OPEK-in proqnozları və onun strateji kursunda baş verən dəyişikliklər

08:45 / 27.07.2017

2014-cü ilin ikinci yarısında dünya birjalarında neft qiymətlərinin sürətlə enməsi OPEK-ə daxil olan ölkələri hasilatı azaltmağa təhrik etmədi. Burada sual yaranır ki, hansı qiymət kartel üzvü olan ölkələr üçün sərfəlidir, hasilatın azaldılmamasının əsas səbəbləri hansılardır və gələcəkdə hasilatın kartel tərəfindən hansı hallarda azaldılacağını gözləmək olar. Qiymətləndirmələrə görə OPEK üzvü olan ölkələrin əksəriyyətində bir barel neftin hasilatına çəkilən xərc 10 dollardan aşağıdır, lakin qeyd edək ki, neftin minimal qiymətləri başlıca olaraq hasilat xərcləri ilə deyil, OPEK üzvü olan ölkələrin xərcləri əsasında müəyyənləşir. Bunu nəzərə alaraq böhran müddətində və onun gözlənilməz nəticələri fonunda OPEK-in strategiyasının və enerji siyasətinin dəyişən şərtlərə uyğunlaşdırılması olduqca vacibdir.
Hələ 20 sentyabr 2005-ci ildə Vyanada keçirilən OPEK-in 45-ci illik sessiyasında təşkilatın uzunmüddətli strategiyası ilə bağlı qərar qəbul olundu. Bu strategiyada prioritet istiqamətlər olaraq birbaşa neft tələbatı və təchizatına təsir edən iqtisadi tərəddüdlərin öncədən müəyyənləşdirilməsi istiqamətində tədbirlərin görülməsi, ədalətli və stabil qiymətlərə, təchizatın davamlılığına və tələbatın təhlükəsizliyinə nail olunması, investisiya qoyuluşları üçün dövlətlər və beynəlxalq neft şirkətlərinə bərabər imkanların yaradılması, ətraf mühitin qorunması ilə əlaqədar daha sərfəli texnologiyalara müraciət edilməsi və qiymətlərin müəyyən edilməsi üçün OPEK üzvləri arasında ziddiyyətlər aradan qaldırılması ilə bağlı qərarlar qəbul edilmişdir.
Daha sonralar, konktert olaraq özünün “World Oil Outlook 2013”(WOO 2013) adlı hesabatında OPEK dünya neft təlabatına və təklifinə qısamüddətli(2018-ci ilə qədər) və uzunmüddətli(2035-ci ilə qədər) proqnozlar hazırlamışdır. Belə ki, hazırda neft artmaqda olan enerji təlabatının ödənilməsində həlledici rol oynamaqda davam edir:2010-2035-ci illəri əhatə edən dövr ərzində, hətta mühafizəkar ssenarilərə əsasən belə enerjiyə olan təlabat 52%, neftə olan təlabat isə gündəlik 20 milyon barelə çatacaqdır. “WOO-2013” hesabatı ilə bir daha inkişaf etməkdə olan ölkələrin enerjiyə olan təlabatı baxımından artan əhəmiyyəti, həmçinin enerji qənaətçilliyi baxımından yeni dünya tendensiyası kimi məsələlər bir daha təsdiqlənmişdir ki, hansıki bu bütün dünyada nəzərəçarpaçaq dəyişikliklərin yaranmasına səbəb olacaqdır.
Hazırda dünya bazarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda OPEK, neftin qiymətinin ucuzlaşmasına qarşı kompleks və bütün ixracatçılar səviyyəsində tədbirlərin görülməsini vacib sayır. Buna görə də 2015-ci ildə OPEK-in Vyanadakı konfransda “qara qızıl”ın qiymətinin və ixracının tənzimlənməsinə dair müxtəlif təkliflər irəli sürülmüşdür. Konfransda Nigeriyanın Neft Resursları Naziri Emmanuel Kaçikvu qeyd etmişdir ki, dünya dinamikası dəyişmişdir. Neft qiymətlərini saxlamaq üçün başqa parametrlərə baxmaq lazımdır. Məntiq isə sadədir. OPEK dünya neft istehlakının 35-40% ödəyir, 60-65% istehsalçılar isə burada deyillər. Əgər biz hasilatı azaltsaq belə bu problemin həllinə kömək etməyəcəkdir. Odur ki, biz kollektiv məqsədlər naminə OPEK-dən kənar neft istehsalçıları ilə daha sıx danışıqlar aparmalıyıq[8,p.6-7]. Aydın olur ki, OPEK təkbaşına neft bazarının “xəstəlik”dən müalicə olunmasına nail olmaq iqtidarında deyildir.
Məsələ ilə bağlı təşkilatda həlledici çəkiyə malik olan Səudiyyə Ərəbistanın mövqeyi də olduqca maraqlıdır. Səudiyyə Ərəbistanının neft naziri Əli Əl Nuimi isə bəyan edib ki, OPEK-ə üzv ölkələr neft hasilatının həcminin azadılması, qara qızılın qiymətinin artmasına gətirib çıxaracaq. Bu addım dünya iqtisadiyyatına, eləcə də, neft bazarına yeni əlamətlər gətirə bilər. OPEK-in baş direktoru Abdulla Salam Əl-Bədri isə bildirib ki, neftin qiyməti hazırda elə bir səviyyədədir ki, bu indekslə gəlir əldə etmək qeyri-mümkündür. Bu isə yeni proqramlar həyata keçirməyə imkan vermir. Yeni neft müəssisələrinin salınması, terminalların tikilməsi, tankerlərin alınması indiki şəraitdə mümkün deyil. Onun fikrincə, bu vəziyyətdə həmin layihələri bir neçə il geriyə çəkmək ən effektiv yollardan biridir[2].
Qeyd etmək lazımdır ki, OPEK-in 152-ci toplantısında hasilatın indiki səviyyədə saxlamasına dair qərar qəbul edilmişdir. Bu isə bir çox müşahidəçilərin təəccübünə səbəb olmuşdur, çünki kartelin hasilatı azaldacağı gözlənilməkdəydi. Bununla bərabər neft ixrac edən ölkələr qiymətləri qaldırmaq üçün hər bir ölkənin müəyyən olunmuş kvotaya sadiq qalması barədə qərar qəbul etmiş və qərarı iri neft idxalçıları müsbət qarşılamışdır. Onların fikrincə, neft istehsalı aşağı salınsaydı, o halda xam neftin qiyməti artacaq, bu isə onsuz da pis vəziyyətdə olan dünya iqtisadiyyatına mənfi təsir göstərəcəkdir.
OPEK-in baş katibi Abdulla Salam əl-Bədri 2015-ci ilin yanvarında Davosda keçirilən forumda neft hasilatı kvotasının azaldılmasından imtina edilməsinə açıqlama gətirərək bildirmişdir: ”Əgər biz hasilat kvotasını azaltsaydıq o zaman gələcəkdə martda, apreldə və sonra yenə də azaltmaq məcburiyyətində olacaqdır. Qiymətlər yüksək ola bilərdi, onlar(ABŞ) hasilatı artırmaqda davam edəcəkdilər, başqa sözlə desək OPEK-in hasilatı azaltması fonunda Amerika Birləşmiş Ştatları hasilatı artıracaq və bununlada bazarda bizi əvəz edəcəkdilər. Lakin Birləşmiş Ştatlar qiymətlərin normal səviyyəsində bizi əvəz edə bilməz, onlar bunu yalnız qiymətlər yüksək olduqda bacara bilərlər. Bu səbəbdən də biz qərara aldıq ki, heç bir şey etməyək və bazara situasiyanı tənzimləməyə imkan verək. Bu qərar hər hansı bir ölkəyə qarşı yönəlməmişdir: nə ABŞ-a və çətin hasil olunan neftə, nə Rusiya Federasiyasına, nə də hər hansı digər bir ölkəyə qarşı. Bu bizim energetika nazirlərimizin iqtisadi qərarı olmuşdur və biz bunu dəstəkləmişik”[3, с.10-12].
OPEK-in 2035-ci ilədək həyata keçirilməsi nəzərdə tutulan yeni uzunmüddətli konsepsiyası özündə bir sıra mütərəqqi istiqamətləri əks etdirir. Lakin bugün dünyada cərəyan edən hadisələr vəziyyətə daha konstruktiv yanaşmanı tələb edir. Belə ki, dünyanı cənginə alan iqtisadi böhrandan ciddi əziyyət çəkən dövlətlər arasında OPEK dövlətləri də vardır. İnflyasiyanın neft qiymətlərinə təsiri əsas gəlirləri neftdən olan və büdcələri buna uyğun hesablanan neft dövlətlərini ağır vəziyyətdə qoymuşdur. Təbii ki, OPEK bu vəziyyətdə ciddi tədbirlər görməyə məcburdur. Bu baxımdan da OPEK siyasətini dəyişdirmək qərarına gəlmişdir. Bu qurum üzvləri Avstriyada keçirilən toplantıda neftin istehsalını azaltmaq haqqında qərar qəbul etmək istəyirdilər. Əgər belə bir qərar alınsaydı, dünya üzrə neftin istehsal həcmi xeyli aşağı düşəcək və qiymətlər də qalxacaqdı. OPEK üzvlərinin hamısı belə fikirləşirdi ki, neftin qiyməti 70 ABŞ dolları həcmində olmalı idi.
Ümumiyyətlə, istehsal hədlərinin dəyişdirilməməsi gözləniləndir, çünki OPEK üzvü olan dövlətlərin iqtisadiyyatı neft ixracı üzərində qurulmuşdur. Məhz bu amil neft hasilatının mütəmadi olaraq aşağı salınmasına mane olur-bu ölkələrin iqtisadiyyatı neft qiymətinin dünya bazarında ucuzlaşmasından birbaşa ziyan çəkir, hasilatı azaltmaqla dəyəcək ziyanın ikiqat artacağını gözləmək mümkündür. OPEK-də belə düşünürlər ki, təşkilatın siyasətinin dəyişdirilməsi üçün vəziyyətin analiz edilməsinə vaxt, təxminən 4-5 ay müddət lazımdır. Bu müddət ərzində dünya bazarında təklifin azalması səbəbindən təbii qaydada neftin qiymətləri yüksəlməyəcəyi halda, təşkilat üzvlərinin əksəriyyətinin büdcəsinin həssaslığını nəzərə alaraq OPEK hasilatın azaldılması ilə bağlı qərar qəbul edə bilər. Lakin bildirmək lazımdır ki, faktiki olaraq 2008-ci ilin dekabrından etibarən kartel hasilatın tənzimlənməsini həyata keçirməmiş, 2012-ci ildən etibarən isə 30 il ərzində tətbiq olunan ölkə kvotası mexanizmindən imtina etmişdir. Bu səbəbdən bugün bu sahədə hələ də qeyri-müəyyənlik hökm sürür:OPEK hasilatın azaldılması ilə bağlı qərarını hansı qaydada reallaşdıracaqdır?. 2014-cü ilin sonları 2015-ci ilin əvvəllərində qiymətlərin qəfil enməsindən sonra OPEK ölkələri nəinki neft hasilatını azaltmamış, əksinə onlar öz bəyanatları ilə bazarda vəziyyətin stabilləşməsinə mane oldular.

OPEK-in kvotaları və ölkələr üzrə neft hasilatı
(gündəlik/min barel)


Mənbə: https://ru.wikipedia.org, Организация стран экспортёров нефти, Квоты ОПЕК

Əgər 2011-ci ilə qədər kvotalar ölkələr üzrə müəyyənləşdirilirdisə, 2012-ci ildən etibarən OPEK üzvü olan ölkələrin ümumi hasilat həcmi əsasında müəyyənləşdirilməyə başlanılmışdır. Son illərdə o dəyişməz qalmaqda davam edərək sutkalıq 30 milyon barel təşkil etməkdədir. Həm də nəzərə almaq lazımdır ki, bu tənzimlənmə ancaq xam neftə aiddir, hansıki onun payına OPEK üzvü olan ölkələrin hasil etdiyi maye karbohidrogen ehtiyatlarının 85% düşür. Neft qiymətlərinin qalxıb-enməsinin qarşısını almaq məqsədi ilə OPEK-in kvotaları artırıb-azaldımasını bir necə dövrə ayırmaq mümkündür. Qiymətlərin yüksəlməsi zamanı kartel kvotaları artırır, qiymətlərin enməsi zamanı isə azaldırdı.
Lakin qeyd etmək lazımdır ki, kartelin qərarları heç də həmişə bazarda vəziyyətin stabilləşməsinə müsbət təsir göstərməmişdir. Cənub Şərqi Asiya regionunda maliyyə-iqtisadi böhranın başlamasına baxmayaraq istehlakın artmasını güman edərək 1997-ci ilin noyabr ayında OPEK-in 103-cü yığıncağında təşkilat hasilatın sutkalıq 2,5 milyon barelə qədər artırılması barədə qərar qəbul etmişdi. Lakin böhran səbəbindən 1998-ci ildə dünya üzrə istehlak yalnız sutkalıq 0,5 milyon barelə qədər genişlənməyə səbəb olmuşdur. Bu isə neft ixracatçısı olan ölkələrdə xeyli miqdarda kommersiya xarakterli neft və neft məhsullarının toplanmasına, “Brend” markalı neftin qiymətinin bir barel üçün 19,1 dollardan 9 dollara qədər enməsinə gətirib çıxarmışdı. Belə olan halda birgə fəaliyyət göstərmək məqsədi ilə OPEK ilk dəfə olaraq digər neft hasilatçısı olan ölkələrə müraciət etmişdi. 1998-ci ildə Rusiya Federasiyası OPEK-də müşahidəçi olmaq statusunu aldı. 1999-cu ilin ortalarına doğru vəziyyət stabilləşməyə başladı və OPEK növbəti dəfə kvotanı azaltmaq barədə qərar qəbul etdi və dünya iqtisadiyyatı böhran sonrası dirçəlişə başladı[3, с.10-12]
Qeyd etmək lazımdır ki, İraq 1998-2011-ci illər ərzində ölkələr üzrə kvota sistemindən uzaqlaşdırılmışdı, hansıki İraqın hasilat gücü sutkalıq 1,1-1,2 milyon barelə çatırdı. Bundan əlavə onu da qeyd etmək lazımdır ki, 2009-cu ildən etibarən OPEK faktiki olaraq tənzimləyici tədbirlər həyata keçirməmişdir. Əgər əvvəlki illərdə kvotalarla bağlı il ərzində iki dəfə qərar qəbul edilirdisə, 2009-cu ildən etibarən yalnız bir dəfə-2011-ci ilin sonunda qərar qəbul edilmişdi. Bu qərar kartel iştirakçısı olan ölkələrin kvotalarının dəyişilməsinə səbəb olmamış, yalnız İraqın uçot sisteminə geri qayıtması ilə nəticələnmişdi.
Qiymətlərin kəskin enməsi fonunda OPEK-in hasilatı azaltmamasının səbəbini araşdıran mütəxəssislərin böyük əksəriyyəti fikirləşir ki, kartel bazardakı payını ona görə azaltmaq istəmir ki, belə olacağı halda kartel üzvü olan ölkələrin itkiləri potensial mənfəətlərindən daha çox olacaqdır. Həmçinin kartel üzvü olan ölkələr(hər şeydən öncə “daha ucuz” ehtiyatlara sahib olan Səudiyyə Ərəbistanı) üçün bazardakı paylarını itirmək sərfəli deyildir, çünki uzunmüddətli prespektivdə bu kartelin ümumi qazancının(qiymətlərin yüksəlməsi hasilat həcminin azalmasını kompensasiya etmir) azalmasına gətirib çıxaracaqdır. Bundan əlavə hasilatın azaldılması sosial amillər-dövlət büdcəsinin yüksək kəsirləri nəticəsində ölkələr daxilində narazılıqların yaranmasına da səbəb ola bilər.
2015-ci ilin fevral ayında Rusiya Federasiyasında Vygon Consulting Araşdırma Mərkəzi tərəfindən neftin dünya bazarında qiymətləri, ona təsir göstərən amillər və gələcəkdəki dinamikası ilə bağlı Rusiyanın iri neft-qaz şirkətləri, bu ölkədə aktivləri olan bəzi xarici kompaniyalar, bəzi federal orqanlar(Energetika, İqtisadi İnkişaf və Təbiət Nazirlikləri) və mütəxəssis cəmiyyətləri arasında araşdırma aparılmışdır. Ortalama olaraq araşdırma iştirakçıları fikirləşirlər ki, neft qiymətləri mütəmadi olaraq yüksələcək və uzunmüddətli prespektivdə bir barelə görə 93 dollar təşkil edəcəkdir.
Araşdırma zamanı sorğu iştirakçılarının müəyyən qismi hesab edir ki, OPEK şist nefti hasilatının dünyadakı inqilabı yüksəlişinin qarşısını almaq istəyir. Həqiqətən də ABŞ-da şist hasilatı dayandırılmasa, o zaman aşağı qiymətlər Çində şist nefti hasilatı potensialının və Rusiya Federasiyasında çətin hasil olunan neft yataqlarının hasilatına maneçilik törədəcəkdir. Araşdırma iştirakçılarının əhəmiyyətli hissəsi qeyd edir ki, öz fəaliyyəti ilə OPEK məqsədli şəkildə alternativ enerji mənbələrinin inkişafını ləngidir ki, ümumdünya yanacaq-enerji resurslarının balansında böyük həcm neftə məxsus olsun. Fikrimizcə bu amil müasir dövrdə ikinci dərəcəli olsa da, gələcəkdə qlobal neft bazarında kartel öz tənzimləyici mövqeyini qoruyub saxlayacağı halda OPEK-in siyasət istiqamətini məhz alternativ enerji mənbələri müəyyənləşdirəcəkdir.
Mütəxəssislərin az bir qismi hesab edir ki, OPEK ümumiyyətlə vəziyyətə təsir göstərmək iqtidarında deyildir. Bunu bir sıra səbəblərlə izah edirlər: kartel üzvləri arasında aşağı səviyyəli nizam intizamın olması(faktiki olaraq bütün yük Səudiyyə Ərəbistanının üzərinə düşür), daxili sosial etirazlar üzündən hasilatın azaldılmasının mümkünsüzlüyü və hasilatın sutkalıq 2 milyon barelə qədər azaldılacağı halda belə qiymətlərin enməsinin qarşısının alına bilinməməsi və s. [4,с.37-38].
OPEK hansı hallarda hasilatı azaldacağı məsələsi Vygon Consulting Mərkəzinin araşdırdığı əsas məsələlərdən biri olmuş və nəticə olaraq aşağıdakı variantlar irəli sürülmüşdür:
1. Dünya bazarında neft qiymətləri 40 dollardan aşağı olacağı halda kartel hasilat azaldılacaqdır;
2. Katrel üzvü olan ölkələrdə sosial-siyasi vəziyyəti stabilləşdirmək mümkün olmadıqda;
3. OPEK-in milli fondlarında qızıl valyuta ehtiyatları tükənməyə başladıqda;
4. Rusiya Federasiyası və Meksika OPEK-ə qoşulacağı halda;
5. OPEK heç bir halda hasilatın azaldılmasına getməyəcəyi təqdirdə;
6. Dünya bazarında neftə təlabatın azalacağı halda;
7. Səudiyyə Ərəbistanının siyasi istəyi səbəbindən[4,с.39]
2016-cı ilin avqust ayından etibarən dünya satız bazarlarında neftin qiymətləri təxminən 45 dollara qədər enmiş, həmçinin dünya üzrə daşınmalar yüksəlmiş, tələbin yüksəlmə tempi azalmağa başlamışdır. 2016-cı ildə dünya bazarlarında neft təlabatı gündəlik 1,4 milyon barel təşkil etdiyi halda, 2017-ci ildə qiymətlərin enməsi səbəbindən neftə dəstəyinin azalması fonunda tələbin gündəlik 1,2 milyon barelə qədər azalacağı proqnozlaşdırılır. Mühafizəkar ssenariyə görə OPEK ölkələrinin 2013-cü ildə xam neftə olan gündəlik 30,3 milyon barel təlabatı, 2018-ci ildə gündəlik 29,2 milyon barelə enəcək, uzunmüddətli prespektivdə isə yüksəliş yenidən bərpa olunacaqdır. 2035-ci ilə qədər tələbat gündəlik 37 milyon barelə çatacaqdır. 2020-ci ildən 2035-ci ilə qədər olan dövrdə dünya maye yanacaq daşınmasında OPEK-in payı 31-35% arasında, hər bir halda 2012-ci il səviyyəsindən yüksək olacaqdır.
OPEK-də proqnozlaşdırılır ki, 2017-2019-cu illərdə ABŞ və Kanadanın bərk kollektorlarındakı hasilat pik səviyyəsinə çatacaqdır. Belə ki, 2035-ci ilə qədər proqnoz üçün verilmiş hesabatda üç şist yatağı-“Bakken/Three Forks”, “Eagle Ford” və “Permian Basin” haqqında ətraflı tətqiqat aparılmışdır. Mühafizəkar ssenariyə görə 2035-ci ilə qədər Şimali Amerikada hasilat işlərinin aparılması çətin olan yataqlarda gündəlik 2,7 milyon barelə qədər azalma müşahidə olunacaqdır. Dünya şist nefti daşınmaları 2018-2019-cu illərə qədər gündəlik 4,9 milyon barelə qədər yüksələcək, daha sonra 2035-cü ilə doğru enmə müşahidə olunacaq daşınmalar 1,4 milyon barelə qədər azalacaqdır[5,c.2].
OPEK üzvü olmayan ölkələrdən xam neft daşınmaları 2020-2035-ci illər ərzində azalacaq və böyük ölcüdə maye yanacağın hesabına genişlənən təklif əsasında kompensasiya ediləcəkdir. Belə olan halda OPEK üzvü olmayan ölkələrdən 2012-ci ildə gündəlik 53 milyon barel olan daşınmaların həcmi, 2035-ci ildə 62 milyon barelə qədər yüksələcəkdir. Ümumiyyətlə, proqnoz olunan dövr ərzində OPEK üzvü olmayan ölkələr hasilat həcminin artması hesabına OPEK ölkələrini keçəcəkdirlər.
Vəziyyətin gələcəyinin proqnozlaşdırılması analitikləri ehtiyatlı olmağa məcbur edir. Çünki qiymətlərin səviyyəsinə olduqca çox amil təsir göstərir. Aydındır ki, qərb ölkələri qiymətlərin əsas tənzimləyicisi kimi gələcəkdə də OPEK-dən öz məqsədləri üçün istifadə etməkdə davam edəcəkdir. Təşkilatın daxilində isə çətin, çox kəsin vəziyyət yaranmaqdadır ki, bu və ya digər iştirakçı ölkə yaranmış vəziyyətdən istifadə edərək onun üçün müəyyən edilmiş kvotanı pozaraq təkbaşına qazanmağa çalışacaqdır. Bu isə katrel daxilində inamsız mühitin yaranmasına, yeni iştirakçıların reqlamentsiz hərəkətlərə yol verməsinə, sonda isə təşkilatın fəaliyyət effektivliyinin aşağı enməsinə səbəb olacaqdır.
Yuxarıda qeyd olunanları ümumiləşdirərək bildirmək lazımdır ki, bugün dünyada hasil olunan xam neftin 40% OPEK üzvü olan ölkələrin payına düşür və proqnozlara görə yaxın 20-25 il ərzində kartel öz hasilat səviyyəsini 50% qədər artıracaqdır. Kartel dünya bazarında “qara qızıl”ın qiymətinin stabilləşdirilməsi istiqamətində siyasətini davam etdirərək hasilat səviyyəsinin azaldılması və çoxaldılmasını həyata keçirir. Təşkilatın dünya neft-qaz ehtiyatlarının 78% sahib olmasına baxmayaraq OPEK qiymət formalaşdırma mexanizminə tam şəkildə nəzarət edə bilmir. Çünki, OPEK-in qiymət siyasəti böyük ölçüdə qlobal iqtisadiyyatın stabilliyindən və dayanıqlığından da xeyli dərəcədə asılıdır[6]. Eyni zamanda onun fəaliyyəti təşkilat üzvləri olan ölkələrin daxili sabitliyindən də asılıdır. Digər təşkilatlar kimi OPEK də daimi olaraq həm xaricdən, həm də daxildən təsir göstərən müxtəlif problemlərlə qarşı qarşıyadır.
Bir tərəfdən neft qiymətləri istehsal xərclərini və istehsalçıların əsas risklərini örtməlidir, digər tərəfdən isə qiymətlər dünya iqtisadiyyatının və neft sənayesinin inkişafına, investisiyaların yatırılmasına mənfi təsir göstərməməlidir. Beləliklə, bu problemləri yalnız OPEK üzvü olan ölkələrin və müstəqil neft hasilatçısı olan ölkələrin birgə fəaliyyəti hesabına həll etmək mümkündür. Bu istiqamətdə aparılan ölçülüb-biçilmiş, dəqiq təşkil olunmuş və diqqətli fəaliyyət mövcud problemlərin uzunmüddətli həllinə imkan verəcəkdir.


ƏdəbiyyaT
1. OPEK-in rəsmi saytı(Elektron resurs). Giriş qaydası: www.opec.org
2.Фубини Ф. Меняется нефтяная карта: от Семи сестёр к российским и китайским гигантам// Corriere della Sera, 2007, 31 октября
3.Сергей Ежов, Новая старая роль ОПЕК, анализ и прогноз, Нефть России 3/2015, http://vygon.consulting, с.10-12
4.Григорий Выгон, Мировой рынок нефти: от “ручного управления” к “невидимой руке”, Роль ОПЕК, VYGON Consulting, web: http://vygon.consulting, с.37-38
5.Анастасия Никитина, Нефтегазовая Вертикаль, Прогнозы Опек(по материалам WOO 2013,OPEC), www.ngv.ru, c.2
6.Симония Н.,Нефть в мировой политике//Международные процессы-М.,2005, Т.3,№3
7.Annual Statistical Bulletin 2007/The Organization of the Petroleum Exporting Countries.-Vienna:The OPEC Secretariat, 2008
8.OPEC bulletin, 168th OPEC Conference meets, no 10, Vienna, December, 2015, p.6-7

Açar sözlər: startegiya, proqnoz, kvota, hasilat, şist nefti, neft qiymətləri

Ключевые слова: стратегия, прогноз, квоты, производство, сланцевая нефть, цены на нефт

Key words: strategy, forecast, quotas, production, shale oil, oil prices

РЕЗЮМЕ
В статье обсуждаются важность энергетической политики ОПЕК и применение производственных квот в период нефтяных кризисов, что является особенно актуальным в свете стремительного падения цен на нефть в последние годы. Даже несмотря на то, что большая часть мировых нефтяных запасов находятся под контролем ОПЕК, на фоне резкого падения цен на нефть в 2014 году, она не в состоянии регулировать цены. Проблемы, возникшие в результате снижения цен на черное золото, не могут быть решены только за счет стран-участниц ОПЕК, также важно вовлеченность других независимых стран-производителей нефти.
Ключевые слова: стратегия, прогноз, квоты, производство, сланцевая нефть, цены на нефт

Summary
The article discusses the importance of OPEC’s energy policy and application of production quotas in times of oil crisis, what is especially relevant due to the sharp decline in prices during last years. Although, the lion share of oil resources is under control of OPEC, dramatic fall of prices in 2014, demonstrated the inability of OPEC to regulate prices. Problems which were caused by the fluctuation of prices can not be solved merely by efforts of OPEC-member countries, but only in cooperation with other independent oil producing countries.

 

"GEOSTRATEGİYA" jurnalı №03 (39) May-İyun 2017


Elvİn Paşayev
Azərbaycan Milli Elmlər Akademiyası



Etiket:

Strategiya.az

Xəbərlər
27.02.2020

Azərbaycan-Türkiyə həmrəyliyi regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir

27.02.2020

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dilarə Bəhmənovaya dəstək oldu

27.02.2020

ABŞ Konqresi Xocalı faciəsinin 28-ci ildönümünü yad edib

27.02.2020

Səsvermənin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu

27.02.2020

Strasburq: Xocalı faciəsi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı siyasətinin tərkib hissəsidir

26.02.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak ediblər

26.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir (FOTO)

26.02.2020

Rəcəb Tayyib Ərdoğan: "Türkiyə və Azərbaycan bir sabitlik abidəsi olaraq yüksəlirlər"

26.02.2020

Prezident İlham Əliyev: "Bir-birimizə arxayıq, bir-birimizə dayağıq"

26.02.2020

XX əsrin faciəsi: Xocalı soyqırımından 28 il ötür

25.02.2020

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

25.02.2020

Xocalı soyqırımı – ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən ağır cinayətdir

25.02.2020

Bu ildən Dünya Mühəndislik Günü qeyd ediləcək

25.02.2020

Bu gün Novruzun ilk çərşənbəsi qeyd olunur

25.02.2020

Çində koronavirusdan ölənlərin sayı 2663 nəfərə çatıb

25.02.2020

Elçin Əhmədov: Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistan beynəlxalq hüququn bütün fundamental prinsiplərini pozub

24.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

24.02.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

24.02.2020

Azərbaycanın dini icmalarının rəhbərləri dünya ictimaiyyətinə müraciət etdi

24.02.2020

Çində koronavirusdan ölənlərin sayı 2592 nəfərə çatıb

24.02.2020

Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

23.02.2020

Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başa çatıb

23.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb

21.02.2020

DTX Neftçalada keçirilən əməliyyatla bağlı məlumat yaydı

21.02.2020

Prezident İlham Əliyev: Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir

21.02.2020

AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib

21.02.2020

Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

21.02.2020

21 fevral - Beynəlxalq Ana Dili Günüdür

21.02.2020

Xəzər dənizinə axıdılan tullantı sularının tərkibində çirkləndiricilərin miqdarı normadan çoxdur

20.02.2020

Novruz çərşənbələrinin tarixləri açıqlandı

20.02.2020

Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub

20.02.2020

Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub

20.02.2020

Xocalı soyqırımının ildönümü ilə bağlı "Tədbirlər Planı” təsdiqlənib

20.02.2020

İtkin düşən Azərbaycan əsgərinin meyiti neytral ərazidən tapıldı

20.02.2020

Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə yüksəldi

19.02.2020

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib

19.02.2020

"Tarixi bilmək gərəklidirsə, öz millətinin və dövlətinin tarixini bilmək zəruridir" - Firad Əliyev

19.02.2020

Professor Əli Həsənov: "Türkün torpağına göz dikən hər kəs məğlubiyyətə məhkumdur"

19.02.2020

Baş infeksionist koronavirusla bağlı XƏBƏRDARLIQ etdi

18.02.2020

Bakıda koronavirusa görə karantinə götürülən 2 tələbə evə buraxıldı

18.02.2020

Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi

18.02.2020

Elmar Məmmədyarov Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edib

17.02.2020

Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü – Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi

17.02.2020

Professor Əli Həsənov: “Prezident İlham Əliyev millətimizin qürur yeridir”

17.02.2020

Mülazim Pahsa: Ermənistanın baş nazirinin inkarçılıq cəhdləri onun düşdüyü vəziyyəti daha da ağırlaşdırdı

17.02.2020

Çində yeni növ koronavirusdan ölənlərin sayı 1770 nəfərə yüksəldi

16.02.2020

Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi

16.02.2020

Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir erməni tarixi irsi yoxdur

16.02.2020

Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil

16.02.2020

İranlılar Həştərxan logistika habının perspektivlərini yüksək qiymətləndiriblər