MÜASİR DÜNYA SİYASƏTİNDƏ BEYNƏLXALQ HUMANİTAR ƏMƏKDAŞLIĞIN YERİ VƏ ROLU

09:00 / 05.02.2017

Qloballaşma dünya dövlətlərini daha çox bir-birindən asılı vəziyyətə salmaqdadır. Bu da yeni tələbatların formalaşmasına, insan həyatının təmin olunmasında yeni standartlar yaranmasına səbəb olmuşdur. Bütün digər proseslərdə olduğu kimi humanitar əlaqələr də keçid dövrünü yaşayır. Yeni ənənələrin formalaşmasıyla yanaşı əsas vəzifələrdən biri meydana gəlir ki, bu da təcrübədə qazanılmış bütün dəyərləri qoruyub inkişaf etdirməkdir. Lakin tək keçmiş təcrübələrlə kifayətlənməmək, dünyada baş verən dəyişikliklər nəticəsində yaranan imkanlardan istifadə etmək lazım gəlir.
Müasir beynəlxalq münasibətlərə nəzər yetirdikdə görürük ki, dövlətlər arasında olan ənənəvi qarşılıqlı əlaqələr öz yerini yeni fəaliyyət növlərinə verməkdədir. Dövlətlər artıq yalnız siyasi, iqtisadi və digər bu kimi uzun illər üstünlük təşkil edən əməkdaşlıq formalarına deyil, daha yeni sahələrə maraq göstərməkdədirlər. XX əsrdə formalaşan və bu gün daha da fəallaşan humanitar əməkdaşlıq bu günümüzdə dövlətlərarası münasibətlərdə ən önə çıxan istiqamətlərdən biridir. Humanitar əlaqələrə “xalq diplomatiyası”nın bir qolu kimi də baxmaq olar. Xalqların bir-birinin milli dəyərlərinə hörmətlə yanaşması, qarşılıqlı anlaşma onların daha yaxşı münasibətinə səbəb olur. Həmin dəyərləri digər sivilizasiya və mədəniyyətlərə mənsub olan insanlara tanıtmaq beynəlxlaq humanitar əməkdaşlığın əsas məğzi və vəzifələrindən biridir. Bu növ fəaliyyət əsasən qeyri-hökümət orqanları tərəfindən həyata keçirilir. Bu münasibətləri dərinləşdirməklə gələcəkdə iqtisadi və siyasi sahədə də körpü yaratmaq mümkündür. Yəni iki dövlət arasında hər nə qədər qeyri-dost münasibətləri olsa da mədəniyyətlərarası əməkdaşlığı irəlilətməklə, təhsil, elm, idman, səhiyyə və sairə bu kimi münasibətləri genişləndirməklə siyasi və iqtisadi məsələlərdə də bir çox nailiyyətlər əldə oluna bilər.
Təbii ki, istənilən dövlət atdığı hər bir addımda ilk növbədə öz milli mənafeyini düşünür. Belə niyyətlərdən biri qonşu dövlətlər və ya bütün dünya dövlətləri ilə münasibətdə özünü təsdiqləmək, regionda fərdi mövqeyində çıxış etmək, öz dövlət maraqlarını təmin etməkdir. Humanitar əlaqələr də ən müasir və sürətlə inkişaf edən sahə kimi məhz dövlətlərin özünü beynəlxalq arenada təsdiqləmək məqsədinə xidmət edir. Son illərdə humanitar əməkdaşlığa dünya siyasətinin ən önəmli aktorları olan dövlətlər tərəfindən artıq rasional və strateji xarakter verilməyə başlamışdır.(1,2,3,4)
E.M.Lesko 90-cı illərdə rus-fransız beynəlxalq münasibətlərini təhlil edir. Onun təhlillərinə görə bu iki dövlət arasında humanitar əməkdaşlıq heç də həmişə siyasi və iqtisadi əməkdaşlıqla üst-üstə düşmürdü. Həmin dövrdə hətta baxmayaraq ki, Rusiya və Fransa hökümətləri arasında müxtəlif sahələrdə narazılıqlar var idi məhz humanitar münasibətlər gün-gündən daha da fəallaşırdı. Mədəniyyət xadimləri eyni humanitar dəyərlərdən çıxış edərək siyasi sahədə dialoqun genişlənməsinin təşəbbüskarı olmuş, bu əlaqələri daha yüksək səviyyəyə çatdırmışdır. E.M.Lesko buna misal olaraq 1930-cu illərdə Fransanın baş nazir vəzifəsini tutan ədəbiyyat xadimi və yazıçı Eduard Errionun Sovet İttifaqı ilə müqavilə imzalanmasına nail olmasını göstərir. (5)
Humanitar əməkdaşlığa dövlət və elm xadimlərinin bu qədər geniş yer verməsi heç də təsadüfi deyildir. Çünki dünyada baş verən hər bir fövqəladə hadisə demək olar ki, humanitar fəlakətlə nəticələnir və bunun nəticəsində hansısa tək bir dövlətin ərazisi və ya hansısa bir region deyil bütün bəşəriyyət təhlükə altına düşür. Doğrudur ki, elmin güclü inkişafı nəticəsində müasir dövrümüzdə müxtəlif sahələrdə çox böyük nailiyyətlərəldə edilmişdir. Lakin bəllidir ki, əldə edilmiş bu uğurlarla yanaşı bəşəriyyət bir çox itkilərlə də üzləşməkdədir. Bu itkilər daha çox təbiətə zərərli olub bərpa edilməsi mümkün olmayan hallardır. Belə hallar havanın təmizliyinin pozulmasında, flora və faunanın, çox dəyərli təbii sərvətlərin məhv olmasında, yararlı torpaq sahələrinin yararsız vəziyyətə düşməsi , bütövlükdə ekoloji gərginlik yaranmasında özünü daha çox biruzə verir. Dövlətlər arasında arası kəsilməyən müharibələr, fərqli sahələrdə aparılan rəqabətlər vəziyyəti daha da gərginləşdirir və bütün bu zərərlər insanların gündəlik həyatına təsir edir, böyük yoxsulluqlara və insani fəlakətlərə səbəb olur. Yaranmış bu qlobal problemlərin öhdəsindən gəlməyə dövlətlərin tək halda gücü yetmir. Bu səbəbdən də, bütün bu proseslər dünya dövlətlərini , ümumilikdə bütün beynəlxalq cəmiyyəti birləşməyə sövq edir. Baş verən bu hadisələrdən xilas olmağın yeganə yolunu dünya dövlətləri birlikdə çıxış axtarmaqda görürlər. Bu yolda beynəlxalq aktorlar bir sıra uğurlu addımlar atmış, bir çox məsələləri əhatə edən beynəlxalq konfranslar, forumlar təşkil olunmuş, qəbul edilmiş yekun bəyənnamələrdə çox vacib məsələlərə toxunulmuşdur. 2000-ci ilin yayında Okinavada “Böyük səkkizlər”in iclasının yekun Kommunikesinin preambulasında deyilir: “ XX əsrin son rübündə dünya iqtisadiyyatı ən yüksək çiçəklənmə mərhələsinə çatmış, “Soyuq müharibə” bitmiş , qloballaşma isə vahid birlik hissinin yaranmasına səbəb olmuşdur. Bütün bunların əsasında isə dünyada əsas prinsip və dəyərlər formalaşdı: demokratiya, bazar iqtisadiyyatı, sosial inkişaf, dayanıqlı inkişaf və insan hüquqlarına əməl olunması. Eyni zamanda biz etiraf etməliyik ki, hətta indi dünyanın bir çox rayonlarında yoxsulluq və ədalətsizlik insan mənliyini alçaldır, münaqişələr isə insanların əziyyət çəkməsinə səbəb olur. Yeni minilliyə daxil olarkən biz qloballaşma ilə əlaqəli olan təhlükənin mövcudluğunu qəbul etməli, eyni zamanda hər kəs üçün maksimal xeyirin təmin olunmasına çalışmalı və bütün işlərin başında biz əsas prinsip və dəyərlərə əsaslanmalıyıq.”(6) Bu əsas dəyərlər sırasında əsas yeri humanizm prinsip və dəyərləri tutur. XX əsr iki böyük dünya müharibəsi, nəticələrinə görə çox böyük tələfatlara səbəb olan yerli münaqişələr, genosid və terrorizmin geniş yayılması, narkotika və yeni xəstəliklərin daha da intensivləşməsi ilə yadda qalmışdır. Bütün bunlara görə də artıq humanitar əlaqələr beynəlxalq hüququn bir hissəsinə çevrilməyə başlamış, dövlətlərarası və qeyri-hökümət təşkilatlarının əsas nizamnamə sənədlərinə daxil olmuşdur. Bundan başqa bu dövrdə sırf humanitar məsələlərlə bağlı beynəlxalq təşkilatlar yaranması prosesi intensivləşmişdir.
Beynəlxalq humanitar hüquq müharibə aparılması metodları və vasitələrini nizamlayan, eyni zamanda mülki əhali, yaralı və xəstə hərbiçilərin və əsirlərin humanitar müdafiəsini nizamlayan prinsip və qaydaları əhatə edir. Humanitar hüququn əsası 1949-cu il müharibə qurbanlarınının qorunması haqda Cenevrə konvensiyası və Beynəlxalq Qırmızı Xaç komitəsinin rəhbərliyi ilə 1977-ci ildə imzalanmış iki əlavə protokol ilə tənzimlənir. BMT TŞ insanların hüquqlarının müdafiə edilməsində çox fəal iştirak edir. Keçmiş Yuqoslaviya, Ruanda, Timor-Leşti, Syer-Leon və Kamboca işləri üzrə Beynəlxalq Cinayət tribunalının yaradılması humanitar hüququn tətbiqini daha da genişləndirdi. BMT BA isə siyasi forum olaraq bir sıra sənədlər qəbul etmişdir. 2005-ci il 16 dekabrda insan hüquqları və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasının qarşısını almaqla bağlı əsas prinsiplər qəbul olundu.(6) BMT-nin keçmis Baş katibi K. Annan “Sülh yolunda gündəlik” məruzəsində qeyd edir: “bu gün, bütün tarix boyunca da olduğu kimi hərbi konfliktlər bəşəriyyətə qorxu və təhlükə yaratmaqdadır və bizdın bunun qarşısını almaq və onu boğmaq üçün təxirəsalınmaz addımlar atmaq tələb olunur. ” Beynəlxalq humanitar hüquq məhz bu məqsədlərə də xidmət edir. BMT-nin 50 illiyinə həsr edilmiş BA-nın bəyənnaməsində ən əsas vəzifələrdən biri kimi “beynəlxalq humanitar hüquqa hörmətlə yanaşmaq və onu tətbiq etmək vacibliyi” qeyd olunur.
Baxmayaraq ki, bəşəriyyət sivilizasiya yolunda irəliləməkdədir hərbi münaqişələr daha da qəddarlaşmaqda davam edir. Dövlətlərarası münaqişələrdə bunu elm və texnikanın ixtiralarından istifadə ilə əsaslandırmaq olar. Beynəlxalq arenada baş verməyən münaqişələrə gəldikdə isə hərbi əməliyyatların aparılmasında varvar vasitələrdən istifadə edilməsi və ən sadə insan hüquqlarına əməl olunmamasında səbəbi tapa bilərik. Bütün bunlar humanitar hüquqa daha çox nəzər yetirməli olduğunu göstərir.
BMT nizamnaməsinin qəbul olunması ilə bir çox köklü dəyişikliklər baş verdi. Bunlardan ən əsası isə müharibə hüququnun ləğv olunması prinsipi hesab oluna bilər. Bununla da dövlətlərin beynəlxalq aləmdə siyasətləri bir çox yöndən dəyişməli oldu. Məsələn, Mərkəzi Afrika Respublikasında 1979-cu il kütləvi qətl hadisəsindən sonra Fransa höküməti maliyyə sahəsində əməkdaşlıqla bağlı müqaviləni dayandırmaq qərari versə də, təhsil və səhiyyə sahəsində maliyyə yardımı göstərməyi dayandırmadı. Bundan başqa Birləşmiş Ştatlar 1986-cı ildə Liviyaya ticarət blokadası elan etdiyi zaman insan ehtiyaclarını yüngülləşdirmək üçün lazım olan qida, geyim, dərman kimi yardımların edilməsini dayandırmadı. (1,s.316)Bu da artıq dövlətlərin siyasətlərində insan amilini daha önə aldıqlarının birbaşa sübutu hesab oluna bilər.
Beynəlxalq humanitar təşkilatlar heç bir mənfəət gözləmədən yalnız föqəladə vəziyyətlərdən zərər çəkmiş əhalinin əziyyətlərini yüngülləşdirməyə çalışırlar. Bu tip təşkilatlar adətən qida, qan, təmiz su, təhsil və səhiyyə sahəsində köməklik göstərirlər. Onların əsas fəaliyyət istiqaməti yoxsulluq hökm sürən dövlətlərin əhalisinə daha yaxşı şərait yaratmaqda yardım etmək, maarifləndirmə işləri aparmaq, əhaliyə yoxsulluğun səbəbini izzah etmək və onla mübarizə aparmaq yollarını öyrətməkdir. Hal-hazırda humanitar yardımın subyektləri BMT, Qırmızı Xaç Komitəsi və bir sıra yerli və beynəlxalq təşkilatlar, ən əsası isə donor dövlətlərdir. Belə dövlətlərin siyahısında ön yerləri Avstraliya, Böyük Britaniya, Aİ-nin daha zəngin dövlətləri, Kanada, ABŞ və s. tutur. Lakin demək olar ki, bütün dünyada humanitar yardım sahəsində baş verən proseslərə birbaşa BMT-nin müxtəlif orqanları nəzarət edir. Bu orqanlar sırasında Humanitar məsələlərin koordinasiyası üzrə BMT idarəsi, Qaçqınlarla iş üzrə BMT Ali Komissarı, YUNESKO, YUNİSEF, Ümumdünya Səhiyyə Təşkilatı, Kənd Təsərrüfatı Təşkilatı, BMT İnkişaf Proqramı, Uşaq Fondu, Ətraf-mühit proqramı, Ümumdünya Ərzaq Təşkilatı və s. Son dövrlər NATO da humanitar əməkdaşlıq məsələlərində fəallıq göstərir, xüsusilə də Mülki Fövqəladə Planlaşdırma idarəsi çərçivəsində çox önəmli addımlar atılmaqdadır.
Bir neçə dəfə birləşmək və eyni məqsədlərdən çıxış etmək kimi cəhdlər olunsa dahumanitar sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar arasında hələ də qarışıqlıq hökm sürür. Onların hər biri öz proqramlarına uyğun olaraq müxtəlif metodlarla fəaliyyət göstərirlər. Lakin bütün bu müxtəlifliklərə baxmayaraq humanitar sahədə əməkdaşlığın əsas prinsipləri ümumidir: insanlıq, neytrallıq, qərəzsizlik və həmrəylik. Neytrallıq dedikdə yardım göstərən təşkilat konfliktə siyasi aspektdən yanaşmır, iştirakçıların heç birini dəstəkləmir. Qərəzsizlik isə təşkilatın fəaliyyəti zamanı heç bir irqi, dini, ümumiyyətlə heç bir digər ayrı-seçkiliyə yol verməməsi nəzərdə tutulur. Bu prinsipə əsasən təşkilatlar dövlətlərə və ya ayrı-ayrı hərəkatlara deyil, məhz insanlara yardım edir, heç bir halda onları “pis” və ya “yaxşı” qurbanlara ayırmır.
Həmrəylik prinsipi isə bunun tam əksinə olaraq təşkilatın münaqişə tərəflərindən biri ilə həmfikir olmasını bildirir. Bu halda təşkilat açıq şəkildə konfliktin yalnız bir tərəfi ilə işlədiyini elan edir. Məsələn, Norwegian People’s Aid təşkilatı Sudan ərazisində fəaliyyət göstərərkən ölkənin cənub əhalisinin öz müqəddəratını müstəqil həlletmə hüququnu daima müdafiə etmişdir. Bu təşkilat milli hökümətin idarə etdiyi ərazidə işləmirdi, Sudanın milli azadlıq hərəkatı ilə birbaş əlaqədə idi.
Digər bir misal Catholic Relief Services təşkilatının 1998-ci ildə Kabbax hökümətinin Syera-Leonda yenidən bərqərar olmasından sonra Birləşmiş İnqilab Cəbhəsinin idarə etdiyi ərazidə işləməmək haqda açıq qəbul etdiyi qərar ola bilər. Lakin bu həmrəylik prinsipinə görə günahı olmayan qurbanlar onları idarə edənlərə görə yardımdan məhrum olurlar.
Artıq elə bir dövr yetişmişdir ki, humanitar əməkdaşlıq dövlətləri birləşdirən ən incə halqaya çevrilmişdir. Və bu halqanı möhkəmlətmək üçün onun humanizm, aşkarlıq, neytrallıq prinsiplərinə əsaslanan potensialını inkişaf etdirmək lazım gəlir. Humanitar əməkdaşlığın institusional bazasının möhkəmləndirilməsi digər əsas vəzifələrdən biridir. Baxmayaraq ki, bu sahədə fəaliyyət göstərən təşkilatların sayı gün-gündən artmaqdadır hər bir dövlətin siyasi və sosial sistemindəki müxtəliflik lazım olan anda lazımi köməyin edilməsini çətinləşdirə bilər. Hər bir dövlət öz milli təhlükəsizliyi baxımından bəzən problemlər yarada bilər. Daha sonra etik fərqlər də müzakirələrə səbəb ola bilər. Digər problemlər isə dövlətlərin iqtisadi vəziyyətinin çətinləşməsi ilə bağlıdır.
Bəzi tədqiqatçılar qeyd edir ki, sosial determinizm fəlsəfəsi əsrlər boyu təhsilə inamı təbliğ edib. Bunun təsiri ilə insan öz gücünə inanırdı. XIX-XX əsrlərdə biliyin rolu güclənmiş, bu da elm və texnologiyanın güclü inkişafı ilə müşaiət olundu. Burdan belə bir nəticə çıxır ki, müxtəlif ideoloji sistemlərin dəyər fərqlərini aradan götürmək lazımdır. Bu da humanitar əməkdaşlıqda elmi tədqiqatların güclənməsinə tələbatı artırır. Tədqiqatçılar məhz bu məqsədlə beynəlxalq humanitar əməkdaşlıq proqramının hazırlanmasını məqsədəuyğun hesab edir və bu proqramın əsas vəzifələri olaraq aşağıdakılar sadalanır:
- Proqramın məqsədlərinə nail olmaq üçün fəaliyyətə yeni qeyri-hökümət təşkilatları və əhali cəlb etmək
- əhalini humanitar təşkilatlanmanın işi ilə məlumatlandırmaq
- humanitar əməkdaşlıq sahəsində fəaliyyət göstərən təşkilatların peşəkarlığını artırmaq
- bu təşkilatların dövlət orqanları və strukturları ilə əməkdaşlığı gücləndirməsi
- insan həyatı üçün təhlükəli olan məhsulların hazırlanması, istifadəsi və saxlanmasına ümumi nəzarəti artırmaq
Beynəlxalq humanitar əməkdaşlıq zaman keçdikcə yeni forma almağa başlamışdır. Daha əvvəllər belə münasibətlər dedikdə ilk növbədə baş verən fəlakətlərə xeyirxah qüvvələrin yardımı ağla gəlirdi. Təbii ki, bu gün də humanitar əməkdaşlığın bu qolu ən önə çıxanıdır. Lakin meydana çıxan yeni problemlər daha fərqli sahələrdə əməkdaşlığa ehtiyac yaradır.

ƏDƏBİYYAT
1.МЕЖДУНАРОДНОЕ ПРАВО.ОСОБЕННАЯ ЧАСТЬ. Издание третье, переработанное и дополненное. И.И. ЛУКАШУk.M.,2005.
2.Международное сотрудничество на пороге XXI века. - М.: РАГС, 1999.
3.Современные международные отношения. Учебник /Под ред. А.В.Торкунова. - М., 1999.
4. Международные отношения: социологические подходы. Учебное пособие. Цыганков А.П. - М.,1998.
5. Народная дипломатия: взаимопонимание во имя развития. http://reading-hall.ru/publication.php?id=2520
6.http://www.un.org/ru/humanitarian/law/)
7.wikipedia.org.
Açar sözlər: humanitar əməkdaşlıq, beynəlxalq təşkilatlar, qloballaşma, BMT.
Ключевые слова: гуманитарное сотрудничество, международные организации, глобализация, Организация Объединенных Наций.
Keywords: humanitarian cooperation, international organizations, globalization, the United Nations.

Резюме
Глобализация ставит в более взаимозависимое положение государств друг от друга. Это привело к формированию новых требований. Как и в других процессах человеческие отношения проходят через переходной период. Кроме формирования новых традиций, одной из главных задач является сохранение и развитие обычаев накопленных с опытом.Тем не менеенельзя останавливаться на прошлых опытах, необходима воспользоваться возможностями образованных в результате изменений в мире.

Summary
Globalization raises states more interdependent position of each other. This led to the creation of new demands. As in other processes human relationships go through a transition period. Besides the formation of new traditions, one of the main tasks is to preserve and develop the traditions accumulated with experience. Nevertheless, we must not stop on past experiences, it is necessary to take advantage of opportunities created due to changes in the world.

 

 ŞƏMS ALLAHVERDİYEVA  Bakı Dövlət Universiteti

"Geostrategiya" jurnalı № 06 (36) NOYABR-DEKABR 2016


Etiket:

Strategiya.az

Xəbərlər
27.02.2020

Azərbaycan-Türkiyə həmrəyliyi regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir

27.02.2020

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dilarə Bəhmənovaya dəstək oldu

27.02.2020

ABŞ Konqresi Xocalı faciəsinin 28-ci ildönümünü yad edib

27.02.2020

Səsvermənin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu

27.02.2020

Strasburq: Xocalı faciəsi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı siyasətinin tərkib hissəsidir

26.02.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak ediblər

26.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir (FOTO)

26.02.2020

Rəcəb Tayyib Ərdoğan: "Türkiyə və Azərbaycan bir sabitlik abidəsi olaraq yüksəlirlər"

26.02.2020

Prezident İlham Əliyev: "Bir-birimizə arxayıq, bir-birimizə dayağıq"

26.02.2020

XX əsrin faciəsi: Xocalı soyqırımından 28 il ötür

25.02.2020

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

25.02.2020

Xocalı soyqırımı – ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən ağır cinayətdir

25.02.2020

Bu ildən Dünya Mühəndislik Günü qeyd ediləcək

25.02.2020

Bu gün Novruzun ilk çərşənbəsi qeyd olunur

25.02.2020

Çində koronavirusdan ölənlərin sayı 2663 nəfərə çatıb

25.02.2020

Elçin Əhmədov: Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistan beynəlxalq hüququn bütün fundamental prinsiplərini pozub

24.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

24.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

24.02.2020

Azərbaycanın dini icmalarının rəhbərləri dünya ictimaiyyətinə müraciət etdi

24.02.2020

Çində koronavirusdan ölənlərin sayı 2592 nəfərə çatıb

24.02.2020

Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

23.02.2020

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb

23.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb

21.02.2020

DTX Neftçalada keçirilən əməliyyatla bağlı məlumat yaydı

21.02.2020

Prezident İlham Əliyev: Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir

21.02.2020

AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib

21.02.2020

Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

21.02.2020

21 fevral - Beynəlxalq Ana Dili Günüdür

21.02.2020

Xəzər dənizinə axıdılan tullantı sularının tərkibində çirkləndiricilərin miqdarı normadan çoxdur

20.02.2020

Novruz çərşənbələrinin tarixləri açıqlandı

20.02.2020

Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub

20.02.2020

Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub

20.02.2020

Xocalı soyqırımının ildönümü ilə bağlı "Tədbirlər Planı” təsdiqlənib

20.02.2020

İtkin düşən Azərbaycan əsgərinin meyiti neytral ərazidən tapıldı

20.02.2020

Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə yüksəldi

19.02.2020

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib

19.02.2020

"Tarixi bilmək gərəklidirsə, öz millətinin və dövlətinin tarixini bilmək zəruridir" - Firad Əliyev

19.02.2020

Professor Əli Həsənov: "Türkün torpağına göz dikən hər kəs məğlubiyyətə məhkumdur"

19.02.2020

Baş infeksionist koronavirusla bağlı XƏBƏRDARLIQ etdi

18.02.2020

Bakıda koronavirusa görə karantinə götürülən 2 tələbə evə buraxıldı

18.02.2020

Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi

18.02.2020

Elmar Məmmədyarov Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib

17.02.2020

Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü – Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi

17.02.2020

Professor Əli Həsənov: “Prezident İlham Əliyev millətimizin qürur yeridir”

17.02.2020

Mülazim Pahsa: Ermənistanın baş nazirinin inkarçılıq cəhdləri onun düşdüyü vəziyyəti daha da ağırlaşdırdı

17.02.2020

Çində yeni növ koronavirusdan ölənlərin sayı 1770 nəfərə yüksəldi

16.02.2020

Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi

16.02.2020

Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir erməni tarixi irsi yoxdur

16.02.2020

Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil

16.02.2020

İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər