyuq müharibədən sonra yeni dünya düzənində ideologiyanın əhəmiyyəti azalmış, buna paralel olaraq beynəlxalq sabitlik və əməkdaşlıq potensialı artmışdır. Bu yeni dünya düzənində şəkillənən yeni beynəlxalq münasibətlər sistemi hem iyerarxik, həm də çox mərkəzli bir struktura malikdir. İqtisadi-siyasi aspektdən beynəlxalq münasibətlər sistemi çox mərkəzli mahiyyət daşıyır. Belə ki, ABŞ əsgəri-iqtisadi bir lider olmaqla bərabər tək böyük güc deyil. Avropa İttifaqı, Asiya-Pasifik İqtisadi Əməkdaşlıq Təşkilatı kimi güc mərkəzləri mövcuddur. Məhz iqtisadi potensialı yüksək olan Almaniya, Fransa, Çin Xalq Respublikası və Yaponiya kimi dogər ölkələr sistem içərisində öz mövqelerini qoruyurlar.
Ümumi olaraq qərb dünyası və onun təmsil etdiyi kapitalist sistemin genişləməsinin qlobal təsiri həm sabitlik, həm də sabitsizlik şəklində özünü göstərmişdir. Çox mərkəzli qərb hegomoniyasının genişləməsi ilə İslam dünyasına qarşı aparılan siyasət bu yeni dünya düzənininin hakim güclərinə qarşı reaksiyalar və etirazların yaranmasına da səbəb olur. Bununla birlikdə qeyd olunmalıdır ki, insan haqlarının universal səviyyədə qəbulu bir çox problemlərlə qarşılaşmağa səbəb olur. Dünyanın bir çox ölkələri, xüsusilə İslam coğrafiyasında olan ölkələr insan hüquqlarının qərbli ölkələrin öz daxili işlərinə bir müdaxilə vasitəsi olaraq istifadə etdiklərini irəli sürərək bunu “yeni müstəmləkəçilik” siyasəti kimi qəbul edirlər(5,57-73).
Varşava paktı ölkələrinin parçalanmasından sonra məhz Qafqaz və Balkan ölkələrində meydana gələn sürətli hadisələr yeni dünya düzəni haqqında müsbət fikirlərin dağılmasına səbəb oldu. Bu baxınmdan sovet ittifaqının süqutu ilə Azərbaycan, Gürcüstan və Moldoviya kimi ölkələrdə etnik və sərhədlərlə bağlı konfliktlərin ortaya çıxması bunun bariz nümunəsidir. Nəticədə müasir dövrdə sovet ittifaqının dağılması və qlobal arenada meydana gələn etnik-dini konfliktlər nəticəsində yeni dünya düzəni barəsində mənfi rəylərin yaranmasına gətirib çıxardı. Müasir dünyada isə ABŞ-ın liderliyində bu termin altında yeni siyasi struktur nəzərdə tutulur.
Yeni dünya düzəni çərçivəsində yeni demokratikləşmə prinsipinə müvafiq olaraq başqasını yox etmə yerinə, başqası ilə “məsuliyyət əlaqəsi” qurularaq mədəniyyətlərarası toqquşma deyil, dialoqun təşviq olunması ədalətli addımdır. Məhz məsuliyyət əlaqəsi müxtəlif kimliklərin və mədəniyyətlərin adalar halında birlikdə yaşamağa məcbur qaldıqları məkan deyil, bir-birlərini kəşf etdikləri və münasibət qurduqları platformadır (7,9-10). Bu eyni zamanda qlobal problemlərin həllində də öz müsbət təsirini göstərir. Digər cəhətdən yeni dünya düzəni çərçivəsində sivilizasiyaların inteqrasiyasını daha geniş şəkildə təmin etmək üçün dövlətlərarası etimadın güclənməsi vacibdir.
Yeni dünya düzəni mədəni və iqtisadi səviyyələrdə “polysentrik”, multikultural, plüralist və müxtəliflik hadisəsini qəbul edən bir tərzdə olmalıdır. Bu mənada yaşadığımız dünyanın tək sivilizasiya tipi olaraq deyil, “müxtəliflik içində birlik” (diversitu in unity) prinsipinə istinad etdilməsinin vacib olduğu üzərinə qurulmalıdır.
Yeri gəlmişkən qeyd etməliyəm ki, siyasi mənada anti-İslam meyllərinin güclənməsində Samuel Hantinqtonun 1993-cü ildə yazdığı məşhur “Mədəniyyətlərin toqquşması” məqaləsinin böyük rolu var. Məhz Hantinqton bu məqaləsində İslamı Qərblə olan münasibəti kontekstində “başqası” kateqoriyasına aid edir: “Dünya siyasətinin gələcəkdəki əsas mövzusu Qərb və başqaları arasındakı konflikt və qərbli olmayan sivilizasiyaların Qərb gücünə və dəyərlərinə qarşı gəlmələri olacaqdır”.
Qərb bugün digər mədəniyyətlərlə münasibətdə fövqəladə bir qüdrətə malikdir. Super gücə sahib rəqibi xəritədən silinmişdir. Qərbin hərbi gücü rəqibsizdir. Millətlərarası siyasət və təhlükəsizlik məsələləri birbaşa ABŞ, İngiltərə və Fransa idarəsi tərəfindən, dünya iqtisadi məslələri ABŞ, Almanya, Yaponya kimi ölkələr tərəfindən digər qərbli olmayan ölkələrə imkan verilməyəcək şəkildə həyata keçirilir. ABŞ və digər qərbli güclərin mənfəətlərini əks etdirən hərəkətlərə qlobal məqsəduyqunluq vermək üçün dünya ictimaiyyəti( World community) termini kollektiv məzmun və mahiyyət daşıyır(9,22-49). Huntinqton eyni zamanda bu məqaləsində bir çox mədəniyyətin öz varlıqlarını davam etdirəcəklərini ifadə etməsinə rağmən bunun qəbul edilməz bir situasiya olaraq deyil bir baxıma “hədəf göstərmə” kimi qeyd edir.

