Şərq, o cümlədən Azərbaycan şeirində lirik janrlardan bəziləri nisbətən az tətbiq edilmişdir və ya tədqiqatına ehtiyac vardır. Bunlardan üçü, yəni beşləmə (təxmis), altılama (təsdis), dördləmədir (tərbi). Bu poetik formalardan az istifadə edilsə də, onlar ədəbiyyatşünaslığın poetik janrlarından sayılır. Təxmis müxəmməs kimi hər bəndi beş misradan ibarət olur, çox vaxt beş bənddən ibarət olur. Təxmis müxəmməs kimi “xəmməsə” felindən olub, ərəb sözüdür, mənası “beşlənmiş” deməkdir. Təxmis ərəb-fars sözləri lüğətində bir neçə anlamda izah olunur:
1. Bir şeyi beş qat və ya beş guşəli etmə;
2. Beşləmə;
3. Bir şairin bir beytinə daha üç misra əlavə edərək beş misralı etmə - bu formada yazılmış şeirlərə müxəmməs deyilir.
Beşləmə yazmaq üçün birinci, ikinci və üçüncü misraları şeir müəllifi özü yazır, dördüncü və beşinci misraları isə başqa bir müəllifin şeirindən olduğu kimi götürülür və məzmunca özündən əvvəlki gələn misralarla bağlanır. Təxmislə təsdis eynilə qəzəl janrı əsasında yazılsa da, tərbi (dördləmə) dördləmə kimi də qəbul edilir, çünki dörd misradan ibarət olur. Hər üç janrın oxşar cəhətləri bunlardır:
a) Hər üçündə iqtibasdan istifadə olunur; b) Hər üçü iki müəllifli janrlardır; c) Təxmis və təsdis qəzəl janrı əsasında yazıldığı üçün son bənd iki təxəllüslü, tərbi isə qitə əsasında yazıldığı üçün bir təxəllüslü olur; ç) Bu janrların hər biri (təxmis, təsdis və tərbi) tənzir əsasında yazılır, yəni bənzətmə üsulu bir şeirə nəzirə yazmaq əsasdır; d) Hər üç janrda təzmin üsulundan (hər hansı bir klassik şairin beytinin olduğu kimi ondan sonra gələn şairin əsərində işlənməsi qaydası) istifadə olunur. Təzmin edilən şeirin yeri şeirlə həm vəzn, həm qafiyə, həm rədiflə məzmun cəhətdən uyğunlaşdırılmalıdır; e) Hər üç janr bir növ ədəbi nəzirə xarakteri daşıyır; ə) Hər üç ədəbi janrı yazan müəlliflər öz sələflərinin yaradıcılıq üsullarını, obrazlar sistemini dərindən bilməyi tələb edir.
Təxmis müxəmməslə, təsdis müsəddəslə, tərbi mürəbbe ilə eyni misra sayına görə oxşardır. Fərqli məqamlarından əsası odur ki, hər üç janrda misra sayları onların adlanmalarındakı poetik tutuma bağlıdır, yəni tərbi dördləmə, təxmis beşləmə, təsdis altılama şəklində nəzirə formasında yazılır. Təxmis bir janr kimi müxəmməsə bənzərdir, yalnız o da iki müəllifin məhsuludur. Təkcə onu yadda saxlamaq lazımdır ki, təxmis iki müəllifin, müxəmməs isə bir müəllifin təxəyyülünün məhsuludur. Beşləmə ilk vaxtlar o qədər geniş bir areala malik olmayıb, təxminən XV əsrdən başlayır və XX əsrin ortalarına kimi davam edib. Müasir dövrdə nə təxmisə, nə də təsdis və yaxud tərbiyə rast gəlmək olmur. Təxmis, qeyd etdiyimiz kimi, XV əsrlə öz poetik formulunu genişləndirməyə başlayır. Bu dövrdə ilk dəfə olaraq Kişvəri yaradıcılığında öz virtuozluğunu göstərir. Kişvərinin divanında heç kimdə rast gəlmədiyimiz qədər təxmis nümunəsi vardır (sayı bütünlüklə 10-a bərabərdir). Daha çox Ə.Nəvaiyə (təxminən 7-8), bəziləri isə Lütfi və Əhməd təxəllüslü şairlərin qəzəlinə yazılmış təxmis nümunələrinə rast gəlinir. Bundan başqa biz M.Füzulidə Həbibiyə (eləcə də Lütfiyə), Ş.İ.Xətaidə Hafizin qəzəlinə, Şuşalı Mirzə Ələsgər Növrəsin yaradıcılığında M.Füzuliyə, Salyanlı Əbülhəsən Vaqifin yaradıcılığında M.Füzuliyə istinad edilmiş iki təxmisə rast gəlmiş oluruq. XX əsrdə də biz təxmisə Səməd Mənsurda rast gəlmiş oluruq ki, bu beşləmə M.Füzulinin məşhur bir qəzəlinə tənzir üsulu ilə yazılmışdır:
Gəl-gəl, ey lalərüxün, bülbüli-şirin süxənim
Ömr bağında xəzan oldu gülüm, yasəmənim
Çak-çak oldu qəza tiği ilə bəs ki tənim
“Pənbeyi-daği-cünun içrə nihandır bədənim
Diri olduqca libasım budur, ölsəm kəfənim.”
Xuni dil badəm isə başda xumarım sənsən,
Mən neyi-bəzmi-qəməm naləvüzarım sənsən,
Nərgisim, yasəmənim, laləüzarım sənsən,
“Bülbüli-qəmzədəyəm, bağü-baharım sənsən
Dəhənü-qəddü-rüxun, qönçəvü-sərvü-səmənim.”
Təxmis və təsdis sələf kimi götürüldüyü müəllifin qəzəl janrının poetik xüsusiyyətlərinə uyğun tərtib olmalıdır. Özü də ki, sənətkarın poetik qanunlara bir ustalıqla yanaşaraq, həm layiqli bir xələf olduğunu göstərməli, həmçinin də yeni bir poetik üslub göstərməyi bacarmalı və özlərinə məxsus unikal bir mövqelərini qoruyub saxlamalıdır. Tənzir kimi götürülmüş qəzəl və yaxud janrlarındakı əsas rolu oynayan qitə əruz vəzninin hansı bəhrindədirsə, yeni artırılmış misralar da bəhr, qafiyə, vəzn cəhətdən də eynilik təşkil etməlidir. XIX əsr şairi Növrəs M.Füzulinin divanındakı ilk qəzələ yazdığı təxmis də çox gözəl bir poetik nümunədir:
Mən həbibi pakizadəm, ey güruhi-əşkiya
Bulmışam kuyi-vəfada rahi-təslimiriza
Aşiqəm yüz min bəlayə “əlbəla-ül-livəla”
“Qəd ənarəl eşqə lil üşşaqi-minhacəl hüda
Saliki-rahi-həqiqət eşqə eylər iqtida .”
Ey könül, rəncü ənasir zövq buldun eşqdən
Aşiqi-həqsən, cəfasız zövq buldun eşqdən
Fəxr qıl, Növrəs, bəhasız zövq buldu eşqdən
“Ey Füzuli, intəhasız zövq buldun eşqdən
Böylədir hər iş ki, həq adilə qılsan ibtida. ”
Qəzəl janrı özünə nisbətən təxmisin daha geniş mənayla adlandırılır, silsiləsi kəsb etməsi sənətkarların diqqətini özünə çəkir, belə ki onlar diqqəti özləri özlərinə çəkmiş, təxmis yazmağa başlamış və müstəqil bir janr kimi meydana gələrək formal əlamət və xüsusiyyətləri ilə sabitləşmişdir. İlk təxmis yazan şairlər formanın tələbinə uyğun olaraq yaradıcılıq cəhətindən bir qədər olduqlarına görə çox vaxt fikir məna orijinallığına lazımi bir diqqət yetirə bilmirlər, forma məhdudluğundan çıxa bilməmək onların təxmislərinin məzmunca sönük qalmasına səbəb olur. Orta əsrlərdə çox sezilən bu forma bir qədər sonra tədriclə aradan çıxmış, sovet dövründə isə demək olar ki, rast gəlinməmişdir. Təxmisin müxəmməslə eyniyyəti olsa belə fərqi də vardır ki, müxəmməs bir müəllifli, həm əruzda (yazılı ədəbiyyatda), həm də heca vəznində (aşıq ədəbiyyatında) olur ki, təxmis isə iki müəllifli, iki təxəllüslü, yalnız əruzda yazılan, müxəmməsə nisbətən az işlək olan bir janrdır. Həmçinin, müxəmməs bəzi poetik formaların quruluşu rolunu oynaya bilir ki, dastanlardakı duvaqqapmalar müxəmməs şəklində olur, təxmis isə bu imkandan məhdud bir mövqeyə malikdir. Qafiyə quruluşları eyni olsa da, təxmis yazan müəllif qafiyəni mütləq təzmin kimi götürdüyü qəzəlin beytlərinin qafiyəsinə uyğun seçməlidir, müxəmməsdə isə bu, şairin müstəqil təxəyyül məhsulunun çevrəsi daxilində həll olunur.
Təsdis də təxmis kimi klassik Şərq lirik şeiri şəkillərindən biridir, bir növ təxmis kimi başqa bir şairin əsərindən istifadə yolu ilə yazılan müsəddəsdir. Bir neçə bənddən ibarət olur. Əslində isə həm təxmis, həm tərbi, həm də ki təsdisin bənd sayı qəzəlin və ya qitənin beytlərinin sayından asılıdır ki, bu da janrların təzmin üsulu ilə yazılmasından irəli gələn poetik xüsusiyyətdir. Bəndin ilk dörd misrasını şair özü yazır, son iki misranı isə ya öz sələflərindən, yaxud da müasirlərinin birindən iqtibas edir. Təsdisin qafiyə quruluşuna gəldikdə isə eyni ilə müsəddəslə (altılıq) oxşardır, yəni birinci bəndin nütün misraları həmqafiyə, digər bəndlərin ilk dörd misrası öz aralarında eyni qafiyə malikdir. Təsdisdə təzmin kimi yalnız qəzəlin ilk beyti əsas götürülür, digər beytlər istifadə olunmur, o zaman qəzəlin qafiyələnməsini nəzərə alaraq, söyləyə bilərik ki, təsdisin qafiyə quruluşu dəyişmiş olacaq. Məs, aaaaaa, bbbbca, ccccda: - bu cür qafiyə quruluşu isə tam mənası ilə fərqli olacaqdır, ona quruluşu isə tam mənası ilə fərqli olacaqdır, ona görə də təsdis yazan müəlliflər yalnız ilk beytə əsaslanaraq əsərlərini ərsəyə gətirmiş olurlar. Təsdisin əsas qafiyə quruluşu isə belədir: aaaaaa, bbbbaa, ccccaa. Təsdisin hər bəndinin son iki misrası eyni olur, digər dörd misrası isə fərqli olurlar. Təsdisin çox gözəl, poetik nümunəsinə biz Məhəmməd Hadinin “Ləyamut şeirlər” müsəddəsində rast gəlirik:
Heyrət fəzardır, həqiqət, kainati-pürşüun
Olmada danişvəran hər əsrdə zillətnümun
Anlaşılmaz oldu qanunun,əya gərduni-dun
“Dust bipərva, fələk birəhm, dövran bisükun
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun.”
Ağlayırkən xameyi-arif ki,gülsün milləti
Söyləyir hər dəmdə ta ki,dillər açsın heyəti
Arif olmuşkən pərişan,gəlmədə cəmiyyəti
Səndən öyrənmiş ,əya gərdun ,bu laqeydiyyəti
“Dust bipərva, fələk birəhm, dövran bisükun”
Təsdis və təxmisin özlərində də fərqli məqamlar gözə çarpır. Ümumilikdə hər ikisi qəzəl janrı əsasında yazılsa da, təxmis bütünlüklə qəzəlin beytlərinə yazılırsa, təsdis yalnız ilk beytinə əsaslanır, qafiyə quruluşları fərqlidir, misra sayları da ki, beş-altı olmasına görə müxtəlifdir, təxmis təsdisə nisbətən daha çox yayılmış bir janrdır.
Təsdisin “Ərəb-fars sözləri lüğəti”ndə bir neçə izahı vardır:
1. Altıya çatdırma // altıya bölmə;
2. Bir şeyi altı künclü və altıdilli etmə;
3. Bir qəzəlin ilk beytinə əsaslanıb ona əlavə edilən misralarla altımisralı şəklə salma.
Klassik şeir şəkillərində dördlüklər xüsusi mövqeyə malikdirlər. Belə ki, tuyuq, rübai, təranə, bayatı, ağılar, vəsfi-hallar (məsmələr), holavarlar, sayaçı sözləri, oxşamalar, mürəbbelər və mürəbbenin bir növü tərbilər hər biri poetik formalar kimi özlərinə məxsus forma və bədii xüsusiyyətlərə malikdirlər.
Tərbi sözü “Ərəb-fars sözləri lüğəti”ndə bir neçə anlamda izah olunur ki, bunlar aşağıdakılardır:
1. Dördə çatdırma, dörd qat etmə;
2. Dördə bölmə;
3. Eni və uzunu bir, kvadrat;
4. Bir ədədi öz-özünə vurma;
5. Ayın bir və ya üç həftəlik olması;
6. Bir qitə şeirin hər misrasına üç və ya hər beytinə iki misra əlavə edərək onu dördlük formasına salma.
Tərbinin qafiyə quruluşu mürəbbedən fərqlənir. Mürəbbedə qafiyə quruluşu belədir: aaaa, bbba, ccca..... Tərbidə isə bu formadadır: aaab, cccb, dddb. Buda ki təzmin kimi seçilən qitənin misrasına və ya beytinə əsaslanan bir haldır ki, qitənin əgər ilk beyti qəzəl kimi qafiyələnsəydi, o zaman tərbinin qafiyə quruluşu eynilə mürəbbe ilə üst-üstə düşərdi. Dördləmədə yalnız iki misra şeir müəllifinin özünə məxsusdur, digər iki misra isə başqa bir şairdən etdiyi iqtibasdır. Tərbinin digər dördlüklərdən eyniyyəti yalnız misra sayına görədir, qafiyə quruluşu isə tamamilə fərqlidir, həmçinin, iki müəllifli şeir janrıdır. Dördləmənin oxşarlığı kimi rübai, təranə, tuyuq, mürəbbe, bayatı yazılı ədəbiyyat nümunələridir. Qeyd etdiyimiz kimi, bu iki müəllifli klassik şeir formaları özlərinə məxsus qafiyə quruluşlarına, poetik tutuma malik, sənətkarlıq nöqteyi-nəzərindən möhkəm qayda-qanunlara söykənən orijinal poetik formalardır.
Ədəbiyyat siyahısı:
1. Azərbaycan ədəbiyyatının tarixi poetikası, II cild. Bakı, Elm nəş., 2006.
2. Ərəb-fars sözləri lüğəti. Bakı, 1966
3. XIX əsr Azərbaycan şeiri antologiyası. Bakı, 2005.
4. Məhəmməd Hadi. Seçilmiş əsərləri. Bakı, 2005
5.Mirəhmədov Əziz. Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı, 1978.
6. Səməd Mənsur. Seçilmiş əsərləri. Bakı, 2006.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM