AZƏRBAYCAN-MOLDOVA ƏLAQƏLƏRİ: YÜKSƏK SƏVİYYƏLİ DOSTLUQ VƏ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİNƏ DOĞRU

09:00 / 25.05.2017

Azərbaycan-Moldova münasibətləri tarixinin kökləri sovet dövrünə gedib çıxır, 1922-ci il SSRİ yarandığı vaxtdan hər iki respublika SSRİ tərkibində müttəfiq respublika kimi mövcud olmuşdur. O vaxtdan Azərbaycan Respublikasında Moldova diasporu yaşayır, onların sayı təxminən 500 nəfərə qədərdir. Mol-dova Respublikasında isə Azərbaycan diasporunun sayı 5 min nəfəri keçmişdir.
Hər iki ölkə müstəqillik qazandıqdan sonra onlar arasında ikitərəfli siyasi münasibətlər yarandı. 1940-cı ildə Bessarabiya və Şimali Bukovina Rumıniyadan alınaraq SSRİ-yə qatıldı və Moldova SSR yaradıldı. O vaxtdan Moldova və Azərbaycan arasında münasibətlər quruldu. Lakin 1996-cı ilə qədər hər iki ölkə arasında münasibətlər zəif olmuşdur.
1996-cı ilə qədər münasibətlər beynəlxalq təşkilatlar çərçivəsində davam etdirilir, bəzi rəsmi və qeyri-rəsmi qurumların arasında fərdi əlaqələr qurulurdu.
1997-ci il noyabrın 26-28-də Moldova Respublikasının Prezidenti Petru Luçinskinin Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında əlaqələrin genişləndirilməsində böyük əhəmiyyəti olub.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Moldova Respublikasının Prezidenti Petru Luçinski ilə görüşərək ikitərəfli münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlığa dair məsələlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr aparıblar. Bu görüş Azərbaycan və Moldova arasında yüksək səviyyədə keçirilən ilk görüş olub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Moldova Respublikasının Prezidenti Petru Luçinski birgə mətbuat konfransı keçirilib. Heydər Əliyev mətbuat konfransında bəyanatla çıxış edib: “… Biz hər iki ölkə üçün çox mühüm bir məsələ-ərazi bütövlüyü, bir-birinə qarşı güc işlədilməsinin, hər hansı ölkənin ərazi və sərhədlərinin zor gücünə dəyişdirilməsinin yolverilməzliyi məsələsi barədə fikir mübadiləsi etdik. Bu məsələlərdə, xüsusən də həm Azərbaycan, həm də Moldova dövlət müstəqilliyi əldə etdikdən sonra onların qarşılaşdıqları münaqişələrin həlli məsələsində tam yekdil rəydə olduq…” [2, 585].
Moldova Respublikasının Prezidenti Retru Luçinskinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda Prezident Heydər Əliyev geniş nitq söyləyib. “… Moldova Prezidentinin Azərbaycana ilk rəsmi səfəri ölkəmizin həyatında əlamətdar hadisə və Azərbaycan-Moldova münasibətlərində mühüm mərhələdir…”.
Səfər çərçivəsində iki ölkə arasında 15 sənəd imzalanıb. Azərbaycan Respublikası və Moldova Respublikası arasında Dostluq və əməkdaşlıq haqqında Müqavilə, Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında Konvensiya, vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə qarışıqlıq yardım və əməkdaşlıq, elmi-texniki əməkdaşlıq, investisiyaların təşviqi və qarşılıqlı qorunması, beynəlxalq avtomobil əlaqəsi, istehsalat kooperasiyası, pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri, təhsil sahəsində əməkdaşlıq, mədəniyyət sahəsində əməkdaşlıq, valyuta və ixrac nəzarəti sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişlər, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Moldova Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol və digər sənədlər imzalanıb [2, 585].
1998-ci ildə Yaltada Ukrayna Prezidenti Leonid Kuçmanın 60 illik yubileyində iştirak edən Azərbaycan Prezidenti H.Əliyev və Moldova Prezidenti P.Luçinski qarşılıqlı maraq doğuran problemləri müzakirə edirlər. 2004-cü ildə Moldova Ukraynadakı səfirinin Azərbaycanda da fəaliyyət göstərməsi üçün ona səlahiyyət verib. 2005-ci ildən isə Azərbaycan Respublikasının Moldovada səfirliyi fəaliyyətə başladı “İkitərəfli əlaqələrin inkişafı baxımından 2004-cü il oktyabrın 26-27-də Moldovanın prezidenti V.Voroninin Azərbaycana rəsmi səfəri mühüm rol oynamışdır. O, Azərbaycan Prezidenti İkham Əliyevlə danışıqlar aparmış və siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin inkişafı məsələlərini müzakirə etmişdir. Səfər zamanı 9 sənəd, o cümlədən “Azərbaycan Respublikası Prezidentinin və Moldova Respublikası Prezidentinin Birgə Bəyannaməsi imzalanmışdır [2, 586]. Keçən illərdə iki ölkə arasında cəmi 26 dövlətlərarası, hökumətlərarası və müəssisələrarası müxtəlif hüquqi-normativ sənəd imzalanmışdır.
2005-ci il aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin Moldovaya rəsmi səfəri də zəngin olmuşdur. Səfər zamanı iki ölkə arasında daha 5 sənəd imzalanmışdır. 2005-ci il iyunun 16-da Azərbaycan Prezidenti İ.Əliyev Beynəlxalq investisiya forumunda iştirak etmək üçün Ukraynaya rəsmi səfəri çərçivəsində yenidən Moldova Prezidenti V.Voroninlə görüşmüş, qarşılıqlı əlaqələrin vəziyyəti və perspektivi ilə bağlı fikir mübadiləsi aparılmışdır [2, 586]. 2004-cü il oktyabrın 26-27-də Moldova Prezidenti Vladimir Voroninin Azərbaycana rəsmi səfəri onun Qafqaz regionunda ilk səfəri olub.
Dövlət başçılarının təkbətək görüşlərində aşağıdakı məsələlər ciddi müzakirə olunub:
- hər iki ölkənin təcavüzkar separatçılıq nəticəsində işğala məruz qalmalarına son qoyulması;
- ərazi bütövlüyünün beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi. İmzalanan sənədlər aşağıdakı sahələri əhatə edirdi;
- hər iki ölkə arasında mülki, ailə cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında müqavilə;
- hökumətlərarası uzunmüddətli iqtisadi əməkdaşlıq, vətəndaşların qarşılıqlı səfərləri;
- bitkilərin karantini sahəsində;
- əmək və əhalinin müdafiəsi sahəsində;
- ədliyyə nazirlikləri arasında;
- kənd təsərrüfatı sahəsində iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında sazişlər;
- xarici işlər nazirlikləri arasında 2005-2006-cı illər üçün məsləhətləşmələr planı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il aprelin 21-də Moldova Respublikasına səfəri zamanı Moldova Prezidenti V.Voroninlə regional və beynəlxalq xarakterli məsələlər müzakirə olunub və ərazi bütövlüyü nə qəsdin və işğalın ağır nəticələrinin aradan qaldırılması zərurəti qeyd olunub. Dövlət başçıları arasında aşağıdakı sahələrə aid sənədlər imzalanıb:
- hökumətlərarası münasibətlərə aid;
- hər iki respublikanın ərazisində müvəqqəti işləyən vətəndaşların əmək fəaliyyəti və sosial müdafiəsinə dair sənədlər;
- baytarlıq-sanitariya konvensiyası;
- hava əlaqələrinə dair;
- informasiyalaşma və informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair;
- hər iki ölkənin televiziya şirkətləri arasında əməkdaşlığa aid sənədlər imzalandı.