“Yeni dünya düzəni”nin mənfi və müsbət məqamları
11 Sentyabr hadisələrinin təsirləri çox böyük oldu. Belə ki, beynəlxalq münasibətlərdə dövlət mərkəzli siyasət yenidən canlandı, sivilizasiyalararası konflikt tezisinin yenidən populyarlaşmasına və dünya siyasətinin mərkəzinə yerləşməsinə səbəb oldu. Bu mənada 11 sentyabrdan sonra yeni dünya düzəni çərçivəsində gündəlik məişət səviyyəsindən sivilizasiyalararası münasibətlərə qədər geniş bir müstəvidə “risk dünyasını” mövcudluğunu və “sabah nə olacağını bilmədiyimiz” bir etimadsızlıq və qeyri-müəyyənlik hissinin həyatın hər sahəsində artıdğını müşahidə edirik (2).
Qarşılıqlı əməkdaşlıq və asılılığın bir çox dövlətlər arasında artdığı reallığı əks etdirir. Bu əməkdaşlıq və asılılıq assimmetrikdir. Müasir dövrdə beynəlxalq münasibətlər sisteminin qarşılıqlı simmetrik olmaması bir çox konfliktlərə gətirib çıxarır. Nəticədə ölkə və dövlətlər arasında müstəmləkəçilik tendensiyası daha da artır.
Yeni dünya düzəninin elmi mühitdə nəzəri əsaslarını Frnasis Fukuyamanın ilk öncə 1989-cu ildə “National İnterest” jurnalında nəşr olunan “The end of History”( Tarixin sonu), daha sonra isə “The end of History and Last Man” (Tarixin sonu və sonuncu insan) adlı kitablarında qoyulmuşdur. O, bu əsərində artıq sovet ittifaqının dağılmas, liberalizmin bütün “izmlər” üzərində qələbəsindən sonra yeganə iqtisadi və mədəni sistem olaraq sivilizasiyalararası münasibətlərə də öz təsirini göstərəcəyini iddia etmişdir (6, 8).
Ancaq Fukuyamanın bu iddiasına qarşı bir çox tənqidlər ifadə edilmişdir. Belə ki, Fukuyamanın tarixçi olmaqdan çox strateji mütəxəssisi olduğunu və yeni dünya düzənində bir çox konfliktlərin meydana gəldiyini vurğulamışdılar. Həm Fukuyama, həm də Hantiqton öz strateji yazıları bu mənada Amerika dövlətinin maraqlarının nəzəri praqmatik əsasları ilə bağlı görüşləri əks etdirmək üçün qələmə alınmışdır (8,115).
Bu kontekstdə qeyd etməliyəm ki, yeni dünya düzəni çərçivəsində dövlətlərarası münasibətlərdə sivilizasiyalararası münasibətlərin inteqrativ məzmununa təsir etmək üçün “sərt güc” yerinə “yumuşaq güc”dən istifadənin vacibliyini ilk dəfə vurğulayan Cozef Nye ümumiyyətlə ABŞ-ın praqmatik siyasət yürüdərək yeni dünya düzənini qlobal arenada tətbiq etdiyini iddia edir (4,84).
Yeni dünya düzəni və ABŞ liderliyində onun daxili məzmununu ən tutarlı şəkildə tənqid edən mütəfəkkirlərdən biri Naom Çomski bu dövlətin yeni dünya düzəni prinsiplərində səmimi olmadığını iddia edir. Ona görə əgər ortada bir mənfəət və praqmatik münasibət var isə, ABŞ ən diktator rejimləri dəstəklər və ya üçüncü dünya ölkələrindəki demokratikləşmə prosesini cəzalandırar(3,2).
Təsadüfi deyil ki, yeni dünya düzəni ilə əlaqədar olaraq Samuel Hantiqtonun əsərinin adı belə adlanır `` Mədəniyyətlər toqquşması və dünya düzəninin yenidən qurulması ( The Clash of Civilizations and the Remaking of World Order`` kitablaşan əsərində qlobal siyasətin yüz illər boyu ənənəviləşən mədəniyyətlər çərçivəsində şəkilləndiyi və sivilizasiyalar olaraq dünyada müxtəlif blokların yarandığını iddia edir. Məhz mədəniyyətlər öz keçmişləri və dəyərləri ilə öz kimliklərini yaradır və siyasətdən bu istiqamətdə öz mənfəətləri doğrultusunda istifadə edirlər... Soyuq müharibənin qurtarması ilə Fransis Fukuyama “Tarixin sonu” tezisi ilə modern liberalizmin bütün ideologiyalar üzərində qələbə çaldığını iddia etdi. Samuel Huntiqton isə mədəniyyətlərarası toqquşmanın qlobal siyasət kontekstində izah edir. Ona görə mədəniyyətlərin fərqlilikləri ontolojik olaraq onların əsasını təşkil edir və Qərb bugün digər mədəniyyətlər ilə müqayisədə fövqəladə qüdrətinin zirvəsindədir (9, 45-49).
