Siyasi innovasiyaların mahiyyəti və siyasi sistemlərin işlənməsi amili kimi

12:03 / 26.07.2017

“Siyasi sistem” anlayışı ilk dəfə XX əsrin ortalarında elmi ədəbiyyata politoloq D.İston tərəfindən daxil edilib. Amerika politoloqu belə hesab edir ki, siyasi sistem bir-biri ilə qarşılıqlı əlaqədə olan subyektlərin məcmusudur ki, həmin subyektlər vasitəsilə cəmiyyətdə dəyərlər hökmlə və peşəkarcasına bölüşdürülür.
Artıq əlli ildən artıq bir dövrdə cəmiyyət həyatının müstəqil sahəsi olaraq “siyasi sistem” anlayışı hər bir dövlətin daxili aləminin göstəricisi və başqa dövlətlərlə əlaqəsinə təsir edən obyekt kimi politoloqların tədqiqat obyektinə çevrilərək öyrənilir. Hər şeydən öncə qeyd etmək yerinə düşər ki, siyasi sistemin başlıca funksiyası cəmiyyəti səmərəli idarə etməkdir. İdarəetmə - müvafiq dövlət orqanları tərəfindən qərarların qəbul edilməsi və yerinə yetirilməsi prosesidir. Qərarların məzmununa və onların reallaşdırılması üsullarına isə öz xüsusi təşkilatları vasitəsi ilə müxtəlif sosial qruplar təsir göstərə bilirlər.
Ümumiyyətlə “siyasi sistem” anlayışı geniş və dar mənalarda işlənir. Geniş mənada siyasi sistem siyasi münasibətləri, siyasi şüuru və cəmiyyətin siyasi təşkilatlarını özündə birləşdirir. Dar mənada siyasi sistem cəmiyyətin siyasi həyatında iştirak edən dövlət təsisatlarını, siyasi partiyaları və ictimai təşkilatları, kütləvi informasiya vasitələrini əhatə edir.
Qeyd edək ki, cəmiyyətin siyasi sistemi bir sıra amillərlə müəyyən olunur. Bu amillər içərisində cəmiyyətin sosial strukturunu, idarəçilik formasını, dövlətin siyasi-hüquqi statusunu, cəmiyyətdə siyasi-ideoloji və mədəni münasibətlərin xarakterini göstərmək olar.
Tarix elmləri doktoru prof. Əli Həsənov “Dünya ölkələrinin müasir siyasi sistemləri” kitabında qeyd edir ki, siyasi sistem hakimiyyətin sosial məzmununun səciyyəsini, onun daşıyıcısı olan hakim dairənin xarakterini, iqtisadi quruluşu, hakimiyyətin həyata keçirildiyi və siyasi münasibətlərin cərəyan etdiyi təsisatlar və təşkilatlar sistemini göstərir, siyasi hakimiyyət və təsisatların (partiyalar, ictimai təşkilatlar və s.) fəaliyyət prinsiplərini, normalarını, bu fəaliyyətin yönümünü müəyyən edir: “Cəmiyyətin siyasi sisteminə daxil olan təsisatlar ya bilavasitə, yaxud da öz ictimai hərəkatları və siyasi təşkilatları vasitəsi ilə dolayısı ilə dövlət həyatında maddi və mənəvi varlıqların idarə edilməsi və bölüşdürülməsində iştirak edərək ayrı- ayrı sosial qrupların çeşidli maraqlarını ifadə edir. Bu maraqlar qəbul edildiyi təqdirdə onlar siyasi idarəetmə strukturları tərəfindən qərarların qəbulu və həyata keçirilməsi yolu ilə gerçəkləşdirilir. Ümumiyyətlə isə siyasi sistem özündə siyasi hakimiyyətin təşkilini, bütöv cəmiyyətlə, ayrı-ayrı siyasi və ictimai institutlarla dövlət arasındakı münasibətləri ehtiva edir, cəmiyyətin vahid orqanizm kimi mövcud olmasına təminat yaradır, proseslərin istiqamətlərini müəyyənləşdirir, subyektlərin vahid və inteqrasiya olunmuş məcmusunu ifadə edir: “Azərbaycanın siyasi sistemi demokratik idarəçilik rejiminə malik ölkələrdə olduğu kimi bir-biri ilə qarşılıqlı əlaqədə olan daxili struktur elementlərdən, daha doğrusu alt sistemlərdən (institusional; normativ-tənzimləyici; kommunikativ; siyasi-ideoloji) təşkil olunub” [1, s 52].
Ölkəmizin müasir siyasi sisteminin banisi Heydər Əliyev öz çıxışlarında daim vurğulayırdı ki, demokratik xarakter daşıyan siyasi sistemlər o zaman üstün imkanlara və xüsusiyyətlərə malik olur ki, bütün milli və vətəndaş resurslarını ictimai-siyasi proseslərə cəlb edə bilsin. 1993-cü ildən başlayaraq Azərbaycanın siyasi sistemində vətəndaşların ictimai-siyasi həyatda rolu artırıldı, insanların bir seçici, siyasi partiya üzvü, siyasi fəal və s. kimi proseslərdə iştirakı təmin olundu.
Siyasi sistem xalqın suverenitetinin, tam hakimiyyətinin reallaşdırıldığı zəruri mexanizmdir. İstənilən cəmiyyətin siyasi sistemi, onun sabitliyini, həyat qabiliyyətini və cəmiyyət həyatının şəffaflığını təmin edə biləcək müəyyən mexanizmlərin mövcudluğu ilə səciyyələnir. Bu mexanizmlərin köməyi ilə sosial ziddiyyətlər və münaqişələr təhlil və həll olunur, müxtəlif ictimai hərəkat, siyasi qurum və təsisatların səyləri bir araya gətirilir, ictimai inkişafın əsas məqsədi, istiqaməti və dəyərlərinə münasibətdə ümumi konsensusa nail olunur [1, s.,16].
Dövlət Siyasi sistemin strukturu və cəmiyyətin əsas institutu hesab olunur. Ümumiyyətlə, siyasi ədəbiyyatda dövlət anlayışı ali hakimiyyət orqanlarında təmsil olunan insanların birliyi kimi başa düşülür. Bu da o deməkdir ki, dövlət cəmiyyətdə siyasi sistemin əsas təsisatıdır. Yəni, dövlət cəmiyyəti idarə edir və onun siyasi və ictimai quruluşunu təmin edir.
Hər bir ölkənin siyasi sistemində hakim yer dövlət və onun orqanlarına məxsusdur. O, bütün cəmiyyətin təşkilatı çərçivələrini təyin edir, hüquqi normaların köməyi ilə öz vətəndaşlarının və mülki təşkilatların davranışını formalaşdırır, təşəbbüslərini dəstəkləyir. Dövlət özü-özlüyündə ən kütləvi siyasi təşkilat funksiyasını icra edərək bütün cəmiyyət üzvlərini təmsil edir. Düzdür, dövlət idarəçilik sistemindən asılı olaraq bütün ölkələrdə vətəndaşların rəsmi siyasətə təsiri və rolu eyni olmur. Lakin istənilən halda mövcud dövlətin vətəndaşı olmaq özü-özlüyündə hər bir vətəndaş üçün məcburi məsuliyyət, hüquq və qanuni haqlar yaradır. Əgər hər hansı partiya və ictimai təşkilata üzvlük vətəndaşın öz istəyi ilə reallaşır və yalnız üzvlərə hansısa üstünlük yaradırsa, vətəndaş statusu daşıyan hər bir fərd öz ölkəsinin malik olduğu maddi və mənəvi resurslardan yararlanmaq, dövlətin qanunlarından və s. üstünlüklərdən istifadə etmək üçün bərabər şəraitə malik olur. Əslində öz fəallıq dərəcəsindən asılı olaraq hər bir vətəndaş dövlət həyatında ayrıca bir siyasi partiya və digər təşkilatın malik olduğu qədər hüquqa malikdir və cəmiyyət həyatında onlar qədər iştirak edə bilər.
Digər siyasi institutlardan fərqli olaraq dövlət həm də geniş hüquqi və idarəetmə sisteminə malikdir və cəmiyyət həyatının bütün sahələrinə nəzarəti öz əlində saxlayır, qanunlar qəbul edir, onların icrasını təmin edir, ictimai davranış qaydalarını qoruyur. Dövlət tək siyasi deyil, digər – hüquqi, texniki, iqtisadi, mədəni və s. funksiyaları da icra edərək, başqa siyasi institutlardan ciddi fərqlənir. Dövlətin siyasi sistemi və idarəetmə institutları bütöv cəmiyyətin, ayrı-ayrı insanların ideya və maraqlarının dinamik münasibətlərini: siyasi hadisələri əks etdirən tələblər və bu tələblərin həyata keçirilmə prosesini özündə əks etdirir. Hətta, canlı siyasi proseslər müstəvisi, demək olar ki, yox dərəcəsində olan avtoritar dövlətlərdə belə, hakimiyyət başında durana mütləq tabe olmalarına baxmayaraq, idarəedənlərin fəaliyyətində insanların cəhdlərini və istəklərini daim özündə əks etdirən hansısa bir gizli ictimai təsir mövcuddur. Dövlət cəmiyyət həyatının, siyasi inkişafın, iqtisadi, sosial və mədəni proseslərin inkişaf strategiyasını müəyyən edir, davranış normalarını yaradır, qanuna çevirir və onlara əməl olunmasına nəzarət edir. Bütün məsələlərin həlli və təklif olunan dəyişikliklərdə də son və həlledici səs dövlətə məxsusdur. [2]
Dövlət orqanlarının ahəngdar və şəffaf fəaliyyəti siyasi sistemin həlledici amili sayıldığından onun təmin edilməsinin ən optimal yolu kimi müasir demokratik dövlətlərdə hakimiyyət bölgüsü tətbiq edilir. Qanunverici, icraedici və nəzarətedici orqanlar yaradılır ki, bu da demokratik inkişafı təmin edir. Siyasi sistem xalqın suverenitetinin, tam hakimiyyətinin reallaşdırıldığı zəruri mexanizmdir. İstənilən cəmiyyətin siyasi sistemi, onun sabitliyini, həyat qabiliyyətini və cəmiyyət həyatının şəffaflığını təmin edə biləcək müəyyən mexanizmlərin mövcudluğu ilə səciyyələnir. Bu mexanizmlərin köməyi ilə sosial ziddiyyətlər və münaqişələr təhlil və həll olunur, müxtəlif ictimai hərəkat, siyasi qurum və təsisatların səyləri bir araya gətirilir, ictimai inkişafın əsas məqsədi, istiqaməti və dəyərlərinə münasibətdə ümumi konsensusa nail olunur.
Məşhur rusiyalı iqtisadçı Y.V.Yakovets həyatın müxtəlif sahələrinin qarşılıqlı əlaqəsini və bunun nəticəsi olaraq onların bir-birinə təsirini qeyd edərək belə bir qənaətə gəlir ki, “cəmiyyətin texnoloji və iqtisadi strukturunda baş verən dəyişikliklər qaçılmaz olaraq onun sosial təbəqələşmə, siyasi həyatın özündə, etnik və milli münasibətlərdə, dövlət quruluşunda, hüquqi tənzimlənmə prosesində innovasiyalara gətirib çıxarır. [10,s.50]. Özü də digər sahələrdə olduğu kimi bu sahələrdə də transformasiyalar mütəmadi olaraq və bir birini əvəz edərək qarşılıqlı əlaqədə olur”[9,s.260]. Özünün “XXI-ci əsrin möhtəşəm innovasiyaları” əsərində, müəllif belə kəskin dəyişiklikləri xüsusilə qabardır. Siyasi sahəyə gəldikdə, Yakovets, siyasi hakimiyyət sistemində mühüm dəyişiklikləri tədqiq edir. “Ən böyük əlamətdar siyasi innovasiya”lardan biri kimi o, dövlətin yaranmasını göstərir. Belə ki, bunun nəticəsində, müxtəlif sosial qruplar hakimiyyətin öz əllərində cəmlənməsi uğrunda mübarizə etməyə başlamışdırlar [9, s.8].