Dövlət başçısı Kişinyovda aparılmış danışıqların yekunlarına dair birgə mətbuat konfransı keçirdilər. Prezidentlər jurnalistlər qarşısında bəyanatlarla çıxış ediblər. Moldova Prezidenti Vladimir Voroninin bəyanatında bildirib ki, “… bizim həll etməli olduğumuz çoxlu problemimiz var. Ərazi bütövlüyü məsələsini xüsusi qeyd etmək istəyirəm. Biz ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyini dəstəkləyirik və bu problemin həllinə təkan verə biləcək bütün tədbirlərdə iştirak etməyə hazırıq…”. Prezident İlham Əliyev də qarşılıqlı olaraq öz bəyanatında qeyd edib ki, “… Biz Moldovanın ərazi bütövlüyünün bərpa edilməsi, Dnestryanı bölgə probleminin nizama salınması sahəsində fəaliyyətini tamamilə dəstəkləyirik…”. 2008-ci il martın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasında Baş Məclisin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini ifadə edən qətnamə layihəsinin müzakirələri zamanı Moldova qətnamənin lehinə səs verib [11].
Moldova Prezidenti Vladimir Voronin 2008-ci il aprelin 23-də növbəti səfərlə Azərbaycanda olub. İki ölkə prezidentinin təkbətək və geniş tərkibli görüşlərində Azərbaycanla Moldova arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyi vurğulanıb. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə edilib. Moldova Prezidenti hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyini bəyan edib” [11].
Təkbətək görüşləri zamanı hər iki dövlətin başçıları Azərbaycan və Moldova arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın yüksək səviyyəyə çatdığını qeyd etdilər, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı yardım və dəstəkləmə mövqeyi tutmağın və regional əməkdaşlığın zəruriliyini və digər məsələləri müzakirə obyektinə çevirdilər. Geniş tərkibli görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidentinə müraciət edərək demişdir:
“Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk və ümid edirik ki bu səfərin nəticələri dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Ölkələrimiz arasında tərəfdaşlıq münasibətləri yaranmışdır. Biz müxtəlif sahələrdə fəal əməkdaşlıq edirik və fəal siyasi dialoqu iqtisadi sahədə ciddi irəliləyişlərlə dolğunlaşdırmaq istəyirik. Bu gün biz Sizinlə qarşılıqlı əlaqələrimizin perspektivlərini necə təsəvvür etməyimizin ümumi konturlarını müzakirə etdik. Fikrimizcə, müvafiq nazirliklərin rəhbərləri bu məqamları indiki səfər çərçivəsində konkretləşdirəcəklər və biz artıq fəal qarşılıqlı iqtisadi əlaqələrin ciddi perspektivlərini müəyyən edəcəyik. Moldova Prezidenti Vladimir Voronin təşəkkür edərək dedi ki bizim fəaliyyətimiz 50-dən çox ikitərəfli saziş əsasında formalaşır və təşkil olunur. İndi bu sazişlərin bəhrəsini görmək qalır. Düşünürəm ki, bu səfərə mənimlə gəlmiş heyət bu nəticələrə nail olmaq, ticarət-iqtisadi əməkdaşlığın yaxşılaşdırılması, investisiya layihələrinin həyata keçirilməsi yollarını axtarıb tapmaq əzmindədir” [7, 1].
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Moldova Prezidenti Vladimir Voroninin geniş tərkibdə görüşü başa çatdıqdan sonra dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış etdilər. Mətbuat üçün bəyanatında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki ölkə üçün dialoqun çox uğurla davam etdiyini, getdikcə əməkdaşlığı daha da möhkəmləndirmək, yeni-yeni sahələri və istiqamətləri əhatə etdiyini bildirdi: “Bizim ölkələr dost ölkələrdir, tərəfdaş ölkələrdir və biz geniş əhatəli məsələlər üzrə fəal qarşılıqlı əlaqə saxlayırıq. Siyasi dialoq çox fəaldır. Bu gün biz ikitərəfli münasibətlərə aid məsələləri, regional məsələləri müzakirə etdik İqtisadi əlaqələrin intensivləşdirilməsinin zəruri olması xüsusi vurğulandı. Bu istiqamətdə böyük potensial imkanlar var. Biz energetika sahəsində əməkdaşlıq məsələlərini və investisiya layihələrinin mümkünlüyünün müzakirə etdik.
Bütövlükdə bizim münasibətlərimizi tərəfdaşlıq münasibətləri, çox yaxın münasibətlər kimi səciyyələndirmək olar və bu, bizi çox sevindirir. Moldova Prezidentinin Azərbaycana səfəri əlaqələrimizin inkişafına yeni impuls, yeni təkan verir. Bizim çox güclü müqavilə-hüquqi bazamız var, qarşılıqlı iqtisadi əlaqələri fəallaşdırmaq, əmtəə dövriyyəsini artırmaq və birlikdə həyata keçirən biləcəyimiz konkret layihələri çox ətraflı şəkildə nəzərdən keçirmək arzumuz var. Bir çox məsələlərdə bizim mövqelərimiz üst-üstə düşür. Bu gün mən işğal edilmiş ərazilərdə vəziyyət barədə məsələ ilə əlaqədar BMT-nin Baş Məclisində Moldova Azərbaycanın mövqeyini dəstəklədiyinə görə Vladimir Nikolayeviçə xüsusi minnətdarlığımı bildirdim. Bildiyimiz kimi, Baş Məclis Azərbaycanı dəstəkləmiş və bizim təklif etdiyimiz qətnaməni qəbul etmişdir. Bizi fəal surətdə dəstəkləyən və öz prinsipial mövqeyini ifadə edən ölkələr arasında dost Moldova da var idi. Biz bunu çox yüksək qiymətləndirir və prinsipial mövqeyin, prinsipial xarici siyasət xəttinin təzahürü, eləcə də bizi birləşdirən yaxın dostluq əlaqələrinin ifadəsi hesab edirik” [7, 2].
Mətbuat üçün bəyanat verərək Moldova Prezidenti V.Voronin dedi ki, hər iki ölkə arasında münasibətlər həqiqətən dinamik şəkildə, yüksələn xətlə inkişaf edir: “Bizim ticarət-iqtisadi sahədə, investisiya siyasətində, ölkələrimizin mövcud resurslarının birgə mənimsənilməsində qarşılıqlı əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə çatdırmağa imkan verən çox sanballı ikitərəfli müqavilələr və sazişlər paketimiz var. Bu gün Azərbaycan prezidenti ilə bu barədə danışmışıq. Fikrimizcə, bu layihələrin həyata keçirilməsi ölkəmizin bir-birinə daha çox yaxınlaşmasına, dostluq tellərini, qərarlaşmış tarixi münasibətlərimizi daha da möhkəmləndirməyə imkan verəcəkdir” [7, 2].
Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədovla görüşündə çıxış edən Moldovanın dövlət başçısı demokratik cəmiyyət və hüquqi dövlət quruculuğu yolu ilə keçən hər iki ölkə arasında bütün sahələrdə siyasi sahənin əlaqələri genişlənməsinə və daha dərinləşməsinə yüksək dəyərləndirdi. Dost ölkəyə səfər etdiyini vurğulayan ali qonaq parlamentlərin, qəbul edilən hüquqi sənədlərin cəmiyyətdə, ictimai-siyasi proseslərdə böyük rol oynadığını bildirdi: “iki ölkənin deputatlarının beynəlxalq qurumlardakı birgə fəaliyyətinin xüsusi əhəmiyyətindən danışdı. Moldova rəhbəri bildirdi ki, onun ölkəsi beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyini bundan sonra da dəstəkləyəcəkdir” [7, 2].
1997-ci ildən bəri Azərbaycan-Moldova arasında 50-dən artıq müqavilə bağlanıb, beynəlxalq və regional qurumlarda – BMT, Avropa Şurası, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurası, GUAM, “Şərq Tərəfdaşlığı, MDB çərçivəsində hər iki dövlət bir-birinə dəstək verir. Bundan başqa iki azad, demokratik ölkə arasında yüksək olmasa da, iqtisadi və mədəni əlaqələr də inkişaf edir. Bu əlaqələr SSRİ çərçivəsində məcburi xarakter daşıyırdı. Müstəqillik illərində 2007-ci il fevralın 22-də Moldovanın Baş Naziri Vasili Tarlevin Azərbaycana səfəri çərçivəsi, bu sahədə əlaqələrin inkişafına yeni təkan verdi.
Moldova Azərbaycana kənd təsərrüfatı texnikası və kənd təsərrüfatı məhsulları satmaq, Azərbaycandan isə təbii qaz, elektrik enerjisi idxal etmək istəyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moldova Respublikasının Baş naziri Vasile Tarlevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan Prezidenti bildirdi ki, “Potensial mövcuddur, ikitərəfli iqtisadi əlaqələr üçün imkanlar və onları inkişaf etdirmək arzusu var. Biz müttəfiq tərəfdaş ölkələrik. Ona görə də fəal əməkdaşlığa ümid bəsləyirik” [5, 1].
23 fevral 2007-ci ildə Bakıda Azərbaycan-Moldova biznes-forumu keçirilib. Forumda hər iki ölkədən 40-dan çox iş adamı iştirak edib. Tədbirdə Azərbaycanın baş nazirinin birinci müavini və Moldovanın baş naziri də iştirak ediblər. Moldovanın baş naziri ölkəsində sərmayələr və ticarət, aqrosənaye, şirniyyat yüngül sənaye, neft və qeyri-neft sənayesi, turizm sahəsində əməkdaşlıq üçün əlverişli mühitin yaradıldığını forum iştirakçılarının diqqətinə çatdırıb [7, 2].
2008-ci ildə “Moldovanın Azərbaycanda Ticarət Evi” məhdud məsuliyyəti cəmiyyəti və qurumun nizamnaməsi qeydiyyatdan keçib [7, 2].
2009-cu il martın 12-də Moldova Respublikasının maliyyə naziri Marianna Durleştyanu Bakıda işgüzar səfərdə olub. Səfərin məqsədi Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, maliyyə-iqtisadi siyasətlə tanışlıq və s. olub [10].
2006-cı il martın 10-da Azərbaycan Respublikasının Milli Məclisində tədqiqatın “Azərbaycan Respublikası Hökuməti və Moldova Hökuməti arasında gömrük haqqında saziş gömrük sahəsində əməkdaşlığın inkişafı, idxal-ixrac zamanı tutulası gömrük rüsumlarının və digər ödənişlərinin dəqiq müəyyənləşdirilməsində mühüm rol oynadı.
Bakıda keçirilən VII İnternet İdarəçilik forumunda Moldovanın rabitə və informasiya texnologiyaları naziri Pavel Filip iştirak etmiş Azərbaycan Respubli-kasının Məhkəmə Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.
Azərbaycan və Moldova arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini vurğulayan nazir geniş müqavilə bazasına söykənən hüquqi əlaqələri qeyd etmiş, ölkəmizdə aparılan hərtərəfli hüquqi islahatlardan, müasir informasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqindən, yeni innovativ və şəffaf xidmətlərin yaradılmasından danışmış, ədliyyənin inkişafı barədə məlumat verərək, bu sahədə xarici dövlətlərin, o cümlədən Moldovanın təcrübəsindən bəhrələndiyini söyləmişdir. Ölkəmizə ilk səfərindən böyük məmnunluğunu ifadə edən P.Filip səfər zamanı respublikamızın dinamik inkişafının şahidi olduğunu vurğulamış, Bakıda yüksək səviyyədə təşkil olunmuş Forumun əhəmiyyətini qeyd edərək, ölkəsində İKT-nin tətbiqi üzrə həyata keçirilən islahatlar, o cümlədən yeni konseptual strategiyalar barədə məlumat vermiş, Azərbaycanın bu sahədə müsbət təcrübəsinə maraq göstərmiş, təcrübə mübadiləsinin hər iki tərəf üçün səmərə verəcəyini bildirmişdir.
Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri, habelə korrupsiyanın qarşısının alınmasında İKT-nin tətbiqi, müxtəlif reyestrlərin aparılması və digər məsələlər müzakirə olunmuşdur [13].
Bundan başqa 2009-cu ildə MBD Dövlət Başçıları Şurasının iclasında Hökumətlərarası komissiyalarda GUAM Dövlət başçılarının zirvə toplanmasında, ikitərəfli hökumətlərarası komissiyalarda, müxtəlif nazirlərin qarşılıqlı səfərləri zamanı siyasi, iqtisadi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Müqavilə hüquq bazasına gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında 53 ikitərəfli sənəd imzalanmışdır.