Sivlizasiyalararasi konflikt görüşünə qarşı bəzi tənqidi məqamlar da mövcuddur. Məsələn Rusiya və Türkiyə yaxınlaşması, o cümlədən əhalisinin əksəriyyətinin şiə olmasına rağmən İranın Dağlıq Qarabağ konfliktində Ermənistanı dəstəkləməsi dövlətlərin dini və ya mədəni mənfəətlərinə görə deyil, iqtisadi və siyasi paraqmatik hədəflərinə müvafiq hərəkət etdikləri tezisini dəstəkləməktədir.
Yeni dünya düzəni qloballaşma tendensiyası ilə yaxından əlaqəlidir. Belə ki, iqtisadiyyatdan tutmuş sivilizasyalararası dialoqa qədər bu özünü əks etdirir. Yeni dünya düzəni haqqında ciddi iddiaları olan keçmiş Avmerika prezidenti Henri Kissincer “Wall Street Journal” qəzetində nəşr olunan məqaləsində modern dünyanın əsasını təşkil edən düzən məfhumunun krizə girdiyini elan edir(10).
Yeni dünya düzəni anlayışının birbaşa qloballaşma ilə əlaqəsi var. Məhz qloballaşma nəzəriyyələrinin ən təməl iddialarından birini qarşılıqlıəlaqə tezisinə istinad edən dünya ilə əlaqədar arqument təşkil edir. Qlobal bir sistem daxilində cərəyan edən hadisələr qarşılıqlıtəsir və nəticələr zəncirini yaradır. Bilik, əmtəə, informasiya, maliyyə, sərmayə və imiclərin sərhəd tanımaz şəkildə sürət və axışqazanması nəticəsində yer kürəsində müstəqil və məhdud bir mövcudiyyətin mümkün olmadığına dair diqqətləri özünə cəlb edir. “Zaman-məkan fərqi”(Giddens), “zaman-məkan kompresiyası” (Harvey), “dünyanın kiçilməsi” və “ortaq dünya şüuru” (Robertson) adıyla kateqoriyalaşdırılan nümunələr qarşılıqlı əlaqənin nəzəri şəbəkəsini ortaya çıxardır. Dövrümüzdə artıqqloballaşmadan bəhs edərkən, qlobalın lokal ilə qurduğu yeni əlaqə şəkilləri və aralarındakı qarşılıqlı təsir mexanizmasını mərkəzə alan yeni bir analiz çərçivəsi başa düşülür. Qlokallaşma (glocalization) məfhu qlobalın lokal ilə yaxın təmasdaolduğuna, qlobalın lokallaşması və lokalın qloballaşması faktorlarına diqqətləri cəlb edir. Qlokallaşma prosesində universal-fərd əlaqəsi yeni bir forma alır, qlobalın lokal üzərindəki müəyyənedici və tək tip yaradan təsirinə əlavə olaraq, lokalın da aktiv iştirakçı olduğu sintezlər yaranır.
Qloballaşma, modernizm, postmodernizm və nəhayət yeni dünya düzəni kimi məfhumlar müasir həyat tərzini istiqamətləndirən əsas məfhumlardır. Bu kontekstdə sivilizaqsiyalararası dilaoq da pzünə məxsus yer tutur. Belə ki, sivilizasiyalar öz daxillərində bior neçə tərkib hissələrə malikdirlər. Məhz bütöv (holy) şəklində sivilizasiyalararası dialoqun qurulması üçün eyni zamanda yeni dünya düzəni adlandırılan daha çox siyasi tendensiyanın da öz təsir gücü mövcuddur. Bu baxımdan beynəlxalq münasibətlərdə və müasir siyasi arenada yeni dünya düzəni müsbət tərəfləri ilə bərabər mənfi məqamları da ehtiva edir. Nəticədə sivilizasiyalararası dialoq, o cümlədən lokalın qloballa inteqrasiyası yeni dünya düzəni anlayışında daha çox müsbət məqamların artmasına səbəb olacaqdır.

ƏDƏBİYYAT
1. Ali Hassan Elhag, “The New World Order and The İslamic World”, The American Jurnal of İslamic Social Sciences, Vol, No 3, 1991.
2. Bauman Zygmunt, Globalization, London, Polity nəşr, 1998.
3. Chomsky Noam, “Güçsüzlere Bişey Kalmayacak”, Birikim jurnalı, 26 Haziran, 1991.
4. Nye Joseph S., ``What new world order``, Foreign Affairs 1992, s. 84.
5. Donnelly Jack, Universal Human Rights in Theory and Practice, Second Edition ( İthaca, NY Cornell University Press, 1997, s. 57-73.
6. Fukuyama Francis, The End of History``, The National İnterest ( 1989).
7. Gürsoy Kenan, Bir Evrensel Projemiz Var mı? İstanbul, Etkileşim nəşr, 2007.
8. Hoffman Stanley, “A New World and its Troubles,” Foreign Affairs, 1990.
9. Huntigton Samuel, “The Clash of Civilizations”, Foreign Affairs, Summer, 1993.
10. Kissinger Henry, “On the Assembly of a New World Order”, 29/08, Henry Kissinger, Wall Street Journal.

Açar sözlər: sivilizasiya, yeni dünya düzəni, qloballaşma, dialoq, etika.
Key words: civilization, new world order, globalization, dialogue, ethics.
Ключевые слова: цивилизация, глобализация, Новый мировой порядок, диалог, этика.

Resume
The article analyzes the impact of the dialogue among civilizations. The negative and positive aspects of the new world order are being investigated In this context. The article is noted that will not be saved without the dialogue between civilizations.

Резюме
В статье анализируется влияние формирования Нового мирового порядка на межцивилизационый диалог. В этом контексте уточняется положительные и отрицательные стороны Нового мирового порядка.В статье отмечается, что без наличия многополярности межцивилизационный диалог невозможен.

 

ÜZEYİR ZEYNALOV AMEA, Fəlsəfə İnstitutu

"Geostrategiya" jurnalı № 06 (36) NOYABR-DEKABR 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM