TƏHSİL PROBLEMLƏRİ SOSİOMƏDƏNİ KONTEKSTDƏ

11:08 / 27.03.2017

Müasir təhsilin, o cümlədən Azərbaycan təhsilinin inkişafı təhsili mənəvi dəyərlərlə zənginləşdirməklə sosiomədəni hadisə kimi dirçəldilməsi məsələsini gündəmə gətirmiş-dir. Təhsilin təkamülünə bu cür yanaşma onun mahiyyətini sosiomədəni kontekstdə təhlil etmək zərurətini şərtləndirir. Qeyd edək ki, hələ antik dövrdə Platon və Aristotel təhsil və tərbiyə məsələlərinin fəlsəfə və etika ilə ayrılmaz bağlı olduğunu əsaslandımışdırlar.
Zənnimizcə, təhsilə sosiomədəni yanaşmanın əsasını XX əsrdə fəlsəfi fikirdə cərə-yan edən ümumi metodoloji proseslər təşkil edir. Sosial bilik metodologiyası sferasında klassik mərhələni mədəniyyətin təkamülü, elmdə baş verən fundamental dəyişikliklərin təsiri altında yaranmış qeyri-klassik mərhələ əvəz etdi, onun da ardınca postqeyri-klassik mərhələ başladı. Postqeyri-klassik mərhələdə sosial idrakın bir-birini tamamlayan yeni metodları meydana gəlir ki, bu da bizi bu mərhələni metodoloji plüralizm dövrü kimi nəzərdən keçirməyə əsas verir. Bu gün monist metodologiyadan plüralist metodologiyaya keçiddən bəhs edən alimlər onun səciyyəvi cəhətlərini aşağıdakı kimi ümumiləşdirirlər: rasionallığın çərçivələrinin analitik metodlardan kənara çıxarmaqla genişləndirilməsi; metodologiyanın metodların sintezi və şərhi üsulları kimi nəzərdən keçirilməsi. Təhsilin öyrənilməsi baxıımından metodoloji plüralizm təsadüfi deyil, çünki təhsildə maddi və mənəvi, obyektiv və subyektiv, tarixi və məntiqi, sosial və siyasi substansiyalar bir arada-dır.Yəni, təhsil həyatın hər iki sferasına-həm ictimai varlığa, həm də ictimai şüura köklə-nir. Buna görə də hesab edirik ki, təhsilə sosiomədəni yanaşma onun problemlərinin öyrənil­məsi üçün daha əlverişlidir. Təhsil bir tərəfdən sosial, digər tərəfdən də mədəni hadisə-dir. Deməli, metodoloji plüralizm fəlsəfə, antropologiya, kulturologiya, psixologiya, etika kimi ən müxtəlif elmlərin nailiyyətlərindən faydalanmağı həm mümkün, həm də zəruri edir. Bu mənada S.Xəlilov haqlı olaraq təhsilin öyrənilməsinə metodoloji yanaşmalara yenidən baxmaq və təhsili öyrənərkən metodoloji sintezdən istifadə etmək zərurətinə işa-rə etmişdir [1]. Lakin burada müəyyən problemlər meydana çıxa bilir. Belə ki, müxtəlif konsepsiyalar çox vaxt onların həyata keçirilməsi mexanizmləri ilə ziddiyyətdə olur. Təhsildə mövcud olan bir çox problemlər məhz bununla bağlıdır. Buna görə də təhsilə metodloji sintez çərçivəsində yeni yanaşmaları işləyərəkən onları təhsil nəzəriyyəsinə həmahəng şəkildə daxil etmək lazımdır. Bu kontekstdə təhsil haqqında biliklər elə bir konseptual sxemə gətirilməlidir ki, onun çərçivələrində təhsilin fəlsəfi, antropoloji, aksioloji, psixoloji və digər aspektləri vahid bir tam şəklinə gətirilmiş olsun. Təhsil haqqında yeni və əvvəlki biliklərimizi bir-birinə uyğunlaşdırmaqla bu sistemə universal xarakter vermiş olarıq ki, bu da mədəniyyət hadisəsi olan təhsilin bütün rəngarəng təzahürlərini izah etmək, hər hansı bir tarixi dövrün və ya cəmiyyətin təhsilini dərk etmək imkanı verən inteqral konsepsiya olardı.
Sosiomədəni yanaşma təhsil haqqında biliklərimizi xeyli genişləndirir və zəngin-ləşdirir. Söhbət təhsilin müxtəlif sosiomədəni şəraitlərdə, tarixi inkişafın müxtəlif mərhələlərində yeni şaxələrindən, təzahürlərindən gedir.
Beləliklə, təhsilə sosiomədəni yanaşmanı rəhbər tutub onun əsas müddəalarına nəzər salaq.
Çıxış metodoloji prinsiplər kimi biz aşağıdakı müddəaları qeyd etmək istərdik: birincisi, təhsil bütöv bir sosiomədəni fenomendir; ikincisi, təhsil özinkişafda olan sistemdir; üçüncüsü, təhsilə təsir göstərən amillərdən biri bu cəmiyyətin mədəniyyətidir ki, bu mədə-niyyət də onun daxili məzmununu (ideyasını), strukturunu, təzahür formalarını şərtləndirir; dördüncüsü, müxtəlif tarixi dövrlərdə və şəraitlərdə müxtəlif təhsil sistemləri qərarlaşır.Deməli, təhsili konkret cəmiyyətin sosiomədəni sistemindən ayırmaq mümkün deyil. Təhsil cəmiyyətin mühitə kollektiv uyğunlaşma formasıdır və təhsildə bu və ya digər ən-ənələri məhv etməklə sosial orqanizmi müdafiə mexanizmlərindən məhrum etmiş olarıq.
Zənnimizcə, təhsilin hərtərəfli öyrənilməsi tədqiqatçıdan antropoloji metoddan da yararlanmağı tələb edir. Postindustrial cəmiyyət təhsil qarşısında insanın yaradıcı qabi-liyyətlərini inkişaf etdirmək tələbini qoyur. Məhz bu rolda təhsil və onun bir növü olan özünütəhsil mühüm əhəmiyyət əldə edir. Antropoloji metod da əzəli olaraq insanda məhz insaniliyin təşəkkülünü öyrənmək məqsədini güdür. Bu gün təhsilin müxtəlif pillələrində insanın təməl qabiliyyətlərinin qərarlaşmasının ilkin şərtləri və vasitələri haqqında bütöv bir təlim olan təhsil antropologiyası da qərarlaşmışdır [2; 8; 12].
Təhsilin tədqiqində antropoloji metodun rolu və əhəmiyyətini artıran obyektiv ilkin şərtlərdən müasir təhsil sistemində təlim alanın vəziyyətini, ənənəvi elementlərlə innovasiya elementlərinin nisbətini göstərmək olar. Təhsil antropologiyası təhsildəki innovasi-yalarla bağlı olan real ziddiyyəti – ictimai həyatın olduqca mühüm olan bu sferasındakı islahatlarla onların nəticələrinə görə məsuliyyəti aradan qaldırır. Təhsil antropologiyası bu müddəadan çıxış edir ki, təhsildə innovasiya fəaliyyətinin inkişaf etmiş, mədəni formasını, onun həqiqi inkişaf üsulunu layihələşdirmə təşkil edir. Alimlər (N.Q.Alekseyev, V.İ.Slobodçikov, Y.V.Qromıko və b.) təhsildə innovasiya mədəniyyətinin əsası kimi layihə paradiqmasının həm nəzəri, həm də praktiki əhəmiyyətə malik olduğunu vurğulayır-lar. Antropoloji metodun potensialı ondadır ki, o, təhsilin inkişafında sosiomədəni amilləri də nəzərə alır. Təhsilin antropoloji mövqedən nəzərdən keçirilməsi bu qənaətə gəlməyə əsas verir ki, təhsili konkret cəmiyyətin sosiomədəni sistemindən ayırmaq mümkün deyil. Təhsil sistemlərinin, təhsil “obrazları”nın hər biri rəngarəngdir, unikaldır və dəyərdir. Antropoloji metodun müddəalarından çıxış etməklə müxtəlif sivilizasiyalarda, xüsusən də Qərb və Şərqdə təhsil “obrazları”nın spesifik olduğunu söyləmək olar.
Təhsili daha dərindən öyrənmək üçün, zənnimizcə, institusional metoddan da yararlan-maq olar.Təhsil müstəvisində XIX əsrin sonu-XX əsrin əvvələrində yaranan bu metod çərçivəsində təhsil ictimai münasibətlər sisteminin bir elementi kimi çıxış edir.Təhsilə institusional baxış onun mədəniyyətlə, digər sosial təsisatlarla əlaqələrinin ortaya çıxarılmasını nəzərdə tutur. Digər tərəfdən, bu metoddan yararlanmaqla, demək olar ki, cəmiyyətlə eyni vaxtda yaranmış və onun ən mühüm inkişaf amillərindən biri olan bu fenomenin inkişaf tendensiyalarını da təhlil etmək imkanı əldə etmiş olarıq. Axı məhz təhsilin köməyi ilə nəsillər arasında əlaqə,varislik təmin edilir. Deməli,təhsil mühitin stabilliyi amilidir [4]
Bu metod çərçivəsində təhsil təhsil ideyaları, təhsil proqramları, dövlət standartları, təhsil idarələri və idarəetmə orqanlarından ibarət olan açıq, çevik və tam sistem kimi çıxış edir və təhsil sisteminin bu elementlərindən hər birini öyrənmək imkanı yaranır. Bizim tədqiqat baxımından vacib olan məqam odur ki, təhsil proqramları, dövlət standartları və s.-dən əvvəl insanlarda bu sosiomədəni mühitə kollektiv adaptasiya modelləri haqqın­da təsəvvürlər mövcud olur.İnsanların tərbiyə, onun üsulları haqqında baxışlarının əks olunduğu bu təsəvvürlər təhsilin bir növ nüvəsini təşkil edir. Təhsil ideyalarının bu müstəvidə şərhi göstərir ki, onlar təhsilin mahiyyətini təşkil edirlər. Təhsilin məzmunu, mahiyyəti ideyalarda cəmləşir. Beləliklə, təhsil ideyası arzu, təhsil sistemləri isə - modeldir. Eyni zamanda digər sosial təsisatlarla (dövlət, istehsalat, elm, mədəniyyət,ailə) rəngarəng əlaqələrdə olan və onlara güclü təsir göstərən təhsilin sosial təyini cəmiyyətdə sosial nizamı təmin etməkdən ibarətdir. Deməli, təhsilin ayrılmaz tərkib hissəsini ictimai münasibətlər təşkil edir və təhsil ideyaları da məhz bu ictimai münasibətlərdən qaynaqlanır. Təhsil ideyaları, təhsil modelləri də məhz ictimai münasibətlərə üz tutur. Əks halda təhsil haqqında sosial orqanizmdə stabillik və tarazlığın təmin edilməsinə yönələn bir fenomen kimi söhbət açmaq mümkün olmazdı.
Beləliklə, antropoloji və institusional metodların metodoloji sintezi təhsilin daha də-rinliklərinə varmaq, daha doğrusu, təhsili bir-biri ilə sıx bağlı olan struktur elementlərin-dən təşkil olunuş sistem kimi nəzərdən keçirmək imkanı verir. Metodoloji nöqteyi-nəzərdən qeyd etmək lazımdır ki, təhsilin məzmunu onun ideyalarında əks olunur.
Qeyd olunduğu kimi, təhsil ideyaları təhsilin məzmun komponenti olmaqla onun aksioloji potensialını şərtləndirir. Bununla əlaqədar hesab edirik ki, təhsildə təhsil ideya-larının yerini dəqiqləşdirmək üçün aksioloji metodun evristik potensialından da faydalanmaq lazımdır. Bu və ya digər təsisatın yerini müəyyənləşdirərkən formal strukturlar, qayda və prosedurlar deyil, tarixi və mədəni-psixoloji mühitdə qərarlaşmış dəyərlər mühüm rol oynayır. Beləliklə də təhsilin məzmununu təşkil edən təməl (baza) ideyalarının seçimi problemini nəzərdən keçirmək imkanı əldə etmiş oluruq. Qeyd etmək lazımdır ki, bu və ya digər ideyanın təhsilin əsası kimi seçilməsi, habelə seçilmiş ideyanın mənası ob-yektiv-subyektiv xarakter daşıyır. Xüsusən də təhsilin mümkün məzmunu və gələcək inkişaf yolları baxımından bu məqamın olduqca böyük əhəmiyyəti var.
Obyektivlik onda özünü büruzə verir ki, təhsil ideyalarının məzmununda həmişə təhsilin cəmiyyətdə stabilliyə yönəlişliyi öz ifadəsini tapır. Təhsil haqqında təsəvvürlərin məzmununda subyektiv aspekt isə sosiomədəni və tarixi xüsusiyyətlərlə, habelə insanların dini, əxlaqi, ideoloji və digər dəyərlərdən asılı olan təsəvvürləri ilə şərtlənir. Bu, o deməkdir ki, təhsil ideyaları sosial dəyərlər sisteminə həmahəng şəkildə daxil olmalı, digər sosial ideallarla sıx əlaqədə olmalıdır, yəni təhsilin hər hansı bir ideyası, məsələn, əxlaq və ya dinin ideyalarına zidd olmamalıdır. Təhsil mədəniyyət hadisəsi olduğundan, mədəni ənənələr, adət və s. isə müxtəlif xaqlarda eyni olmadığından, təhsil ideyaları da hər yerdə eyni ola bilməz.
Beləliklə, təhsil müəyyən cəmiyyətin mədəniyyətinin, onun sosiomədəni sisteminin bir hissəsidir. Məhz buna görə də sadalanan metodlara psixoloji metodu da əlavə etmək lazımdır.Bu zaman biz konkret cəmiyyətin psixoloji həyat tərzi kimi “mentalitet” adlanan bir hadisə ilə üzləşmiş oluruq. Nəticədə qeyd etməli olacağıq ki, cəmiyyətin təhsil dəyərləri ilə dövlətin təhsil dəyərləri bir-biri ilə üst-üstə düşməyə də bilir. Çox vaxt dövlət yalnız təhsil prioritetlərini bəyan edir, halbuki cəmiyyət onu bu prioritetləri dəyişməyə də məcbur edə bilir. Deməli, təhsil cəmiyyətə insanların təkcə intellektual deyil, psixoloji xüsusiyyətləri ilə də təsir göstərə bilir.
Lakin metodoloji sintez, metodoloji plüralizm başqa metodları nəinki inkar etmir, hətta onlardan geniş şəkildə yararlanmağı da nəzərdə tutur. Onlar bir sosiomədəni hadisə kimi təhsil haqqında yeni biliklər verə bilərlər. Belə ki, məsələn, təhsil sisteminin dəyişkən sosiomədəni mühitə adaptasiya etmək qabiliyyətini aşkarlamağa imkan verən sistem-li yanaşma da öz əhəmiyyətini saxlamaqdadır. Son zamanlar tədqiqatçılar nisbətən yeni olan metod və yanaşmalardan, o cümlədən, sinergetika, semiotika, hermenevtika metodlarından da geniş istifadə edirlər. Belə ki, sinergetik təsəvvürlər çərçivəsində aydın olur ki, təhsil həm sosiomədəni reallığa təsir göstərən, həm də onun özünütəşkil proseslərini nəzərə alan fundamental idarəetmə və təşkilati strukturlara daxildir.
Təhsil təhsil prosesində qarşılıqlı təsirlərdə olan subyektlərin mədəniyyət səviy-yəsindən asılı olan müəyyən şərti məna daşıyan işarə, rəmzi sistemi olduğundan, təhsili semiotika metodlarının köməyi ilə öyrənmək lazımdır. İnformasiya cəmiyyətində insanların həyatı konkret maddi obyektlər və hadisələrlə deyil, daha çox onların işarə-simvol inikasları ilə qarşılıqlı təsirlər üzərində qurulur [9].
Təhsil sferasında semiotika ideyalarından istifadə edən tədqiqatçılar arasında O.F. Brıksinanın [3], A.A.Veryayevin [5], Y.M.Kurolenkonun [7] və b. adlarını göstərmək olar. K.R. Piotrovskaya haqlı olaraq qeyd edir ki, təlim prosesi müəllimdən təlim alana işarə informasiyanın ötürülməsi prosesi olmaqla kommunikasiya-semiotika prosesinin xüsusi bir növüdür [10, c. 242]. Təhsildə semiotik sistemlər insanın fəaliyyətə hazırlığı, sosiallaşdırma, təlim və tərbiyə vasitələri kimi çıxış edir. Son illər işlənən zəruri müxtəliflik prinsipi də təhsilin öyrənilməsində böyük rol oyna-yır.Bu prinsipə görə, tarixi prosesin müxtəlifliyinin mütləqləşdirilməsi (O. Şpenqler, N. Danilevski, F.Toynbi) yolverilməzdir. Biz nəzəri-fəlsəfi əsaslarının H.Hegel, K.Marks, K.Yaspers və b. tərəfindən qoyulan vəhdət və müxtəliflik ideyasını dəstəkləyirik. Bu ide-yaya əsaslanaraq qeyd etmək olar ki, daxili rəngarəngliklə səciyyələnən müxtəlif təhsil sistemləri bir-biriləri ilə qarşılıqlı təsirlərdə olmaqla təhsilin zənginləşməsinə səbəb olurlar. Başqa sözlə, təhsilin inkişafı birbaşa təhsil sisteminin müxtəlif xalqların və millətlərin mədəni inkişaf xüsusiyyətlərindən irəli gələn və tipik davranışlarda, təfəkkürdə s. özünü büruzə verən daxili rəngarəngliyinin artması ilə bağlıdır.
Yuxarıda sadalanan metod və priniplərin hamısı bu və ya digər dərəcədə təhsil məsələlərinin araşdırılmasında daydalı ola bilər, lakin bizim fikrimizcə, müxtəlif, amma bir-birini tamamlayan metodların sintezi kimi sosiomədəni yanaşma daha böyük əhəmiyyətə malikdir. Hazırda informasiya cəmiyyəti və təhsildə gedən köklü dəyişikliklər şəraitində məhz bu yanaşma bizə təhsilin təməl prinsiplərinə yenidən baxmaqda köməklik edə bilər. Təhsil məsələsini informasiya cəmiyyətində daha radikal şəkildə qoymaq lazımdır, çünki “informasiya” və “bilik” sadəcə yeni bir obyektlər deyil: onlar informasiya cəmiyyətinin həyatında həlledici rol oynayırlar. Deməli, söhbət yeni-yeni mexanizmlərin tətbiqindən deyi, təhsil düşüncəsi paradiqmasının dəyişməsindən, bütövlükdə təhsil nəzəriyyəsinin əsaslarına yenidən baxılmasından getməlidir.
Sosiomədəni yanaşmadan çıxış etməklə təhsili insanın müəyyən dəyərlərə hədəflə-nən fəaliyyəti kimi şərh edən filosofların fikrini başa düşmək olar [6]. Bu fəaliyyət təkcə insanın öz mövcudluğunu təmin etməsi vasitəsi kimi deyil, həm də sosiumun sağ qalması vasitəsi kimi də çıxış edir. Deməli, informasiya cəmiyyətində təhsilin əsas funksiyası so-siumun sağ qalmasını təmin edən həyata qabil modellərinin formalaşdırılması fəaliyyəti-dir. Fasiləsiz özünüyaratma prosesində artıq mövcud olan modellərdən istifadə etmək üç-ün təhsil yalnız öz tarixindən - özünüidentifikasiyadan yararlana bilər. İyerarxik olan ən-ənəvi təhsil sistemlərindən fərqli olaraq, informasiya cəmiyyətində təhsil sistemi “hete-rarxikdir”, çünki burada sərt müəyyən olunmuş qaydalar yoxdur. Onun nüvəsini təhsil kommunikasiyaları təşkil edir [13,s.598]. Hər hansı qərar yalnız bu hal üçün (ad hoc) qə-bul ediləcək və unikallığı qədər də unikal və təkrarolunmaz olacaq. Deməli, təhsil özinkişaf yoluna çıxacaq. Zənnimizcə, təhsilin özünüyaratma, özinkişaf yoluna qayıtması zəruri olaraq bu fenomenin əzəli məzmununun bərpa edilməsinə gətirib çıxaracaq. Bu məzmun da sosiomədəni reallığın xüsusyyətləri ilə şərtlənmiş olacaqdır. Deyilənlər təhsilin plüralist xarakter aldığını iddia edə alimlərin [11] fikirlərini təsdiqləyir. Onun sərt unifikasiya edilməsi, pedaqoji konsepsiya və fəaliyyətin sərt standartladşrıılması, monostrateji idarəetmə, inzibatçılıq və s. kimi hallar keçmişdə qaldı. Bir-biri ilə komunikasiyada olan pedaqoji konsepsiyaların sayı artır, təhsil müəssisələrinin, innovasiya praktikalarının, təlim proqramlarının, metodikaların yeni formaları meydana gəlmişdir. Bu gün təhsil sistemi çoxlu sayda təhsil müəssisələrinin, konsepsiya və strategiyalarının kommunikasiya etdiyi və dəyişkən sosiomədəni reallığa adaptasiya etmək üçün kommunikativ münasibətlərdə öz potensialını daima artıran açıq məkandır.
Beləliklə, XX əsrin metodoloji örnəyi ondan ibarətdir ki, təhsilin vahid şərhini, yeganə tərifini vermək elə də asan məsələ deyil. İnformasiya dövründə təhsil problemlərini hansısa bir metod çərçivəsində dərk edib şərh etmək mümkün olmadığından, onları araşdırarkən metodoloji plüralizmi rəhbər tutmaq lazımdır. Cəmiyyətin və şəxsiyyətin maraqlarına yönəlmiş təhsil kimi çoxaspektli bir hadisəni araşdırmağa yalnız rəngarəng metodların metodoloji sintezi imkan verə bilər. Bu cür metodoloji sintez keyfiyyətində isə, zənnimizcə, sosiomədəni yanaşma çıxış edə bilər.Metodoloji sintez müəyyən sosiomədəni çərçivələrin hüdudlarından kənarda yerləşən vahid təhsil nəzəriyyəsini yaratmaqda yox, bu sosiomədəni reallıq üçün təhsilin ideyalarının işlənməsində köməklik edər.
Aparılan araşdırmalara yekun vuraraq, aşağıdakı nəticələri əldə etmiş olarıq.
Birincisi, müasir dünya informasiya cəmiyyətində yaşayır. Burada əvvəllər mövcud ol-mayan yeni problemlər meydana gəlir ki, onlar da təhsilə birbaşa təsir göstərir. Bu,mürəkkəb sosiomədəni reallıqda təhsildə baş verən dəyişikliklərin nəzəri dərkini tələb edir.Qarşıda qoyulmuş nəzəri-metodoloji və praktiki məsələlərin həlli təhsilin metodoloji plüralizm nöqteyi-nəzərdən,ilk növbədə sosiomədəni kontekstdə araşdırılmasını nəzərdə tutur.
İkincisi, Azərbaycanın təhsilşünaslığı və təhsil praktikası böhranlı hallarla xarakterizə olunur. Bu gerçəkliklə Qərbin liberal təhsil konsepsiyalarına uyğun işlənən siyasət arasında mövcud olan uçurumla şərtlənir. Deyilənlər Azərbaycanın sosiomədəni reallıqlarında təhsilin inkişaf xüsusiyyətlərini öyrənməyə imkan verən yeni nəzəri-metodoloji paradiqmaların işlənməsini tələb edir.
Üçüncüsü, təhsilin rəngarəng sosiomədəni reallıqlar şəraitində hərtərəfli və kompleks şəkildə öyrənilməsi bir-biri ilə qarşılıqlı bağlı olan və bir-birini qarşılıqlı tamamlayan metod və prinsiplərin sintezi kimi sosiomədəni yanaşmanın tətbiq edilməsini tələb edir.
Dördüncüsü, sosiomədəni yanaşmadan yararlanmaqla təhsilə aşağıdakı kimi şərh etmək imkanı əldə etmiş olduq: təhsil obyektiv mövcud olan təhsil ideyaları, təhsil proqram-ları, dövlət standartları, təhsil idarələri və idarəetmə orqanlarından ibarət olan açıq, çevik və tam sistemdir ki, onun da əsas məzmunu məhz cəmiyyətin mədəni dəyərlər sisteminin ayrılmaz tərkib hissəsi olan təhsil ideyalarında cəmləşmişdir.
Beşincisi, təhsilə sosiomədəni yanaşma göstərdi ki, elə bir sosial təsisat yoxdur ki, o, yalnız özü-özünə xidmət göstərsin, özü üçün mövcud olsun. İnsanın səyləri, zəka və iradəsinin enerjisi hesabına yaradılan sosial təsisatlar, o cümlədən, təhsil, ona xidmət etməli, onun tələbatlarını ödəməlidir.


ƏDƏBİYYAT
1. Xəlilov S.S.Təhsil, təlim, tərbiyə. Bakı, «Azərbaycan Universiteti» nəşriyyatı, 2005 - 650 s.
2. Бирич Инна Алексеевна. Философская антропология и образование: На путях к новому пед. сознанию. М.: Жизнь и мысль: Моск. учеб., 2003. 269 c.
3. Брыксина О. Ф. Знаково-символическая деятельность в образовательном про-странстве: семиотический подход к формированию ИКТ-компетентности выпуск-ника вуза //Известия Самарского научного центра Российской академии наук. 2010. - Т. 12. - № 3(3). - С. 578-583.
4. Василенко Н.E.Институциональный подход к исследованию образования// Образование и наука. Выпуск № 5 / 2006. c.20-27.
5. Веряев А. А. Семиотический подход к образованию в информационном обще-стве: диссертация...доктора педагогических наук. - Барнаул 2000. - 367 с.
6. Дуреев С.П. Образование как деятельность по формированию местного со-общества //Философия образования. 2010. №2. с.33-37.
7. Куроленко Е. М. Семиотика художественно-педагогической деятельности [Эл-ектронный ресурс]// Электронное научное издание (научно-педагогический интер-нет-журнал).-2012, февраль.-Режим доступа: http://www. emissia. Org / offline /2012 /1738.htm.
8. Исаев Е.И.Слободчиков В.И. Психология образования человека: Становление субъектности в образовательных процессах.:Издательство ПСТГУ; Москва; 2013.
9. Мезенцева И. А. Семиотический подход к формированию информационно-аналитической компетенции будущего педагога [Электронный ресурс] //Социос-фера:научно-издательский центр:http://www.sociosphera.com/publication/ conference/ 2012/138/semiotichesij_podhod_k_formirovaniyu_informacionnoanaliticheskoj_ kompetencii_buduwego_pedagoga/.
10. Пиотровская К. Р. Базовые принципы построения методической теории об-учения студентов-филологов математике и информатике // Известия Российс-кого государственного педагогического университета им. А. И. Герцена. - 2005. - № 12. - С. 236-251. c. 242.
11. Подгорецкий Ю., Домбровска А. Социальная коммуникация: подходы к выявлению педагогического смысла понятия//Журнал Мир науки, культуры, обра-зования. Выпуск № 5 / 2011 c. 121-123.
12. Слободчикова В.И. Антропологическая перспектива отечественного образо-вания. Москва - Екатеринбург – 2009.
13. Шутенко А.И. Концепция самореализации студентов в условиях информа-тизации вузовского обучения//Современные исследования социальных проблем. Выпуск № 11 (55) / 2015. c. 595-604.

Açar sözlər: təhsil, informasiya cəmiyyəti, postindustrial cəmiyyət, metodoloji plü-ralizm, antropologiya, semiotika.
Key words: education, information society, postindustrial society, methodological pluralism, anthropology, semiotics.
Ключевые слова: образование, информационное общество, постиндустриаль-ное общество, методологический плюрализм, антропология, семиотика.

Резюме
В статье обосновывается мысль о правильности изучения проблем образова-ния как социокультурного явления только с позиций методологического синтеза, и, исходя из этих позиций, образование рассматривается как открытая, гибкая и целостная система идей образования, образовательных программ, государственных стандартов, образовательных учреждений и органов управления, основное содер-жание которого концентрируется в идеях образования как составной части системы культурных ценностей общества.

SummAry
The article explains the idea of the correctness of the study education as a sociocul-tural phenomenon only from the standpoint of methodological synthesis, and, from that perspective, education is seen as an open, flexible and coherent system of ideas of educa-tion, educational programs, state standards, educational institutions and authorities, the disclosure of which is concentrated in the ideas of education as an integral part of the system of cultural values of the society.

 

"Geostrategiya" jurnalı № 01 (37) YANVAR-FEVRAL 2017

MÜSLÜM NƏZƏROV, Pedaqogika üzrə fəlsəfə doktoru

 


Etiket:

Strategiya.az

Xəbərlər
09.08.2020

Aleksandr Lukaşenko seçkilərdə qalib gəlib

09.08.2020

Belarusda prezident seçkiləri baş tutmuş hesab olunur

09.08.2020

Azərbaycanda gün ərzində koronavirusa yoluxanların sayı 87-yə düşdü

09.08.2020

Taktiki təlimlərin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib

09.08.2020

Koronavirus xəstələrinin olduğu oteldə yanğın baş verib

09.08.2020

Ermənistan sutka ərzində atəşkəsi 28 dəfə pozdu

08.08.2020

COVID-19 səbəbindən yerli xalqların bəzi icmaları yer üzündən sadəcə yox ola bilər

08.08.2020

Azərbaycanda koronavirusa yoluxanların sayı rekord sayda azalıb

08.08.2020

MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL LİDERİ

08.08.2020

“ЛІГАБізнесІнформ”: Azərbaycan ilə Ermənistan arasında münaqişənin eskalasiyası: bir düyün, iki çıxış yolu

08.08.2020

TƏBİB həkimlərə məzuniyyət verilməməsi məsələsinə aydınlıq gətirdi

08.08.2020

Kaspi Abituriyent hazırlığı kursları növbəti tədris ilinə necə hazırlaşır?
Müsahibə

08.08.2020

Prezidentin köməkçisi: Hələ ki, heç bir ölkə virusa qalib gəlməyib

08.08.2020

ELMƏ VƏ TƏHSİLƏ HƏSR OLUNMUŞ ÖMÜR

08.08.2020

Karantin rejimindən hamımız yorulmuşuq, bu bir əziyyətdir - Şahmar Mövsümov

08.08.2020

2006-cı ildən etibarən Xəzərin səviyyəsi enir - RƏSMİ

07.08.2020

Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib

07.08.2020

Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və qətiyyətli siyasət dünyanın əsas güc mərkəzləri tərəfindən ehtiramla qarşılanır

07.08.2020

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat

07.08.2020

Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

07.08.2020

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

07.08.2020

İki tarixin əbədi qəhrəmanı-FOTOLAR

07.08.2020

2020-ci il dövlət büdcəsinə dəyişiklik son oxunuşda qəbul edildi

07.08.2020

Azərbaycanda koronavirusla mübarizə sahəsində həyata keçirilən effektli tədbirlər öz müsbət nəticələrini verməkdədir!

07.08.2020

Müdafiə Nazirliyi: Ermənistan atəşkəsi 34 dəfə pozub

07.08.2020

Beyrutda liman administrasiyasının 16 məmuru saxlanılıb

07.08.2020

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

06.08.2020

COVID-19: Avropada vəziyyət pisləşir

06.08.2020

Prezident İlham Əliyev: Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur

06.08.2020

Prezident İlham Əliyev: biz bu çətin dövrdə hər bir Azərbaycan vətəndaşına dəstək vermək istəyirik

06.08.2020

Azərbaycan Prezidenti: Bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər

06.08.2020

Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

06.08.2020

Prezident İlham Əliyev: Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir

06.08.2020

Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib

06.08.2020

Metrodakı qrunt sularından yaşıllıqların suvarılması üçün istifadə edilməyə başlanıldı

06.08.2020

Rayona gedən avtobus sürücüsü saxlanıldı, sərnişinlər cərimələndi

06.08.2020

Baş Prokurorluq: 14 iyulda baş verən hadisələrlə bağlı istintaqa cəlb edilənlərin hüquq və azadlıqları tam təmin olunub

06.08.2020

Azərbaycanla Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında saziş avqustun 13-dən qüvvəyə minir

06.08.2020

Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilir

06.08.2020

Neft Fondu cari ildə “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə 2,4 milyard dollar qazanıb

06.08.2020

Biləsuvarda gizli nişan mərasimi keçirənlər cərimələnib

06.08.2020

Azərbaycanda iki Olimpiya İdman Kompleksi müvəqqəti xəstəxanaya çevrilib 

06.08.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

05.08.2020

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib

05.08.2020

Azərbaycanda daha 193 nəfər koronavirusa yoluxdu, 492 nəfər sağaldı, 3 nəfər öldü

05.08.2020

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub 

05.08.2020

Təhsil Nazirliyindən yeni dərs ili ilə bağlı AÇIQLAMA

05.08.2020

Koronavirusla mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə iyun üzrə 18 milyon manat müddətli əlavə ödənilib

05.08.2020

Beyrutda partlayışın vurduğu zərər hesablanıb: 3-5 milyard dollar

05.08.2020

Sərt karantinin tətbiq edildiyi şəhər və rayonlarda məhkəmələrin keçirilməsi qaydaları açıqlanıb