2014-cü il sentyabrın 8-də Azərbaycan Respublikasının Baş naziri Artur Rəsizadə Bakıda səfərdə olan Moldova Baş Nazirinin müavini, xarici işlər və Avropa inteqrasiyası naziri xanım Nataliya German ilə görüşdə iki ölkə arasındakı iqtisadi-mədəni əlaqələrin inkişafına diqqət yetirilib. Nazirlər Kabinetində “Bütün beynəlxalq tədbirlərdə hər iki ölkənin eyni mövqedən çıxış edərək regional münaqişələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllinə dəstək verdiyi məmnunluqla xatırlanıb. Azərbaycan-Moldova iqtisadi əlaqələrinin inkişaf dinamikası qeyd edilməklə yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli faydalı əməkdaşlığın dərinləşməsinə xidmət etdiyi vurğulanıb” [9, 1].
Beləliklə, hər iki ölkə arasında sosial-iqtisadi sahəsi siyasətdə mədəniyyətə qədər bütün sahələri tənzimləyən hüquqi baza yaradılmışdır. Lakin Moldovada baş verən qeyri-stabillik münasibətlərə mənfi təsir göstərir. GUAM çərçivəsində münasibətlər sürətlə davam edir. Burada Moldova və Azərbaycanın maraqları üst-üstə düşür. “Artıq iqtisadi sahələrə, hüquq-mühafizə orqanları və turizm agentlikləri xəttinə dair bir çox layihələr işlənib hazırlanmışdır. GUAM çərçivəsində azad ticarət zonalarının enerji əməkdaşlığının inteqrasiyası üçün yeni nəqliyyat dəhlizlərinin yaradılması insanlar və portativləri var” [10, 8].
Moldova enerji ehtiyatlarının daşınması üçün marşrutlardan kənarda qalsa da, Xəzərdən Avropaya gedən nəqliyyat dəhlizində iştirak etmək istəyir. Burada Dünya üzərində tikilən Qara Dənizə çıxışı olan curcul neft terminalından tankerlər və dəmiryolu vasitəsilə neft məhsulları daşınır. Azərbaycan “Şahdəniz-2” qaz ehtiyatlarının Avropaya, xüsusilə Rumıniyaya çatdırılmasında Moldovanın perspektiv imkanları mövcuddur, Moldova eyni zamanda “Nabukko” layihəsinə də ciddi əhəmiyyət verir. Azərbaycan-Moldova arasında humanitar mədəni sahələrdə də əlaqələr genişlənir. Moldovada Azərbaycan, Azərbaycanda isə Moldova mədəniyyəti günləri keçirilir. Kişinyovda dahi Azərbaycan mütəfəkkir şairi Nizami Gəncəvinin abidəsi qoyulub.
“Bəli, Azərbaycan və Moldovanı yaxınlaşdıran həm də hər iki ölkənin hərbi separatçılıqla üz-üzə qalmasıdır və ərazilərində bənzər münaqişələrin mövcudlu-ğudur. Bununla belə fərqli cəhətləri də qeyd etmək lazımdır. İlk növbədə onu demək olar ki, əgər Azərbaycana qarşı Ermənistanın ərazi iddiaları əsasında etno-ərazi münaqişəsi mövcuddur, Moldovada bu bir qədər fərqli, siyasi-ərazi münaqişə kimi səciyyələnə bilər. Azərbaycan bu gün də təcavüzkara qarşı silahlı münaqişədir və bir milyon qaçqın problemi ilə üz-üzədirsə, Moldovada bu münaqişə daha çox siyasi müstəvidədir. Bununla belə, ölkələrimiz hərə zaman bu məsələlərdə bir-birini dəstəkləyir, ərazi bütövlüyünə hörmət prinsipi əsasında çıxış edir. Bu səpkidə beynəlxalq təşkilatlar çərçivəsində dövlətlərimizin müvəffəqiyyətli qarşılıqlı fəaliyyəti, ümumi təhlükəsizlik məkanının yaradılması, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və münaqişələrin həll edilməsi üçün qarşılıqlı fəaliyyətin dərinləşməsi daim diqqət mərkəzindədir və əməkdaşlığımızın zəruri şərtlərindəndir. Bu qarşılıqlı dəstək beynəlxalq səviyyədə hər zaman nümayiş etdirilir. Bundan əlavə, beynəlxalq təşkilatlarda mühüm məsələlər üzrə səsvermələr öncəsi iki ölkənin nümayəndələri mütəmadi olaraq görüşür, sıx əməkdaşlıq edir və bir-birinə qarşılıqlı dəstək verirlər” [8, 4].
Beləliklə, müstəqillik illərində Azərbaycan-Moldova münasibətləri dövrün tələblərinə uyğun olan yüksək inkişaf səviyyəsinə çatmışdı.