Beləliklə siyasi elmlərdə innovasiyaların öyrənilməsi artıq müasir dövrümüzdə öz təməl prinsiplərini tapmağa başlamışdır. Bu təməl mərhələdə əsas problem – innovasiyanın konseptual nəzəri aparatının müəyyən edilməsi və ondan siyasi elmdə və praktikada istifadə xüsusiyyətləri, həmçinin innovasiyalı inkişafın xüsusiyyətlərinin üzə çıxarılmasıdır.
Əvvəlcə “innovasiya” anlayışının kompleks öyrənilməsinə nəzər yetirmək vacibdir: bu termin haradan yaranıb, özünün leksik mənasına necə transformasiya olunub, ictimai elmlərin tədqiqat sahəsində innovasiyalar nəyi nəzərdə tutur, dövlət siyasətində onun yeri və rolu necə müəyyən olunur?
XX əsrin sonu – XXI əsrin əvvəlinə təsadüf edən dövr Elmi-texniki tərəqqi, innovasiyalı inkişafla bağlı keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuşdur. İnnovasiyalı inkişaf çox zaman, kifayət qədər dar çərçivədə araşdırılmış və yalnız özünün müəyyən aspektlərində innovasiyalı inkişafı nəzərdə tutmuşdur. Lakin sonradan məlum olmuşdur ki, bu inkişaf yalnız iqtisadi sahədə məhdudlaşmır, həmçinin sosial, mədəni, siyasi, idarəçilik və digər sahələrdə də özünü büruzə verə bilər. Bu məsələyə daha geniş tədqiqat və yanaşma üsulu bir sıra problemli məqamları üzə çıxartmışdır hansı ki bu problemlərin nəzərə alınmaması, cəmiyyətin daha təkmil texnoloji inkişafa keçidinin ləngiməsinə səbəb ola bilərdi.
Müxtəlif innovasiya növlərinin siyasi proseslərə təsiri sualına cavabın axtarılması ilə əlaqədar onu deyə bilərik ki, əsas vəzifələrdən biri “innovasiya” anlayışının transformasiya prinsipləri və xüsusiyyətlərinin üzə çıxarılmasını müəyyən etməkdir. Bu təsirin əhəmiyyəti onda görünür ki, “bilik” iqtisadiyyatının qurulması, müxtəlif yeniliklərin tətbiqi sosial-iqtisadi və siyasi strukturlarda, insanların şüurunda müəyyən transformasiyalara gətirib çıxarır. Müasir tarixi mərhələdə cəmiyyət həyatının bütün sferalarının bir birilə sıx əlaqəli olması və bir birinə təsiri son nəticədə siyasi proseslərdə öz əksini tapır. [7, s. 288].
“İnnovasiya” termininin əsas şərhlərinə nəzər salaq. Latın dilindən tərcümədə, “innovasiya” (innovation) anlayışı yaxşılaşma və ya yenilənmə deməkdir. Deyə bilərik ki, innovasiya - bizim, müxtəlif sahələrdə müşahidə edə biləcəyimiz yeni hadisədir.
N.Kondratyev və Y.Şumpeter, XX-ci əsrin əvvəllərində innovasiyalara həsr olunmuş tədqiqatların inkişafına özlərinin böyük töhfələrini vermişdirlər. Y.Şumpeter ilk iqtisadçıdır ki, ümumi tarazlıq haqqında olan statistik nəzəriyyəni dinamik proseslərin təhlili sahəsində tədqiqatlarla tamamlamağı təklif etmişdir. 1911-ci ildə yazılan “İqtisadi inkişaf nəzəriyyəsi” əsərində müəllif inkişafda baş verən dəyişikliklərin “yeni kombinasiyalarını” (başqa sözlərlə desək, innovasiya aspektlərini) təhlil edərək, innovasiya prosesinin özünü təsvir etmişdir. Y.Şumpeterə görə, innovasiya - “aşağıdakı beş halda yeni kombinasiyaların tətbiqi deməkdir: yeni əmtəənin (məhsulun) tətbiqi (gətirilməsi), yeni məhsul istehsalı metodunun tətbiq edilməsi, yeni bazarın açılması, əvvəllər mövcud olmasından asılı olmayaraq yeni xammal və ya yarımçıq məhsulun mənbəyinin tapılması, yeni təşkilati strukturun tətbiq edilməsi deməkdir” [8,s.10-25].
N.N.İlçuk, siyasi innovasiya deyəndə, “siyasi işin yeni forma, metod və üsullarının yaranma prosesini və nəticələrinin tətbiqini, həmçinin, belə prosesləri kəskin olaraq dəyişən idarəçilik qərarlarının qəbul edilməsi və bununla əlaqədar olaraq, insanların düşüncələrində və təfəkkürlərində baş verən dəyişikliklər, köhnəlmiş siyasi ənənələr və normalardan imtina etməni” başa düşür. [4, s.8]
İnnovasiya siyasəti sahəsində politoloji təhlilin aparılması üçün qarşıda duran aşağıdakı problemlərə cavab vermək vacibdir:
- innovasiyalardan istifadə və onların tətbiqi siyasi prosesə, sosial və iqtisadi sahələrə necə təsir edir?
- Konseptual (nəzəri) sənədlərdə ifadə olunan məqsədlərə nail olmaq üçün hakimiyyətin yüksək elitasının siyasi iradəsi nədən ibarət olmalıdır?
- Siyasi elitanın nə dərəcədə geniş dairələri, bu məqsədin həyata keçirilməsində iştirak edir?
- Əhalinin siyasi aktiv hissəsi nə dərəcədə innovasiyalı inkişaf strategiyasının həllinə yönəlmiş qərarları dəstəkləməyə hazırdır?
- Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün potensial “tərəfdaşları” ilə dövlət arasında qarşılıqlı fəaliyyət mexanizmləri hansılardır? və s.
Qeyd etmək yerinə düşər ki, hər hansı bir innovasiya hakimiyyətin yenidən bölüşdürülməsinə, siyasi hakimiyyət balansının dəyişmə səbəblərindən birinə çevrilə bilər və bu səbəbdən öz ardınca iqtisadi, siyasi və sosial dəyişikliklərlə nəticələnə bilər. [5, s.94]. Bunu necə izah etmək olar? İstənilən innovasiya - yeni sərvətin yaranmasıdır. Bu sərvət ya məhsul, ya sosial əlaqələr sisteminin elementi, ya da reallığın nəzəri dərk edilməsi elementi olmalıdır. Birinci halda hakimiyyətin yenidən bölüşdürülməsi, yeni məhsulun müəyyən gəlir gətirməsi hesabına həyata keçiriləcəkdir. Son nəticədə bu gəlir, heç də mütləq qaydada bu innovasiyanın tətbiqindən əvvəl ən böyük resurslara malik olanların əlində olmayacaq. Sosial əlaqələrin yeni elementləri də siyasi hakimiyyətin balansında dəyişikliklər yaradır. Məsələn, bürokratik sistemdə yeni əlaqə növlərindən istifadə və ya hakim elitanın işə qəbul etmə prinsipi. Konseptual anlaşmanın elementi kimi, yeni ideoloji platforma da siyasi hakimiyyətin balansının yenidən bölüşdürülməsinə təsir edir. Beləliklə, əsas ideoloji komponent kimi, müəlliflərinin əlində daha çox resurslar cəmlənən ideologiya üstün gələcək. Belə olduqda, politoloji təhlil, siyasi prosesin amillərinin qarşılıqlı əlaqələrinin xüsusiyyətlərində diqqətin cəmlənməsini, onların arasında konfliktlərin yaranmasını və onların siyasi prosesə təsirini nəzərdə tutur. Bu məqamı, modernizasiyanın agentləri, onların imkanları və modernizasiya sıçrayışını həyata keçirmək istəyi və ya istəməməsi ilə əlaqədar xüsusilə qeyd etmək lazımdır. [6, s.117]
Ümumdövlət kontekstində innovasiyaların rolu və əhəmiyyəti haqqında sual siyasi təhlil üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, ictimai həyatın müxtəlif sahələrinə təsir edən bir sıra amilləri qeyd etmək olar. Misal üçün, İnkişaf etmiş ölkələrdə elmi-texniki nailiyyətlərdən istifadə hesabına ÜDM-in artımı 75-80% arasında dəyişır. Deməli, innovasiyaların ümumdövlət əhəmiyyəti onların makroiqtisadi göstəricilərə təsirindən ibarətdir. [3, s.100]
İnnovasiyalar zaman keçdikcə daha çox, sosial görkəm alır. Həyat səviyyəsinin qalxması, səhiyyənin və təhsilin keyfiyyətinin yaxşılaşdırılması, yeni, yüksək ödənişli iş yerlərinin yaradılması vasitəsi ilə əhalinin məşğulluq problemlərinin həll edilməsi iqtisadi prosesə innovasiyaların tətbiqinin nəticəsidir. Deməli, innovasiyalar sosial stabilliyə də təsir göstərirlər. Sosial stabilliyin səviyyəsindən isə həm əhalinin siyasi aktivlik dərəcəsi, həm də vətəndaş cəmiyyətinin hakimiyyətlə qarşılıqlı əlaqələrinin keyfiyyəti yüksək dərəcədə asılıdır. Bu əlaqələr həm konstruktiv, həm də destruktiv istiqamətdə həyata keçirilə bilər. Bir qayda olaraq, əhalinin sosial-iqtisadi vəziyyətinin səviyyəsi nə qədər yüksək olsa, hakimiyyət və cəmiyyət arasında bir o qədər daha səmərəli tərəfdaş münasibətləri qurulur. Sevindirici haldır ki, Ölkəmiz məhz bu sıradan olan dövlətlər siyahısına salına bilər.
Siyasi sferada innovasiyaların öyrənilməsi onunla mürəkkəbləşir ki, çox zaman, innovasiya və “yaxşıca unudulmuş köhnəlik” arasında sərhəddi çəkmək çox çətin olur. Zaman keçəndən sonra, bu dövlətin tarixində haçansa artıq mövcud olmuş bir ən-ənə və ya hadisə yenidən bərpa olunandan sonra, təkrarlananda o nə dərəcədə yenilik sayıla bilər? Belə olduqda təbiidir ki, siyasi prosesi əhəmiyyətli dərəcədə yeniləyən bir mahiyyət innovasiya sayıla bilər. Misal üçün Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu təcrübəsi və hazırkı dövlət quruculuğu sahəsində addımlar arasında fərqə nəzər saldıqda görərik ki, fərq məhz ondan ibarətdir ki, siyasi sistem əhəmiyyətli dərəcədə dəyişmişdir. Amma öz kökünə bağlılıq prinsipini qoruyub saxlaya bilmişdir.
Fikirlərimizi ümumiləşdirsək deyə bilərik ki, siyasi sferada innovasiya dedikdə, biz, yeni növ münasibətlərin, institutların, qazanılmış təcrübələrin tətbiqini nəzərdə tuturuq ki, bunun da nəticəsində siyasi sistemdə dəyişikliklər baş verir. “İnnovasiya” kateqoriyasının tədqiqinə müxtəlif yanaşmaların mövcud olmasını nəzərə alaraq onlar bir nəticə, bir dəyişiklik, bir proses kimi araşdırıla bilər. Deməli hər hansı bir yeniliyin mövcud olması, onun siyasi sistemə qoşulması baş vermədən, innovasiya hesab edilə bilməz. Bu zaman, yeni obyektin qəbul edilməsi və ya əksinə kənarlaşdırılmasına əhəmiyyətli düzəlişlər edə bilən sosio-mədəni amillər ciddi rol oynaya biləcəklər.


ƏDƏBİYYAT


1. Həsənov Ə.M., Vəliyev A.İ. “Dünya ölkələrinin müasir siyasi sistemləri”. Bakı, “Zərdabi LTD”, 2013.
2. Politologiya (dərslik). Bakı, 2008
3. Барютин Л.С. и под ред. А.К. Казанцева, Л.Э. Миндели. “Основы инновационного менеджмента”. Теория и практика: Учебник / 2-е изд. перераб. и доп. - М.: ЗАО "Издательство "Экономика", 2004.
4. Ильчук Н.Н. “Политические инновации: их сущность и роль в условиях обновления общества. Автореферат на соис. уч. степени кандидата философских наук. М. 1991.
5. Ореховский П. “Власть и инновации” (почему в России не получается построить инновационную экономику) // Общество и экономика. 2009., № 8-9.
6. Сергеев В.М. “Инновации как политическая проблема” // Полития. 2008. № 1 (48).
7. Соловьев А.И. “Политология: Политическая теория, политические технологии”: Учебник для студентов вузов. М.: Аспект Пресс, 2005.
8. Шумпетер И. “Теория экономического развития”. М. 1982.
9. Яковец Ю.В. “Эпохальные нововведения XXI”. М., 2004
10. Яковец Ю.В. “Ускорение научно-технического прогресса: Теория и экономический механизм”. - М. : Экономика, 1988


Açar sözlər: ümumdövlət kontekstində innovasiyalar, siyasi elmlərdə innovasiyalar, siyasi innovasiyalar, modernizasiyanın agentləri, sosio-mədəni amillər.

Ключевые слова: инновации в общегосударственном контексте, инновации в области политологии, политические инноваци, агенты модернизации, социально-культурные факторы.

Keywords: innovations in the national context, innovation's in political science, political innovation's, modernization agents, social and cultural factors.

РЕЗЮМЕ
В общем виде под инновациями в политической сфере мы будем подразумевать внедрение новых видов отношений, институтов, практик, в результате чего происходит изменение политической системы. Принимая во внимание существование разных подходов к изучению категории «инновация», инновации могут рассматриваться как результат, как изменение, как процесс. В таком случае наличие некоего нового не будет являться инновацией до тех пор, пока оно не встроится в политическую систему. При этом весомую роль будут играть социокультурные факторы, которые могут внести существенную корректировку в принятие или отторжение нового объекта.

SUMMARY
In general terms, under the innovatio The essence of political innovation as a factor in the development of political systemsn in the political sphere we mean the introduction of new types of relationships, institutions, practices, resulting in a change in the political system. Taking into account the existence of different approaches to the study of the "innovation" category, innovation can be seen as the result of how the change as a process. In this case, the existence of a new innovation will not be as long as it is not built into the political system. This important role will be played by socio-cultural factors that can make a significant adjustment to the acceptance or rejection of the new facility.

 

 

"GEOSTRATEGİYA" jurnalı №03 (39) May-İyun 2017

 

Rəşad Məhərrəmov
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası


Etiket:

Strategiya.az

Xəbərlər
07.07.2020

Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il keçir

07.07.2020

İyulun 7-də xarici valyutaların manata qarşı məzənnələri

06.07.2020

Prezident İlham Əliyev: Qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik

06.07.2020

Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu, 440 nəfər sağaldı, 8 nəfər öldü

06.07.2020

Daha 4 rayona prokuror vəzifəsini icra edən şəxslər təyin edildi

06.07.2020

BDU-da virtual elmi seminar keçirilib

06.07.2020

DTX XİN-in vəzifəli şəxslərinə qarşı keçirilən əməliyyatla bağlı məlumat yaydı

06.07.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında iştirak ediblər

06.07.2020

Botanika İnstitutu: Qafqazdakı bitkilərin 64%-nə Azərbaycanda rast gəlinir

06.07.2020

Dünya şöhrətli bəstəkar Ennio Morrikone vəfat edib

06.07.2020

Karantin rejimini pozan 4 nəfər həbs edilib, 2 294 nəfər cərimələnib - DİN

06.07.2020

Ukraynada koronavirusa yoluxanların sayı 50 minə yaxınlaşır

06.07.2020

Əsgərlikdən qayıdan oğluna yığıncaq keçirən ata və qonaqları cərimələndi

06.07.2020

Elman Nəsirovun “Koronavirus pandemiyasından sonra Qarabağın gələcəyi” adlı məqaləsi ərəb mətbuatında nəşr olunub

06.07.2020

İyulun 6-da xarici valyutaların manata qarşı məzənnələri

05.07.2020

Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 451 nəfər sağaldı, 9 nəfər öldü

05.07.2020

icaze.e-gov.az portalında bir sıra icazələr ləğv edilib

05.07.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı 951 nəfərə çatıb

05.07.2020

Xəstəlikdən bir neçə ay sonra idmanla məşğul ola bilmirlər

05.07.2020

Dünyada koronavirus qurbanlarının sayı 530 mini ötüb

05.07.2020

Naftalanda baş verən qətllə bağlı prokurorluq məlumat yaydı

04.07.2020

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü

04.07.2020

COVID-19 pandemiyası ilə əlaqədar İstanbulda daha bir xəstəxana istifadəyə verilib

04.07.2020

Azərbaycan neftinin bir barreli 43,85 dollara satılır

04.07.2020

Prezident tanınmış yazıçıya ev bağışladı

04.07.2020

Bu ölkə koronavirusun ikinci dalğasına başladı

04.07.2020

Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır

04.07.2020

Paytaxtda yenidən karantin postları qurulub - RƏSMİ

03.07.2020

Minnətdarlıq məktubları: Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarları dəstəkləyirik

03.07.2020

“ASAN xidmət” mərkəzlərində bu günlərdə iş olmayacaq

03.07.2020

İcazələrin alınması sistemində yeniliklər edilib - RƏSMİ

03.07.2020

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı - FƏRMAN

03.07.2020

Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

03.07.2020

Həbib Nurməhəmmədovun atası koronavirusdan vəfat edib

03.07.2020

Sabahdan Bakı metrosu fəaliyyətini dayandırır - Avtobuslar da işləməyəcək

03.07.2020

İyulun 3-də xarici valyutaların manata qarşı məzənnələri

03.07.2020

AzTV-nin baş redaktoru Etibar Babayev koronavirusdan dünyasını dəyişib

03.07.2020

Şəxslərin  yaşayış yerini və olduğu yeri tərk etmələri qaydaları

02.07.2020

Operativ Qərargah: Xüsusi karantin rejimi 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır

02.07.2020

Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 364 nəfər sağaldı, 8 nəfər öldü

02.07.2020

Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olunub

02.07.2020

Prezident İlham Əliyev Vladimir Putinə təbrik məktubu göndərib

02.07.2020

PREZİDENT İLHAM ƏLİYEV PANDEMİYAYA QARŞI MÜBARİZƏDƏ BEYNƏLXALQ SƏYLƏRİ BİRLƏŞDİRİR

02.07.2020

Professor Əli Həsənov: "Daxili İşlər Nazirliyinin strukturuna daxil olan bütün orqanlar və bölmələr dövlətimizin milli maraqlarının qorunmasında, müdafiəsində mühüm xidmətlər göstərib" 

02.07.2020

2100 tibb işçisi COVİD-19 infeksiyası ilə mübarizə təlimlərinə cəlb olundu 

02.07.2020

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində polis günü münasibətilə paylaşım edilib (FOTO)

02.07.2020

Dolların bu günə olan MƏZƏNNƏSİ

02.07.2020

Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

01.07.2020

Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxdu, 346 nəfər sağaldı, 7 nəfər öldü

01.07.2020

Sabahdan Bakıdakı polis postları ləğv edilir