 

 ƏDƏBİYYAT

1. Azərbaycan-Moldova əlaqələrinin inkişafında yeni mərhələ. Azərbaycan Prezidenti İlham Əliyevin Moldavaya rəsmi səfəri // Azərbaycan, 24 aprel 2005-ci il, №92 (4011), s.1-3.
2. Azərbaycan-Moldova əlaqələri daha da inkişaf edəcəkdir // Respublika, 24 aprel, 2008, №086 (3121), s.1-2.
3. Azərbaycan-Moldova münasibətlərinin inkişafında mühüm mərhələ. Moldova Respublikasının prezidentinin Vladimir Voroninin Azərbaycana səfəri // Azərbaycan, 27 oktyabr 2004-cü il, №250 (3865), c.1-3.
4. Azərbaycan Prezidenti Heydər Əliyev Ukrayna, Gürcüstan və Moldova XİN-lərinin nümayəndələrini qəbul edir // Respublika 27 noyabr 1997, s. 2 (№141 (190).
5. Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın Baş naziri Vasile Tarlebi qəbul etmişdir // Respublika, 23 fevral, 2007, №40 (2880), s.1.
6. Azərbaycan Respublikasına rəsmi səfər münasibətilə Moldava Respublikasının Prezidenti Petru Luçinski. Bioqrafik məlumat // Respublika. 27 noyabr 1997-ci il, № 141 (190), s.2.
7. Azərbaycan və Moldova dost, tərəfdaş ölkələrdir. Moldova Prezidenti Vladimir Voroninin Azərbaycana rəsmi səfəri // 24 aprel 2005-ci il, №92 (4011), s.1-2.
8. “Görüləcək işlər çoxdur” Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyevin APA-ya müsahibəsi // “Xalq cəbhəsi” qəzeti, 2015-ci il, 4 dekabr, №30 (145) s.4.
9. Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, Azərbaycan, 2005, 752 s.
10. Мусабекова И. “Политический диалог между Баку и Кишиневом станет более интенсивным” // Зеркало. 2011, 10 сентября, №35 (401), с.8.
11. Azərbaycan-Moldova münasibətləri //http:www.aliev-heritage.org
12. Azərbaycan-Moldova münasibətləri qısa tarixi məlumat // http: //www/ azembassy. md.
13. Bakıda VII İnternet İdarəçilik forumu işə başlanıb // http:www.data.center.az /9ndex. Php menyu. 138 id 498. dl28.

Key Words: Azerbaijan, Moldova, interstate and intergovernmental relations, friendship and cooperation, political, economic and cultural ties.

Ключевые слова: Азербайджан, Молдова, межгосударственные и межправительственные отношения, дружба и сотрудничество, политические, экономические, культурные связи.

РЕЗЮМЕ
В статье освещается история взаимоотношений между Азербайджаном и Молдовой в рамках Советского государства, акцентируется внимание на развитии политических, экономических и культурных связей между этими странами после обретения ими независимости. Подробно рассматривается взаимные официальные визиты глав государств, заключенные между странами договоры. Отмечается, что взаимная поддержка в международных и региональных структурах, общая борьба против сепаратизма и внешней угрозы являются мощным импульсом в развитии взаимовыгодных отношений.

Summary
The article highlights the history of relations between Azerbaijan and Mol-dova within the Soviet state, draws attention on the development of political, economic and cultural ties between the two countries after their independence. Considered in detail the mutual official visits of heads of these states, agreements concluded between the countries. It is noted that the mutual support in interna-tional and regional structures, common struggle against separatism and external threats are the powerful impetus in the development of mutually beneficial rela-tions.

 

"Geostrategiya" jurnalı № 02 (38) MART-APREL 2017

Alı Balayev
Tarix üzrə fəlsəfə doktoru


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM